Şəfəq Vilayətqızı – Ehtiyacım var

EHTİYACIM VAR

Yenə axşam düşür, qəribsəyirəm,
Sənin yoxluğuna öyrəşmir ürək.
Özüm öz içimdə sənsizləyirəm,
Mənim səadətim sənsənmiş demək.

Xəyalın gözümdə canlanır hər an,
Yanımdan ötənlər bənzəyir sənə.
Darıxır bu ürək, darıxır yaman,
Sənsiz bu kainat dar gəlir mənə,

Yağış tək süzülür yanağa yaşım,
Canımda sən boyda ağrım, acım var.
Sən idin həyatda bir tək sirdaşım,
Sənə nəfəs qədər ehtiyacım var.

Müəllif: Şəfəq Vilayətqızı

Şəfəq Vilayətqızının yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir