Müharibə bitdi, xalqımız otuz ilə qədər qəddarcasına qovulduğu doğma yurd yerlərinə-doğma Qarabağına qovuşdu. Azərbaycan əsgəri öz üçrəngli qalib bayrağını yaralı torpaqlarda qürurla dalğalandırdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Analar göz yaşları içində gülümsəməyi bacardılar. Axı onların dağ cüssəli balaları vətənə sipər olmuş, vətənin azadlığı yolunda da canını qurban vermişdi…
İndi yazılanlar da, deyilənlər də qalib ordunun qalib əsgərinin şərəfinə hesablanmışdır. Dövlətimiz qısa zaman ərzində daşı daş üstə qalmayan, viran qoyulan, malı-mülkü talan edilən Qarabağda böyük quruculuq işlərinə başladı… Torpaq da sevindi, hava da, meşələr, çöllər də. Bəli, vətənin tikanı da əzizdir…
44 günlük İkinci Vətən savaşında qazanılan qələbə Azərbaycan dövləti, Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinin təntənəsi idi. Övladını cəbhəyə yola salan ana və atalar :-“get, aslan kimi döyüş və qələbə ilə geri dön!” –deyib Allaha əmanət elədilər. “Arxa da, ön də vətəndir, unutma, bir addım irəli getmək imkanın varsa, geriyə bir addım qoyma!..” Vətəni ruhu, torpağı cismi-canı hesab edən mərd oğlanlar getdi müharibəyə, getdi ki, torpağın yaralarına bədəni ilə məlhəm qoysun, elə qoydu da.. .
Vətəni səngər, qala bildilər, ana bildilər, bala bildilər, zəfər eşqinə getdilər. Torpağı elə sevdilər ki, torpaq da onları sevdi. Axı, eşq də yolxucu xəstəlik kimidi… İllərdir əsir yurd yerlərimizin səsi gəlirdi qulağına, “gəl məni azad et..”-deyə torpaq çağırırdı onları.
Azərbaycanın hər bölgəsindən qəhrəman oğullar könüllü yollanırdı müharibəyə. Onların biri də Məmmədov Pərvin Rza oğlu idi. O, 1994-cü ildə, mart ayının 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Ailənin dörd övladından biri olan Pərvin, elə uşaq yaşlarından fərqliliyi ilə seçilirdi. O, sakit, söz eşidən bir uşaq olmaqla yanaşı, həm də bacarıqlı idi. Uşaq yaşlarından maşın və texnikaya həvəsli idi. Kim ona maşın bağışlasa sevincinin həddi-hüdudu olmurdu. Bir az oynayandan sonra isə həmin maşını söküb hissələrə ayırır və yenidən bir yerə yığıb düzəltməyə çalışırdı…
Pərvin 2000-ci ilin sentyabrında elə yaşadığı Yeniarx kənd orta məktəbin birinci sinfinə getmiş, və 2011-ci ildə tam orta məktəbi bitirmişdir. Sinif yoldaşları ali məktəbə sənəd verəndə, o, uşaqlıqdan öyrənmək istədiyi peşənin ardınca getmək qərarına gəlir. Elə bu istəklə də əmək fəaliyyətinə başlayan Pərvin, tezliklə bacarıqlı mexanik kimi tanınmağa başlayır. 2012-ci ilin yazında hərbi xidmətə çağırılır. Pirəküşkül “N” saylı hərbi hissədə xidmət dövrünü 2013-cü ilin payızında layiqincə başa vurub kəndə dönür. Gənc oğlan yenidən mexanik kimi işini davam etdirib ailəsinə maddi dəstək olur. Tərbiyəli, sakit təbiətli, mehriban, xoş xasiyyətli bu oğlanı sevgi də tez tapır. Bir könüldən min könülə aşiq olduğu həyat yoldaşı Rüfanə xanımdan razılıq alaraq ona elçi göndərir… Və, 2014-cü ilin dekabr ayının soyuq havasını bu iki gəncin toy şənliyi isidir…
2016-cı ilin məlum aprel döyüşləri başlayarkən Pərvin də könüllülər sırasına yazılır, amma döyüşlər tez başa çatdığından iştirak edə bilmir. Vətən sevdalısı bundan pərişan olur, amma fikrindən dönmür. Bu dəfə vətənə xidmət etməyin başqa yolunu taparaq gizirlik kursuna yazılır. Elə həmin günlərdə iki sevinci birgə qarşılayır, həm ata olur, həm də Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədən ərizəsinə müsbət cavab alır… Xüsusi təyinatlı “HƏMLƏ” taborunda əməliyyatçı, döyüş maşınlarının komandiri kimi xidmət edən gizir, burada da öz zəhmətkeşliyi, dəqiqliyi, bacarığı ilə hamının hörmətini qazanır… 2018-ci ildə göstərdiyi qüsursuz xidmətə görə “Cümhuruyyətin 100 illiyi” medalı ilə təltif edilir.
2019-cu ildə ikinci dəfə atalıq bəxtvərliyini yaşayan gənc gizir digər yoldaşları kimi sərhədyanı ərazilərdə baş verən hadisələrdən qəzəblənirdi. Tökülən nahaq qan, onun da qaynar qanını coşdurur, ermənilərin layiqli cavabını vermək üçün alışıb yanırdı. Azərbaycanın hər qarış torpağı yolunda can verməyə hazır olan döyüşçü, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verməsini həm məsuliyyət, həm də sevinc hissi ilə qarşılayır…
…Qisas deyib durub gör neçə ildi,
Məzarı dağılan ruhlar çağırır.
Murovdan o üzə süzür xəyalım,
Bütün varlığıyla torpaq çağırır…
27 sentyabr 2020-ci ildə Göranboy rayonunun Ağcakənd istiqamətindən başlayan döyüş yolu Gülüstan,Tərtərin Talış kəndi və Ağdərə istiqamətində gedən ağır döyüşlərin iştirakçısı olur. Əsgər yoldaşları ilə birgə düşmənin qurduğu istehkamların dağıdılmasında qəhrəmanlıq nümunəsi göstərir. Yeri gələndə yalın əl ilə, dişi-dırnağı, yumruğu ilə döyüşür, düşmənlə əlbəyaxa döyüşlərə atılaraq nifrəti, qəzəbi ilə onları məhv edir…
Lakin Suqovuşan uğrunda gedən çətin və qanlı döyüşlər onun son döyüşü olur. Düşmən snayperinin atdığı güllə onun həyatını da, gələcək arzularını da yarımçıq qoyur. Şəhidlik adı qazanan Pərvinin ruhu vətənin azad səmasına pərvazlanır, bədəni isə 02.10.2020-ci ildə doğulub böyüdüyü, ruhən bağlı olduğu doğma Yeniarx kəndində elə sevdiyi, könül verdiyi torpağa tapşırılır… Məmmdəov Pərvin Rza oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid torpağındı, torpaq şəhidin,
Varsa bu ülfəti bir pozan, gəlsin.
Alın yazısını torpaq üstünə,
Gəlsin, qanı ilə qoy yazan gəlsin…
İndi bu evdə onun iki övladı böyüyür, onlar Qarabağın qara günləri barədə anasının danışdığı söhbətlərdən xəbər tutacaq, kitablardan oxuyacaqlar. Atalarını da fəxrlə, qürur hissiylə xatırlayacaqlar. Biləcəklər ki, o, Qarabağın azadlığı uğrunda şəhid olan 3000-ə qədər igid və qəhrəman Azərbaycan oğullarından biridir!
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Əlizadə Elməddin 1997-ci il, mart ayının 11-də anadan olub.
XÜSUSİ TƏYİNATLI ELMƏDDİN ƏLİZADƏ
İkinci Dünya müharibəsindən yarım əsrdən çox bir vaxt keçib, amma vurduğu yaralar hələ də ağrıdır. Analar oğul, qadınlar ər yolu gözləyə-gözləyə ömrünü başa vurdu, indi də baba yolu gözləyən nəvələr var. Bəli, müharibə bitir, dərdləri isə bitmir… Onun gözlə görüməyən, dilə gəlməyən o qədər ağrı-acısı var ki… 30 ilə yaxın işğal altında olan doğma yurd yerlərimizin əsirlikdən azad olunması hər bir Azərbaycan vətəndaşının fəxr, qürur yeri oldu. Son zamanlar ermənistan ordusu tərəfindən artan təxribatlar, sərhəd boyu rayon və kəndlərimizin atəşə tutulması, bu zaman dinc əhalinin hədəf götürülməsi xalqımızın səbrini tükəndirdi. 2020-ci il, 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə başlanan və 44 Gün davam edən müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ən müasir silah, çevik hərbi texnikaya malik və peşəkar hərbi qulluqçuların olduğu rəşadətli Azərbaycan Ordusu işğalçıları doğma Qrabağ torpaqlarından qovub çıxartdı. Dövlət və xalqın sarsılmaz birliyi, mütəşəkkil və peşəkar Azərbaycan ordusunun şücaəti sayəsində torpaqlarımımz öz əzəli sahibinə qovuşdu. Noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İndi artıq o doğma torpaqlarda uğurla tikinti-quruculuq işləri aparılır, yollar çəkilir, şəhər və kəndlər abadlaşdırılır. Torpaq da sevinir, insanlar da…
…İlahi özü yazıb türkə qalib qisməti,
Istiqbalı, zəfəri, bu şanı, bu şöhrəti.
Dağıldı zülmün evi, qurmağa mehr-ülfəti,
Doğma yurd-yuvamıza-Qarabağa gəlmişik!…
Vətənin azadlığı uğrunda canından keçən heç kəs unudulmur. Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. Qarabağda da hər qarış torpaq uğrunda qanlı döyüşlər getmişdir. Ermənistan ordusu ordumuzun qüdrəti, əsgərlərimizin cəsarəti sayəsində darmadağın edilərək torpaqlarımızdan qovulmuşdur…
Azərbaycanın hər yerindən mərd oğullar çıxdı meydana, düşmən bağrı dəldi, yağı gözü tökdü. Şir kimi, pələng kimi atıldı döyüşlərə. Şəhid oldu, qazi oldu!.. Nəticədə torpaqlarımız erməni vandallarından təmizləndi… Mən Sabirabad rayonundan döyüşlərə qatılaraq şəhidliyə ucalmış 44 şəhidin ailəsi ilə görüşmüş və onların şərəfli ömür yolunu əks etdirən esselər yazmışam. Bunlar mətbu orqaqnlarda dərc edilib, oxunub və hazırda kitab halında çapa hazırdır.
Bu gün sizə tanıdacağım gənc Əlizadə Elməddin Sübhi oğlu da Azərbaycanın haqq savaşında şəhidlik zirvəsini qazanmışdır. Elməddin, Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub boya-başa çatmışdır. Biləsuvar rayonu deyəndə yadıma Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov düşür. Erməni postlarına təkbaşına hücum edərək onları vahiməyə salan, çoxlu sayda düşmən əsgərinə ölüm hökmü verən və özü də müqəddəs şəhidlik məqamına qalxan Mübariz İbrahimov!.. O zaman mən də Əliabad kəndinə-qəhrəmanın doğulub böyüdüyü kəndə, ailəsi ilə görüşə getdim. Ağakərim kişi ilə, Şamama xanımla görüşdüm, Mübarizin igidliyinin, hünərinin köklərini öyrəndim. Sonra “MÜBARİZ” poemasını qələmə aldım. Azərbaycan torpağı özü müqəddəsdir, ulu Yaradan ondan heç nəyi əsirgəməyib, onun yeraltı və yerüstü sərvətləri ilə yanaşı, milli qürur mənbəyi olan cəsur oğulları da vardır…
Torpağı vətən edən oğullardan biri idi Elməddin. Elə doğulduğu Zəhmətabad kəndi də Əliabadla qonşudur. Kənd camaatı bir-birini yaxşı tanıyır, xeyiri-şəri bir yerdə yola verirlər. Bir ailənin kədərindən hər kəsə pay düşür. Bu iki ünvan indi Biləsuvarda hər kəsin tanıdığı məkandır.
Elməddin 1997-ci il, mart ayının 11-də anadan olub. Dörd uşaqlı ailənin ikinci övladı olan Elməddin, 2003-cü ildə Ənvər Rəhimov adına Zəhmətabad kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 2014-cü ildə məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırılmış və əsgərliyini Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən “N”saylı hərbi hissədə, kəşfiyyatçı kimi başa vurmuşdur. 2016-cı il Aprel döyüşləri zamanı general Polad Həşimovun komandanlığı altında kəşfiyyatçı kimi döyüşmüşdür. Lələtəpə yüksəkliyinin alınmasında xüsusilə fərqlənmişdir…
Elməddin Əlizadə 2016-cı ilin iyul ayında hərbi xidmətini başa vurub geri-ailəsinin yanına dönür. Bir müddət sonra Bakı Tikiş fabrikində, hərbi geyim formaları tikilən sexdə işə başlayır. İşində fərqlənir, ona görə təhsilini, təcrübəsini artırmaq üçün Türkiyəyə ezam olunur. Azərbaycanın haqq savaşı başlayarkən qardaş ölkədə olsa da, vətən məhəbbəti, düşmənə olan sonsuz nifrət Eləmddini sakit buraxmır. O, təcili vətənə dönür və Müdafiə Nazirliyinə döyüşlərə könüllü qatılmaq üçün ərizə ilə müraciət edir. Az keçmiş ərizəsinə müsbət cavab alır. 2020-ci il, oktyabr ayının 1-də Biləsuvar Rayon Hərbi Komissarlığından cəbhəyə yola düşür. Xüsusi Təyinatlı Qoşunlara aid məşhur 052 saylı hərbi hissənin əsgərləri ilə birgə döyüşlərə başlayır. Ağdamdan başlayan döyüş yolu sonra Füzuli və Xocavənddən keçir. Döyüşlərdə kəşfiyyatçı olan bu igid oğlan, düşmən mövqülərini vaxtında aşkar edir və komandanlığa ötürürdü. Döyüş yoldaşları ilə birgə yeri gələndə mənfur düşmənlə əlbəyaxa döyüşlərə girir, yaralı yoldaşlarının köməyinə də yetirdi… Döyüşlərdə həmişə öndə olurdu, yoldaşları ehtiyatlı olmağa çağırsa da, o çılğınlığından əl çəkmirdi. “Məni düşündürən bu vətənin, torpağın taleyidir. Bu yolda şəhid olmaq yalnız şərəf olar mənə…” deyirdi…
Qanlı döyüşlər bir-birini əvəz edir, torpaqlarımız azad olunduqca sevincdən Elməddinin də ürəyi sinəsinə sığmırdı. Amma qarşıda Qarabağın tacı, Azərbaycanın üzüyünün qaşı Şuşa vardı hələ… O şəhər ki, ora gedən bütün yolları düşmən öz nəzarətində saxlayırdı. Şuşa uğrunda döyüşlər tam başqa olacaqdı, bunu hiss edirdilər. Xüsusi Təyinatlı cəngavər oğullar Şuşaya kanatlarla qalxacaq, sıldırım dağ yollarını dişləri-dırnaqları ilə qət edəcəkdilər… Ermənilərin elə keşik çəkdikləri postlarda başlarının üstünü alacaq, “səssiz-küysüz “ şəhərə daxil olacaq və qala divarlarına böyük hərflə “qələbə “yazacaqdılar!.. Amma bu qansız olmayacaqdı əlbəttə… Müharibə başlayandan ağır və qanlı döyüşlərin iştirakçısı olmuş Elməddin, Şuşanın azadlığı üçün həyəcan keçirirdi. Hər bir hazırlıq görülmüş, döyüşçülər sonadək təlimatlandırılmışdı…
06 noyabr 2020-ci il.., həmin gün Elməddin evə zəng vurur, ata-anası ilə danışır, amma əslində sanki vidalaşır:
-“Mənim telefonuma iki-üç gün zəng çatmayacaq, narahat olmayın.., enerjisi yoxdur…”-deyir.
8 noyabr 2020-ci il… Artıq Şuşanın içində son döyüşlər gedir. Ermənistan ordusu məğlubiyyətin acısını yaşayır, düşmən silah-sursatıyla bərabər papağını da döyüş meydanında qoyub qaçır. Qəfil çiynindən güllə yarası alan Elməddini yoldaşları kənara çəkir, tibbi yardım göstərilir. Amma o yenidən özünü irəli atır, döyüşə girir və bu zaman snayperdən açılan atəş nəticəsində ən ali məqama yüksəlir… Elməddin qələbəyə saatlar, dəqiqələr qalmış şəhidlik şərbətini içdi, amma gözlərini bu dünyaya yumanda rahat idi, çünki uğrunda döyüşdüyü torpaqların bir daha yağı əlinə keçməyəcəyinə əmin idi…
Qisas qiyamətə qalmadı, Allah,
Yurdun üzüyünün qaşı alındı.
Şad xəbər gətirdi açılan sabah,
Sevin, Azərbaycan, Şuşa alındı!…
Əlizadə Elməddin Sübhi oğlu 09 noyabr 2020-ci ildə doğulub böyüdüyü doğma Zəhmətabad kəndində dəfn edilmişdir. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
…Şəhidlər, bu yurdun başı üzərində daim dalğalanacaq azadlıq bayraqlarıdır. Uğrunda can qurban verdiyiniz vətən sizi heç vaxt unutmayacaq. Qarabağda qanınnız çilənən daş da göyərəcək, çəmən də çiçəkləyəcək. Vətən göylərində ruhunuz azad dolaşacaq daha…
Atası ilə söhbət edərkən nə qədər sarsıntı keçirdiyini hiss edirəm. Deyir, gənc oğul itirmək asan deyil, əlbəttə, dözmək çətindir. Amma bir təsəllimiz var, o da Qarabağın azadlığı, Azərbaycanın tarixi ərazi bütövlüyünün bərpa olunmasıdır. Allah dövlətimizi və xalqımızı qorusun. Düşmənlərin baş qaldırmasına bir də imkan vermək olmaz… Təki Vətən yaşasın!
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Fransanın görkəmli yazıçı-dramaturq və filosofu Deni Didronun qadınlar haqqında söylədiyi fikirlər o qədər xoşuma gəldi ki, yazıma da elə bu sözlərlə başlamaq istədim, özü də elə Didro sayağı: “Qadınlar üzərinə yazı yazarkən qələmi göy qurşağına batırıb, mürəkkəbi kəpənək qanadlarının tozu ilə qurulayacaqsınız”.
Onda əvvəlcə gəlin görək qadın özü kimdir. Bilirəm, sualım bitməmiş cavablarınız hazırdır, belə ki, ana, övlad, bacı, həyat yoldaşı və daha kim… Onu da bilirsiz ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadın uca tutulur və onun şəninə üzü sevgili peyğəmbərimizdən bura dəyərli sözlər deyilmişdir.
Cənnətin məhz qadının ayaqları altında olmasını isə lap cəhalət dövründə Allahın Rəsulu söyləmiş, onadək doğulan qız uşaqlarının diri-diri torpağa basdırılmasının böyük günah olduğunu içindən çıxdığı qövmünə anladaraq qadını yüksək qiymətləndirmişdir.
Gözəllik və zəriflik göstəricisi olan qadınlar sonralar da tarixin müxtəlif mərhələlərində yüksək mövqe sərgiləmiş, öz ağıl və bacarıqlarından istifadə edərək quruculuq işlərində də uğurla iştirak etmişlər. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, biliyi, zəkası, iradəsi, səbri ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında özünəməxsus və yaddaşlarda qalan xidmətlər göstərmişdir. Azərbaycan tarixinə adı şəxsiyyət kimi yazılan ən mütxtəlif peşə sahibi, hökmdar, alim qadınların adını sadalamaq kimi bir fikrim yoxdur, amma ilklərə imza atan bəzi qadınların adını çəkməsəm olmaz… Azərbaycanın ilk bəstəkar qadını Ağabacı Rzayeva, ilk azərbaycanlı kimyaçı qadın İzzət Orucova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya…. Əminə Dilbazi, Şəfiqə Axundova və daha kimlər, kimlər… Heç bilirsiniz, ilk olmaq nə deməkdir?! Hələ bunu indiki, yaşadığımız 21-ci əsrin söz və hüquq azadlığı şəraitində belə etmək birmənalı qarşılanmaz, o ki, ola cahillik dövrü.
Qadın, ona dəyər verdikcə, onu sevdikcə güclənir, özünə güvən qazanır, göstərilən etimadın, etibarın, qoyulan hörmətin, verilən sevginin birə yüzünü, minini qaytarır cəmiyyətə.
…Güldürsən, ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir…
Qadın sevildikcə gözəlləşir, gəncləşir, dünya qadının qolları üstündə rahat uyuya bilir, sular nəğmə oxuya, küləklər güləşə bilir. Günəş hər gün qadın qəlbindən doğur məncə, Ay gecələr qadın baxışlarıdır göydə, dolanıb baxır Yer kürəsinə, sabaha salamat çıxması üçün Tanrıya dualar edir… Allahın müxtəlif “təyinatlı” elçilərinin sonuncusu olan Məhəmməd peyğəmbər qadına güvənmiş, qadına verdiyi yüksək dəyərlə onların yorğun, yaralı qəlbinə məlhəm olmuş və qarşılığında onların sevgi və məhəbbətini qazanmışdı. Gətirdiyi dinin yayılmasında məhz o qadınlar, başda da xanımı Xədicə olmaqla vəsilə olmuşdular.
Qadın gülərsə şu issiz mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək.(H.Cavid
İndi bütün dünyanın “gender bərabərliyi” deyib hay saldığı məsələni, hələ çox qabaqlar türk qadınları həyata tətbiq etmişdilər, o qadın kişilərlə bərabər kənd təsərrüfafatının müxtəlif sahələrində, zavod və fabriklərdə çalışır, evdə isə ailə qayğılarını çəkirdi. Harda ki, qadın azaddır, fikri, düşüncəsi də azaddır, savadlıdır, həmin qadın ən nəhəng kəşflərə imza ata, cəmiyyət üçün xeyirli ola və tərbiyəli övladlar yetişdirə bilər. Yox, əgər bir ölkənin qadını savadsız, öz hüquqlarını bilməyən cahil biridirsə onda vay o millətin halına! Bəlkə də hamınızın bildiyi nümunədir, ağıl zəifliyi sindromundan əziyyət çəkən, bu səbəbdən də oxuduğu məktəbdən uzaqlaşdırılan Tomas Edison kimin sayəsində dahi ola bildi, əlbəttə anasının!
Adın şərəflidir sənin, ey qadın, Dahilər anası çağrılır adın.(S.Vurğun)
Qadınlar həyatın bütün sahələrində uğur qazanmış, kişi əməyi tələb olunan ən çətin işlərdən tutmuş ta mötəbər kürsülərə qədər gəlib özünü, iradəsini, bacarığını təsdiq etmişlər. İkinci Dünya müharibəsində, Qarabağ savaşlarında qəhrəmanlıq göstərərək adlarını tarixə yazan nə qədər qadınlarımız var. Hələ çox-çox ziyalı insanların həyatının üstündən qara xətt çəkən zalım 37-ci ilin qurbanı olan, ağır zülm və məşəqqətlərə dözərək “cəhənnəmi gözlərilə görən”, ömrünü sürgündə başa vuran, amma namus və şərəfini qoruyan qadınlarımızın hər birindən saatlarla, günlərlə danışmaq olar.
İnsan dünyaya ilk gözünü açdığı dəqiqədən etibarən özünü tapmağa, onunla təmasda olanlardan özünü hər cür qorumağa, öz mənliyini təsdiq etməyə çalışır. Amma çox təəssüf ki, hələ də dünyada və elə yaşadığımız cəmiyyətdə də azadlığı əlindən alınaraq hüquqları pozulan, bəzən bu və digər səbəblərdən zorakılığa məruz qalan, evdə əşya hesab edilən qadınlar vardır. Azadlığı yolunda basqılara məruz qalan, öldürülən, şikəst edilən qadınlar da az deyil. Nə qədər ki, dünyada bir qarın çörək üçün axşamacan işləyən, yurdu talanan, qovulan, əzilən, yaşamaq üçün ən adi şəraiti belə olmayan, küçələrdə gecələyən qadınlar var, gərək dünya qadınları susmasın. Amma gərək bunu qadınlar özü də istəsin, hüquq və azadlığı uğrunda mücadilə etməyi bacarsın. Bütün vəzifələrinin öhdəsindən hünərlə gələn, kiminsə qızı, anası, bacısı olmaqdan başqa bir qadın olduğunu isə unudan qadının birinci növbədə düşüncəsi dəyişməlidir.
Çünki əsl inqilab zehni inqilabdır! Şairlər bütün dövrlərdə ən gözəl şeirlərini qadınlara yazmışdır, bəstəkarın ən mükəmməl əsəri qadın haqqındadır, heykəltaraş ana heykəlini sevərək, oxşayaraq yonur, müəllim birinci sinfə ayaq basan uşağa ilk olaraq məhəbbətlə “A” hərfini öyrədir və “Ana” sözü yazdırır. Qadını Yaradan ona ən uca məqam-ana olmaq şərəfi də bəxş etmişdir, ana isə müqəddəsdir. Ən kədərli anımızın, ən şad günümüzün canlı heykəli anadır, qadındır, dünyanın ən uca zirvəsi, könüllərin şahı yenə qadındır… Onun önündə əyilən baş Tanrının qarşısanda ucalar. Qadın –vətən, torpaq, sülh, qadın azadlıq, əmin-amanlıq, qadın sevgi, məhəbbət deməkdir. Anasını sevən övlad vətənini də sevəcək, qoruyacaq, torpağının da qədrini biləcək. Son anda da düşmənə arxa çevirməyəcək, biləcək ki, arxasında dayandığı vətənidir, anasıdır, bacısı ya sevgilisidir. Anaya xitabən: “Cahanda yox elə bir qüvvə ki, baş əyim ona mən…”- söyləyirdi C. Cabbarlı…
Qadınla kişi dünyanın iki fərqli və bir-birini cəzb edən cəhəti kimidir. “Kitabi- Dədə Qorqud” dastanında qadın kişinin “başının baxtı, evinin taxtı” kimi xarakterizə edilir.
Qadın, ilin dörd fəsli kimi dəyişkən xarakterə malikdir.
Sənin sevgilin olmaq deyil asan, sevgilim, Ömrümün dörd fəslinin baharısan, sevgilim…(S.Rüstəm)
O, gah qış kimi qar yağa bilər, gah yayda günəş təki yandırıb yaxar. Gah əlvan çiçəkli yaz olar, gah da payız, solub saralar… Hər halını sev qadının, sev.., sev…, sev!
..Qadınam, qadın, ana.. Hər dərdə sipər qadın!.. …Tanrının yaratdığı, ən gözəl əsər- Qadın!..
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
…Telefonu götürüb tanış nömrəni yığdım, məqsədim eləcə hal-əhval soruşmaq idi. Qüssəli səs dindi qulağımda, söhbətə yekun vurmaq istəyəndə səsinə bir qədər də ton qataraq əlavə elədi ki, “evimizdə ciddi narahatçılıq var, ərim evə-eşiyə yığışmır, uşaqlarla maraqlanmır”.
Onu sakitliyə dəvətim heç xoşuna gəlmədi: “Bəs indi necə olacaq, halımız, nə ilə, hansı pulla yaşayacağıq. işim yox, sənətim yox, hələ qızım.! Bundan belə nə yaşamaq, ölmək ondan yaxşıdı”. Mən də düşünürdüm, yəqin ərini çox sevdiyindəndir, itirmək ağır gəlir ona, amma onu danışdıran təkcə mədə problemi imiş, sən demə.
Xəyalım məni bir xeyli geriyə apardı. O illərə ki, ölkədə savadsızlıq hökmran idi. Qulağıma zəmanənin dərdlərini satiranın dili ilə bəyan edən rəhmətlik Sabirin səsi gəldi.”Küpəgirən qarının qızlara nəsihəti”ni xatırladım…
Ölkədə Sovet hakimiyyətinə qədərki, ondan sonraki illər düşdü yadıma, həvəslə baxdığımız o dövrün başlıca problemlərini əks etdirən ekran əsərləri, o cümlədən “Dəli Kür” filmini xatırladım. Uçitel Əhmədin gənclərin məktəbə cəlb olunması məsələsində qarşılaşdığı çətinliklər, onun gördüyü işin qiymətləndirilməsi əvəzinə məsxərəyə qoyulması hamımızın xatirində olar. Savadsız adam asan idarə olunur.
Hələ Sovet dönəminə qədər öz maarifpərvərliyi ilə ad çıxaran H.Z.Tağıyevi, onun uzaqgörənliklə xalqın övladlarının, xüsusi ilə qız uşaqlarının təhsil alması naminə hansı çətinliklərdən keçdiyi, sonda Azərbaycanda qızlar üçün ilk məktəb açılmasına nail olmasını xatırladım. Bu o zamanlar idi ki, cəhalət və xürafat girdabında boğulan cəmiyyətdə millətin, əsasən də qızların təhsil almasına mane olmağa çalışan çoxlu qüvvələr vardı. Məhz həmin məktəbi bitirən neçə azərbaycanlı qızı sonradan millətin tərəqqi və inkişaf etməsində yaxından iştirak etməklə bərabər öz həyatlarının da axarını tamam dəyişmişdilər.
Sonralar, ölkədə Sovet hakimiyyəti qurulandan sonra yeni inkişaf mərhələsinə qədəm qoyan təhsil sistemi getdikcə yenilənmiş, dəyişib inkişaf etmişdi.
Savadsızlığın ləğvi istiqamətində elə hakimiyyətin ilk günlərində işlərə başlanmış və davam etdirilmişdi. Təkcə uşaqlar, gənclər deyil, yaşlı insanlar da qiyabi və gecə kurslarına yazılır və həvəslə yazıb, oxumaq öyrənirdilər. Heç kəsə sirr deyildi ki, cəmiyyətin inkişafı, xalqın gələcəyi, xoşbəxtliyi, irəliləyişi birbaşa təhsillə bağlıdır.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən təhsilə qayğı kökündən dəyişmiş, onun xüsusi diqqəti və qayğısı sayəsində təhsilə olan münasibət yenilənmiş, gənclərin təhsil alması istiqamətində köklü dəyişikliklər baş vermişdi.
“Təhsil millətin gələcəyidir” və “Mən müəllimdən yüksək ad tanımıram” deyən öndər, Azərbaycanda təhsil sahəsinə həmişə xüsusi diqqət və qayğı göstərmiş, rəhbərliyi dövründə bu sahədə saysız ciddi işlər görmüşdür. Yeni məktəblərin tikilməsi, xaricdə təhsil, yeni dərslik hazırlanması bu sıradan görülmüş işlərin yalnız bir hissəsidir. Ulu öndər apardığı bu siyasəti ölkəmiz milli müstəqillik qazandıqdan sonra da davam etdirdi və ölkəmiz hazırda da bu yolla uğurla irəliləyir.
Bu gün ölkəmizin hər yerində təhsilə göstərilən diqqət və qayğı göz qabağındadır. Yeni müasir məktəblərin tikilməsi və avadanlıqlarla təchizi, İKT-nin inkişafı bir sözlə hər şey bugünkü təhsil sisteminin uğuruna xidmət edir. Baxırsan, könlündən az qala məktəbli olmaq keçir, övladlarımızın azad dövlətin vətəndaşı kimi böyüməsi, belə müasir məktəblərdə oxuması qəlbini qürurla döyündürür. Hər il neçə-neçə oğlan və qızlarımız orta məktəbi bitirib ali məktəblərə üz tutur, bunların arasında mümkün ən yüksək balı toplayaraq Prezident təqaüdü alanlar da az deyil. Bu çox sevindirici və qürurverici haldır, amma çox təəssuf ki, hələ də müxtəlif bəhanələrlə ümumi orta təhsildən yayınan oğlanlar, erkən nikaha cəlb olunaraq məktəbdən uzaqlaşdırılan qızlarımız var. Bu sıradan qızların xüsusi çəkisi üstünlük təşkil edir! Nəticə də göz önündə…
Savadlı övlad yetişməsi üçün birinci növbədə analar savadlı olmalıdır.Geniş dünyagörüşünə malik olmadan tərəqqi etmək mümkün deyil. Öz yaşayış minimumunu təmin edə bilməyən, ömrünü tərk edilmək qorxusu ilə keçirən, haqqının harada, necə tapdandığını, hüququnun kimlər tərəfindən qırıldığının fərqində olmayan, azad düşünə bilməyən qadın övladını necə düz yola çıxara bilər?! Bax elə buna görə də özünə dəyən zərbələrdən həyat dərsi almaq əvəzinə xilas yolu tapmaqda aciz qalır. Ərə “maddi təminat mənbəyi” kimi baxan, başqa təmənna və umacaqlarını isə məişət qayğıları içərisində çoxdan gömən bu qadın üçün həyat da marağını itirmiş kimi görünür artıq. Bu azmış kimi, öz həyatından fərqli bir həyat verə bilməyəcəyi yeniyetmə qızının evdə qalacağı qorxusu ilə əlləşir.
Ən yaxşı halda belə qızlar 11 illik təhsili ölüm-zülüm başa vuraraq evdə “öz alıcısını” gözləyir. Ananın övladına verə biləcəyi tək şey də qızın ər evinə yola salınması anlamındadır. Bunu tezləşdirməyin cəmini də tapır belə analar: bir dəst gözəçarpan geyim-keçimlə, bir-iki toya çıxsa, bəsdir. Vəssalam. Sonra cansız cehiz əşyalarına qoşularaq ər evinə yollanan qızın həyatdan özgə təmənnası qalmır daha. Yəni bu qədər sadə və bəsit imiş xoşbəxtlik. Doğrudanmı onlar da XXI əsrin övladlarıdır?! Bəs düşüncəsi hansı dövrü ehtiva edir, Ya Rəbbim…
Yenə məktəbi, elmi yüksək dəyərləndirən, onun uşaqların həyatında rolunu insanlara ən sadə və şirin avazla çatdıran, millətinin xilas yolunun elm və məktəb partasından keçməsini yana-yana bizlərə xatırladan ulu Sabirə sığınıram. Onun söz nəhrindən bir dürr ilə düşünməyə davam edək .
Elmin izzəti payıdar olur, Cəhlin nikbəti canşikar olur, Hər kəs elm oxur, bəxtiyar olur, Millət elm ilə bərqərar olur.
Oxuyun əzizlərim, oxumaq zamanıdır…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Eyforiya-insanın sevinc, şadlıq hissinin yüksək olduğu ruhi-psixoloji vəziyyətdir. Əslində tərkibində patologiya elementləri olmayan bu hiss Psixatriyada xəstəlik halı kimi qiymətləndirilir. Çünki bu zaman insanın olduğu ruhi vəziyyət onun kədər və həyəcan kimi digər hisslərin qəbulunu ləngidir. İnsan gerçəkləri olduğu kimi qəbul etməkdə aciz qalır, bəzən isə belə şəxs və ya şəxsləri istənilən kimi idarə etmək mümkün olur.
Sözün hərfi mənası isə şən əhval-ruhiyyə, uğur və müvəffəqiyyətdən baş gicəllənməsidir. Qurani-Kərimin Ənkəbut surəsində buyrulur “…Şeytan onlara etikləri əməli gözəl cilvələndirdi və beləliklə onları həqiqi yoldan saxladı, bir halda ki, onlar görürdülər.”Bəli, Şeytanın insanı doğru yolundan azdırmaq üsullarından biri də elə haqqında danışdığım eyforiya halıdır. Nəticədə insan öz kiçik uğurunu həddən artıq şişirdir, özünü də, işini də öz gözündə böyüdür, beləliklə düz yoldan sapınır, minnətdarlıq hissindən uzaqlaşır, təkkəbbür hissi güclənir və inkişafdan da geri qalır.
Şotland yazıçısı, şairs və tərcüməçi, hüquqşünas Valter Skott söyləyir ki, ilk dəfə anlayanda ki, ədəbiyyatçı olmağa məhkumam, bütün gücümü o, xəstə hissiyyatdan-şairlər tayfasını bədbəxt və gülməli günə qoyan şöhrətpərəstlikdən qurtulmağa yönəltdim. Komplimentlərdən ötrü yanan şairlərə məxsus hissləri içimdə məhv etməyə çalışdım…
İlahi, məni bağışla,
Bilmədən öydüm özümü.
Anlayanda bilmədin heç,
Ta necə döydüm özümü.
Evim başına kül tökdü,
Çökdü daş-divar ağladı.
Bayquşlar halıma yandı,
Ala qarğalar ağladı…
Ayaqlarımın altında,
Otlar əzildi, üzüldü.
Qızılgüllərin gözündən,
Yaşlar süzüldü, süzüldü..
Indi dərgahın önündə,
Diz üstə çöküb qalmışam.
Ilahi əfv elə məni,
Ilahi, məni bağışla..(Ş.Ş)
Depressiya- isə əksinə əhval düşüklüyü olaraq bir çox səbəblərdən yarana bilir. Bunu ruhun anomaliyası da hesab etmək olar ki, ətraf mühit, fəsil və ya fizioloji dəyişikliklərləri səbəbiylə yaranır. Hətta hər hansı bir uğursuzluq səbəbiylə də, hətta keçmişdə yaşanmış olsa belə ortaya çıxa bilər və bu əslində patologiya sayılmammalıdır. Yox, əgər insan dərin psixoloji travma alırsa, onun iş və əmək qabiliyyəti də aşağı düşür, açıq-aşkar ruh düşkünlüyü yaşayırsa artıq narahat olmağa dəyər. Tanıdığım bir yaxın insan hər il payız fəsli gələndə depressiv hala düşür, bu da onun uzun illər öncə aldığı ruhi zədənin, hələ də dəyişməyən fikir və düşüncələrin göstəricisidir. Bu zaman o, özünü lazımsız hiss edir, yuxusuzluqdan əziyyət çəkir, ümidsizlik duyğusu baş qaldırır, heç bir şey ona ürək dolusu sevinc yaşada bilmir.
Alimlərin fikrincə günəşli günlərdə günəş işığının təsirindən insan bədənində xoşbəxtlik hormonu-endolfin yaranması səbəbindən depressiya müşahidə olunmur. Amma soyuq aylarda, günlərin gödək, həm də dumanlı, yağışlı-çiskinli keçdiyi zamanlar depressiya üçün münbit şərait yaranır. Səbəb də eynidir-Endolfin çatışmazlığı…
Uşaqlarda, yeniyetmələrdə hələ sinir sistemi tam formalaşmadığından depressiya daha dərin keçə bilir. Ali məktəbə qəbul ola bilməmək, ailədə hər hansı formada münasibət pozğunluğu, kobudluq, qəlbini aça bildiyi insanın olmaması və s onları real vəziyyətdən uzaqlaşdırıb depressiyaya sala bilər. Ona görə də uşaq və yetkinlik çağında olan kəslərə evdə, ətraf cəmiyyətdə qayğı və diqqətin olması vacibdir.
İki anormal vəziyyət və iki fərqli sonluq… Heç biri təqdir edilən deyil, normal hal hesab edilmir, nə özünü İran şahı hesab edən, nə də yararsız sayan haqlıdır. Amma hər iki halda insanın insana, sevgiyə, qayğıya ehtiyacı var. Dünyaya uzaqlardan baxa bilsəydi insan, kim bilir hansı gözəllikləri görə bilərdi.. Dünya və içindəki bütün yaradılışlar İlahinin əsəridir və olduqca gözəldir. Bax, bir gülün açılması, yağışın yağması, buludların göy üzündə yaratdığı möcüzəvi tablolar, yerdə insan, onun xatirinə yaradılan kainat necə mükəmməl və qüsursuzdur. Hər şey incə dəqiqliklə planlanmış və insan üçün ən yaxşı olanı seçilmişdir.
Dünyaya uzaqdan baxa bilsəydik… Əlinə belə bir imkan düşən astronavt Russel Louis Schweickarts söyləyir:
-Kosmosdan dünyaya baxanda onun ucsuz-bucaqsız bir kainat içində nə qədər önəmli olduğunu gördüm. Ordan dünya bir nöqtə kimi görünürdü. O anda mənim üçün vacib olan hər şeyin, tarixin, sənətin, həyatın, doğumun, ölümün və sevginin bu kiçik nöqtə üzərində olduğunun fərqinə vardım…
Ağlı başında olan, həyatı dərk edən hər kəs nə qazandıqlarından məst, nə itirdiklərindən qəmgin olmasın gərək. Axı dünya fırlanır və insan da onunla bərabər.. Hər işə sevgiylə başlamaq və sevgiylə sona çatdırmaq düşür öhdəmizə.
…Bir qəza yeridi ürəyim daha,
Arzular partlayır, ümidlər batır.
Başımı qaldırıb göyə baxıram-
Hardansa, harasa durnalar uçur…
Unutmayın, hər kəsin astronavt olmaq kimi bir şansı yoxdur!..
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
İşğal altındakı torpaqlarımızın alındığı,Qarabağın ağ günlərə qovuşduğu, 30 illik həsrətin bitdiyi vaxtdan düz bir il ötür. Şəhidlərin torpağı al qanları ilə yoğurub vətən yapdığı zamanın bir ili tamamdır. Düz bir ildir ki, xalqımız tarixi qələbəsinin qüruru ilə yaşayır. Murdar erməni çəkmələri altından canı qurtarıb rahat nəfəs alır torpaqlarımız. Bağrı yarılan, sinəsinə min dağ çəkilən torpağın yaralarına məlhəm qoyur, üzünə sığal çəkir, qulağına xoş sözlər pıçıldayır o yurdün əsil sahibləri…
Şuşa qol qaldırıb süzür dağlar başında, möhtəşəm təbəssüm qonur qədim Füzulinin, Zəngilanın, Kəlbəcər və Laçınımızın dodağına… Qarabağ bütövlükdə çırpınıb çıxır yasdan, atır üstündən qapqara çirkabı!..
Xoşbəxtlikdən gözü dolur torpağın, sevincindən dodağı çatlayır. Adamlar doğma yurd yerlərinə getmək üçün çox tələsir. İndi şəhid ruhları azad səmada şaddır. Qazilərimiz 44 günlük müharibənin acılarını əzalarında daşısalar da, qürurludurlar…
Azərbaycan öz halal zəfərini bayram edir, uşaqlar və böyüklər işini-gücünü qalibiyyət notlarına kökləyir. Şəhərdə, eləcə də bütün bölgələrimizdə ab-havanın dəyişdiyi göz önündədir…
Iki yüz ildən artıq bir zaman içərisində daim əlimizdən alındı torpaqlarımız.
Lap sülh adıyla, murdar qonşumuzun nazı ilə oynadılar. Tikə-tikə kəsdilər, para-para böldülər, “yağlı” yerindən də pay düşdü dünyada yaltaqlıqda, acgözlükdə, satqınlıqda tayı-bərabəri olmayan ermənilərə. Qonşu dövlətlərin torpaqları hesabına torpaq qazandılar, olmayan yerdən dövlət qurdular. Yenə gözləri doymadı! İştah diş altındadır axı, tamah dişlərini itiləyib sancdılar torpaqlarımıza. “Dənizdən dənizə “ paronoy ideyalarını o qədər bəslədilər ki, özləri də öz yalanlarına inanmağa başladılar. Hətta bəzi dünya dövlətlərini də inandıqmağa müvəffəq oldular…
Amma “haqq nazilər, üzülməz” deyib babalarımız. Əqrəb kimi axırda özünü çaldı, zəhəri özlərini zəhərlədi.
2020-ci ilin 27 Sentyabr gecəsi xalqımızın səbir daşının sındığı vaxt oldu. Ali Baş Komandanın bir əmri ilə qüdrətli Ordumuz döyüşə hazır vəziyyətə gətirildi. Oğullar
düşmənə nifrət və qisas hissi ilə döyüşlərə yollandı. Canavar kimi, pələng kimi döyüşdülər. Səngərdən səngərə atıldılar, yaralandılar, şəhid oldular, amma bir an ali məqsəddən uzaq düşmədilər. Sonda bu torpağı vətən etdilər!..
Zaman, hər əsgərin bir ordu, ordunun bir əsgər olduğu vaxtı göstərirdi. İgid oğullar ata-ana xeyir-duası ilə döyüşlərə yollanırdılar…
Xeyir-dua ver, ana,
Yetişdi qisas anı.
Tökməyə düşmən qanın,
Qarabağa gedirəm!..
…Füzuli, Ağdam, Laçın,
Şuşa yolmasın saçın.
Çək dumandan çalmanı,
Qarabağa gedirəm…
Orduya, xalqa, dövlətə söykəkdi onlar. Xalq və dövlətin birliyi, ordumuzun yenilməzliyi, əsgərlərimizin cəsarəti sayəsində tarixi zəfər labüd oldu…
Qandan, qadadn adladı, daşdan, qayadan keçdi uğurlarımız. Uzun və ağır cəbhə yolları birbaş Şuşaya qalxdı. Ağır döyüş əməliyyatı planları, onun uğurla yerinə yetirilməsi hər dəfə qələbəyə bir addım da yaxınlaşdırdı bizi. Ali Baş Komandanın vaxtaşırı televiziya və radio vasitəsilə çıxışları, cəbhədən verdiyi dəqiq və sevindirici məlumatları, müsahibələri xalq səbirsizliklə gözləyirdi. Dinləyir, sevinir və qələbəyə ruhlanırdı. Kənd və şəhərlərin bir-bir işğaldan azad edilməsi xəbərləri paytaxt Bakıda, eləcə də bütün bölgələrdə bayram ovqatı yaradırdı…
Bayquş xislətli erməni 30 il ərzində Qarabağda daşı daş üstə qoymamışdı. Tarixi abidələrimiz məhv edilmiş, yaşayış məskənləri dağıdılmış, yerüstü və yeraltı sərvətlər daşınıb aparılmış, meşələr yandırılmışdı. Təbiətlə də vandalcasına davranan bu üzdəniraqlar, qəbristanlıqları da unutmamışdılar…indi isə döyüş meydanlarında silah-sursatla bərabər papağını da qoyub qaçırdı. Azərbaycan əsgəri isə onu “iti qovan” kimi qovurdu!..
Dövlətimizin apardığı düzgün daxili və xarici siyasət, güclü ordu və xalqımızın birliyi tarixi qələbənin təminatı oldu. “Hər şey cəbhə üçün, hər şey qələbə naminə” idi həmin günlərdə. Ordumuzun hərbi sahədə olduğu kimi maddi təminatının da yüksək olmasına baxmayaraq, analar isti yeməklər bişirir, isti geyimlərlə birgə cəbhəyə göndərirdi. İnsanların bir-birinə sevgisi, qayğısı artmışdı. Hər kəsi bir amal, bir məqsəd birləşdirirdi-müharibəni zəfərlə başa çatdırmaq…
Bəzən Haqqin, ədalətin yolu elə müharibədən, savaşdan keçməli olur. Anam deyərdi ki, “ho deməklə donuz darıdan çıxmaz!”.. Uzun illər dövlətimizin atdığı sülhməramlı addımlar, keçirdiyi görüşlər nəticəsiz qalanda müharibə qaçılmaz oldu. Nəticədə işğalçı dövlət öz layiqli cavabını və cəzasını aldı. Öz məğubiyyətini, Azərbaycanın isə qalib olduğunu sənədlə, sübutla təsdiq etməkdən başqa yolu qalmadı…
Bu gün Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır…
Qələbə yaraşır mənim xalqıma,
Yel vurub əsdirir qalib bayrağı.
Açılır qanadı Azərbaycanın,
Geyinir, bəzənir bayramsayağı…
Artıq Qarabağda yeni və irimiqyaslı quruculuq işləri həyata keçirilir. Infrastruktur yenidən qurulur, yollar çəkilir, evlər tikilir, dövlət əhəmiyyətli işlər görülür. Gözəl Şuşada, Cıdır düzündə mədəni tədbirlər keçirilir, söz-sənət çələngi toxunur…
Qoy xalqımız bir də müharibə görməsin, uşaqlar top-tüfəng səsindən diksinib oyanmasın, torpağın bağrına güllə dəyməsin, analar fəryad edib saç yolmasın!..
Oğullar doğulsun, igidlər meydanlara bayramlarda qurşaq tutub yarışmaq üçün çıxsınlar…
Tarixi zəfərin mübarək olsun, Azərbaycan!…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
“SÖZÜN HÜZURUNDA “ Bu dəfə ““SƏMİMİ SÖHBƏT””in aparıcısı mən- ŞAHNAZ ŞAHİN , qonağı isə TƏRANƏ MƏMMƏD oldu. Vaxt bizə, biz də vaxta işlədik. Uzun müddət mötəbər dövlət orqanlarından birində işləmiş, indi isə uğurlu ədəbi yazıları ilə sevilən söz adamını bir az da yaxından tanıyın. Beləliklə başladıq. Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz? Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam. Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir. Külli Qarabağın abi- həyatı Nərmə-nazik bayatıdır, bayatı. Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir. Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi. Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu. Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..? Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram. Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz? Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı. Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi… Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram. Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi. Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi. Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən? Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir . Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə? Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim. Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı? Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən. Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır. Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər? Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər. Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz? Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir? Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə. Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz… Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram. Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz… Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə. Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz… Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar. Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz? Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək. Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da… Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz… Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır. Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi? Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?” Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə. Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı? Cavab: “Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq. O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)). Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm! Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm. Şahnaz Şahin Təranə Məmmədlə Bu dəfə “Səmimi söhbət”in aparıcısı mən, Şahnaz Şahin, qonağı isə Təranə Məmməd oldu. Vaxt bizə, biz də vaxta işlədik. Bu da nəticəsi… Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz? Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam. Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir. Külli Qarabağın abi- həyatı Nərmə-nazik bayatıdır, bayatı. Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir. Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi. Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu. Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..? Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram. Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz? Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı. Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi… Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram. Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi. Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi. Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən? Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir . Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə? Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim. Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı? Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən. Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır. Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər? Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər. Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz? Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir? Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə. Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz… Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram. Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz… Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə. Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz… Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar. Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz? Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək. Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da… Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz… Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır. Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi? Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?” Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə. Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı? Cavab:“Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq. O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)). Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm! Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm…
“Dünyanin həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir..” R.Taqor
Məni qınamayın,yazmaq,qəlbində yığılanları qələmin “burnundan gətirmək”də bir az vərdiş məsələsidir .”İştah diş altındadır” deyib babalar, yemək istəmək bir şey, yemək isə başqa bir şeydir. Yazı da elə, yazmayanda yadırğayır adam, tənbəlləşir bir az. Yazmaq üçün qələmi götürmək ürək ağrıyanda dilinin altına nitroqliserin həbi qoymaq kimidi bir növ! Yemək üçün ağzına qoyduğun tikə kimidi, dadı xoşuna gəldisə qazandın…Ac olanda çörək, susuzluqda su dərdi çəkmək kimidi yazmaq istəyi..Dərdi olan dərdini, sevinən sevincini bölüşməsi tələbatıdı yazı istəyi!.. Bir də dünyaya övlad gətirmək kimi hissdi bu, amma bunun da yarımçıq doğulanı, ölü olanı, şikəsti var həm də. Torpağa düşən toxum kimidi yazmaq tələbi, amma hər toxum cücərməz ki!.. Mərhum jurnalist, uzun illər Ədalət qəzetinin əməkdaşı olmuş, bir-birindən maraqlı yazıları ilə tanınan Vəsilə xanın Usubova deyirdi ki, ”hesablanmış,sifarişli yazılar yazmaq adamı tükətir, bir növ insanın hissi, ruhu dara çəkilir… Arada fasilə vermək gərəkdi və bir də ürəyinin səsini dinləməlisən..”
Deməli yazmaq könül məsələsidir, elə sevginin özü kimi, əziz qonaq kimi..Vaxtında xöş gəldin deyib yanına çəkmədinsə küsüb gedəcək,qaytarsan da yazdığın “vaxtı keçmiş” effekti verəcək, boyat dadacaq.!
Neçə vaxtdı qələm-kağızı bir qırağa qoyub əziz adamlarımın “kefi”ilə oturub dururam.. Yəni vaxtımı onların istəyi və marağı üzərinə qurmuşam, bəs nə, əzizdilər axı.. Amma bəri başdan küsüb inciməsinlər deyə üzr istəmişəm yazmaq istəyimdən, imkansa vaxtı dəyişsin deyə xahiş etmişəm!..Nəhayət bu gün hüzuruna qalxmaq imkanım olsa da zəhrimar təzyiq gəlib girdi aramıza, kəsdi ona gedən və həm də onun mənə gələn yollarını! Bax elə bu saat da fikrimi çaşdırmağa, iştahımı küsdürməyə çalışır, amma yox, ona fürsət vermək olmaz, yoxsa çıxacaq başıma!..
Çox qorxuram təzyiqdən, nə gizlədim axı.. Yenə anamın ədəbi dünyasından misal çəkəcəm. Anam gəncliyində ölümdən çox qorxurmuş, yan-yörəsi də bildi-bilmədi, yeri gəldi-gəlmədi özlərini bilici göstərib öyünürmüşlər ki, adam da ölümdən qorxarmı, ölümdən qorxan kafirdi!..Bəh, anam da eləmə tənbəllik, bunu bir elmli adama gənəşir, o da cavabında buyurur ki, ey dili qafil, ölümdən qorxmamaqmı olar?!Əlqərəz deyilənin tam əksini söyləyir adam və üstəlik əlavə izah da verir ki, insanın ölüm qorxusu olmasa nələr edə bilər? Onu bir az da pis əməllərdən geri tutan elə həmin qorxudur…Bu yerdə Əmir Teymur və Nəsimi filmi yadıma düşdü..
Bəs nədi, ölüm adi söz deyil e, adi hal ehtiva etmir özündə, həyatın sonu, var olmanın bitməsi, dünyaya əlvida, sevdiyin və səni sevənlərdən həmişəlik ayrılıqdı!! Bitirə bilmədiyin işlərindi gözündən yaş kimi tökülən, kam ala bilmədiyin həyatındı boğazında düyünlənən, batan günəşdi, yağan qardı, qışdı bir sözlə, qış…
Amma indi payızdı,təbiətin sarı,qırmızı örtüyə büründüyü vaxtdı. Ağacların bardan başını aşağı saldığı vaxt.., bağların qıpqırmızı nar kimi qızardığı, heyva kimi sapsarı saraldığı, şəffaf üzüm gilələri kimi şirələndiyi, qan təzyiqini aşağı salan innab kimi ətirləndiyi vaxt.. Sonra yetişmiş meyvələr yığılacaq və bomboş qalacaq bağlar, bir addım yaxınlaşacaq “ölümünüə”…Yarpaqlar da saralıb, qızarıb töküləcək, yerdə xəzəl olacaq, boş qalacaq bağlar…Təbiətin hüznlü çağıdır payız, nisgilli, amma ecazkar qızıdır, onu müdrikləşdikcə daha yaxşı tanıyırsan, axı payız özü də təbiətin müdrik çağıdır elə…
Payızda bir az da mistika var, təbiətdən yarpaqların və torpağın bir birinə qarışığından yaranmış mükəmməl bir qoxu gəlir, yağışın səsini, ayaqlar altında qalıb qol-qabırğası sınan xəzəllərin küləyə qoşulub yaratdığı musiqini nota salmaq olsaydı..!
Təbiətdə hər fəslin öz yeri var, insanlarda hər yaşın öz gözəlliyi olduğu kimi.. Əslində bütün fəsillər eynən insan həyatında da xronoloji ardıcıllıqla təkrarlanır, yazı, baharı ilə, payızı, qışı ilə!..
Dövran tez dolanır, illər tez keçir,
Biz də dəyişirik hey ildən ilə.
Ömrün pillələri necə düz gəlir.
Ana təbiətin fəsillərinə…(B.Vahabzadə)
Amma mənə elə gəlir ki, bir fəsil də var, o fəsil insan həyatına gizli gəlib gedir, gözə görünmür, o beşinci fəsildir.. Hər kəsin yaşamaq istədiyi, amma hansısa səbəblərdən yaşaya bilmədiyi fəsil..
İndi isə payızdır.. Təbiət hər işini vaxtında görür, bizim kimi sonralara saxlamır və bir-birindən fərqli gözəllikləri sərir önümüzə… Eynilikdən qaçışdı bu sanki.., göz yorulmasın, həyat adiləşməsin, gördüklərimizə biganə olmayaq deyə ana təbiət bir-birindən fərqli gözəllikləri ilə çıxır qarşımıza!..Fəqət bu gözəlliklər içərisində darıxmaqlar da var, hətta depressiya halına gələnlər, payızın sevgi nəğməsini deyil, hüzn dolu simfoniyasını eşidənlər!
Nə zamansa aldığları travma heç özləri də bilmədən zamanla üzə çıxıb sahibini ələ verir. Onlar üçün payız dünyanın ayrılıq tərəfidi, həsrət üzüdü, kədər, qüssə səhifəsidi ki, onu bacardıqca tez çevirməyə çalışırlar..
…Heç sevmirəm payızda küçələrin, xiyaban və bağların xəzəldən təmizlənməsini! .. Bu da sanki payızın izlərini silməyə hesablanıb… Payız fərqlilik fəslidi həm də, bəlkə ona görədir ki, hər kəs payızı bir cürə sevir..və
Sevgi varsa, həyat da var.. və ya tərsinə!
Həyat elə bütün fəsillərilə maraqlı və gözəldir…, beşinci fəsli isə siz yaratmalısınız, əzizlərim!