Ey sərvi-səhi, sen gələli seyr ilə bağə Sər çəkmədi ər-ər, Çox alinəsebler özünü saldı əyağə, Qul oldu sənubər. Sünbül özünü zülfunə bənzətdi nigann Gördü ki, xetadır, Dağlarda bitər yüzi qara, başi aşağə, Qayqulu, mükoddər. Şol xalın içün zülfünə çoxlar dolaşıbdır, … Ancaq məni bilmən, Bir danə pərvanə içün gör neçə quş düşdü duzağə, Ram oldu müsəxxer. Ey ruzi-qiyamət gününə münkir olanlar, Dilbər geder oldu. Eşitməmisən suri-rəvani çalındı qulağe, Qopdu mənə meşhər. Ey nuri-təcəlla günəşi perde yüzündən, Bir ğecə götürsen, Pərvanə kimi özü yane şəmü çirağə, Göylərdəki extər. Sən tək pərinin menzili viranə gerəkdir, Ya çeşmələr üstü. Könlüm təki virane, gözüm təki bulağe, Gəl hey peri peyker. Bir badə şərab istedim ol safi ləbindən, Sərxoşdumu bilmen, Çeşmin məni öldürməyə yapışdı biçağə, Çekdi mənə xəncər. Zülfun sandan könlümə sevda yeli əsdi, Reyhanmıdı bilmən, Xansı çiçəyin qoxusudur doldu dimağə, Can oldu müəttər. Dünyadan əgər Fəzli gözü sayğulu getse, Yüzin hevəsinden, Rəhmət yağışı toıpağının üstünə yağə, Qəbri ola ənvər.
Səbrim tükəndi, möhnətə qatlana bilməzəm Su başdan aşdı, eşq oduna yanə bilməzəm. * * * Sən sərv boylu dilbəri tərk etməzəm əgər, Ömrüm budağı cövr ilə utana bilməzəm. * * * Yarın başına ay ilə gün peykə çevrilir Ol şəmə məndən özgə pərvanə bilməzəm. * * * Aləm bilir ki, şol sənəmi sevmişəm, rəqib, Başım gedərsə mən bu işi danə bilməzəm. * * * Vergil bu Fəzli kamına, fərdaya qoymagil, Yoxdur vəfası ömrümün, inana bilməzəm
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya elmləri doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.
Fəzli Kərbəlada doğulub, mədrəsə təhsili görüb, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazıb. Lakin şairin divanı bizə gəlib çatmayıb. Müasirləri onun müəmma janrında şeirlər yazdığını, mənzum tarix söylədiyini bildiriblər.
Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır.
Dünyadə gözəllər dəvasın qılan Degil, ona necə yar olmaq gərək? Xülqi-xoyi mələk, sureti insan Şəkər sözlü, şirinkar olmaq gərək. * * * Sürahi gerdənli, Iəbləri qönçə, Sedr vaseh ola, ol beli incə. Miyanə boy ola, dalsı kənəkcə Ol püstə dəhanı dar olmaq gərək. * * * Qırmızısı qırmızı, ağa tay ola, Göz qarası qara, qaşı yay ola, Gül yanağı bədirlənmiş ay ola, Sinəsində qoşa nar olmaq gərək. * * * Gözləri nərgis tək şöləvar ola, Müjkanlan çöhrəsində xar ola, Alıcı tərlantək səbükbar ola, Mərifətdən xəbərdar olmaq gərək. * * * On beş yaşlı ola, miyanə boylu, Çox lağər olmaya, qucağa dolu, Qolu uzun, ağ əlləri hənalı Sinəsi həm tazə qar olmaq gərək. * * * Xoş ona kim, ola bir belə yan, Heç kimin yox, men tək olubdur zan. Fəzliya, sən çağır ulu cabban, Sənə məhşər günü yar olmaq gərək.
HƏSRƏT OÇAĞI Yandırmışam həsrətimin ocağın, Gözünə bir hicran daşı qoymuşam. Yağışı qorxudub göz yaşlarımla, Buludları pərən salıb qovmuşam. * * * Ürəyimin buz bağlayan yerindən, Bir tikə ət qoparmışam didmişəm. Qovurmuşam od üstündə eşqimi, Sənin üçün aş qarası etmişəm. * * * Məzə acan şərab da var süfrəmdə, Buz badəni düz qəlbimə bükmüşəm. Bir sərcəni öldürmüşəm səninçün, Göz yaşını şərabına tökmüşəm. * * * Ürəyində neçə tufan qopsada, Bir qəh-qəhə boğazımda qəhərdi . Mənim üçün həyat eşqin badəsi, Dünya özü qəlbim boyda şəhərdi.
VAXTINDA De hardan alım mən o dəli eşqi, Sevgi məhəbbətin kasıb vaxtında. Mənin qismətimə düşən sevdanı, Fələk edam edib, asıb vaxtında. * * * Fələk barışmadı əzəldən mənlə, Oynadı saçımda boylanan dənlə, Ömür yollarıma ələnən çənlə , Fələyin kor yeli əsib vaxtında . * * * Qismətim əzəldən məni sevmədi, Dərdimi ağrımı görə bilmədi, Həsrətdən savayı heç nə vermədi, Eşqimi bağrına basıb vaxtında. * * * Nə bəxtdən yaradım, nə də həyatdan, Keçdi ömür yolum alovdan-oddan, Görünür ilk gündən çıxarıb yaddan, Allah əlacımı kəsib vaxtında.
FƏRYAD Bu yalqız həsrətim fəryad qoparıb, Titrəmə salıbdı canıma mənim. Elə bir xəstəlik heç kimdə yoxdur, Axı hardan düşüb qanıma mənim. * * * Damarımda yalquzaqtək dolanıb, Ulayır içimdə sükutu pozur. Xatirəmi dolaq kimi dolayır, Bəzən də içimdə yolunu azır. * * * Hərdən elə nalə çəkir qəfildən, Özüm də özümdən hürküb qaçıram. Bəzən külək olub səfil gəzirəm, Bəzən yer üzündən qəfil uçuram. * * * Yenə baş qaldırıb bayquş həsrətim, Eyləyir qəlbimi hey oyum oyum. Nə qədər özüylə can aparmayıb, Aparım yanına yağ çorək qoyum.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!