ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Bu gün Azərbaycan Dövlət Suverenliyi Gününü qeyd edir
Bir neçə gün əvvəl Xankəndidə keçirilən Türk Dövlətlərinin müvafiq qurumlarının V görüşü çərçivəsində qonaqlarımızla birlikdə Şuşaya da səfər etdik. Bu səfərin bu gün mənim üçün xüsusi mənası var. Çünki suverenlik həm də həmin torpaqlarda gələcəyi qurmaq, insanları bir araya gətirmək, yeni əməkdaşlıqlar yaratmaq və dünyaya öz sözünü demək imkanının bərpasıdır. Bu gün Xankəndidə beynəlxalq görüşlər keçirir, Şuşada dost və tərəfdaş ölkələrin nümayəndələrini qarşılayır, Qarabağdan təhsil, insan kapitalı və ortaq gələcək haqqında danışırıq. Məncə, suverenliyin ən gözəl ifadələrindən biri də məhz budur.
Bu tarixi reallığı mümkün edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Ordusuna dərin minnətdarlığımı bildirir, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Sentyabrın 18-də Moldovanın Müstəqilliyi günü, “Fairmont” otelinin “Nizami Gəncəvi” zalında Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Esaulenko Səlim Babullaoğluna “Moldova ədəbiyyatı və mədəniyyətinin Azərbaycan Respublikasında təbliği işinə verdiyi görkəmli töhfələrə, habelə Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni dialoqun və ədəbi əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə ehtiram olaraq” təqdimatı ilə mədəniyyət naziri Dan Suruçanun imzaladığı fəxri diplomu təqdim edib.
Hörmətli, cənab nazir, hörmətli cənab səfir! Xanımlar və cənablar! İcazə verin, əvvəlcə Moldova Respublikasınınn Müstəqilliyinin 35-ci ildönümü münasibəti ilə həm öz adımdan, həm Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından hamınızı təbrik edim. Eyni zamanda bu təltifə, diploma görə cənab səfir Sizə və Moldova Respublikasının mədəniyyət nazirliyinə təşəkkürümü bildirim. Ötən 9 il ərzində biz Moldova və Rumıniya ədəbiyyatı ilə bağlı 16 nəşr hazırlamışıq, nəşr etmişik. Bu nəşrlərin hazırlanmasında ən yaxın və ardıcıl dəstəyi bizə Azərbaycan və Moldovanın ortaq oğlu, tanınmış iş adamı və ictimai xadim Vüqar Novruzov göstərib.
Eyni zamanda, bir çox nəşrin hazırlanmasında mən həmkarlarım Jalə İsmayıl, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Qismət Rüstəmov, Rəbiqə Nazimqızı, Azad Yaşar və digər tərcüməçilərlə bərabər çalışmışıq. Hesab edirəm ki, bu təltif eyni zamanda həm də adlarını çəkdiyim insanlarındır. Ədəbiyyat, poeziya, tərcümə işi xalqları bir-birinə yaxınlaşdıran, onları bir-birinə tanıtdıran ən yaxşı vasitədir. Bu işlər əlbəttə ki, gələcəkdə də davam edəcək. Yaşasın Azərbaycan! Yaşasın Moldova! Yaşasın ədəbiyyat!
Trăiască Azerbaidjanul și Moldova! Trăiască prietenia și literatura!”
Tədbirdən fotolar:
“Yazarlar” olaraq cənab Səlim Babullaoğlunu təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!