Etiket arxivi: YAZAR

Şəfaqət Cavanşir – Doğuluş

Şəfaqət Cavanşirin povesti burada >>>

DOĞULUŞ
Onsuz keçən üç ayda müalicə almaq üçün xəstəxanaya getdiyim yollarda, ara küçələrdə, ixtiyarsız svetoforun işığında surətini yavaşladan maşınların içində də gözüm onu axtarırdı. Mənim kimi həyat təcrübəsi olan qoca sonuncu görüşü necə hiss edib duyuq düşməmişdi, hələ də başa düşə bilmirəm. Ömrümün insan çoxluğundan səs-küylü, zıppıltılı illərini geridə qoyub, məni yavaş-yavaş ölümə aparan xəstəliyimin surətini zəiflətməyə çalışıram. Daha doğrusu, mənim təbirimlə desək, olmayan enerjimlə həyat eşqimi qaytarmağı məhz onu görmək üçün qarşıma məqsəd qoymuşdum. Boynuma düşən bütün missiyaları yerinə yetirmişdim. O qız mənim sonuncu missiyam, məsuliyyətimiydi. Yarımçıq qoya bilməzdim.
Üç ayda mən də ximya almalı oldum. Nəfəs almaqda çətinlik çəkdim, halsızlıq, iştahsızlıq, bir tərəfdən də əsəb doğmalarımı acılamağıma səbəb olurdu. Düzdür, məni başa düşürdülər, loru dildə desək, sözün yaxşı mənasında məni yola verirdilər, lakin ağrılarım şiddətlənəndə gözüm onları da görmək istəmirdi. Xəstəxanaya gedəndə ximya alan gənclərin arasında onu gəzirdim, yoxuydu.
Ondan fərqli olaraq xərçəng canımda gümrah, cəngavər oğlanıydı. Mən onun yanında siqaret çəkməkdən parıltısını itirib ucları saralmış bığlı qoca kişiydim. Deyəsən bir az buna görə xəcalət çəkirdim. Nəvəmin telefonunda you tube da baxanda bilmişəm ki, avropada mənim taylarım hələ də subaydı, ya da ən yaxşı halda qucaqlarına nəvə yerinə körpələrini götürürlər. Necə deyərlər, hər kəsin taleyi coğrafiyasına görə yazılır. Xərçəngin daha çox Qafqazda yayılması alın yazısı ola bilməzdi.
Zəhrimar xəstəlik məndə həyata qarşı soyuqqanlğımı da cilalayıb, hisslərimi ipi nazik sap formasına salmışdı. İndi dörd divarın arasında oturmuşam, kreslonu qəsdən pəncərənin qabağına qoydurmuşam ki, arada onu görmək ümidiylə pəncərədən baxa bilim. Hələ də özümü söyürəm; – Ay köpəkoğlu, qızın nömrəsini niyə götürmədin? Ay qoca köpək, cəhənnəm hansı küçədə yaşadığını soruşaydın da.
Sonra özüm-özümə cavab verirəm.
– Tutaq ki hansı küçədə yaşadığını soruşdun. Neyniyəcəkdin? Küçənin başından tutmuş ayağına qədər düzülmüş binalara girib qapıları bir-bir döyəcəksən? Ya əlinə mikrofon alıb; – “ay balıqlarımı dənizə atan qız, hansı evdəsən çıx, qonağın var” deyəcəksən?
Əvvəl qəzetlər vardı, kim evlənmək istəyirdi, ya da tənhalığından boğaza yığılanda haqqında qısa məlumat yazıb qəzetə göndərərdi ki, bəlkə taleyi üzünə güldü, alma yarısını tapa bildi. Əvvəl elə şeylərə pis baxardım. İndi çox güman həssaslığımdandır, heç nəyə pis baxmıram. Adam gərək keçən hər gününü də adam kimi yaşaya…
Adam cavanlığında əks cinslə burun-buruna gələndə ürəyinin döyüntüsünü qabarıb-enən sinəsindən başa düşür, amma qocalıqda köksündə döyünən ürəyi sinən biruzə verməsə də əməlli-başlı eşidirsən. Sağlam ürəyim indi bütün orqanlarımdan güclüdür. Həkim evdəkilərlə birlikdə məni aldada bilər, istəmir həyat eşqim ölsün. Ölümün vaxtını biləndə keçən günlərin qədrini bilmədiyin üçün it peşmançılığını yaşayırsan, üzünə gələn günləri isə ləzzətlə, asta-asta zövq alıb yaşamaq istəyirsən. Mənim həkim dilindən çıxan cəmi-cümlətani üç ay ömrüm qalmışdı. Bir az gecikməyim, bir az da ximyanın tökəcəyi saçlarımın ortaya çıxardacaq daz başı özümə yaraşdırmadığımdan, müalicəyə gec başlamışdım. Övladlarım da yaxşı bilirlər, mənə görə indiyə qədər qazandıqlarını havayı xərcləyirlər. Samirə haqlıydı, indiyə qədər bu zəhrimara qalib gələn olmamışdı. Rəhmətlik nənəmin bir sözü vardı, insan hara qaçırsa qaçsın, axırda öz taleyinə qayıdır, fərqli də olsa həmin taleyi yaşayır. Bütün talelər fərqlidir. Lap yemək kimi. Fərqli hansı yeməyi yeyirsən ye, fərqli hansı dadı damağında hiss eləmək istəyirsən istə, nəticədə sən yenə də yeməkdə duz axtarırsan. Deyəsən, o qız mənim topal həyatımın duzuydu. Heç nə yox, bircə dəfə ömrümün sonuna bircə gün də qalmış onu görmək istəyirəm.
Yatmış sarsaq beynimə təpər vermək lazımdır. Axı mən ölməmişəm, onu diri saxlamaq lazımdır.
İndi evdə məndən başqa nə adam var, nə də başqa varlıqlar. Gözlərimi yumub düşünürəm. Qəfildən indiyə qədər ağlıma gəlmədiyi üçün başıma bir-iki dəfə yüngülcə döyəclədim.
– Gicbəsər, axmaq. O qızın ünvanını tapmağa nə var axı. Kül sənin başına.
Ximya şüşəsi boynumdan asılıb, halsızlığımı yüngülcə hiss edirəm, açığı, o hayda da deyildim. Bacardığım qədər cəld geyinməyə çalışırdım, ancaq kənardan baxanda paltarlarımı asta geyinirdim. Paltarımı geyinənə qədər yoruldum. Mətəəl qalmışdım, müharibədə düşmən gülləsindən qorunmaq üçün gah yerə uzanıb, bir balaca sakitlik olan kimi pişik cəldliyiylə bir iki addım qaçıb təzədən yerdə sürünə-sürünə qorunmağa çalışan gənc adamın qocalığı beləmi yorucu olurmuş? Gəncliyimə də heyfim gəlirdi. Evlənənə qədər təcrübəli qadın tərəfindən də dodağımız öpüş nədi bilməmişdi.
Evimlə arasındakı məsafə beş dəqiqəlik olan dayanacağa ağır addımlarla iyirmi dəqiqədən çox keçərdi gəldim. Yoldan keçən taksilərdən birinə əl eləyib, xəstəxanaya tez çatdım. Həkimimlə hal-xoşdan sonra guya öz aləmində məni uşaq kimi danladı.
– Siz niyə tək gəlmisiz axı? Axı, yanınızda mütləq adam olmalıdır.
– Mən evdəkiləri yanımdan qovan adamam, adamı neynirəm? Bura gəlməkdə məqsədim başqadır. Sizin yanınıza ilk dəfə gələndə bir qız varıydı. Samirə xanım.
– Hə, təxminən yadımdadır.
– Təxminən deyəndə ki, xəstəniz olub axı?!
– Sizdən əvvəl ximya almağa gəlib. İki aydan sonra yenə gələcək.
Ağlımdan keçən sualı verməyə qorxurdum, yenə də soruşdum.
– Mənim ömrümü başa düşdük. Onun yaşamaq şansı var?
– Elə danışdız, elə bil ömrünüzə bir-iki həftə qalıb.
– İki həftədən çoxdu. Üç-dörd ay desək kifayətdi.
Həkim də, mən də güldük.
– Bunu sizə kim deyib? Allah qoysa çox yaşayacaqsız.
– Məni aldatmaq lazım deyil, həkim. Yaşadığımı yaşayıb, gördüyümü görmüşəm. O qızın yaşamaq şansı var?
– Vaxtı vaxtında müalicəsini eləsə niyə yaşamır?
– Harda qalır? – həkimlərlə uzun-uzadı danışmağa hövsələm çatmayıb. Mətləbə birbaşa keçmək istədim.
– Niyə soruşursuz? – axtarışım həkimə də maraqlı gəldi.
– O qızla bizim xeyli söhbətimiz olub. Ruhdan düşmüşdü, istədim düşməsin də. Onu görüb başa salmaq istəyirəm ki, o zəhərdən məndə də var, amma bax, mən qoca yaşımda yaşamaq üçün əlləşirəm.
– Maşallah dayı, sizin haranız qocadır. Birazdan saçınız, qaşınız da yerinə gələcək, əvvəlkindən də cavan görünəcəksiz.
– Doxtur, mən bura özümü aldatmağa gəlməmişəm. Mənə qızın yerini deyin bəsimdir.
– Deyəsən Nizami tərəfdə qalır. Onu tibb bacısı yaxşı bilər. Əvvəl qonşu olublar.
– Maraqlana bilərsiz?
Həkim otaqdan çıxa-çıxa: – Elə əlimdə işim var. Aynur xanım palatada xəstəyə sistem köçürür. Siz gözləyin, görsəm, soruşacam.
Həkim qapını örtəndə gözümü yumub dərindən nəfəs almağa çalışdım. Dərindən nəfəs alanda sinəm ağrıyardı. Arada öz-özümə deyirəm, ay Allah, insan nəyə lazımdır? Doğul, oxu, işlə, evlən, sonra isə öl, kitabın bağlansın. Bunun üçün gəlmişik dünyaya? Arada pəncərədən çölə baxıram. Daha doğrusu, çöl-bayırı keçmişimin yerinə qoyuram. Səhvsiz həyatım olub. Deyəsən stabil həyatıma ara-bərədə həyəcan qatmadığıma görə peşman oluram. Qadın dostum da olmadı ki, kənar qadınların da ruhundan xəbərim olsun. Mən ancaq evdar qadınların ruhunu tanıyıb, iş-gücündən xəbər almışam. Anamın, arvadımın simasında bütün qadınları onlar kimi tanımışam.
Samirə fərqliydi, o indi uşaq kimi bir şeydi. Ümidini qaytara bilsəm, bəlkə də gələcəkdə tamam fərqli qadın ola bilər.
Həkim gələnə qədər özümü də diri saxlamaq üçün yaxşı şeylər haqqında düşünürdüm.
– Dayı, qız Nizami metrosu tərəfdə qalır.
– Küçənin adı?
– Əli Bəy Hüseynzadə küçəsi tərəfdə. Aynur xanım heç özü də evlərini dəqiq bilmir.
– Bəs necə qonşu olublar ki, tanımır?
– Day orasını bilmirəm.
– Yaxşı, bunu da bilmək böyük işdi.
Mənim üçün isanlarla rahat ünsiyyət qurmaq heç vaxt problem olmayım. Qarşımdakı kim olsa həmişə sözümü ərkyana deyən özüm olmuşam. Sözümün gücünə bələdiydim. Amma altmış yaşımdan sonra başa düşdüm ki, sözümün gücü bircə Samirəyə çatmadı. Bəlkə də çatıb. Onunla söhbətimiz ona təsir edib ki, ximya qəbul eləməyə razı olub. Həkimlə sağollaşıb ağır addımlarla xəstəxanadan küçəyə çıxdım. Əynində kişi geyimi olan ortayaşlı qadın mənə yaxınlaşdı. Görünüşcə qadınıydı, amma hərəkəti, davranışı kişi kimiydi. Dedikləri məşhur “kişi kimi qadın” deyəsən qarşımdakı xanıma aidiydi. Yenə də qadındakı incəliyi heç nəyə dəyişən deyiləm.
– Dayı, hara lazımdır aparım.
– Sürücüsən?
– Hə dayı. Hara getmək istəyirsən, aparım səni?
Ordaca diqqətlə ona baxdım. Elə onu süzməyimi ona da hiss elətdirdim. Əsəbləşdi, ancaq o qədər də biruzə vermədi.
– Siz niyə mənə elə baxırsız? Nədi? Qadın taksi sürə bilməz?
– Sənin başqa zakazın yoxdu ki?
– Necə yəni?
– Yəni deyirəm ki, zənglə kənardan müştərin yoxdu ki?
– Həə, yo e dayı, narahat olma. Səni hara desən apara bilərəm.
– Əla- deyib ehmalca maşının arxa oturacağında oturdum, küçənin adını ona dedim, sonra ərkyana:
– Bacı qızı, axşama qədər mənləsən. Haqqın nədi verəcəm. Axırda da məni evimə aparacaqsan.
– Baş üstə, dayı. Ayağın hara, başımda ora.
İkimiz də sonuncu cümləsinə gülüşdük.
Nizami metrosuna yaxın maşını saxladı. Qadın sürücümün maşını da köhnə kişiləri yad edən QAZ 24-dü. Qadın maşından düşüb başqa taksiyə yaxınlaşdı, sonra qayıdıb maşına oturdu.
– Dayı, dediyin küçə Kubinkanın içindədir. Ora getməliyik – deyib maşını xodladı.
– Maşını neçiyə almısan?
– Bizim ceyranı deyirsən? Almamışam, atamdan qalıb. Nə dədəmi yarıyolda qoyub, nə də məni. Dədəmdən əvvəl bir rusun olub, rusdan da əvvəl bir qadın sürüb. Axırda da mənə qismət oldu.
– Hmm, deməli, əşyalar da öz taleyinə qayıdır.
– Necə?
– Sən mənə fikir vermə. Öz-özümə danışıram. Deyilən küçəyə çatdıq. Samirəyə qarşı o qədər həssasam ki, mənə mikrafon verən olsaydı, səsim batana qədər bağırardım. Maşından düşüb, marketin qabağınca səkidən sürücü qadının köməkliyiylə keçdim. Maşını yol kənarında saxlamışdıq. Samirəylə danışanda mənə təzə tikilən binalarda qaldığını demişdi. Hüseynzadə küçəsində gördüyüm yeganə hündür bina marketin üstündəki binaydı.
Sürücü – Dayı, biz indi qızı axtarırıq? soruşdu.
Yolda Samirə haqqında danışmışdım. Nədənsə sürücü qadınla zarafatlaşmaq istədim, o halda deyildim. Üstümdəki ximya şüşəsini işarə elədim.
– Ruh əkizimi axtarıram. Onu tapa bilsəm, elə bilirəm rahat ölə bilərəm.
– Allah eləməsin. Müalicə alırsız, niyə öləsiz axı?
Maşından düşdük, binaya yaxınlaşdıq. Sürücü xanım qolumdan tutmuşdu.
– İstəyirsən, binalara girək, bir-bir qapını özüm döyüm. Vallah, belə sizdə hal qalmaz.
– Yox, qız səni tanımır.
– Nə bilirsən axı burda yaşayır?
– Eybi yox, sabah da gələrəm.
