Saat əqrəbini dayandırmışam Görəsən zaman keçir ya durub? Zəngli saatı da səhərə qurdum Çalmadı… Görəsən səhər açılıb? İndi heç bilmirəm saat neçədi? Günəş doğulubmu? Ay batıbdımı? İçimdə yığılan o xatirələr Görən oyaqdımı? Yoxsa yatıbmı?… Daha saniyələr “çık-çık” eləmir Daha ürəyim də vurmur deyəsən Bütün ömrüm boyu onu gözlədim Gəlmirsə deməli sevmir deyəsən…
Mən də cavan idim Nə tez qocaldım Məni qocaldanlar utanmadımı? Mən çiçək kimiydim, mən gül kimiydim Məni solduranlar utanmadımı? Mən günəş kimiydim, Şəfəq saçardım Mən bulud kimiydim dolub qaçardım Mən ulduz kimiydim göyün üzünə Gecə düşən kimi səpələnərdim Mən səma kimiydim mavili, ağlı… Mən necə gözəldim, necə ağıllı. İçimdə bağ saldı qaranquşlar da İçimdə uçuşdu kəpənəklər də Qəlbimi buz edib, soyuqlatdılar Məni daş edənlər utanmadımı? İndi cavanlığım qalıb arxada, Daha dalaşmadım, susdum axırda Barışdım taleyin oyunu ilə… Ömürdü də… Keçdi, getdi. İndi geriyə baxanda Yadımda düşür Gələcəyə ha boylansam Ümidlərim o vaxtdadı… Bilirəm qayıdan deyil O yaz ətirli günlərim. Mən ki bu dünyada doğan Günəşdim Məni söndürənlər utanmadımı?
Nənəm Pürzə Ziyad qızı Babayevaya İthaf (Ölümündən sonra)
Nur üzlüm, bu soyuqda, bu yağışda necə getdin, əyni nazik, üşümədin? Sənki üşüyən idin. Torpaq isidirmi barı? Düzünü de, Sən ki yalan danışmazdın. Susma, danış, qayıt, Denən zarafatdı, qoy aldanaq bu dəfə… Gedəcəkdin, 9 gündür çırpınırdı o balaca ürəyin Az qalırdı qopa. O günlərinin şahidi olmaq da var imiş həyatda. Hərdən incitdim səni, Hərdən gəlmədim yanına Bir az ev, bir az iş, bir az Günəş… Qızım Günəş Sənin ən sevdiyin qızım. Son günlərində səni güldürən… Saçına sağal çəkib “nənə of” deyən İki yaşlı qızım. İndi iki gündür yoxsan, Qızım səni soruşur,
-“Ana, gedək nənəyə” Mən indi görürəm ki, Məndən də çox qızım sevdi səni. Böyüdükcə danışacam, Sənli xatirələri Böyüdükcə deyəcəm Sənə ana dediyimi. Qoy xatirin xoş olsun. Ana nənəm, xanım anam, Əbədi yatdın artıq, Qoy yuxun şirin olsun… Bəlkə biz yaxşı baxmadıq, Torpaq səni qorusun. Nə yağış toxunsun, nə soyuq dolsun.
Bu gün bir qərar aldım Çıxıb gedirəm səndən Nə ah çəkəcəm daha Nə ağlayacam gendən… Qamətim əyilməyib Kefim də pozulmayıb Xəyanət də etmədim Gülə -gülə gedirəm… Bilirəm ki, getdiyim Yollar güldür, çiçəkdir… Məhəbbət, sevda yolu Qəlbimdən keçəcəkdir.
Günəbaxan
Üzü dönük qalmışdı O gecə gün batanda Boynu bükük olmuşdu O gün günəbaxan da …
Üzünə həsrət qaldı Günəş doğa bilmirdi Aya şikayət etdi O gecə ay doğanda
Gör nə qədər qəlbləri Qırmışdı nurlu Günəş Küsdürmüşdü onları Sındırmışdı onları…
Ay da bilmir neyləsin Milyon dərdi dinləsin Günəbaxan gün görəndə Getsin o gün gəlməsin.