Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…
21- ci hissə
RASİM KƏRİMLİ – şair, pedaqoq

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm.Xatırladım ki, bir qədər unudulmuş, yaradıcılığına biganə münasibət bəslənmiş şair Rasim Kərimli haqqında ilk və yeganə verilişin ssenari müəllifiyəm.Rasim Kərimliyə həsr etdiyimiz “Sətirlər” verilişinin həmin buraxılışını 2021-ci ilin mayında “Mədəniyyət” kanalı vasitəsilə izləyicilərə təqdim etmişik.Şair haqqında yazılarımı müəllifi olduğum – “Sətirlər” və “Tale şairi: Məmməd İsmayıl” kitablarında verdiyim üçün çox şadam)

BİZİM ADAM – RASİM KƏRİMLİ
(xatirə – esse)

-Adınız?
-Rasim.
-Soyadınız?
-Kərimli.
-Kimsiniz?

Qarğalar mükafat alanda ortaya bədheybət sükut çökər, təqdirə-şayan şairlər kölgədə qalar.Mənə sarı gəlməkdə o qaraltı, kimdirsə bizim adama oxşayır.Gəlişindən tanış gəlir, elə yerişindən də.Əlində əsa, tösmərək bir kişidir.Gəlir…Axsayır, bir ayağını çəkir.Düz Qırıqlıdan gələnə oxşayır.Düz Qırıqlının qırıq, incik, küskün sakininə – şair Rasim Kərimliyə bənzəyir.
Ləngərli, astagəl yerişiylə bizə sarı gəlməkdə olsun Rasim Kərimli, mən isə onu tanıyanlardan bircə-bircə soruşum:
Söz xiridarlarından, şeir məclislərindən, mahnı mətnlərindən, universitet tribunalarından, Zəminə xanımdan, Cavid Axundov ocağından,
Aşıq Ədalət avazından, Aşıq Xanlar sazından, Qəzənfər müəllimin sözündən soruşacağam şair Rasimi.Daşdan-divardan, dağdan-arandan soruşacağam:

  • “Bu illər ərzində hardaydı?” – deyə hətta ittihamda da bulunacam.Əvvəlcə lap özəkdən başlayaq, özək deyəndə mən torpağı, kökü başa düşürəm.Doqquz oğuzun Tovuz yurdu məskənidir Rasimin.Özü demiş:

-“Mahallar mahıdır mənim Tovuzum,
Cənnətdir, behiştdir hər yan görərsən.
Qızıl güllərini, çiçəklərini,
Ətirlər, ənbərlər yayan görərsən.”

Ətirli, lətif şeirlər müəllifinin əlində əsa da var, axsaya-axsaya gəlir.Aşıq Nağının yanından gəlir.Rasim el havalarına, havacatlarına bələd olmağı Aşıq Nağıdan öyrənmişdi axı.Ancaq öyrənmək üçün əvvəlcə doğulmaq lazım idi.1932-ci ilin mayında dünyamızı şərəfləndirən şairimizin özünü tanıyan az, şeirlərini əzbər bilən çox.Saz çalmağı qiyamət, zurna-balabanda ifası məharət.Hələ tələbə ikən qarmon, pianoda ifa etməyi də olsun şücaət.Dövlət Universitetinin filologiya fakültəsi şairin nəsibinə, müəllimlik etdiyi illər Ağsu rayonunun qismətinə yazılsın.Elmi fəaliyyəti Nizami adına
“Dil və Ədəbiyyat İnstitutu” nda, şairliyi isə oxucuların sinəsində qalaqlansın.Hələ şair Rasim alim Rasimi qatlayıb dizinin altına qoysun, ona məğlubiyyəti daddırsın, dizini büküb kürəyini yerə vursun.Ancaq hər incə mətləbi anlamayan naşıların, bekar-behtin, veyil adamların əlindən zara gəlsin. Cavanına nə fayda, yaşlısına nə fayda? Əbləhinə nə fayda, naşısına nə fayda.

Nə fayda?

Elinə, gününə yanmayan bir kəs,
Tutaq ki, sultandı, xandı, nə fayda?
Gənclikdə ömrünü xar eyləyənlər,
Çallaşan vaxtında qandı nə fayda?

Yeri ayrıcadır dünya üzündə,
Qəlbi xainin də, könlü düzün də,
Hamının əksi var elin gözündə,
Alçaqlar adını dandı nə fayda?

Rasiməm, dar gündə dostuma dayaq,
İnamın yoxdursa, imtahan et, bax,
Zülmət gecələrdə yanmayan çıraq,
Günəşli günlərdə yandı nə fayda?
(R.Kərimli)

Bu adam bizim adamdır.Üzündən nur tökülür.Nur yerinə su tökülsə, selləmə yuyub aparar zəif, cılız şairləri.Necə ki, silib-aparırdı, Yazıçılar İttifaqında “şeirlərində hiss yoxdur” deyənlərin qənşərindəcə dim-dik dayanmışdı.Hələ cırtqozluq eləyib onların cavablarını tutarlı şəkildə verən də Rasim olmuşdu.Cavab verməyə də bilərdi, axı sonralar dillər əzbəri olacaq şeirləri yaxşıca, duzluca cavab hazırlamışdı onlara.Rəvan şeirləri xalqa yaxın imiş, sən demə.
-Xalqa?
-Bəli!
-Bəs, haqqa?
-Elə haqqa da.
-İkisi də eyni deyilmi? Xalq ya haqq, təfavütü bir qırıq.Düz Qırıqlıdan bizə sarı gəlir Rasim Kərimli.
80-ci illərin əvvəllərindən çıxıb gəlir.Şüvəlan, milis məktəbinin arxasındakı bağların – Cavid əminin ocağının sevimli müsafiri Rasim Kərimlidir.
15 noyabr 1983-cü ildə öz imzasıyla yenicə çapdan çıxmış “Biləydin kaş…” kitabını Cavid əmiyə bağışlayarkən, ürək sözlərini yazmağı da unutmur:

  • “Gözəl şair, dostum Cavid Axundova və onun gözəl ailəsinə sonsuz hörmət və ehtiram əlaməti olaraq”
    İmza: Rasim Kərimli
    15.11.1983

Bu kitab mən – Turan Uğurla yaşıddır.Bu kitabın çapa getdiyi gün 3 oktyabr 1983-cü ildir, yəni bəndənizdən 11 gün böyükdür.İndi əlimdədir bu kitab.Rasim Kərimlinin ailəmizə olaq sıcaq, hənirli münasibəti bu kitabın səhifələrindən barmaqlarıma keçir sanki və məni şair haqda peydərpey yazmağa sövq edir.Qoşmaları, gərayılıları, lirik poemaları ilə yaddaşlara həkk olan şair haqqında yazmaq özü də göyə bağlıdır.Gərək nidası göydən gələ.Atalar deyib ki…

                                Bağlıdır

Atalar deyibdir:”Yağmasa bitməz”
Torpağın taleyi göyə bağlıdır.
Şöhrət var, Günəşlə, Ayla ölçülür,
Şöhrət var mənsəbə, boya bağlıdır.

Nə var tələ qurub qada verməyə,
Mərd odur, yaxşını yada verməyə.
Adam var, adamı bada verməyə,
Bircə himə bənddir, haya bağlıdır.

Nə yalvar, nə dilən, nə zorla ad al,
Nə tənə selinin qarşısında qal.
Göz yaşı tökməklə yetişmir vüsal,
Həsrətin çarəsi toya bağlıdır.

Nə vaxtdır dağlarda çiçək görmürəm,
Yolunu, izini göyçək görmürəm.
Sinə var, altında ürək görmürəm,
Sanki daş asılıb, qaya bağlıdır.

Dünyanı yaşadan nurdur, işıqdır,
Deyəsən, hardasa baş qarışıqdır.
Nöqsan axtaranda gözün açıqdır,
Gözəllik görəndə niyə bağlıdır?

Eh, vaxt qonaq, bivaxt qonaq.Aşıq Xanlar, Aşıq Ədalət, Həşim Qərvəndi sazəndə qonaq, şair qonaq.Gəncəbasarlı dostlar bir yerdə, bir arada…Hələ onların sırasında Qəzənfər müəllim (Qəzənfər Paşayev) də olardı.
Yığışıb şeir-söz məclisi düzəldənlər Firəngiz ananın turşu-qovurma, döşəmə plovundan da nuş edərdilər.Həmin məclislərin bir ünvanı da indiki Süleyman Rəhimov küçəsində yerləşən şairin mənzili olardı.Mikayıl Azaflıdan tutmuş Kamandara, Osman qağadan (Osman Sarıvəlli) gəl üzübəri Zəlimxan Yaquba, professor Bəşir Əhmədliyə, Camal Mustafayevə kimi.Dəmiryolu vağzalının yaxınlığında yaşayarsansa, bir də evin Zəminə xanım (Rasim Kərimlinin həyat yoldaşı) demiş, Aşıqlar Birliyinin filialı olarsa, deməli, qonaq-qaradan bolsan.Amma bu şux məclislərin də son bulduğu günlər olur.Şairin Zəminə xanımdan ayrıldığı çağlara elə də çox qalmamışdı.Günəşli günlərdə yanan çıraqlar kimi faydasız olacaqdı Rasim Kərimlinin sonrakı peşmanlıqları.

 Evin çırağı

Evə qayıdanda hər axşamçağı,
Elə ki görürəm işığım yanır.
Bilirəm evdədir evin çırağı,
Gözüm də, könlüm də nura boyanır.

İşıq gəlməyəndə pəncərələrdən,
Qəlbimdə parlayan işıq da sönür.
Evə yaxınlaşmaq istəmirəm mən,
Hər yan gözlərimdə zülmətə dönür.

Heç əskik olmasın evin çırağı,
O, qəlbə dayaqdır, o, ömrə keşik.
Çəkmişəm qəhrini çıraqsızlığın,
Çıraqsız qalmasın bir ev, bir eşik.

Ömür-gün yoldaşından gen düşməyi onun ağır yerişlərinə qurğuşun təki çökür.
-Bəs, ürəyinə?
-Elə ürəyinə də.

“Səni itirdiyim gündən, ay mələk,
Dünyada hər şeyi itirmişəm mən”

Belə naçar günlərin birində ustad şairimiz, şairin həmyerlisi Məmməd İsmayıl da onu küçədə təsadüfən pərişan, dərbədər görür.

Məmməd İsmayıl:

  • “O vaxt Bakıda təsadüfən qarşılaşdıq.Çox pis vəziyyətdə idi.Bir qadınla yaşayırdı, onu elə görəndə dünyam qaraldı”

Ancaq ailəsinə olan sevgisi əbədi oldu şairin.Hələ övladları – İlqara və Eldara həsr etdiyi şeiri oxusaq lap yerinə düşər.

Dünyada

(Oğlanlarım İlqara və Eldara)

Ömrün baharı da, qışı da xoşdur,
Hər çəndən, dumandan küsmə dünyada.
Məramın, məsləyin, yolun bir olsun,
Yel kimi hər yana əsmə dünyada.

Ucal kamalınla, alın tərinlə,
Bir qitə kəşf elə hər səfərinlə,
Zirvələr yaransın qoy hünərinlə
Xeyirsiz, bəhrəsiz gəzmə dünyada.

Bağbanın ürəyi bağa bağlıdır,
Şirinlik-acılıq tağa bağlıdır,
Dağın da arxası dağa bağlıdır,
Əlini əllərdən üzmə dünyada.

Bu öyüd dolu misralar şairin təkcə oğlanlarına deyil, bütün balalara nəsihəti idi.Bu yazım boyunca hamıdan sordum şairi, təkcə biçarə bülbüllər qaldı, görüm onlar nələr ötəcək?

Verilmədi

Yetirin ərzimi naşı təbibə,
Deyin ki, dərmanım düz verilmədi.
Sərraflar əlindən düşməyən zərə,
Misgər bazarında üz verilmədi.

İstəsən qəlbinə nur ələsin dağ,
Zirvəyə qartalın gözləriylə bax.
Günəşin nurunu sevməz yapalaq,
Bayquşa əzəldən göz verilmədi.

Rasim, tək olanda hünər də laldı,
Yalqızın taleyi gümana qaldı.
Qarğa qarıldadı mükafat aldı,
Biçarə bülbülə söz verilmədi.

İndi tamamən kölgədən çıxdı şairimiz, yaradıcılığına böyük pəncərə açıldı.O pəncərədən 1996 – cı ilin iyun ayında, sıcaqlı bir gündə həmkəndlisi, sayğıdəyər alimimiz Qəzənfər Paşayev də görünür. Qəzənfər müəllim onu dəfn edənlər arasında idi.Yiyəsiz şairə yiyə çıxan, ona qahmar çıxan Qəzənfər müəllimə Rəbbimizdən sağlıq dolu ömür təmənna edərkən, bir də şair Rasim Kərimliyə son suallarımı verəcəm:

-Adınız?
-Rasim.
-Soyadınız?
-Kərimli.
-Kimsiniz?
-Sizin adam…

(Yazımda Rasim Kərimlinin yaxın dostu akademik, şair Cavid Axundovun, Cavid müəllimin ömür-gün yoldaşı Firəngiz xanım Axundovanın, şair Məmməd İsmayılın, Əməkdar elm xadimi Qəzənfər Paşayevin, atam Asif İsmayılzadənin xatirələrinə, habelə müəllifi olduğum “Sətirlər” və
“Tale şairi: Məmməd İsmayıl” kitablarındakı faktlara söykənmişəm)


04 avqust 2024-cü il,
Bakı.

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər – İki şeir

Yağış yağır

Göy üzü özünə bənzəmir nəsə,
Yağışla bərabər ildırım çaxır.
Yer əhli ümidlə gəlib həvəsə,
Yağış sularına istəklə baxır.

Bir ruzi gətirir yağış özüylə,
Torpağa, bitkiyə bərəkət verir.
Canlanır təbiət göyün üzüylə,
Yağış bu yerlərə hərəkət verir.

Hər yanı təmizlik halına salıb,
Yerlərə gözəllik gətirir yağış.
Torpaqda dərindən- dərinə dalıb,
Yaşıl çəmənləri bitirir yağış.

