25.04.2026-cı il tarixində “Təxəyyül Art Group”un rəhbəri Natiq Nəcəfzadə və müavini Vüsalə Yunusovanın rəhbərliyi altında şofer Cəbrayıl bəy ilə Salyan və Neftçala rayonlarına toy iştirakçıları ilə birgə qrupun üzvü oymaçı rəssam – Hacı Əhmədovun oğlu – Elşad bəy və Aytac xanımın toy mərasiminə tur olmuşdur. Yolda gedərkən elə toy abu havasında rəqslər olundu, mahnılar oxundu. Öncədən işirakçılar adından toy xonçası hazırlanmışdı. İlk növbədə Salyanın Xalaç kəndi yaxınlığında yerləşən məhşur “Xan süfrəsi” restoranında administrator Pərviz müəllim qonaqları qarşılayaraq qrupun nəğməkar şairi Elşən Sabiroğlunun toy iştirakçılarına qrupun adına təşkil etdiyi surpriz tort ilə samovar çay süfrəsi verildi. Burada rəqs etdikdən sonra qrup üzüvləri Neftçalanın Xol Qarabucaq kəndini Hacı Əhmədov gilin evini ziyarət etdilər. Toy iştirakçıları adından toy xonçası təqdim olundu, çay süfrəsinə qonaq olundular. Hacı müəllimin ailəsi toy iştirakçılarını çox gözəl qarşıladı. Anası, həyat yoldaşı, qardaşı və kənd əhalisi xoş gəlmisiniz dedilər. Bəynən birgə gedildi qonşu kəndə, gəlinin evinə. Bəy və gəlinlə birgə Xol Qaraqaşlı kəndində yerləşən “Şahin Hall” şadlıq sarayına gedildi. Toyda Hacı Əhmədova “Təxəyyül Art Group” un 2 yaş münasibəti ilə çap olunmuş kitab-kataloq, sertifikat və loqo ilə birgə döş nişanı təqdim olundu. Qrup üzüvləri Elşad bəyə və Aytac xanıma öz təbriklərini çatdırdılar. Sonda “Arşın mal alan” filmindən qrup üzüvləri tərəfindən – Rasimə Əhədova, Vüsaləi Yunusova, Tünzalə Ağabalayeva, Rəhilə Qaçayeva və Yəhya Cəlilov tərəfindən rəqs ifa olundu. Bu rəqs hamı tərəfindən alqışlarla qarşılandı.
12 aprel 2026-ci il tarixində “Golden Ring” şadlıq sarayında “Təxəyyül Art Group”un yaranmasının 2 yaşı münasibəti ilə kitab – kataloqun təqdimatı keçirildi. Layihənin ideya müəllifləri Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Xalçaçıları İctimai Birliyinin, Miras İctimai Birliyinin üzvü, “Təxəyyül Art Group”un yaradıcısı və rəhbəri, xalçaçı rəssam – Natiq Nəcəfzadə və kitabın tərtibatçısı, qrup müavini – rəssam, qrafik dizayner, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Xalçaçıları İctimai Birliyinin, Miras İctimai Birliyinin üzvü, İliin peşəkar gənci – Vüsalə Yunusovadır. Tədbirin təşkil olunmasında əsas məqsəd bu iki il ərzində qrupun təşkil etdiyi tədbirlərin hesabatını, sənət adamlarının əsərlərini və özləri haqqında məlumatları bir araya gətirməkdir. Bu kitabda bir çox görkəmli şəxsiyyətlər yer almışlar. “Alaş” mükafatı laureatı – Əkbər Qoşalı, Xalq rəssamı Arif Əziz, professorlar, Röya Tağıyeva, Kübra Əliyeva, AYB-nin üzvüləri, şairlər Səttar Qarağaclı, İlham Qazaxlı, Aybəniz Qafarlı, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Aboul-Fotouh, Qazaxstan Yazıçılar Birliyinin üzvü, şair Sayat Kamşıger, həmçinin xaricdən olan sənətkarlar da bu kitab-kataloqda öz əsərləri ilə iştirak etmişlər. Tədbirin açılışında ilk növbədə vətənimiz uğrunda canlarından keçən şəhidlərimiz anılaraq Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə qrupun rəhbəri – Natiq Nəcəfzadə açaraq gələn qonaqlara və bütün iştirakçılara