Etiket arxivi: HEYDƏR ƏLİYEV 100

O, GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR!

“Mən doğma torpağıma, Naxçıvana, Naxçıvan Muxtar Respublikasına hədsiz məhəbbətimi bir daha bildirmək istəyirəm. Bilin ki, mən sizə həmişə sadiq olmuşam, bundan sonra da sadiq olacağam. Mən Azərbaycan xalqına həyatım boyu sadiq olmuşam, ömrümün son dəqiqəsinə qǝdər də sadiq qalacağam. Azərbaycanın dövlət müstəqilliyi yolunda bundan sonra da fədakarcasına çalışmaq mənim hayatımın mənasıdır.”
HEYDƏR ƏLİYEV
Ümumilli lider

SÖNMƏZ GÜNƏŞ
Çaylar, göllər, dənizlər yox,
Kükrəyirdi okeanlar
Azərbaycan yaşayırdı
Fırtınada qorxunc anlar.
***
Dalğaların uğultusu
Yayılmışdı çox ellərə.
Okeanın açar-pultu.
Verilmişdi yad əllərə.
***
Qorxu, hədə harayından
Millət yaman bayılmışdı.
Tam günahsız bir məmləkət
Cinayətkar sayılmışdı.
***
Yurdumuza gələn bəla
Qəlb ağrıtdı, sinə dəldi.
Anaların ağısından
Göy ağladı, yer kövrəldi.

KİMSƏ…
kimsə öz xalqının
harayına yetməliydi.
Zil qaranlıq gecələrdə
Ömrü mayak etməliydi,
Dalğaları yara-yara
Azadlığa getməyibdi.
***
İmperiya buxovunu
Mərd bir oğul qırıb atdı.
Öz xalqının harayına
Ulu Öndər Heydər çatdı.
***
Galdi doğma Bakısına,
Yollar, izlər sökülmüşdü.
Sanki qorxunc zəlzələdən,
Har şey çölə tökülmüşdü.
***
Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi –
vermədilər!
Söyləməyə söz istədi –
vermədilər!
***
Bir şəhəri tikən memar
evsiz qaldı.
Yüz cilidlər yazan yazar
sözsüz qaldı.
Çoxlarının nadanlığı
Yaman ağır gəldi ona.
Səmaları yarıb gəldi
Ana yurdu Naxçıvana!
***
Onun qəfil gəlişindən.
Yer üzünə ələndi zər.
Peyğəmbərtək qarşılandı
Naxçıvanda Ulu Öndər.
***
Yamancana sarsılmışdı
İnsanların hallarına.
Onlar tezcə dönməliydi
Öz işıqlı yollarına.
***
İmdad güdən dərdli gözlər
Dikilmişdi gözlərinə.
Öndə görüb xilaskarı
Gəlmişdilər özlərinə.
***
Ən böyük dərd-Naxçıvanı
Etmişdilər yalqız ada
Yerdən, göydən bu diyarı
Bürümüşdü blokada.
***
Rəhbər kimi yaşamaq da
Bu diyarda çətin idi.
Ulu Öndər öz işində
Bütöv idi, mətin idi.
***
Tanrıdan xoş dualarla.
İnsanlara sülh dilədi,
Qoca Şərqin səmasından
Günəş kimi nur ələdi.
***
Az zamanda el səsini
Gur səslənən səsə qatdı.
Qorxuları, yalanları
Ürəklərdən silib atdı.
***
Bu azadlıq savaşında
Yol yox idi daha geri.
Naxçıvanda məhv olurdu.
İmperiya — SSRİ.
***
Dədə Heydər seçimində
Haqq, ədalət yolun seçdi.
Blokada sipərini
Siyasətlə yarıb keçdi.
***
Qardaş əli yetməyirdi
Qardaşına yüz il bəri.
Min ümidlə saldırdı O,
Araz üstə körpüləri.
***
Atatürkdən miras qalan
Torpaqlar dada çatdılar.
Sayın Dəmirǝl, Ulu Heydər
“Ümid körpüsü” açdılar.
***
Yüz illərin ayrılan
Bu körpüylə yovuşdular.
Yalqız qalan Nəqşicahan
Türk eliylə qovuşdular.
***
Gündəm olan Qars sazişi,
Dillərdə çox çözələndi.
İncə, müdrik siyasətlə,
Bu saziş də təzələndi.
***
Bəd xəbərlər yayılırdı.
Gözlənirdi qırğın hər an
Gizli, aşkar bölünürdü
Bölgələrə Azərbaycan.
***
Sanki, bizə boş deyildi,
Qarabağın qara bəxti.
Bir qardaşın gülləsiylə.
Bir qardaşın qanı axdı.
***
Vətənin hər bölgəsində
Yad tonqallar çatılmışdı.
Hərə bir cür düşüb tora
Döyüşlərə qatılmışdı.
***
Bakı coşub hayqırırdı:
-Bunu hamı bilməlidi,
Bu ölkəni yaşatmağa.
Yalnız Heydər gəlməlidi!
***
Ulu Öndər gəlməlidi,
Bütün səddi yıxmalıdı.
Azərbaycan xoş günlərə —
Qurtuluşa çıxmalıdı!

Müəllif :İbrahim YUSİFOĞLU

İBRAHİM YUSİFOĞLUNUN YAZILARI


HEYDƏR ƏLİYEV 100

HEYDƏR ƏLİYEV İLİ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCANIN DAHİ ŞƏXSİYYƏTİ VƏ İDEAL İDARƏETMƏ

AZƏRBAYCANIN DAHİ ŞƏXSİYYƏTİ VƏ İDEAL İDARƏETMƏ

Məlum həqiqətdir  ki, tarix insan fəaliyyəti prosesidir.Bu prosesin gedişində keçmiş, indi və gələcək arasında əlaqə yaradılır. Tarixi prosesin inkişafına bir çox amillər təsir göstərir. Bu amillər arasında ictimai fəaliyyətlə məşğul olan şəxslər mühüm yer tutur. İnsanın tarixdə rolu o zaman xüsusilə artır ki, o, birbaşa hakimiyyətlə bağlı olur. Hər bir tarixi dövr görkəmli şəxsiyyətlər,xüsusilə dövlət rəhbərləri mövzusuna toxunmuşdur.Cəmiyyətin inkişaf prosesinin dərk olunması ictimai tərəqqiyə öz xidmətləri,əməyi sayəsində tövhələr vermiş dahi tarixi şəxsiyyətlərin rolunun təhlilinə gətirib çıxarmışdır.Onların adları tarixən yaşayır,əməllərinə heyran edilir və eyni zamanda tədqiqatçılarda maraq doğurur.Bu şəxsiyyətlər olmadan bəşər cəmiyyətinin irəliləməsini təsəvvür etmək çox çətindir. Rus nəzəriyyəçisi G.V. Plexanov qeyd edirdi ki, tarixi insanlar yaradır.Fəal həyat mövqeyi tutan hər bir şəxsiyyətin fəaliyyəti onun əmək fəaliyyətində,nəzəri axtarışlarında və s. əksini tapır.

Tarix öyrədir ki, heç bir sinif, heç bir ictimai qüvvə öz siyasi liderlərini irəli sürməzsə, hakimiyyətə nail ola bilməz.Lakin fərdi istedadlar kifayət deyil. Lazımdır ki, cəmiyyətin inkişafı zamanı gündəmdə bu və ya digər şəxsiyyətin həll edə biləcəyi vəzifələr olsun. Ona görə də, ilk növbədə, tarixi şəxsiyyət ilk növbədə xalqın qoyduğu vəzifələri  onun necə yerinə yetirdiyi nöqteyi-nəzərdən qiymətləndirilir.

Belə bir şəxsiyyətin parlaq nümunəsi umummilli liderimiz H.Əliyev cənablarıdır. Görkəmli şəxsiyyətin addımıarın başa düşmək və izah etmək üçün bu şəxsin xarakterinin formalaşması prosesini öyrənmək lazımdır.  Biz H.Əliyevin xarakterinin necə formalaşmasından danışmayacağıq, yalnız aşağıdakılara diqqət yetirəcəyik. Böyük liderin xarakteri necə inkişaf etməş və  sonda  hansı nəticəonun, bir rəhbər kimi Azərbaycanın inkişafına təsirini göstərə bilmişdir.  H.Əliyevin  dövləti idarə etmə üsulları və strategiyası  çox fərqli idi. Onun xarakterinin formalaşması prosesi ilə müəyyən edilən fərqləndirici cəhətlərindən biri də onun intuitiv şəkildə hiss etməsi və uzaq gələcəyə  baxaraq,onu görə bilməsidir. Siyasi liderin əsas siyasəti ondan ibarət idi ki, istənilən nəticəni ən yaxşı şəkildə əldə etmək üçün yuxarıdan təsir göstərmək kifayət etmir, bunun üçün də xalqa yaxınlaşmaq, ona yaxın olmaq, xaricdə təhsil almaq hesabına ölkənin ictimai idarəetmə  qurumlarının bacarıqlarını təkmilləşdirmək və iş üslubunu dəyişmək lazımdır.

Vətənə əvəzsiz xidmətlərinə görə dahi şəxsiyyətin xatirəsi Azərbaycan xalqı üçün həmişə əziz olacaqdır. Hələ sağlığında bu böyük insan xidmətləri ilə dahi  azərbaycanlı kimi tarixi yaddaşda əbədiləşib. Azərbaycanın müasir tarixində Heydər Əliyev nadir lider, güclü siyasi xadim, fədakar şəxsiyyət, əfsanəvi şəxsiyyət, xalqın sevimli oğlu kimi qalacaqdır. Dahi şəxsiyyətin parlaq dühası Heydər Əliyev Azərbaycan xalqının ümummilli liderinə, dünya siyasətinin sütunlarından birinə çevirmişdir. Ona görə də Azərbaycan xalqı öz dahi oğlu ilə haqlı olaraq fəxr edir.

Heydər Əliyev öz ölkəsini, onun tarixini ürəkdən sevirdi. O, tarixi yaxşı bilirdi və başa düşürdü ki, bu, təkcə keçmişlə deyil, həm də bu günlə bağlıdır, hər yeni dövrü gələcək nəsillər dəyərləndirəcək. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas elementlərindən biri də mədəniyyətdir. Prezident Azərbaycanın mədəni irsini dəstəkləyib, onun ölkənin milli kimliyinin əsasını təşkil etdiyinə haqlı olaraq inanıb.

İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin əsas keyfiyyətlərindən idi.  Yüksək təşkilatçılığı və tələbkarlığı – ilk növbədə özündən başlayırdı. “xalq”, “millət”adı altında  birləşmış hər bir insanı dinləmək və eşitmək, istəklərini başa düşmək bacarığı onun mədəniyyətinin göstəricisi idi. Onda böyük siyasətçi uzaqgörənliyini və hərbi cəsarət birləşmişdi. Təbiətin bəxş etdiyi dərin tərbiyə və incə estetik hissə malik olan lider təsadüfən səhv edənləri necə bağışlamağı bilirdi. Bir siyasətçi kimi o, demokratiyanı məharətlə sərt tələblərlə uzlaşdırmağı bacarırdı.

Onun zəngin siyasi təcrübəsi və şəxsiyyəti,  azərbaycan xalqını ölkənin üzləşdiyi çoxsaylı böhranlardan unikallıqla çıxarmağa yönəldilməsi demək idi.O, başqalarını ruhlandırmaq qabiliyyətinə malik idi, özünəməxsus xarizması ilə xalqına rəhbərlik edirdi. Siyasətçi lider üçün zəruri olan fenomenal şəxsi keyfiyyətlərə malik idi: Onun varlığının gücü hiss olunurdu və onun xarizması dövrün bir çox dahi intellektlərin diqqətini cəlb edirdi. yüksək intellektli bir insan. Heç bir şubhə yoxdur ki, böyük lider hamıya xas olmayan sadəliyə, yüksək ləyaqətə malik  bir insan idi.

Beləliklə, tarixdə şəxsiyyətin rolu böyükdür, çünki mütərəqqi şəxsiyyət tarixi prosesin gedişatını sürətləndirir, onu düzgün istiqamətə yönəldir. Eyni zamanda, şəxsiyyətin tarixə müsbət və mənfi təsirləri ilə bağlı çoxsaylı nümunələr var ki, bunun sayəsində müasir dövlətimiz inkişaf edib bu səviyyəyə çatmışdır.

Müəllif: Bəsirə ABBASOVA

Gəncə Dövlət Universitetinin umumi ped.kafedrasının baş müəllimi.

BƏSİRƏ ABBASOVANIN YAZILARI



HEYDƏR ƏLİYEV 100

HEYDƏR ƏLİYEV İLİ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində “Qarabağnamə”

Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində “Qarabağnamə”

“Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dövlət idarəçiliyi məktəbinə çevrilib”.

Tarixi həqiqətlər sübut edir ki, Heydər Əliyev siyasət meydanında olmasaydı  hələ 60 – cı illərdə Qarabağ ermənilərə verilməliydi. Əgər o, 1969 -cu ildə rəhbər  olmasaydı  biz erməniləri susdura bilərdikmi? Əsla!!! Sadəcə  7 may 1969-cu il Azərbaycan SSR Ali Sovetində qəbul olunan qərarı yada salmaq əlimizdə bir faktdır.Belə ki, Heydər Əliyevin təbiətcə diribaşlığı və zirəkliyi, cəldliyi, tez münasibətə girməyi, işgüzarlığı, hadisələrə operativ yanaşmağı və sadəliyi bütöv Azərbaycana məlumdur.

        1969-cu il 14 iyun tarixindən Azərbaycana rəhbərlik etməyə başlayarkən Heydər Əliyev çox ağır bir mirasa sahib olmuşdu. Həmin illərdə Qarabağda miskinlik hökm sürürdü. Heydər Əliyev hakimiyyətə Azərbaycanın ağır tarixi dövründə gəldi. Onun gördüyü işlər xalqın milli ruhunu özünə qaytardı. Heydər Əliyev ilk günlərdən Azərbaycanda qanunçuluğun qorunması, idarəçiliyin möhkəmləndirilməsi, kadrların tələbkarlığının artırılması işində əhəmiyyətli addımlar atmışdı. Heydər Əliyev 1977 – ci ildə ermənilərin Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq  cəhdinin qarşısını qətiyyətlə aldı. 70-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi məsələsini qaldırmışdı. Lakin Heydər Əliyevin bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırması mərkəzinin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Murov yolu” çəkildi.

Heydər Əliyevin dövründə Dağlıq Qarabağda həyat tədricən yoluna düşmüşdü. Vilayətdə  sənayə istehsalı 3 dəfədən çox, kənd təsərrüfatı məhsulu 1,5 dəfə artmış, əhalinin sosial mədəni təminatı xeyli yaxşılaşmışdır. İstisu (Kəlbəcər) Turşsu (Şuşa) turist və kurort işi xalq təsərüffatının ayrılmaz hissəsi kimi müvəffəqiyyətlə həyata keçirilmişdi.

Heydər Əliyevin respublikaya rəhbərliyinin 1-ci dövründə əhalinin hər 10 min nəfərinə ən yüksək xidmət DQMV-də göstərilmişdir.Turizm və kurort işi əhalinin işi ilə yanaşı, xüsusən gəlirlə təmin olunmasına xidmət etmişdi. Şuşada Molla Pənah Vaqifin türbəsi, Xurşidbanu Natəvanın ev muzeyi Qarabağın memarlığının ən möhtəşəm abidələrinə çevrilmişdir.Liderin Qarabağa sahib çıxmağı erməniləri çox narahat edirdi. Heydər Əliyev quruculuq işləri ilə sübut edirdi ki, Qarabağ türklərindir. Sovet rəhbərliyi vaxtilə Nəriman Nərimanova düşündükləri planın oxşarı olaraq Heydər Əliyevi 1982 – ci ilin dekabrında Sov.İKP.MK – nın Siyasi Bürosuna üzv seçdilər, SSRİ Nazirlər Sovetinin sədrinin I müavini təyin etdilər. Sonra Qarabağı türklərdən qoparmaq üçün planlar həyata keçirdilər. M.Qorbaçov Qarabağı “şahnazaryanlara”, “aqanbekyanlara” söz vermişdi. 1987-ci il Qorbaçovun əsabəsi akademik Abil Aqanbekyan Qarabağın ermənilərə məxsus olduğunu və onlara verilməsini “Humanite” qəzetində təklif verməsi bir daha onun antiazərbaycan siyasətini sübüt edirdi.

M. Qorbaçov Heydər Əliyevin nüfuzuna qarşı gizli, məkirli paxıllıq keçirirdi. M.Qorbaçova “himayədarlıq” edən erməni lobbisi təzyiq göstərirdi. 1987- ci ilin oktyabrında Heydər Əliyev idarəçilikdən uzaqlaşdırıldı. M.Qorbaçovun günahı ucbatından Ermənistanın əli ilə Azərbaycana qarşı təcavüzkar müharibə başladı. Xalq Azərbaycanın üzləşdiyi taleyönlü  problemi həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu dərk edərək, onu yenidən respublikaya rəhbər təyin olunmasını arzulayırdı.

1990 -cı il yanavarın 19-dan 20-nə keçən gecə günahsız insan qırğını ilə azərbaycanlılara qarşı faciə törədilərkən Moskvadakı daimi nümayəndəliyə gələn Heydər Əliyev Qorbaçovu “cəllad ”, “qatil” adlandırdı. İmperiya onun Azərbaycana qayıtmasına mane olurdu. Təklənən xalqımıza ümid çırağını Heydər Əliyev yandırdı. 1990 – cı il iyulun 22 -də Heydər Əliyev Naxçıvana gəldi. Respublikada dövlət müstəqilliyi uğrunda mübarizə gedirdi. Vətəndaş müharibəsi şəraitində AXC- Müsavat özü hakimiyyətə Heydər Əliyevi dəvət etdi. 1993 -cü il iyunun 15 –  Azərbaycanın müasir dövr tarixinə “Qurtuluş günü” kimi daxil oldu.

Heydər Əliyevin taleyinə Qarabağ yükü həkk olunmuşdur. O, ömrünün sonunadək bu problemi həll etmək üçün əlindən gələni etmişdi.

        Azərbaycanın bir çox  “Qarabağnamələr” kitabı yazılmışdır. Mən Heydər Əliyevin çıxışları toplusu olan kitabları səhifələyirəm, onun Qarabağ naminə keçirdiyi ictimai – siyasi fəaliyyətinin miqyasını düşünürəm və onu da düşünürəm ki, dünyanın hər nöqtəsində Qarabağdakı dərdlərimizi planetin əsas mövzularından birinə çevirən ilk və yeganə liderimizdir.

Heydər Əliyevin yaratdığı “Qarabağnamə” daha əvəzsiz, daha unikaldır. 30 il nə az, nə çox Qarabağ münaqişəsinin həlli onun işinin tərkib hissəsinə çevrilmişdir.

         Azərbaycanın bütövlüyü və toxunulmazlığı çox mühüm həlledici şərtdir.

Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI


HEYDƏR ƏLİYEV 100

HEYDƏR ƏLİYEV İLİ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ

ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ
Hər bir insan üçün onun doğulduğu zaman, məkan, onun hansı millətə mənsub olması, onun böyüyüb-boya başa çatdığı, uşaqlığını keçirdiyi yerlər, şahid olduğu hadisələr və s. bu kimi anlayışlar nə qədər önəmlidirsə, onun dil açan kimi söylədiyi sözlərin hansı dilə mənsub olması, yəni onun ana dilinin hansı dil olması da o qədər, hətta ondan da çox önəmlidir. Çünki ana dili məkan, zaman, millət və s. anlayışlardan və məfhumlardan daha da üstün bir anlayışdır. Ona görə ki, insan doğulduğu andan vəfat etdiyi ana qədər söylədiyi bütün sözləri bu dildə söyləyir. Yürütdüyü bütün fikirləri bu dildə irəli sürür, etdiyi bütün çıxışları bu dildə edir. Nə qədər zamanın və zəmanə adamlarının diktəsi ilə məcburiyyətdən soydaşlarımız bu dili danışmağa çətinliklər çəksələr də, yenə də bu dili unutmamışlar və heç bir zaman unutmayacaqlar. Çünki insanlar ana dilində səslənən ana laylasıyla gecə şirin yuxuya dalmış, həmin dildə olan əzizləmələrlə böyümüşlər. Beləliklə, ana dili insan böyüyüb boya-başa çatanda və ondan da sonrakı dövrlərdə insan üçün ən əvəzsiz, tayı-bərabəri olmayan bir inciyə çevrilmişdir. İnsan öz ana dilini heç bir zaman unutmamalı, bu dilin incəliyini, zərifliyini, doğmalığını, şirinliyini qoruyub saxlamalı və hər zaman bu dildə danışıb bu dildə danışdığı üçün də qürur hissi duymalıdır. Eyni ilə hamımızın idealı, xilaskarımız, mühafizəkarımız, əvəzsiz və ölməz liderimiz, yeni, müasir Azərbaycanımızın qurucusu, memarı Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev kimi!
Ümummilli liderimiz Heydər Əliyev təkcə doğma Azərbaycanına sədaqətlə və şərəflə xidmət etdiyi, rəhbərlik etdiyi uzun illər ərzində yox, ümumiyyətlə, uşaqlığından vəfat etdiyi günə qədər hər zaman ana dilimizə böyük hörmət və məhəbbətlə yanaşmış, onu əzizlərdən də əziz, müqəddəslərdən də müqəddəs bilmişdir. Elə buna görə də məktəbdə oxuduğu zamanlardan dilimizin müdafiəsinə və mühafizəsinə qalxmış, bunu da uğurla yerinə yetirmişdir. Hamımızın bildiyi kimi Ulu öndərimiz dünyaya göz açdığı zaman vətənimiz yadelli işğalçıların caynağında, onların tapdağı altında idi. Vətən torpağımızın göylərində qara buludlar çoxdan cövlan edirdi və etməkdəydi. Yurdumuz basılmış, talan edilmiş, sərvətlərimizə sahib çıxılmış, ölkəmizə başçılıq edən qəhrəman cümhuriyyətçilər sürgün olunmuş və ya şəhid edilmiş, yerinə isə azərbaycanlılarla əlaqəsi belə olmayan, yad bir millətə mənsub olmasından da betər olan siyasətçilər gətirilmişdi. Qanı qanımızdan, canı canımızdan olmayan bu işğalçı qaniçənlər zaman keçdikcə daha çox əhaliyə divan tuturdular. İşğalçıların başlıca məqsədi Azərbaycana öz dilini, öz adət-ənənələrini və öz həyat tərzini unutdurmaq olduğu üçün onlar çox keçmədən öz çirkin, mənfur əməllərini icra etməyə başladılar. Yurdumuzda yad səslər ucalmağa, yad dillər danışılmağa başlandı. Dövlət dilimiz də, dövlət bayramlarımız da bizə yadlaşdırıldı, unutdurulmağa çalışıldı. Xalqa türk oğlu türk olan qəhrəmanları unutdurmaq üçün onların adı verilmiş kəndlər, şəhərlər, küçələr, parklar, xiyabanlar və s. yerlər xalqımızın yurdunu talayıb xanimanını viran qoyan qəsbkarların adları ilə adlandırıldı. Şəhərlərimizin ən tanınmış yerlərində onların bayraqları və heykəlləri ucaldıldı. Azərbaycan dilinə vurulmuş ən böyük zərbə 1937-ci ildə oldu. Doğma dilimizi hər şeydən üstün tutaraq bu dildə yazılar yazan və çap etdirən, yazısına bir yad söz də daxil etməyən, daim haqq-ədalət bağıran səslərimiz, dahi yazıçılarımız, şairlərimiz, eləcə də alimlərimiz və dilçilərimiz repressiya maşınından keçirildi. Onlar təkcə dövlətçiliyimizin yox, həm də adət-ənənələrimizin, mədəniyyətimizin və dilimizin qorunması yolunda verdiyimiz şəhidlərimiz idi.
Belə bir mühitdə yaşamaq damarında azərbaycanlı qanı axan, azad düşüncə, azad fikir sahibi olan gənc Heydər Əliyevi hər kəsdən çox narahat edirdi. O, tez bir zamanda dövlət dilimizin Azərbaycan dili olmasını və dilimizin o dövrdəki ölkə rəhbərliyi tərəfindən də qorunmasını arzu edirdi, özü də bu yolda əlindən gələni əsirgəməzdi və əsirgəmirdi də. Gələcəyin gerçəyi bu idi ki, uca Allah dilimizin, adət-ənənələrimizin və mədəniyyətimizin sadiq və mübariz keşikçisi kimi Azərbaycanımıza Heydər Əliyev kimi bir şəxsiyyət vermişdi. Buna görə də Heydər Əliyev hər zaman və hər yerdə ana dilimizi hər şeydən üstün tutmuşdu, tuturdu və bundan sonra da belə olacaqdı.
Tale elə gətirdi ki, 1969-cu il gəldi. Mən belə hesab edirəm ki, o il Azərbaycan xalqı üçün ən gözəl illərdən, Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk edilmiş illərdən biridir. Çünki həmin ilin iyul ayının 14-də Ulu öndərimiz Heydər Əliyev Azərbaycanını özü idarə etməyə başladı. Elə o zamandan yadellilərdən, onları dəstəkləyənlərin əlindən boğaza yığılmış xalqın üzü güldü, könülü fərəhləndi və hər kəs daha səylə öz işinə başlayır, vətəninin, yurdunun sabahına ümidlə baxırdı. Xalqımız axtardığı lideri tapmışdı: bu şəxsiyyət Heydər Əliyev dühası idi!
Ulu öndərimizin hakimiyyətə gəlməsi özü bir sensasion hadisə idi. Ona görə ki, Azərbaycanın yeni lideri özündən əvvəlkilər kimi yad bir şəxs deyildi, soyu və kökü ilə köklü-budaqlı Azərbaycan oğlu idi. Vətənpərvər bir ziyalı, kəskin iradəli bir rəhbər, milyonları arxasınca işıqlı sabaha aparmaq bacarığına malik bir öndər olduğu üçün xalq əmin idi ki, Heydər Əliyev sona qədər Azərbaycan üçün çalışacaq və qarşısına qoyduğu məqsədə çatmaq üçün bu müqəddəs yolda yorulmayacaqdı.
