
TƏQDİMAT KEÇİRİLDİ
Sentyabrın ol23- də Moskvadakı Millətlər Evindəgörkəmli Azərbaycan şairi İlham Bədəlbəylinin yeni kitablarının təqdimatı keçirildi.
“Və bir daha heç nə…”kitabına müəllifin son illərdə yazdığı,həm də əvvəlki nəşrlərdən ən yaxşı seçilmiş şeirləri və poemaları daxil edilmişdir.
İlham Hidayətoglu “Böyük Ürək”kitabında isə ilk dəfə olaraq ədəbiyyatın tamamilə fərqli janrlarında qələmə aldığı əsərlərini təqdim edib.Yazıçının bu nəşri və dramaturğiyası oxucunun birbaşa idrakına ünvanlanıb.
Şair-yazar öz yaradıcılıq prioritetlərinə- reallığı mürəkkəb rəngarəngliyi ilə əks etdirməklə yanaşı,yüksək peşəkarlıq nümunələrini nümayiş etdirməyə sadiq qalmıışdır.
Təqdimatda ” Xan Qlzı Natəvan”DAQ İB- nin Fəxri sədri,Azərbaycan,Rusiya və Avrasiya Yazıçılar Birliyinin üzvü,həkim,şair- tərcüməçi Afaq Şıxlı fəxri qonaq kimi iştirak etmişdir.O, çıxış edərək öz dəyərli fikirləri ilə tədbir iştirakçılarını tanış etmiş,dəyərli şair- yazıçımız İlham Bədəlbəyliyə ədəbi fəaliyyətində ugurlar diləmişdir.Təqdimatdan sonra xatitə şəkilləri çəkilmişdir.
Məlumatı hazırladı: Nəzakət EMİNQIZI
DAMM-nin EŞ sədri, “XanQızı Natəvan”İB-nin, AJB-nin üzvü, “Yazarlar” jurnalının İƏ üzrə meneceri.
NƏZAKƏT EMİNQIZININ YAZILAR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru