“Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Bu barədə öz sösilal şəbəkə hesabında paylaşım edib:
“… “Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Məncə ən gözəl Bayram hədiyyəsidir. Əməyi keçən hər kəsə təşəkkürlər! …” Mənbə: Zaur Ustac
Bu münasibətlə YAZARLAR adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Zaur müəllim!!!
ANA (Anamın ad günü münasibəti ilə) Qayğımıza qalan, anadır, ana. Varmı bu dünyada, anadan əziz?! Dünyanın bəzəyi, anadır, ana. Ananın özüdür, anadan əziz… *** Harda bir bala var, orda ana var, Analar olmasa, bala da olmaz! Dünyanı sözüylə bəzər analar, Analar olmasa, dünya da olmaz!!! 27.10.2018.
Dünya yaranışdan Həvva anamız, Anadır, bacıdır qol-qanadımız, Özün demişdin ki, deyil babımız, Gör, nəyin dərdini çəkirsən , ANA!
***
Heç fikir eləmə oğul sarıdan, Oğlunu bəxş etdi ulu Yaradan, Mərdlərə təsəlli olmaz nigardan, Vətənçün böyütdün oğlunu, ANA!
***
Vaxt olar; baharda, açanda güllər, Yaxud da qocalar dadanda nübar, Sənin də üzünə təbəssüm qonar, Qayıdacaq oğlun, cəbhədən, ANA!
ANA
Sənsən xəyalların tuşlandığı yer, Ümdə arzuların məkanı, ANA! Nə qədər, möcüzəli, sirli bir dünya, Kəşf olunmamış dünyamsan, ANA!
***
Nə deyim, nə yazım yaraşsın sənə, Yüksələ biləydim kaş mənsəbinə, Dünyalar sığınar mərhəmətinə, Özün boyda böyük dünyamsan, ANA!
***
Bir, şirin kəlməni eşidəydim kaş, Kipriyim islanıb, oldu yenə yaş, Olaydım, ayağın altda qalan daş, Biləydim, başımın üstəsən, ANA!
***
Elə, kövrəlmişəm, körpə uşaq tək, Qəlbimi yandırır odlu bir, istək, Ay Ana, saçıma yüngül sığal çək, Ən böyük dövlətim, qayğındır, ANA!!!
ANA
Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana! İnsanların gözəli, mehribanım, Ana! *** Ana, borcludur hər bir kəs önündə sənin Səcdəyə layiqsən, ey səcdəgahım,Ana! *** İlahi bəxş etmiş səni xoş günlər üçün Ey azadə günüm, xoşbəxt dövranım, Ana! *** Bil, ülviyyətin ilə sən geniş cahansan Mənim həyat məktəbim, ilk cahanım, Ana! *** Hamı istinad üçün öncə səni görür Hər sözün mənbəyi, istinadgahım, Ana! *** Dünyada sənin tək uca varlıq de hanı? Ey müqəddəsliyin rəmzi, paklığım, Ana! *** Zaurun bildiyi bu idi, bunu dedi Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!
29.12.1991. Yusifcanlı.
ANA
Ana, ən ülvi insan Çox əziz, çox mehriban. Övladına qayğılı, Övlad ananın balı. Ana balasın sevər, Hərdən tənbeh də edər. Bu danlamaq deyildir, Ana nəvazişidir…. Övlad üçün şalışır, Hər zəhmətə qatlaşır. Övladı gümrah olsun, Paltarı təmiz olsun. Hamıdan yaxşı geysin, Ən ləziz yemək yesin. Bala pis iş görəndə, Ana bunu biləndə…. Çox da ki, kötəkləyir…. Ana məhəbbətidir. O, övladın çox sevir. Pis əməlin istəmir…. İstəyir yaxşı olsun, Ləyaqətli böyüsün…. Fərsiz övlad olmasın, Adın təmiz saxlasın. Ana tənbeh edəndə, Hərdən kötəkləyəndə…. O, balasın döyməyir, Xətadan hifz eləyir. Deyirəm, bir haləti, Qədim bir rəvayəti; Rəvayətdə deyilir, Bir Ana vəfat edir…. Vəfat edərkən Ana Deyir öz yoldaşına: -“Sən kəs əlimi saxla, Sonra yoldaşın olsa…. Bu əllə uşaqları, Vursun, vuranda barı…. Mənim əlim ağtıtmaz, Öz balamı sızlatmaz…. Axı, ananınkıdır, Ana əli AĞRITMIR….
08.03.1990. Ağdam-Yusifcanlı.
* * *
Ay ana, adına vurğunam sənin, Durduğun ucalıq xəyalə gəlməz… Dünya xalqlarının lüğətlərində, “ANA” sözünə tay söz ola bilməz!!!
Cəlil Məmmədquluzadənin ev-muzeyində görüş-tədbir keçirildi
21 fevral 2023-cü ildə Cəlil Məmmədquluzadənin ev-muzeyində Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirildi. Tədbirdə muzeyin işçiləri, Bakı Slavyan Universitetinin bir qrup müəllim və tələbə heyəti, “Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azəri iştirak etdilər. Tədbir-görüşün mövzusu “Mollanəsrəddinçilərin yaradıcılığında ana dili məsələləri” idi.
Giriş sözü ilə tədbiri başlayan muzeyin direktoru əvəzi Yeganə Məmmədova muzeyin yaradılmasından danışdı, Mirzə Cəlil irsinin öyrənilməsində bəzi istiqamətlərə diqqət yetirməyin vacibliyini vurğuladı. Eyni zamanda bu sahədə tələbə-gənclərlə və Cəlil Məmmədquluzadənin əsərlərinin öyrənilməsində xüsusi istəyi olan elm adamlarıyla hər zaman əməkdaşlığa üstünlük verdiklərini bildirdi.
Bakı Slavyan Universitetinin dosenti, Müasir Azərbaycan dili kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova öz çıxışında Cəlil Məmmədquluzadənin əsərlərində ana dili xüsusiyyətlərindən danışdı. Belə bir tədbiri niyə məhz “Beynəlxalq ana dili günü”nə planladıqlarının səbəbini açıqladı. “Din şəhidləri, yurd şəhidləri eşitmişdik, amma dil şəhidləri barədə heç nə bilmirdik. Banqladeşdə dil uğrunda mücadilədə şəhid olanların xatirəsinə BMT bu günü belə adlandırıb”, deyə tədbir iştirakçılarını məlumatlandırdı.
Ondan sonra universitetin Azərbaycan dili kafedrasının müəllimi, Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini filologiya üzrə fəlsəfə doktoru Sədaqət Əsgərova ədibin yaradıcılığı barədə geniş məruzə elədi. Natiq onun yaradıcılığından nümunələr göstərərək təhlil və paralellərini açıqladı.
Universitetin müəllimi Sevinc Kərimova və tədbirdə iştirak edən filologiya fakültəsinin bakalavr və magistr pilləsində olan tələbələr ədibin yaradıcılığı və ana dilimizin yad təsirlərdən qorunması haqda fikirlərinin ifadəsində fəallıq göstərdilər.
“Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azəri öz çıxışında Mirzə Cəlil yaradıcılığının Azərbaycan ədəbiyyatında müstəsna yeri haqqında danışdı, əsərləri, dil xüsusiyyətləri, personajların dialoqlarındakı gələcəyə hesablanmış fikirlər, ironiya, sarkazm üzərində qurulmuş tənqiddən çıxarılacaq nəticə və milli inkişaf strategiyaları barədə öz fikirlərini bildirdi. “Xoşdur ki, belə bir tədbir ana dilimizin kənar təsirlərdən qorunması haqqında ziyalıların müzakirələri ilə bir vaxta düşür”, dedi.
Tədbir-görüş səmimi söhbətlə iki saata qədər davam etdi. Sonda qonaqlar Cəlil Məmmədquluzadənin ev-muzeyi ilə yaxından tanış oldular. Tədbirdən fotolar:
Bu gün kollektivimizin ən gənc üzvlərindən biri, Texniki redaktor:Tuncay ŞƏHRİLİnin doğum günüdür! Şad günü münasibəti ilə onu təbrik edir, təhsildə və yaradıcılıqda yeni-yeni nailiyyətlər arzulayırıq!
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya üzrə fəlsəfə doktoru, şair Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Gülhüseyn Kazımlının həm muğam irsimizin tədqiqatçısı, həm də şair kimi yaradıcılıq xüsusiyyətlərindən danışıb.
Tədbirin aparıcısı, tənqidçi, “Azərbaycan” jurnalı baş redaktorunun müavini Əsəd Cahangir də Gülhüseyn Kazımlının yaradıcılıq yolundan söhbət açıb.
Tədbirdə Xalq artistləri Sərdar Fərəcov, Ənvər Sadıqov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, sənətşünaslıq doktoru Abbasqulu Nəcəfzadə, tədqiqatçı-naşir Turan İbrahimov, şairlər İlqar Türkoğlu, İslam Sadıq, Maşallah Məftun, Zaur Ustac, Elmira Aslanxanlı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, gözəl mahnılar müəllifi Kəmalə Abıyeva və başqaları çıxış etdilər.
Gülhüseyn Kazımlıya “Turan Birliyi” medalı və “İsa Muğanna” diplomu təqdim edilib. Tədbirdən fotolar:
Gülhüseyn Kazımlını “YAZARLAR” kollektivi adından təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!
“QƏHRƏMAN ŞUŞAM” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB. ANTALOGİYANIN TƏRTİB OLUNMASINDA FƏAL İŞTİRAK EDƏN BİR QRUP YAZAR “VİDADİ TURAN AĞDAMLI” DİPLOMU İLƏ MÜKAFATLANDIRILIB:
1. Cəfərov Azər Məmmədcəfər oğlu Təxəllüsü Azər Məmmədcəfərli
2. Bahar Cavadova Həbib qızı Təxəllüsü Bahar Cavadova
3. Nuruyev Qurban Təbiət oğlu. Təxəllüs Qurban Təbiət oğlu
4. Cəlilova Nəzakət Cəlil qızı Təxəllüsü Nazı Yazar
5. Nuruyeva Rahilə Talıb qızı Təxəllüsü Rahilə Nuriyeva
6. Sevil Qafarova Əlimuxtar qızı Təxəllüsü Sevil Əlimuxtarqızı