Etiket arxivi: Vüsalə Yunusova

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ PHI GALLERY-DƏ KEÇİRİLDİ

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ PHI GALLERY-DƏ KEÇİRİLDİ

21 iyun 2026-cı il tarixində Şəhərsalma və Memarlıq İli çərçivəsində Phi Gallery-də “Zamanın izi ilə təxəyyüldə” adlı sərgi keçirilmişdir. Tədbir “Təxəyyül Art Group”un təşəbbüsü və təşkilatçılığı, qrup rəhbərləri Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın rəhbərliyi, Azərbaycan Xalçaçıları İctimai Birliyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Açılış nitqi ilə çıxış edən qrup rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə sərginin ideyası, məqsədi və əhəmiyyəti barədə məlumat vermiş, layihənin həyata keçirilməsində əməyi olan qurumlara, iştirakçılara və qonaqlara minnətdarlığını ifadə etmişdir.
Proqram çərçivəsində Cəmilə Əsgərovanın hazırladığı, Memarlıq və Şəhərsalma İlinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Filmin mətni qrupun nəğməkar şairi Elşən Sabiroğlu tərəfindən səsləndirilmişdir.
Qrupun müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova iştirakçıları salamlayaraq qonaqları çıxışa dəvət etmişdir. Tədbirdə çıxış edən Gülağa Ələsgərov, Mirfatma Mirbabaqızı, Hacı Əhmədov, Qənirə Əsgərova, Günay Əsgərova, Fərrux Qasımov, Rəsmiyyə Səmədova və Səma Əmirova sərginin mədəni əhəmiyyətindən bəhs etmiş, təşkilatçıları və iştirakçıları təbrik etmişlər.
Bədii hissədə Aidə Telmanqızı və Mirfatma Mirbabaqızının səsləndirdikləri şeirlər proqramın ədəbi hissəsini zənginləşdirmişdir.
Tədbirin diqqətçəkən məqamlarından biri modelyer-dizayner Vüsalə Əsədovanın “Şəhərin tarixi” adlı milli geyim kolleksiyasının təqdimatı olmuşdur. Tarixi motivlərlə müasir bədii yanaşmanın vəhdətini əks etdirən kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Defilədə Rübab Hüseynli, Həsən Hüseynli, Cəmilə Əsgərova, Ləman Əsədli, Nigar Əsgərzadə, Sevda Bayramlı və Məryəm Əsgərova iştirak etmişlər.
Sərgi ekspozisiyasında nümayiş etdirilən əsərlər mövzu müxtəlifliyi, zəngin rəng həlli və fərdi yaradıcılıq üslubları ilə seçilmişdir. Sərgi iştirakçıları – Ayaz Dadaşov, Aygün Ahnəzərova,
Cahandar Səmədov, Fərrux Qasımov,Hökümə Qasımova, İskəndər Quliyev, Nuray Abdullayeva,
Şəhla Abbasova, Tamara Kontsedaylo, Yelena Həsənova, Zeynəb Babayeva, Surə Dadaşzadə, İnci Məsti, Hacı Əhmədov, Qənirə Əsgərova, Məryəm Abdullazadə, Məryəm Əsgərova, Natiq Nəcəfzadə, Vüsalə Yunusovanın təqdim etdiyi əsərlər tamaşaçılarda böyük maraq doğurmuş, incəsənətsevərlər müəlliflərlə yaxından ünsiyyət qurmaq imkanı əldə etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, aktyor, şoumen və naşir Bəhram Bağırzadə, eləcə də mədəniyyət və incəsənət nümayəndələri iştirak etmiş, sərgi ilə yaxından tanış olmuşlar.
Musiqi proqramı çərçivəsində Vüsalə Yunusova fortepianoda çıxış etmiş, Aynur Yunusova görkəmli bəstəkar Niyazinin “Arzu” romansını ifa etmişdir. Qrup üzvlərinin musiqi nömrələri və qrupun xoreoqrafı Rasimə Əhmədovanın “Sarı gəlin” xalq mahnısının müşayiəti ilə təqdim etdiyi rəqs kompozisiyası tədbirə xüsusi bədii ovqat bəxş etmişdir.
Tədbirin sonunda sərgi iştirakçılarına və Phi Gallery-nin əməkdaşları Hüseyn Həsənova və Zeynəb Əlibəyliyə sertifikatlar təqdim olunmuş, fotoqraf Nofəl Ümid tərəfindən xatirə fotoları çəkilmişdir:

Video:


“Zamanın izi ilə təxəyyüldə” sərgisi müxtəlif yaradıcılıq istiqamətlərini bir araya gətirərək milli-mədəni irsin, memarlıq ənənələrinin və müasir incəsənət düşüncəsinin vəhdətini nümayiş etdirmiş, iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Məqaləni hazırladı: Vüsalə Yunusova
Foto: Nofəl Ümid
Video: Olqa Müftiyeva
Məqaləni saytlarda yerləşdirdilər: Zaur Ustac, Cəmilə Əsgərova

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Təxəyyül Art qrup”dan yeni layihə

“GÖZƏL İSMAYILLIM”

31.05.2026 -cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “GÖZƏL İSMAYILLIM” adlı İsmayıllı, Basqal, İvanovka gəzintisi baş tutmuşdur. İlk növbədə səhər yeməyi Savalan restoranında təşkil olunmuşdur. Daha sonra İsmayıllıya gedilərək, qrupun çox istedadlı aşıqı – aşıq Elçinin əmisinin vaxtsız vəfatı ilə bağlı qrup adından başsağlığı verildi. Bunun ardınca İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru – İkram İsmayılov ilə birlikdə Basqala gedildi. Basqalda iştirakçılar kəlağayı hazırlanan emalatxanada, kəlağayı ustası – Nizami usta ilə tanış oldular. Kollektiv xatirə fotosu çəkildi. Daha sonra isə “Məhsul” istirahət kompleksində yeni üzvlərlə birgə çay süfrəsi təşkil olundu. “Təxəyyül Art Group”un İsmayıllı səfərinin, qrupun şairləri Mayıl Məmmədli və Vüsal Ağanın ad günü şərəfinə tort hazırlanmışdır. İlk növbədə qrupun rəhbəri, xalçaçı rəssam Natiq Nəcəfzadə gələn iştirakçıları salamlayaraq, Mayıl Məmmədli və Vüsal Ağanı ad günləri münasibəti ilə təbrik etdi. Daha sonra isə çıxış üçün söz qrup müavini, rəssam, qrafik dizayner Vüsalə Yunusovaya verildi. O da öz ürək sözlərini bildirdi. Bunun ardınca sənətşünas – Şəhanə Mansırova, AZMİU-nun dosenti Gülağa Ələsgərov çıxış edərək öz təbriklərini çatdırdılar. Şair Zaur Ustac, Vüsal Ağanın, Sara Quliyevanın, Mayıl Məmmədlinin qələmindən çıxmış şeirlər söylənildi. Tort kəsildi. Qrupun rəqqası Yəhya Cəlilov və qızların ifasında “Arşın mal alan” filmindən rəqs ifa olundu. “Məhsul” istirahət kompleksinin administratoru – Elman Kazımova təşəkkürnamə təqdim edildi. Xatirə fotoları çəkildi. Elə bu minvalla Təxəyyül Art Groupun üzüvləri üz tutdular İsmayıllının İvanovka kəndinə. Orada oranın yerli sakinləri ilə tanış olub, onların adət və ənənələrini öyrəndilər. Kənd məhsullarından əldə etdilər. Bunun ardınca iştirakçılar ilə Aşıqbayramlıda yerləşən “Sahil ailəvi istirahət” mərkəzinə gedildi. Orada iştirakçılara sertifikatlar təqdim olundu və xatirə fotoları çəkildi. Göyçayda nahar yeməyi yeyildi və gözəl rəqslər olundu. Bununla da gözəl gündən bir xoş xatirə qalaraq hamı üz tutdu Bakıya.


Fotoqraf: Şakir Rəhman

Məqaləni hazırladı: Vüsalə Yunusova
Sayta yerləşdirdi:  Zaur Ustac

    DAHA ÇOX MƏLUMAT BURADA

    QƏNDABIN DİGƏR YAZILARI

    Oxuyun >> Gözündə tük var

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

    “TƏXƏYYÜL ART GROUP” ŞİRVAN SƏFƏRİ


    “TƏXƏYYÜL ART GROUP” ŞİRVAN SƏFƏR10.05.2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə “Şirvan” səfəri adlı layihə üzrə Qobustan, Şamaxı, Ağsu gəzintisi baş tutmuşdur. İlk növbədə Qobustanda yerləşən Diri Baba türbəsi, ziyarət olundu. Qrup üzvü rəssam Ləman Ukleinaya “Təxəyyül Art Group”un 2 yaş münasibəti ilə çap olunmuş kitab-kataloq və sertifikat təqdim olundu. Daha sonra isə Şamaxıda Pirsaat Baba piri ziyarət edilmişdir. Səhər yeməyi isə Savalan restoranında təşkil olunmuşdur. Bütün bunlardan sonra Kələxana türbə komleksinə gedildi. Burada xatirə fotoları çəkildi. Yeni üzvlərimizlə birgə Panorama Hall restoranına üz tutuldu. Orada çay süfrəsi təşkil olundu. “Təxəyyül Art Group”un Ağsu səfərinin şərəfinə Qənirə xanım Əsgərova tərəfindən təşkil olunmuş simvolik tort kəsildi. Bunlardan sonra gələn qonaqlar özləri haqqında məlumat verdilər və şeirlər söylədilər. AMEA-nın baş mütəxəssisi, İT-mühəndisi Samir Ələkbərli müəllifi olduğu “Atatürk” xalçasının fotosurətini hədiyyə olaraq qrup müavini Vüsalə Yunusovaya təqdim etdi. Sonda xatirə fotoları çəkildi. Daha sonra qrup üzvləri Ağsu şəhərində yerləşən Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin direktoru Vüqar Quliyevin götərişi ilə qoruğun bələdçisi Xoşgədəm xanım qrup üzvlərini qoruqla tanış etdi. Şair Zaur Ustac Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya “Sevgi dolu şeirlər” kitabını hədiyyə etdi. Tur boyu Aynur Yunusova və Günay Əsgərova biri-birindən gözəl mahnılar ifa etdilər. Bundan sonra rəqs, qoruq ərazisində piknik və digər əyləncəli tədbirlər baş tutdu. Fotolar:


    Bütün iştirakçılara:

    1. Aynur Yunusova
    2. Cəmilə Əsgərova
    3. Fərrux Qasımov
    4. Gülər Babazadə
    5. Günay Əsgərova
    6. İsmayıl Əmirli
    7. Qənirə Əsgərova
    8. Məryəm Əsgərova
    9. Samir Ələkbərli
    10. Sara Quliyeva
    11. Sevil Soltanova
    12. Sevil Şamilova
    13. Səbinə Mustafayeva
    14. Səma Əmirova
    15. Vüsal Ağa
    16. Zaur Ustac
    17. Mahir Dünya
    18. Natiq Nəcəfzadə
    19. Vüsalə Yunusova,
      Fotolara görə Fotoqraf Mahir Dünyaya
      “Təxəyyül Art Group” adından təşəkkürümüzü bildiririk.
      Məqaləni hazırladı: Vüsalə Yunusova.
      Sayta yerləşdirdi: Cəmilə Əsgərova, Zaur Ustac.

    DAHA ÇOX MƏLUMAT BURADA

    QƏNDABIN DİGƏR YAZILARI

    Oxuyun >> Gözündə tük var

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

    “Təxəyyül Art Group”un növbəti tədbiri – Fotolar

    25.04.2026-cı il tarixində “Təxəyyül Art Group”un rəhbəri Natiq Nəcəfzadə və müavini Vüsalə Yunusovanın rəhbərliyi altında şofer Cəbrayıl bəy ilə Salyan və Neftçala rayonlarına toy iştirakçıları ilə birgə qrupun üzvü oymaçı rəssam – Hacı Əhmədovun oğlu – Elşad bəy və Aytac xanımın toy mərasiminə tur olmuşdur. Yolda gedərkən elə toy abu havasında rəqslər olundu, mahnılar oxundu. Öncədən işirakçılar adından toy xonçası hazırlanmışdı.
    İlk növbədə Salyanın Xalaç kəndi yaxınlığında yerləşən məhşur “Xan süfrəsi” restoranında administrator Pərviz müəllim qonaqları qarşılayaraq qrupun nəğməkar şairi Elşən Sabiroğlunun toy iştirakçılarına qrupun adına təşkil etdiyi surpriz tort ilə samovar çay süfrəsi verildi. Burada rəqs etdikdən sonra qrup üzüvləri Neftçalanın Xol Qarabucaq kəndini Hacı Əhmədov gilin evini ziyarət etdilər. Toy iştirakçıları adından toy xonçası təqdim olundu, çay süfrəsinə qonaq olundular. Hacı müəllimin ailəsi toy iştirakçılarını çox gözəl qarşıladı. Anası, həyat yoldaşı, qardaşı və kənd əhalisi xoş gəlmisiniz dedilər. Bəynən birgə gedildi qonşu kəndə, gəlinin evinə. Bəy və gəlinlə birgə Xol Qaraqaşlı kəndində yerləşən “Şahin Hall” şadlıq sarayına gedildi. Toyda Hacı Əhmədova “Təxəyyül Art Group” un 2 yaş münasibəti ilə çap olunmuş kitab-kataloq, sertifikat və loqo ilə birgə döş nişanı təqdim olundu. Qrup üzüvləri Elşad bəyə və Aytac xanıma öz təbriklərini çatdırdılar.
    Sonda “Arşın mal alan” filmindən qrup üzüvləri tərəfindən – Rasimə Əhədova, Vüsaləi Yunusova, Tünzalə Ağabalayeva, Rəhilə Qaçayeva və Yəhya Cəlilov tərəfindən rəqs ifa olundu.
    Bu rəqs hamı tərəfindən alqışlarla qarşılandı.

    Məqaləni hazırladı: Vüsalə Yunusova

    Vüsalə Yunusovanın digər yazıları

    NATİQ NƏCƏFZADƏNİN YAZILARI

    “Təxəyyül Art Group”un tədbirləri

    DAHA ÇOX YENİ MƏLUMAT

    Oxuyun >> Gözündə tük var

    Zaur Ustacın şeirləri haqqında

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

    Vüsalə Yunusova – “Təxəyyül Art Group” 2 yaş – təbrik!

    “Təxəyyül Art Group”
    2 YAŞ

    12 aprel 2026-ci il tarixində “Golden Ring” şadlıq sarayında “Təxəyyül Art Group”un yaranmasının 2 yaşı münasibəti ilə kitab – kataloqun təqdimatı keçirildi.
    Layihənin ideya müəllifləri Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Xalçaçıları İctimai Birliyinin, Miras İctimai Birliyinin üzvü, “Təxəyyül Art Group”un yaradıcısı və rəhbəri, xalçaçı rəssam – Natiq Nəcəfzadə və kitabın tərtibatçısı, qrup müavini – rəssam, qrafik dizayner, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Xalçaçıları İctimai Birliyinin, Miras İctimai Birliyinin üzvü, İliin peşəkar gənci – Vüsalə Yunusovadır.
    Tədbirin təşkil olunmasında əsas məqsəd bu iki il ərzində qrupun təşkil etdiyi tədbirlərin hesabatını, sənət adamlarının əsərlərini və özləri haqqında məlumatları bir araya gətirməkdir.
    Bu kitabda bir çox görkəmli şəxsiyyətlər yer almışlar.
    “Alaş” mükafatı laureatı – Əkbər Qoşalı, Xalq rəssamı Arif Əziz, professorlar, Röya Tağıyeva, Kübra Əliyeva, AYB-nin üzvüləri, şairlər Səttar Qarağaclı, İlham Qazaxlı, Aybəniz Qafarlı, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Aboul-Fotouh, Qazaxstan Yazıçılar Birliyinin üzvü, şair Sayat Kamşıger, həmçinin xaricdən olan sənətkarlar da bu kitab-kataloqda öz əsərləri ilə iştirak etmişlər.
    Tədbirin açılışında ilk növbədə vətənimiz uğrunda canlarından keçən şəhidlərimiz anılaraq Dövlət Himni səsləndirildi.
    Tədbiri giriş sözü ilə qrupun rəhbəri – Natiq Nəcəfzadə açaraq gələn qonaqlara və bütün iştirakçılara öz ürək sözlərini çatdırdı. Sonra təbrik üçün söz qrupun müavini, istedadlı rəssam, qrafik dizayner – Vüsalə Yunusovaya verildi. O, da bu iki il ərzində qrupun keçdiyi yoldan, qrupun ardıcıl lahiyələrindən bəhs edərək, öz təbriklərini çatdıraraq gələn qonaqları salamladı.
    Bunun ardınca qrupun keçdiyi yaradıcı fəaliyyət haqqında Vüsalə Yunusovanın hazırladığı videoslayd və Cəmilə Əsgərovanın hazırladığı “Təxəyyül Art Group”un veb saytının təqdimat videosu göstərildi.
    Bundan sonra “Təxəyyül ailəsi” adlı qrup mahnısını soloda nəğməkar şair – Elşən Sabiroğlu, xorda isə qızlar – Vüsalə Yunusova, Cəmilə Əsgərova, Elmira Yəhyayeva, Xalidə Kazımova, Qənirə Əsgərova, Nuranə Cəfərli, Yenigül Həsənova ifa etdilər.
    Həmçinin tədbirin fəxri qonaqları – Qazaxstan Yazıçılar Birliyinin üzvü, şair Sayat Kamşıger, Beynəlxalq “Alaş” mükafatı laureatı, şair Əkbər Qoşalı, Professor – Kübra Əliyeva, Texnika üzrə elmlər namizədi – Gülağa Ələsgərov, şairlər – Səttar Qarağaclı, İlham Qazaxlı, Aybəniz Qafarlı, Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifova, Gəncliyə Yardım Fondunun sabiq vitse-prezidenti Salman Əliyev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Aboul Fotouh çıxış edərək öz təbriklərini çatdırdılar. Şair Sayat Kamşıger qrup rəhbəri Natiq Nəcəfzadəyə Qazax xalqının milli ornamentlərlə bəzədilmiş milli baş geyimi olan Taqiyə və qolsuz pencəyini – Shapanı, eyni zamanda Bakıda təqdimatı keçirilmiş “Qarabağ” poeması kitabını Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya və tədbirin bir sıra üzvülərinə hədiyyə etdi. Öz növbəsində isə Sayat Kamşıgerə trio tar, kamança, dəfdən ibarət Azərbaycan milli suveniri, Vüsalə Yunusovanın hazırladığı kiçik suvenir rəsmlər hədiyyə olaraq fəxri qonaqlara təqdim olundu.
    Bundan sonra bütün kitab iştirakçılarına kitab – kataloq, təşəkkürnamə, sertifikatlar, qrupun loqosunu əks elətdirən döş nişanları, xanımlara isə qızılgüllər təqdim olundu.
    Tədbirin bədii hissəsini isə ifaçılardan “Simurq” mükafatı laureatı, gözəl bəstəkar-ifaçı Çilənay Hüseynova, tanınmış ifaçılar Zəka Vilayətoğlu, İlham Əsgəroğlu, xanəndə Təranə Mövsümova, qrup üzüvləri – Günay Əsgərova, Xalidə Kazımova, o cümlədən aşıqlardan Elçin İsmayıllı, Nərmin Cəlalazadə, Rahib Alxanov, həmçinin, Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın “O, olmasın bu olsun” kinofilmindən hazırlanan fraqment, Elşən Sabiroğlunun arşın malçı rolunda, qrupun xanım üzvlərindən ibarət “Arşın Malalan” kinofilmindən qızların kəlağayı ilə rəqs ifası, şairlər Əzizə Ağahüseynqızının, Aybəniz Qafarlının, Mirfatma Mirbabaqızının, Aidə Telmanqızının, Nofəl Ümidin, Elşən Sabiroğlunun şeirləri, Nərgiz Verdiyevanın, Günel Aslanovanın, Qələmşah İdrisovun, Rəhilə Qaçayevanın təbrikləri gələn qonaqlar tərəfindən alqışlarla çox gözəl qarşılandı.
    Eyni zamada fəxri qonaq Sayat Kamşıger qazax dilində, İlham Əsgəroğlu isə Türk xalqlarını birləşdirən mahnı ifa edərkən gələn qonaqlar yallı – birlik rəqsini rəqs edib dairə vurdular.
    Bütün bu ifalar tədbirə daha da rəngarənglik qatdı. Sonda Xatirə fotoları çəkilərək 2 yaş tortu kəsildi. Qrup dəftərinə xatirə ürək sözləri yazıldı.

    Tədbiri işıqlandırdığına görə fotoqraf – Nofəl Ümidə öz dərin təşəkkürümüzü bildiririk.

    Fotoda NATİQ NƏCƏFZADƏ

    Fotoda Vüsalə Yunusova

    Məqaləni hazırladı: Vüsalə Yunusova

    Vüsalə Yunusovanın digər yazıları

    NATİQ NƏCƏFZADƏNİN YAZILARI

    “Təxəyyül Art Group”un tədbirləri

    DAHA ÇOX YENİ MƏLUMAT

    Oxuyun >> Gözündə tük var

    Zaur Ustacın şeirləri haqqında

    YAZARLAR.AZ

    I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

    I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I