Səlim Babullaoğlunun sentyabrın 18-də Moldovanın Müstəqilliyi günü münasibətilə çıxışı

SƏLİM BABULLAOĞLU TƏLTİF OLUNUB

Sentyabrın 18-də Moldovanın Müstəqilliyi günü, “Fairmont” otelinin “Nizami Gəncəvi” zalında Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Esaulenko Səlim Babullaoğluna “Moldova ədəbiyyatı və mədəniyyətinin Azərbaycan Respublikasında təbliği işinə verdiyi görkəmli töhfələrə, habelə Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni dialoqun və ədəbi əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə ehtiram olaraq” təqdimatı ilə mədəniyyət naziri Dan Suruçanun imzaladığı fəxri diplomu təqdim edib.

Səlim Babullaoğlunun həmin tədbirdəki çıxışını təqdim edirik:

Hörmətli, cənab nazir, hörmətli cənab səfir!
Xanımlar və cənablar!
İcazə verin, əvvəlcə Moldova Respublikasınınn Müstəqilliyinin 35-ci ildönümü münasibəti ilə həm öz adımdan, həm Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından hamınızı təbrik edim.
Eyni zamanda bu təltifə, diploma görə cənab səfir Sizə və Moldova Respublikasının mədəniyyət nazirliyinə təşəkkürümü bildirim.
Ötən 9 il ərzində biz Moldova və Rumıniya ədəbiyyatı ilə bağlı 16 nəşr hazırlamışıq, nəşr etmişik.
Bu nəşrlərin hazırlanmasında ən yaxın və ardıcıl dəstəyi bizə Azərbaycan və Moldovanın ortaq oğlu, tanınmış iş adamı və ictimai xadim Vüqar Novruzov göstərib.

Eyni zamanda, bir çox nəşrin hazırlanmasında mən həmkarlarım Jalə İsmayıl, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Qismət Rüstəmov, Rəbiqə Nazimqızı, Azad Yaşar və digər tərcüməçilərlə bərabər çalışmışıq.
Hesab edirəm ki, bu təltif eyni zamanda həm də adlarını çəkdiyim insanlarındır.
Ədəbiyyat, poeziya, tərcümə işi xalqları bir-birinə yaxınlaşdıran, onları bir-birinə tanıtdıran ən yaxşı vasitədir. Bu işlər əlbəttə ki, gələcəkdə də davam edəcək.
Yaşasın Azərbaycan!
Yaşasın Moldova!
Yaşasın ədəbiyyat!

Trăiască Azerbaidjanul și Moldova!
Trăiască prietenia și literatura!”

“Yazarlar” olaraq cənab Səlim Babullaoğlunu təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir