Etiket arxivi: ŞAİR

ABDULLA ŞAİQ HAQQINDA

Abdulla ŞAİQ

ABDULLA ŞAİQ HAQQINDA

QISA ARAYIŞ: Abdulla ŞAİQ Abdulla Axund Mustafa oğlu Talıbzadə — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyi]]nin üzvü, Əməkdar incəsənət xadimi (1940), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri.

Həyatı
Erkən illəri və təhsili
Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu.

Atası Axund Mustafa Süleyman oğlu
dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. – səh. 244. Oğlanları Yusiflə Abdulla da ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər.

Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən maarifçilik hərəkatının ideyaları gənc Abdullada öz təsirini buraxırdı. Abdulla Şaiq 1889-1893-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana ziyarətə gedən anası, qardaşı Yusiflə birlikdə onu da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasana davam etdirirlər. Burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllim də dərs deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olmuşdur. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə “”Ziya”” təxəllüsü götürmüşdür.

1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cü ilin payızınadək Xorasana bir tanışlarının evində qalaraq burada bakıkılə Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. Yeddi il Xorasana mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Payızda anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür.

Abdulla Bakıda iki sinfi mübarizə ilə üzləşdi. Bir tərəfdən burjuaziya, digər tərəfdən isə proletariat. 1905-ci il inqilabı ərəfəsində bu iki sinif arasında başlanan mübarizə tarixin zəruri bir hadisəsi kimi meydana çıxmışdı. Bununla bərabər Bakı həm də elm, ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilirdi, mətbuat orqanları, məktəblər, mədəniyyət orqanları açılır, ziyalıların sayı artırdı.

Pedaqoji fəaliyyəti
Dövrün ziyalılarının çoxu Qori müəllimlər seminariyasının məzunları idi. Onlar yeni üsulla dərs deyir, əsərlər yazırdılar. Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov və digər dramaturqların əsərlərini tamaşaya qoyurdular. 1905-1907-ci illər inqilabının təsiri altında məktəb ətrafında gedən mübarizə günü-gündən şiddətlənirdi və bu, Azərbaycan ziyalılarının, müəllimlərinin, mühərrirlərinin və ədiblərinin dəstələrini əhatə edirdiHəmin dövrdə şəxslər Qori müəllimlər seminariyasını bitirib Azərbaycanın müxtəlif yelərində çalışırdılar. Onlar nəslin təlim-tərbiyəsinə, onların dünyəvi təhsil almalarına qayğı göstərirdilərBu insanlar yeni üsulla məktəblər açır, qəzet, jurnallar çıxarır, dərsliklər hazırlayır, tədris proqramlarında dünyəvi elmlərə geniş yer verirdilər. Məqsəd insanların şüuruna təsir göstərmək, xalqlar arasında dostluq ideyası yaymaq idi.

Abdulla Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. Abdulla, Nəriman Nərimanova onun Bakıya müəllim arzusu ilə gəldiyini, Nərimanov isə ona bu sənət üçün imtahan verməli, müəllimlik hüququ qazanmasının vacib olduğunu bildirdi. Nərimanovun məsləhətlərindən sonra Abdulla Nəriman Nərimanovun ona verdiyi “”Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”” kitabını, Azərbaycan dilinin qrammatikasını, ədəbiyyatı, eləcə də metodikasını öyrəndi.

1901-ci ilin aprelin 22-də I Aleksandr adına üçüncü oğlan gimnaziyasında imtahan komissiyası çağırıldı. Abdulla üç növ üzrə imtahan verdi: yazılı, şifahi və nümunə dərsi. Bu imtahanları zamanı o, öz istedadı və bacarığını göstərmiş, səyi sayəsində Azərbaycan dili və ədəbiyyatına metodikaya aid suallara Nəriman Nərimanovu və başqa komissiya üzvlərini razı salan cavablar vermiş və hər üç imtahandan “”5”” qiyməti almışdır.

Abdulla Talıbzadə 1901-ci il aprelin 22-də 608 nömrəli şəhadətnaməyə əsasən “”Azərbaycan dili müəllimi”” adını alır. Şəhadətnaməni komissiya üzvü olan Nəriman Nərimanov imzalamışdır. Onun müəllim kişi işə düzəlməsində Nərimanov mühüm rol oynamışdır. Onun Bakı Dövlət Dumasının maarif şöbəsinin müdiri Mixail Aqanoviçə yazdığı məktubda bildirilir:

“Qulluğum Sizinlə görüşməyimə mane olur, ancaq alicənablığınıza və xeyir-xahlığınıza güvənərək Sizə məktub yazmağa cəsarət edirəm. Sizdən xahiş edirəm ki, Mirzə Abdulla Talıbzadəni rus-tatar məktəbinə tatar diliTatar dili dedikdə Azərbaycan dili nəzərdə tutulur. müəllimi vəzifəsinə təyin edəsiniz. Onun bu fənni tədris etməyə səlahiyyəti vardır və rus dilini də kifayət qədər yaxşı bilir. Əgər Siz onun sənədlərini başqalarının sənədləri ilə müqayisə etsəniz, onun başqalarından fərqlənən ləyaqəti aydınlaşar.”

Lakin boş yer olmadığı üçün Abdulla Talıbzadəni rus-tatar məktəblərində “”ehtiyat müəllim”” təyin etməyi qərara aldılar. Bu haqda o, məktəb komissiyası sədrinə məktub yazır:
“Siz ali cənab həzrətlərinizə bildirirəm ki, mən 31 oktyabr 1901-ci il 85 nömrəli əmrinizə əsasən 5 noyabr 1901-ci ildən rus tatar məktəblərində “ehtiyat müəllimi” olmağa razıyam.”

Bununla, Abdulla Talıbzadə Sultan Məcid Qənizadənin müdir olduğu altı sinifli şəhər məktəbində pedaqoji fəaliyyətə başlayır. Abdulla Talıbzadənin pedaqoji fəaliyyətə başladığı dövrdə xalqı maarifləndirmək, onları zamanın tələbinə uyğun tərbiyə etmək ictimai bir məsələ kimi meydana çıxmışdı.

Abdulla Talıbzadənin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən 1901-18-ci illər arasında Azərbaycan maarifi sahəsində iki qüvvə qarşı-qarşıya gəlmişdi: köhnə təlim ocaqları – mollaxanalar, mollalar, sxolastik təlim-tərbiyə üsulu ilə dərs deyən müəllimlərdən ibarət qüvvə, ikincisi isə: yeni təlim-tərbiyə üsullarına, dünyəvi məktəblərə meyl edən pedaqoji qüvvə idi. Abdulla Talıbzadə yeni tipli tədris ocaqlarının şəbəkəsinin genişləndirilməsi uğrunda mübarizə aparan ikinci qüvvənin – dövrün maarifçilərinin sıralarına qoşuldu.

Azərbaycan dilinə ayrılmış dərs saatı az olduğundan o, beş-altı ay hazırlaşdıqdan sonra imtahan verərək şəriət müəllimi şəhadətnaməsi aldı. O, işlədiyi məktəbdə azərbaycan dili dərsləri ilə yanaşı şəriət dərsləri də aparırdı. İkinci Real məktəbin direktorunun Qafqaz Təhsil Dairəsinə göndərdiyi 1916-cı il 18 oktyabr tarixli məktubunda yazılır:
“Sinif mürəbbesi işləyən A.Şaiqə birinci Realnı məktəbində şəriət dərsləri aparmasına icazə verilmişdir.”

Abdulla Şaiq şəriət dərslərinin kiçik mahiyyətini dərk edərək çox vaxt onun yerinə Azərbaycan dilini, dünyəvi elmləri tədris edirdi. Lakin atdığı bu addın onu vəzifəsindən kənarlaşdıra bilərdi. Abdulla Şaiq bununla bağlı “”Xatirələrim””-də yazırdı:
“Bir gün müdir qəflətən içəri girdi və üzünü sinfə çevirərək bugünkü dərsin mövzusunu soruşdu. Şagirdlərdən Həbib Talışinski ayağa qalxaraq: – Bu gün dərsdə müəllim “miras məsələsini keçir” – deyərək məni çətinlikdən qurtardı.”

1901-1906-cı illərdə Abdulla Talıbzadə bir neçə məktəbdə dərs deyirdi. 1902-ci ilin sentyabrında o, Həbibbəy Mahmudbəyovun müdir olduğu altısinifli şəhər məktəbinin aşağı siniflərinə daimi ana dili müəllimi təyin edildi. Dərs saatı az olduğuna görə 1903-cü ildən Sabunçuda altıillik məktəbdə də dərs deməyə başlayır. Gənc müəllim fəhlələrin iş şəraitini ilk dəfə olaraq daha yaxından müşahidə edir, öyrənirdi. Abdulla Talıbzadənin 1903-cü ildə üçüncü kişi gimnaziyasında çalışması haqqında üç sənəd mövcuddur: birincisində, onun 1903-1905-ci illərdə progimnaziyada işlədiyi göstərilir. İkinci sənəd isə Mərkəzi Ədəbiyyat Arxivində saxlanılan 31 nömrəli şəhadətnamədir.Şəhadətnamədən məlum olur ki, o, Qafqaz Maarif Müfəttişliyinin 15672 nömrəli əmrinə əsasən 1905-ci il 29 oktyabr|oktyabrın 29-dan 1912-ci il 31 oktyabr|oktyabr 31-ə qədər gimnaziyada çalışmışdır.

Sabunçuya gedib-gəlmək çətin olduğu üçün Abdulla 1906-cı ilin sentyabrında oradan ayrılaraq Bakı realnı və yeddinci şəhər məktəbinə işə düzəlir. Abdulla Talıbzadə rus dilində tərcümeyi-halında göstərir ki, 1906-cı ildə 7-ci rus-tatar məktəbində yerli dildən dərs deməyə başladı. Seyid Hüseyn, Cəfər Cabbarlı məhz bu məktəbdə onun şagirdləri olmuşdur. O, burada 1908-ci ilə qədər çalışdı. Abdulla Talıbzadə 1908-ci ildən pedaqoji fəaliyyətini Bakıdakı realnı məktəbində davam etdirir. Abdulla Şaiq burada şəhərin bir neçə məktəbində altıncı dərs kimi tədris edilən Azərbaycan dilindən dərs vermişdir.Mütərəqqi fikirlərinə Abdulla Şaiq şagirdləri və qabaqcıl fikirli maarif işçiləri arasında böyük hörmət və nüfuz sahibi olmuşdur.

Abdulla Şaiqin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən illər xalq maarifi sahəsində başlanmış böyük bir canlanma ilə müşayiət olunur. Müxtəlif maarif cəmiyyətləri yaradılırdı. Bu cəmiyyətlər içərisində “”Nicat”” cəmiyyəti öz fəaliyyəti ilə diqqəti cəlb edirdi. Cəmiyyətin sədr müavini olan Nəriman Nərimanovun və onun həmfikirlərinin Həsən bəy Zərdabi, Fərəc bəy Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Üzeyir Hacıbəyli və başqalarının səyi nəticəsində 1906-cı ilin avqustunda və daha sonra 1907-ci ildə Azərbaycan müəllimlərinin müvafiq olaraq I və II qurultayları çağırıldı.

Azərbaycan ictimai həyatında tarixi əhəmiyyət kəsb edən qurultaylar maarif və məktəb məsələsini müsəlmanların inkişafının ən vacib komponentləri ilə bağlı olan siyasi, mədəni və ictimai məsələ idi. Dərsliklərin, proqramların vəziyyəti, təlim üsulları (həmin dövr ibtidai şəhər məktəblərində rus dili ”nemoy”Nemoy sözünün tərcüməsi ”lal” deməkdir. metodu ilə təlim edilirdi), oxumaq və yazmaq üçün asan olan yeni üsulun tətbiqi haqqında, kənd müəllimlərinin vəziyyəti, məktəblərdə Azərbaycan dili dərslərinə verilən dərs müddətinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, tətillərin düzgün bölüşdürülməsi, ibtidai təhsilin ümumi və icbari olması, yeni üsullardan istifadə edilməsi hər iki qurultayın əsas müzakirə mövzusu olmuşdur.

Abdulla Talıbzadə birinci qurultayda çıxış edərək ana dili və ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında öz fikirlərini verdi. Qurultay Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq və digərlərindən ibarət xüsusi komissiya seçdi. Qurultayın növbəti iclasında komissiya adından Abdulla Talıbzadə çıxış edərək proqramın tərtibi prisinsiplərindən və əhəmiyyətindən danışdı.

Yaradıcılıq fəaliyyəti
İlkin dövrlər

1908-ci ildə «İkinci il» adlı elmi, pedaqoji-metodik cəhətdən
faydalı bir vəsait tərtib etdilər. Həmin dərslik klassik rus ədəbiy-
yatından tərcümə olunmuş nümunələr, A.Səhhət, M.Ə.Sabir və
A.Şaiqin uşaqlar üçün yazdıqları əsərlər əsasında tərtib olun-
muş, sadə və aydın Azərbaycan dilində yazılmışdır. A.Şaiq və
digər müəlliflərin tərtib etdikləri bu dərs vəsaiti müəllimlərin
ikinci qurultayının qərarının yerinə yetirilməsi baxımından bö-
yük əhəmiyyət kəsb edirdi. Lakin dərslik cəmiyyətdə birmənalı
qarşılanmır. Professor Ə.Ağayev vəsaiti müsbət hadisə kimi
dəyərləndirərək yazır: «İkinci il» dərsliyi əlifba təlimindən son-
ra oxunan birinci kitab idi. Bu dərslikdə digərlərindən fərqli ola-
raq bir sıra yeniliklər edilmişdi. Əvvələn, kitabda Azərbaycan
dilinin özünəməxsus qrammatik qayda – qanunları verilmişdi,
digər tərəfdən «ə» səsini bildirən bir işarə də əlavə edilmişdir.
Bu, oxunu asanlaşdırırdı. İlk dəfə olaraq «İkinci il» dərsliyində
dilimizə məxsus ahəng qanunu öz əksini tapmışdır. Müəlliflər
bu barədə kitabın elə birinci səhifəsində məlumat verib yazırdı-
lar ki, «türkcədə gözəl bir hal var ki, haman heç bir lisanda bu-
lunmaz: o da lisanda bulunan ahəngdir, yəni türkcədə bir kəlmə-
nin ilkin hecası nasıl bir səs ilə başlanarsa, ondan sonra gələn
hecalarda da ona uyğun olar. Məsələn, ilkin hecanın səsi incə isə
ötəkilərin də səsi incə, qalın isə qalın olur. Kitabda çalışmalara
geniş yer verilmiş, dilimizin qrammatikası geniş əhatə
olunmuşdur. Buraya A.Şaiqin səkkiz müxtəlif məzmunlu uşaqlar
üçün yazdığı şeirləri daxil edilmişdir. A.Şaiq dərsliyin bir nüsxə-
sini dostu, böyük maarifçi Firudin bəy Köçərliyə göndərir. F.
Köçərli 1908-ci il 2 dekabr tarixli cavab məktubunda dərsliyi
çox yüksək qiymətləndirirdi. «Azərbaycan dilinin təmizliyi və
yeni əlifbanın vacibliyi ideyası müxtəlif istiqamətlər üzrə həyata
keçirilirdi. Bir tərəfdən ana dilində yeni dərslik və proqramlar
hazırlanır, başqa tərəfdən də qəzet və jurnallarda təhsilə aid
sənədlərin ümumi ideyasını təqdir edən materiallar, ədəbi-pe-
daqoji əsərlər yazılır, xalq maarifinin qarşısında duran əsas və-
zifələrə diqqət yetirilirdi» (2, s.74). Əsrin əvvəllərində cəmiyyə-
tin keyfiyyətcə yeni mərhələyə keçməsi, mənəvi aləmin güzgüsü
olan xalq maarifinin güclü bir sahəyə çevrilməsi prosesi getdik-
cə güclənirdi. Cəmiyyət və məktəb münasibətləri daha sıx əlaqə-
də gündən-günə yeni məzmun kəsb edirdi. Azərbaycanın de-
mokratik fikirli pedaqoqları öz fəaliyyətlərində ana dili və
ədəbiyyatın tədrisinə, proqramlar və dərsliklərin tərtibinə xüsusi
diqqət verirdilər. Bu tərəqqinin qarşısını almaq üçün imperiya
məmurları mühüm tədbirlər planlaşdırıb həyata keçirirdilər.
Bunu təsdiq edən sənədlərdən biri də Rusiya daxili nəzarəti po-
lis şöbəsi, üçüncü kargüzarlıq dairəsinin 1900-cü ildə dekabrın
31-də 13421 saylı təhrirat ilə Gəncə valisinə göndərdiyi müra-
ciətnaməsi diqqəti cəlb edir: – “Gəncə qubernatoru həzrətlərinə!
Polis departamentində olan məlumata görə, son zamanlarda
tatar ədəbiyyatında (ruslar o zaman yerli türklərə tatar deyirdilər
qeyd:MM) yeni bir cərəyan müşahidə olunur. Bu cərəyan Rusi-
ya türkləri və müsəlmanları həyatında böyük bir təbəddülat do-
ğuracağından təhlükəlidir. “

Yaradıcılığı
Abdulla Şaiq 1901-ci ildə 22 aprel üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan verərək Ana dili müəllimi adını alıb. 5 noyabr] 1901-ci ildən rus-tatar məktəblərində ehtiyat müəllimi kimi pedaqoji fəaliyyİiətə başlayıb. Bundan sonra ömrünün 34 ilini Azərbaycan maarifinin inkişafına həsr edib. 1906-cı ilin avqustunda Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində böyük xidmətləri olub. Qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edib. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırıb. I Müəllimlər Qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranıb. “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar” və s. bu kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından örnəklər çap olunub. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanıb. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyat” adlı dərsliklər və proqramlar hazırlayıb. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilib. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürüb, eyni zamanda Azərbaycan ədəbiyyatı]]nı tədqiq və təbliğ edib, Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi şair-yazıçıların yaradıcılıqları araşdırıb.

A. Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb. Bu illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.


Xalq ədəbiyyatını toplayıb araşdıran A. Şaiq bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb. Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsiri görünür. Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.

Şairin “Hürriyyət pərisi”nə, “Niyə uçdu”, “Bir quş”, “XX əsrə xitab”, “Şikayətlərim”, “Zamanın inqilabçılarına” kimi şeirləri inqilab ruhlu şeirləri sayılır.

Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox hekayə, povest və romanlar yazıb. “Köç” və “Məktub yetişmədi” hekayələri və “Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr örnəkləri kimi dəyərləndirilir. “Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik şeirlərindəndir.

A.Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olub. O, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayıb. M.Ə.Rəsulzadə bu dövrdə “milli istiqlalın sevincini ilk duyanlar” sırasında A.Şaiqin də adını çəkib. Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin yaranması ilə bağlı “Tələbə həyatı” pyesini yazıb, yarımçıq “Əsrimizin qəhrəmanları” romanını tamamlayıb. Bu əsərlərdə müəllif vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün yeni milli kadrlar hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə aldığı “Yeni ay doğarkən”, “Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, “Arazdan Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya örnəklərindəndir. Onun “Vətənin yanıq səsi” şerində ulu oğuzların hünəri, Altay türkləri, Elxan və Altun ordusu örnək göstərilib.

Vətənpərvər şair kimi

Şair “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şerində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib. Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışıb.

1920-ci il aprelin 28-də rus ordusu (XI qırmızı ordu) Azərbaycana soxulur, kommunistlər hakimiyyəti ələ alır. Buna baxmayaraq, A.Şaiqxalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O, pedaqoji kurslarda, texnikumlarda və başqa məktəblərdə dərs deyir, mədəni-maarif işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur. 1923-cü ildə onun ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə ilə qeyd edilir. Çalışdığı gimnaziya “Şaiq nümunə məktəbi” adlandırılır. Bu məktəbdə bütün dərslər Azərbaycan Türk dilində aparılır. Təzə açılan siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və başqa ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başladı. “Şaiq Nümunə məktəbi”nin məzunu, hazırda EA-nın müxbir üzvü Məhəmmədəmin Salehli söyləyir ki, bir çox fənlərdən dərsləri bizə Türkiyədən gəlmiş müəllimlər deyirdi. Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin öyrənilməsində o vaxt fəaliyyət göstərən məktəbin böyük rol oynadığını vurğulayaraq yazır ki, məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün bu çətinliklərə baxmayaraq Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi tərəqqi tapır. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrılır: aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırılır. Akademik M.Salehli söyləyir ki, məktəbin direktoru Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı ilə yanaşır, onlarla davranışda çox nəzakətli olardı. Biz şagirdlər ona ehtiramla yanaşar, hörmət əlaməti olaraq “Mirzə” deyərdik. 1923-cü ildə “Nümunə məktəbi”nin ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi “Şaiq Nümunə məktəbi” adlandırmağı qərara alır. 1918-ci ildə yaradılmış məktəb 10 il fəaliyyət göstərmişdir. Bu müddət ərzində məktəbdə sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq müstəqil və real milli təhsil siyasəti həyata keçirilir.

Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan A.Şaiqin “Vəzifə”, “Özü bilsin, mənə nə?”, “Anabacı”, “Əsəbi adam” kimi silsilə hekayələri, “Araz” inqilabi-tarixi mövzulu romanı, elm, maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla qarşılanır. O, həm də “Tənqid-Təbliğ” teatrı üçün əsərlər yazır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib “Xasay”, “Eloğlu”, “Vətən”, “Fitnə”, “Qaraca qız” kimi çeşidli pyeslər yazır. “Fitnə” və “Nüşabə” əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Ədib bu illərdə də [[uşaq]]lar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun “May nəğməsi”, “Top oyunu”, “Bənövşə”, “Qərənfil”, “Bülbül” kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.

Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A. Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparır. Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.

Şairin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk dəfə toplayıb öyrənənlərdən biri də elə A.Şaiqdir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları isə xüsusi maraq doğurur.

Abdulla Şaiqin övladı tənqidçi, ədəbiyyatşünas Kamal Talıbzadədir. Eyni zamanda böyük şair Səməd Vurğun ilə bacanaq idi.



ABDULLA ŞAİQ İŞ MASASINDA
KİTABLARI
Gülşən ədəbiyyat. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 89 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1910, 64 səh.
Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 18 səh.
Tıq-tıq xanım. Tülkü, qarğa, hacıleylək. Bakı: Kaspi mətbəəsi, 1911, 16 səh.
Tülkü və xoruz. Bakı: Kaspi mətbəəsi, 1911, 15 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 56 səh.
Gözəl bahar pyesi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 34 səh.
Gülzar qiraət kitabı. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 34 səh.
Bədbəxt ailə. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1912, 42 səh.
Kimdir haqlı? pyesi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 39 səh.
Murad. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 15 səh.
Ürək tikmək, yaxud Qurban bayramı. Bakı: Kaspi mətbəəsi, 1913, 14 səh.
Şələquyruq. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1913, 16 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1915, 57 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1917, 57 səh.
Milli qiraət kitabı. Bakı: Hökumət mətbəəsi, 1919, 228 səh.
Uşaq gözlüyü. Bakı: İran mətbəəsi, 1919, 56 səh.
Türk çələngi. Bakı: Hökumət mətbəəsi, 1919, 405 səh.
Uşaq gözlüyü. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1919, 57 səh.
Vətən. Bakı: Birinci hökumət mətbəəsi, 1919, 30 səh.
Ədəbiyyat dərsləri. Bakı: Hökumət mətbəəsi, 1919, 134 səh. (Hüseyn Cavidlə birlikdə)
Milli qiraət kitabı. Bakı: Hökumət mətbəəsi, 1919, 228 səh.
Şələquyruq (ikinci çapı). Bakı: Azərnəşr, 1921, 110 səh.
Milli qiraət (ikinci təbi). Bakı: Azərnəşr, 1922, 232 səh.
Qiraət kitabı. Bakı: Azərnəşr, 1924, 145 səh.
Türk dili (Uşaq gözlüyü). Bakı: Azərnəşr, 1924, 80 səh.
Türk ədəbiyyatı. Bakı: Azərnəşr, 1924, 334 səh.
Qiraət kitabı. Bakı: Yeni türk əlifbası komitəsi, 1925, 167 səh.
Müəllim (hekayə). Bakı: Azərnəşr, 1926, 38 səh.
Məktub yetişmədi. Bakı: Azərnəşr, 1926, 22 səh.
Göbələk. Bakı: Uşaqgəncnəşr, 1926, 15 səh.
Anabacı. Bakı: Azərnəşr, 1926, 16 səh.
İldırım. Bakı: Azərnəşr, 1927, 91 səh.
Tülkü həccə gedir. Bakı: Azərnəşr, 1927, 40 səh.
Dördüncü il (dərslik). Bakı: Azərnəşr, 1929, 176 səh.
Dördüncü il (dərslik). Bakı: Azərnəşr, 1930, 176 səh.
Eşşək üstündə səyahət. Bakı: Azərnəşr, 1933, 10 səh.
Seçilmiş hekayələr. Bakı: Azərnəşr, 1933, 180 səh.
Oyunçu bağalar. Bakı: Azərnəşr, 1934, 28 səh.
Çocuq şeirləri. Bakı: Azərnəşr, 1934, 16 səh.
Oyunçu bağalar. Bakı: Azərnəşr, 1936, 40 səh.
Tülkü həccə gedir. Bakı: Azərnəşr, 1936, 20 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1936, 270 səh.
Məktub yetişmədi. Bakı: Azərnəşr, 1937, 16 səh.
Yaxşı arxa. Bakı: Uşaqgəncnəşr, 1939, 28 səh.
Tapdıq dədə. Bakı: Uşaqgəncnəşr, 1939, 39 səh.
Gözəl bahar. Bakı: Uşaqgəncnəşr, 1940, 32 səh.
Araz (roman). Bakı: Azərnəşr, 1940, 274 səh.
Tıq-tıq xanım. Bakı: Uşaqgəncnəşr, 1942, 10 səh.
Nağıllar. Bakı: Uşaqgəncnəşr, 1945, 54 səh.
Ovçu Məstan. Bakı: Uşaqgəncnəşr, 1945, 23 səh.
Qoç Polad. Bakı: Uşaqgəncnəşr, 1946, 76 səh.
Nüşabə. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1948, 428 səh.
Şeirlər, nağıllar. Bakı: Uşaqgəncnəşr, 1948, 32 səh.
Məktub yetişmədi. Bakı: Uşaqgəncnəşr, 1949, 12 səh.
Köç. Bakı: Uşaqgəncnəşr, 1950, 32 səh.
Şeirlər və hekayələr. Bakı: Uşaqgəncnəşr, 1950, 80 səh.
Araz. Bakı: Uşaqgəncnəşr, 1954, 172 səh.
Seçilmiş əsərləri (üç cilddə), I cild. Bakı: Azərnəşr, 1955, 444 səh.
Seçilmiş əsərləri (üç cilddə), II cild. Bakı: Azərnəşr, 1957, 456 səh.
Seçilmiş əsərləri (üç cilddə), III cild. Bakı: Azərnəşr, 1959, 528 səh.
Tülkü həccə gedir. Bakı: Uşaqgəncnəşr, 1959, 16 səh.
Şeirlər və hekayələr. Bakı: Uşaqgəncnəşr, 1959, 112 səh.
Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 480 səh.
Xatirələrim. Bakı: Uşaqgəncnəşr, 1961, 224 səh.
Qoç Polad. Bakı: Uşaqgəncnəşr, 1962, 88 səh.
Bənövşə. Bakı: Azərnəşr, 1964, 14 səh.
Pirin kəraməti. Bakı: Azərnəşr, 1965, 39 səh.
Tıq-tıq xanım. Bakı: Uşaqgəncnəşr, 1966, 16 səh.
Şələquyruq. Bakı: Azərnəşr, 1966, 23 səh.
Yaxşı arxa. Bakı: Maarif, 1966, 46 səh.
Tülkü həccə gedir. Bakı: Gənclik, 1968, 16 səh.
Gözəl bahar. Bakı: Gənclik, 1968, 27 səh.
Araz. Bakı: Gənclik, 1969, 198 səh.
Tıq-tıq xanım. Bakı: Gənclik, 1970, 16 səh.
Yaxşı arxa. Bakı: Gənclik, 1971, 16 səh.
Araz. Bakı: Gənclik, 1973, 199 səh.
Xatirələrim. Bakı: Gənclik, 1973, 364 səh.
Şeirlər, poemalar, təmsillər. Bakı: Gənclik, 1976, 21 səh.
Qoç Polad. Bakı: Gənclik, 1977, 264 səh.
Əsərləri (beş cilddə), I cild. Bakı: Azərnəşr, 1966, 555 səh.
Əsərləri (beş cilddə), II cild. Bakı: Azərnəşr, 1968, 602 səh.
Əsərləri (beş cilddə), III cild. Bakı: Azərnəşr, 1972, 652 səh.
Əsərləri (beş cilddə), IV cild. Bakı: Azərnəşr, 1977, 776 səh.
Əsərləri (beş cilddə), V cild. Bakı: Azərnəşr, 1978, 502 səh.
Araz. Bakı: Gənclik, 1980, 196 səh.
Seçilmiş əsərləri. Bakı: Gənclik, 1984, 444 səh.

TƏRCÜMƏLƏRİ
iki uşaq (mənzum hekayə). Bakı: Orucov qardaşlarının mətbəəsi, 1906, 39 səh.
Rumi. İbrət və müqabilə (məsnəvi). Bakı, 1906, 24 səh.
Daniel Defo. Məşhur ingilis Robinzonun hekayəsi. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1909, 78 səh.
Şekspir. Maqbet. Bakı: Azərnəşr, 1932, 87 səh.
Barto. Pinti qız. Bakı: Azərnəşr, 1935, 10 səh.
Nizami. İsgəndərnamə. I hissə (Şərəfnamə). Bakı: Azərnəşr, 1941, 450 səh.
İ.A. Krılov. Seçilmiş təmsillər. Bakı: Uşaqgəncnəşr, 1944, 36 səh.
Nizami. Sehrli üzük. Bakı: Uşaqgəncnəşr, 1962, 15 səh.
Nizami Gəncəvi. İsgəndərnamə. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1964, 407 səh.
Nizami. Sehrli üzük. Bakı: Gənclik, 1971, 15 səh.
İ.A. Krılov. Cırcırama və qarışqa. Bakı: Gənclik, 1976, 13 səh.
İllərin töhfəsi. Bakı: Gənclik, 1976, 148 səh.

HAQQINDA ƏDƏBİYYAT

Məmmədhüseyn Təhmasib. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Mütərcim, 2010. – səh. 470.

Abdulla ŞAİQVintsas KREVE

Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881-1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun “…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır”.

V. Kreve 1917-1918-ci illərdə Bakı şəhər Dumasının deputatı olaraq fəaliyyət göstərib. O, 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətləri təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de facto tanınmasında bir sıra faydalı işlər görübdür. V. Kreve 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki konsulu vəzifəsində çalışıbdır. V. Kreve həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınmışdı.


Tərtibçi: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CEYHUN FİKRƏTİN ŞEİRLƏRİ

Ceyhun Fikrət – şair.

DANIŞDIM

Danışdım hər şeyi, danışdım sənə,
əsl həqiqəti, bilmədən güldün,
dünya da fanidir, söylədim sənə,
bir anlıq dayanıb, dəlisən dedin.

Baxdın bu həyatın, gedişatına,
bilmədin bu həyat, müvəqqətidir,
düşündün həmişə, yaşayacaqsan,
amma bilmədin ki, həm də ölüm var.

Dünyaya aldandın, yaşadın necə,
dünyaya aldanan, elə uduzar,
düşünər dünya da, həmişə vardır
amma vaxt vədəsi, yetişər bir gün.

Dünyada nə etdin, hesabı vardı
soruşacaqlar ki, nələr etmisən,
mən olmayacağam, gülüb gedəsən,
danışdıqlarımı, biləsən nağıl.

YENƏ QAR YAĞIR

Yenə qar yağır,
düşüncələrə.
Uşaqlar da sevinib,
qəmin divarlarından uzağa baxırlar.
Parçalanmış hisslərlə,
bir-birlərinə qar atırlar.
Yenə qar yağır,
pəncərədən bir kişi baxaraq,
qarın maşına vuracağı zıyanı düşünür ,
kədərlənir.
Bir kişi zibil yeşiklərində,
çörək axtarır,
göy üzünə baxaraq,
nəsə pıçıldayır.
Onu çağırır,
bizə rəhim elə deyir.

Müəllif: Ceyhun FİKRƏT

CEYHUN FİKRƏTİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SİMA AZADQIZI GÖYÇƏLİ “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

“Qürbətdə parlayan qığılcım” Sima Azadqızı Göyçəlinin kitabı

Türk dünyasının ölməz söz sultanı Aşıq Ələsgərin 200 illik yubleyinin keçirilməsi üçün cənab PREZİDENTİMİZ İLHAM ƏLİYEV SƏRƏNCAM imzalamaışdır. Görkəmli aşığın  kötücəsi (ot öz kökü üstə bitər) Sima Azadqızı Göyçəlinin “Qürbətdə parlayan qığılcım” adlı şeir kitabı keçiriləcək 200 illik yubileyə ən böyük və əsl töhfədir.

Sima Azadqızı Göyçəli

Xəbər verildiyi kimi, həmin kitab qonşu Türkiyədə “OSCAR” mükafatına və başqa önəmli ödüllərə layiq görülmüşdür. Sima Azadqızının kitabı üç dildə tərcümə olunmuş və dünyanın 30 ölkəsində yayımlanan “Filologiya məsələləri” adlı elmi jurnalda yayımlanmışdır. Bütün bunlarla bərabər Sima Azadqızı Göyçəlinin “Qürbətdə parlayan qığılcım” adlı şeir kitabı “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” Mükafatına layiq görülüb.

“ZİYADAR” MÜKAFATI SIMA AZADQIZI GÖYÇƏLİ N: 059 24.02.2021. – BAKI.

Biz də Sima xanımı həm yeni kitabının işıq üzü görməsi , həm də ödüllərə layiq görülməsi münasibət ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHİN MUSAOĞLU MÜKAFATLANDIRILDI

Шахин Мусаоглу “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”

Dəyərli dostumuz həkim, yazar, şair, bəstəkar “İGİD ƏSGƏR MÖHKƏM DAYAN”, “CƏNƏB LEYTENANT” kimi məşhur mahnı və marşları ilə qəlbimizdə taxt qurmuş Şahin Musaoğlunun Azərbaycan sevdalısı Dünya şöhrətli alim Mehmet Haberal haqqında çox vacib əsər olan “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!” adlı sənədli povesti işıq qzü görmüşdür. Bu münasibətlə Şahin Musaoğlunu (Шахин Мусаоглу) təbrik edir və yeni – yeni yaradıcılıq uğurları arzu edirik!

Шахин Мусаоглу “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!”-Mehmet Haberal haqqında kitab.

YAZARLAR.AZ həmişəki kimi adət-ənənəyə sadiq qalaraq Şahin Musaoğluunu (Шахин Мусаоглу) “СВЕТИТЬ ВСЕГДА, СВЕТИТ ВЕЗДЕ!” adlı yeni kitabını işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı ilə təltif edilib.

“Ziyadar” Mükafatı – ŞAHİN MUSAOĞLU N: 058 21.02.2021. – BAKI.

Biz də Şahin müəllimi həm yeni kitabının nəşr olunması, həm də “Ziyadar”la mükafatlandırılması münasibəti ilə təbrik edirik! Uğurlarınız bol olsun, Şahin müəllim!


ŞAHİN MUSAOĞLUNUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MƏŞƏQQƏT

ZAUR USTAC – AZƏRBAYCAN, BAKI, BİBİHEYBƏT KƏNDİ 2015 -Cİ İL.

MƏŞƏQQƏT
(…hər səhər…)
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELNUR UĞUR ABDİYEV MÜKAFATLANDIRILDI

ELNUR UĞUR ABDİYEV

Tanınmış şair Elnur Uğur Abdiyev “Təkcə sən bilirsən” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

ZİYADAR MÜKAFATI – ELNUR UĞUR ABDİYEV N:057 16.02.2021. – BAKI.

Bu münasibətlə Elnur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

YAHYA AZEROĞLU “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLDÜ

Yahya AZERĞLU – şair, yazar.

Türk dünyasının ünlü şair-yazarı, ulu ozan Yahya Azeroğlu professor Dr. Ramiz Həsənli tərəfindən haqqında yazılan “Turan yolçusu” adlı kitabın işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

“Ziyadar” Mükafatı
“Turan yolçusu” kitabı.

Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ HƏSƏNLİ MÜKAFATLANDIRILDI

Ramiz Həsənli

Professor Ramiz Həsənli “Turan yolçusu” adlı kitabın işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

“Ziyadar” Mükafatı
“Turan yolçusu” kitabı

Bu münasibətlə laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

TƏRANƏ ARİFQIZI “ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Təranə Arifqızı “İçimdəki səs”

Təranə Arifqızı “İçimdəki səs” adlı yeni kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

TƏRANƏ ARİFQIZI N: 054 10.02.2021. – NAXÇIVAN.

Bu münasibətlə yazarı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Təranə xanım!



YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

… qoru bu gecəlik günahdan məni …

Bu gün onun doğum günüdür! – Təbrik edirik!

Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi   cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə  də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün  daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur. 

      Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.  

Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.  

Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:

Tabladıq dərdlərə dözənə qədər, 

xərcləndik günləri üzənə qədər,

yaşadıq, bu ömrü çözənə qədər,

gün keçir, ay ötür, könül nigaran – 

yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta  bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.

Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi  və eyni zamanda çox təbii təsvir edə bilir.   Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:

Аğаcın yаylığı аyаqlаr аltdа

yеriyə bilmirəm çığırtısındаn.

Çılpаq аğаclаrın əlləri göydə

yаrpаğın sоn duа pıçıltısındаn.

Yеnə gəlib çаtdı pаyız ахşаmı,

yеnə bu könlümdə küləklər əsir,

ахşаm süfrəsində bоş qаlıb bir yеr 

kölgələr dоlаşır, kölgələrdə sirr.

Pəncərə önündə ağac kimiyəm,

xatirə yarpaqlar uçur havada,

ömrün payızında bir xəzan kimi

ayrılıq səs salır yalqız odada.

Tutub boz səmanı qara buludlar,

pərdələr üşüyür bomboz оtаqdа.        

Səmtini itirib, yоlunu аzıb,

cığırlаr о kövrək yаrpаq yаtаqdа.

Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir.  Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.

Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və  sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.

“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur. 

Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:

Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,

qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.

Bu qаzi tоyundа, bu ər tоyundа,

rəqs meydаnınа nidаlаr qоyаn 

tək qıçı üstündə оynаyаn оğlаn,

bu gecə tək qаlаn qıçın оynаyır.

Оturub оrtаdа qаrа ciyər bəy,

sаğdişi аyаqdı, sоldişi qоldu,

dаğlаrа dırmаnаn uzаnаn yоldu,

sürünə-sürünə bаrmаqlаr gəlir,

аtlаnа-аtlаnа pəncələr gəlir,

qоllаr rəqs eləyir, qıç təpik çаlır,

оynаyıb yоrulаn əl çəpik çаlır.

Hərdən hаlаy vurub yаllı gedirlər,

bir pəncə оrtаdаn çıхmаq istəmir

qаlаn bаrmаğındаn süzülür təri,

sevinc tər içində bоğur kədəri…

Şəhid Qаrаbаğdа tоydu bu gecə.

Bu qаzi tоyundа, bu ər tоyundа,

yerində оynаyаn süzənindən çох,

yerdən təbrik edən gəzənindən çох,

sаqqаllı gələni bəzənəndən çох.

Bu qаzi tоyundа, bu ər tоyundа,

tək əl оvcun döyür çəpik yerinə, 

çəliklər səs sаlır təpik yerinə.

Qаzilər оynаyır, qаzilər indi –

bаşlаrı üstündə qоltuq аğаcı,

yellənir bоş, qıçsız şаlvаr bаlаğı.

Bu qаzi tоyundа, bu ər tоyundа.

Bu gün bəy оturub bаyrаğın аltdа,

bu qаzi tоyundа, bu ər tоyundа.

Bu qаzi tоyundа, bu ər tоyundа

qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,

ötən  günlərini sаlа bir yаdа.

Dоlаşаn ruhlаr dа оynаyır bu gün,

itən аrzulаr dа оynаyır bu gün,

bu qаzi tоyundа, bu ər tоyundа.

Bu qаzi tоyundа, bu ər tоyundа,

çəngəllər, bıçаqlаr əllərdən аrtıq,

susаnı  dаnışаn dillərdən аrtıq…

Göylərə ucаlаn tək qоl оynаyır

yаnındа оynаyаn bir хəyаl qоllа,

yоl gedir, yоl gedir bir kölgə yоllа.

Аnаnın yоl çəkən gözləridi bu,

оğlunа söz qоşаn sözləridi bu.   

Səngərdən dаğlаrа uzаnаn аğ yоl,

sоnundа qаliblər dаyаnаn аğ yоl,

bu gecə yоl gedən tək аyаqlılаr

döyüşə səsləyir ayaqlıları,

bu qаzi tоyundаn, bu ər tоyundаn.

Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir  əsərdir. Təsirli, yadda qalan əsər…

Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:

Sözlərdə bir yalan gizlənsə əgər, 

Bizə yanlış gəlir, hec bəyənmirik.

Bir müdrik bir şeir yazarsa əgər, 

Yalanı da görsək qüssələnmirik. 

Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.  

Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan  sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır. 

Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:

Bu gecə yuxumu ərşə çəkdirən                

dərdlər göy əskiyə bükəcək məni. 

Tutub öz əlimlə, dırnaqlarımla,

hələ codlaşmamış barmaqlarımla

məni öz qanıma boyuyacaqdı.

Sonra maddım-maddım baxıb üzümə

bu dərdi taleyə bağlayacaqdı.

Qanımı dondurub, səsimi kəsib,

küyümü içimdə saxlayacaqdı.

Arzular qurtarmır, güman yetişmir, 

uzanan əlimə ümman yetişmir.

Sən məni dənizin üstünə çıxar,

istərsən yeriyib gedim bu yerdən.

Məni utandırma özüm-özümdən.

Açın bu gecənin qapılarını.

Udacam gecəni hava qarışıq,

bu dəniz qarışıq, səma qarışıq,

ulduzlar qarışıq, o Ay qarışıq.

İlahi, sən məni günahdan qoru,

məni utandırma gecə yanında,

bu dəniz yanında, o Ay yanında,

məni utandırma Onun yanında.

… qoru bu gecəlik günahdan məni,

qoru bu gecəlik qınaqdan məni… 

Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə  “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.

Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır. 

Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki   sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir. 

Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:

Götürüb gedirəm səni özümlə

gecənin ən sakit, gizlin yerinə.

Qıymaram mən sənə könlümdən başqa          

bir baxış toxuna, yerin bilinə.

Mən səni köksümə sıxıb apardım,

bürüdüm hissimin burulğanına.

Bir də görərsən ki, qaçıb üzümdən

dodağım qonubdu dodaqlarına.

İlahi, sən bunda cazibəyə bax!

Bu sevgi özümdən qoparır məni.

Bu xumar gecədə bədirlənən Ay, 

salıb işığına aparır məni.

Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.

Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir  Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.

30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.

Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza –  eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar  arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.                           

Əllərində bir dəniz, 

gözlərində bir röya,                               

yanağın bir ay kimi

işıq salır gözümə,

barmaqlarım dalğatək

telində dalğalanır,                 

saçının həzin mehi 

üzümdə sığallanır,

mənə dikilən baxış

tökülür üz-gözümə

mehriban xəyal kimi,

durub baxıram sənə

dili donmuş lal kimi,

bir ömürlük arzular

damla-damla süzülür 

o qönçə dodaqlardan

ürəyimə bal kimi

necə də gözəl həyat, 

sığın bu sinəmə, yat.

Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…  

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

>>>>>>>TUNCAY ŞƏHRİLİ<<<<<<<<<<

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru