Dünyamızın Qənirəsi… Həqiqətlərin Qənirəsi.. Ümidlərin Qənirəsi… Tanrı özü keşiyində dursun…
İnamsız adamlar–belələrinə nihilist deyirlər, iddia edirlər ki, dünyaya mənsub olmaq çətindir… Qənirə bunu bacardı… çünki dünyanın fövqünə özünün qərəzsizliyi və səmimiyyəti ilə yetdi… Şəkkakların fikrincə , bizim dövrümüzdə həqiqətləri dilə gətirmək olmur… Qənirə xanım mənəvi gücünü istinad edərək doğrunu ifadə edən qüruru ilə həqiqətin rəmzinə çevrildi… Təmizliyin və təmənnasızlığın Qənirəsi… Bu duyuruda da o, demək olar ki, mənəvi məktəb yaratdı… …və nəhayət… Qənirə xanım yaradıcı ziyalıların və ziyalılığın anasıdır… Qənirə xanıma sonsuz sevginin kökü özünün təbiətindən, mənəvi mühitindən gəlir… … o həm də xalqın qızıdır… Xalqına sevgisini zərrə zərrə Vətən səmasına səpib…
16.01.1955-ci ildə Laçın rayonunun Zağaaltı kəndində doğulub. Orta təhsilli olub. Şeiriləri dövri-mətbuatda, eləcə də bir çox almanaxlarda çap olunmuşdur. Abşeron rayonunda fəaliyyət göstərən “Çıraq”poeziya klubunun, “Od parcası” ədəbi məclisinin, eyni zamanda AYB -nin Abşeron rayon bölməsinin üzvü idi. 03.10.2022-ci ildə həyata vida edən şair Masazır qəbristanında (Kəlbəcər qəbirsanlığı) dəfn olunub. 5 övladını, çoxlu şeirlərini, azad olduğunu eşidib, görüşünə gedə bilmədiyi, – daha doğrusu ruhu ilə ziyarət etdiyi Laçınını bizə əmanət qoyub.
ÖPƏRDİM
Bilsə idim, illər ilə görmərəm, O dağların torpağından öpərdim. Dolanardım dəli kimi çölləri, Axarından, baxarından öpərdim.
Üz sürtərdim qayasına, daşına, Bir çıxardım “Haça yal”ın qaşına. Dolanardım “Əyri qar”ın başına, Diz qatlayıb, bulağından öpərdim.
İndi mənə xəyal, güman o dağlar, Bəxtəvərli günlər imiş o çağlar. Bağışlasın o müqəddəs ocaqlar, Əhd eləyib, ocağından öpərdim.
Nələr olub, haqlı, haqsız qınaqlar, Çat-çat olub neçə-neçə dodaqlar. Duman gedib o dağları qucaqlar, Külü qalmış otağından öpərdim.
Xaliqəm mən, elədilər zülm bizə, Qismət ola, kim qayıda, kim gəzə?! Sürünərdim “Ağ duzdaq”dan, “Çilgəz”ə, “Buzxana”nın buzlağından öpərdim.
Tanınmış araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. “Rəşadətli Rəşadət” adlanan kitab 1994-cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuş qəhrəman döyüşçü, Araz müəllimin sinif yoldaşı olmuş Rəşadət Əli oğlu Piriyev haqqındadır. Oktyabrın 1-də Rəşadətin 50 illik yubileyi qeyd olunacaq. Kitabın nəşri bu məqsədlə əvvəlcədən planlaşdırılıb. Kitabın antiterror tədbirlərinin uğurla yekunlaşdıgı bir zamanda həyata vəsiqə qazanması yazarlarımızın öz fəaliyyətini dövlətimizin yürütdüyü siyasətə uyğun təşkil etməsinin bariz nümunəsidir. Araz Yaquboğlu yeni kitabının çap olunması barədə xəbərə münasibət bildirib:
“2023-cü ildə 3-cü, ümumilikdə isə 10-cu kitabım çap olundu. Bunlardan 2-si şəhidlər haqqındadır. Bu gün mətbəədən gələn kitabım “Rəşadətli Rəşadət” adlanır. Kitab 1994-cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuş qəhrəman döyüşçü, sinif yoldaşım Rəşadət Əli oğlu Piriyev haqqındadır. Oktyabrın 1-də onun 50 illik yubileyi doğulduğumuz Yeni Daşkənd kəndində keçiriləcək. Kitab da məhz bu tədbir üçün hazırlanıb. Şəhidlərimizin ruhu şad olsun. Amin.”
“YAZARLAR” olaraq, Araz müəllimi təbrik edir, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Araz müəllim!
Salam, əzizlərim ! Sentyabrın 23-də Millətlər Evində görkəmli Azərbaycan şairi İlham Bədəlbəylinin yeni kitablarının təqdimatı olub. “Və daha bir şey…” kitabına müəllifin həm son illərdə yazdığı, həm də əvvəlki nəşrlərdən ən yaxşıları olan şeirləri və şeirləri daxildir. İlham Qidayətoviç isə “Böyük Ürək” kitabında ilk dəfə olaraq ədəbiyyatın tamamilə fərqli janrlarında qələmə aldığı əsərlərini təqdim edib. Yazıçının nəsri və dramaturgiyası oxucunun idrakına ünvanlanıb. Şair öz yaradıcılıq prioritetlərinə – reallığı mürəkkəb rəngarəngliyi ilə əks etdirməklə yanaşı, yüksək peşəkarlıq nümunələri nümayiş etdirməyə sadiq qalmışdır. Təqdimata dəvət almış gonagların sıralarında “Xan Qızı Natəvan”QAQ İB -nin fəxri sədri, Azərbaycan, Rusiya və Avrasiya yazarlar birliyinin üzvü, həkim, şair- tərcüməçi Afaq Şıxlı tədbirdə fəxri qonaq kimi iştirak edib.
Təqdimat Moskva şəhəır milli mədənin muxtaryyattinin sədri Bəxtiyar Həsənov və müavini Qəşim Əliyevin təşkilatciligi ilə baş tutub. Biz oz növbəmizdə dəyərli şairimiz İlham Bədəlbəylini ürəkdən təbrik edik ! Gələmniz iti ürəyiniz möhkəm olsun !
23 сентября в Доме Национальностей состоялась презентация новых книг известного азербайджанского поэта Ильхама Бадалбейли . В книгу “И нечто больше…” вошли стихотворения и поэмы автора, как написанные в последние годы, так и лучшие из предыдущих изданий. А в книге “Большое сердце” Ильхам Гидаятович впервые представил свои творения, написанные совсем в иных жанрах литературы. Читательскому восприятию адресуются проза и драматургия писателя. Поэт остался верным своим творческим приоритетам – отображать реальность в ее сложном многообразии, демонстрируя при этом высокие образцы профессионального мастерства.
Организатор Презентации книги И. Бадалбейли была национально-культурная автономия азербайджанцев Москвы, председатель совета Гасанов Бахтияр, заместитель председателя Алиев Гашим.
Мы поздравляем нашего уважаемого поэта Ильхам Бадалбейли !
Sentyabrın ol23- də Moskvadakı Millətlər Evindəgörkəmli Azərbaycan şairi İlham Bədəlbəylinin yeni kitablarının təqdimatı keçirildi. “Və bir daha heç nə…”kitabına müəllifin son illərdə yazdığı,həm də əvvəlki nəşrlərdən ən yaxşı seçilmiş şeirləri və poemaları daxil edilmişdir. İlham Hidayətoglu “Böyük Ürək”kitabında isə ilk dəfə olaraq ədəbiyyatın tamamilə fərqli janrlarında qələmə aldığı əsərlərini təqdim edib.Yazıçının bu nəşri və dramaturğiyası oxucunun birbaşa idrakına ünvanlanıb. Şair-yazar öz yaradıcılıq prioritetlərinə- reallığı mürəkkəb rəngarəngliyi ilə əks etdirməklə yanaşı,yüksək peşəkarlıq nümunələrini nümayiş etdirməyə sadiq qalmıışdır. Təqdimatda ” Xan Qlzı Natəvan”DAQ İB- nin Fəxri sədri,Azərbaycan,Rusiya və Avrasiya Yazıçılar Birliyinin üzvü,həkim,şair- tərcüməçi Afaq Şıxlı fəxri qonaq kimi iştirak etmişdir.O, çıxış edərək öz dəyərli fikirləri ilə tədbir iştirakçılarını tanış etmiş,dəyərli şair- yazıçımız İlham Bədəlbəyliyə ədəbi fəaliyyətində ugurlar diləmişdir.Təqdimatdan sonra xatitə şəkilləri çəkilmişdir.
“Biz – Qazaxıstanda yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları böyük kədər hissi ilə bəyan edirik ki, sentyabrın 19-da Azərbaycanın daha 6 vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Dörd polis və iki mülki şəxs 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş Azərbaycan ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən yeni çəkilmiş yolda Ermənistan istehsalı olan minalara düşərək həyatlarını itiriblər.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitən gündən bəri – 10 noyabr 2020-ci ildən bu günədək 320 Azərbaycan vətəndaşı 2020-2023-cü illərdə Ermənistanda istehsal olunmuş minalardan zərər çəkib. Onlardan 67 nəfəri həlak olub, 314 nəfəri yaralanıb. Rəsmi İrəvan mina xəritələrini Bakıya təqdim etməkdən imtina edib və Azərbaycan ərazilərini yeni minalarla çirkləndirməkdə davam edib. Bu isə 30 illik işğal dövründə Ermənistanın darmadağın etdiyi Azərbaycan ərazilərində tikinti-bərpa işlərinə mane olmaqla yanaşı, orada çalışan insanların həyatına ciddi təhlükə törədir. Eyni zamanda 30 il öz doğma yurduna həsrət qalan 750 mindən çox azərbaycanlı məcburi köçkün müharibənin 3 ildir başa çatmasına baxmayaraq, Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən hələ də öz evlərinə qayıda bilmir.
Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi, Azərbaycanın irəli sürdüyü sülh təkliflərini qəbul etdiyini elan etməsinə baxmayaraq, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə qarşılıq verməməsi sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.
