Etiket arxivi: ANAYA AİD ŞEİR

Mübariz Süleymanlı. Ay ana.

                    

AY ANA

Gözüm yolda qalıb,könlüm qan ağlar,
Dilim susar dinməz qəlbimi dağlar!
Yaddan çıxmaz anam, sənli o çağlar,
Canım fəda olsun sənə ay ana !

Fələk necə qıydı ana adına…
Zalım ölüm baxmaz bala andına…
Söylə ,necə çatım sənin dadına,
Canım fəda olsun sənə ay ana !

Körpə uşaq olum, baxım sözünə…
Layla deynən, başımı qoy dizinə !
Cənnət qapı qoy açılsın üzünə,
Canım fəda olsun sənə ay ana !

Qara telin bəyaz oldu neynədim,
Şaxta oldu,ayaz oldu neynədim..!
Nəzir oldu,niyaz oldu neynədim,
Canım fəda olsun sənə ay ana !

Ayaq açdım o an tutdun əlimdən,
Ana adı heç vaxt düşməz dilimdəm..!
Yıxılanda tez yapışdın belimdən,
Canım fəda olsun sənə ay ana !

Müəllif: Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xanım İsmayılqızı. Anama – dünyamın Pərizadına ithaf.

Anama – dünyamın Pərizadına ithaf

***

Saralmış dəftər

barmaqlarımın toxunuşundadı.

Saralmış pərdələri araladım.

İllərin altına düşdüm,

Ayların üstünə çıxdım.

Ayağım da büdrədi.

İçimdə buz bağlayan

ürəyim də titrədi…

Ölümünü gözləyən İnsanın

ölüm qapısında

hazır dayanışını gördüm.

Üzündə vida nəğməsi oxunan,

gözlərimə toxunan

doğmanın,

belini kəsən yatağını,

bütün həyatını boğçaya almış

otağını,

qorxusuzluğun içində, həm də

titrəyən, qıfıllı dodağını gördüm.

Ruhların cağırışına əl uzadan,

O dünyadan gələnləri salamlayan,

İçindən keçirib, göz önündə

saxlayan Qadının,

bətnindən doğulanlardan utandığını,

Üzünün saraldığını,

Gözünün ağardığını,

Ağlamadan ağladığını gördüm.

Cümlələrin, sözlərin,

hərflərin, işarələrin arasında

bir az da özümü gördüm.

Bu Qadının həsrətini,

Ağrıdan qopan bətnini,

Bətnindən qopan əllərini,

Dualarını, vidalarını,

İçindən köçən balalarını,

doğmalarını gördüm.

Saralmış vərəqlər

saralmış xatirə kimi aralandıqca,

Qat-qat yığılan,

Doğulan, boğulan nə vardısa

alt qatına doğru getdim.

Heyrətləndim…

İtdim – ağdan sarıya kimi

illəri yatıran bu dəftərin

həyat otağının

sarı pərdələri arxasında,

Səhifələr arasında…

Qatlardan çıxdım…Qatlandım…

O Qadının, bu saralmış dəftərdəki

Son cümləsi – yıxdı məni…

…Yazıların, vərəqlərin

Sarısını – üzümə,

Ağrısını – gözümə,

Tozunu – nəfəsimə,

Xatirəsini – sözümə,

Hıçqırığını – səsimə,

ANAMI – içimə cəkdim…

BALAM kimi…

Müəllif: Xanım İSMAYILQIZI

XANIM İSMAYILQIZININ YAZILARI

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vera Polozkova Cəvahir Tanrıverdinin tərcüməsində

Вера Полозкова. Стихи.

Müasir rus ədəbiyyatının gənc şairələrindən (ixtisasca jurnalist) olan Vera Polozkovanın uşaqlar üçün yazmış olduğu iki şeir Cəvahir Tanrıverdinin tərcüməsində (Вера Полозкова. Стихи.):


MƏNİM ƏZİZ ANAM

Gəlib məqalə yazmağa
Budur mənim əziz anam.
İş başlayıb, mən qoynunda
Bükülmüşəm, yurd salmışam.

Öhdəsindən gəlsin gərək
Yüz iş, beş yüz bir sualın.
Mən özümlə götürmüşəm
Sarı topu, al qatarı.

O, əlbəttə, deyəcəkdir:
“Sürüş, düş, öz otağın var.”
Aydındır, burda lazımam,
Hər ailədə bir birlik var.

Lap yatmaq vaxtı gəlsə də,
Axşam düşsə də, getmirəm.
Bilirəm, çətindir ona,
Mən ki kömək etməliyəm.

Uğursuzluqdan, pislikdən
Qaçıb sevgiylə durmuşuq.
Qorxma, ana, səninləyik
Mən, qatarım, bir də topum.

Tərcümə etdi: Cəvahir TANRIVERDİ

МАМА МИЛАЯ МОЯ
Вот мама милая моя
пришла писать статью.
работает пускай, а я
гнездо над ней совью.

осилить нужно сто задач,
пятьсот один вопрос.
с собой возьму я жёлтый мяч
и красный паровоз.

она, конечно, скажет: «слезь,
есть комната своя»,
но ясно мне: я нужен здесь.
мы всё-таки семья.

и если время спать пришло,
и наступает ночь:
я не уйду — ей тяжело,
я должен ей помочь.

мы вместе выстоим в любой
из бед и неудач.
не бойся, мама, я с тобой.
и паровоз.
и мяч.

Автор: Вера ПОЛОЗКОВА

ALİMLƏR
-İlahi, bu qədər vaxt harda qaçırdınız siz?
-Kolleqalarla idik kosmos gəmisində biz.

-Hamınızın qolları qap-qaradır bəs niyə?
-Çünki alimlər kimi keçirirdik təcrübə.

-Cins paltarlar cırıq, hara dırmaşmışdınız?
-Çünki lazerdən idi bizim qılınclarımız.

-Arxa çantalarnızı ildırımmı vurubdur?
-Kiçik meteoritlərlə onlar doldurulubdur.

-Təkbarmaq əlcəklərdə nədir bəs bu zolaqlar?
-Təkbarmaq əlcəkləri parçalayıb atomlar.

-Sizdə heç insaf yoxdur, ah… mənə elə gəlir.
-Ana, çəkisizlikdə insaf ki lazım deyil.

-Alimlər, mən sizinlə , deyin, nə etməliyəm?
-Makaronlu salatla bizi yedirməlisən.

Tərcümə etdi: Cəvahir TANRIVERDİ


боже, где вы столько времени бегали?
– космолет мы собирали с коллегами.

– отчего же рукава-то все черные?
– испытанья проводили, как ученые.

– а чтоб джинсы распороть, где вы лазали?
– специальные мечи у нас, лазеры.

– так, а что у рюкзака стало с молнией?
– небольшим метеоритом заполнили.

– так, а с варежками что полосатыми?
– их и вовсе растащило на атомы.

– а мне кажется, у вас нету совести.
– мама, совесть не нужна в невесомости.

– ну и что мне с вами делать, учеными?
– нас салатом накормить, с макаронами

Автор: Вера ПОЛОЗКОВА

CƏVAHİR TANRIVERDİ

Tərcümə etdi: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI

СТИХИ ВЕРА ПОЛОЗКОВА


TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY ŞƏHRİLİ. ANA ŞEİRİ.

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ANA
(Anamın ad günü münasibəti ilə)
Qayğımıza qalan, anadır, ana.
Varmı bu dünyada, anadan əziz?!
Dünyanın bəzəyi, anadır, ana.
Ananın özüdür, anadan əziz…
***
Harda bir bala var, orda ana var,
Analar olmasa, bala da olmaz!
Dünyanı sözüylə bəzər analar,
Analar olmasa, dünya da olmaz!!!
27.10.2018.

Müəllif: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn Arif. Analar.

HÜSEYN ARİF

Müəllif: Hüseyn Arif (1924 – 1992)

Analar

Elə ki, balalar gəlir dünyaya,

O gündən hey ölçüb, biçir analar.

Mahnı da oxuyur, şeir də deyir

Bəstəkar analar, şair analar.

***

Dözür hər əzaba o bilə-bilə,

Yaşayır, sirrini salmadan dilə.

Vaxt olur, qaldırıb ağını belə

Şərbət əvəzinə içir analar.

***

Unudub illərin yorğunluğunu,

Həyatda dincliyi, evdə yuxunu,

Sevincin azını, qəmin çoxunu,

Yükün ağırını seçir analar.

***

Alnında zamanın açdığı qırış,

Başına qar tökür, qar ələyir qış.

Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçir analar.

***

Özüm də bilmirəm, Hüseyn, niyə

Başımın tüstüsü çəkilir göyə?

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

HÜSEYN ARİFİN YAZILARI

Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:003 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – ANAMA

ANAMA

Sənin zəhmətinlə böyümüşəm mən,
Vaxt gəlib çətini də ötürmüşəm mən.
Bir bilsən nə qədər sevinmişəm mən,
Yaxşı ki, sən mənim varımsan, anam.

Gün olub, saçıma sığal çəkmisən,
Tutmusan əlimdən şaxə getmisən.
Gün olub, səni mən çox incitmişəm,
İncinən qəlbinə mən qurban, anam.

Gəzsəm də dünyanı, tapmaram tayın
Sənin bənzərin yox, anadır adın.
Yüz il də, min il də keçsə də inan,
Sən mənim ruhumsan, ən ülvi payım.

Bilirəm, saçına dən də düşəcək,
Üzündə qırışlar vaxtsız bitəcək.
Bilirəm, ayrılıq dəlib keçəcək,
Özünü bizlərsiz qoyma sən, anam.

Hələ nə yaşım var, körpəyəm axı,
Laylana ehtiyac duyuram axı.
Mən səni əvəzsiz sevirəm axı,
Tanrıdan diləyim çox yaşa, anam…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMƏD VURĞUN – ANA ŞEİRİ

SƏMƏD VURĞUNUN YAZILARI

ANA

Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!

Müəllif: Səməd VURĞUN

SƏMƏD VURĞUNUN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayşə Xəlilli – Ana

AYŞƏ XƏLİLLİ

ANA

Hamımız bilirik II Qarabağ müharibəsində nə qədər şəhidimiz, qazimiz oldu. Hamımız onlara “Allah rəhmət eləsin”, “Allah köməyi olsun” deyirik və iş burada bitir.

Heç fikirləşmirik şəhidlərin, qazilərin ailəsi, qohumaları, dostları necə olur?! Əsasda analar…

Ana dedikdə nə düşünürük, sadəcə bizi dünyaya gətirəninsan.

Xeyir. Ana müqəddəsidir, ana sevgi deməkdir, ana alov kimi yanmaq deməkdir, ana buz kimi ərimək deməkdir, övladı üçün.

Heç fikirləşmirik uşaqlıqda 4-5 yaşımız olanda, yıxılırdıq. Anamız gəlir, qucağında evə aparır, yaramıza şəfalı əlləri ilə yaramızı sarıyır, öpüb təsəlli verirdi.

Şəhid anaları bəs…

Bizim dizimiz yaralanır anamız narahat olur, bəs şəhid anaları…

Övladları dünyada yox olur. Biz onları görmürük. Amma ana onu hər zaman gözünün önündə yaşadır. Hər zaman ana övladının yanında olmağa çalışır.

Ana övladı üçün canını verər.

Ananln qolları mələyin qanadlarıdır. Bizi qanadının altında saxlayır. Biz onun qanadlarının içini görür, sağlamdır deyirik. Amma onun qanadlarının təmiz yaradır.

Niyə?

Sırf bizi qorumaq üçün.

Müəllif:Ayşə XƏLİLLİ

Naxçıvan şəhəri, Qızlar liseyi, VA sinif şagirdi

AYŞƏ XƏLİLLNİN YAZILARI

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru