Sım Kənd Mədəniyyət Evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbiri keçirilmişdir

18 yanvar 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı fotostend nümayiş olunmuşdur.

Məlumatı hazırladı : Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səkinə Əliyeva (1925)

TARİXDƏ BU GÜN

Bu gün Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 35 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyasından ayrılan ilk respublika oldu.

Bu tarixi qərarın qəbulunda Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət Heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın əvəzsiz rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdidlərinə baxmayaraq, Səkinə Əliyeva Naxçıvan Ali Sovetinin fövqəladə sessiyasını çağırır və çətinliklə də olsa bu qərarın qəbuluna nail olur.

O dövrdə belə bir qərarın qəbul edilməsi üçün Naxçıvan Ali Soveti deputatlarının 50 faiz + 1 iştirakı mütləq idi. Lakin imperiyaya sadiq deputatlar bu sessiyanın əleyhinə çıxır, təbliğat aparırdılar. Səkinə Əliyevanın qətiyyəti və cəsarəti sayəsində sessiya baş tutur. Gərgin keçən yığıncaqda tarixi qərar qəbul olunur və ilk dəfə Naxçıvan Televiziyasında elan edilir. Bu qərar Naxçıvanı beynəlxalq arenada tanıtdı və onun qadın rəhbəri Səkinə Əliyevanı məşhurlaşdırdı.

Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdi. Bu hadisə həmin qərarın necə vaxtında və doğru qəbul edildiyini bir daha sübut etdi.

QƏARARIN SƏBƏBİ VƏ MƏZMUNU

1980-ci illərin sonunda SSRİ-də etnik münaqişələr və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Azərbaycan bu münaqişələrdən ən çox əziyyət çəkən regionlardan biri idi. Dağlıq Qarabağda ermənilər Azərbaycanın ərazilərinə iddia edir, SSRİ isə bu münaqişəyə lazımi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə artıq Naxçıvana da hücum edirdilər. Nəticədə dinc sakinlər qətlə yetirilirdi.

1990-cı ilin yanvarında sovet ordusunun dəstəyi ilə Naxçıvanın Kərki kəndi işğal edildi. Bu hadisə Naxçıvan əhalisinin Sovet rejiminə qarşı nifrətini daha da artırdı. SSRİ-dən ayrılmaq fikri məhz bu hadisələrlə formalaşdı. Səkinə Əliyeva xalqın istəyinə arxalanaraq bu tarixi qərarın qəbul olunmasına nail oldu.

Qərarda SSRİ Konstitusiyasının 81-ci maddəsinə və Qars müqaviləsinə istinad edilərək, Naxçıvanın suverenliyi və ərazi bütövlüyünün qorunmadığı vurğulanırdı. Sənəddə aşağıdakı tələblər irəli sürülürdü:

Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyəyə müraciət edilsin.
Yaranmış vəziyyətlə bağlı BMT, İran və digər dövlətlərə kömək üçün müraciət olunsun.
SSRİ qoşunları Naxçıvan ərazisindən çıxarılsın.
SSRİ rəhbərliyindən Naxçıvana edilən təcavüzə son qoyulması tələb edilsin.
Bu qərar dünyada böyük əks-səda yaratdı. Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi Naxçıvanın işğaldan qorunmasında mühüm rol oynadı. Tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.

SƏKİNƏ ƏLİYEVANIN SONRAKI TALEYİ

Səkinə Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvanda anadan olub. 1963-cü ildən 1990-cı ilə qədər Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. 1990-cı ilin yanvarında qəbul edilən məlum qərar onu Sovet rəhbərliyinin hədəfinə çevirdi. Qısa müddət sonra o, vəzifəsindən uzaqlaşdırıldı və siyasətdən çəkildi. O, 2010-cu ildə, 85 yaşında Bakıda dünyasını dəyişib.

Səkinə Əliyevanın adı Naxçıvan və Azərbaycanın tarixində cəsarət və liderlik simvolu kimi xatırlanır. Onun qəhrəmanlığı nə vaxtsa tarix dərsliklərində də yer alacaq və gənc nəsillərə örnək kimi tədris ediləcək.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri ünvanlarına çatdı – Səlim Babullaoğlu təltif olunub – Təbrik!

Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri ünvanlarına çatdı

Azaflı Sosial Yardım və Kültür Dərnəyində təqdimat mərasimi keçirilib

2024-cü il dekabr ayının 27-də Azaflı Sosial Yardım və Kültür Dərnəyi İdərə heyətinin qərarı ilə təsis edilmiş “Türk dünyasına və türk mədəniyyətinə xidmət ödülləri” təqdim olunub. Dərnəyin Ankarada yerləşən baş ofisində gerçəkləşən təqdimat mərasimi Aktau şəhərində qəzaya uğrayan təyyarədə həyatını itirmiş insanların, eləcə də Azərbaycan və Türkiyə uğrunda canından keçmiş şəhidlərin xatirəsini yad etməklə, hər iki ölkənin dövlət himninin səslənməsiyə başlanıb.
Daha sonra dərnəyin rəhbəri, tanınmış vəkil, Arzuman Azaflı çıxış edərək idarə heyətinin qərarı ilə türk mədəniyyətinin qorumasında və dünyada tanıdılmasında, eləcə də türk dövlətlərinin yaxınlaşması istiqamətində fəal iş görmüş, müxtəlif layihələr gerçəkləşdirmiş məşhur elm və mədəniyyət adamlarına, icitmai-siyasi xadimlərə, diplomatlara, ümumilikdə 35 nəfərə medal təqdim edib. Mükafatçılar sırasında Türkiyə Prezidenti baş müşaviri Yalçın Topçu, Türkiyə Milli Məclisinin üzvü Şamil Ayrım, Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Sərhəd Kabaklı, iş adaamı İrəm Əsli Aydın, general Zaur Zeynalov, prof. Teymur Rzayev, vəkil Həsən Bəsri Pəhləvan, Azərbaycan Vəkillər Birliyinin sədri Anar Bağırov, prof. Məhməd Yücə, Eko Avrasiya Vəqfinindən Hikmət Ərən, Xəzər Xalq Rəqsləri qurumundan Gülçöhrə Sebel Sangu, bəstəkar Turan Manafzadə, prof. Toğrul İsmayıl, Kəmalə Paşayeva, Avrasiya Yazarlar Birliyinin sədri Üfüq Tuzman, Avrasiya Yazarlar Birliyinin keçmiş sədri Yaqub Öməroğlu (ölümündən sonra), “SOCAR-Türkiyə”nin əməkdaşı Kəmalə Paşayeva, ozanlar Mustafa Aydın, Səlahəddin Dündar, şair və yazarlar Azad Ağayev, Əli Yurdsevən, Odər Əlizadə, Azərbaycan Televiziyası Türkiyə təmsilçisi Yalçın Əliyev, Ayxan Kiçikaslan, jurnalist Veysəl Qavrayan, TÜRKSOY Baş katibinin müavini Səid Yusif , Gazi Universtitetindən Sinan Dəmirtürk, Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin sədri Natiq Adilov, prof. Özqul Çobanoğlu, prof. Məhməd Sezai, prof. Erkin Emet, Ankara Universitetindən Ləzzət Sancar, Berdi Sarıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair SƏLİM BABULLAOĞLU da var.
Təqdimetmə mərasimində iştirak edə bilməyən Səlim Babullaoğlu açıqlamasında bunları bildirib:
“Bu mükafatın mənə verilməsinin təbii gözləmirdim, bilmirdim. Yeni il qabağı xoş bir sürpriz oldu. Mən əlbəttə ki, Azaflı Sosial Yardım və Kültür Dərnəyinin, dərnəyin rəhbəri, tanınmış vəkil Arzuman Azaflının geniş, ölkəmiz üçün, Türkiyə üçün, bütün türk coğrafiyası üçün səmərəli fəaliyyətindən xəbərdaram, eyni zamanda 3 il əvvəl Ankarada olarkən dərnəyin mərkəzi ofisini siyarət eləmişdim. O bizim qürur duyduğumuz həmvətənimizdir, yüzlərlə gərəkli işə imza atmış tanınmış hüquqşünasdır. Həm də Azərbaycan saz-söz sənətində öz qiymətli yeri olan Azaflı şəcərəsinin varisi, layiqli təmsilçilərindəndir. Bu mükafata görə həm Arzuman bəyə, həm dərnəyin idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bunu özüm üçün şərəf bilirəm. Bütün mükafat alan insanları təbrik edirəm…”
Mərasimin sonunda xatirə şəkli çəkilib.

Təltif olunanlar arasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair SƏLİM BABULLAOĞLUnun olması bizi sevindirir.

“Yazarlar”  olaraq, bu münasibətlə  Səlim Babullaoğlunu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günün sitatı – Zaur Ustac

“Mürəkkəb” sadədir, “milli” alınma,
“Doğru”dan “d” düşsə, oğru olacaq!
Təzada bax ki, sən, “alınma” milli,
“Ahəng”ə nə zaman sorğu olacaq!?
© Zaur Ustac

Məlumatı hazırladı : Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çağdaş Danimarka poeziyasının 12 ulduzu “Ulduz”da

Çağdaş Danimarka poeziyasının 12 ulduzu “Ulduz”da

Bir müddət əvvəl, ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan ədəbi mühiti üçün diqqətçəkən ədəbi layihə gerçəkləşdi. “mustagil.az” saytı şair Səlim Babullaoğlu və türkiyəli şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında 12 Danimarka şairinin şeirlərini təqdim etdi: Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrandt, Nils Hav, Marianna Larsen, Piya Tafdrup və Tomas Böberqin.
Adıçəkilən şairlərin hər biri çağdaş Danimarkanın, bütövlükdə Skandinaviyanın XX-XXI əsr poetik xəritəsində vacib və bilinən şairlərdir.
Bu layihənin sonucu kimi “Ulduz” jurnalı özünün bu ilki yanvar-fevral sayının “Dərgidə kitab” rubrikasında həmin şairlərin hər birinin 1 şeirini birgə təqdim etdi…

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, yaxın aylarda Danimarka ədiblərinin iştirakı ilə Bakıda “Danimarka şeiri gecəsi” keçirilicək.
Tədbir “Dünya ədəbiyyatı” dərgisi, “Ulduz” jurnalı və AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakıyla gerçəkləşəcək…

Mercane İlhamcanova – Bahar çiçeği

Mercane İlhamcanova 2 Temmüz 2010′ da Sirderya vilayetinin Sirderya ilçesinde  doğdu. Halima Hudoyberdiyeva Adındakı Yaratıcılık Okulu’nun 8. sınıf öğrencisidir. Şiirleri “Hayal Dalgaları” antolojisinde ve “Edebiyat ve zaman”, “Tefekkür ve dünya”, “İrfan va gençler”, “Manevi alem” gibi gazetelerinde yayımlanmış. Aşağıda onun şiirlerini okuyabilirsiniz.

ÇİÇEĞİM

Hâlini görüp ciğerim kan oldu,
Yoksa, dert denize mi battın?
Çiçeğim, neden soldu yanağın,
Yoksa, gam dünyasına mı daldın?

Feryadını dinleyen bülbüller,
Artık gururla ötmez oldu.
Hâlinden yorulan geceler,
Yüreğime hasretini koydu.

Aldandın mı baharın sözlerine,
“Seviyorum”, diye mi masal anlattı?
Kibirle baktığın o zulmün gözüne
Aşk, yolun ortasında mı bıraktı?

Toprağın verimsiz mi gerçekten,
Kara günler mi büktü başını?
Yoksa rüzgarlar mị kopardị yaprağını,
Ne oldu da kırıldı sabrın?

Seninle çiçek açardı dünya,
Eğilip asla diz çökme.
Dert hançer gibi saplanmasın sana,
Ciğerime gözyaşlarını dökme!

YALNIZ KAVAK

Köyün eteğinde bir kavak büyür,
Göğe baş kaldırarak uzanır boyu.
Bazen sabah rüzgarı okşar gövdesini,
Ama o sessiz bir düşünceye dalmış gibi.

Bazen mutsuzca eğer başını,
Sanki bir şeylerden kurtuluş bekler gibi.
Gökyüzü de hüzünlü döker yaşlarını,
Kavak, yüreğine acıyı almış gibi.

Geceleri ay eşlik eder ona,
Yıldızlar altında dertlerini anlatır.
Gururlu görünse de iç çekip inler,
Hasretin kollarında inler durur.

Güneş de kavağa sevgiyle bakar,
Gökyüzünün kuçağında kaygıyla yatar.
Ve hüzünlü kavağın ruhunu alıp,
Ufka kan rengine bürünüp batar.

Yalnızlık bıktırmış onun gamlı hayatını
Bir yoldaş arardı yüreği hayatına.
Yalnızlık doldururdu tüm düşüncelerini,
Ve özlemlerle yaşardı o kavak.

Köyün eteğinde bir kavak büyür…


Tercüme:

Cahangir NAMAZOV,
Dünya Talantları Beynəlxalq Birliyi üzvü,
Abay medalı, Beynəlxalq Usmon Nosir xatirə nişanı sahibi,
“Bütöv Azərbaycan” qəzetinin Özbəkistan üzrə təmsilçisi.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

QANLI 20 YANVAR FACİƏSİ

QANLI 20 YANVAR FACİƏSİ
1990-cı il

Qarabağda qırırdı ermənilər milləti,
Qalxmışdı ölkəmizdə azadlıq hərəkatı.
Tarix bu gün çox göynədi, titrədi,
Gələcəyə nə dedi, nə söylədi?

1990-cı il 20 yanvar gecəsi,
Girdi SSSRİ ordusu və onun birləşməsi.
Vətən torpaqlarına girdi zirehli tanklar,
Qanlara qəltan oldu ön sırada olanlar.

Günahsız insanlara divan tutulur burda,
Təcavüz baş alıbdır əliyalın bir xalqa.
Maşınların cəsədi tankın altında qalır,
Bilinmir qopan başlar, əllər , qollar hardadır?

Avtomatlar açılır,güllələr vıyıldayır,
İldırım kimi çaxır, yağış kimi səpilir.
Qan çilənir yollara, zarıyan insanlardan,
Kimsə xəbərdar deyil Bakıda olanlardan.

Heç kəsə yoxdur aman ağrıdan donub zaman,
Bu, necə faciədir,ətraf dəhşətdir yaman.
Haray səsi ,inilti hər tərəfə yayılır,
Can verən yaralılar köməksizcə bayılır.

Hər tətəf qan ağlayır, ürək yara bağlayır,
Analar saçın yolur, qızlar səssiz ağlayır.
Ara yaman qarışıb , Bakı çox çalxalanır,
Hər küncdə, hər bucaqda qan gölləri yaranır.

Qan ağlayır qərənfil, asfaltlara döşənir,
ALLAH bu nə zülmdür, bu nə faciədir?
20 yanvar gecəsi,hər yan ağlaşma səsi,
Bu SSRİ ölkəsi, bu da ki, himayəsi.

Görən kimdir günahkar,düşündürür hər kəsi
Tarix unutmaz bunu!— ucalır xalqın səsi.
Zülmət qaranlıq gecə, necə söyləyim ,necə?
Qırmaq üçün həvəsi,kəsmək üçün nəfəsi,
Hərəkatı xəlvəti, dağıtdılar gizlicə.
Vəhşi haylara qarşı azadlıq hərəkatı,
Boğulurdu qərəzli, boğulurdu beləcə.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Yanıq iyi

Yanıq iyi
(hekayə)
Mən yuyunmaq istəyirəm! Şəlalə gülüşünün qəhqəsində. Mən boğulmaq istəyirəm gözlərinin dərinliyində. Tutub əlindən uçmaq istəyirəm nəhayətsiz ənginliklərə. Birdəfəlik yox olub getmək istəyirəm sənlə günəşin ilk boyalandığı dağların arxasına, ya da qüruba əlimiz çatan uzaqlığa. Sahilində bir sınıq qayıq olmayan adada bir ömrü sənə həsr etmək istəyirəm. Hər səhəri o adanın ən gözəl, ən ətirli çiçəklərini üzüb ayaqların altında bəxtəvər etmək niyyətindəyəm. Yumub məni gözlərində uyğularının əbədi müsafiri olmaq keçir könlümdən.
Qorxunun içindən doğulmuşam. Qorxmuram daha. Bilirsən qorxusuzluq nədi? Sənə olan məhəbbətimin aydınlığı, pəmpəcə buludların bəyazlığında tərtəmiz yazıdı. Heç mürəkkəbi də qara deyil. Tanrının mübarək əlindən mürəkkəbi günəşin al şəfəqindən olan yazıdı. Bu yazının oxunuşu səmavi kitabların ayəsinin avazındadır. Bu ayələri oxumaqdan niyə də qorxmalıyam. Haqdan gələn nidalar heç bir qorxuya baş əyməz.
Ehkamlara hayqırıb, meydan oxuyuram. Əgər insanların düzüb-qoşduğu adət və nə deyərlər hücum çəksə üstümüzə, alıb səni qollarıma qaçaram bir kimsənin yaşamadığı məkana.
Bu nədi ağlayırsan? Bəlkə sən hələ biz getməmiş yerdə indiki yerimiz üçün qəribsədin. Hələ arxada buraxmadıqlarına acıdın?
Bəlkə etiraf edəsən! Nəyi?
Bəlkə deyəsən….. Yox nə sevmək, sadəcə sənə biganə deyiləm!
Yaxşı, bildim. Yanlış anlamışam. Mən sıradan bir dostammış. Lap olsun ən yaxın dostammış.
İnciyirsən? Küsürsən?
Bəs özün nə etdiyinin fərqindəsən?
Sinəm qalıb kənarda. Köksümdəki ürəyin üstünə dırnaqlarından şıram çəkirsən. Sonra da Masazır duzundan ovuclayıb basırsan üstünə. Bir andaca qoparıb salırsan ən qaynar island termalına. Ürəyin soymur ki… ordanda əsən rüzgarlara verib qovursan artika buzlaqlarına. Qəribəsi də odur ki, bütün bunları bir anda, bir göz qırpımında edirsən.
Heç nə etmirsən? Bu mənəm bir sözündən uçub günəşə çatan, ya bir incik dodaq büzməyindən buz bağlayan.
Bilirsən nə arzulayıram? Əlinlə ən acı bibəri dilim-dilim doğrayasan, yox eee.. nə bibər, zəhər verəsən bir içim. Qafqaz bal arılarının bənövşə ətirli balı kimi çəkərəm dodaqlarıma, Abşeron şanısının əldə sıxılan ən şirin salxımdan süzülən şirinlik bilərəm zəqqutun təmli zəhər şərbətini.
Qorxursan? Zərif çiyinlərin çəkə bilməz bu böyüklükdə sevgini? Çəkə bilməz mən böyüklükdə yükü? Yoxsa qorxursan çatdığın ocağın alovu qarsdırar üz-gözünü. Ya mən yanıb kül olaram. Bir dəli qara yel də gəlib külümü çırpar üzünə. Qorxudan tir-tir əsən uçuqlamış dodaqlarına, göz yaşının yanağındakı cığırlarına qarışan kül səni tanınmaz edər.
Qara yelin başının üstə oynatdığı kül burulğanını görüb, sənə başına kül olmuş deyərlər?

Bütün yazdıqlarını bir nəfəsə oxudu. Özü də bilmirdi nə köçürür kağıza. Məktubmu, rabitəsiz düşüncələrinin hıçqırıqlarınımı. Bir şey ki, onun özü üçün anlaşılmaz idi, bəs….. gözlərini döyə-döyə yazıya baxırdı.
Çəkindi, üşəndi. Duyğu bətnini tərk edən sözlərdən eyməndi. Dərhal kağızı kiçik hissələrə bölüklədi. Kibrit çalıb yandırdı. Həycandanmı, barmaqlarının titrəməyindənmi biləyi də azacıq yandı. Göynədiyini hiss edib, xəfifcə gülümsüdü də. Yazdığı bir vərəq kağız əlini belə göynədir, bəs büsbütün yanan vücudu… Yeri-göyü yandıraram ki…
Kağız yanığının iyi otağını bürüdü. Pəncərəni açdı. Hava küləkli idi. Ev telofonunun zəngi onu diksindirdi. Axırıncı dəfə onun dəstəyini nə vaxt qaldırdığını xatırlamırdı.
-Alo qonşu salam-deyən səsin sahibini tanıdı.
-Salam.

-Qonşu mobil nömrəni bilmirdim. Hava küləklidi. Yanıq iyi hiss etdim.Dedim görüm salamatçılıqdı?

-Salamatçılıqdı.
Bilmədi təəcüblənsin, ya….
Hissilərinin bircə vərəqlik kağıza köçəni dünyanın ən biganə və kobud qonşusuna tüstüsünü necə çatdırdı.

Sirenlərin həyəcanlı səsi hələ də açıq pəncərədən bütün otağı başına götürmüşdü. Əks tərəfdəki küçənin o başında tikintisi hələ başa çatmayan bina yanırdı.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Lalə İsmayıl – Dünya

Lələ İSMAYIL

DÜNYA

Çoxların keçirib qılıncın altdan,
Qul ömrün eylədin iş-peşə, dünya.
Beşikdə bələkdin, tabutda kəfən,
Olumla ölümün baş-başa, dünya..

Nə nökər dinləyib, nə şah tanıdın,
Nə aman eşitdin, nə “ah” tanıdın,
Nə savab, sədəqə, günah, tanıdın..
Çürüdüb, qatırsan leş-leşə, dünya..

Doğru libasında yalan da sənsən..
Ağlı başdan çalıb, alan da sənsən..
Qarıyıb, cavan qız qalan da sənsən,
Kim çıxar səninlə döş-döşə, dünya…

Dərdin atəşində dindirmək üçün,
Öldürüb, məzara endirmək üçün,
Laləni həzm edib, sindirmək üçün,
Gərək qulunc qırıb, gərnəşə dünya.

16.01.2023

Müəllif: Lalə İsmayıl,

Mirvarid Dilbazi Poeziya Məclisi İB idarə heyətinin üzvü, yazar.

LALƏ İSMAYILIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Azadə Novruzova – 20 Yanvar – qaranlıqdan aydınlığa açılan səhər…

20 Yanvar – qaranlıqdan aydınlığa açılan səhər…

34 ildir ki, bu müqəddəs Xiyabanı ziyarət edirəm. İlk illərdə məktəbli idim. Ömrümdən nə qalıbsa, o tarixdən bəri yaşadığım illər kimi yenə də bura bağlı olacaq. Şəhidlərimizin dəfn gününü heç unutmaram… Sinif yoldaşlarımızla Əhmədlidən piyada dizəcən qara bata-bata gəlib çıxmışdıq dəfnə. İnsan izdihamı göz qaraldırdı. Səması tutulmuşdu küləklər şəhərinin. Qar, boran az görən Bakıda şaxtalı bir gün idi. Al qərənfil yağışı yağmışdı Azadlıq tələb edən xalqımızın ana qucağına – Bakıya.
Uzaq dağ kəndindən sənə sarı çox boylanmışdım, Bakı! Poçt maşınını kəndimizin asfalt yoluna burulan görən kimi məhlə uşaqları ilə birlikdə poçtumuza qaçardıq. Əmidən, bibidən, dayıdan, xaladan, qohum-əqrabadan məktub, bayram açıqcalarını nə qədər səbirsizliklə gözləyərdik. Poçtdan birimiz sevincək, beşimiz məyus (məktub almayanlar) qayıtsaq da, bu hal həmişə belə təkrarlanardı. Həm sevinənlər, həm də məyus olanlar poçta bir yerdə gedib gələrdik. O məktubları qaranəfəs evə çatdırınca necə sevinc yaşamışam, İlahi! Məktubu birinci nənəmə oxuyardım, həyacanlı-həyəcanlı. Sonra atam oxutdurardı, sonra da anam. Özüm isə yeni məktub alana qədər dönə-dönə oxuyurdum. Sanki sehirli idilər bu məktublar. Özləri ilə nə qədər ümid, sevinc gətirirdilər. İçindəki xəbərlərdən belə asılı olmazdı bu sevinclər. Bəzən acı xəbərlər gətirsələr də…
“Sizə Bakıdan məktub gəlib” bu cümlənin sevinci ayrı idi. Qohum uşaqları yazırdılar ki, Bakının işıqları o qədər al-əlvandır zülməti aydınladır. Gecələri ecazlı, gündüzləri füsunkar Bakı… Bir uçqar dağ kəndindən necə möhtəşəm görünürdün, doğma Bakı, əziz Bakı!
Bu gün də Dağüstü park yüksəkliyindən seyr edib qürurlandım səninlə, gözəl Bakım, mehriban Bakım. Adətən belə başlayardı məktublar:
-Salam. Biz sağ və salamat olub, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik. Yazın görək, necəsiniz? Burda, bizdə havalar yaxşı (soyuq, sərin, isti və s.) keçir, bəs orda, sizdə havalar necə keçir?
Burda – bizdə… Orda – sizdə… Havaların necəliyi sanki, bütövlükdə növbəti məktubu yazana kimi adamı toxtaq saxlayırdı. Bu məktublar ümumilikdə əhval-ruhiyyəni özündə cəm edib, məktub yazılana ötürürdü. Artıq 36 ildir ki, Bakıya məktub yazmıram. Poçt maşını yalnız xəyalımda kəndimizə burulur…
Bakıya ilk gəlişim 1988-ci ilin sentyabr ayında Zəngəzur mahalındakı Qarakilsə rayonunun Şəki kəndindən qaçqın uşaq statusunda olub. O ildən Bakı əlimdən bərk tutub. Bakının sakini olmuşam. O illərin uşaqlarının çoxunun uşaqlığı Azadlıq Meydanında keçirilən mitinqlərdə keçib. Məktəbdə dərslərimizi yarımçıq qoyub, qaçıb meydana gələrdik. Azadlıq mübarizəmizə qoşulardıq. “Lenin baba”, deyə-deyə böyüyən biz – sovet uşaqları Sovet İmperiyasının necə süqut etdiyini öz gözlərimizlə gördük, ağrı-acılardan keçib, müstəqilliyin dadını ilk dadanlardan olduq. Biz uşaqlar da elə birdən böyüdük…
Mən də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə böyüdüm. O dəhşətli yanvar gecəsində qaldı doğum günü sevincim. Günahsız məktəbli Larisanı, İlqarı qətl edən “bizim sovet ordumuz “un əsgərləri o sevinci də güllələdilər. Gecəni vahimə içində keçirdik. Nə baş verdiyi barədə hər hansı bir rəsmi məlumat əldə etmək mümkün deyildi. Azərbaycan Televiziyasının enerji blokunu partlatmışdılar. Radio da susmuşdu. O zaman mobil əlaqə yox idi. Yalnız şəhər telefonları ilə əlaqə saxlamaq olurdu. O da təhlükəli idi. Çünki dinlənilirdi. Qanlı Yanvar şənbəsinə açıldı sabahımız. Heç kim bir-birindən xəbər tuta bilmirdi. Əslində nə baş verdiyini anlamaq çətin deyildi. Gözlə gördüklərimiz bunu diqtə edirdi. Bakıya Sovet Ordusu hücum etmişdi. Dinc əhalimiz amansızlıqla qətlə yetirilmişdi. Sovet ordusunun tankları Bakını hər tərəfdən əhatəyə almışdılar. Binamızın (Əhmədli qəs. Nəsirəddin Tusi küç.43) başında, yolun ortasındakı tank hansı eyvandan boylanan olurdusa oranı atəşə tuturdu. Axşamlar işığı gələn pəncərələrə də atəş açılırdı. Bakı buxtasındakı gəmilərin qulaqlarımdan heç vaxt getməyən fit səsləri… Eyvanlardan 40 gün asılan qara bayraqlar… Nə tankdan, nə qandan qorxmayan xalqımızın əzmi, iradəsi, mübarizliyi… Dağüstü parka doğru irəliləyən insan seli… İndi Bakının 20 Yanvar Meydanına çevrilən bu yerdə bir vaxt XI Qızıl Ordu meydanında heykəli ucalan, Qızıl Ordunun, əslində Qanlı ordunun törətdiyi faciəyə qarşı Bakının qəzəbi, nifrəti, sonsuz kədəri yaddaşımdan silinməyib, silinməz də. Heç Sovetlər Birliyini yaradanların özlərinin də inanmadığı, uydurduqları sovet xalqı məfhumu və bu xüsusda yaratdıqları bu beynəlmiləl xalqa qarşı faşist münasibətləri təkcə Bakıdakı 20 Yanvar faciəsi ilə məhdudlaşmamışdı. Alma-Ata, Tbilisi, Oş, Düşənbə, Vilnüs, Riqada da bu Qızıl yox, Qırmızı ordu xalqları qanlarına qəltan etmişdi. Uşaq ikən qulağım çox eşitmişdi. Bala, Allah bu Şura hökumətini dağıtsın. Bizi quru yurdda qoydu. Sürgünlər, güllələmələr, yağmalamalar… Ağ günümüzü qara günə çevirdilər. Heç pis gündən gözümüz açılmadı… Evini yıxanlara qulluqçu olmaqdan ağır nə ola bilərdi? Sovet vətəndaşı, sovet ordusu və s. zor gücünə hamını sovetləşdirmişdi. Müharibə, qan-qada, ölüm, itim… Çox şeyimizi itirdik. Ərazi bütövlüyümüzü, əzizlərimizi, dostlarımızı… Dağıdılan varımızı-halımızı demirəm… Bircə ümidimizi itirmədik. Ümid ölmədi, bizi diri saxladı!
2020-ci ildə 44 Günlük Şanlı Zəfər salnaməsi yazıldı tariximizə. 2023-cü ildə ərazi bütövlüyümüz bərpa olundu. Bu zaman kəsimində Müstəqil dövlətimiz möhkəmləndi, ordumuz gücləndirildi və nəhayətdə Böyük Qələbə qazanıldı. Zəfər çaldıq!
2024-cü il 20 yanvar tarixində Bakıdan – Bakıya yazılan bu məktubda – “Bu gün Bakıda hava şaxtalıdı. Gün işarsa da, soyuq adamın iliyinə işləyir” yazıldı. Əlimdəki qərənfillər isə əvvəlki illərdən fərqli olaraq, üşümədilər… 34 ildir ki, bu sevinc, sevgi, şadlıq çiçəkləri soyuq məzarlara düzülür. Şəhidlərimizin tökülən günahsız qanlarının simvoluna dönüblər, bu al qərənfillər…
Bu il qərənfilləri şəhid məzarlarına düzəndə həm şəkillərdən boylanan baxışlar, həm də qərənfillər gülümsəyirdi üzümə. Onlar sanki birləşib ərazi bütövlüyümüzün sevincini əks etdirdilər bu gün bizə, ziyarətçilərinə.
Bu gün, gözümüzdən yaşları, kədəri, qüssəni sildi AZADLIQ uğrunda əziz canlarını fəda edən, ŞƏHİDLƏRİMİZ! Amalı azadlıq olan şəhid şairimiz Ülvi Bünyadzadənin anası bir dəfə söhbətimizdə söylədi ki, Ülvi gənc ikən şəhid oldu, yandım, kül oldum. Amma sonra gördüm ki, oğlum xalqımızın qəlbində yaşayır, o diridir! Əbədi ömür qazanıb. Məni bu toxtatdı. Ülvini və azadlığımız uğrunda canını qurban verən bütün şəhidlərimizi qoynuna alan Vətən sağ olsun! Allah hər bir Şəhidimizin əziz ruhunu şad etsin!
20 Yanvar, sən qaranlıqdan aydınlığa açılan səhər oldun. Qürur Günümüzsən!
Şura deyilən hökumət qurulan gündən qəlbimizə gizli-gizli əkilən Azadlıq toxumları bu gün al qırmızı qərənfillər gözəlliyində göyərdi!
Mən də yenidən doğuldum bu gün, hürr və azad! Bakı, xoş vaxtın xeyir!

Azadə NOVRUZOVA,

Prezident mükafatçısı, şair-publisist,
Qərbi Azərbaycan, Zəngəzur, Qarakilsə rayonu, Şəki kənd sakini.

AZADƏ NOVRUZOVANIN YAZILARI

XALİQ RƏHİMLİNİN YAZILARI


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"