öz ürək sözlərini çatdırdı. Sonra təbrik üçün söz qrupun müavini, istedadlı rəssam, qrafik dizayner – Vüsalə Yunusovaya verildi. O, da bu iki il ərzində qrupun keçdiyi yoldan, qrupun ardıcıl lahiyələrindən bəhs edərək, öz təbriklərini çatdıraraq gələn qonaqları salamladı. Bunun ardınca qrupun keçdiyi yaradıcı fəaliyyət haqqında Vüsalə Yunusovanın hazırladığı videoslayd və Cəmilə Əsgərovanın hazırladığı “Təxəyyül Art Group”un veb saytının təqdimat videosu göstərildi. Bundan sonra “Təxəyyül ailəsi” adlı qrup mahnısını soloda nəğməkar şair – Elşən Sabiroğlu, xorda isə qızlar – Vüsalə Yunusova, Cəmilə Əsgərova, Elmira Yəhyayeva, Xalidə Kazımova, Qənirə Əsgərova, Nuranə Cəfərli, Yenigül Həsənova ifa etdilər. Həmçinin tədbirin fəxri qonaqları – Qazaxstan Yazıçılar Birliyinin üzvü, şair Sayat Kamşıger, Beynəlxalq “Alaş” mükafatı laureatı, şair Əkbər Qoşalı, Professor – Kübra Əliyeva, Texnika üzrə elmlər namizədi – Gülağa Ələsgərov, şairlər – Səttar Qarağaclı, İlham Qazaxlı, Aybəniz Qafarlı, Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifova, Gəncliyə Yardım Fondunun sabiq vitse-prezidenti Salman Əliyev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Aboul Fotouh çıxış edərək öz təbriklərini çatdırdılar. Şair Sayat Kamşıger qrup rəhbəri Natiq Nəcəfzadəyə Qazax xalqının milli ornamentlərlə bəzədilmiş milli baş geyimi olan Taqiyə və qolsuz pencəyini – Shapanı, eyni zamanda Bakıda təqdimatı keçirilmiş “Qarabağ” poeması kitabını Natiq Nəcəfzadə və Vüsalə Yunusovaya və tədbirin bir sıra üzvülərinə hədiyyə etdi. Öz növbəsində isə Sayat Kamşıgerə trio tar, kamança, dəfdən ibarət Azərbaycan milli suveniri, Vüsalə Yunusovanın hazırladığı kiçik suvenir rəsmlər hədiyyə olaraq fəxri qonaqlara təqdim olundu. Bundan sonra bütün kitab iştirakçılarına kitab – kataloq, təşəkkürnamə, sertifikatlar, qrupun loqosunu əks elətdirən döş nişanları, xanımlara isə qızılgüllər təqdim olundu. Tədbirin bədii hissəsini isə ifaçılardan “Simurq” mükafatı laureatı, gözəl bəstəkar-ifaçı Çilənay Hüseynova, tanınmış ifaçılar Zəka Vilayətoğlu, İlham Əsgəroğlu, xanəndə Təranə Mövsümova, qrup üzüvləri – Günay Əsgərova, Xalidə Kazımova, o cümlədən aşıqlardan Elçin İsmayıllı, Nərmin Cəlalazadə, Rahib Alxanov, həmçinin, Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın “O, olmasın bu olsun” kinofilmindən hazırlanan fraqment, Elşən Sabiroğlunun arşın malçı rolunda, qrupun xanım üzvlərindən ibarət “Arşın Malalan” kinofilmindən qızların kəlağayı ilə rəqs ifası, şairlər Əzizə Ağahüseynqızının, Aybəniz Qafarlının, Mirfatma Mirbabaqızının, Aidə Telmanqızının, Nofəl Ümidin, Elşən Sabiroğlunun şeirləri, Nərgiz Verdiyevanın, Günel Aslanovanın, Qələmşah İdrisovun, Rəhilə Qaçayevanın təbrikləri gələn qonaqlar tərəfindən alqışlarla çox gözəl qarşılandı. Eyni zamada fəxri qonaq Sayat Kamşıger qazax dilində, İlham Əsgəroğlu isə Türk xalqlarını birləşdirən mahnı ifa edərkən gələn qonaqlar yallı – birlik rəqsini rəqs edib dairə vurdular. Bütün bu ifalar tədbirə daha da rəngarənglik qatdı. Sonda Xatirə fotoları çəkilərək 2 yaş tortu kəsildi. Qrup dəftərinə xatirə ürək sözləri yazıldı.
Tədbiri işıqlandırdığına görə fotoqraf – Nofəl Ümidə öz dərin təşəkkürümüzü bildiririk.
Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
Kitab gözəl insan, əsl ziyalı bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.
Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.
Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…”
Dünyanın təməli sevgidir, gülüm! Dərdin, ah-nalənin özü də sevgi…
Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək, müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.
Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.
Zaur Ustac demişkən: “Sevin ki, seviləsiniz!”
Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):
Zaur Ustacın “Dağ” adlı yeni kitabı işıq üzü görüb. Birinci Qarabağ Müharibəsi Şəhidi mayor Quliyevin əziz xatirəsinə ithaf olunmuş sonet çələngindən ibarət olan kitab paralel olaraq ərəb qrafikalı əski əlifba ilə Azərbaycan dilində sonetlərdən və mayor Quliyevin fotolarından ibarətdir.
“El kitab çapı mərkəzi”ndə nəfis şəkildə nəşr olunmuş kitabın redaktorları Gülü xanım və Əli Aslani, rəssamı isə Natiq Nəcəfzadədir. Kitabın ənənəvi formada olan nüsxələri əsas kitabxana fondlarına hədiyyə olunmaqla yanaşı e-kitab şəklində müxtəlif müstəqil platformaların elektron kitabxanalarına yerləşdirilib. PDF:
Zəfər Günü gənc xalçaçı-rəssam Natiq Nəcəfzadənin “Zəfər: qədim və müasir naxışlarda” adlı xalça eskizlərindən ibarət ilk fərdi sərgisi açıldı. 8 noyabr-Zəfər Günü ‘NUR Art House” qalareyası ənənəsinə sadiq qalaraq sənətsevərləri xoş günümüzün aynası, dar günümüzün dayağı olan xalça sərgisinə dəvət etdi..İçərişəhər”Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Rəssamlar İttifaqı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi,Azərbaycan Fotoqraflar Birliyi və “NUR Art House”qalareyasının dəstəyi ilə” Azərbaycan xalçaçıları”İB-nin üzvü, istedadlı xalçacı – rəssam Natiq Nəcəfzadə” Zəfər:qədim və müasir naxışlarda” adlı xalça eskizləri sərgisi ilə tamaşaçıları qələbə diləkli milli naxışlarımıza müasir baxışını təqdim etdi.
Xovsuz və xovlu xalça eskizləri xalqlmızın milli kimliyini və Zəfərə aparan yolun keşməkeşini özünəməxsus bədii ifadəsi ilə həm rəng, həm də sözlə təsvir edərək sülh, sabitlik, firavanlıq və qəhrəmanlıq keyfiyyətlərimizin təcəssümüdür.Xalça bizim yaşam tərzimizin,Vətənə məhəbbətimizin, iqtisadi durumumuzun,adət-ənənələrimizin canlı obrazıdır. Proqram – sərgidə sənətsevərlərə təqdim olunan əsərlərdə xalçaçı-rəssam ,rəngkar və qrafik Natiq Nəcəfzadə yaradıcılığında ənənənin və varislik xüsusiyyətinin naxışlı kompozisiyalarda poetik ifadəsi nümayiş olunur. Bu, həmin qan yaddaşıdır ki, igidlərimizi Vətən müharibəsində mənfur erməni təxribatına qarşı əks-hücum həmləsi ilə Şuşamıza qədər aparan Zəfər yolunun təkanverici qüvvəsi oldu. Bu, Vətənə məhəbbət, maddi-mənəvi dəyərlərimizə sədaqət, tariximizə hörmət, adət-ənənələrimizi yaşatmaq hissindən qaynaqlanan qəhrəmanlıq mücəssiməsidir. On gün davam edəcək sərgi zamanı sənətsevərlər Natiq Nəcəfzadənin Ustad dərslərində iştirak edəcək, onunla xalça aləminə səyahət edib,naxışların sirrini, kompozisiya quruluşu haqqında fikirləri,xalça sənətində rəng həllinin özəlliklərini öyrənəcəklər. Daim gənc istedadlara sənətdə ilk addımlarını atan və milli mədəni irsimizi yaşatmaq arzusunda olan gənclərə dəstək olan “NUR Art House”qalareyası bu istiqamətdə məqsədyönlü fəaliyyətini gələcəkdə də davam etdirmək niyyətindədir. Sərgi 08 noyabr 2022- ci ildə Içərişəhər,Qəsr küçəsi 27 ünvanda yerləşən”NUR Art House”qalareyasında saat 17.00 da açılan bu sərgi tamaşacıların zövqünü oxşadı. Belə ki, sərginin açılışına dəvət edilmiş iştirakçıların arasında şəhid ailələri, qazilər,Vətən müharibəsi iştirakçıları,müxtəlif sənətçilər, ziyalılar, media nümayəndələri vardı.. Istedadlı xalçaçı -rəssam Natiq Nəcəfzadə yaradıclıgına həsr olunmuş tədbiri qalareyanın əməkdaşı Z.Əliyev açaraq sözü Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin fəxri əməkdaşı ,AJB-nin üzvü,”Xarıbülbül”ƏM-nin sədri,Nəzakət Əhmədovaya verdi. O,Natiq Nəcəfzadənin sənətini yüksək dəyərləndirərək təskilatın təşəkkürünü bildirdi ,ona bu sahədə yeni – yeni uğurlar dilədi. Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə ona DAMM İB- nin Fəxri Diplomunu təqdim etdi.. Eyni zamanda AYB -nin üzvü, Prezident təqaüdçüsü,”Yazarlar”jurnalının təsisçi redaktoru Zaur Ustaca söz verildi . O , göstərdiyi xidmətlərə görə jurnalın təsis etdiyi “Ziyadar”diplomunu və yenicə çapdan çıxmış Zaur Ustac “Seçilmiş əsərləri”(9 çildliyin) -nin l -ci cildini xalçaçı rəssama təqdim etdi. Həmin kitabın ll-ci cildini”(Mustafa Müseyiboglu–70″ layihəsinin rəhbəri olguna görə)və”Ziyadar” Diplomunu jurnalın əməkdaşı Nəzakət Əhmədovaya da təqdim edərək ona ədəbi-bədii, publisistika sahəsində yaradıcılıq uğurları arzuladı. Sərginin davamı olaraq gənc istedadların şəhidlərimizə həsr etdikləri şeirlər və sazçıların Vətənimizi tərənnüm edən mahnıları dinlənildi. Səhid Zaur Ismayılzadənin dayısı Rafiq müəllim. ,qazilər,xalçacı sənət adamları,M.S.Ordubadi muzeyinin aparıcı əməkdaşı Rasimə xanım, hərbi qospitalın işçisi,44günlük müharibə zamanı yaralı əsgərlərimizə tibbi yardım etmiş Əsmər xanım və b.çixış edərək Namiqə ugurlar və can saglıgı arzuladılar. Sonda ənənəvi xatirə şəkilləri çəkildi. FOTOLAR:
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.