Ömrümün üçdə biri Azərtacda keçdi

Ömrümün üçdə biri Azərtacda keçdi

Əmək fəaliyyətimdə xüsusən son 24 ili xüsusilə gərgin və vacib hesab edirəm. Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azertac News Agency-da 24 il işləmişəm. Özü də necə illər! Fəxr edirəm ki, bu illərdə ölkəmizə qarşı informasiya blokadasının yarılmasında mənim də xidmətim var. Müstəqillik əldə etmiş ölkəmizin, dövlətimizin xarici siyasətinin təbliğində mühüm rolu olan beynəlxalq sənədlərin, Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin mühüm çıxışlarını, bəyanatlarını, müraciətlərini, digər rəsmi sənədləri, siyasi və beynəlxalq aləmdə respublikamızın haqlı mövqeyini müdafiə edən minlərlə informasiyanı, vacib sənədləri xarici dillərə OPERATİV tərcümə edib dünyaya yaymışıq.

Bu illər ərzində Cənab Prezidentimizin əhəmiyyətini dönə-dönə vurğuladığı informasiya müharibəsinin bir əsgəri olmuşam. Ölkəmizə qarşı ədalətsiz fikir və mövqelərin sındırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan Azertac News Agency-ın olduqca gərgin və OPERATİV işində mən də öz töhfəmi vermişəm. Bəzən elə olurdu ki, tərcümə etdiyim mühüm sənəd birbaşa Prezidentin stoluna gedirdi. Məsuliyyət böyük idi. Milli-mənəvi dəyərlərimizə aid neçə-neçə kitabın tərcüməçilərindən biri olmuşam.

Ömrümün üçdə biri Azertac News Agency-da keçdi. Buradakı zəhmətimin mükafatı olaraq “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olundum. Fəxr etməyə dəyər!

p.s. Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurasının sədri hörmətli Reshad Mecidi uzun illərdi ki, qiyabi tanıyırdım və hər cəhətdən dost hesab edirdim, bu il Reshad Mecid məni iki dəfə təltif və təbrik edib – fevral ayında 75 illik yubileyimdə və indi… Çox təşəkkür edirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir