Etiket arxivi: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Milli Kitabxanası “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülüb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası fəal fəaliyyətinə görə “İLİN BİLİK ÜNVANI” mükafatına layiq görülmüşdür.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub

Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub

18 dekabr 2025-ci il tarixində Türkiyəli alim – Yıldız Texniki Universitetinin fəlsəfə kafedrasının professoru Caner Taslaman və ilahiyyatçı Elşad Miri Milli Kitabxananın qonağı olub.

Qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. O, münasibətlərin mühüm forması olan mədəni əlaqələrin Azərbaycan ilə Türkiyə arasında orta əsrlər dövründən mövcud olduğunu, lakin sovet dönəmində bu əlaqələrin məlum səbəblər üzündən zəiflədiyini bildirərək bu gün türk dövlətləri ailəsinə daxil olan və türkdilli xalqların mənəvi birliyinə və yaxınlaşmasına böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Direktor mədəniyyətlərimiz arasındakı tarixi və mədəni-mənəvi körpülərin respublikamızın müstəqillik illərində sürətlə bərpa edilməsi haqda danışıb, mədəni əlaqələrimizin hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəldiyini söyləyib və bu mənada türkiyəli alimlərin bu elm məbədini ziyarət etməsinin və öz kitablarını kitabxanaya təqdim etməsinin xüsusilə əhəmiyyətli olduğunu bildirmişdir.

Prof. Dr. Caner Taslaman İstanbulda Elm, Fəlsəfə, Din Vəqfinin fəaliyyət göstərdiyini, əsas məqsədin cəmiyyətdə insanların elm, fəlsəfə və din sahəsində təhsil alaraq özlərini inkişaf etdirə, azad düşünə və cəmiyyətə töhfə verə biləcəyi bir mühiti təmin etmək olduğunu, bu sahədə akademik araşdırmalar vasitəsilə cəmiyyətə dəyər qatmağa, ictimai inkişafa töhfə verməyə və gələcəyi işıqlandırmağa çalışdıqlarını diqqətə çatdırıb.

O, Vəqfin elm, fəlsəfə və din sahələrində tədqiqatçılara dəstək olduğunu, mövcud və gələcək yerli və xarici tədqiqatları qiymətləndirərək müəllif hüquqları ilə qorunan və tərcümə edilmiş əsərləri dərc etdiyini, fəaliyyətlərini həyata keçirmək və daha geniş auditoriyaya çatdırmaq üçün görüşlər keçirdiklərini, seminarlar, kurslar vasitəsilə bədii fəaliyyətlərə və şəxsi inkişafa dəstək verdiklərini, sənədli filmlər, televiziya və radio proqramları hazırlayaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yaydıqlarını, simpoziumlar, konfranslar və seminarlar təşkil etdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, Prof. Dr. Caner Taslaman əsasən müasir elm-fəlsəfə-din münasibətlərinə dair xeyli kitabların müəllifidir və görüş zamanı alim müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib və qəbula görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.

Professor Kərim Tahirov dəyərli hədiyyələrə görə qonağa təşəkkür edərək, kitabların kitabxananın fondunda öz layiqli yerini tutacağını söyləyib və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonağa təqdim edib.

Sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının Milli Kitabxanaya ekskursiyası təşkil olunub

Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının Milli Kitabxanaya ekskursiyası təşkil olunub
Gənc nəslin mütaliəyə, kitaba və kitabxanalara olan marağının artırılması məqsədilə dekabrın 16-da Heydər Əliyev adına Hərbi İnstitutun aviasiya bölüyünün II kurs tələbələrinin Milli Kitabxanaya ekskursiyası təşkil olunub. Kursantlar kitabxanaya qeydiyyat qaydaları ilə tanışlıqdan sonra Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədlərin nümayiş olunduğu “Heydər Əliyev” guşəsini ziyarət edib.
Daha sonra gənclərə Milli Kitabxananın yaranma tarixi, fəaliyyəti, iş rejimi, kitab fondu, xidmət sahələri haqqında ətraflı məlumat verilib. Onlara əyani şəkildə kataloqda kitab axtarışı və sifarişi prosesi izah edilib. Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili bölməsində kursantlar elektron resurslar və onlardan istifadə qaydaları ilə tanış olub.
Kitabxananın Sərgi zalı, Tələbə gənclər zalı, Nadir kitablar və kitabxana muzeyi ilə tanışlıq zamanı kursantlara burada mühafizə olunan kitablar, qədim və nadir kitablar, miniatür kitab kolleksiyası, eksponatlar haqqında məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Not nəşrləri və səsyazmaları şöbəsində qorunan səsyazmaları, not əsərləri və digər musiqi ədəbiyyatı gənclərin marağına səbəb olub.

Kursantlara rəhbərlik edən Heydər Əliyev adına Hərbi İnstitutun muzey müdiri Məzahir Tahirov təşkilatçılığa görə Milli Kitabxananın rəhbərliyinə dərin minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkilib.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib

Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib
Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq-alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.
Ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Xalq yazıçısı Elmira Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış ediblər.
Daha sonra fəxri qonaq Ankara Universitetinin müəllimi Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, dahi şair Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxananın fonduna hədiyyə edib.
Qeyd edək ki, XVI əsrə aid olan orijinal əlyazma nəstəliq xətti ilə 994/1586-cı ildə katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüşdür.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib – fotolar

11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin 100 illik yubileyinə həsr olunan tədbir və böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə olunması mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Ümummilli Liderimiz Heydər Əliyevin 12 dekabr – anım günü ilə əlaqədar əziz xatirəsi yad edilib. Ulu Öndərin Azərbaycan mədəniyyətinə, eyni zamanda Milli Kitabxanasına saysız töhfələrindən danışan direktor ilk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında tədbirdə iştirak edərkən öz şəxsi kitabxanasından 300 nüsxə kitabı Milli Kitabxanaya bağışlamasını vurğulayıb.

Ulu Öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi dr.Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar. Görkəmli cərrah və türkoloq alim Cavad Heyətin həyat və fəaliyyətindən, zəngin və çoxşaxəli yaradıcılığından danışan, onun Azərbaycan ədəbiyyatı tarixinə, türk xalqlarının keçmişinə, milli folklora dair tədqiqatlarının olduğunu, Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edərək onun mənəvi varisi dr.Məmmədrza Heyətinin bu təşəbbüsünü yüksək qiymətləndirərək kollektiv adından ona minnətdarlığını bildirmişdir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış eərək professor Cavad Heyətin Azərbaycanı ən çətin dövrdə belə respublikamızı dünyaya tanıtmaq uğrunda mübarizəsindən, iki Azərbaycan arasında ən möhtəşəm körpü rolu oynamasından, özünün əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib. Akademik qeyd edib ki, Cavad Heyətin beynəlxalq aləmdə böyük nüfuzu vardı və İran rejimi ona müəyyən qədər güzəştlə yanaşırdı və o da bundan məharətlə istifadə edərək Azərbaycanı dünyaya tanıdırdı. Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmiş Cavad Heyətin mənəvi varisinin bu gün əmisindən ona miras olaraq qalan çox qiymətli bir əlyazmanın orijinal nüsxəsini Azərbaycan Milli Kitabxanasına bağışlaması da Məmmədrza bəyin mənsub olduğu ocağın gözəl ənənələrini şərəflə davam etdirməsinin bariz nümunəsi olduğunu bildirmişdir.

Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalın çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsinin heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkaya sahib olduğunu, daim mənbələrə istinadən danışdığını, mədəniyyət tariximizdə müstəsna yeri olduğunu söyləyib. Natiq Cavad Heyətin ömrünü xalqına, millətinə xidmətə həsr etdiyinə diqqət çəkərək onun qardaşı oğlunun bu günkü addımını müqəddəs bir iş kimi qiymətləndirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov Cavad Heyətin BDU-nun fəxri doktoru adı alarkən tarix fakültəsinə gəlməsindən danışaraq Cavad Heyətin mənəvi varisi Məmmədrza Heyətin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxanaya hədiyyə etməsi addımını yüksək qiymətləndirib və Azərbaycan elminə və ədəbiyyatına əvəzsiz töhfə kimi dəyərləndirib.

Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bu iki tədbiri bir amalın – Azərbaycançılığın birləşdirdiyini, ona görə də bugünkü tədbirin həm Azərbaycanın mədəni-mənəvi həyatında, həm də siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən biri olan bu əlyazmasının Doktor Cavad Heyətdə olmasının Azərbaycana nə qədər bağlı olmağının göstəricisi olduğunu bildirib, Cavad Heyəti yeni tariximizdə özünəməxsus yeri olan “Vətən” Cəmiyyəti vasitəsilə tanıdığını qeyd edib.

Tədbirin davamında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq yazıçısı Elmira Axundova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli öz çıxışlarında Cavad Heyətin həm həkim, həm də türkoloq alim kimi dahi olduğunu, onun böyük əlyazmaşünas olduğunu qeyd ediblər.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Mədəniyyət Nazirliyi adından Məmmədrza bəyə bu təşəbbüsünə görə təşəkkür edərək bildirib ki, böyük şəxsiyyətlərin mənəvi varisi olmaq böyük məsuliyyətdir və Məmmədrza Heyət bu missiyanı uğurla davam etdirir. Bu əsərin əlyazmasının Milli Kitabxanaya hədiyyə edilməsini kitabxana üçün tarixi hadisə adlandıran nazir müavini, hər iki tədbirin bir-birilə ahəngdarlıq təşkil etdiyini və Azərbaycan elminə, mədəniyyətinə böyük töhvə olduğunu diqqətə çatdırıb.

Sonda çıxış edən dr.Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Respublikası mədəniyyət nazirliyinə, Milli Kitabxanaya və onun rəhbəri prof.Kərim Tahirova minnətdarlığını bildirərək, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən birinin əlyazmasının məhz Azəbaycan Milli Kitabxanasına hədiyyə etməsindən böyük şərəf duyduğunu söyləyib. Əmisindən ona yadigar qalan bu qiymətli əlyazmanın onun çox sevdiyi xalqın mənəvi xəzinəsində yer almasından fərəh duyduğunu qeyd edib.

Tədbirin davamında görkəmli türkoloq alim, professor Cavad Heyətin yaradıcılığına həsr olunmuş virtual sərgi tədbir iştirakçılarına təqdim edilib.

Sonda nəstəliq xətti ilə 994/1586-cı ildə üzü katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüş orijinal əlyazma kitabxanaya hədiyyə edilib və xatirə şəkli çəkdirilib.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid–60” elektron məlumat bazasının təqdimatı keçirilib

Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid–60” elektron məlumat bazasının təqdimatı keçirilib

24 noyabr 2025-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidin anadan olmasının 60 illiyi ilə əlaqədar nəşr olunan “Qala Adam” kitabının və “Rəşad Məcid-60” mövzusunda Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, qeyd edib ki, bu tədbir kitabxananın ən yaxın dostlarından biri olan Rəşad Məcid haqqında keçirilən ilk tədbirdir. Həmçinin, Kərim Tahirov “Qala Adam” kitabının orijinal, fərqli və nostalji hisslərlə dolu bir kitab olduğunu söyləyib. 1992-ci ildə 525-ci qəzeti yaradan gənc Rəşad Məcidin bu addımını çox böyük uğur kimi qiymətləndirən professor Kərim Tahirov, bu qəzetin hazırda da Azərbaycan mətbuatında, eyni zamanda Azərbaycan mədəniyyətində önəmli yer tutduğunu vurğulayıb. Səbəbi isə onda görüb ki, 525-ci qəzetdə eyni zamanda bir neçə mövzuya toxunulur – mədəniyyət, elm, ədəbiyyat və s. Kərim Tahirov fikrinin sonunda Rəşad Məcidi bir jurnalist, ictimai xadim və eyni zamanda xeyirxah və xalqına bağlı bir şəxsiyyət kimi yüksək qiymətləndirib.

Daha sonra “Rəşad Məcid-60” mövzusunda Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam mətnləri ilə tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin davamında söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib. Xalq yazıçısı Anar öncəliklə tədbirin keçirilməsinə və Elektron məlumat bazasının hazırlanmasına görə Milli Kitabxanaya təşəkkürlərini bildirib və Rəşad Məcidlə bağlı xoş xatirələrindən söz açıb. Rəşad Məcidin çox pozitiv, etibarlı və anlayışlı həmkar olduğunu qeyd edən natiq, əlavə edib ki, o, həm də çox istedadlı şair və publisistdir və onun publisistik yazıları Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının davamı kimi xarakterizə oluna bilər. Daha sonra isə Xalq yazıçısı Anar, Rəşad Məcidə yeni yaradıcılıq uğurları arzulayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid müasir Azərbaycan müstəqillik dövrünün publisistidir və janrların bütün növlərində professional şairdir. Onun publisistikası ictimai və zamanın çağırışlarına cavab verən publisistikadır. Daha sonra, İsa Həbibbəyli Rəşad Məcidin qələmə aldığı “11 sentyabr” hekayəsinin mükəmməlliyindən söz açaraq qeyd edib ki, bu hekayəni oxuyan hər kəs zövq alır. Onun şeirlərini orijinal sayan akademik zahirən Rəşad Məcidin şeirlərini Ramiz Rövşənin şeirlərinə bənzədib, lakin dərinə endikcə tam əksi olduğunu da bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin iş fəaliyyətini yüksək qiymətləndirib və onun mədəni fəaliyyətə nə qədər dəyər qatdığını da qeyd edib. Əlavə edib ki, “525-ci qəzet”in fəaliyyətə başlaması kifayət qədər əhəmiyyətli bir dönəmin ən mühüm hadisəsi idi. Daha sonra, Vasif Qurbanzadə bir vaxtlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin də fəaliyyətindən söz açaraq bildirib ki, bu məktəb Azərbaycan ədəbiyyatı sahəsində ən önəmli addımlardan biri sayılır və birbaşa Rəşad Məcidin adı ilə bağlıdır. Həmçinin, bu məktəbin yenidən fəaliyyətə başlamasını vacib hesab edən natiq söyləyib ki, bu vəsilə ilə Azərbaycan mədəniyyəti dünya miqyasında bir çox uğurlara imza ata biləcək gücdə olacaq.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bu tədbirin təşkili üçün Kərim Tahirova və Milli Kitabxananın kollektivinə dərin təşəkkürlərini bildirib. Daha sonra qeyd edib ki, “Mən, Rəşad Məcidi “525-ci qəzet”dən tanımışam və o zamandan bəri aramızda qarşılıqlı əlaqələr davam edir. O, daim irəli gedən, yenilikci və istedadlı şairdir. Rəşad müəllim lap cavan yaşlarından artıq cəmiyyətdə öz işlərinə görə “ağsaqqal” statusunu qazanmışdır. “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunulan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da, şəxslər haqqında da məlumatlar, məqalələr öz əksini tapır. Fikrinin sonunda əlavə edib ki, həm həmkarlarının, həm də xalqın Rəşad Məcidə böyük hörmət və rəğbəti vardır.

Tədbirin davamında söz alan Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas çıxışında vurğulayıb ki, “Qala Adam” kitabı çoxşaxəli və tam ətraflı şəkildə Rəşad Məciddən yazmağa çalışsa da, Rəşad Məcidin fəaliyyəti burada yazılanlardan daha artıqdır. “Biz onunla illərdir sadiq dostuq və onun dostluğu hər zaman ən yüksək səviyyədə olub” deyə qeyd edən A.Abbas əlavə edib ki, Rəşad Məcidin Vətən sevgisi, yurd və millət sevgisi hər kəsə məlumdur.

Daha sonra çıxış edənlar, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev, MEDİA İnkişafı Agentliyinin icraçı direktorunun müavini, t.ü.f.d Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Əli Əmirli, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, BDU-nun professoru Qulu Məhərrəmli və digər tədbir iştirakçıları Rəşad Məcidlə bağlı xoş xatirələrindən söz açaraq, onun fəaliyyətini yüksək qiymətləndirib və yaradıcılığında uğurlar arzulayıblar.

Sonda Rəşad Məcid bütün qonaqlara, iştirakçılara, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabzxananın əməkdaşlarına minnətdarlığını bildirib.

Mənbə və ətraflı:

https://www.millikitabxana.az/news/milli-kitabxanada–qala-adam-kitabinin-ve-reshad-mecid60-elektron-melumat-bazasinin-teqdimati-kechirilib

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Milli Kitabxanada “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilib

Milli Kitabxanada “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilib

7 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, bu gün Azərbaycan xalqı tarixi qələbəmizin – böyük Zəfərimizin 5 illiyini qeyd edir. Bu Zəfər elə bir qələbədir ki, xalqımız və gələcək nəsillər onu hər zaman qürurla qeyd edəcək. Əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi.

Professor Kərim Tahirov Milli Kitabxananın Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanın dünyaya tanıdılması istiqamətində mühüm fəaliyyət göstərdiyini və artıq dünyaya açılan bir pəncərəyə çevrildiyini söyləyib. Bu gün təqdim olunan bu fundamental biblioqrafik səlnamənin Azərbaycanın tarixi Qələbəsinin dünyada təbliğinə xidmət edən dəyərli bir mənbə rolunu oynayacağını vurğulayıb.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, bu gün biz xalqımızın tarixində ən şərəfli, ən qürurverici hadisələrdən birini – Zəfər Gününün 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. Bu ildönümü yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin rəmzidir.

Nazir müavini bildirib ki, Azərbaycan xalqı tarix boyu igidliyi, qəhrəmanlığı, mübarizliyi ilə seçilmiş, öz dövlətçiliyini, milli kimliyini və mədəni dəyərlərini qorumaq üçün daim fədakarlıq göstərmişdir, azadlıq və müstəqillik yolunda şəhidlər vermiş, lakin heç vaxt ruhdan düşməmişdir. Bu gün biz fəxr edirik ki, Azərbaycanın zəfəri ilə bərabər mədəniyyətimiz, tariximiz və mənəviyyatımız da öz doğma torpağına qayıtmışdır.

Nazir müavini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi, 12 500 adda ədəbiyyatı əhatə edən biblioqrafiyanın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən kitabxana mütəxəssislərinə təşəkkürünü bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında bildirib ki, Zəfər tarixi bizə tariximizi yenidən yazmaq və ona yeni baxış bucağından yanaşmaq imkanı verir. Akademik Zəfər tarixinə həsr olunmuş bu fundamental biblioqrafik səlnamənin hazırlanmasında əməyi olan Milli Kitabxananın direktoru professor Kərim Tahirov başda olmaqla, kitabxananın bütün kollektivinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri Nadir İsmayılov və Knyaz Aslan, həmçinin BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə təbriklərini bildiriblər.

Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri, çıxışları, səfərləri, müsahibələri, imzaladığı fərman və sərəncamlar, eləcə də tarixi Zəfərin qazanılması, qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əhatə edən bu fundamental biblioqrafiyanın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirin davamında bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “8 noyabr- Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.

Mənbə və ətraflı:

https://www.millikitabxana.az/news/veten-muharibesinin-zefer-salnamesi-biblioqrafiya-kitabinin-teqdimat-merasimi

5 noyabr tarixində Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

5 noyabr tarixində Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən bu tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutan yubiley mərasiminin məntiqi davamıdır. Professor Kərim Tahirov Azərbaycan Milli Elmlər Akademiyası ilə Milli Kitabxana arasında çox sıx elmi və mədəni əlaqələrin mövcud olduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında yüksək səviyyədə təşkil olunan kitab sərgisinə görə AMEA-nın oxucuları və kollektivi adından Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylini təbrik edərək, Akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı Elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub.

Sonda qonaqlar bu tarixi və əlamətdar gün ilə əlaqədar açılan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.

Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/milli-kitabxanada-amea-nin–80-illik-yubileyi

Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Azərbaycan Milli Kitabxanasının qonağı olub

Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Azərbaycan Milli Kitabxanasının qonağı olub

24 oktyabr tarixində Qazaxıstan Respublikasının Sənaye və Tikinti nazirinin müavini Raxımjan İsakulov Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.

Görüş zamanı Raxımjan İsakulov atası Yerjan İsakulovun müəllifi olduğu “Краткая история Шынгыз хана”, “Шынгыз хан” və Рашид ад-дин Фазуллах Хамадани. “Жамиг ат-тауарих. Первый том”, “Жамиг ат-тауарих. Второй том” adlı kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib.

Professor Kərim Tahirov dəyərli hədiyyəyə görə qonağa təşəkkürünü bildirib və qarşılıqlı olaraq Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam Azərbaycan” kitablarını Raxımjan İsakulova təqdim edib.

https://www.millikitabxana.az/news/qazaxistan-respublikasinin-senaye-ve-tikinti-nazirinin-muavini–azerbaycan-milli-kitabxanasinin-qonagi-olub

Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

İlk öncə  Üzeyir Hacıbəylinin şah əsərlərindən biri olan “Koroğlu” uverturası səsləndirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Bildirib ki, Üzeyir bəy təkcə musiqişünas-alim və dahi bəstəkar deyil, həm də Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir.  Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən hər il 18 sentyabr – Üzeyir Hacıbəylinin doğum günü  ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu eyni zamanda Beynəlxalq Musiqi festivalları ilə müşayiət olunur. Əlavə edib ki,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi dünyanın bir çox ölkələrində anılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin həm Azərbaycan xalqı, həm də musiqiçilər üçün ilham mənbəyi olduğunu bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin sənəti tükənməz bir mənbədir. O, Üzeyir Hacıbəylinin irsinin müxtəlif aspektlərini, əsərlərini və elmi-pedaqoji fəaliyyətini əks etdirən bu fundamental biblioqrafiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan xalqı üçün doğma və müqəddəs bəstəkar, Azərbaycan musiqisinin “Peyğəmbəri” kimi səciyələndirib. O, Üzeyir bəyin adının bütün dünyada tanındığını qeyd edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanıb. O,  dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yalnız Azərbaycanda deyil, beynəlxalq müstəvidə qeyd olunduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. Nazir müavini həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının dahi bəstəkarın irsinin tanıdılması və tədqiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu istiqamətdə işlərin davamlı olmasını arzulayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva çıxışında bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, eləcə də xalqımızın milli düşüncəsinin və kimliyinin simvoludur. Əlavə edib ki, Üzeyir bəy cəmi 63 il yaşamasına baxmayaraq, tarixdə bir çox ilklərin müəllifi kimi əbədi iz qoyub.  Sədr müavini Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını və elektron məlumat bazasını yüksək qiymətləndirərək bildirib ki, bu biblioqrafiya davam edən bir həyatın göstəricisidir və Üzeyir bəyin şəxsiyyətinə dərin ehtiramın ifadəsidir. Daha  sonra  Türk Mədəniyyəti və İsri Fondu tərəfindən  İspaniyada nəşr olunan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş poçt markasını və Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi “Qarabağın cizgiləri” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurov,  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri,Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov,  Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası  nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov,  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və başqaları çıxış ediblər.

Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan musiqi tarixində unudulmaz əsərlər yaratdığını və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını vurğulayıblar. Onlar Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq nəşr olunan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Üzeyir Hacıbəyli haqqında nəşr olunan hər bir əsərin böyük önəm daşıdığını qeyd ediblər. 

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazasının təqdimatı olub.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası