Etiket arxivi: Həmidə Cavanşir

İrk- bitik ( kitab ) ən azı min ildən artıq tarixə malikdir. 

İrk- bitik ( kitab ) ən azı min ildən artıq tarixə malikdir. İlk dəfə 1907-ci ildə macar araşdırıcısı olan Avrel Eştin tərəfindən Çin ölkəsinin Kansu əyalətində Donquan şəhərində yerləşən bir Budda mağarasından tapılmışdır. Bu əlyazma nüsxə Londonda Bristh muzeyində 82.12 nömrəsi altında saxlanılır.

🔹Bu əlyazma nüsxəsi 57 səhifəlik bir kitabdır. Səhifələrin hər iki üzü də yazılmışdır. Bu əlyazmanın çox ehtimal ki, 12 yüz il ömrü olmuş ola, hər- halda min ildən artıqdır və Göytürk (Orxon) xətti ilə yazılmışdır.

🔹Bu günə kimi alimlər bu əlyazma haqqında araşdırmalar aparmış, o cümlədən Vilhelm Tomson, Hüseyn Namiq Orxon, Sergey Malov, Histurum İkta, Tələt Tegin, Elisa Şükürlü, Yusif Məhəmmədov, Əbülfəz Rəcəbov və s kimi tədqiqatçılar bu qəbildəndir.

🔹İrk-Bitik fala və taleyə baxmaq kitabıdır. Bu kitab bir qrup insanın nəzərincə ərəbcə olan “Ərəq” kəlməsidir.

🔹 Bir halda ki “Ərəq” XV-XVI yüzillərdə türkcəmizə daxil olmuş və bu sözcük əsl türkcə olaraq “fal” anlamındadır. Bitik də türkcə sözcük olaraq ” kitab”. Beləliklə, İrk bitik fal (tale) kitabı olmalıdır.

🔹 Araşdırıcı alimlər belə bir elmi 3 min bundan əvvəl bir Çin aliminə aid bilirlər. Yenə deyirlər ki, eradan əvvəl bu alim türk damğaları əsasında belə bir kitab yazmış və bəlkə də çin dilində yazmışdır.Ancaq bu əlyazma üstündə Çin xətti ilə yazılar vardır, amma tamam araşdırıcılar bu əlamətləri və yazını türk damğalarından yararlanaraq uyğur xətti ilə yazılmasını deməkdən çəkilməmişlər.

-İrk-ə necə baxırlar?

-İrk bitikdə gedişat belə sıralanır:

1- İrk (Fal) çubuqları atılır,
2-Gələn nömrəyə görə İrk oxunur,
3-İrkin yaxşı ya pis olması bildirilir,

🔹Çubuqlar 3 dənədir, çubuğun üstündə yazılan nöqtə sayılar ( olucay saylar =bərabər saylar) 3 dəfə oxunmalıdır. ( 1 çubuq 3 dəfə, ya da 3-ü eyni anda atılır. Hər nömrə özlüyündə 1,2 və ya 4 ola bilər. 4 özü olan bir çubuq 3 dəfə atıla bilər, olcay sayılarının çıxmasının istədiyimizdə sadə bir riyazi hesablama ilə 64=4•4•4 hesablanır. Bu, o deməkdir ki, 64 dənə irk ehtimalı vardır.

🔹Bu sadə hesablama üzərində irklərin yazıldığı düşünülsə də, ümumilikdə 65 irkin olması bu qaydanı pozmuşdur. Ayrıca 3-1-1 və 4-2-1 , 3-1-1 olcay sayları əksin ikən 4-1-1, 3-1-3 irkləri artıqdır.

🔹1-4-3 sayı isə 3 dəfə təkrarlamışdır.Bu təkrarlanmalarda mətnlər fərqli, sadəcə olaraq olcay sayları eynidir. Atılan irklər də bir-birinin eynisi olan olcay saylarından hansı ilk oxunacaq?

Cavab: Nizam yoxdur!

Çevirən: Həmidə Cavanşir


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru