BU AXŞAM…. Bu axşam yenə də gəlmədin gülüm… Gözləyə-gözləyə qaldıq masada; Bir ağ kağız idi, bir sarı qələm, Pəncərə önündə üşüyən çayın, Bir də öləziyən şamdı kasada…. Sarı yarpaqlar da elədi xiffət, Hər səni görəndə gülən, sevinən… Pəncərə şüşəsi ağladı xəlvət… Çiyninə atdığın şalın üşüdü, Halsız uzanıbdı, tir-tap masamda…. * * * Bu axşam yenə də gəlmədin gülüm… Ocaqda üşüyən odun ağladı, Yataqda büzüşən yorğan ağladı, Tək mənim vecimə omadı heç nə… Dildə tez-tez dedim; gəlmir, gəlməsin… İçin-için yandım bir mehə təşnə… Yerin dəyişdiyin külqabı qəmgin, Bir qəfil toxunuş gəlir işinə, Mütəkkə qolunu gəzir bu axşam, Rəqqas bir qapaza həsrət masamda…. 29.09.2022. Bakı.
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında (indiki “Azərbaycan” jurnalında), “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi.
Hər iki qələm dostumuzu həm Beynəlxalq Yazıçılar günü, həm də doğum günləri münasibəti ilə təbrik edir, həyatda və yaradıcılıqda yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Yazıçılıq… Bu sənətdir, yoxsa istedad? Yalnız öz istedadına güvənərək, ölməz kitab yazmaq mümkün deyil. Amma günlərlə masa arxasında əyləşib, özünü yazmağa məcbur etməklə də milyonların ağlını və qəlbini fəth edəcək sətirlər yaratmaq mümkün deyil. Müəllif eyni zamanda üç kainatda yaşayır və bu dünyaları birləşdirməyə çalışır – bizi əhatə edən material aləm, bizim daxilimizdəki məni aləm və bunların sərhəddində yaranan bizim şəxsi aləmimiz. Kitablar insanları böyük əməllərə ilhamlandırır, həyatdan küsmüşlərə ümid və məslək verir, xilas edir, istiqamətləndirir. Gözlərini açır və yol göstərir. Kitab – ən böyük həmsöhbətdir.. Onun müəllifi isə – sənin yaxınına, ən anlayışlı dostuna çevrilən dahidir. Beynəlxalq Yazıçılar Gününüz mübarək olsun! Hörmətlə: Pərvanə Salmanqızı