– Sabah mən də gələcəm sənlə. Haqqım nədirsə, verərsən, lap istəsən dünyanın o başına da gedərik
Gülümsədim, heç nə deyə də bilmədim. Binanın içinə təzəcə girmişdik ki, arxadan hündür, yaraşıqlı bir kişi bizə yaxınlaşdı.
– Salam əleyküm.
Başımla salamını aldım. Boynumdan asdığım ximya şüşəsinə baxdı.
– Ağsaqqal, kiməsə qonaq gəlmisiz? – sözün əsl mənasında nəzakətli tərzdə soruşdu.
– Bala, mən Samirə adında bir qızı axtarıram. Bilirəm ki, buralarda təzə tikilmiş binaların birində qalır.
Cavabım adamı təəccübləndirdi.
– Bu binadır?
– Bilmirəm. Eləcə axtarıram.
– Bəlkə bu bina deyil? Burda o qədər təzə bina tikilib ki. Siz desəydiniz nə üçün axtarırsınız, mən də maraqlanardım.
Sürücü mənim yerimə o cavab verdi.
– Xərçəngdi qız. Ona görə axtarırıq. Siz bizə kömək edə bilərsiz? Bir dəqiqə ey, siz bu binada işləyirsiz?
– Yaxınlaşmışamsa, deməli, axranasıyam.
– Axranasınızsa, deməli, bilərsiz də bu binanın xərçəng olan sakini var, ya yox.
– Düzdür, neçə ildir bura işləyirəm. Amma sizin üçün soraqlayaram. Qızın adı nəydi?
– Samirə.
– Siz bir yerdə oturun, maraqlanıb gəlirəm.
Axran bizim üçün binaya girəndə biz maşına tərəf qayıtdıq. Hava həm istiydi, həm də çox pis yoruldum. Elə bil enerjim qalmamışdı.
Mən maşında oturmalı oldum, sürücü maşını binaya yaxın kölgəlik bir yerdə saxlamışdı. Nəzarətçi on beş dəqiqə qayıdanacan, sürücü mənə içmək üçün su almışdı. Naharımı eləməliydim. Evdə xəstəliyimlə bağlı yeməyimi xüsusi hazırlayırdılar. Bəzən fikirləşirdim ki, əslində, bizdəki xəstəliyi sağaltmaq, ləkələnmiş güzgünü silib tərtəmiz eləməkdən asandır. Hamamdakı güzgümüzün üstündəki ləkəni gəlin hər gün təmizləyir, apara bilmir. Adam adamla prinsip apardığı kimi, bizim gəlində məhz o güzgüyə gücünü göstərir ki, görən o, güclüdür, yoxsa güzgü. Dərmanlarımı da atmamışam. Evdə elə məni danlayan birinci gəlin olacaq. Binanın nəzarətçisi bina qapısından göründü. Bizə baxa-baxa yaxınlaşdı.
– Ağsaqqal, bizdə Samirə adında sakin olub. Ata-anası Rasiyada qalırdı, tək yaşayırdı. Üç aydan çoxdu yoxdu, harda olduğunu da bilmirəm. Siz deyənə qədər heç xərçəng olduğunu da bilmirdim.
– Aydındır. Evlərini satıblar?
– Yox, satılsaydı, birinci mən bilərdim. Mən biləni başqa yerdə də evləri var.
– Hansı tərəfdədir? Xahiş edirəm, bilirsənsə, mənə de. Hörmətini də edərəm.
– Nə hörməti, ağsaqqal. Mənə ayıb olar ki. Baxıram ki, nurani dayısan. Nömrəsi də yoxdu ki, verəm. Mən heç qıza fikir verməmişəm. Ata-anasını tanıyıram.
Ümidimi itirdim, bilmədim nə deyim. Sağollaşıb, sürücüyə məni evə gətirməsini xahiş elədim.
Allah bizi qarşılaşdırmışdı. Allah məni onun yaşadığı binaya aparmışdı, amma yenə həyat yollarımız kəsişmədi. Əslində, çox real insanam, ancaq möcüzələrə də inanırdım. Mənim üçün möcüzələr ümidimi diri saxlayan dərmandır.
Ximya məni elə hala salmışdı ki, adam kimi normal gəzintiyə çıxa da bilmirdim. Gözümü yummuşdum və yuxuda dənizdə çoxlu balıq tuturdum. Görürdüm ki, dənizin kənarında oturmuşam, balıqları bir-bir tutub ağ vedrəyə atıram. Üstəlik, ximya şüşəsidə boynumdan asılmamışdı. Tutduğum balıqlar balaca balıq da deyil ha. Kimin əlinə düşsə, ağzının suyunu dəsmalla silə-silə silər, sonra o balıqları qızardıb yeyərdi.
Vedrəyə nə qədər balıq tutub atdığımı saymamışdım. Bu zaman gənc bir oğlan yanıma gəlib vedrəni götürdü, sonra balıqları dənizə atıb kənarda dayanıb başını aşağı saldı.
– Ay oğlan, başın xarabdı, ya adamı qana salmaq üçün gəlmisən? Balıqları niyə atdın?
– Ona görə ki istəyirəm yaşasınlar.
O idi, səsindən tanımışdım. Oğlan paltarı geyinmişdi, səsi isə Samirənin səsiydi. Sonra əynindəki paltarı soyunduqca, utandığımdan üzümü çevirdim.
– Ay qız neynirsən? Dənizin ortasında niyə soyunursan?
Əlini çiynimə qoyanda gözümü açıb ona tərəf baxdım.
– Necəsən, dayı?
Əlindən tutdum. Özüm də həyəcanlıydım.
– Dayın qurban olsun sənə, ölmə. Çalış, bacardığın qədər çox yaşa. Belə deyirəm ha, nə vecimə, yaşadığımı yaşamışam, vallah, yalan deyirəm. İstəyirsən bu həyatı it kimi yaşa, bez, bezəndə özünə ölüm arzula, elə ki ölüm gəlir, vallah, yaşamaq qədər şirin, mənalı heç nə olmur. Yalvarıram, çalış yaşa.
Gözlərimin içinə baxıb gülümsədi.
– Hər gün dənizə gəlirəm, yoxsuz.
– Doğrudan? Mən də gəlirdim, sən yoxuydun axı.
– Sonsuz dənizdir də. Yəqin hərəmiz bir yerdə olmuşuq.
– İndi nə yaxşı tapdın məni? Dünən evini tapmışdım, amma sən köçmüşdün.
– Əvəzində mən sizi tapmışam. Həm də siz dostlarımı qarmağa ilişdirmisiz. Məni onlar çağırdı.
Dənizə baxıb balıqları nəzərdə tuturdu.
– Əyər sən söz versən ki, hər gün gələcəksən, vallah, birdə balıq tutmayacam. Lap lazım olsa marketdən alıb ölüsünü də yeməyəcəm. Bircə sən yaşa. Xahiş edirəm.
– Sizin xahişinizi çoxdan eşitmişəm. Müalicələrimi alıram, ximya da alıram. Bəs siz müalicə almırsız?
– Niyə ki? Düzdür, bir az gecikmişəm, amma həkim dedi ki, elə də gec deyil. Çox yaşayacam. Gəl belə edək, sən enerjinin gücünə inanırsan?
Samirənin əlini buraxmadan ayağa qalxdım, yatağıma qədər gəldim.
– Həkim mənə dedi ki, mən hələ iyirmi il də yaşayacam. Canım bərkmiş. Baxma da dağda-kəsəkdə böyüyən uşaq olmuşam.
Samirə qəşş edib gülməyə başladı.
– Sənin gülüşün xoşuma gəlir. Ümumiyyətlə, kiminsə güldüyünü görəndə özümü xoşbəxt hiss edirəm. Elə bilirəm ömrümün üstünə əlavə bir gün də yazılır. Əslində elədir. Səndən sonra bilirsən nə qədər kitab oxumuşam?
-Doğrudan?- Samirə təəccübləndi. Bildim ki, dediklərimə inanmadı.
– Yox, oxumamışam. Kitabı bəhanə edirəm ki, dediklərimə inanasan. Axı kitablar həm də həqiqəti yazır. Gözünü yum. Yum, xahiş edirəm. Əyər mənim bundan sonra da iyirmi il yaşayacağamsa, istəmirəm. Öz daxili enerjimlə iyirmi ilimi könüllü sənə verirəm.
Gülümsəyib gözlərini yumdu.
– Suss. Danışmaq olmaz.
– Siz niyə danışırsız?
– Sus, xahiş edirəm. Birazdan mən də susacam, öz enerjimi sənə göndərəcəm. Səndən xahişim, bircə məni hiss elə.
Mən də gözlərimi yumdum, susdum. Hiss elədim ki, ətrafımız işıqlanıb.Gözümü açanda əllərimin boş olduğunu, Samirənin yanımda olmadığını gördüm, getmişdi Bu zaman cib telefonum çaldı. Ximya şüşəsini boynuma asıb yerimdə uzandım, dərin, məni kiminsə oyada bilməyəcəyi yuxuya getdim. Cib telefonum dayandı, on saniyə keçməmiş yenidən zəngi eşidildi. Səsini eşidirəm, cavab verə bilmirəm. Yataqdan qalxmaq istəyirəm, taqətim yoxdu. Bu zaman oğlum otağıma girdi, stulun üstündən telefonu götürüb cavab verdi.
– Bəli. Kimdir? Samirə xanım, atam yatıbdır. Oyadım, sonra sizi yığar. Aha. Samirə xanım, atamın nömrəsini hardan tapmısız?
Samirənin səsini eşidirdim.
– Xəstəxanadan götürmüşəm. Baş həkimin yanında çalışan Aygün xanımdan xahiş elədim, verdi.
– Gözlüyün, atamı oyadım, danışın.
Oğlum məni bir-iki dəfə səslədi, cavab vermədim. Sonra oğlumun səsindəki kövrəkliyi hiss elədim. Bədənim də üşüyürdü deyəsən, üşütməni canımda hiss edirdim, reaksiya verə bilmirdim.
– Ata, qurban olum, gözünü aç, zarafat eləmə. Ata
Deyəsən, enerjimi doğrudan Samirəyə ötürə bilmişdim. Və mən artıq dünyada yoxuydum.
Sonuncu dəfə Samirəni başdaşı qoyulmamış məzarımın üstündə əlində gül gördüm. Başında qara papaq, qulağına balıq formasında sırğa taxmışdı.

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

رحیم بقال اصغری

رحیم بقال اصغری

PDF: >>>> رحیم بقال اصغری


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

رحیم بقال اصغری

رحیم بقال اصغری

PDF: >>>> رحیم بقال اصغری


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEYMUR ATİLLANIN YENİ KİTABI

SEYMUR ATİLLA-HƏRBÇİ-YAZAR

“Seymur Atilla Xüsusi Təyinatlı Qüvvələrin Komandanı general leytenant Hikmət Mirzəyevin həyatından bəhs edən “Mənim Döyüş Yolum” kitabını əldə etdim. Sizə də tövsiyyə edirəm.

Kitabda aşağıdakılara cavab tapacaqsınız:

  • Hikmət Paşanın gəncliyi.
  • Necə zabit oldu?
  • Zabit prinsipləri.
  • 1-ci Qarabağ döyüşlərində iştirakı
  • Necə XTQ komandanı oldu?
  • Xüsusi Xidmətlərinə görə aldığı rütbələr.
  • XTQ-nin yaranması.
  • XTQ mənsubları necə yetişdirilir?
  • Yaxşıların ən yaxşısı” kimlər idi?
  • Ən mühüm tapşırıqlar necə icra olunur?
  • Şuşa döyüşlərinin zərgər dəqiqliyi ilə hesablanması.
  • Döyüşçü necə yetişdirilir?

MİFLƏRİ VƏ NAĞILLARI UNUDUN!
ƏSL HƏQİQƏTLƏRİ OXUYACAQSIZ.”

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nəzakət Eminqızı – Ölməzlik Zirvəsində…

11 oktyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Zülmətdən doğan günəş” adlı kitabın təqdimatı keçirildi.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərmək hər birimizin borcudur. Bu məqsədlə Vətən, torpaq, uğrunda şəhid olanların keçdiyi döyüş yolundan bəhs edən filmlərin çəkilməsi, şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktlarla çatdırmaq üçün bir çox kitabların yazılması böyük əhəmiyyət kəsb edir.
Tədbirdə Vətən müharibəsi zamanı düşmənin kabusuna çevrilən, 3 düşmən postunu alaraq qarşı tərəfin 24 nəfər xüsusi təyinatlısını məhv edən,torpaqlarımızın azad olunması uğrunda qəhrəmancasına döyüşən şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunmuş, şairə Rəfiqə İsaqqızının müəllifi olduğu “Zülmətdən doğan günəş” adlı kitabın təqdimatı keçirildi.
Tədbirdə şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, yaxın dostu polkovnik leytenant Rüfət Məmmədov, “Zülmətdən doğan günəş” adlı kitabın müəllifi şairə Rəfiqə İsaqqızı, Vətən müharibəsi qaziləri Mikayılov Natiq və Gülgəzov Aşur çıxış edərək Vətən müharibəsində öz cəsarəti və qorxmazlığı ilə seçilən şəhid mayor Rüfət Əsgərovla bağlı xatirələrini bölüşdülər.
Sonda tədbir iştirakçıları mayor Rüfət Əsgərova məxsus, muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyaların-hərbi formaların, sənədlərin, fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış oldular.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, qazilər, Azərbaycan Respublikası Müdafiə nazirliyi və Heydər Əliyev adına Ali Hərbi məktəbin əməkdaşları, DOST İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzinin könüllüləri və “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC

Zaur USTAC – şair-publisist.

ZAUR USTACIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA. MAVİ QANADLI QIZ.

SƏMA MUĞANNANIN YAZILARI

                               Mavi qanadlı qız

Bir gün özümü o işıqda tapdım.  Bu işığın parıltısı gözümü qamaşdırırdı, amma heç nə görə bilmirdim. Qəribədir ki, işıqda gözlərimin kor olduğunu zənn etsəm də,əslində,göz yaşlarım axırdı. İnsan kor olduğunda göz yaşları necə axa bilər?

 Bir an özümü dərin boşluqda hiss etdim.Çiyinlərimdə qanadlar vardı. Bu qanadların biri mavi, biri isə bəyaz rəngdə idi. Mavi və bəyaz rənglər elə bil göy üzündəki parçalanmış buludlara bənzəyirdi. Bu buludlara toxunmağa çalışsam da,toxuna bilməyib əllərimi qəfil geri çəkirdim.

  Bir an gözlərimin önünü daha da uca bir işığın qapladığını hiss edib kiçik barmaqlarımla göz bəbəklərimi ovuşdurdum.Siz bilirsiniz göz bəbəklərinin daxilində neçə insan yaşayır? İnsan,xatirələr,hadisələr,bir sözlə,hər şey.Bu zaman göz bəbəklərim böyüdü və qarşımda çarx peyda oldu.Çarx fırlanır,mən isə rəngləri seçməyə çalışırdım. Bu dərin boşluqda kimsəsiz körpənin fəryadı necə olarsa,mən elə idim. Hönkürtüm belə o qədər yavaş,incə idi ki,məni duyan belə yox idi.

   Çarxın fırlanması,sanki göz bəbəklərimin daxilindəki insanları da incidirdi,çünki onlar qulağıma nəsə pıçıldayır və bu pıçıltılar sönməyən atəşin istisi kimi qulağımda cingildəyirdi.

  “Yetər!!!” -deyə qışqırdım.Bu an qanadlarımdan birinin qopduğunu hiss etdim.Qopduğu an uçurumdan atlanmaq istəyən ayağım məni daha da qorxuya saldı. Daha da ucadan qışqırdığımda 3 mələk peyda oldu.

   Bu mələklər insan cildində olsalar da, gözləri və qanadları mavi idi.Arxama dönüb baxdığımda da gördüm ki, qanadlarımdan yalnız bəyaz qopub düşüb. Niyə axı?

   Bunun səbəbini bilməsəm də, 3 mələk də qolumdan tutub məni ayağa qaldırdı. Dərin boşluqdan qurtulub yaşıllığa boyanan ağ divarların içində pərvanələrin ətrafımda dövr etdiyini hiss edirdim.

  Qəfildən Tanrıdan səs eşitdim:

-Sənin 2 qanadın var,ancaq onun birini aldım ki, sən bütün qəlbinlə duyğularını hayqırasan. Hayqırdığında mən biləcəyəm ki, sənin mavi qanadının kimə ehtiyacı var? Sən indi fırtınalı,amma sevgi dolu dünyanda təlatümdəsən.Bu təlatümdən qurtulmağına 3 mələk səbəb oldu…

   Bu mələklərin kim olduğunu ilk başlarda bilməsəm də,artıq kainata geri döndüyümdə qələmim onların kim olduğunu qulağıma pıçıldadı. Bu gizli hadisəni yalnız 3 mələk və Tanrı bildi…

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DÜNYANIN ƏSAS KİTABXANALARI

Mustafa Müseyiboğlu adına kitabxana


AZƏRBAYCAN MİLLİ KİTABXANASI

Rusiya Dövlət Umumi Elmi-Texniki Kitabxanası

İspaniya Milli Kitabxanası

Rusiya Kitab Palatası

Türkiyə Mərkəzi Kitabxanası

ABŞ Konqress Kitabxanası

Britaniya Kitabxanası

Avstraliya Milli kitabxanası

Kanada Milli kitabxanası

Strasburq Milli və Universitet Kitabxanası

Dövlət İnformasiya Kitabxanası

Elmlər və Sənaye Şəhərciyinin Mediatekası Elmlər və Sənaye Şəhərciyinin Mediatekası

Sorbon Kitabxanası

Paris 1 Panteon-Sorbon Universitetinin Kitabxanası

Paris 2 Panteon-Asa Universitetinin Kitabxanası

Paris 3 Yeni Sorbon Universitetinin Kitabxanası

Paris 4 Sorbon Universitetinin Kitabxanası

Paris 5 Dekart Universitetinin Kitabxanası

Paris 6 Pyer və Mari Küri Universitetinin Kitabxanası

Paris 7 Deni Didro Universitetinin Kitabxanası

Paris 8 Universitetinin Kitabxanası

Paris 9 Dofin Universitetinin Kitabxanası

Paris 10 Nanter Universitetinin Kitabxanası

Paris 11 Cənub Universitetinin Kitabxanası

Paris Şərq Kretey Universitetinin Kitabxanası

Paris 13 Şimal Univrersitetinin Kitabxanası

Dillər və Sivilizasiyalar üzrə Universitet Kitabxanası

Omid İran Elektron Kitabxanası

Təbyan Elektron Kitabxanası

Fidyu Elektron və Audio Kitabxanası

Təkbook Virtual Kitabxanası

Ketabnak Elektron Kitabxanası

Elektron Kitab Yükləmə MərkəziNəvar Elektron Kitabxanası

Ketab-e Səbz Onlayn Kitabxanası

İsveçrə Milli Kitabxanası

Sürix Mərkəzi Kitabxanası

Bazel Universitet Kitabxanası

Avstriya Milli Kitabxanası

Vyana ictimai Kitabxanası

Tirol Universitet və əyalət Kitabxanası

Qrats Universitet Kitabxanası

Zalsburq Universitet Kitabxanası

Alpbax şəhər Kitabxanası

Lixtenşteyn Milli Kitabxanası

Lüksemburq Milli Kitabxanası

Lüksemburq Universitet Kitabxanası

Almaniya Milli Kitabxanası

Bavariya Dövlət Kitabxanası

Trier Universitet Kitabxanası

Hamburq Mərkəzi Kitabxanası

Potsdam Universitet Kitabxanası

Erfurt Şəhər və regional Kitabxanası

Bilfeld Şəhər Kitabxanası

Saarland Universitet və Əyalət Kitabxanası

Leverkuzen Şəhər Kitabxanası

Frankfurt Universitet Kitabxanası

Vaymar Şəhər Kitabxanası

Maynts Universitet Kitabxanası

Ludviqshafen Şəhər Kitabxanası

Saksen-Anhalt Universitet və Əyalət Kitabxanası

Volfsburq Şəhər Kitabxanası

Çexiyanın Milli Kitabxanası

Praqa Şəhər Kitabxanası

Klementinum Kitabxanası

Milli Texnologiya Kitabxanası 

Moraviya Kitabxanası

Yirji Mahen kitabxanası

Türk Dil Qurumu Kitabxanası

Ankara Universiteti Kitabxanası

Uludağ Universiteti Kitabxanası

Sağlıq Elimləri Universiteti Kitabxanası

Afyon Kocatepe Universiteti Kitabxanası

Pamukkale Universiteti Kitabxanası

Trakya Universiteti Kitabxanası

İstanbul şəhər Kitabxanası

Boğaziçi Universiteti Kitabxanası

Hacette Universiteti Kitabxanası

Işık Universiteti Kitabxanası

Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:

KEÇİD EDİN >>>> SEÇİLMİŞ POVESTLƏR


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əli bəy AZƏRİNİN LAYİHƏSİ. SEÇİLMİŞ POVESTLƏR.

Mustafa Müseyiboğlu adına kitabxana

Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:

KEÇİD EDİN >>>> SEÇİLMİŞ POVESTLƏR


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏDƏBİYYAT ÜFÜQLƏRİNDƏ DOĞAN YENİ GÜNƏŞ

Sabail Mks Maksim Qorki

2022-ci il oktyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar  Birliyinin üzvü,İsa  Muğannanın varisi gənc yazıçı, bədii qiraətçi, 189-190 nömrəli tam orta məktəbin XI sinif şagidi Səma Muğanna ilə görüş keçirildi. 

Görüşdə Bakı Şəhər  Mədəniyyət  Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, idarənin əməkdaşı Zəhra Kazımova şair, yazıçı–publisist, hərbi  jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini Nazim Əhmədli, şair, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü Zaur Ustac, Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət  Ədəbiyyat  və  İncəsənət Arxivinin direktoru Könül Nəsibli, tanınmış jurnalist  İlhamə Novruzova, tanınmış qələm adamı, “Yazarlar” jurnalı redaksiya heyətinin üzvü Nəzakət  Kərimova, gənc yazıçının ailə üzvləri  və kitabxananın əməkdaşları iştirak etdilər.

Tədbirdə yazıçının belə gənc yaşda fəlsəfi düşüncələri,natiqliq qabiliyyəti haqqında müsbət  fikirlər söyləndi, kitabları,əsərlərindəki obrazları barədə geniş söhbət edildi, ona ünvanlanan sualları cavablandırdı,gələcək fəaliyyəti ilə bağlı arzular  səsləndi.

Kitabxanada  Səma Muğannanın kitab sərgisinə baxış oldu.

İlkin mənbə: sabail.cls.az


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru