Etiket arxivi: Qısa hekayə

Ayaz İmranoğlu – Şəkil

ŞƏKİL
(hekayə)
Kənddəki evimizin suvağı vurulsa da rənglənnməmışdi. Özümə bir stol düzəltmişdim. Üzü divara oturub o stolda kitab oxuyur, yazı yazırdım. Hərdən divara baxanda, ordakı qaranlığı görəndə sanırdım ki, dünyanın sonudur. Bir gün hardansa bir rəngli şəkil tapıb divara yapışdırdım. Təbiət mənzərəsi idi. O şəkil mənə inandırdı ki, dünya gözəl, çox gözəldir.

AYAZ İMRANOĞLU HƏFTƏSİ

Müəllif: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLUNUN YAZILARI

ELUCA ATALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Coşqun Xəliloğlu – AD, YOXSA SOYAD?

AD, YOXSA SOYAD?
(qısa hekayə)
Şöbəmizdə tez-tez maraqlı hadisələr baş verir. Bu gün də belə oldu. İşə təzəcə başlamışdıq. Teiefon zəng çaldı. Əlizadə telefonun dəstəyini qaldırdı. Zəng edənin səsini yaxşı eşitməsəm də, başa düşdüm ki, onların söhbəti təxminən bu məzmundadır:
-Bəli, eşidirəm..
-Kimdir, danışan?
-Əlizadə.
-Mənə Ağayev lazımdı.
-Bəli, Ağayevdi.
-Ə…Bayaqdan deyirdin, Əlizadədir, indi deyirsən, Ağayevdir.
-Əlizadə adımdır, Ağayev soyadımdır.
-Qəribə adınız var e, lap soyada oxşayır.
-Bağışlayın,Siz kimsiniz?
-Babalı.
-Adınız nədir?
-Dedim, Babalı.
-Bəs, soyadınız?
-Soyadım Aslandır.
-Sizin də qəribə soyadınız var, lap ada oxşayır.Üstəlik adınız da elə bil soyaddır.
Birdən Əlizadə gülməyə başladı. Telefonun o biri başından da gülüş səsi gəlirdi.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I