Etiket arxivi: Ədəbiyyat səfiri

“Zəfərin şəhəri – Şuşaya salam!” mövzusunda Xəzər Universitetində tədbir keçirilib

“Zəfərin şəhəri – Şuşaya salam!” mövzusunda Xəzər Universitetində tədbir keçirilib
               3 noyabr 2026-cı ildə Xəzər Universitetinin Nərimanov korpusunda, Lalə salonunda Zəfər Gününə həsr olunmuş “Zəfərin şəhəri-Şuşaya salam!” adlı tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu olub.
             Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova giriş sözü ilə çıxış edib. O, Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli birlik və həmrəyliyin təcəssümü olan bu tarixi qələbənin mənəvi dəyərindən bəhs edib. Çıxışında vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini vurğulayan Dilbər Zeynalova onların əziz xatirəsinin daim yaşadılacağını qeyd edib. Daha sonra şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
                Ardınca AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu “Şuşaya salam” layihəsinin yaranma tarixçəsi, ideyası və həyata keçirilmə məqsədləri barədə danışıb. O, layihənin Şuşanın zəfərdən sonrakı mənəvi və mədəni simasının beynəlxalq ədəbi müstəvidə tanıdılmasına xidmət etdiyini bildirib. Layihə çərçivəsində dünyanın 30 ölkəsindən 44 şairin Şuşa haqqında şeirlər səsləndirməsi onun beynəlxalq miqyasını və ədəbiyyat vasitəsilə xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir.
           Tədbir zamanı layihədə iştirak edən beş şairin Şuşaya həsr olunmuş şeirlərinin videogörüntüləri təqdim edilib. Bununla yanaşı, layihənin ideya müəllifi Səlim Babullaoğlu bəzi şeirləri özü səsləndirərək iştirakçılara poetik nümunələrin bədii-estetik məzmununu çatdırıb. Şeir təqdimatları Şuşanın tarixi, mədəni irsi və zəfərdən doğan mənəvi duyğuların ədəbi ifadəsi baxımından xüsusi maraq doğurub.
              Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli də çıxış ediblər. Natiqlər “Şuşaya salam” layihəsinin ədəbi və mədəni əhəmiyyətindən, haqlı zəfərimizin dünyada tanıdılmasına verdiyi töhfədən, eləcə də Zəfər Gününün mahiyyətinin bədii yaradıcılıq vasitəsilə gələcək nəsillərə çatdırılmasındakı rolundan bəhs ediblər.
        Tədbirdə Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit, şair və “Yazarlar” jurnalının Təltif Komissiyasının sədri Zaur Ustac da çıxış edib. O, Azərbaycanın Zəfər tarixinin xalqın yaddaşında və ədəbiyyatında xüsusi yer tutduğunu qeyd edərək qələbənin mənəvi ruhunu əks etdirən şeirini səsləndirib.
           Tədbirin sonunda Zaur Ustac “Yazarlar” jurnalının “Ədəbiyyat səfiri” medalını və diplomunu Səlim Babullaoğluna təqdim edib. Bu təltif onun ədəbi fəaliyyətinin, Azərbaycan poeziyasının təbliğinə, eləcə də “Şuşaya salam” layihəsi vasitəsilə milli-mədəni dəyərlərin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfənin qiymətləndirilməsi baxımından əlamətdar olub. Tədbirdən fotolar:

“Yazarlar” olaraq, Səlim Babullaoğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Caroline Laurent Turunc – Təşəkkür

Hörmətli Zaur müəllim,
Sizin rəhbərliyinizlə fəaliyyət göstərən “Yazarlar” jurnalı tərəfindən “Ədəbiyyat Səfiri” Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülmək mənim üçün sonsuz bir qürur və şərəf mənbəyidir.

Azərbaycan ədəbiyyatının təbliği və beynəlxalq ədəbi əlaqələrin möhkəmləndirilməsi kimi ali bir missiyada mənim də əməyimi yüksək qiymətləndirdiyiniz üçün Sizə və bütün işçi heyətinizə dərin minnətdarlığımı bildirirəm.

Bu diplom sadəcə bir təltif deyil, həm də sözün və mədəniyyətin sərhəd tanımayan gücünə olan inamın rəmzidir. Qardaş ölkə Azərbaycanın mədəniyyətini hər zaman özümün bir parçası kimi hiss edir, özümü bu böyük ailənin üzvü hesab etməkdən hər zaman qürur və xoşbəxtlik duyuram.

Yaradıcılıq yolunda verdiyiniz bu böyük dəstək, gələcək fəaliyyətim üçün ən böyük motivasiya olacaqdır. Azərbaycan mədəniyyətinə və ədəbi mühitinə verdiyiniz əvəzsiz töhfələrə görə Sizə təşəkkür edir, “Yazarlar” jurnalına və şəxsən Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Caroline Laurent Turunc

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ədəbiyyat səfiri mükafatı

ƏDƏBİYYAT SƏFİRİ MÜKAFATI “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat Azərbaycan mədəniyyətinin (ədəbiyyat, jurnalistika, tarix, təhsil, incəsənət və s.) ümumi inkişafına töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat diplomdan və nişandan ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

Qeyd:

Diplom yalnız elektron formada təqdim olunur.

2026-CI İL:

02.02.2026-CI İLDƏ TƏLTİF OLUNANLAR:

1.Yang Geum Hee
2.Siyoung Doung
3.Byeong Cheol Kang
4.Rifat Ismaili
5.Angela Kosta
6.Elisa Mascia
7.Nasir Aijaz
8.Md Ejaj Ahamed
9.Çerçiz Loloçi
10.Turkia Loucif
11.Mitwali Basal
12.Taghridh Bou Mehri

13.EVA Petropoulou Lianou
14.Dra Hc Maria Elena Ramirez
15.Niloy Rafiq
16.Kujtim Hajdari
17.Jansaya Utambetova (Bibimaryam)
18.Sanobar Mehmon
19.Lobar Rustamova
20.Sojiraxon Mamadaliyeva
21.Ne’matilla G‘aybullayev
22.Nosir Abbos
23.Boqiy Mirzo
24.Farida Afro‘z

25.Nedaa Droubi

26.Agron Shele
27.Maria Teresa Liuzzo

28.Caroline Laurent Turunc

02.02. 2026-cı il. Azərbaycan, Bakı şəhəri.

29. Günay Əliyeva

04.07. 2026-cı il. Azərbaycan, Bakı şəhəri.

30. Zakir Agdamlı (Əliyev Zakir Hüseyn oğlu) 

24.09. 2026-cı il. Azərbaycan, Bakı şəhəri.

31. Elvin Mütaliboğlu

04.10.2026-cı il. Azərbaycan , Bakı şəhəri.

32. Səlim Babullaoğlu

02.11.2026-cı il. Azərbaycan , Bakı şəhəri.

ƏDƏBİYYAT SƏFİRİ MÜKAFATI


DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I