Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib

Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib
Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq-alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.
Ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Xalq yazıçısı Elmira Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış ediblər.
Daha sonra fəxri qonaq Ankara Universitetinin müəllimi Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, dahi şair Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxananın fonduna hədiyyə edib.
Qeyd edək ki, XVI əsrə aid olan orijinal əlyazma nəstəliq xətti ilə 994/1586-cı ildə katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüşdür.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir