GÖYÇƏ YUXUMA GƏLIR Kaş şərxin dönəydi, fələk tərsinə, Dərdim güzgü tutur dərdin səsinə. Basıb ayrılığı öz sinəsinə, Göyçə qərib-qərib yuxuma gəlir. * * * Ayrılıq yelləri öpür üzümdən, Min ağrı boylanır hər bir sözümdən. Açır qapısını keçir gözümdən, Göyçə qərib-qərib yuxuma gəlir. * * * Alnı qırışıbdı ümidlərin də, Bu dərdin,ağrının kökü dərində. ƏLƏSGƏR sazının pərdələrində, Göyçə qərib-qərib yuxuma gəlir. * * * Hünərim azıbdı dumanda, sisdə, Ağrılar yurd salıb ləpirdə, izdə. Dədə ƏLƏSGƏRİN məzarı üstən- Göyçə qərib-qərib yuxuma gəlir. * * * Yaddaşı qalıbdı duman içində, Arzusu çırpınır güman içində. Harayı don vurub zaman içində, Göyşə qərib-qərib yuxuma gəlir. Müəllif: Sona Abbasəliqızı
Bəşəriyyətin inkişaf mərhələsinə mütəmadi olaraq təkan verən, təfəkkür və təxəyyülləri ilə ölkəsinə, xalqına xidmət edən elm adamlarımızın – alimlərimizin, qələm adamlarımızın xidmətləri, oların keçdikləri ömür yolları tarix səhifələrində özünəməxsus möhtəşəm yer tutur. Ölkəsini və xalqını dərin məhəbbətlə sevən, fəal ictimaiyytçi, gözəl alim xanım AMEA-nın Zoologiya İnstitutunda çalışan, elmlər doktoru, Yeganə Əbil Həsən qızı Mahmudbəyli də məhz belə alimlərimizdəndir. Vətənpərvər alim ömrünün ən dəyəri illərini elmə və xalqına həsr etmişdir.
QISA ARAYIŞ: Yeganə xanım orta təhsilini Bakıdakı 52 saylı məktəbdə almışdır. Bakı Dövlət Universitetinin ( 1981-1986) biologiya fakultəsini bitirmişdir. 1987 – ci ildə Azərbaycan Milli Emlər Akademiyası Zoologiya İnstitutununu “Helmintologiya” laboratoriyasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.1997 –ci ildə bilogiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülənYeganə xanım 2000 – ci ildə böyük elmi işçi, 2007 – ci ildə dosent elmi adını almışdır. Yeganə Mahmudbəyli hazırda AMEA –nın Zoologiya İnstitutunda çalışır. Çalışdığı İnstitutun Dissertasiya Şurasının Elmi Seminarının üzvü olan Yeganə xanım Mahmudbeyli mütəmadi olaraq elmi fəaliyyətini davam etdirir. O, 53 elmi məqalənin müəllifidir və məqalələrin bir çoxu xarici ölkə mətbuatında dərc olunub.
Bu gün Yeganə xanımın ad günüdür. Aldığımız məlumata görə xəstədir. Arzu edirik ki, yeni yaşı Yeganə xanıma sağlamlıq və uğur gətirsin.
Yeganə Mahmudbəyli “Nizami Gəncəvi” diplomu N: 03 – 03.03.2021. Bakı.
BU GÜN – GÖZƏL GÜN
Kənan HACI – YAZAR.
Təqvimin bu günü ikinci bir hadisə ilə də əlamətdardır. Bu gün sevilən, istedadlı yazar, mükəmməl insan Kənan Hacının – Hacıyev Kənanın doğum günüdür. Vətənpərvər, yurdsevər, xalqına bağlı yazarımız ömrünün ən dəyəri illərini – geridönməz gəncliyi yaradıcılığa həsr etmiş, qələmə adamışdır. Kənan müəllimi ad günü münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
QISA ARAYIŞ:
Kənan Hacı – Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi.
Həyatı Kənan Hacı 1975-ci ildə martın 3-də Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
Fəaliyyəti 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “”İki sahil””, “”Ədalət””, “”Vətəndaş həmrəyliyi””, “”Yazar”” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “”Qanun”” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “”Aydın yol”” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “”Qərib axşamlar”” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.
Kənan Hacı – “Nizami Gəncəvi” diplomu N: 02 – 03.03.2021. Bakı.
Sonda hər iki ziyalımızı bir daha təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı və fəaliyyətlərində uğurlar arzu edirik! Uğurlarınız bol olsun!!!
QORXMURAM MƏN Bir gün gələn bir gün gedər, doğrudur, Salam, əcəl, səndən heç qorxmuram mən! Bu ömürdən ötən illər oğrudur, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Sənin adın məzarlığa işarə, Yetişdinsə insan olan nə karə, Səndən ricam, gəl möhlət ver şairə, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Əl uzadıb bağladıqca gözləri, Alıb bir-bir götürürsən bizləri. Səndən ricam, yetim qoyma sözləri, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Düşündünmü burda qalan doğmanı, Udanmırlar sənin zəqqu yaxmanı, Gəl çaşdırma bu gün, sabah loğmanı, Salam, əcəl, səndən heç qorxmuram mən! 23.02.2021.
ADAM Qalıb əllərində dərdin, zillətin, Soyuq palatada üşənən adam! Unudub yarasın, ağrı, illətin, Yenə də şairin düşünən adam! * * * Unudub taleyin ağır sitəmin, Dəfn edib içində, aşıb matəmin, Atınca həyata təkrar qədəmin, Yenə də şairin düşünən adam! * * * Yenə də ruhunda qayğı çələngi, Sevgi bulağında, əldə səhəngi, Sevdanın çiçəyi, eşqin nəhəngi… Yenə də şairin düşünən adam! 01.03.2021.
ÇIXAQ GEDƏK Heç sordunmu qışı qışdan, Arıtdınmı yaşı yaşdan, Qorudunmu, saxladınmı, Başı başdan, başı daşdan? * * * Yeridinmi altmışına, Sur oldunmu yatmışına, Əbədiyyət dadsız meyvə, Rast oldunmu dadmışına? * * * Yollar uzun , ömür gödək, Azı şirin, çoxu öddək, Sevinc bizi bəyənmirsə, Tut əlimi çıxaq gedək!!! 02.03.2021.
Nargis – “METAKƏDƏR” və ya hər şey arxada qaldı, xoş günlər bizi gözləyir… Zülmətdən doğan işıq… Hər açılan səhərimiz metakədər…
Nargis xanım filologiya üzrə fəlsəfə doktoru, özünəməxsus yaradıcılıq üslubu olan yazar, elmin dərinliklərinə cəsarətlə baş vuran alim, işinin ustası bacarıqlı təşkilatçıdır. “METAKƏDƏR” – i yaşayın…
Daş qoynunda sarı-sarı dünən var, Zülmət düşür, dodağını büzən var. Havasına durna kimi süzən var, Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”. * * * Sərt başlayıb qayaların davası, Qırov tutub lal quşların yuvası. Ürəyimə məlhəm olur havası, Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”. * * * O nəğməni mən, söz kimi yayıram, Çeşmə kimi, bulaq kimi duyuram. Çalınanda, xoş oluram, uyuram, Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”. * * * Neçə igid çınqı atıb qanından, Göylər onu xəlq eyləyib danından. Sonanın da can çıxarır canından, Aşıq qardaş, “Sarıtel”çal, “Sarıtel”.
Qalx ayağa,vətən oğlu,zamandı! Bəsdir daha yurdun-yuvan talandı! Ulu xalqım bu durumdan usandı! Qov yağını vətənimdən, xar olsun! Şəhid olsaq, təki vətən var olsun!
Yurdlarımı min hiyləylə aldılar. Ellərimi yurddan qaçqın saldılar. Xainliklə yuvamıza doldular. Qov yağını vətənimdən ,xar olsun! Təki anam Azərbaycan var olsum!.
Qorxu nədir bilməyib mərd babalar. Qanlarını daşıyır qurd balalar. Qalxıb vətən qisasını alarlar. Qov yağını vətənimdən,xar olsun! Təki Bütöv Azərbaycan var olsun!
Qafqazların vüqarını qaytaraq. Elin gözəl növrağını qaytaraq. Girov vətən torpağını qaytaraq! Qov yağını vətənimdən,xar olsun! Qazi olaq, təki vətən sağ olsun!
Qulaq asaq ruhumuzda fəryada. Ana vətən qalmaz yağıya-yada. Başı uca yaşamaqçün dünyada, Qov yağını vətənimdən ,xar olsun! Elim-obam-yurdum-yuvam var olsun!
Qorxu bilməz Mübarizə bənzəyək! Fuad kimi doğru sözə bənzəyək! Elə Nadir babamıza bənzəyək! Qov yağını vətənimdən, xar olsun! Təki Bütöv Azərbaycan var olsun!
Azad olsun Qarabağ şikəstəsi. Eşidilsin Xarı Bülbül naləsi! Oyatsın Şuşamı azanın səsi! Qov yağını vətənimdən,xar olsun! Təki anam Azərbaycan var olsun!
Yer, dünyaya göz açınca yurd olar. Azərbaycan igidləri mərd olar. Qorumasaq vətənsizlik dərd olar!!! Qov yağını vətənimdən,xar olsun! Təki azad Azərbaycan var olsun!
BİZİM SEVGİMİZ.
Sandım,unudaram sənli günləri … Sandım,o günlərə dönmərəm daha . Qəlbimi yaxsa da xatirələri … Ürəyim yansa da dinmərəm daha …
“Yazarlar” cameəsi olaraq, bizim üçün çox dəyərli olan, hörmətli yazarımız Leyla xanımı doğum günü münasibəti ilə “Nizami Gəncəvi” diplomu ilə təltif edirik. Doğum gününüz qutlu olsun, Leyla xanım!
Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə uşaq ədəbiyyatının banisi, görkəmli ədibimiz Abdulla Şaiqin yubileyi ilə əlaqədar “Abdulla Şaiq – 140” adlı zoom görüş təşkil edilmişdir.
Görüşdə “Güllünün şeirləri” ilə uşaqların qəlbinə yol tapan, istedadlı və sevmli yazıçımız Zaur Ustac və Qax rayon C.Cabbarlı adına mərkəzi kitabxananın informasiya resurs şöbəsin müdiri Əsli İbrahimova iştirak etmişdir.
“Abdulla Şaiq -140”
Görüşdə ilk olaraq uşaqlara Ə.İbrahimova tərəfindən hazırlanmış “Abdulla Şaiq -140” video-çarxı təqdim edilmiş, görkəmli şairimizin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir. İstedadlı şairimiz Z. Ustac A.Şaiqin ilk uşaq yazıçısı olduğunu, bir-birində fərqli axıcı və uşaqlar üçün maraqlı mövzularda povest , hekayə və şeirlər yazdığını bildirmişdir. A.Şaiqin uşaq ədəbiyyatına gəlməsindən danışan Z.Ustac bildirmişdi ki, ədibimiz uşaqlar üçün ədəbi materialların az olduğunu gördükdə belə maraqlı, sevilən və tərbiyəvi əhəmiyyəti olan əsərlər yazıb yaratmağa başlamışdır. A.Şaiq yaradıcılığından müxtəlif əsərlər səsləndirən Z.Ustac Ana dilini öyrənmək üçün, şairin yaradıcılığının çox gözəl və düzgün seçilmiş bir metod olduğunu qeyd etmişdir.
Əsli İbrahimovada bir kitabxanaçı kimi A.Şaiq yaradıcılığının müasir gənclərimizə çatdırmağın vacib olduğunu bildirmiş və çalışdığı kitabxanada bu istiqamətdə işlərin görüldüyünü qeyd etmişdir. Pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dövrdə Ə.İbrahimova görkəmli yazıçı, şairlərimiz haqqında müxtəlif video-çarx hazırlayaraq sosial şəbəkədə gənclərimiz və uşaqlarımız ilə bölüşür və onların ədəbi cəhətdən zənginləşməsinə kömək edir.
Ə.İbrahimova tədbirin davamında A.Şaiqin ədəbi zənginliyi ilə fərqlənən müxtəlif əsərləri ilə uşaqlarımızı tanış etmiş,Ana dilimizi öyrənməyin vacibliyini vurğulamışdır.
Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Cəfərovanın şagirdi Aylan Süleymanlı görüşümüzə qoşulmuşdur. Aylanın söylədiyi “Xoruz” şeir uşaqlarımız tərəfindən maraqla qarşılanmış və aralarında fikir mübadiləsi olmuşdur:
Zaur Ustac – Abdulla Şaiqin yaradıcılığından söhbət edir.Zaur Ustac məktəbimizin şagirdləri ilə sual-cavab edir.
Uşaqlarımız həmişə olduğu kimi görüşümüzdə fəallıq göstərmiş, mahnı,şeir söyləmiş və qonaqlarımıza maraqlı suallar vermişdilər.
Tədbirdə iştirak edən Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri:
Aida xanım Ramberg(N:01)
Ənvər Ramberg(N:02)
Həmid Əli(N:03)
Elsay Şekari(N:04)
Fərid Muradov(N:05)
Altay Bagheri(N:06)
Sabina Ramberg(N:07)
Şanay Şekari(N:08)
Sabina Luisa Hidayati(N:09)
Selina Alvand Vahed(N:010) , Yevlax rayon Nizami Gəncəvi adına Malbinəsi kənd tam orta məktəbinin şagirdi Aylan Süleymanlı(N:011) və Bakı şəhəri Arif Hüseynzadə adına tam orta məktəb-liseyin şagirdi Tuncay Şəhrili (N:012) “Abdulla Şaiq – 140” yubiley DİPLOMları ilə təltif olunmuşlar.
“Abdulla Şaiq – 140” yubiley DİPLOMu.
Arzu Rzayevanın rəhbərliyi ilə Ana dili dərsimizdə çox maraqlı keçmiş, uşaqlarımız yeni,hərf,söz, rənglər , güllər və rəqəmlər öyrənmişdilər.Onlar fikirlərini Ana dilində müxtəlif cümlələrlə ifadə etmişdilər.