Camal, düşüncəndə ildırım çaxsın,
Yağsın fikirlərlə qəlbin yuyulsun!
Gözəl düşüncələr könlünə axsın,
Könlündən sədasın yayıb duyulsun!
25.07.24


Mehdi balaya

Cəm etdim qəlbimdə neçə diləyi,
Ürəkdən Mehdiyə təbrik göndərim!
Tərpətdim bar verən gözəl ürəyi,
İstək ağacının meyvəsin dərim!

Təbəssüm ömründə qonub üzünə,
Qəlbinin halını bəyan eyləsin!
Sevinc duyğuları hopub gözünə,
Sevgini car çəkib ayan eyləsin!

Açsın qədəmində, açsın hər zaman,
Rəngarəng, ətirli, əlvan çiçəklər!
Xoşbəxtlik səmanı almasın duman,
Sevinc Günəşindən qızsın ürəklər!

Camalın istəyi Mehdi balaya,
Səadət dünyada gözəl pay olsun!
Yayılsın sevgisi ulduza, aya,
Xoşbəxtlik qəlbində bir haray olsun!
26.07.24

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tahirə İsaqızı – XEYİRXAH ADAM

XEYİRXAH ADAM
Həyatda qəribə adamlar var. Xeyirxah, bədniyyət, bəduğur və s. Adam var , həyatda da, yuxuda da xeyirxahdır. Adam var, həyatda bəduğur,bədniyyət olur, amma yuxuda çox xeyirxah olur. Adam da var yuxuda bəduğurdu, həyatda çox xeyirxah.
Mən sizə həm həyatda, həm da yuxuda xeyirxah olan bir şəxsdən danışacam. Yəni mən o insanın , yalnız, xeyirxahlığının şahidiyəm. Gendən gələn bu xüsusiyyət ona həmişə başucalığı, xoşbəxtlik gətirib. Allah rəhmət eləsin, mənim yaxşı tanıdığım babası Mirhəccib, məhz, belə adam idi. İnsanlar onu “PİR” kimi ziyarət edərdi. Mən özüm də o ziyarətçilərdən biri olmuşam.
Yuxu elə şeydi ki, icazəsiz- zadsız yuxuya gələn olur. Yəni, heç ağlının ucundan keçməyən adamlar. Məsələn; Ərdoğan, Prezdent,Bayden, nə bilim, Putin…
Mənim yuxuma icazəsiz gələn isə yazıçı, jurnalist Rəşad Məcid idi. İki aya yaxın idi evin içində bir itiyim var idi. Gəzirdim, eyni dolablara bəlkə iyirmi dəfə baxmışdım. Tapılmırdı ki, tapılmırdı.Yuxuda da olsa , yenidən, evdə neçə şifoner, şkaf var idisə dolabları bir- bir axtarırdım.” Bu necə oldu? Evə oğrumu gəldi?” – deyə söylənə- söylənə döndüm arxaya. Aman, Rəşad Məcid məndən beş addımlıqda kürsüdə əyləşmişdi. Mən təəccübdən özümə gəlməmişdim ki,O, işarət barmağını indicə baxdığım dolaba tuşlayıb dedi:
– Ora yaxşı bax!
– Oranı ələk- vələk etmişəm!
– Asma yerindədir, düymələri aç!- dedi.
Yenidən şkafın qapısını açdım, burada yaxası bağlı bir jaketim asılmışdı. Yadıma düşdü, ağ kəlağayım tozlanmasın deyə qatlayıb şaketin içindən asmşdım. Ona tərəf dönüb: “Yadıma düşdü, hə, burada olmalıdır!” –dedim. Gülümsünüb qeyb oldu. Bilmədim pəncərədən getdi, yoxsa qapıdan… Gəldiyi kimi də getdi. Təşəkkür etməyə də çatdırmadım.
Səhər açılınca yuxumu xatırlayıb şkafa yaxınlaşdım. İndi dolablara yox, asma yerinə baxdım. Doğrudan, jaketimin düymələri bağlı idi. Düymələri açınca ağ kəlağayımı səliqə ilə qatlanmış şaketin içindən görəndə qışqırdım: “Ay dədə! Doğrudan burdaymış!”
Yuxuda edə bilmədiyim təşəkkürü isə elə buradan edirəm: “Var ol, xeyirxah adam. Sən baban kimi “Pir” adamsan! Xeyirxah, xoşbəxt insansan, həyatda da, yuxuda da! “

Müəllif: Tahirə İsaqızı

Tahirə İsaqıznın yazıları

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İbrətamiz tarix – Ötərxan Eltac

Quşçu kəndi, Böyük bulaq abidəsi…
Təəssüf ki, uçulmaq təhlükəsi ilə üz-üzədir:

30 illik həsrətə dözüb gözlədilər bizi. İnsanın etibarsızlığına göz yumdular.
Nənələrimizin əl izləri var hər birində:

Mənbə: Ötərxan Eltac

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Azərbaycan” jurnalının 2024-cü il, 7-8-ci sayından şeirlər – Avdı Qoşqar

Baxışlar, nəzərlər dikilib göyə

Baxışlar,nəzərlər dikilib göyə,
Qalıb ətəyi boş,əli boş niyə?
Zorun tərəfində durursan deyə-
Dağılır kəşanə,çökür ev allah.

Dünya buz geyinib ağzı sərinə,
İnsanlar qənimdi-biri-birinə,
Olmaq istəməzdim sənin yerinə-
Yanından şeytanı kürü, qov allah.

Yemi daşdan çıxan asi sailəm,
Umursan ruziyə sınam, əyiləm,
Mən səni sevməyə borclu deyiləm,
Sənə deyəmmərəm məni sev allah.

Yerlər də, göylər də-ya allah deyir,
Mənim bu ərkimi başına çevir.
Bax yaratdığına, gözünə su ver-
“Mən yarı mələyəm,yarı dev allah…”

Gizlinə vaqif sən, başqa bilən yox,
Dərd içi dağıdır-üzdə gülən çox,
Ölçünü düzgün qoy,
Yüzün birə yox-

Yarı ələm elə,yarı kef allah.
Bu varlıq bir dibsiz adamı, söylə?
Ya da qır əridən odamı söylə-
Qətran qazanıdı-yadamı söylə-
Ön atəş donunda, arxa sel allah.

23.08.2023.

Səni allah çağırardım…

Səni allah çağırardım
Bircə günahın olmasa.
Təbən olub baş əyərdim-
Pircə günahın olmasa.

Hansı ucadan enmisən?
Təriqətmisən, dinmisən?
Yerdə görünən günmüsən-
Sircə günahın olmasa.

Dünya olannan buracan,
Üfüqdə bir piyalə qan.
Dən kimi pərdə fırlanan-
Pərcə günahın olmasa.

İçinə gizlənib hamı,
Bilinmir ürəyin tamı,
Qır ,dağıt yolu,ərkam-
Hürcə günahın olmasa.

20.11.2023.

Hansı ata süvar olsan…

Hansı ata minər olsan,səni mənə gətirər,
Bütün yollar mənnən keçir,yolayrıcında mənəm.
Sən bir mələk qiyafəli-od ağzında tər çiçək,
Mən insan cildinə girən xilaskarın-boz qurdam.

Qurdla çiçək sevdasına sən üzülmə,ay quzum,
Kahalardı yerim-yuvam,ormanlardı məsgənim.
Başın üstdə pərvanədi göydə ayı-ulduzu,
Səni iblis baxışlardan gözlər dumanim,çənim.

Təki çiçək-çiçək açıl,hər yaz ağzı dolanım,
Bir əsimlik gözəlliyə, qoy sevinsin dağ-dərə.
Təkcə sənsən mənə düşən,ay baxışı solanım.
Ulartımla keşikçiyəm ilkinliyə-əzələ.

Həssas ürək gəzdirirəm-qurd libası altında,
Canımdakı sahiblikdi dağa-daşa hökm edən.
Yüz illərdi Dağ aşıram-ağ kəhərim altımda,
Yüz illərdi köç yolunda-mənəm yol gəlib gedən…

Nə yolçuluq sona çatır, nə bu dünya düzəlir,
Azğınlaşır,quduzlaşır yesir bəşər get-gedə…
İnan sənin əlindədir bu dünyanın düzəni-
Qar üstündə ağ çıçəyim, səni üzməsin hədə.

Səndən keçir bu dünyanın mərhəməti,sevgisi,
Yaşamağın qaydaları səndə bulubdu qərar.
Nə qədərki, üzü nurrum,səmum küləyi əsir
Olmayacaq dünya özü öz içindən bərqərar…

Nə qədər ki, qurd sevgisi boz səhrada ulayır,
Nə qədər ki, tər çiçəklər soluxurlar sazaqda;
demək mənə gələn yollar-dərd üstdə dərd qalayır,
sənin kimi tər çiçəklər can verirlər duzaqda.

Bu çay bu yatağa sığmaz…

Bu çay-bu yatağa sığmaz,
Sığmaz, canım-gözüm,sığmaz.
Axar sular-dar məcrada-
Axmaz,şirin sözüm,axmaz.

…Yatağı yandırar azı,
Canı “usandırar” azı,
Daşı dayandırar azı-
Axmaz, qara gözlüm, axmaz.

Batan bulağı ağrıyar,
Gəldiyi dağı ağrıyar,-
Yanı-yançağı ağrıyar,-
Sığmaz dili sözlüm,sığmaz…

Çuxura düşüb-
qaldı ki,
Çırpınıb dözür-
laldı ki,
Susur,-yoxsa xəyaldı ki,
Hayı-harayı qaldı ki?-
Çaxmaz,səhər üzlüm,çaxmaz.

NECƏ QIYIRSINIZ…

Allahsız uşağı allahsız!
Bu ağaca necə qıyır əliniz?
Necə kəsirsiniz şah damarını,
Necə kəsirsiniz şöy vuqarını?

Necə kəsirsiniz,-güclə dayanır,
Güclə dayanmaqdı dünyadan payı.
Yer altda kökləri, təşnədir-yanır,
Yer üstə dəhnədən kəsilib çayı…
Göyündə şimşəklər baş-başa gəlir,
Tövşüyür, təntiyir yerin nəfəsi
Necə qıyırsınız-
Daş-daşı yeyir,
Necə qıyırsınız-
Batır su səsi.

Canıyla əlləşir torpaqla, suyla,
Torpağın altında gücü böyüyür-
Yatır dədə-baba yuxularıyla,
Yatır yata-yata suçu böyüyür
Bu ağaca necə qıyır əliniz.

Damarsız ağacdan nə pöhrə törər
Torpağa pay edər alın tərini…
Nökər saxlayıbdı köhnə kişilər
Urvatlı tutubdu öz nökərini…

Nökərdi,bekardı,sağdı, ölüdü,
Olub qalanımız budu-
Nədisə.
Ondan ocaq altda kösöv də olar,
Palıd da yetirmək olar ,qadası-
Bu ağaca necə qıyır əliniz?…

MƏNİ QORXUDURDU ONUN SAĞLIĞI

Anam yaşayırdı gözümə çıraq,
Sakitcə yanırdı ömür dağında.
Mənim bu dünyaya sığışmamağım-
Onu göynədirdi qürub çağında.
Haqlını -haqsızı -görmüşdü özü,
Duyurdu ağrının çəkilməyini –
Sünbülün saçını hörmüşdü özü,
Bilirdi buğdanın əkilməyini…
Gözündə min illik kədər varıydı,
Qorxurdum dərd üstdən dərd gətirəm mən,
Ayını,gününü pərt gətirəm mən-
Məni qorxudurdu onun sağlığı.

Nə söz söyləyirdim sözünün üstə,
Nə dərdlər döyülüb dizinin üstə,
Ömrünün dağına, qışlaqlarına
Baxıban fələyin işdəklərinə-
Yanırdım ,nəzəri qoymurdu dinəm,
Düz sözün qabarlı əli olardım.
Bilsə ayağıma bir daş toxunub-
Allah eləməsin,dəli olardı
Məni qorxudurdu onun sağlığı.

Göylə əlləşirdim-gözündən iraq,
Ruhuyla gözümü sığallayırdı.
Oxlovu səhəngə salıb-
Qurd -quşun
Guya ki, ağzını qıfıllayırdı
Balama xətəri dəyməsin deyə…
…Məktub yazdırardı-“başını qoru”
İsmarıc gələrdi -gəlib-gedəndən.
“içini bilirəm -sakit ol,oğlum,
Tünlüyə çox girmə,
Bir azca gendən”
Məni qorxudurdu onun sağlığı.

…Nə bayraq qaldırdım-
Haqqın üzünə,
Nə kösöv rənginə döndü dan yeri,
Elə bil bir ağır daşdı götürüb
Sıxdı boşluqlara yaradan yeri,
Çəkib öz yanına-apardı Tanrı
Qoymadı ağrımı-acımı görə…

…Yıxılıb ölsəm də
Daha qanım yox,
Qorxumu,hürkümü alıb apardı.

İndi daha elə bir yananım yox,
Nə də insanlara elə inamım…
…nə vaxtsa qorxduğum bir qarı vardı,
Torpaq əllərimdən alıb apardı…
Məni qorxudurdu onun sağlığı…

TANRI NƏ CƏZAM VAR…

Tanrı !
Nə cəzam var-
Ver özüm çəkim,
Qoyma kənar ayaq-
Girsin bağıma!
Söylə günahımı bircə-bircə gəl,
Yığım ifçin-ifçin “öz otağıma”.

İnsanın günahı qurtaran deyil,
Görüm gönü harda vermişəm suya…
O qızın göz yaşı daşdı ,-
Elə bil,
Damcılar qəlbimə -damar, ovudar.

…Onu sevə-sevə,
Özümü dandım,
Sənə sevgidəndi-
Ona yanmağım.
Ən böyük günahım-
Bəlkə də odu,
Bir də bu həyatı anlamamağım…

…Şuşada nərgizin
Ləçəyində ah,
Ya yağı tapdayıb,
Ya əlim qıyıb.
Güllə kənar ötdü,
Ölmədim-günah,
Yükəm bu qaraca
Torpağa -hayıf…

Tanrı ,nə cəzam var,
Ver özüm çəkim,
Səsini qısarlar
Məni sevənlər.
Mənim sevdiklərim-
Bələni aşdı .
Bir yol əl uzandı-
ətək olmadım.
O vaxtdan balamın
Gözləri yaşdı.

Tanrı!
Nə cəzam var-
Ver özüm çəkim,
Yığ dağı üstümə-
Götürə billəm,
Canı son mənzilə
Yetirə billəm.
Bircə nə cəzam var-
Öz əlinlə ver
Qıyma əyri çəkən
əllərə məni…
Qıyma yalan deyən
Dillərə məni.
Tanrı!
Nə cəzam var-
Ver özüm çəkim.

…Mənim əmanətə-xəyanətim yox,
Ömürlük cəzam yox,cinayətim yox,
Susub yaşayıram adam içində,
Əzabım,həsrətim-müdam içimdə.

Səbirdən asılan tükdü yaşamaq,
Ən ağır cəzadı,yükdü yaşamaq-
Tanrı!
Nə cəzam var-
Ver özüm çəkim.

NƏ GÖZƏL QOCALIB

Nə gözəl qocalıb üzün,qamətin,
Bir az cavanlığın
ətri var üstdə.
Bir ürək umurdun-
əlim gəlmədi,
Peşkəşdi,-
Gəl indi ömrümü istə.

Ayrılıq söz deyil,-
Can yonqarıdı,-
Daşıdım aylarla,illərlə “qoşa”
Sən olan ürəyi-
Sənə vermədim,
Sən olan ürəyi-
Döndərdim daşa…

Daş ürək danışır-daş dilində bax,
Odu Azıx dili,
Qobustan dili…
Bu dili bilmirəm kim anlayacaq?
Kim duya biləcək-
əski sözləri?!..

Biz qoşa böyütdük
“bu daş ürəyi”;
Mənim təşnə gözüm,
Sənin həsrətin…
Gəl indi bu daşı körpüdən keçir,
Al indi bu daşı-
“özünü yeyir”.

Soyuq daş libasda gəzir adamlar,
Yanıb daş olanın -tüstüsü olmur…
Torpağı yandırır,daşı qarsıyır,
Canı isitməyə-istisi olmur.

Daşammı, qışammı, gözü yaşammı?
Hansı məqamdayam bu “daş ağıl”la?
Uzat əllərini bu daş adama,
Uzat axırıma çıxdı nağıllar…

YERİN XAMINI GƏZİRSƏN…

Yerin xamını gəzirsən,
Ürəyin sağlamını.
Uzaq ,qovğalı ruhum, uzaq-
Görmə torpaq dağını.

Hər örüşün öz ilxısı,
Hər dağın öz köçü var,
Uzaq,qovğalı ruhum ,uzaq…
Dərin dağ keçidi var…

Bu güllüyə yaxın durma,
Gülü tikana dönər.
Uzaq ,qovğalı ruhum,uzaq-
Eşqinin odu sönər.

Deyilməyən söz gəzirsən ,
Nəfəs dəyməyən dodaq!
Toxta,qovğalı ruhum,toxta-
Dibdən quruyub bulaq.

Hayandasa yağış yağır,
Hardasa əsir külək.
Hansı üzlə üz bağlayıb-
Bir də bu yurda gələk
Uzaq,qovğalı ruhum,uzaq!

Yazmaq ayrı şeydi,-
Biz yazdığımız
Şeirdi, qəzəldi,amma söz deyil.

İçimiz açılmır ağ vərəqlərə
Sözdən tələ qurub özünə hərə.

O ki deyiləsidi-
Ona gücümüz çatmır,
Nəyi deyə bilirik-
O dediyimiz deyil.

DƏRD BİLMƏMƏK…

Dərd bilməmək-naşılığın ən pisidir,
Ən hündür səs -əzilənin haqq səsidir.
Ən çətini-insanın son nəfəsidir-
Ən asan şey nədi-
Onu biləmmədim.

Ən çətin yol -Savalandan Əyriqara,
Yol uzanır,-cırıq-cırıq, para-para.
Yolçusu yox ,boz yolların günü qara,
İtən izlə -yolu tutub gələmmədim.

Deyəmmədim-bir söz vardı,
Dilim göynər,
Ən ağırı -obam göynər ,elim göynər,
Şahə qalxan ayım göynər,ilim göynər,
Mənə baxıb ölüm göynər-öləmmədim.

QANA BULAŞIRIQ YAŞAMAQÜÇÜN…

Sevgi qatiliyik-
Günahkar əlimiz qana bulaşıb.
Qanla oynayırıq,
Qan çanağıyıq.
Sən qız qayb elədin-baxışı bulaq,
Mən ərən öldürdüm-
O qıza aşiq.

Ömür yaşayırıq-günah içində,
Qapımız qəzaya-qədərə açıq.
Ölən sevgilərin kölgələriyik-
Kölgə də tərs kimi adamdan qaçır.

Yaddaşdan heç nəyi gizləmək olmur,
Qabardır ağrını-bizə dağ üçün.
Axır aramızdan iki qanlı çay,
Qana bulaşmışıq-yaşamaq üçün…

Zaman biz qarışıq-
Ömrü üyütdü,
Yağdı başımıza həsrət yağışı.
Kəsib doğradığım qan məni tutdu,
Səni də o qızın-qanlı baxışı…

Ömür qatiliyik-
Günahkar əlimiz qana bulaşıb,
Qanla oynayırıq-qan çanağıyıq.
Sən qız qayb elədin-
Baxışı bulaq.
Mən ərən öldürdüm-
O qıza aşiq.

Onunçün surumuz yerimir daha,
Dartıb çəkəmmirik ömür yükünü…
O, ərən içimdə kirimir daha,
Saxlayır çiynimdə ölüm hökmünü..

Gördün sözün keçmir

Gördün sözün keçmir,-
Kənara çəkil,
Özünə toxtaqlıq verməyə çalış,
Tükənnən səbrinə dən kimi əkil,
Qanı soyuqluğa bu başdan alış…

İnsanın dəyəri dediyi sözdü,
Deyəndə duyasan gərək azından.
Hər kişi sözünün dəyəri keçmir-
Arvad hülqumundan ,qız boğazından.

…Gördün sözün keçmir,
Qolunu söz et,
Yolla döyüşməyə,-
Söz meydanına.
Bir dəfə basılsan qorxusu yoxdu.
Üç dəfə,beş dəfə özünü sına…

Polad xasiyyətlər-
Bir dəfə sözü-
Deyir keçməyəndə içindən sınır.
Söz də var min ildi-
Deyib bir aqil-
Hələ işığında könül isinir.

Ağacın sözü var,daşın sözü var,
Deyir daş dilində ,ağac dilində…
Nizəyə taxılan başın sözü var
Hayqırır,hönkürür qaxac dilində…

Təpərli söz demir hər söz adamı,
Ya gücü çatmayır,ya əli yoxdu.
Çuvalda gizlədir nadan cidanı-
Üzə çıxardası əməli yoxdu.

Cəsarət gərəkdi-
Göz yaşı içə ,
Yığıla güc kimi ürəyə,qola.
Ya söz deməlisən-
Ortandan keçə,
Ya sözü eşidən cəmiyyət ola.

HEÇ BİR ŞEY OLDUĞU KİMİ GÖRÜNMÜR

Heç bir şey olduğu kimi görünmür,-
Hər şeyin altında-
Bir alt qatı var,
Bir az da dərində
“Gizli çatı” var-
Heç bir şey olduğu kimi görünmür…

…Yarğanın altında gürzə qıvrılır,
Üstündə otlayır qoyun atıyla
Gözümlə gördüyüm bu mənzərənin-
Əcəb oxları var-
Bu həyatiyla
Heç bir şey olduğu kimi görünmür…

Nə dünya bəyazdı-göründüyü tək,
Nə göylər çılçıraq-
Ulduz yığını .
İnsanın canında qaynayır kələk,
Gözəlin başına şeytan “yığılır”-
Heç bir şey olduğu kimi görünmür…

Mənim dərdlərimə yananım ana,
Məni məndən gözəl-
Qananım ana.
Müqəddəs bildiyin bir şey qaldımı?!
Bu dünya gözündə qeylü-qaldımı?-
Heç bir şey olduğu kimi görünmür…

Nəyə qara deyim,nəyə ağ deyim?
Qaranın,narıncın çaları itib
İçimi söyləsəm-
Məni yeyərlər,-
Gözümdə gözümün qərarı itib…
Heç bir şey olduğu kimi görünmür…

Ya mənə heykəl yap-
Ya dara çəkdir-
Ya da ağrıları dübarə çəkdir.
Ya da ki,şəklimi divara çəkdir-
Göstər göz dağıtək
Gəlib-gedənə.
Qaibdən bir nəğmə oxunur yenə-
Heç bir şey olduğu kimi görünmür…

İNSAN NECƏ SINIR…

İnsan necə sınır,-
Məndən soruşun,
Necə sınıb düşür,-
Qüruru bir-bir.
Yaxşı ki,gəzəri tabutlar çoxdur-
Bu boyda cəsədi tutmazdı qəbir.

Göydən inamsızlıq toxumu yağır,
Ölü ruhlar kimi,-
Qışqırır gecə.
Üstünə kölgə tək-
Yalanlar gəlir-
İlan sürüsünə-
Dözəsən necə?!

“Balam” söyləyəsən torpağa,göyə,
Səndən aşağılar-tüstünə gülə…
Ortada olasan-
Heç kim görməyə,
“Qılınclı-qalxanlı” üstünə gələ
İnsan necə sınır-məndən soruşun!

“Doğmalar” içində-baxışı qanlı,
Nə millət anlaya,
Nə də öz Balan.
Damcı ol,-buxarlan göylərə çəkil,
Ya da ki,beləcə baxıb havalan…
İnsan necə sınır-
Məndən soruşun!

…Boş süfrə, soyuq ev yaslı baxışlar-
Külək də həvəslə sovurur qarı.
Gəl indi salam ver-ürəklə daşa?!
Gəl indi dik saxla ölü vüqarı…

Ha qaldır-düzəlmir boyun,qamətin,
Baxıb acı-acı-sadəcə qımış…
Sınmayan sığışmır- bu boz həyata,
Kim desə sınmadım-o zatən sınmış…

ƏBLƏH

Bir dəli fürsətə təşnədi sinəm,
Başıma nə qədər çırpılıb anlar.
Dünyanın ən böyük əbləhi mənəm,
Mənnən sonra gəlir-
Şahlar,xaqanlar.

Dünyanın ən böyük söz əbləhi mən,
Zamanın ən fağır-çulu cırığı.
Mənəm bu yolları-
Tərsinə gedən,
Bir də ki dərvişlər,-
Zərli-xaralı.

Mənim tərs dediyim yolun-
Adı eşq,
Havalı gedirəm yorğun başımla,
Xaqanlar düz yolu-
Geriyə dartır,
Dartır ilkinliyə-topla,qoşunla.

Onunku öldürmək-
Mənimki həyat,
Mənası eynidir-
Her şeydə son var.
Mən söz bəsləyirəm,-
Kəsilmiş sözdən-
Minarələr qurur şahlar,xaqanlar.

Mən söz əbləhiyəm-
Arxamda əl yox,
Şahın arxasında-
Nizami ordu
Mənim əbləhliyim-
Dili uduzur,
Şahın əbləhliyi -ölkəni,yurdu.

BİR AZ…

Bir az canım ağrıyır,
Bir az tutqundu başım,
Bir az həvəs azalıb,-
Bir az dözüm korşalıb.
Ərpimiş ömür-gündü-
İlan kimi sürünür,
Quşu uçan yuvalar
Ağzı günə boş qalıb.
Yer ağzına su alıb,
Göy yaxası düyməli,
Nə dünən var döşə taxam,
Nə sabah var öyməli.
Ala göydən
Ağca-ağca daş ələnə-
Başımıza dəyməli…
Bir az canım ağrıyır,
Bir az tutqundu başım…
Qətrə-qətrə,
Üysük -üysük axıb gedir göz yaşım…
Nə başıma tumar çəkən,
Nə yasımı yığan var…
Ətrafım it sürüsüdür-
Küçükləyib çoxalır…
Bir az canım ağrıyır,
Bir az tutqundu başım,
Döyüşməyə taqətim yox,
Qalsın sona savaşım…

BAŞ-DAŞ

Nə qədər daş yağar bir başa, Allah,
Bir baş qoltuqaltı görər nə qədər?
Nə qədər daş yağar fələkdən,Allah,
Nə qədər daş yağar,dolu nə qədər!

Duyan baş ayırar dolunu daşdan,
Duyar havasını hər gələn qışın.
Yağır daş yağışı,yağır obaşdan
Başını altına tutub”yağışın”.

Sinə dərdlə dolu,gözləri yaşla,
Başı qarışıbdı, suya,çörəyə.
Öyrənib müsəlman bu daşlı başla
Bu daş yağışına-“oxqay”-deməyə…

Çaxır,göy üzündə ildırım çaxır,
Qara buludların layları dərin.
Böyümüş göz ilə göylərə baxır,
“Ağzı açılıbdır” yenə göylərin!
…

Bir tikə çörəyə ürək satıram,

Bir tikə çörəyə ürək satıram,
Ürək ovuduram köz alovunda.
Yığışıb üstümə qayğılar gəlir-
Duyğular alışır söz alovunda…
Ev-eşik qayğısı,yurd-yuva dərdi,
Bir də ki,çörəksiz qalmaq qorxusu.
Bir də ömrümüzə meydan oxuyan-
Ömür-gün qorxusu ,sevgi qoxusu…
Bir də ayağımı qandallayan söz,
Ac qurd tək içimi gəmirən qürur,
Bir də boğazımda ilişən tikə…
Uşaq sözmü yesin çörək yerinə,
Daş qəbri nə qədər döyər tufan,qar!
Niyə əzablara düçar olmalı?!-
Fikir dəyişməzlər, sözü ucalar?!
…Min ildi qılınclar qından sıyrılı,
Min ildi günahsız söz qanı axır.
Saray daşlarına çırpılan misra-
Sınıb gözləməkdən saraldı axı …
Bu söz cəlladları nə istəyirlər?!
Kəndir keçiriblər sözün boynuna
Min ildi dartırlar belədən-belə
Nə üzlə üz tutum çökən qüruba?!
Necə sinə gərim tufana,selə?
Ya rəbbim, bu təzad nəyinə gərək?!
Ya çiçəyi qoru ,ya bəslə şəri.
Ya topla, tüfənglə dağıt varlığı-
Ya da…
Qələm körpüsündən keçir bəşəri…
Başına uçurma yetim damını,
Yesir ürəklərdə gül açsın həyat!
Barı heç olmasa söz adamını,-
Mədəsiz,şəhvətsiz,qorxusuz yarat!

ŞÜKRANLIQ

Şükranlıq edirəm,oğlum,
Başımız ki,çiynimizdə,
Ağlımız ki,başımızda-
Şükür,buna da şükür.

Şükür südümüz halaldı,
Harama yerikləmirik,
Bu tarixdi,bu zamandı
Arama ,yerikləmirik.

Hər söylənən fikirlərin
Dərində bir alt qatı var.
Yolu əyri gedən kəsin-
Yəqin zatında çatı var,
İnan çatı var,-oğlum!

Dünya yol gəlir oğlum,
Kahadan qəsirəcən,
Qamışdan həsirəcən,
Yol gəlir Adəm oğlu…
Qıra-qıra gəlir,
Cıra-cıra gəlir.
Xislətiylə,vərdişiylə-
Dünəndən gəlir oğlum.
Gəlir buna da şükür.

…Evi də, odası da,
Şahı da,gədası da,-
İçinin ədası da-
Özüylə gəlir oğlum.

Yol gedə biliriksə,
Yola gedə biliriksə,
İki ayaqlı məxluqla-
Şükür buna da şükür.

Şükür kəsəyə tutub, daşa basılmırıqsa,
Şükür yağlı kəndirə keçib asılmırıqsa…
Ya şəriət hakimi, ya bığı burma hacı…
Bizi eləməyibsə hava, su möhtacı…
Şükür, buna da şükür…

QAYDASIZ OYUNLAR

Bütün qaydaları bildim-
Nə fayda,
Bütün bildiklərim-
Özüməyağı.
Qaydasız yaşayan bu məmləkətin-
Nə başı bilinir,
Nə də ayağı.
Bilinməz o qədər sirləri var ki,
“bilinən qaydalar”-
Yerimir daha…
Burda qaydaları ötkəmlər yazır,
Qələmə düşənlər qalıb allaha…

Bu yaşam qaydası,
Bu mənsəb,bu yol,
Bu könül fəryadı,-
Ayinlər gedir…
Bir az dilini yığ,
Başını saxla,
Ölçüsüz ,qaydasız oyunlar gedir…
“Gedir vurhavurnan”-kökü qazımaq,
Yerdə şırım əkmək,-
“şırım qaydası”…
Ölçüdən “yuxarı” qalxanı kəsmək-
“Öldürüm” qaydası,
“qırım” qaydası…
Oyuna düşmüşük,-
Oyunun olsun,
Ay oyun sahibi,
Oyunu quran.
Günün günortası,
Göz qabağında-
Bu boyda millətin-
“toyunu quran”…
Daha sözüm yoxdur-
Gözüm böyüyür…
…Bütün qaydaları bildim nə fayda-
Qaydasız yaşayan bu məmləkətin-
Qaydasız qorunan daşına dönüm,
Ayağına dönüm,başına dönüm-
Nə başı bilinir, nə də ayağı…

Müəllif: Avdı Qoşqar

Avdı Qoşqarın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – MƏN

MƏN

Həsrətin dağ çəkib, zərif qəlbimə,
İllərdir, səninçün inrizaram, mən.
Sübh tezdən üz tutur, Ulu Rəbbimə,
Sənin həsrətindən ahu-zaram, mən.

Sevinc uzaq düşüb, kədər, qəmliyəm,
Nakam taleliyəm, hey gileyliyəm,
Əsliylə Kərəməm, Məcnun-Leyliyəm,
Durnası kök edən sonbaharam, mən.

Amalam, qayıdam, bir də gəncliyə,
Həsrətdən alışan qəlbim, səngiyə,
Sevincim tələsə, qəmim ləngiyə,
Sanaram, hamıdan bəxtiyaram, mən.

03.08.2024.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Himalay Qasımov – RAFİQ YUSİFOĞLU HAQQINDA

AZƏRBAYCAN POEMASININ
SƏNƏTKARLIQ PROBLEMİ

Bütün şüurlu həyatını poeziyamızın boy artımına, elmə, səmərəli pedaqoji fəaliyyətə həsr etməklə şöhrətlənən Rafiq Yusifoğlunun çoxşaxəli və zəngin elmi araşdırmaları, mənəvi keyfiyyətləri barədə daha geniş söhbət açmaq olar. Bu dəyərli alimin poeziya, dramaturgiya, ədəbiyyatşünaslığımızın tarixi, uşaq ədəbiyyatı və publisistika məsələlərinə dair sanballı kitablarının və məqalələrinin əhəmiyyətini əsla azaltmadan deyə bilərik ki, o, məhz Azərbaycan poemaları¬nın, daha doğrusu, janrın sənətkarlıq xüsusiyyətləri baxımından problemin mahir tədqiqatçısı kimi tanınır və təqdir olunur. Rafiq Yusifoğlunun giriş, beş fəsil, on səkkiz yarımfəsli özündə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (Bakı, 2010) adlı fundamental monoqrafiyası bunun bariz nümunəsidir. Araşdırmanın mahiyyətinə vardıqda onun necə böyük zəhmət və gərgin yaradıcılıq axtarışları bahasına başa gəldiyini, elmi dövriyədə özəl yerini aydın dərk edir və fərəhlənirsən. Mövzunun şərhi prosesinə 424 elmi və bədii ədəbiyyatın cəlb edilməsi də özlüyündə çox mətləblərdən soraq verir.
Maraq doğuran cəhətlərdən biri monoqrafiyanın girişində mahiyyət açıqlamaları ilə «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» mövzusunun rakurs zənginliyi və kontekst genişliyi haqda ilkin təsəvvürün sərgilənməsidir. Digər tərəfdən, mövzunun çeşidli qövslər müstəvisində incələnməsi araşdırmaçının bədii-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyindən qaynaqlanmışdır.
«Poemanın strukturu və bədii formanın tipologiyası» fəslinin ilk sırada yer alması təsadüfi deyil. Mövzunun tədqiqi məntiqindən qaynaqlanan bu fəsil, əlbəttə ki, tarixi zaman müstəvisində poemanın janr strukturuna varmaq və iç dünyasında baş verən keyfiyyət dəyişikliyi haqda konseptual düşüncə srgiləməyə hesablanmışdır. Mahiyyətdən qaynaqlandığına görə bu kontekst seçimi müəllifə poemanın intəhasız poetik dünyasında ümumini (mövzu-struktur) müxtəliflikdə axtarmaq imkanı vermişdir. Poemanın strukturunu bədii forma tipologiyası ilə bir araya gətirib daxildən ilgiləmək istəyi tədqiqatı «Janrın inkişaf meylləri», «Poema və ədəbi tənqid», «Poemanın tipləri», «Süjet və onun təkamülü» və digər yarımfəsillər dairəsində irəlilətməyə münbit zəmin yaratmışdır. Problemi xronoloji baxımdan deyil, struktur əsasda öyrənməyə üstünlük verən müəllifin süjeti poetik konsepsiya məqamında dəyərləndirməsi fəslin ideyasına adekvat cavabdan qaynaqlanmışdır. Mövzunun tipoloji tədqiqi oxucuya məhz klassik irsdən və folklor qaynaqlarından qədərincə bəhrələnmək imkanı vermişdir.
Poemanı pafosuna və tarixi arealına görə «janrlar janrı» deyə səciyyələndirən Rafiq Yusifoğlu haqlı olaraq bu qənaətə gəlir ki, janrda «qorunub saxlanılanla» yanaşı axtarışların bəhrəsi olan dəyişiklik də gərəklidir. Monoqrafiyanın Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətlərinin təkamül müstəvisində incələnməsinə hesablanan «Zaman və qəhrəman» adlı ikinci fəsli müvafiq olaraq üç yarımfəsli özündə ehtiva edir. Fəslin tədqiqat materialı tarixi zamanın ideologiyası üstündə köklənən ədəbi-nəzəri konsepsiya ilə bədii örnəklərin ilgisinin müstəviyə çıxarılmasına zəmin yaratmışdır. Çünki sosialist realizmi dönəminin tələbələrinə dayaqlanan Azərbaycan şairlərinin poema örnəklərinin, əlbəttə ki, yeni ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində dəyərləndirilməsinə böyük ehtiyac duyulurdu. Bunu da məhz mahir tədqiqatçı araşdırmasının strukturunda ustalıqla səciyyələndirə bilmişdir. Fəslin «Qəhrəman həyatda və ədəbiyyatda» adlı yarımfəsli özünün konseptuallığı ilə fərqlənir və açıqlamaların çevrəsini genişləndirməyə təkan vermək baxımından mühüm maraq kəsb edir.
«Konflikt və xarakterlər» adlanan üçüncü fəslin ideyasının predmetləşdirilməsinə hesablanan «Bədii konflikt», «Daxili münaqişə», «Yeni xarakter axtarışları» kimi yarımfəsillər mövzu-problematika, tarixlə təmas, şair-vətəndaş missiyası ilə bağlı konseptual mülahizələr yürütmək baxımından səciyyəvi olmaqla, tədqiqatçının elmi-nəzəri baxışlarının konkret təyinatlı bölmələrdə gerçəkləşməsinə münbit zəmin yaratması ilə xarakterizə olunur. Tədqiqatçının sözügedən çağın poetik örnəklərinə dəyər verərkən tarixiliyə dayaqlanaraq müasirliyin pafosu haqda qənaətlər sərgiləməsi erudik imkanlarının genişliyindən soraq verir. Məsələn, monoqrafiyanın «Yeni xarakter axtarışları» yarımfəsli «Bədii sənətkarlıq komponentləri» adlı dördüncü fəslə keçidin mühüm struktur məqamı kimi müstəviyə çıxarılmasını zəruri etmişdir. Yarımfəsillərdəki mahiyyətə yönəlmiş təhlillər bir daha isbat edir ki, Azərbaycan poemasının forma və məzmununda tarixləşmiş mühüm səciyyəvi cəhətlərin çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsi əsasında aşkarlanıb ümumiləşdirilməsi günün tələbidir və arzuolunanlar monoqrafiyə müəllifinin inandırıcı elmi qənaətləri əsasında öz təsdiqini tapır. Bunu deyərkən biz eyni zamanda araşdırmaçının əsərində «Bədii portret», «Bədii detal», «Bədii təsvir və ifadə vasitələri» kimi lokal komponentlərin «Bədii sənətkarlıq» kimi qlobal bir çevrənin predmetinə məharətlə çevrildiyini də nəzərdə tuturuq. Burada, əlbəttə ki, tədqiqatçının klassik poeziyanın yaşarlı ənənələrini və folklor qaynaqlarını özündə ehtiva etməsi, poemanı mümkün bədii arsenalı ilə səciyyələndirmək bacarığı da öz rolunu oynamışdır. Bu kontekstdə açıqlamalardan o da məlum olur ki, Azərbaycan cəmiyyətində cərəyan edən ictimai-siyasi proseslərdən asılı olmayaraq poema janr biçimlərinin yaşarlı komponentlərini iç qatda nəinki yetərincə qoruyub saxlamış, eyni zamanda sənətkarlıq axtarışları kontekstində həm də onları qədərincə inkişaf etdirmişdir. Bunu «vəzn və qafiyə sistemi» adlı beşinci fəslin bədii sənətkarlıq konsepsiyasını mahiyyət çərçivəsində səciyyələndirən komponentlər də bir daha təsdiq edir.
Tədqiqatçı XX əsrin böyük söz ustaları olan Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Qabilin, Məmməd Arazın, Nəriman Həsənzadənin və başqalarının poemalarının konkret təhlillərindən haqlı olaraq belə qənaətə gəlir ki, rüzgarın rəngindən və ahəngindən asılı olmayaraq janrda bədii sənətkarlıq axtarışları davamlı olduğu qədər də səmərəli olmuşdur. Bu sırada vəzn və qafiyənin poemaların poetik strukturunda mühüm komponent, başqa sözlə, önəmli kompozisiya elementləri olaraq bədii sənətkarlıq kontekstində mənalandırılması müəllifin incəliklərə varmaqla konsepsiya formalaşdırmaq istəyini isbat edir. H.Cavidin «Azər», S.Rüstəmin «Yaxşı yoldaş», S.Vurğunun «Hörmüz və Əhrimən» poemalarının, o cümlədən B.Vahabzadənin və Qabilin əsərlərinin vəzni haqda əsaslandırılmış mülahizələr göstərir ki, müəllif «Sovet dövrü» Azərbaycan poema ustalarının klassik poeziya ənənələrindən bəhrələnmə meyllərini sənətkarlıq axtarışları kontekstində ilgiləmək istəyində tam haqlıdır.
«Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» kimi fərqli və qlobal bir mövzunu bütün mümkün rakursları ilə müasir ədəbiyyatşünaslıq elmi müstəvisində reallaşdıran bu araşdırmanın sanbalından doğan məziyyətləri, əlbəttə ki, qədərincədir. Əslində bu tədqiqat işinin nəzəri, tarixi, poetik açıqlamalarına ayrı-ayrılıqda münasibət göstərmək, təhlil verib fikir söyləmək yığcam bir məqalə üçün mümkünsüzdür. Düşüncəmdə qərarlaşan budur ki, çeşidli konseptual mülahizələri, elmi-məntiqi ümumiləşdirmələri, tarixi-poetik incələmələri özündə qabarıq şəkildə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» adlı monoqrafiya, sözün əsl mənasında, geniş erudisiyalı tədqiqatçının böyük zəhmətinin, gərgin, aramsız axtarışlarının və dərin düşüncələrinin səmərəli məhsuludur və ədəbiyyatşünaslığımıza layiqli töhfədir. Bu araşdırma professor Rafiq Yusifoğlunun həm də incə bədii zövq və duyğuya, mükəmməl tarixi-sosial biliyə, fəlsəfi-analitik təfəkkürə malik olduğunu bir daha təsdiq etmiş oldu. Azərbaycan xalqının tarixinə, ədəbiyyatına həssas və təəssübkeş münasibəti konseptual açıqlamalar üçün həlledici rol oynadığı da şəksizdir. Əməl və qayə adamı kimi tanınan professor Rafiq Yusifoğlunun uğurları, əlbəttə ki, mənəvi dəyərlərə sadiqliyi ilə birbaşa bağlıdır.

Himalay Qasımov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor.
«Respublika» qəzeti, 2 mart 2012-ci il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – VƏTƏN OYY…

VƏTƏN OYY…
(Qəlbim qəriblərlə qəriblik daddı…)

Vətən, burdan səsim yetmir ki, səyə,
Yurdum, yuvam qalıb orda kimsəyə,
Haykırıram mən də burdan, kilsəyə
Mənim darda qalan elim, vətən oyy…

Qəlbim qərib, özüm qərib yerdəyəm,
Sözlər uçur səhifə – səhifə, göydəyəm,
Xəyalımla sizlər keçən köydəyəm,
İçərsindən, kənarından ötən, oyy…

Əl vurmayın dağ ətəyi laləyə,
Sızlayırlar, ünüm yetmir naləyə,
Rast gələsən bir gün sən də fələyə,
Lalələri, nərgizləri biçən, oyy…

Qəlbimdəki qəribliyi alasan,
Ay doğandan gün batana talasan…
Sən də bir gün Sevanından qalasan,
Göyçəgöldən bircə qurtum içən, oyy…

Dərdinizi dərdim kimi saxladım,
Siz ağladız, göz yaşımda çağladım,
Qara geydiz, mən də qara bağladım,
Mənim kimi öz elindən köçən oyy…

03. 08. 2024.

Müəllif: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Жена-слониха

Жена-слониха

— Сиди дома и не отсвечивай, я сам схожу на эту праздничную вечеринку!

— Коля, ну что ты несешь? Нас пригласили обоих. Как я останусь, если это мои давние друзья? — всхлипнула Ирина. — Они могут обидеться, зачем мне портить с ними отношения? Cкажи?

— А что делать, если ты так раскабанела? Вот только стоило на тебе жениться! За собой совсем не следишь! Сколько раз тебе говорил, что мне стыдно с тобой в гости ходить. Такая толстая, что просто ужас!

— Любимый не злись. Ты же знаешь, что роды у меня были трудными, да и потом осложнения за осложнениями. Я стараюсь войти в форму…

— Издеваешься? Славику уже почти четыре года, а ты не только не похудела, но и прибавила еще с десяток килограмм! Пока не станешь такой, как прежде, даже не мечтай о совместном отпуске или выходах в свет. Знаешь, как я злюсь, когда друзья ухмыляются, а их девчонки шепчутся, что у меня жена слониха?

— Давай тогда сходим в ресторан, посидим вдвоем, отдохнем. Мы с тобой уже давно в ресторанах не были, да и нас там не знают, шептаться не будут, — без особой надежды произнесла Ирина.

— И что? Все будут думать, что я со своей мамой пришел или старшей сестрой. Ты же выглядишь лет на сорок, не меньше! Такая баба разухабистая, словно рыночная торговка! Все, хватит мне тут перед тобой распинаться, надоело! Я ухожу, рано не жди, мне надо отдохнуть от твоего нытья!

Когда дверь за мужем захлопнулась, Ирина дала волю чувствам. Как же так получилось, что из изящной девчушки, по которой вздыхали многие ребята в округе, она превратилась в тяжелое и неуклюжее существо? Причин для этого оказалось много… Но главное ― стрессы и нервотрепки, которые ей приходилось переживать постоянно.


Ирина была у мамы единственным ребенком. Мама ― Варвара ― растила дочку с любовью, очень чутко относилась к ее проблемам и не скрывала от нее свое неудачное замужество, а по факту, просто сожительство. Будущий папа Антон приехал в их городок на преддипломную практику и познакомился на работе с юной Варенькой. Через неделю они уже жили вместе.

Несмотря на клятвы и заверения в вечной любви, ничего не помешало новоявленному Дон Жуану бросить возлюбленную и скрыться в тумане. Варя его не преследовала, не умоляла взять ее с собой, даже не сказала, что ждет ребенка. А зачем ему все это? Как говорится, большому кораблю — большое плавание. Сама во всем виновата, пошла наперекор воле матери, пытавшейся уберечь дочь от ошибок, не послушалась ее советов, вот и накликала беду.

— Мама, — часто просила Варя Софию Евгеньевну,— посиди с Иришкой, я к Тоне схожу на полчасика, узнаю, как она там живет, в большом городе. Тоня на выходные приехала, меня в гости зовет. Скоро она сюда насовсем переедет, так нам будет проще встречаться.

— А что тебе мешает с ребенком пойти? Коляска же есть!

— Так Ира вдруг еще плакать начнет или пеленки менять придется.

— Понятно, иди, присмотрю за малышкой. Но постарайся там не задерживаться!

Софии Евгеньевне было очень жаль свою наивную и доверчивую дочку, попавшую в сети опытного ловеласа. Только виду она не показывала, играла роль строгой матери, осуждающей неудачную попытку совсем юной девушки создать семью. Но что случилось, того уже не изменишь. Внучку Софья Евгеньевна полюбила всем сердцем и часто сидела с ней по ночам, подменяя уставшую за день Варю. Еще полностью взяла на себя все расходы, связанные с рождением ребенка, кормила и поила увеличившееся семейство, но никогда не говорила об этом и не укоряла дочь.

Но спустя годы жизнь приготовила для этой семьи еще одно испытание. Однажды, жарким летним днем на пляже произошла беда — перевернулась лодка с людьми. Спасти удалось не всех, среди погибших оказалась и Варя. На борту не было ни одного мужчины, никто из женщин не умел плавать, все растерялись. Подруги просто решили расслабиться, прокатиться, поболтать руками в воде, чтобы охладиться. Видно на беду кто-то наклонился сильнее, чем нужно, лодка сильно качнулась, ну а дальше началась суматоха и паника. Все произошло настолько быстро, что спасатели вытащили только двоих, остальных искали с баграми и водолазами.

Так Иринка осталась без матери. И случилось несчастье как раз перед выпускными экзаменами. Наперекор судьбе Ире пойти не удалось, оценки в аттестате оказались ниже ожидаемых. ЕГЭ тоже не порадовало.

Вскоре Иру позвали работать в кафе, чистеньком и аккуратном, без пьяных рож по вечерам и поединков без правил. Хозяйка заведения в этом отношении была очень строгой, свое мнение отстаивала с помощью меню и охранников. Там Ира и познакомилась с Николаем. Харизматичному и уверенному в себе парню запала в душу скромная и симпатичная официантка. Вопреки ожиданиям, она не отзывалась на его комплименты и ухаживания, сразу уходила из зала. Однако Николай был очень настойчив.

— Солнышко, да что же ты от меня убегаешь все время, — приговаривал он, придерживая ее за руку. — Ты мне нравишься, серьезно, без всяких шуток. Посмотри на меня, неужели не подхожу? Или, может быть, у тебя есть кто? Скажи мне, и я отстану. Но смотри, не просчитайся. У меня высшее образование, работаю инженером на заводе, своя квартира. Выходи за меня и будешь жить припеваючи!

— Нет у меня никого, но и тебя я совсем не знаю. Так сразу решить не могу, нужно подумать.

— Так давай я тебя после работы буду встречать, домой провожать. Может, когда-нибудь отважишься со мной в кино сходить или на пляж? Вон жара какая этим летом!

— Нет, я на пляж не хожу, даже не предлагай, а вот фильм посмотреть я не против.

Вскоре они поженились. Бабушка не противилась: уж очень серьезным человеком показался ей Николай. Но сразу же после свадьбы Ирина поняла, что ее муж довольно серьезно давит на нее, с мнением не считается и ни в чем себя не ограничивает.

— Коля, почему ты меня даже не предупреждаешь, что задержишься на работе или пойдешь с друзьями в кафе? Я жду тебя каждую минуту, готовлю ужин. А когда ты приходишь домой ― уже все остыло, есть ты совсем не хочешь, да еще ругаешься, что я зря продукты перевожу.

— Значит, так получается, перестань меня донимать, — Николай ухмыльнулся. — Конфетно-букетный период в наших отношениях закончился, ты моя жена, значит, должна во всем меня слушаться. Я в этой семье добытчик, жилье тоже мое, а тебе, дорогая, козырнуть даже нечем. Вот если бы ты мне сына родила ― тогда другое дело, я ради вас обоих бы расстарался, на руках бы носил.

…И только спустя время Ирина поняла, что рождение ребенка ничего не изменило в их отношениях, даже стало еще хуже. Муж порой приходил под утро, на вопросы заплаканной жены отвечать не желал и делал все, чтобы она чувствовала, что живет у него нахлебницей, иждивенкой. К сыну Николай не питал особых родительских чувств — постоянно жаловался, что он орет по ночам, не даёт спать.

— Пусть только подрастет немного, вот тогда я им займусь, — в который раз обещал Николай жене. — А пока присматривай за ним сама. Я его даже на руки взять боюсь, вдруг что-нибудь не так сделаю, придавлю ненароком или упущу, не дай бог.

— Ты, Николай, к Славику почти не подходишь. А я уже и не помню, когда мы с тобой вечером вместе ужин готовили или куда-то ходили.

— А куда с тобой ходить? Ты с ребенком сидеть дома должна, да в поликлинике раз в месяц бывать. Вот и все твои дела. Это я, как каторжный, работаю, стараюсь, чтобы вы ни в чем не нуждались. Видишь, какой я худой? Зато тебя прет во все стороны! От безделья все это!

Ирину сильно тревожили ссоры с мужем. Она понимала, что семья распадается, да и была ли она? Каждый живет сам по себе, в одиночку переживает собственные взлеты и падения. К чему это может привести ― она даже боялась подумать.

И вот, через пару лет, произошло то, чего Ира так ждала и боялась. Во дворе к ней подошла невысокая худенькая женщина, в которой Ирина с трудом узнала тетю Тоню, мамину близкую подругу. В тот страшный летний день она оказалась среди спасенных. Антонина присела к ней на лавочку, послала воздушный поцелуйчик лихо скатывающемуся с горки Славе и тяжело вздохнула.

— Иришка, а я к тебе не просто так, а с дурными вестями. Можешь на меня обижаться, что я лезу не в свое дело, но я тебе все скажу, иначе мне покойная Варя этого не простит. Ну не могу я молчать, когда твой муженек с молоденькими девочками любовь крутит, а ты дома сидишь и ничего не знаешь. Слухи разные ходят, да я и сама несколько раз видела, как он с одной длинноногой кралей из ресторана в обнимку выходил, в машину ее усаживал. Одноклассница у меня в сауне работает, тоже много чего рассказывает про Николая.

— Что же мне делать, тетя Тоня?

— У тебя сын. Подумай хорошо, может, есть возможность спасти семью? А если нет ― тогда не тяни время, тебе только хуже будет. Только не говори, что это я тебе рассказала, пожалуйста. А то у меня муж вместе с Николаем работает, боюсь, что отомстить захочет.

Ира и раньше догадывалась, что Николай не просто так где-то пропадает по ночам. А теперь мысли подтвердились. Поздним вечером Ира сидела в комнате и напряженно думала. Рядом сладко посапывал Славик. Ему завтра в детский сад, пусть спит. Ирина решила, что теперь она точно возьмется за себя и не будет страдать из-за эгоизма супруга, все равно она ему не нужна, полная или худая. На его родителей надежда слабая. Видела Ира их лишь один раз, на свадьбе. Остальное общение — звонки и переписка, хотя живут неподалеку, в соседнем городе. К ним в гости муж ее так и не свозил, хотя одно время собирался.

— Ира, ты чего сидишь в темноте? — муж тихо открыл входную дверь, снял обувь и заглянул в детскую комнату. — Славик уснул?

— Да, — сдержанно ответила она. — Сейчас подойду, покормлю.

— Поскорее, я есть хочу! Мне побольше мяса, пожалуйста! — Николай заинтересованно заглянул в тарелку. — Да не жмись, смотри еще сколько!

— Я тоже еще не ела, тебя ждала, только Славика покормила. Мне мяса не надо, что ли?

— Ты поешь, что останется. Вон бульона еще сколько, картошки полно. Ты женщина, тебе хватит!

— И так всегда, — подвела итог Ира. — Ни мяса, ни рыбы не вижу.

— Ты еще скажи, что я тебя голодом морю! — повысил голос муж. — Никто не поверит, потому что ты вон какая жирная!

— Так сижу на одних бутербродах, — вздохнула Ирина. — Хлеб с маслом, хлеб с вареньем, булочки, печенье и так далее, все, что подешевле.

— Да как же ты уже мне надоела! Иди отсюда, дай поесть спокойно! — Николай громко хлопнул ладонью по столу. — Убирайся, пока я добрый!

Это была последняя капля. Ирина развернулась и молча ушла. Разговаривать с мужем ей уже не хотелось. Любовь давно исчезла, с ним ее больше ничего не связывало. А значит, она будет действовать в своих интересах.


В детстве Ирина хорошо рисовала и даже закончила художественную школу. Нашелся графический планшет, подаренный когда-то бабушкой, Софией Евгеньевной. Все, можно приступать к работе, осваивать программы и учиться зарабатывать на своем творчестве. Теперь жизнь у Ирины ускорилась. Она поняла, что может вырваться из замкнутого круга. Муж не давал ей работать, хотел, чтобы она полностью зависела от него, так ему было легче диктовать свои условия. Но он сильно ошибался на ее счет.

Ирина стала много ходить пешком, отводила сына в садик, покупала в магазине продукты на те небольшие деньги, которые ей давал Николай, а потом занималась домашней работой. В свободное время рисовала, изучала способы продажи своих работ. И, в конце концов, у нее начало получаться. Ира уже хотела сообщить неверному супругу, что его время закончилось и она уходит от него. Но тут случилось непредвиденное.

— Ира, послушай, — раздался в трубке взволнованный тетин Тонин голос. — Мой говорит, что Николай на машине в отбойник влетел. А еще у него в салоне была эта девчонка длинноногая, из-за нее вроде бы все и произошло!

— Ой, а где он сейчас?

— В больнице, кажется, в реанимации. Ей только ноги переломало, а твоему мужу больше досталось. Что делать-то будешь? Если надумаешь уходить от Николая, мы с Иваном подъедем, поможем тебе вещи к Софии Евгеньевне перевезти.

— А можно прямо сейчас? Я не хочу здесь больше оставаться!

— Конечно, милая, у нас машина возле дома стоит, минут через десять жди!

Так Ирина с сыном оказались у бабушки. Ира стала работать кассиром в ближайшем магазине, а по вечерам рисовала для души и для дополнительного заработка. Наконец-то она сама могла распоряжаться деньгами. Ее образ жизни кардинально изменился. Длительные пешие прогулки, изменения рациона — Ира стала есть больше овощей и мяса ― привели к тому, что она похудела. Не так как хотелось бы, сразу килограммов на пятнадцать за месяц, нет, но процесс пошел. И теперь она выглядела великолепно.

А супруг-тиран надолго залег в больницу. Он много раз звонил Ирине, но она не брала трубку, а потом вообще сменила номер. Приехала мать Николая, продала квартиру и выделила невестке с внуком немного денег, с условием, чтобы она не подавала пока на алименты. На них Ира купила себе годовой абонемент в спортзал, а оставшееся пустила на рекламу своих картин в соцсетях. Они уже начинали приносить неплохой доход, и хоть ей и сыпались в личку обвинения в бесчувственности от тех, кто знал всю историю, Ира старалась не обращать на них внимания и знала, что выбирать себя ― это самое правильное.

Первоисточник : Женский Журнал


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qərib MEHDİ – ƏYALƏT YAZIÇISI

ƏYALƏT YAZIÇISI
(hekayə)

Əşrəf müəllim əyalət ziyalısı idi. Yaşadığı kənddən paytaxta 400 km-lik məsafə vardı. Birində ali təhsil almışdı, o birisində kənd məktəbində müəllimlik edirdi. Fərqli məkanlarda ərsəyə gəlmişdi. Şəhər mühiti kəndli idimini canından çıxara bilməmişdi. O, gözünü açıb gördüyü kənddə özünü daha rahat hiss edirdi.
Bu kəndin dağı uca, dərəsi dərin idi. Bu kəndin göyü gurultulu, suyu şırıltılı idi. Bu kənddə nə vardısa, gözü ilə görüb yaddaşına ötürmüşdü. Dərs dediyi ibtidai sinfin uşaqlarına könlünün başında yer ayırmışdı. Dörd ildən bir şagirdlərini yuxarı siniflərə ötürürdü. Çoban qoyun-quzusunun, maliyyəçi pulunun qədərini dəqiq bildiyi kimi, o da indiyəcən dərs dediklərinin adlarını əzbər bilirdi. Əli, Həsən, Muxtar… və bir də Ayaz. Vaxtaşırı bu adlar dəyişir, öz yerlərini başqa adlara verirdi. Onlara dərs deyən Əşrəf müəllim isə yerində sayırdı. O, şagirdlərini axıb gedən suya, özünü isə bu suları irəli ötürən çay məcrasına bənzədirdi. Sonralar bu adlardan biri – Ayaz həmişəlik onunla oldu. Daha doğrusu, dərslərinə zəif hazırlaşan Ayaz onun yazıçı imzasının təxəllüsünə çevrildi. Bu necə baş verdi? Tələsməyək.
Heç bilmirdi necə oldu ki, o, yazıçı oldu, özü də uşaq yazıçısı. Əşrəf Kərimov məktəbdə ibtidai sinif müəllimi kimi tanınırdı. Daşına-torpağına, otuna-suyuna, adamlarına, heyvanlarına yaxşı bələd olduğu doğma kənd məktəbində dərs deyirdi. Peşəsini və dərs dediyi uşaqları sevirdi. Bu sevgi təkrarçılığı yaxın buraxmırdı. Hər yeni dərs ilində elə bilirdi ki, ilk dəfədir sinif qapısını açır və çoxsaylı uşaqların qoşa ulduz kimi işıq saçan gözlərilə rastlaşır. Başqalarından fərqli olaraq, şagirdlərlə asanlıqla ünsiyyət bağlayırdı. Bu qəribə, ikitərəfli bağlantı pedaqoji fəaliyyətinə son qoyana qədər davam etdi.
Şagirdlərini heç vaxt yaxşı və zəif oxumaqlarına, intizamlı və intizamsız olmalarına görə fərqləndirmirdi. Heç birindən mehribançılığını əsirgəmirdi. Bəlkə də, şuluq uşaqlara, dərsinə hazırdıqsız gələnlərə daha çox diqqət ayırırdı. Buna görə də şagirdləri xasiyyətlərində olan fərqləri – özünəməxsusluqlarını ondan gizlətmirdilər. Çünki şagirdlər müəllimlərinə inam və sevgi bəsləyirdilər. Əşrəf müəllim bir də gördü ki, onun qarşısında, müşahidəsində xarakterlər yığını boy verir. Onların hər biri uşaq dünyasının maraqlı daşıyıcıları idi.
Bu sərvəti nə qədər yaddaşın ixtiyarına buraxmaq olardı? İllər keçəndən sonra hərəsi bir canlı həyat olan xatirələr yaddaşın arxivində itib-batmayacaqdımı? Hiss etdi ki, onlara əhvalatlar şəklində daimi ömür vermək, bu müşahidələri yazıb çap etdirmək lazımdır. Fikrini işə çevirdi. Beləliklə, Əşrəf Kərimov adlı uşaq yazıçısı ədəbi aləmə daxil oldu. O, qəzetlərdə, jurnallarda dərc olunan hekayələrilə tanındı. Şagirdləri ilk dəfə idi ki, canlı yazıçı görürdülər. Və bununla fəxr edirdilər ki, onların müəllimi yazıçıdır. Onların həyatı zaman-zaman müəllimlərinin qələmindən gəlib keçirdi. Əli kitablı, dili şeirli-hekayəli uşaqlar onun sevimli qəhrəmanları, həssas oxucuları olmuşdular. Boş vaxtlarında valideynlərinə kömək edən, qoyun-quzu otaran, məhsul toplayan uşaqlar kitabsevər kimi də yetişirdilər.
Ədəbi uğurları getdikcə Əşrəf müəllimi həvəsləndirirdi. Tənqidçilərin təhlili yazılarında onun da imzası göründü. Həm də təqdiranə…
Bədii yaradıcılıq Allah vergisiydi! Əşrəf Kərimov buna inanırdı. Yuxarıdan «icazə» olmasa, onun qələmi işə düşə bilməzdi. Daha iki nəsnəyə də inanırdı. O, çox mütaliə etmişdi, xüsusilə uşaq yazarlarının əsərlərini. Deməli, mənbəyə yiyələnmişdi. Bir də özünün müşahidə qabiliyyətinə arxalanırdı. Sənətkarlıq bu üçlüyün haləsində yetişirdi.
Məktəb məkanı onların ikitərəfli – müəllif-oxucu görüşlərinə bəs eləmirdi. Müəllimin evi də uşaqların üzünə açıldı. Şagirdləri onu qəlbən sevirdilər. O, bəzi müəllimlər kimi umacaqlı deyildi, dərs dediklərini istismar edib bağ-bağçalarında işlətmirdi. Onların qarşılıqlı «ticarəti» ancaq bədii sözdən, maraqlı kitablardan keçirdi.
Artıq Əşrəf müəllimin köməkliyi ilə yeniyetmə oxucular dünyada və respublikada tanınan uşaq yazarlarının yaradıcılığına bələd olmuşdular. Müəllim xüsusilə bir qənaətini tez-tez oxucuları ilə bölüşürdü: «Oxuyan oxdan yayınar. Sizi ov olmaqdan kitab xilas edəcək». İmtahana çəkənlər onlardan nağılçı Andersen, uşaqların sevimlisi Marşak, «Mumu» kimi təsirli hekayənin müəllifi Turgenev barədə ətraflı məlumat ala bilərdilər. Sonra bu siyahıya başqaları da daxil oldu.
Əyalət yazıçısının özü canlı bir kitabxana idi. O, yeniyetmə oxucularını yaxın keçmiş – yüz il əvvəlin yazarlarının yaradıcılığı ilə tanış etmişdi. Onlar Mirzə Ələkbər Sabirdən söz düşəndə «Uşaq və buz»u, Abbas Səhhətin adını çəkəndə «Könlümün sevgili məhbubu mənim; Vətənimdir, vətənimdir, vətənim» aşılaması, Abdulla Şaiqin adını eşidəndə təkəbbürlü qoşabuynuz keçiyə edilən xəbərdarlıq yada düşürdü.
Onlar lap günümüzün uşaq yazarlarının –Xanımana Əlibəylinin, Həbibənin, İlyas Tapdığın, Rafiq Yusifoğlunun, Zahid Xəlilin, Aləmzər Əlizadənin, Ələsgər Əlioğlunun yaradıcılıqlarından da xəbərdar idilər. Geniş ürəkli Əşrəf müəllim özündən çox başqalarının yaradıcılığını təbliğ edirdi.
Bəzən sayın çoxluğu əhəmiyyət kəsb eləmir.
Dünyanı qucaqlayan iki yazarı müəllif – oxucu meyarı kimi qəbul etmişdi. Yəhudi əsilli polyak yazıçısı Yanuş Korçak uşaq oxucuları üçün çox yazmışdı. Oxucularına olan sevgisi onları birləşdirib bir can halına gətirmişdi. Bizim Hüseyn Cavidin də uşaqlara davranış qaydalarına həsr olunmuş bir şeiri var. O şeirlə tərbiyələnən yeniyetmə gələcəkdə əsl vətəndaşa çevrilə bilər. Şeir belədir:

QIZ MƏKTƏBİNDƏ

– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var.
– Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə…
– Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin
incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma…
– Var əfəndim, var… lakin müəlliməm hər gün söylər, onların yox qiyməti, bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
– Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin kimdir, quzum, söylərmisən?
– Ən çox sevdiyim ilkin o Allah ki, yeri-göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– Başqa sevdiklərin nasıl, yoxmu?
– Var…
– Kimdir onlar?
– Anam, babam, müəllimim, bir də bütün insanlar!..
Uzaqdakı Yanuş Korçak, yaxındakı Hüseyn Cavid əyalət yazarının idealına çevrilmişdilər. Onların məkanları, milli mənsubiyyətləri ayrı olsa da, taleləri bir nöqtədə qovuşurdu. Coğrafiyası aşırı olan sevgini bağışlamırlar. Şagirdləri ondan bu sevginin açımını istəmişdilər. Müəllim demişdi: «Vaxtı çatanda o barədə də danışacağam. Hələlik…».
Bir dəfə Mustafa adlı oxucusu Əşrəf müəllimdən soruşdu:
– Mirzə Ələkbər Sabir satirik qələm sahibidir. Siz isə onu öndə olan uşaq şairi hesab edirsiniz. Nəyəsə əsaslanmasanız, bu fikrə gəlməzsiniz.
Kənd yazıçısı pırtlaşıq marağı daraqlayıb sahmana saldı:
– Sabirin uşaqlar üçün yazdığı «Gəl, gəl, ay yaz günləri» şeiri çox düşündürücüdür. Məhsulun bolluğu havaların, rüzigarın necə gəlişindən asılıdır. Hamilə qadına necə qayğı göstərilir? Əlbəttə, sözün bütün mənalarında yaxşı! Təbiət də çiçəklənən yaz fəslində məhsula hamilə olur. Bir də görürsən ki, nizam pozulur, ağacların sevdalı vaxtında yağış, qar, şaxta bol məhsul arzulu ümidləri yoxluğa qərq edir. Sabir bol məhsul xatirinə təbiəti nizama çağırır: «Dağda ərit qarları; Bağda ərit qarları; Ağaclar açsın çiçək; Yarpağı ləçək-ləçək». Yəni, çiçəklər vüsala yetəndən sonra təbiətin şıltaqlığı o qədər də vecə gəlməz. Məhsul məsələsi həll olunmuş olar.
Oxucular müəllimlərinin bu izahından sonra heyrətlə bir-birinin üzünə baxdılar. Zənn etdilər ki, təbiətdən aman istəsən, yəqin o da insafa gələr.
Bir məsələ yeniyetmə oxuculardan Ayazı bərk düşündürürdü. Oxuduğu kitab sahiblərinin çoxu özünü oxucularına təxəllüslə təqdim edir. Müəllimləri də sayılan-seçilən yazarlardan biri idi. Nədən o, özünə cəlbedici bir təxəllüs tapmırdı? Yoxsa, bu barədə düşünmürdü? Narahatlığını sakitləşdirmək üçün Ayaz mütləq təşəbbüsdə bulunacaqdı. Fikrini xətrini çox istədiyi Aytənə bildirdi. Maraq Aytəni də aldı. Nədən bütün qələm sahiblərinin təxəllüsü olsun, Əşrəf müəllimin təxəllüsü olmasın? Aytəndən gələn dəstək Ayazı bir az da ürəkləndirdi. Ancaq onun bir çəkinəcək yeri vardı: dərslərindən yüksək qiymət ala bilmirdi, zəif oxuyurdu. Fəal olmayan şagirdlər müzakirələrdən, təkliflərdən yayınırdılar. Dirəniş göstərən Ayaz bu qüsurunu üstələyə bildi, icazə istəyib dedi:
– Əşrəf müəllim, siz də çoxsaylı oxucuları olan yazıçısınız. Bir məsələdə siz başqa qələm dostlarınızdan fərqlənirsiniz. Hansı səbəbə görə siz təxəllüs qəbul etmirsiniz?
Sayılmazın atdığı daş baş «yardı». Hamı ayılmış kimi Ayazın sualına dəstək verdilər:
– Nədən?
Bu yeriməzin təklifindən əyalət yazıçısı elə bil yatmışdı, oyandı. Doğrudan ey, niyə onun təxəllüsü olmasın? Təxəllüs axı imzaya əlavə dividend gətirir. Uca dağ deyirsən onlarda, dərin dərə deyirsən onlarda, tufana sinə gərən ağaclar deyirsən onlarda. Şəcərəsi də bir başqa məsələ. Dünyasını dəyişmiş əzizlərindən birini təxəllüs seçə bilməzdimi? Bilərdi. Bəlkə, ağlına gəlməmişdi. Bu vacib məsələni oxucu Ayaz yada salmışdı. Hələ ki gec deyildi. Hələ ömür də, uğurlu yaradıcılıq da irəlidə idi.
Əşrəf müəllim heç kimə heç nə demədən ağ vərəqləri qayçının ağzına verdi. İmtahan bileti həcmində şagirdlərinin sayı qədər – 19 kəsik düzəltdi. Səliqə ilə hər kağız kəsiyinə şagirdlərindən birinin adını yazdı. Sonra o «biletləri» ağzı üstə çevirib qarışdırdı. Və üzünü şagirdlərinə sarı çevirdi. Qərara aldığı məqsədi açdı:
– Hərənizin adını bir kağız parçasına yazmışam. Aytən, gəl bu kağız parçalarından birini çəkib aşkarla. Kimin adı çıxsa, bundan sonrakı yaradıcılığımda o adın təxəllüs kimi daşıyıcısı olacağam.
Aytən maraq içində masaya yaxınlaşıb üzüüstə sərilmiş kağız parçalarından birini çəkdi, geri çevirdi. Sinifdə ən zəif oxuyan şagirdin adı oxundu:
– Ayaz.
Hamı içini çəkdi. Görəsən, müəllimin qərarı necə olacaqdı? Barışmı? İmtinamı?
Əşrəf müəlim barışı seçdi:
– Bundan sonra mənim yazılarımın altında Əşrəf Ayaz oxunacaq.
Qərardan, təsadüfün yaratdığı xoş haldan, Ayaz imkanı olsaydı, heç olmasa bir saatlığa göydə uçan quşlardan qanadlarını borc götürərdi.
Təxəllüsün məsuliyyətini daşımaq gözlənilməz dəyişikliyə səbəb oldu. Bir ayın içində dərslərindən aşağı qiymət alan Ayaz əlaçılar sırasına daxil oldu. Təsadüfün bəxş etdiyi dəyişiklik müəllimi də, şagirdi də qürurlandırdı.


Ədəbi aləmdə adçəkilmə qısqanclığı keçmişdə olub. İndinin özündə daha qabarıqdı. Ədəbi təhlillərdə hərdən Əşrəf Ayazın da adı çəkilirdi. Nə yaxşı əyalət yazıçısının imzası yada düşürdü?! Bu ədalət üç nəsnə ilə bağlıdır: birincisi, tənqidçinin vicdanlı olması, ikincisi, uşaq ədəbiyyatında mübarizə meydanının seyrəkliyi, üçüncüsü, obrazların həyatiliyi. Bu sahədə əyalət yazıçısı korluq çəkmirdi. O, təsvir elədiyi surətlərin yanında, hadisələrin içindəydi. Qələmi də hamını razı salan seçilər üslub nümayiş etdirirdi.
Göyü gurultulu, çayı şırıltılı bir məskənin yetirməsi olan yazıçı Əşrəf Ayazın çox sadə tərcümeyi-halı vardı. Bir stəkan çayını içən, bir loxma çörəyini kəsməyən tənqidçi Miryusif Vaqifli iki dəfə onun yaradıcılığı haqqında müsbətyönlü söz açmışdı. Bir dəfə də illik ədəbi icmalda imzası xatırlanmışdı. Əslində, görünmək şakəri qanına hopmamışdı. Yəqin bu səbəbdən adı ön cərgələrdə yer almırdı. Demək olar ki, tərcümə olunmamışdı. Xarici ölkələrdə yaradıcılıq səfərlərində olmamış, heç bir ədəbi mükafata sahiblənməmişdi. İmzası qəzet və jurnalların redaksiya heyətləri arasında gözə dəyməmişdi. Sonu sıfırlı (0) ikirəqəmli təntənəli yubileyini heç kimə xatırlatmamışdı. Sadəcə, rayonda oxucularından Qədirin, Qəşəmin, Qələndərin, Qənirənin… və Ayazın iştirak etdiyi bir neçə görüşə qatılmışdı. Fikri-zikri ancaq onu tərpədən mövzuları qələmə almaq idi. Onun qələm işi meşə məhsullarını yada salırdı: dadını, tamını, keyfiyyətini qoruyub saxlayan meşə məhsulları. Yaraşıqlı, çəkidən ağır, keyfiyyətdən kəm olan «calaq» məhsullardan həmişə yan durmuşdu.
Bir dəfə oxucularından biri soruşdu:
– Ədəbi aləmdə müxtəlif mövzulu, mükafatlı müsabiqələr keçirilir. Siz belə müsabiqələrin heç birinə qatılmırsınız. Maraqlı qələm sahibisiniz. Niyə şansınızı sınamırsınız? Özünüzü belə yarışmalara layiq bilmirsiniz, yoxsa münsiflər heyətinin ədalətinə inanmırsınız?
Əşrəf Ayaz yıxılmaqdan, uduzmaqdan qorxmurdu. Sadəcə, belə ədəbi yarışlara qatılmaq arzusu ağlından keçməmişdi. Oxucunun qəfil sualı elə bil onu ayıltdı. Doğrudan da, niyə ədəbi müsabiqələrə qatılmasın? Niyə də qalib olmaq arzusu ilə yaşamasın? Niyə də halal pul mükafatı sahibi olmasın? O. bu addımı atmaq barədə düşündü. Hətta bu niyyətini xətrini çox istədiyi, ədalətinə inandığı Miryusif müəllimə açdı. Təcrübəli tənqidçi bir az fikrə daldı. Nələrisə düşündü, nələrisə götür-qoy etdi. Nəhayət, ağır-ağır dilləndi:
– Birinin qarnına döşüyürlər. O, qabağını qorumaq əvəzinə haray təpir: «Ay arxam, vay arxam!». Soruşurlar ki, «səni qabaqdan vururlar, sən isə «ay arxam» harayı qoparırsan?». Döyülən cavab verir: «Arxam olsaydı, qabağımı çırpa bilməzdilər». Sənin necə, arxan varmı? – sonra müsahibinə toxunmasın deyə fikrini yayındırdı. – Bu məsəli gülmək üçün çəkdim. Yaradıcılığından arxayınam. İstəsən, bəxtini sınaya bilərsən.
Çox vaxt zarafatın arxasında gerçək gizlənir. Bunu Əşrəf Ayaz nə dərəcədə hiss edirdi? Yoxlamaq adamı yoxa çıxarmaz. Əksinə, müəmmanı aydınlaşdırar.
Bir gün qəzetlərdə dərc olunan müsabiqə mətni əyalət yazıçısının gözünə sataşdı. Uşaqların həyatından bəhs olunan hekayələrin müsabiqəsi keçiriləcəkdi. Müsabiqəni təşkilini «Nur-nəşriyyat» şirkəti öz üzərinə götürmüşdü. Birinci, ikinci, üçüncü yerləri tutanlara pul mükafatları ayrılmışdı. Elan əyalət yazıçısının marağına səbəb oldu və dərinə varmadan qərar qəbul etdi: «Müsabiqəyə qatılacağam. Pulu pul, şöhrəti də üstəlik. Ürəyimə damıb ki, qalib olacağam. Qoy görsünlər ki, papaq altında da oğlanlar var. Qoy media bir az da məni işıqlandırsın. İstedadı da, şöhrəti də özəlləşdirdikləri bəsdir. Əyalətdə yaşayanların da üzünə gün doğsa, dünya dağılmaz ki…».
Əşrəf heç kimə məsləhət eləmədən seçmə bir hekayəsi ilə «Şam» gizli imzası ilə müsabiqəyə qatıldı. Və intizarla nəticənin elan olunacağı günü gözlədi.
Bu arada Əşrəfin yolu paytaxta düşdü. O, seyrək səfərlərinin hər dəfəsində çox inandığı Miryusif Vaqifli ilə görüşərdi. Bu səfər də istisnalıq təşkil etmədi. Ancaq iki «ç»-dan (çaydan və çörəkdən, yan duraraq bir kölgəliyə çəkilib xeyli söhbət etdilər. Tənqidçi sözlü adama oxşayırdı. Nədənsə demək istədiyinə işarə vurmurdu. Bu hal Əşrəfin ürəyindən xəbər verirdi. Miryusifin dili gözlərindən xəbərçilik edə bilərdi. Hələ ki açılışa can atan sirr müqavimət göstərirdi. Gözləyirdi ki, ilk addımı ədəbi yarışlarda qalibiyyətin şirin tamını dadmamış müəllif atsın. Sən demə, əyalət yazıçısına deyəcəkləri varmış. Sən demə, o, təcrübəli, ədalətli bir ədəbiyyatçı kimi münsiflər heyətinin tərkibinə daxil edilibmiş. Bu, «Nur-nəşr» şirkətinin ona etibarından, inamından xəbər verirdi. Münsiflər heyəti son ana qədər sirr boxçasının açılmamasına zəmanət vermişdilər.
Əşrəf Ayaz təmiz, halal ədəbiyyatın təmənnasız əsgəri idi. Bu dəfə müsabiqəyə qoşulmaqla qələminin gücünə daha dərindən bələd olmaq istəyirdi. Narahatlığını ovundura bilməyən tənqidçi belə bir qələm sahibi üçün günaha batmağı özünə rəva bilirdi. Zənn edirdi ki, bu günah üçün o, müqəddəs qələm cəzasına məhkum edilməyəcəkdi. Əksinə, bəlkə ədalətin öz yerini tutmasına kömək etmiş olacaqdı. Nəhayət, dili söz tutdu:
– Sən müsabiqədə iştirak edirsən?
Gözləmədiyi sözdən Əşrəf Ayaz diksindi. Ani olaraq fikirləri qarışdı. Sorğuya necə cavab verəcəyini kəsdirə bilmədi. «Hə» desəydi, bəlkə, nəsə qazanacaqdı. Ancaq onda müsabiqənin halallığını pozmuş olacaqdı. Vaxtsız etiraf? O, bu ədalətsizliyi özünə rəva bilərdimi? Yox. Bu yol onun tutduğu yol deyildi. Cavabı qeyri-müəyyənlikdən gəldi:
– Necə ki?..
Məqsəd yavaş-yavaş dumandan sıyrılırdı:
– Mən müsabiqə ilə bağlı yaradılmış münsiflər heyətinin tərkibindəyəm. Göndərilən materiallar diqqətlə oxunub seçilmişdir. Yazıların tutacaqları yerlər də müəyyənləşdirilmişdir. Qalır müəlliflərin aşkarlanması. Mən bunları sənə deməməliyəm. Bizim də öz öhdəliyimiz var. Mən bunları sənə deməklə müsabiqə «inaqurasiyasını» – and içməsini pozmuş oluram. Sən sözü gedən müsabiqədə «Şam» şərti imzası ilə iştirak edirsən. Mən bunu dəqiqləşdirdim.
Əşrəf Ayaz həyəcanlandı. Sevimli tənqidçisi bunu haradan bilirdi? Yəqin o, Əşrəfə xeyirxah xidmətini təklif edəcəkdi. Qaydalar pozulmurdumu? Bu hala necə ədalətli müsabiqə demək olardı? Və bu bilinsə, Miryusif Vaqiflini münsiflər heyətindən uzaqlaşdırıb cəzalandırmazdılarmı? Olanı vaxtsız etiraf etmək tənqidçini təhlükə qarşısında qoymaq deməkdir. O, xeyirxahını qorumaq naminə, öz ziyanına olsa da, yalan danışmalı oldu. Səsi titrəyə-titrəyə dedi:
– Yanılırsınız Miryusif müəllim, mən müsabiqədə heç bir yazımla iştirak etmirəm.
Onu başa düşən, hətta həqiqətdən uzaq olan qərarını dəyərləndirən tənqidçi gülümsündü:
– «Şam»… yaxşı ad seçmisən. Rəmz kimi uğurludur. Şam yer üzündə qaranlığı boğan ilk işığın babasıdır. İndi gələk mətləb üstünə. Mən sənin üslubuna bələdəm. «Şam» sənin hekayəndir. Bunu aydınlaşdırmaq mənim üçün çətin deyil. Səndən də sorğuma «hə» deməyini gözləmirəm. Nəticə elan olunana kimi öz fikrində qal. Nəzərə al ki, mən də heç bu sözləri sənə deməmişəm, – əlini irəli uzadıb əyalət yazıçısının əlini sıxdı. – Qələbə münasibətilə səni təbrik edirəm. Sevinirəm. Sanıram ki, bu halal qələbənin həmmüəllifiyəm.
Bununla da aralarında həm səmimi, həm də həyəcanlı söhbət bitdi.


Sənubər, Süsən, Azad, Qardaşxan, Ayaz… Əşrəf Ayaz yenə oxucuları ilə üz-üzə idi. Bu yazıçı – oxucu görüşü yeniyetmələrin xahişi ilə baş tutmuşdu. Onlar açımı yarımçıq qalan bir mətləbə aydınlıq gətirmək istəyirdidər. Əşrəf Ayazın özünə ideal sandığı sənətkarlar kimlərdir? Sual yenidən təkrarlanmışdı. Kənd müəllimi qaşlarını çatıb sualı cavablandırmağa başladı:
– Yəhudi əsilli polşalı yazar Yanuş Korçak və Azərbaycan türkü şair-dramaturq Hüseyn Cavid. Almanlar düşmən kəsildikləri yəhudilərin uşaqlarını da krematoriyada yandırıb külə döndərirdilər. Növbəti əməliyyat zamanı Yanuş Korçakı kiçik oxucuları ilə birlikdə ölüm sobasının önünə gətirirlər. Almanlar Korçaka bildirirlər ki, oxucularından ayrılsa, onu bu kütləvi edamdan azad edərlər. Yazıçı belə «mərhəməti» rədd edib, oxucuları ilə birlikdə ölməyə üstünlük verir.
Türk kökənli Hüseyn Cavidin məktəbli qəhrəmanı Gülbahar sorğu zamanı bütün insanları sevdiyini bildirir. Məktəbli qız cavablarında həm də Cavidin hansı idealla yaşadıbından xəbər verir. Bu bəşəri sevgi Cavid əfəndini başqa əsərlərində də özünü göstərir.
Məhdud sevgiyə bağlanmadığı üçün sovet sistemi böyük, humanist Cavid əfəndini bağışlaya bilməzdi. Bağışlamadı da. Faşistlər Yanuş Korçakı, bolşeviklər Hüseyn Cavidi məhv etdilər. Onlar qəhrəmanlarının taleyindən yayınıb aradan çıxan qələm sahiblərindən olmadılar. Bu səbəbdən də həmişəyaşardılar.
Hamı heyranlıqla susurdu. Birdən Ayaz özünü saxlaya bilməyib vəcd ilə dilləndi:
– Müəllim, siz də oxucularınıza bağlı olan yazıçılardansınız!
Əyalət yazıçısı dəyər verdiyi üçün oxucusuna təşəkkür etdi:
– Həyatda yollar çoxdur. Əsil sənətçi bu yolların içindən doğrusunu seçməlidir. Əks halda, onun sözünə, yazdıqlarına inanmayacaqlar.
Əşrəf Ayaz dolaşıq işlərin çözümü barədə çox düşünürdü. Ona bir barama qurdu kimi öz ipəyi ilə özünə köynək toxumaq bəs edirdi. Allahının bəxş etdiyi, mütaliəsinin itilədiyi yazıları haqqında Ayazların rəy bildirməsi onun ürəyincə idi. Bəs necə oldu ki, o da şöhrət xəstəliyinə yoluxdu? Üstəlik, Miryusif Vaqifli də bu həvəsi körüklədi. Bu işə baş qoşmaq onun nəyinə lazım idi? Əslində, öz uğuru ilə əyintiyə düzəliş gətirmək istəyirdi. İstəyirdi ki, bədii ədəbiyyat sahələrə bölünməsin. Nə vaxta qədər əyalətdə yaşayan qələm sahibləri ikinci dərəcəli yazarlar kimi özlərini narahat hiss edəcəklər? Uzunluq ölçü vahidi təbiətin müxtəlif sahələrində eyni funksiyanı yerinə yetirmirmi? Yetirir. Bədii ədəbiyyatın meyarı da sözdür. Vəzifəsinin öhdəsindən gələn sözü və söz daşıyıcılarını necə paytaxta və əyalətə bölmək olar? Əşrəf Ayaz bu yanlışı düzəltmək üçün söz yarışmasına qoşulmuşdu.
Əyalət yazıçısı hələ də vaxtsız sirləri açmış tənqidçi, münsiflər heyətinin üzvü Vaqifli ilə açıq söhbətdən yayınırdı. Bu «Gizlənqaç» oyunu tənqidçiyə xoş gəlirdi: «Nə vaxta qədər qaranlığa bürünəcəksən? Ay zalım, artıq günəş çıxıb ey…».
Vaqifli Əşrəf Ayaza telefon açdı. Səsi təmiz, hətta bir az da cingiltili idi. Bilirdi ki, halallığı qorumaq naminə kənd müəllimi onun suallarına aydınlaşdırıcı cavablar verməyəcək. Bununla o, təkcə özünü deyil, həm də tənqidçini qoruyurdu. Tənqidçi isə ondan cavab gözləmədən atını gündoğana çapırdı:
– Rəylər yazılıb, müsabiqə bitib. Qalır nəticəni ədəbi ictimaiyyətə bildirmək. Əşi, sənin nə vecinə… Yenə susursan? Eybi yox, sus. Bu da bir gözəllikdir. Yekun tədbiri «Nur-nəşr» şirkətinin binasında keçiriləcək. Qaliblərin kimliyi, əlbəttə, maraq doğurur. Bu günlərdə təntənəli təqdimatın vaxtı elan olunacaq. İzlə…
Abu-havadan, Vaqiflinin yarıaçıq-yarıörtülü danışıqlarından, işarələrindən əminləşirdi ki, o, qaliblər sırasındadır. Belə sonluq yaxşıdır. Bu sonluqdan ikisi də razı qalmış olar.
Təbiət «Gəl, gəl, a yaz günləri» deyən Ələkbər Sabirin sözünə baxmışdı, şaqqıltılı səsi, küləkli qanadları, utancaq qız kimi gah parlayan, gah da buludlar arxasında gizlənən günəşilə gəlmişdi. Qalib fəslə rəngbərəng çiçək dəstələri bağışlamışdı. Yəqin müsabiqənin nəticələri elan olunanda zala toplaşan oxucular, ictimaiyyət bir qalib kimi ona da gül-çiçək buketləri təqdim edəcəkdilər. Haqqı olduğu üçün sözlü-çiçəkli təbriklər ona yaraşardı.
Gözləniləni həyat yoldaşına açdı. Talvarı sahmana salmağı, şirniyyat ehtiyatı görməyi, hələ bir girişdə qırmızı parça üzərində qonaqlara, sadiq oxucularına aid «Xoş gəlibsiniz» sözlərini yazıb asmağı tapşırmışdı. Bu hazırlıq planı sadəlövhlüyündən irəli gəlirdi. İstəmirdi ki, evi qəfil təbrik axınının qarşısında aciz qalsın. Hər şeyin nübarı sevinclə birlikdə həyəcan da doğurur. Əyalətdə belə sevincin nübarı hər saat, hər adama nəsib olmur.
Bu da gözlənilən gün. Əşrəf Ayaz rəsmi dəvət gözləmədən paytaxta – təntənənin keçirildiyi «Nur-nəşr» şirkətinə gizli həyəcanını, intizarını boğa-boğa qədəm basdı. Zal alışıb yanırdı, şux geyimli adamlar – sənətçilər, oxucular, dəvətli qonaqlar bir-birinin üzünə baxıb gülümsünür, hal-əhval tuturdular. Gül-çiçək dəstələrindən gələn ətir acgözlüklə ciyərlərə çəkilirdi. Bu dəstələr qaliblərə bağışlanacaqdı. Kənd müəllimi arayıcı bir nəzərlə ətrafa baxır, nəyisə dəqiqləşdirmək istəyirdi: «Görəsən, gül-çiçək dəstəsini mən hansı əllərdən alacağam?».
Zal məşhur yazarları qoynuna almışdı. Əyalət yazıçısı paytaxt yazıçılarını imzalarından tanıyırdı. Lakin şəxsi tanışlıqları yox idi. Canında məşhurlara doğru can atmaq, onlarla sərfəli əlaqələr qurmaq xasiyyəti çatışmırdı. Hətta belə süni əməllərə, əlaqələrə qınaqlı baxırdı. Onun paytaxtda tanıdığı bircə adam vardı. O da həmişə ədaləti qorumağa çalışan tənqidçi Miryusif Vaqifli idi. Tənhalıq içində sıxılan kənd müəlliminə Vaqifli bu saat, bu dəqiqə çox lazım idi. Ən azı onu udmaqda olan əjdaha tənhalığın ağzından xilas etsin. Yoxsa o, bir azdan udulacaqdı.
Əşrəf Ayaz baxışlarının bütün gücü ilə xeyirxahını – Miryusif Vaqiflini axtarırdı. Di gəl ki, tənqidçi gözə dəymirdi. Zamanı yetişmişdi, bax, indi tənqidçi burada olub, onun sevincinə şərik çıxıb, qələbə münasibətilə qəlbən əlini sıxardı. O da gizlindən aşkara çıxar, müsabiqədə iştirak etmək fikrinə necə düşdüyündən ürəkdolusu danışardı. Ancaq tənqidçi gözə dəymirdi.
Birdən gözlərinə bir qaraltı dəydi. Vaqifliyə oxşatdı. Sevincək ona doğru can atdı. Bir az yaxınlaşanda gördü ki, yox, can atdığı adam, sadəcə, Vaqifliyə oxşayırmış. Bir azdan eyni hadisə başqa səmtdə baş verdi. Bu canatımı da məyusluqla qurtardı. Üçüncü dəfə də yanıldı. Sıxıntıdan başı fırlanırdı. Bu nədir, hamı Vaqifliyə bənzəyir, sonra heç kim Vaqifli olmur? Hərdən elə olur ki, qaçmaqla məqsədinə yetməyənlər, gözləməklə yetir.
Budur, kimsə ayaqlarını sürüyə-sürüyə ona doğru gəlir. Diqqətlə həmin səmtə baxdı. Gələn Miryusif Vaqifliyə oxşayırdı. Yox, nəinki oxşayırdı, elə Vaqiflinin özü idi. Kədər onun çatılı qaşlarının arasından keçib üzünü bürümüşdü. Gülümsər sifətini məchul bir qayğı bürümüşdü. Yaşantısı əl uzadıb onunla görüşən əyalət yazıçısına da sirayət etdi. Vaqifli heç nəyi izah etmədən zorla tələffüz olunan mətləbə keçdi:
– Onların təzyiqi mənim müqavimətimdən güclü çıxdı. Finala qədər hər şey qaydalı – mənim düşündüyüm kimiydi. Son anda son zəng işini gördü. «Şam»ın qalibinin yerini başqa birisilə əvəz etdilər. Ürəyin sıxılmasın. Belə şeylərə öyrənmək lazımdır. Qanın qaralmasın deyə məclisi tərk edib doğma yurduna yollana bilərsən.
Əyalət yazıçısı tənqidçinin təəssüf dolu acısını başa düşdü. Lakin bu ədalətsizlikdən sınmadığını ortaya qoymağa çalışdı. Səsinin titrəyişini boğdu:
– Mən məğlub olsam da, buradan qalib kimi ayrılmaq istəyirəm. Ən böyük üstünlük insanın özünə qalib gəlməsidir. Mən tədbirdə iştirak edib, qaliblərin sevincinə şərik olacağam. Çətindir. Ancaq mən bunun öhdəsindən gələcəyəm. Evə, oxucularımın yanına qalib kimi qayıdacağam.
Miryusif Vaqifli onun istəyinə qarşı durmadı. Əyalət yazıçısı qələbə çalmış paytaxtlıların məclisində axıracan iştirak etdi. Sonra durub kəndə yollandı. Talvarın girişində, qırmızı parça üzərində yazılmış «Qələbə münasibətilə sizi təbrik edirik!» xoşməramlı sözlər onu gözləyirdi.


Sanki təbiətin göyü gurultulu, çayı şırıltılı atını qamçılamışdılar. Nə göy gurultusundan, nə çay şırıltısıdan səngiyirdi. Göyün göz yaşlarına dərələrdən ilan kimi qıvrılıb keçən çaylar qucaq açmışdı. Şimşəkli göyün vahiməli nəriltisi, ağzıköpüklü dərə çayının şırıltısı, qurban tələb eləyirdi. Yoxsa sakitləşməyəcəkdilər.
Ağzı köpüklü, boz-bulanıq çay altından keçib getdiyi körpünü silkələyirdi. Bərk islanmış Əşrəf müəllim onun üstündən keçib getməliydi. Ehtiyatlanırdı, sel hədələdiyi körpünü apara bilərdi. O da azğın axına qurban olardı. Birdən bu gurultunu zorla yarıb keçən bir səs, bir haray eşitdi. Kimisə sel aparırdı. Əşrəf müəllim diqqətlə baxdı. Nə görsə yaxşıdır? Sel Ayazı xilas etmək istədiyi quzusu ilə birlikdə aparırdı. Kəskin mənzərədən yazıçı dəhşətə gəldi. Adını təxəllüs seçdiyi bir məktəbli oxucusu ölümlə pəncə-pəncəyə gəlmişdi. Bir an geciksə, peşmançılıq olacaq, sonra ömrü boyu özünü bağışlamayacaqdı. O, soyunmağa macal tapmadı, eləcə paltarlı özünü qudurmuş ləpələrin ağzına atdı. Ölüm-dirim mübarizəsi başladı. Xeyli çalışdıqdan, çarpışdıqdan sonra Ayaz quzusunu, yazıçı da oxucusunu ölümün pəncəsindən xilas etdi. Özü isə…
Gurultulu göy, şırıltılı çay qurbanlığını alandan sonra sakitləşdi. Yağış kəsdi, buludun qara köynəyi ağardı. Sonra günəş saçaqlarını ətrafa yaydı.
Talvarın qabağına vurulmuş qırmızı parçanın yerinə yas rəmzi olan qara lent vuruldu. Əyalət yazıçısının cənazəsi ortaya qoyulmuşdu. Ayaz beynində bu ağır itkinin müqayisəsini axtarırdı. Nəhayət, tapdı. Müqayisə üçün kiçik yaşlı oxucuları ilə birlikdə ölümü qəbul edən yəhudi əsilli polyak yazıçısı Yanuş Korçakı və bütün insanları sevən Azərbaycanın şair vətəndaşı Hüseyn Cavidi gözləri önündə canlandırdı. Bu insani mirası, yaşantını onlara əyalət yazıçısı Əşrəf Ayaz qoyub getmişdi.
Acımalı itkiyə yaşlılar bərkdən, uşaqlar için-için ağlayırdı. Belə itkidən təkcə namuslu ədəbiyyat qürurlanırdı.
İyul, 2024

Müəllif: Qərib MEHDİ

Qərib MEHDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"