ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”
19 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “20 sentyabr – Dövlət Suverenliyi Günü”; Ağdərə; Xankəndi; Xocalı və Xocavənd Şəhərləri Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncamına əsasən qeyd edilir.
Sərgilərdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə dair rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adı altında aparılmış 44 günlük Vətən müharibəsi, hərbi və siyasi strategiya, hərbi taktikası, qazanılmış Şanlı Qələbə və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/20_sentyabr_Suverenlik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın – Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir. Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə olan ümummilli ehtiramın ən böyük nümunəsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olundu və torpaqlarımız azadlığa qovuşdu. Qarabağ və Şərqi Zəngəzurda antiterror tədbirləri nəticəsində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırdı. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Bu zəfər möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ziddiyyətli beynəlxalq münasibətlər şəraitində dövlətin təkbaşına və güc yolu ilə öz hüquqlarını təmin etməyinin nümunəsini yaratdı. 20 Sentyabrın mahiyyəti yalnız suverenliyin bərpa edildiyi gün ifadəsi ilə məhdudlaşmır. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi, siyasi iradəsi və gələcək inkişaf istiqamətləri üzərində tam məsuliyyət daşıdığı yeni mərhələnin başlanğıcını simvollaşdırır.
Oxuduqlarım, eşitdiklərim, gördüklərim və bildiklərim silsiləsindən –Budaq Təhməz
Ustad sənətkar Budaq Təhməzin sağlığnda bir dəfə onunla görüşmüşəm, çox təssüf edirəm ki, xatirə şəkilimiz olmadı, amma, şəkil çəkildi, kimin tərəfindən oldusa onu unutmuşam. Budaq Təhməz’in danışıqlarından, müəyyən söhbətə stat gətirməsindən açıq aydın ailə canlı bir insan olmağı məlum olurdu. Həmişə ürəklə söhbətlərində övladlarından, nəvələrindən yorulmadan danışardı. Budaq Təhməz necə sağlığında, həmişə ürəklə söhbətləşdiyi qələm dostları tərəfindən yad edilirdi, bu gün də daha çox insanlar tərəfindən ürəklə yad edildi, anıldı. Yeri görünürdü, mən əminəm ki, həmişə yeri görünəcək, onu sevənlərin, əzizlərinin, doğmalarının düşüncələrində və xoş xatirələrində yeri daima görünəcəkdir. Budaq Təhməz bu gün bizim aramızda yoxdur, amma o bizlərin, qələm dostlarının xatirəsində elə iz buraxıb ki, o izlə çoxlarımız gedəcəyik və onu qəlbimizdə yaşadacayıq. Allah rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun. Amin Allah. Yaxınlarına, doğmalarına, qələm dostlarına Ulu Tanrıdan başsağlığı diləyirəm, yerin behişt olsun Budaq Təhməz! Qeyd etməyi özümə borc bilirəm ki; Şairin 40 mərasimi 13 sentyabr – cümə günü- 2024-cü il tarixində HEYDƏR MƏSCİDİ-ndə keçirilmişdir və mən də rəhmətlik Budur Təhməzə rəhmət diləmək üçün qələm dostlarımla bərabər həmin məclisdə iştirak etdim. Allah verilən ehsanları qəbul eyləsin. Allah övladlarının başını uca etsin inşaallah. Zaur Ustac , Xezer Mesimov qardaşların paylaşımından hörmətli qələm dostumuz Budaq Təhməzə ünvanlanan, qələm dostlarımız tərəfindən ünvanlanan ürək sözlərini sizinlə bölüşürəm: Əli Bəy Azəri : Budaq Təhməz ustad şair idi, canlı tolklordu. Hər kəlməsi ibarəliydi. Ailəsinə, övladlarına, nəvələrinə bağlı adam idi. Allah rəhmət eləsin. Ələsgər Talıbov: Allah ustada rəhmət eləsin, möhtəşəmdir, çox sağ olun qardaş. Banu Həsən Qızı Musayeva : Allah rəhmət eləsin, məkanı cənnət olsun. AMİN. Budur Təhməz düz 65 yaşında şeir dedi Arpaçayının başında.. Gah Nabatdan yazdı, gah da Saradan. Şair doğulmuşdu, elə anadan… Qüdsiyyə Qocayeva: Ruhu şad olsun. Xezer Mesimov: Allah rəhmət eləsin. BayramAşıqlı: Qələm dostumuza Allahdan rəhmət diləyirəm, ruhu şad olsun, məkanı cənnət olsun. Dostlarına, Əzizlərinə, Doğmalarına başsağlığı verirəm. Paylaşım üçün, yaşa əziz qardaşlarım; Əli Bəy Azəri, Ələsgər Talıboğlu, Xezer Mesimov qardaşım, Zaur Ustac qardaşım. Daima var olasınız. Əllərinizə-ürəyinizə sağlıq. Hörmətlə vətənpərvər, sülhsevər şair BayramAşıqlı. Həmin paylaşıma yazılan rəyləri sizinlə paylaşıram: Sedulla Wirinuv: Allah rəhmət eləsin. German Aqdamlı: Allah o dünyasını versin. Mübariz Hüseyn Borçalı : Allah rəhmət eləsin. Yeri cənnət olsun. Zamin Alishov :Allah rəhmət eləsin. Təvəkkül Borçalı Məmmədov: Allah rəhmət eləsin. Ələkbər Əsgərov: Allah rəhmət eləsin. -Zaur Ustac- Ələkbər Əsgərov Amin. Nüsrət Məmməd: Allah Budur Təhməzə rəhmət eləsin. Ruhu şad olsun. -Zaur Ustac; Nüsrət Məmməd- Amin. Əbülfəz Əhməd: Ruhuna fatihə. Bu siyahı uzana bilər, vaxtınızı almayım… Sizinlə xatirə şəkillərini paylaşıram. Allah Budaq Təhməzə rəhmət eləsin!