Etiket arxivi: Səlim Babullaoğlu ilə görüş

“Zəfərin şəhəri – Şuşaya salam!” mövzusunda Xəzər Universitetində tədbir keçirilib

“Zəfərin şəhəri – Şuşaya salam!” mövzusunda Xəzər Universitetində tədbir keçirilib
               3 noyabr 2026-cı ildə Xəzər Universitetinin Nərimanov korpusunda, Lalə salonunda Zəfər Gününə həsr olunmuş “Zəfərin şəhəri-Şuşaya salam!” adlı tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu olub.
             Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova giriş sözü ilə çıxış edib. O, Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli birlik və həmrəyliyin təcəssümü olan bu tarixi qələbənin mənəvi dəyərindən bəhs edib. Çıxışında vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini vurğulayan Dilbər Zeynalova onların əziz xatirəsinin daim yaşadılacağını qeyd edib. Daha sonra şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
                Ardınca AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu “Şuşaya salam” layihəsinin yaranma tarixçəsi, ideyası və həyata keçirilmə məqsədləri barədə danışıb. O, layihənin Şuşanın zəfərdən sonrakı mənəvi və mədəni simasının beynəlxalq ədəbi müstəvidə tanıdılmasına xidmət etdiyini bildirib. Layihə çərçivəsində dünyanın 30 ölkəsindən 44 şairin Şuşa haqqında şeirlər səsləndirməsi onun beynəlxalq miqyasını və ədəbiyyat vasitəsilə xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir.
           Tədbir zamanı layihədə iştirak edən beş şairin Şuşaya həsr olunmuş şeirlərinin videogörüntüləri təqdim edilib. Bununla yanaşı, layihənin ideya müəllifi Səlim Babullaoğlu bəzi şeirləri özü səsləndirərək iştirakçılara poetik nümunələrin bədii-estetik məzmununu çatdırıb. Şeir təqdimatları Şuşanın tarixi, mədəni irsi və zəfərdən doğan mənəvi duyğuların ədəbi ifadəsi baxımından xüsusi maraq doğurub.
              Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli də çıxış ediblər. Natiqlər “Şuşaya salam” layihəsinin ədəbi və mədəni əhəmiyyətindən, haqlı zəfərimizin dünyada tanıdılmasına verdiyi töhfədən, eləcə də Zəfər Gününün mahiyyətinin bədii yaradıcılıq vasitəsilə gələcək nəsillərə çatdırılmasındakı rolundan bəhs ediblər.
        Tədbirdə Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit, şair və “Yazarlar” jurnalının Təltif Komissiyasının sədri Zaur Ustac da çıxış edib. O, Azərbaycanın Zəfər tarixinin xalqın yaddaşında və ədəbiyyatında xüsusi yer tutduğunu qeyd edərək qələbənin mənəvi ruhunu əks etdirən şeirini səsləndirib.
           Tədbirin sonunda Zaur Ustac “Yazarlar” jurnalının “Ədəbiyyat səfiri” medalını və diplomunu Səlim Babullaoğluna təqdim edib. Bu təltif onun ədəbi fəaliyyətinin, Azərbaycan poeziyasının təbliğinə, eləcə də “Şuşaya salam” layihəsi vasitəsilə milli-mədəni dəyərlərin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfənin qiymətləndirilməsi baxımından əlamətdar olub. Tədbirdən fotolar:

“Yazarlar” olaraq, Səlim Babullaoğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Səlim Babullaoğlu ilə görüş keçirilib

Səlim Babullaoğlu ilə görüş keçirilib

06 oktyabr 2026-cı il tarixində Bakı İlahiyyat Kollecində şair, esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşdə kollecin rəhbərliyi və 5tələbələr iştirak ediblər.
Görüşü giriş sözü ilə kollecin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov açıb və qonağı tələbələrə təqdim edib, kollecdə belə görüşlərin mütəmadi keçirildiyini xatırladıb və qeyd edib ki, bu görüş də həmin silsilənin davamıdır.
Səlim Babullaoğlu tələbələrin çoxsaylı suallarına cavab verib, şeirlər oxuyub, ədəbiyyat, poeziya, din, əxlaq, ədəbi təmayüllər, cəmiyyətin problemləri mövzusunda dinləyəcilərlə mükalimə edib.
Görüşün sonunda qonaq tələbələrə öz kitablarını, habelə bir çox tərcümə nəşrlərini hədiyyə edib. Tədbirdən fotolar:

“Yazarlar” olaraq, SƏLİM BABULLAOĞLUnu əbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu – Fotolar

“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu

Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib.
Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs,
yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından – “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub.
Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib. Tədbirdən fotolar:

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ – FOTOLAR

SƏLİM BABULLAOĞLU İLƏ POEZİYA GECƏSİ

20 fevral 2026-cı il tarixində axşam saat 19:30-dan 22:30-a qədər təxminən 3 saata yaxın vaxt ərzində “LiteRA” kitab evində şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq  yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri olan Səlim Babullaoğlu ilə möhtəşəm şeir gecəsi baş tutub. Heç bir xüsusi dəvətnamə olmadan yalnız və yalnız ədəbiyyat saytlarında və sosial şəbəkələrdə yayımlanmış “şeir gecəsi” barədə məlumat əsasında toplanmış gecənin qonaqları təxminən 3 saata yaxın bir vaxt ərzində özünəməxsus üslubu və ifa tərzi ilə seçilən tanınmış şair Səlim Babullaoğlunun ifasında həm müəllif, həm dünya şairlərindən seçmə tərcümələrlə tanış olublar. Gecənin gedişində Səlim Babullaoğlu həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Sonda kitablar imzalanıb, xatirə şəkilləri çəkdirilib. Möhtəşəm gecədən fotolar:

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I