Bundan başqa, Ermənistan 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz hərbi birləşmələrini Azərbaycan ərazilərində saxlamaqda və qanunsuz separatçı rejimi maliyyələşdirməkdə davam edir. Bu isə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu səbəbdən sentyabrın 19-da Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində lokal xarakterli antiterror tədbirləri həyata keçirib.
İkinci Qarabağ müharibəsində olduğu kimi, indi də görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur olub. Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəf almır.
Bölgədə sülh və sabitliyin bərqərar olmasının yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması və separatçı rejimin buraxılmasıdır.
Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq.
Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar olaraq doğma yurdumuz Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğumuzu bəyan edirik”.
Salam! 26 sentyabr 2023, saat 12:00 – da AYB “Natəvan” zalında ZEMFİRA MƏHƏRRƏMLİnin kitab təqdimatı olacaq. Məlumatı oxuyun hər kəs dəvətlidir. Giriş sərbəstdir.
Ard-arda gələn böyük bir nəslin daimi xilaskarıdır, bir müəllim… Yüzlərlə gəncin son ümid yeri, neçə-neçə alimin, yazıçının, mühəndisin illər keçsə də beyninə iz salan, dilində əzbər olan müqəddəs kəlmədir, müəllim kəlməsi… Pafosu sevməz, səxavətlidir, xeyirxahdır, ən önəmlisi insanlığın örnək göstəricisidir hər bir vicdanlı müəllim! Bu vicdanı bir ömür boyu qorumaq, müxtəlif situasiyalarda öz vicdanınla savaşmaq, ona qalib gəlmək əsl müəllim simasıdır. Barəsində söhbət açacağım müəllim Qax rayonu Şəhid Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta məktəbinin savadlı, patriot, qabaqcıl müəllimi, məktəbin direktoru Nadir Ziyadlıdır… Nə qəribə tale, nə xoş bir təsadüfdür ki, Nadir müəllim məhz doğması, canı, şəhid qardaşı Mehdi Ziyadovun adını dəyişən məktəbin müəllimidir… Bu məktəb gündən-günə çiçək açır, gündən-günə öz qolunu açıb qucaqladığı şagirdlərinə gözəl və rifah gələcək vəd edir… Mustafa Kamal Atatürk müəllim adının incəliklərini bu cümləsi ilə cəmiyyətə necə də aydın çatdırıb; “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər…” Tanıdığımız, bildiyimiz Nadir müəllim də məhz bu cümləni öz həyatında əməlləri ilə əks etdirən gözəl insanlardan biridir… Şagirdlərinin hər birinin daxili xüsusiyyətinə bələd olmağı, emosiyalarını asanlıqla bilib əlindən gələni əsirgəməməyi də onun şairənə, həssas, duyğulu qəlbindən xəbər verir… Bəli… Bizim Nadir müəllim həm də söz sərrafıdır.Şeirləri misra-misra, söz-söz onu sevənlərin əzbərindədir… Vətənini canı-könüldən sevən, soykökünə bağlı, milli-mənəvi dəyərlərimizi həmişə üstün tutan müəllim, şair, araşdırmaçı jurnalist Nadir Ziyadlının bir neçe şeirini təqdim edirik;
Sənə qayıdacağam. Sənə qayıdacam, sənə nə vaxtsa! Siləcəm, gözünün kədər-qəmini. Saçına, gözümlə sığal çəkəcəm, Sıxacam köksümə kövrək əlini.
Dəli bir hayqırtı salacaq dünya, Həsrətin oduyla alışacağam. Sənin bircə anlıq təbəssümünü, Qismətim bilərək barışacağam.
Bəlkə də bu qatar qismət payımmış, Mənə SƏN adlanan dünya yetirdi. Bəlkə də, qismətdə bir eşq varıymış, Onu da bu qatar salıb itirdi…
NAXIŞ-NAXIŞ SEVDİM SƏNİ… Udum-udum,zərrə-zərrə sevdim səni. Nəfəs kimi,nəğmə kimi sevdim səni. Son qurtuma tamarzıtək,saf su kimi Qurtum-qurtum,sevdim səni. Bənövşəmsən,ya yasəmən, Ya, baharın tər xalısı- Yağışların dürr paylısı İlmə-ilmə,naxış –naxış, Yağış-yağış, sevdim səni. Gizlin-gizlin,ürkək -ürkək, Baxış-baxış, sedim səni. Ömrümə son qismət kimi, Naxış kimi sevdim səni.
Ötür bu qatar…
Sən oxu qəlbimi, oxu bu axşam Qoy səsin, özümü qaytarsın mənə. Mən elə qəribəm, bu yer üzündə, Bəlkə də, səsinlə gəldim özümə.
Nə nağıl istərəm, nə də var -dövlət Bir şirin təbəssüm, təşnəsiyəm mən. Bu payız günündə , son yarpaq kimi, Sənin baxışınla, öləsiyəm MƏN…
Sənimi oxşayım, kövrək çicəyim Mən qoca payızam, sənsə ilk bahar. Səni oxşamağım, bu mümkün deyil Elə bizli, bizsiz ötür bu qatar Müəllif: NADİR ZİYADLI