XALİQ LAÇINLI

LAÇIN – 100 ƏDƏBİ ANTOLOGİYA

XALİQ LAÇINLI

(Mustafayev Xaliqverdi Hüseyn oğlu)

16.01.1955-ci ildə Laçın rayonunun Zağaaltı kəndində doğulub. Orta təhsilli olub. Şeiriləri dövri-mətbuatda, eləcə də bir çox almanaxlarda çap olunmuşdur. Abşeron rayonunda fəaliyyət göstərən “Çıraq”poeziya klubunun, “Od parcası” ədəbi məclisinin, eyni zamanda AYB -nin Abşeron rayon bölməsinin üzvü idi. 03.10.2022-ci ildə həyata vida edən şair Masazır qəbristanında (Kəlbəcər qəbirsanlığı) dəfn olunub. 5 övladını, çoxlu şeirlərini, azad olduğunu eşidib, görüşünə gedə bilmədiyi, – daha doğrusu ruhu ilə ziyarət etdiyi Laçınını bizə əmanət qoyub.

ÖPƏRDİM

Bilsə idim, illər ilə görmərəm,
O dağların torpağından öpərdim.
Dolanardım dəli kimi çölləri,
Axarından, baxarından öpərdim.

Üz sürtərdim qayasına, daşına,
Bir çıxardım “Haça yal”ın qaşına.
Dolanardım “Əyri qar”ın başına,
Diz qatlayıb, bulağından öpərdim.

İndi mənə xəyal, güman o dağlar,
Bəxtəvərli günlər imiş o çağlar.
Bağışlasın o müqəddəs ocaqlar,
Əhd eləyib, ocağından öpərdim.

Nələr olub, haqlı, haqsız qınaqlar,
Çat-çat olub neçə-neçə dodaqlar.
Duman gedib o dağları qucaqlar,
Külü qalmış otağından öpərdim.

Xaliqəm mən, elədilər zülm bizə,
Qismət ola, kim qayıda, kim gəzə?!
Sürünərdim “Ağ duzdaq”dan, “Çilgəz”ə,
“Buzxana”nın buzlağından öpərdim.

Mənbə: İlham QƏHRƏMAN

LAÇIN-100 ƏDƏBİ ANTOLOGİYA

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir