Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:
Dəyərli pedaqoq, müəlliməm Aliyə Dadaşovaya ithaf edirəm!
ADMİU-ya ilk gəldiyim gündən qalanın möhkəm qapılarından çox qorxurdum. İnsanların məni necə qarşılaşmaq, addımlarla yeni hadisələri görmək məni həyəcanlandırır və beynimdəki sualları yarımçıq qoyurdu. Elə bil zehnimdəki hər şeyi itirmişdim və dünyaya yenidən gəlib, sualların cavablarını axtarırdım. 2 illik səyahət yolumda keşməkeşli bir yol qət etsəm də, amma mənə doğma olan, qəlbimdəki balaca qızcığazı sevindirən insanlar da oldu. Ən başlıcası əziz müəllimlərim Kəmalə Mehdiyeva, Nicat Kazımov Əlizaman İlknur , Sevinc Həsənova, Nadir Hüseynov, Pərvanə Namazova, Eldar Məmmədzadə, Ellada Hüseynova, Nurlan Rustamov , Yaqut Abdullayeva, Elmira Əlizadə və Vəsilə Quluzadə oldu. Mənim əziz müəllimlərim, nə yaxşı ki, varsınız! Üzərimdəki əziyyətiniz çoxdur, zəhmətiniz danılmazdır! Fəxr edirəm ki, sizləri tanımaq və tələbəniz olmaq nəsib olub! Bu gün isə mənim üçün çox əziz olan müəllimlərimdən biri Aliyə Dadaşovadan danışacam. Facebook səhifəmi bilirsinizmi niyə sevirəm? Çünki o, xatirələrimi, yaşadığım istər çətinlik, istərsə də, xoşbəxt anlarımı bilir və qoruyub saxlayır. 11-ci sinfi bitirməyimdən iki il keçsə də, hər dəfə açıb keçmişi vərəqlədikdə gözlərim dolur, amma içimdə böyük bir xoşbəxtlik hissi ilə yada salanda simamda təbəssüm yaranır. Səmanın nağıllar kitabındakı qəhrəmanları bitməz ki… Aliyə xanımı yeni tədris ilinin ilk həftəsi gördüyümdə artıq hiss etmişdim ki, bu xanımda böyük bir sevgi var. Daxili aləmi çox sirrli və maraqlıdır. Düzdü, yaradıcı insanların hər birinin fərqli dünyası var, amma Aliyə xanımın daxili dünyası rəngarəngliyi ilə seçilir. Onun gözlərindəki kədər qarışıq xoşbəxtliyi tələbəsi olaraq deyil, bir yazıçı kimi duyuram. Onun ruhu, qəlbi elə bil musiqi notlarının pianoda çalınan ifası kimi ritmik, amma səliqəli və gözəldir. Nədən onun ruhunu musiqi notlarına bənzətdim? Çünki musiqi insan ruhunun çalarlarıdır. Çalarların hər birinin öz rəngi var. Bəlkə də bizim üçün siyah-bəyaz görünə bilər, amma o notların daxilindəki səsin özü rəngarənglikdir. Bu göy qurşağına da bənzəyir. Baxın, Aliyə xanımın daxili dünyasında bu rəngarəngliyi görürəm. Bəzi dərslərimiz distant formada keçirilsə də, amma hər dəfə onun mühazirə dərslərini böyük heyranlıqla dinləyib, hər dəfə yeni nələrisə kəşf edirdim. Mövzunu, yaxud dərsi öyrənmək başqa, amma kəşf etmək tamam ayrıdır. Aliyə xanımın ruhu çox incədir. Bilirsinizmi, baharda açılan qönçə kimi zərif bir ruhu var. Sakitdir, həzindir, amma toxunanda elə bil fırtına çağlayır dəniz kimi. Dənizin dalğası kimi düşüncələri dərindir, maraqlıdır və fəlsəfidir. O gün kulis.azda yazılarını oxuduğumda da yenidən öz-özümə dedim ki, Səma, sən çox şanslısan ki, Aliyə Dadaşovanın tələbəsisən. O qadın xəzinədəki rəngli daşlara bənzəyir. Sanki quru torpağın altındakı qaranlıq bir tuneldən keçib tapdığım o rəngli daşlara. Səmanız yenə bir az mistikaya qaçır, axı mən bu fani dünyadan həmişə göylərə qaçıram, siz ki, bilirsiniz. Aliyə xanımın söylədiyi hər kəlməsi də bu rəngli, amma nadir tapılan daşlara bənzəyir, bu daşlar mirvaridir. Bəyaz, mavi, sarı və s… Sizi tanımaq, tələbəniz olmaq mənim üçün şərəfdir, Aliyə xanım. Semestrin bitməsinə az qalıb, hətta təəssüf edirəm ki, dərslərin sayı da çox az olub. Amma tək sözüm odur ki, sizə olan hörmətim, sevgim sonsuzdur! Bu kiçik yazımın içində böyük bir sevgi var və bu foto da onu deyir. Yaxşı ki, varsınız!
GƏNC YAZARIN YENİ KİTABININ TƏQDİMATI….. Səma Muğanna – bu ad artıq oxuculara tanışdır.Bu günlərdə Atatürk Mərkəzində onun 4- cü kitabının-“QEYB OLAN UŞAQLIQ” – kitabının möhtəşəm təqdimatı keçirildi.Təqdimatda tanınmış elm adamları,yazıçı və şairlər,media mümayəndələri,ziyalılar iştirak edirdilər.Tədbiri giriş sözü ilə Məti Osmanoğlu açdı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. O,sözü “Qazax”Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri İlham Pirməmmədova verdi.İlham müəllim bu kitabın İctimai Birliyin dəstəyi ilə nəşr olunduğundan,kitabdakı bölümlərdən ətraflı məlumat verdi.Yazıçı Varis Xalq yazıçısı İsa Muğannadan danışaraq,yazarın ugurlarını genlə əlaqələndirdi.. Şəhid Teymur Abbasovun anası Başxanım Abbaslı Səmaya ugurlar arzuladı.Səmanıın ibtidai sinif və biologiya müəllimləri- Manya Novruzova və Elnarə Nərimanova onun hələ kiçik yaşlarından babası ilə olan ədəbi fəaliyyətinin nəticəsinin bu yerə gəlib çıxmasında ,genin rolunun olduğunu qeyd etdilər.Onlar Səmanın ugurları ilə fəxr etdiklərini deyərək,ona yaradıcılıq ugurları arzuladılar.Yazarımızın anası Sevinc xanımın belə vətənpərvər, layiqli övladlar tərbiyə edib böyütdüyünə görə,ona təşəkkür etdilər. Sevinc xanımın iş yoldaşı- -BDU- nin dosenti Həqiqət Abdiyeva,Ramiz Göyüşov,şair İlham Qazaxlı,Aşıq Şahin Süleymanov ,Elza Gülməmmədova və başqaları da çıxış edərək Səma haqqında xoş sözlər söylədilər.Səmanı ” Ədəbi gəncliyin parlaq mayakı”adlandlran,”Yazarlar” və “Carçı”jurnallarının əməkdaşı,DAMM- nin EŞ – nın sədri, yazıçı- publisist Nəzakət Əhmədova Səmanın hələ orta məktəbdə oxuduğu zaman Yazıçılar Birliyinə üzv seçılməsini,ölkəmizdən xaricdə də əsərlərinin dərc olunmasını,müxtəlif Fəxri Diplomlara layiq görülməsini dinləyicilərin nəzərinə çatdırdı.Sonda, ondan aldığı müsahibənin dərc olunduğu” Gecikmiş çiçəklər” kitabını Səmaya hədiyyə etdi.
Səmanın təhsil aldığı ADMİU- nin səhnə danışıgı müəllimi Əlizaman Mirzəyev,aktyor Sabir Məmmədli,Ayyət Mirzəyev və başqaları çıxış edərək , babası İsa Muğanna haqqında xatirələrini,Səmanın ədəbi fəaliyyəti barədə maraqlı məlumatlarını söylədilər.Sonda Səma ona ünvanlanan suallara dolğun cavablar verdi,xatirə şəkilləri çəkildi.
Səma Muganna – bu ad artiq çoxlarına tanışdır… Gənc yazarın həmyaşıdlarından bir çox fərqli və üstün cəhətləri çoxdur. Belə ki, özünün yüksək intellektual səviyyəsi,insanlara dəyər verib qiymətləndirməyi çox ustalıqla və məharətlə bacarması, fəlsəfi düşüncələri, natiqliq qabiliyyəti, əsərlərindəki obrazlar barədə geniş sohbətləri və i.a. müxtəlif fikirləri ilə fərqlənir. Səma insanın daxili aləminə siraət edib, onu bütün incəliklərinə kimi təqdim etməyi özünə məxsus düşüncələrinə əsaslanaraq ətafındakılara çatdırmagı dəqiqliklə bacarır.Onun öz dünyası, öz romantikası, öz düşüncə tərzi var. Onunla şəxsi tanışlıģım zamanı fikirlərimdə yanılmadıģım, öz təsdiqini tapır. Hər hansı bir hadisəyə fərdi düşüncə tərzi ilə yanaşır, xəyalında araşdırıb,qurduģu hər hansı bir ədəbi əsərin mahiyyətini ,məzmununu, mənasını və nəhayət,mövzusunu tam şəkildə oxucusuna,dinləyicisinə aydınlıgı ilə çatdırmaģı adamı heyran edir. Hələ kiçik yaşlı məktəbli ikən yazdıģı yazılar, kitablar onun zəngin daxili aləmindən xəbər verir. Əlbəttə, bu da onun genetik xüsusiyyətindən irəli gələ bilər. Belə ki, Səma tanınmış yazıçımız Isa Mugannanın varisi–nəvəsi olduģuna görə burada genetikanın özünü göstərməsi də elmi cəhətdən bizə əsas verir. Səmanın yazılarındakı dolģun fikirlər onun gələcəkdə ən məhsuldar yazıçı kimi şöhrət qazanacaģından xəbər verir. Bildiyimiz kimi Səma Muganna 2006- cı ildəmart ayının 2-sində Bakıda –Isa Mugannanın ocaģında dünyaya göz açıb.Ona bu adı düşünərək verənlər heç də yanılmamışlar.Həqiqətən o, səmada Günəş kimii parlayan,ədəbi yaradıcılıģa qədəm qoyan gənclərin yoluna işįq saçan Mayakdır!!! Hazırda BDU-də filologiya fakultəsində müəllim kimi çalişan, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muganna ö söhbətlərində qeyd edir ki, qızı Səma hələ uşaqlıqdan ədəbiyyata baģlı olmuşdur. Bu baģlılıqda babası Isa Mugannanın böyük rolu olmusdur. Və Səma ugurlarına görə babasını qibləgahı adlandırır. Hələ 14 yaşında ilk defe hekayələr toplusu olan”Mələk Səmanın sevdalı dünyası”, bir neçə aydan sonra isə ilk povesti “Ģöyərçinin qəribə sevgi hekayəsi” povest kitabı işıq üzü görmüşdü. Bəli, artıq Səma öz ədəbi mühitində növbəri yazılarına imza atmagın yollarına bələd olur.Ondakı yüksək intellekt imkan verir ki, həm məktəbli olaraq dərslərində də fərqlənir, həm də fəal çalışmaqla yanası ,ədəbi fəaliyyətinə davam edir. Onu da qeyd etmək yerinə düşərdi ki,15 yaşlı məktəbllinin “Adam və Papatyanın Tanrıyla ģörüşdüyü gün” adlı kitabının işıq üzü görməsi bir çox yazarları heyrətləndirdi …. Və 2022 ci ilin apreli onun həyatında ən yaddaqalan və unudulmaz günlərdən oldu…. Azərbaycan Yaziçılar Birliyinə üzv seçilən 16 yaşlį qız üçün bundan böyük mükafat ola bilərdimi?! O, ugurlarına iti addımlarla irəliləyirdi…. Ədəbi yaradıcılıgındakı ugurları hamımızı çox sevindirirdi.Onun yazıları “Yazarlar”jurnalında,”Ədəbiyyat” qəzetində və digər mətbu orqanlarında mütəmadi olaraq dərc olunur. Konya şəhərində yayımlanan “Krımın səsi” qəzetindəki yazıları da oxucuları tərəfindən marawla oxunur. Gənc yazıçımızın yazılarını Türk dünyası heyranlıqla oxuyur və daim izləyir . Bu yaxınlarda da Konyada yayımlanan “Krımın səsi” qəzetində “Günəşin qaranlıq Şahzadəsi” adlı povesti də ilk dəfə işıq üzü görməklə davamlı səkildə beynəlxalq səviyyədə novbəti ugurunu qazanmışdı. Səmanın ədəbi fəaliyyətini dəyərləndirən “Yazarlar” jurnalının redaksiya heyəti onu jurnalın üzvü seçməklə “Ziyadar” mükafatına layiq görmüşdür.Eyni zamanda “Qürur”ƏM- nin nəzdində fəaliyyət göstərən”Xarıbülbül” Ədəbi Məclisinin üzvlük vəsiqəsi təqdim edilmişdi. Bu il oktyabrın 6-sında Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin təşkilatçılıgı ilə Səbail rayon MKS- nin Mərkəzi kitabxanasında gənc yazıçımız Səma ilə yaddaqalan növbəti bir görüş keçirildi.Görüşdə Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, Zəhra Kazımova, yazıçı, şair-publisist, hərbi jurnalist, AYB-nin üzvü, Nazim Əhmədli, şair, yazıçı-publisist, AYB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü Zaur Ustac, bu sətirlərin müəllifi, gənc yazarın ailə üzvləri, kitabxananın əməkdaşları və digər tanınmıs ziyalılar iştirak etməklə Səmanın yaradıcılıgını yüksək qiymətləndirmişlər. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac yeni təsis olunmuş “Isa Muganna” diplomunu ilk dəfə Səma Mugannaya təqdim etmişdir. “Xarıbülbül” ƏM- si də yaradıcıılıq ugurlarına görə eyni adlı diplomu yazara təqdim etmişdir. Səmanın zəngìn dünyagörüşünə malik olması onun gələcəkdə bu potensialdan bacarıqla istifadə èdə bilməsinə zəmin yaradır. Bu il Bakıdakı 189-190 nömrəli məktəbin XI sinfini bitirəcək Səma təhsilini Incəsənət Institunun kino- rejissorlugu fakultəsində davam etdirmək arzusundadır. Niyə məhz bu fakultə – deyəndə : —Əsərlərimin rejissoru özüm olmaq istərdim- dedi. Arzuna , niyyətinə dogru bu sənət yolunda sənə tükənməz bacarıqlar,yeni- yeni bol ugurlar diləyilə….
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.
Əli bəy AZƏRİNİN LAYİHƏSİ 2018-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunub. 14 yazıçının povestləri daxil edilib. SEÇİLMİŞ POVESTLƏR. PDF:
2022-ci il oktyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü,İsa Muğannanın varisi gənc yazıçı, bədii qiraətçi, 189-190 nömrəli tam orta məktəbin XI sinif şagidi Səma Muğanna ilə görüş keçirildi.
Görüşdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova, idarənin əməkdaşı Zəhra Kazımova şair, yazıçı–publisist, hərbi jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini Nazim Əhmədli, şair, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü Zaur Ustac, Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibli, tanınmış jurnalist İlhamə Novruzova, tanınmış qələm adamı, “Yazarlar” jurnalı redaksiya heyətinin üzvü Nəzakət Kərimova, gənc yazıçının ailə üzvləri və kitabxananın əməkdaşları iştirak etdilər.
Tədbirdə yazıçının belə gənc yaşda fəlsəfi düşüncələri,natiqliq qabiliyyəti haqqında müsbət fikirlər söyləndi, kitabları,əsərlərindəki obrazları barədə geniş söhbət edildi, ona ünvanlanan sualları cavablandırdı,gələcək fəaliyyəti ilə bağlı arzular səsləndi.
Kitabxanada Səma Muğannanın kitab sərgisinə baxış oldu.
Həyatımdakı xoşbəxt günlər,demək olar ki,çox olmayıb:barmaqla sayıla biləcək qədər Tanrı tərəfindən mükafatlandırılmışam.Ən birinci mükafatım,xoşbəxtliyim ustad İsa Muğannanın varisi olmağımdır.İkinci mükafatım isə atamın sözləri ilə desəm anam-onun cəfalı Firuzəsi olub.Bu iki insan mənim ilk sevgim,həyat amalım olublar.Cismən ayrı olsaq da,ruhlarının daima ətrafımda dolaşdığını hiss edirəm.İşıqları ilə isinir,xəyalları ilə dərdləşib söhbətləşirəm.Yuxularımda görüşür,məsləhət alıram.Biri qibləgahım,o biri xanımlıq simvolumdur.Bu gün də onların xəyallarının hamımızın bir müqəddəs məbəd saydığı Azərbaycan Yazıçılar Birliyinin ətrafında dolandığını duydum,işıqlarının hərarətindən isindim,sevgilərindən kövrəldim,çünki bu gün qibləgahımın açdığı cığırda yeni bir fidan ədəbiyyatımıza boylanırdı:Bu bizim Balaca xanım idi.İsa Muğanna varisi-Səma Muğanna
Səma Muğanna mənim qızımdır.Ədəbiyyat aləminə təxminən 2,3 il əvvəl qatılsa da,özünün bir qədər mistik,bir qədər də qəribə,sevgi dolu əsərləri ilə oxucular tərəfindən çox sevilir.Onun haqqında söz demək bir ana olaraq mənimçün həm çətin,həm də məsuliyyətlidir,amma mən Balaca xanıma çox güvənirəm,ona olan inamım sonsuzdur,çünki Səmanın sevdalı dünyasında mən özümü tapıram.
Bu gün isə Azərbaycan Yazıçılar Birliyində Anar müəllimin otağında Səmanı Rəşad Məcid xüsusi sevgi ilə təqdim etdikdə sanki bu dünyadan ayrıldım,ruhum qanadlandı.Gözümün önündə qibləgahımın xəfif qımışması,anamın sevincdən yaşarmış gözləri canlandı.Bəli,mən növbəti xoşbəxtliyimi yaşayırdım: itmiş dəfn etdiyim arzularım dirilmişdi,həyata qayıtmışdı.Mən Sevinc Muğanna olaraq ən böyük mükafatımı almışdım.Səma AYB-nin üzvlüyünə qəbul olmuşdu.
Bu möhtəşəm gündə başda bu məbədin böyüyü Rəsul Rza,Nigar Rəfibəyli yadigarı Anara,gənclərə göstərdiyi sevgi və qayğıya görə Rəşad Məcidə,Nazim Əhmədliyə,Zaur Ustaca və adını çəkə bilmədiyim bütün yaxınlarıma,əzizlərimə sevgilərimi və ehtiramımı yollayıram.Səmasevənlər o qədər çoxdur ki,adlarını tək-tək qeyd etmək çox çətindir,mümkün deyil.
Mənim göyərçin qızım,qoy qələminin sehrindən ovsunlanan səni sevən oxucularının sayı bu dünyaya sığmayacaq qədər sonsuz olsun.Qibləgahımın işığı,nənən Firuzənin xeyir-duası daima yolunu işıqlandırsın.
Jurnalımızın redaksiya heyəti üzvü gənc yazar Səma Muğanna AYB-yə üzv qəbul olunub. Yazarlar cameəsi adından Səmanı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, yolunuz daim gül-çicək olsun inşəAllah!
1-10 Oktyabr tarixlərində ölkənin ən maraqlı kitab sərgisi baş tutacaq!
Milli Kitab Satış Sərgisində sizi nələr gözləyir?
Azərbaycan, Türk, Rus, İngilis dillərində 50 mindən çox kitab! Hər şeyə 30-70% endirim! 1-3 manata kitablar! Freemarket (oxucular arasında kitab dəyişmə) İkinci əl kitabların satışı (hər kəs üçün) Yazarlarla görüşlər Maraqlı seminar və çıxışlar.
Sərgi Bakı İdman Sarayında keçirilir. (Azneft meydanı, Neftçilər prospekti 26a)