“Ulduz” jurnalının aprel sayı Xanım Anelanın “Özüylə söhbəti…” və hekayələri ilə açılır. “Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir. Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiəqsinin qalibləri bu sayda yer alır. “Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərdi. “Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz. “Qısa fikirlər xəzinəsi”ndə ənənvi olaraq dühalar yer alır. “Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl–Şəlahın şeirlərini təqdim edir. “Müsahibə” rublikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət” i oxucularla bölüşür. “Düzülüş və mövcudluq” essesiylə “Esse”də Sadiq Qarayevdir. Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncəsin bənzərsiziliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır. “Dərgidə kitab”da şeirləriylə Xəyal Rzadır. Bunlar hamısı deyil, “Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.
12 May – Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Başqa sözlə desək, bu gün nəcib əməllərinə görə humanist peşə sahiblərinə təşəkkür etməyə dəyər.
İlkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim və ya feldşerin göstərişlərini yerinə yetirən peşə sahibləridir.
Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onun üzərinə böyük vəzifə düşür.
Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib. Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Azərbaycanın dünya miqyasında tanınmış tibb bacısı:
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb. Ruhu şad olsun. Amin.
Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub
Mərkəzi Azərbaycanın paytaxtı Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub. Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKSOY-un konfrans salonunda baş tutan yubiley törəninin açılış nitqini söyləyən TÜRKSOY -un baş katibi Sultan Rayev TÜRKSOY-un qurulduğu 1993-cü ildən bu günümüzə qədər Türk dünyasının mədəniyyətinin və sənətinin təbliğ olunması üçün fəaliyyət göstərdiyini vurğulayaraq, hər il üzv ölkələrin yazarları tərəfindən qələmə alınan önəmli əsərlərin qardaş dillərə uyğunlaşdırılaraq çap olunmasını təmin etdiyini, TÜRKSOY-un Türk dünyası yazarlarını bir platforma ətrafında birləşdirmə özəlliyini daşıdığını vurğuladı.
“Bu fəaliyyətlər nəticəsində Türk dünyası bir çox önəmli yazarı tanıma fürsəti tapmış, yazarlarımız Anadolunu Ata torpaqları ilə qovuşdurmuş, qədim mədəniyyətimizin əsintiləri oxuculara qovuşmuşdur.” Çıxışının davamında Dünya Gənc Türk Yazarlar Birliyinin mərkəzi qardaş ölkə Azərbaycanda olsa da mənəvi mərkəzinin Ankara olduğunu bildirən Rayev “Birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin çap olunmasına vəsilə olması, ədəbi-mədəni fəaliyyətlərdə və önəmli tədbirlərdə aktiv olması təqdir olunmalı haldır” dedi. Yubiley tədbirində çıxış edən Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Dr. Şəmsəddin Kuzəçi: DGTYB olaraq təkcə Türkiyədən 20-ə yaxın kitab çap etdik, 35 şair və yazıçıya Türk dünyasına xidmət ödülü verdik. Türkiyənin bir çox tədbirlərində yer aldıq. 2000-ci ildə Fizuli şeir yarışması ilə Türk Dünyası Şeir şöləni təşkil etdik deyərək, çıxışını TÜRKSOY -a təşəkkür etməklə yekunlaşdırdı. Çıxış üçün söz alan DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək, Türk dünyasına 25 il müddətində xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə inamını ifadə etdi. Əkbər Qoşalı çıxışının davamında Türkiyənin dünyadakı bütün türklərin vətəni olduğu kimi, TÜRKSOY-un da Türk dünyasının bütün mədəniyyət xadimlərinin öz evi olduğunu bildirdi. 25 illiyin bir bitmə yox başlanğıc olduğunu qeyd edərək, DGTYB -nin fəaliyyətinin davam edəcəyini, yeni nəsillərin təşkilatı daha da irəliyə aparacağını söylədi. DGTYB başqanı İntiqam Yaşar çıxışında 25 illik yubiley törəninin TÜRKSOY-un mərkəzi ofisində keçirilməsini əlamətdar hadisə kimi qeyd etdi. Bütün türk coğrafiyalarından olan üzvlərlə fəaliyyətin davam edəcəyini, Türk dünyasını əhatə edəcək layihələrin davamlı olacağını söylədi. TÜRKSOY-un bu kimi tədbirlərə ev sahibliyi etməklə Türk dünyası üçün bir mədəni körpü təmin etdiyini vurğuladı. Toplantıda söz alan DGTYB-nin Məsləhət Şurasının üzvü, professor Rəsmiyyə Sabir isə 25 il öncə heç bir maddi imkan olmadan sadəcə sevgi ilə yola çıxan birliyin bu keçən zaman ərzində qət elədiyi yolun təqdirəlayiq olduğunu söylədi. O təşkilatın davamlı fəaliyyətinin hələ çox əlamətdar günlərə vəsilə olacağına inamını ifadə edərək, dahi şair Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” misraları ilə çıxışını yekunlaşdırdı.
Toplantının panel bölümündə söz alan Avrasya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu Dünya Gənc Türk Yazarlar Birliyinin fəaliyyətinin çox ürəkaçan olduğunu bildirdi. O təşkilatın fəaliyyətini mütəmadi izlədiyini, görülən işlərin Türk dünyası üçün önəmli olduğunu bildirdi.
Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin “Yerlə göy arasında” , Əkbər Qoşalının “Altaylardan qopan atlar”, Şəmsəddin Kuzeçinin “Şeirlərim”, İntiqam Yaşarın “Adını çəkirəm” kitabları təqdim olundu. DGTYB və yeni çıxan kitablar haqqında Avrasiya Yazarlar Birliyinin başqanı dr. Yaqub Öməroğlu, Dünya Söz Akademiyası başqanı Prof. Dr. Hayrettin İvgin və keçmiş millət vəkili, şair Mehmet Atilla Maraş Dünya Gənc Türk Yazarlar Birliyi və kitablar haqqında düşüncələrini bölüşdülər. Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY baş katibi Sultan Rayevə, baş katibin yardımçısı Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə “25 illik” yubiley medalı təqdim olundu. Bundan əlavə TÜRKSOY-un Türkdilli topluluqlar ilə əlaqələr departamentinin müdiri dr. Cavid Mövsümlüyə Xidmət plaketi ilə təqdim olundu. Bundan əlavə TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən Dr. Şəmsəddin Kuzəçi, prof.dr Rəsmiyyə Sabir, Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olundu. Tədbirə sənətçi Kaya Kuzunun ifası və kollektiv foto ilə yekun vuruldu. Fotolar:
Tanınmış yazıçı-publisist Etibar Əbilovun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edən “Çingiz Aytmatov dünyası” kitabı işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova, ön sözün müəllifi Çingiz Aytmatovun oğlu Eldar Aytmatovdur.
Kitabda Etibar Əbilovun yazıçı ilə bağlı təəssüratları incələnir, yaradıcılığının poetik xüsusiyyətləri, türk yaddaşının qorunmasında oynadığı müstəsna rol elmi-bədii düşüncənin predmetinə çevrilir.
Əzizə Cəfərzadə 1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır, əldə etdiyi gəliri tikintiyə xərcləyir.