Əgər yolun düşsə bizim dağlara, Bağrı köz lalədən bir xəbər götür. Həsrətdən tər çələng düzüm dağlara, Axşamı dan eylə, dur səhər götür. >>>> — <<<< Nəfəsimlə oxşa Xustubun başın, Ara qayasında dözümün daşın! Yaşıl yaylaqlara, gözümün yaşın, Şehi qurumamış, min kəhər, götür. >>>> — <<<< Dinlə şırıltısın buz bulaqların, Toxunsun gözünə qız dodaqların, Allansın mehinə gül yanaqların, Kövrəl, xəyala dal, dön, qəhər götür. >>>> — <<<< Çaqqal yuva salmış Qurd yerlərinə, Qovub, qovalayıb dürt yerlərinə, Viranə, talanmış yurd yerlərinə, Dönəndə qayğısız bir şəhər götür. >>>> — <<<< Göy səma üç rəngli bayrağa dəysin, Buludlar önündə başını əysin, Çəmənlər yamyaşıl donunu geysin, Sevgi ver, eşq adlı bar, bəhər götür. >>>> — <<<< Lalə, bu naməni düz Pərvanəyə, Əhdinə, andına düz Pərvanəyə, Al çapar, al götür düz, Pərvanəyə! Zəngəzur elindən bir səfər götür! 05. 04. 2021.
Mənbə: Əliqulu Qəmküsar “Seçilmiş Əsərləri” AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI Bakı – 1959, səh. 97 – 99. Kitab şair-publisist Zaur Ustacın şəxsi kitabxanasında QF – N 0001(Qızıl Fond) qorunur.
ŞƏKİL ÇƏKİRƏM Mən də bir cürə şairəm. “Ah”la şəkil çəkirəm. İnanmırsan gəl otur Yoxla,şəkil çəkirəm.. **** Qoy qırağa kətanı, Gey ruhuna butanı. Ağrıyanda sağ yanım, “Sol”la şəkil çəkirəm. **** Bir az rəng qoy saçına, Həmrəng olsun acına. Bir söz qoy bəxt ucuna Yolla,şəkil çəkirəm… **** Hər yazılan söz deyil, Hər görənə göz deyəm!.. Min üzü var dözməyin Allah,şəkil çəkirəm… **** Çıx işıqlı talaya, Bax o müdrik qalaya. Öd yalaya-yalaya Odla şəkil çəkirəm! **** Buraxdım qəmi getdi, Azadlıq dəmi getdi.. Ürəyim məni satdı… Baxma şəkil çəkirəm…
KİMSƏSİZ ÇÖLLƏRDƏN FİT SƏSİ GƏLİR Duzu yuyulub getdi yağışla… Şitləşdi bu gecə. Əlinə alırsan sürüşüb düşür, Yemək istəyirsən çiydi bu gecə… **** Ruhumu ürpərdir qurd ulartısı, Yaxından,uzaqdan it səsi gəlir. Yanımdan sürünüb gedən qatarın, Kimsəsiz çöllərdən fit səsi gəlir. **** Dolanıb qayıdır üstümə gecə, Dayanıb elə bil qəsdimə gecə. Nəfəsim havada quş tək uçuşur, Bənzəyir yöndəmsiz bəstəyə gecə.. **** Allah,bu gecəyə yazığın gəlsin, Allah,bu gecənin üzünə xoş bax.. Uzat qollarını al qucağına, Bu dərdin içindən salamat çıxar.. **** Allah, mən kiməm ki,bir qarışqanın Ovcunun içinə batır bu gecə. Bir qadın ömrünü gorov götürüb, Bir şair başını qatır bu gecə…
HAVAYA OYNAYAN QADIN Ilahi,bir hava göndər, Havaya oynayır bu qadın. Yel vurur əsir ətəyi, Davaya oynayır bu qadın. **** Üzündən şəkli sürüşüb, Ayaqlarından yerişi. Ovcundan tikəsi düşüb, Bəbəklərindən baxışı.. **** İzn ver əlini tutsun, İzn ver oxşasın səni. O ki,çoxdan unudub Cavanlıq hikkəsinbi.. **** Soruş,adını da bilmir, Soruş,gör haçandan gülmür.. Soruş gör kim öldürüb axı, Qadınlar ölümlə ölmür..! **** Oxşa bəyaz tellərini, Bəlkə dərdi dağılar. Bir gün tapıb səadəti O yenidən doğular…
XATİRƏ AXTARIŞI Bu dünyada heç nə təzə qalmır.. Köhnəlir əyin-başın kimi görkəmin də.. İşıqlarını söndürüb enir yerə xəyalların, Dua kimi qalxır göyə ahın.. İçindən qurd tapırsan Bakirə arzuların… Tıxanır boğazına Bircə parça ümidin, nə uda,nə də tüpürə bilirsən.. Yoldan keçənlər baxıb elə köksünü ötürür. Yanır dəli qürurun.. Eşib kül topasını xatırə axtarırsan…
TAPMACA Məni bənd-bənd elə sonra Gəl aç tapmaca-tapmaca. Dər-divanə olan dərdə Əlac tapmaca-tapmaca. **** Külək yenə dən sovurur, Ruhu ruha tən sovurur. Yenə nə tapıb sevinir, Bu ac tapmaca,tapmaca.. **** Yeni-yeni divlər doğur, Söylə cırtdanlar qalırmı.. Şeytan gəlin aparırmı De heç tapmaca-tapmaca..? **** Son da sona çatmaq deyil, Sevmək,qəlbə yatmaq deyil?! Bu insan yaratmaq deyil- Allah,.. Tapmaca..,tapmaca…
OTURUM BİR ŞEİR YAZIM Əriyib axdı ağrılar, Qışa qələbə çaldı yaz.. Görüb cuşa gəldi könül. Naz üstünə qalandı naz- Oturum bir şeir yazım… **** Qayıdıb gəldi qaranquş, Sevindi yurdu,yuvası… Açıb sapsarı ağzını Görüm nə deyir balaquş..- Oturum bir şeir yazım.. **** Keçim şehli biçənəkdən, Ot üstə düşsün təzə iz. Tutsun tumurcuq-tumurcuq. Qoy çatlasın ürək söz-söz..- Oturum bir şeir yazım… **** Fəsillərin tacı bahar, Bayramların şahı Novruz. Çöldə utancaq Laləyə. Könül açsın sədəfli saz- Oturum bir şeir yazım.. **** Hələ əsirdi Qarabağ, Qan qoxur gülü-çiçəyi.. Qoy səngəri masam olsun Bir daşı altıma çəkim- Oturum bir şeir yazım… Oturum bir şeir yazım!
ƏN UZUN AYRILIQ ….Axır məni stacaq gözlərim.. Uzaqdan behişti vəd edən baxışların Cəhənnəm yağdırır indi… Surətin göy üzünün nəfəsini təntidir! ….Bilirsən,hələ də düşünürəm kədər ən böyük müəllimdir… Əminəm ki,ən uzun ayrılıqdır sevgi… Ən qısa yoludur məhəbbətin vüsal…
DÜNYA DAĞILA BİLƏR… Bir azca uzaq düşür, Dərdlər daşımır bizi. Gecənin bir aləmi Balaca komamıza Dərdlər ağappaq düşür.. **** Düşür dərdi dizəcən… Çatarammı yazacan? Boylanıb ulduzlara Indi ha say yüzəcən..- Yerə son yarpaq düşür!.. **** Yayda qar yağa bilər..! Gecə Gün doğa bilər..! Mininci mərtəbədən Atıb özünü yerə-… Dünya dağıla bilər… Amma, sappasağ düşür….
Adı ADPU-nun Filologiya fakültəsində Nizami Gəncəvi ili ilə bağlı onlayn tədbir keçirilib.
Aprel ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağıqızı Hüseynovanın təşkilatçılığı ilə 2021-ci il Nizami Gəncəvi ili ilə bağlı “Varsan, yoxdur sənin mislin dünyada, Özgə şey gətirməz aqillər yada… Nizami Gəncəvi” adlı onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov ilk olaraq qonaqları və tədbir iştirakçılarını salamladı. Filologiya fakültəsinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər keçirməsinin gözəl addım olduğunu vurğulayan professor Cəfər Cəfərov iştirakçıların tədbirdən mənəvi zövq alacaqlarına inamını ifadə etdi. Sonra söz tədbirin təşkilatçısı, Filologiya fakültəsinin dekanı, professor Mahirə Nağıqızı Hüseynovaya verildi. Professor Mahirə Hüseynova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il Sərəncamına uyğun olaraq ADPU-nun Filologiya fakültəsində silsilə tədbirlərin həyata keçiriləcəyini bildirərək qeyd etdi ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə fərqlənir. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq olub. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Professor Mahirə Hüseynova onu da qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın görkəmli simalarının irsinin öyrənilməsinə, tanıdılmasına dövlətimizin göstərdiyi xüsusi diqqət və qayğının əməli ifadəsidir. Bugünkü tədbirdə “Nizami Gəncəvi və din” mövzusunda maraqlı məruzə və çıxışların olacağını nəzərə çatdıran Mahirə Hüseynova sözü qonaqlara verdi. İlk məruzəçi din xadimi, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli “Nizami Gəncəvi və İslam dini” mövzusunda yaddaqalan məruzə etdi. Dahi sənətkarın əsərlərindən gətirilən nümunələrlə fikirlərini aydın izah edən ilahiyyatçı alim maraq doğuran fikirlər bildirdi. Fəlsəfə və Sosialogiya Akademiyasının rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun məruzəsi də dinləyicilər tərəfindən maraqla qarşılandı. Mail Yaqub Nizami Gəncəvinin bir çox misralarının geniş izahını verdi, Nizami dühasının sirli sətirlərini təhlil etdi. Sonra məruzə etmək üçün söz İlahiyyat İnstitutunun Dillər və ictimai elmlər kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İlkin Əlimuradova verildi. Nizami və sufizm mövzusunda əhatəli məruzə edən İlkin Əlimuradov Nizami Gəncəvidən gətirilən nümunələrlə bir çox məqamlara aydınlıq gətirərək məzmunlu məruzəsi ilə tədbir iştirakçılarının diqqətini çəkdi. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi kafedrasının baş müəllimi Əli Rzazadənin məruzəsi də maraqla qarşılandı. O, Nizami Gəncəvi “Xəmsə”sində dini kəlamların işlənmə xüsusiyyətləri və məqamları haqqında aydın izahlar verdi. Sonra çıxış üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dosenti Aygün Əlizadə verildi. Nizami Gəncəvi “Xəmsə”sində bir çox beytlərin təhlilini verən Aygün Əlizadə çıxışını slaydlarla daha da maraqlı etdi. Fars dilində yazılmış beytlərin ana dilimizdə tərcüməsini verərək tədbir iştirakçılarını Nizaminin söz səltənətinə kiçik səyahət etdirdi. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadənin çıxışı da böyük maraqla qarşılandı. Sonra ADPU-nun Filologiya fakültəsinin tələbə və magistləri məruzəçi və çıxışçılara suallar verdilər, dahi sənətkarın yaradıcılığı ilə bağlı onları maraqlandıran suallara əhatəli və qane edici cavablar aldılar.
TƏDBİRİN TƏŞKİLİ VƏ GEDİŞİNİ ƏKS ETDİRƏN FOTOLAR:
Daha sonra tədbirin bədii hissəsinə keçid oldu. Professor Mahirə Nağıqızı Hüseynovanın təşəbbüsü ilə Filologiya fakültəsinin nəzdində yaradılan “Meh” ədəbi dərnəyinin üzvləri dahi şairimiz Nizami Gəncəvinin söz xəzinəsindən biri-birindən gözəl şeirlər söylədilər, yaddaqalan çıxışlar etdilər. Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova tədbirə dəvətlərini qəbul edib gələn qonaqlara və “Meh” ədəbi dərnəyinin üzvlərinə təşəkkürünü bildirdi.
Gedim bir az ağlayım, Elə-belə… astaca. Ürəyimi gizlədim yastığımın altında. Pəncərəni açaraq Kövrəlmiş ürəyimi Bəlkə həyətə atım?! Həyatın ağuşuna?! Yox, yaxşısı budur ki, Gedim bir az ağlayım, Elə-belə… astaca. Kimsə duyuq düşməsin Kədərimdən, qəmimdən, Durub yol alım bağa Astaca ağlamağa… Götürüm ürəyimi Atım çoşan ümmana – Dalğaların qoynuna. Heç dinə də bilməsin – “Niyə sığmır sinəmə?” Gah tufan, gah da rüzgar Apardıqca uzağa… Yox! Yaxşısı budur ki, Qoy dirrikdə basdırım, Dirilib çiçək olsun. Ya da ki, bala tutum, Acısın unutdurum. Özümü aldatsam da, Qoy ruhu ovundurum, Acısın unutdurum. Ya dostları çağırım Axşam vaxtı mən şama – Şərab içək doyunca. Könlümü də versinlər, Büllur qabda ortaya, Dostlar ondan dadsınlar, Dadıb, gəlsinlər cana. Budur, orda uşaqlar Atılırlar-düşürlər, Bəlkə topları yoxdu? Qoy verim ürəyimi Qovsunlar yorulunca… Yox! Artıq kədərlənmək yox! Ürəyin dediyiylə Oturmaq yox, durmaq yox! Atım onu bazarda, Ya da sizə verəcəm, Elə-belə, bədava. Gecənin sükutunda Ürəyimlə tənhayam. Yağış yağır, islanır Çətir tutmuram ona Qoy incisin… Nə qədər oyun açıb başıma… Hərdən üsyana qalxıb Həm Günəşə, həm Aya Hayqırıram: “Götürün, Verdim onu Allaha!” Amma qərar vermədim, Neyçin qərar vermədim, Bu geniş ürəyimi Sənə bağışlamağa?!
RƏMİŞƏ Çox-çox uzaqda buludlu, buludsuz səmanın altda baş əydiyimiz baş, baş əyib, sarılıb gitaraya. Nəsə pıçıldayır pərdələrdə gəzə MÖCÜZƏ BARMAQLARA. O da salıb ardınca aparır bizi anlatmaq istədiyi müqəddəs aləmə sarı. Anlamarıq, sevərik, sevgidən ağlarıq. Ağlat bizi Rəmiş, ağlat. Özüm-özümü ağlada bilmirəm içimdəki ağrılara. Məni boğan hıçqırtıları hönkürtülərə çevir, boğuluram. Gör nə qədər yol gəlmişəm… Ağlat məni – baxım ağlayım, eşidim ağlayım, udum ağlayım – doyum. Doya bilmirəm, nə sənli musiqidən, nə belə ağlamaqdan. Muzeylik barmaqlarınçün çox gələcəyik dalınca. Nə vaxtadək döyüb ağladacaqlar. Düz, sən ağlat bizi. Ağlat. 26.02.2002. Müəllif: Rəfail Tağızadə
Память о Захре… За что тебя, скажи, убили? В 2 года! В чем твоя вина? И унесут навек в могиле Ту, кто недавно рождена! Возможно, ты любила горы, По травке бегала босой… Кто стер с земли моей узоры, Окутав сердце в дикий зной? Скажи, купалась ли ты в море И видела ль летящих птиц? Кто внес к нам в дом такое горе И слез несчитанных страниц?!_ Они стреляли темной силой С усмешкой страшной на устах, А ты во сне такой красивой Ушла, прости меня, Аллах! Сжимает боль так тяжко сердце, И эту боль не исцелить! За что убили вы младенца? И как теперь вам с этим жить? Прости, что я тебя не знала! Прости, что плачет вся страна… По жизни ты не зашагала, И ангелом от нас ушла! За что тебя, скажи, убили? И как ответит тот злодей? Цветы завянут на могиле… Столь маленькой – ребенок в ней!
Niyə öldürdülər, de, səni axı? O körpə canına necə qıydılar? İki yaşlı qızın nəymiş günahı – Aparıb soyuq bir qəbrə qoydular! Dağları, düzləri sevirdin yəqin, Qaçırdın otluqda ayağıyalın… Zərif izlərini kim sildi sənin – O hansı cəlladdı, o hansı zalım?!_ Heç mavi dənizdə çimmişdinmi sən, Durub baxmışdınmı uçan quşlara? İndi hara qaçaq dərdin əlindən, Kim bizi qərq etdi göz yaşlarına? Cəllad gülüşüylə durub, yaxından Tutdular gülləyə, qurşuna səni; Sənsə köçüb getdin şirin yuxuda… İlahi, sən özün bağışla məni! Sıxır ürəyimi, sıxır bu ağrı – Bu yara heç zaman sağalan deyil! Nədən o körpəyə qıydınız axı? Axı neyləmişdi sizə o tifil? Bağışla məni ki, deyildik tanış! İndi bütün ölkə yas tutub sənə… Həyat yollarında addım atmamış Uçdun mələk kimi uca göylərə! Niyə öldürdülər, de, səni axı? Nə cavab verəcək zalım, nə üzlə? Solan çiçəklərin nədir günahı O bircə qarışlıq məzarın üstdə…