Heydər Əliyev hakimiyyətə gəldiyi andan hər bir sahəyə, hər bir mövzuya vaxtını ayırdığı kimi ən çox da zamanını dilimizin qorunması yolunda sərf edirdi. Eyni zamanda xalqın öz qəhrəmanlarını daha dərindən tanıması üçün mədəniyyət sahəsində də yeniliklər edirdi. Misal üçün, gözəl əsərləri ilə dilimizi zənginləşdirən və yad ünsürlərdən qoruyan dahi yazıçılarımıza və şairlərimizə heykəllər, büstlər, məqbərələr ucaldılırdı. Vaqifin məqbərəsi, Cəfər Cabbarlı heykəli, Nəriman Nərimanov heykəli və s. buna əyani misaldır. Nəhayət, Heydər Əliyev hakimiyyətə gələndə yadelli işğalçıların heykəlləri ilə dolu olan şəhərimiz öz övladlarının abidələri ilə nurlanmağa başladı. Türk dilini ədəbi yoluna işıq tutan bir mayak seçmiş dahi ədibimiz Hüseyn Cavidin nəşinin vətəninə gətirilməsi də Heydər Əliyevin bu yolda atdığı ən mühüm addımlardan biri idi. Ulu öndərimizin mədəniyyət sahəsindəki yeniliklərindən biri də bu idi ki, görkəmli ziyalılarımızın və dahi ədiblərimizin yubiley tədbirləri məhz onun başlıca təşəbbüsü ilə keçirilirdi.
Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərində atdığı bir addım var ki, bu, onun dilimiz yolunda gördüyü işlərin zirvəsi sayılacaq dərəcədədir. Sözügedən həmin addım dedikdə dövlət dilimizin Azərbaycan dili olaraq qəbul edilməsini nəzərdə tuturam. Belə ki, get-gedə işğalçı planlarını daha da genişləndirən SSRİ hökuməti vahid torpaq siyasəti yürütdüyü kimi vahid dil siyasəti də yürütməyə davam edirdi. Nəticədə Avropanın ortasından başlayıb Uzaq Şərqə qədər uzanan işğal torpaqlarında yaşayan, rusları azlıqda qoyan neçə-neçə millət, etnik qrup və etnos öz dilini unudacaq, rus dilini danışacaqdı. Bizim Azərbaycanımızın 50 ildən çox bir müddətdə dövlət dili rus dili olmuşdu. Beləliklə, indi danışığımızda hiss olunan rus sözləri dilimizə bu yolla daxil olmuş, soxulmuşdu. Bu işğalçı islahat ən çox bizə təsir etdi. Lakin ana dilimizi unutmadıq və unutdura bilmədilər. Çünki Heydər Əliyev kimi bir liderimiz var idi. O, ölkəyə rəhbərlik etdiyi dövrdə dilimizin yayılmasına və inkişaf etməsinə daha çox diqqət, vaxt ayırdı. SSRİ Konstitusiyasında artıq tanınmayan qeyri-rus dilləri ilə bağlı olan maddələr Ulu öndərimizi çox narahat etdi. O, bununla bağlı illərini, aylarını, həftələrini, gecə-gündüzlərini sərf etdi, o vaxtkı dövlət, hökümət başçıları, partiyanın ali rəhbərləri ilə müzakirələr apardı və qəti şəkildə bununla mübarizə aparacağını açıq bildirdi. Nəticədə, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası yeniləndi və həmin Konstitusiyanın 73-cü maddəsinə sırf Heydər Əliyevin təşəbbüsü və kəskin iradə göstərməsi sayəsində belə bir dəyişiklik olundu: “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”. Beləliklə, yadelli işğalçılar nə olursa olsun, bizə və Ulu öndərimizə hələ imperiya dövlətinin və siyasi rəhbərlərinin çox güclü, amansız olduqları bir dövrdə belə təsir göstərə bilmədilər, Ulu öndərimizin əsaslı tələbləri qarşısında susdular. Dilimiz öz möhkəmliyini sırf Ulu öndərimizin səyi, bacarığı, mətinliyi, qəhrəmanlığı sayəsində qoruyub saxlaya bildi və əsas qanunla qanuniləşdirildi. Heydər Əliyev Azərbaycanının dayağı olduğu kimi onun dilinin də dayağı idi!
Aradan uzun illər keçdi, vətənimizin başı üzərindən çox cənub, şimal, qərb küləkləri əsdi. Yenə də vətənimiz təhlükə qarşısında idi, insanlar ümidsizlik yükü ilə yüklənmişdilər. Təqvimlər 15 iyun 1993-cü il tarixini göstərirdi. Bu dəfə Azərbaycanımızın bir parçası olan, başçısı olduğu gözəl diyarımız Naxçıvanı xilas etdiyi kimi heç tərəddüd etmədən, çəkinmədən, heç bir qorxunu, ölüm təhlükəsini göz önünə almadan Azərbaycanını da xaosdan xilas etməyi özü üçün ən müqəddəs vəzifə bilən Ulu öndər Heydər Əliyev doğma vətəninin paytaxtına qayıtdı. Xalqın gözündə tək xilaskar olan Ulu öndərimiz həmin il yekdilliklə dövlətimizin prezidenti seçildi. İkinci dəfə doğma yurduna sədaqətlə xidmət edən böyük şəxsiyyət olan Heydər Əliyev müstəqilliyimizdən sonra da dilimizin sadiq keşikçisi olduğunu göstərdi, dövlət dilinin yenidən Azərbaycan dili olduğunu təsdiqlədi. O, 1995-ci ilin 12 noyabr tarixində yekdilliklə qəbul edilən, özünün memarı olduğu yeni Konstitusiyamızda da bunu bir daha təsdiqlədi. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. O, müstəqillik dövründə ən böyük addımlardan birini 2001-ci ildə atdı. 1 avqust tarixini “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan etdi. Onun bu addımından sonra hər il 1 avqust tarixi əlamətdarlıq qazandı, hər kəsin sevincli bir günü, dil bayramı oldu. Ulu öndərimiz kağız üzərində qalan əlifba dəyişikliyini reallaşdırdı. Beləliklə, 70 ilə qədər yadelli əlifbasında yazıb-oxuyan körpələr bundan sonra latın qrafikasında yazıb-oxuyacaqdılar. Ulu öndərimiz həmişə olduğu kimi bu dəfə də ana dilimizin saflaşdırılmasına və yad sözlərdən təmizlənməsinə xüsusi diqqət ayırırdı.
Ulu öndərimiz ömrünün sonuna qədər Azərbaycana sadiq qaldığı kimi onun dilinə də sadiq qaldı. Vətənimizin xilaskarı onun dilini də xilas etdi! “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını söylədi və bunu əməlində də sübut etdi!
Ulu öndərimiz heç bir zaman unudulmayacaq və unutdurulmayacaqdır!
Məqaləmi 11 dekabr 2016-cı ildə Ulu öndərimizə həsr etdiyim və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuş “Ulu öndərimiz” adlı şeirimlə bitirmək istəyirəm.
ULU ÖNDƏRİMİZ
Əziz Ulu öndərim,
Bu gün ruhun şad olsun.
Sənə sadiq olana,
Ürəkdən salam olsun.
* * *
Sən etdin ölkəmizi,
Gözəl,qəşəng gülüstan.
Səndən qorxdu,çəkindi,
O mənfur ermənistan.
* * *
Sən gəldin,oldu bayram,
Pislər bir başa getdi.
Sənin gözəl yolunu,
İlhamın davam etdi.
* * *
Azərbaycanlıları,
Hər yerdə birləşdirdin.
Ordunu gücləndirdin,
Məkkəyə belə getdin.
* * *
Sən bu gün olmasan da,
Əsərlərin yaşayır.
Həm çiçəkləndirdiyin,
Azərbaycan yaşayır.

Müəllif: Sevindik NƏSİBOĞLU

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

HEYDƏR ƏLİYEV 100

HEYDƏR ƏLİYEV İLİ


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD MƏRZİLİ. HEYDƏR BABA.

HEYDƏR ƏLİYEV İLİ

HEYDƏR BABA
(Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə)
Vətən üçün gecə — gündüz çalışdın,
Heydər baba, əbədisən, əbədi.
Günəş kimi şölə saçdın, alışdın,
Heydər baba, əbədisən, əbədi.
* * *
Ömrün boyu hey düşmüsən oda sən,
Arxalandın qeyrətə sən, ada sən.
Zaman — zaman düşəcəksən yada sən,
Heydər baba, əbədisən, əbədi.
* * *
Səni Babək, Şah İsmayıl sanmışam,
Vəfat günü ağlamışam, yanmışam.
Xatirəni ehtiramla anmışam,
Heydər baba, əbədisən, əbədi.
* * *
Qəlbimizdə qalacaqsan əbədi,
Şölə saçan bir ocaqsan əbədi.
Sənin qəbrin qibləgahdı, Kəbədi,
Heydər baba, əbədisən, əbədi!

Müəllif: Məmməd MƏRZİLİ

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

HEYDƏR ƏLİYEV 100

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR. LƏTAFƏT BEYBUTOVA.

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

HEYDƏR ƏLİYEV SİYASƏTİNDƏ İNCƏ MƏQAMLAR

(Azərbaycanlıların soyqırımlarına verdiyi hüquqi-siyasi qiymət)

Azərbaycan tarixinin  Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və  möhtəşəm   quruculuq  dövrüdür. Onun  rəhbərliyi  altında  əldə  olunan   uğurların ən mühümü  məhz qurub yaratdığı  müstəqil  Azərbaycan dövlətidir. Azərbaycanda  dövlət  quruculuğu dövlətçilik,  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılması,  iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlərin  qazanılması, coşqun  bir  tərəqqi  dövrü  məhz  Heydər  Əliyevin   uzaqgörən,  qətiyyətli  siyasəti   nəticəsində   yaşanmışdır. 

Ötən əsrin 90-cı ilin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini  itirmək  təhlükəsindən  xilas  edərək dövlətin dayanıqlı siyasi və  iqtisadi  inkişaf  yolunu  müəyyən  etmişdir. 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini  yaratmaq  imkanını  əldə  etməsi məhz  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa  qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl  qiymətini  alırdı.  Azərbaycan və ümumən Qafqazın  tarixinin  təhrif  olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  “Böyük  Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni   qəsbkarları  1905-1907-ci illərdə azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş miqyaslı qanlı aksiyalar  həyata  keçirdilər.  1918-ci ilin mart  ayından etibarən əks-inqilabçı  ünsürlərlə   mübarizə şüarı altında Bakı  Kommunası tərəfindən  ümumən   Bakı  quberniyasını  azərbaycanlılardan   təmizləmək  məqsədi  güdən  mənfur  plan  həyata  keçirilməyə  başlandı.  Böyük  dövlətlərin  yeritdikləri  imperiya  siyasətinin  icraçısı olan  ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti  yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı  milli  mənsubiyyətinə  görə  məhv  edilərək  öz ata-baba  yurdlarından  didərgin salınmışdır.  Azərbaycanın qədim  yaşayış  məskənləri xarabalığa  çevrilmişdir. Sonralar  tarixi dovr 30-cu illərin  ağir  represiyaları  ilə  müşayət  olunaraq  Azərbaycanin ziyalı genofondunun  məhvinə  nail  olunmuş,  bunun  ardınca 1948-53-cü illər  azərbaycanlıların   kütləvi  deportasiya dalğası, 80-ci illərdən başlayaraq   Dağlıq   Qarabağ  probleminin  yenidən  süni  şəkildə  qızışdırılması,  1990-cı il  20  yanvar  faciəsi  və  1992-ci il Xocalı  soyqırımı  demək olar ki,  bu faciələrin  pik nöqtəsi oldu. 

 Heydər Əliyevin  keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində  qərarları və  deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümumilli  matəm  günü  kimi  qeyd edilib. Əslində bu,  azərbaycanlılara  qarşı törədilən  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi  qiymət vermək cəhdi  idi. Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan  Respublikası  bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı   hadisələrinə  siyasi qiymət  vermək  borcunu tarixin  hökmü   kimi  qəbul  edir.  Məhz bütün bunları  nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı  Azərbaycanlıların  Soyqırımı günü” kimi qeyd  edilməsi haqqında fərman imzalamışdır.  Fərman  imzalandığı  vaxtdan  hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı  qurbanlarının  xatirəsi ehtiramla anılır.  Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş  etdirən  xalqımız  əmindir  ki, əsası ulu öndərimiz  Heydər Əliyev tərəfindən  yaradılan müstəqil dövlətimizin  inkişafı  etibarlı əllərdədir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BUDAQ TƏHMƏZ. HEYDƏR BİR GÜNƏŞDİR.

HEYDƏR ƏLİYEV 100

HEYDƏR BİR GÜNƏŞDİR
İlhamım İlhamla gəlibdir dilə,
Könlüm salam verir çiçəyə, gülə.
Deyirəm bu sözü, qoy düşsün dilə,
Heydər bir Günəşdir, o, sönə bilməz,
Uca zirvələrdən o, enə bilməz.
***
Pakdır, müqəddəsdir qəlbi, vicdanı.
Vətən qeyrətilə qaynadı qanı,
Apardı irəli Azərbaycanı,
Heydər bir günəşdir, o, sönə bilməz,
Uca zirvələrdən o, enə bilməz.
***
Deməyin ölübdü, yaşayır Heydər,
Hər il cavanlaşır gələndə bahar,
Bütün qitələdə adı-sanı var,
Heydər bir Günəşdir, o, sönə bilməz.
Uca zirvələrdən o, enə bilməz.
***
Budaq Təhməz, haqqı yaşat həyatda,
Dahilərin adı yaşar həyatda,
Bir möcüzə, bir hikmət var bu adda,
Heydər bir Günəşdir, o, sönə bilməz.
Uca zirvələrdən o, enə bilməz.

ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ
Qoymadı tökülə millətin qanı,
Qorudu, saxladı Azərbaycanı,
Gəzdi qitələri, gəzdi dünyanı,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
“Ümid körpüsü”dür gözlərin nuru,
Orda qərar tutub Heydər qüruru,
Nura qərq elədi qədim Şəruru,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər an qalib çıxdı siyasətində,
Milləti qoymadı darda, çətində,
Vətəni yaşatdı öz qeyrətində,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Onun əsəridir Bakı–Ceyhanım,
“Qara qızıl” verən Azərbaycanım,
Sabaha inamla qaynayır qanım,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər yerdə Heydərin izi görünür,
Söhbəti görünür, sözü görünür,
Hər kənddə, şəhərdə özü görünür,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Mən Budaq Təhməzəm, yazan əlim var,
Xoşbəxtəm, müstəqil, azad elim var,
Üçrəngli bayrağım, ana dilim var,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!

GƏLİN SADƏCƏ EDƏK
Heydər! Azərbaycan! Qoşadır bu ad,
İlhamım bu adla açır qol-qanad,
Azad yaşayanda gözəldir həyat,
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.
***
Heydər qeyrət nuru! Tayı tapılmaz,
Belə şəxsiyyətlər yaranır az-az,
Bunu dərk eyləməz hər ağlı dayaz
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.
***
İyirminci əsrin siyasət şahı,
Dar gündə xalqının oldu pənahı,
Nəydi şəhidlərin, nəydi günahı?
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.
***
Heydər baba ərənlərdən ərəndi,
Budaq Təhməz bu dünyanı görəndi.
Vətən üçün canın qurban verəndi,
Yurdumuz görməsin bir də qan-qada,
Gəlin səcdə edək bu ülvi ada.

HEYDƏR EŞQİNƏ
İlhamım söz üstə coşubdur yenə,
Heyranam Vətənin gözəlliyinə,
Deyirəm bu sözü mən dönə-dönə,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydar eşqinə.
***
Poladdan mətindir Heydər inamı,
Qəlblərdə yaşadır Heydəri hamı,
Odur xilas edən Azərbaycanı,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydər eşqinə
***
Dünyaya səs salıb əməllərimiz,
Bu gün Avropadan gəlir səsimiz,
Gedirik inamla gələcəyə biz,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydər eşqinə
***
Müqəddəs kəlamdı Heydərin sözü,
Zirvədən-zirvəyə səslədi bizi,
Bizə tanıtdırdı tariximizi,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydar eşqinə.
***
Man Budaq Təhməzəm qələm əlimdə,
Müstəqil dövlətim, doğma elimdə,
Şeirimi yazıram ana dilimdə,
Alqış bu dövrana, alqış bu günə
Yaradıb qururuq Heydər eşqinə.

Müəllif: Budaq TƏHMƏZ

HEYDƏR ƏLİYEV 100

BUDAQ TƏHMƏZİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD MƏRZİLİ. HEYDƏR BABA.

HEYDƏR ƏLİYEV 100

Yazarların “Qonorarlı yazı” rubrikası

Layihənin adı:

“QONORARLI YAZI” RUBRİKASI

Məqsədi:

Aktual mövzulara diqqət çəkmək, yazarlara mümkün olduğu qədər dəstək olmaq, yaradıcı qələm adamlarına (qələmdarlara) stimul vermək.

Mövzular:

  1. “Heydər Əliyev – 100” (01.01.-01.12.2023)
  2. “Rəşad Məcid – 60” (01.05.2023 – 01.05.2024)
  3. “Zaur Ustac – 50” (01.01.-31.12.2024)

Layihə  Zaur USTAC tərəfindən aparılır.

Müddəti:

01.01. 2023 – Müddətsiz.

Qeyd:

Vaxtaşırı yeni mövzular əlavə edilir: >>> MÖVZULAR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Budaq Təhməz. Ölməyib, yaşayır Heydər əbədi!

HEYDƏR ƏLİYEV 100

ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ
Qoymadı tökülə millətin qanı,
Qorudu, saxladı Azərbaycanı,
Gəzdi qitələri, gəzdi dünyanı,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
“Ümid körpüsü”dür gözlərin nuru,
Orda qərar tutub Heydər qüruru,
Nura qərq elədi qədim Şəruru,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər an qalib çıxdı siyasətində,
Milləti qoymadı darda, çətində,
Vətəni yaşatdı öz qeyrətində,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Onun əsəridir Bakı – Ceyhanım,
“Qara qızıl” verən Azərbaycanım,
Sabaha inamla qaynayır qanım,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Hər yerdə Heydərin izi görünür,
Söhbəti görünür, sözü görünür,
Hər kənddə, şəhərdə özü görünür,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
* * *
Mən Budaq Təhməzəm, yazan əlim var,
Xoşbəxtəm, müstəqil, azad elim var,
Üçrəngli bayrağım, ana dilim var,
Ucalır hər yerdə Heydər məbədi,
Ölməyib, yaşayır Heydər əbədi!
13.10.2004.

Müəllif: Budaq TƏHMƏZ

HEYDƏR ƏLİYEV 100

BUDAQ TƏHMƏZİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru