Bu foto “Çanakkale savaşı”nın simvollarından biridir. Şəkildəki Seyid Onbaşı (1889-1939) əlində təqribən 215 kq çəkisi olan top mərmisi tutub. Fiziki olaraq bir insanın bunu bacarması möcüzədir. Türkiyənin bir sıra bölgələrində Seyid Onbaşının həmin fotosuna uyğun abidə ucaldılıb. Televiziya verilişlərinin birində nəvəsinin danışdığı əhvalat heç vaxt yadımdan çıxmır: 1909-cu ildə ailə qurduqdan sonra savaşa qatılan, sağ qalıb-qalmadığı bilinməyən Seyid Onbaşı 9 il sonra, 1918-ci ildə müharibədən doğulduğu kəndə piyada qayıdır və oraya gecə çatır. Hava işıqlanana qədər evin yaxınlığında gözləyir, amma qapını döymür. Sübh tezdən həyat yoldaşının qapını açdığını görüb ona yaxınlaşır, 9 il ərzində başqası ilə ailə qurmadığına əmin olduqdan sonra evə daxil olur.
“İzimizi itirməyək” layihəsinin növbəti qonağı Səlim Babullaoğlu oldu
Martın 18-də “İçərişəhər” Dövlət Tarix_Memarlıq Qoruğu İdarəsi, idarənin Elmi-Mədəni Mərkəzinin təşkilatçılığı ilə “İzimizi itirməyək” layihəsi çərçivəsində Bakı Fotoqrafiya Evində “Düzgün yazı üslubu, qrafik şeirlər və gənclərə kitab oxumağı necə sevdirək” mövzusunda elmi-praktiki seminar, şair və esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ilə görüş keçirilib. Görüşü giriş sözü ilə Mərkəzin direktoru, tarix elmləri doktoru Vəfa Quliyeva açıb, qonağı salamladıqdan sonra layihə, bugünkü seminarın mövzusu və qonaq barədə məlumat verib. Sonra isə Səlim Babullaoğlu Azərbaycan və dünya ədəbiyyatı, xüsusən poeziya, folklor, şifahi və yazılı irs, yeni poetik tendensiyalar, vizual poeziya ənənələri barədə geniş məruzə edib. Mütaliənin insanın formalaşmasındakı vacib rolu barədə danışıb. Auditoriyanın suallarını cavablandırıb. Sonra isə natiq öz yaradıcılığından – “İlyas Göçmənin şəkil dəftəri” və “Qrafik şeirlər” kimi poetik silsilələrdən nümunələr oxuyub. Şeirlər videomateriallarla müşayiət olunub. Çıxışının sonunda Səlim Babullaoğlu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə, Elmi-Mədəni Mərkəzinin direktoru Vəfa Quliyeva, mərkəzin elmi işçisi Gülsüm Hüseynovaya və zəhməti keçən bütün əməkdaşlara təşəkkür edib, maraqlı sualları ilə diqqət çəkən dinləyicilərə öz kitablarını hədiyyə edib. Tədbirdən fotolar:
Pedaqogika elmləri doktoru, professor KAMAL CAMALOVİstanbul şəhərində keçirilən beynəlxalq konfransdan sonra öz təəssüratlarını bölüşüb:
“İstanbul şəhərində keçirilən beynəlxalq konfransda şair Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabına həsr olunmuş məqalə ilə çıxış etməyim elmi və ədəbi baxımdan mühüm təcrübə kimi dəyərləndirilə bilər. Məruzəmdə şairin poetik yaradıcılığında əks olunan mənəvi-estetik dəyərləri, sevgi mövzusunun bədii ifadə xüsusiyyətlərini və onların tərbiyəvi mahiyyətini elmi müstəvidə təhlil etmişdim. Beynəlxalq elmi mühitdə səsləndirdiyim bu fikirlər Azərbaycan ədəbiyyatının və milli pedaqoji fikir ənənələrinin tanıdılması baxımından əhəmiyyətli hesab oluna bilər. Təqdim etdiyim məruzə konfrans iştirakçıları tərəfindən müsbət qarşılanmış və çıxışıma görə müvafiq sertifikatla təltif olundum. Bu fakt görülən elmi işin və təqdim olunan araşdırmanın beynəlxalq elmi mühitdə müəyyən dərəcədə qiymətləndirildiyini göstərir gümanındayam.”
YAZARLAR olaraq professor Kamal Camalovu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Cəlilabadda kitab təqdimatı Bu gün – 14.03.2026-cı il tarixində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) rayonunun təsviri incəsənət sahənin tanınmış və görkəmli xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqovanın həyatı və yaradıcılığına həsr edilmiş “Bir ömrün tablosu” adlı kitabın təqdimat mərasimi keçirildi. Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun bir qrup tanınmış ziyalı simaları, ictimaiyyət nümayəndələri, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi. Tədbiri öz nitqi ilə açan kitabın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə Cəlilabad MKS-nin ziyalı direktoru Qənimət xanım İsrafilovaya yaratdığı şəraitə və ədəbi-mədəni tədbirlərə verdiyi səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi. O, öz giriş çıxışında Cəlilabad rayonu üzrə təsviri incəsənət sahəsinin yeganə xanım nümayəndəsi olmuş Laləzar müəlliməyə həsr etdiyi “Bir ömrün tablosu” adlı kitabı ilə bağlı qısa təqdimat verərək, Laləzar xanımın rəssamlıq üzrə heç bir orta ixtisas və ali təhsil almadan, həmçinin, 40 il öncə Cəlilabad rayonunda təsviri incəsənət sahəsi üçün lazım olan minimum ləvazimatın mövcud olmadığı bir zamanda sözün həqiqi mənasında əsil peşəkar rəssam kimi önə çıxaraq parlamasından, bu sahədə onlarla şagird yetişdirməsindən və beləliklə də adını qızıl hərflərlə Cəlilabad tarixinə yazmasından söz açdı, incəsənət sahəsi ilə ədəbiyyat sahəsinin eyni mənşəyə malik olduğu, həm ədəbiyyat, həm də incəsənət sahələrinin insanın daxili hissləri və yardıcılığından meydana gəldiyini bildirdi. Onun söylədiyinə görə, qələm əhli (şairlər, nasirlər və s.) öz ülvi hisləri və duyğularını qələmlə kağış üzərinə yazdıqları kimi, rəssamlar da öz ülvi hisləri və duyğunlarını fırça ilə kağız üzərinə çəkir və təqdim edilər. Bu da, ədəbiyyat və incəsənət sahələrinin ortaq dəyərli kimi təqdim edilə bilər. İ.İsmayılzadə özünü Laləzar müəllimənin bir yetirməsi və şagirdi olaraq fəxarət hissi duyduğunu və həmişə rayonumuzun təsviri incəsənət sahəsi üzrə kraliçası kimi tanınan əziz müəlliməsinin adı və yaradıcılığını üstün tutacağını bildirdi. O, həm də müəllif olaraq “Bir ömrün tablosu” adlı kitabın Laləzar xanım Sadıqovanın həyatı, dəyərləri və yaradıcılığının yaşaması və növbəti nəsillərə ötürülməsi sahəsində dəyərli bir addım olduğuna təkid göstərdi. Tədbirin davamında ziyalı şəxsiyyət, “Əmək zərbəçisi” və “Əmək veteranı”, “Həməşəra” Fəxri Diplomu laureatı Hacı Paşa müəllim Rüstəmov, “Həməşəra” Fəxri Diplomu laureatı, veteran pedaqoq Dadaş müəllim Bayramov, rayonun Üçtəpə kəndindən olan din xadimi Zaman Qarayev, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, şəhid qardaşı, yazıçı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və Turan yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, ədəbi mühitimizin xanım nümayəndələrindən isə: “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə xanım Nərimanova, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Gülcahan xanım Xürrəm, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair, esseist-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında İlqar İsmayılzadənin “Bir ömrün tablosu” kitabını yüksək dəyərləndirərək, bu kitabın Laləzar xanımın həyatı, xanımlıq və insani dəyərləri, habelə yaradıcılığının ədəbiləşməsi və təbliğinə gözəl töhfə verəcəyini bildirdilər, müəllifə və Laləzar xanıma xoş arzularını çatdırdılar. Tədbirdə çıxış edənlər tərəfindən Laləzar müəllimənin əl işləri və rəsm əsərlərindən ibarət xüsusi sərginin açılması təklifi də irəli sürüldü və iştirakçıların alqışı ilə qarşılandı.
Sonda “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam Laləzar xanım Sadıqova qısa çıxışında kitab müəllifi, həm də özünün mənəvi övladı adlandırdığı İlqar İsmayılzadəyə öz müəlliməsinə göstərdiyi qayğı və diqqətə, həmçinin, tədbirdə çıxış edən dəyərli ziyalı təbəqəsi və qələm əhlinə öz səmimi təşəkkürünü bildirib, hər kəsə ən gözəl arzularını çatdırdı. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Etibar Həsənzadə GLOBAL RED CARPET mükafatına layiq görülmüşdür
Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
Mənimdə fəaliyyətimi dəyərlsndirdiyinə görə Caspian Events Groupun rəhbərliyinə təşkilat komitəsinə əməyi keçən hər kəsə və məni layiqincə təmsil etdiyinə görə dəyərli dostum Ganjavi Holdingin Prezidenti Elşən Gəncəvi bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin Allah razı olsun sizlərdən var olun. Qeyd edək ki Caspian Events Group tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunan Global Red Carpet layihəsində müxtəlif ölkələrdən iş dünyası və yaradıcı sahələrin uğurlu nümayəndələri bir araya gəlib. Tədbirin əsas məqsədi beynəlxalq əməkdaşlıqları gücləndirmək, uğurlu fəaliyyətləri qeyd etmək və yeni iş imkanları yaratmaq olub.
Layihə çərçivəsində fərqli sahələrdə fəaliyyət göstərən təşkilatlar və layihələr beynəlxalq mükafatlarla təltif olunub. Tədbirdə iştirakçılar kənd təsərrüfatından tutmuş yaradıcılıq və dizayn sahələrinə qədər geniş spektrdə uğurlu iş nümunələrini nümayiş etdiriblər.
Global Red Carpet layihəsi beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və müxtəlif sahələrdəki uğurların tanıdılması məqsədilə hər il bir çox iştirakçını bir araya gətirir və onların fəaliyyətlərini prestijli mükafatlarla qeyd edir.
Воздушный десантник Михаил Кокеткин, Москва В результате тяжелого ранения лишился обеих ног. Но не смирился с инвалидностью, окончил институт и долгие годы работал в Центральном статистическом управлении РСФСР. За героизм на фронте был награжден тремя орденами, за мирный труд у него тоже орден – «Знак почета».
Bu gün, 7 Mart Azərbaycan aşıq yaradıcılığının ustad aşıqlarından Dədə Ələsgərin (Ələsgər Alməmməd oğlu) anım günüdür.
Aşıq Ələsgər 1821-ci ildə Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdır. 7 mart 1926-cı ildə doğulduğu Göyçə mahalının Ağkilsə kəndində vəfat etmişdir. Dədə Ələsgər ilk olaraq aşıq yaradıcılığımızın görkəmli ustadı Aşıq Alıdan aşıqlıq sənətinin sirlərini öyrənmiş, özündən sonra aşıq məktəbi yaradaraq sənətinin zirvəsinə ucalmışdır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Klassik aşıq şeirimizdə Aşıq Ələsgərin xüsusi mövqeyi vardır. Uzun yaradıcılıq yolu keçmiş ustad sənətkar aşıq şeirinin bütün növlərində olduğu kimi, təcnislərdə də xüsusi məharət göstərmişdir. Aşıq Ələsgər dodaqdəyməz təcnislərin ilk nümunələrini yaratmış və bununla kifayətlənməyib, eyni zamanda, dodaqdəyməz cığalı təcnisin də ilk ülgüsünü vermişdir. Beləliklə də öz müasirlərindən seçilmiş və sənətin zirvəsinə qalxmışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Ələsgər Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycan ədəbiyyatında xüsusilə də aşıq poeziyasında həm aşıq kimi, həm də şair kimi silinməz izlər buraxmış, əvəzsiz xidmətləri olmuşdur. Aşıq Ələsgər dövlətimiz tərəfindən hər zaman layiqincə anılmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ustad aşığın 150, 175 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilmişdir. Ulu öndərin qurduğu məktəb bu gün də layiqincə davam etdirilir. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 180, 185, 190, 195, 200 illiyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilmiş, 2024-cü ildə Bakı şəhərində abidəsi ucalmış və ustad aşığın adının əbədiləşdirilməsi üçün sərəncamlar imzalanmışdır.
AZƏRBAYCANIN İLK HƏKÌM QADINI Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Dağ Kəsəmən, Qazax qəzası – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri.