Hələ bu harasıdı, nə görmüşük hələ biz . Hələ ki, yol gedirik Aydan , gündən adlayıb Ağlaya biz, gülə biz. Hələ bunun ölməyi, Siratdan keçməyi var. Hələ bunun təzədən, Boyatdan keçməyi var. Hələ qul bazarında Can alıb can satırıq. Şeytanla bəhsə girib Dünyanı alladırıq. Hələ güman edirik, Bizimki “döz”dü ,Allah. İnanma andımıza, Hamısı sözdü, Allah.
***
Gecə – gecə sarılmışam təkliyə, Evim təkdi, yuvam təkdi, özüm tək. Heçnə məni bu zülmətin içində Şirin -şirin ovudammaz özümtək.
Baxıram ki, yuxuludu hər tərəf, Bircə mənim tənhalığım oyaqdı. Bu sükutun , sakitliyin içində Qaranlığı incitmək də günahdı.
Səssizliyin küyü düşür başıma, Kim alacaq bu gecədən məni , kim? Xəyalımda rəngli-rəngli nağıllar Dolanıram dörd yanına təkliyin.
*** Yuxuyla gerçəyin arasında, Qaranlıqla işığın kəsişdiyi nöqtədə Kimsə adımı pıçıldayır, O dünyadan bu dünyaya qayıdıram. Kirpiyimin kölgəsi düşür alatoranlığa. Adım çiliklənir səssizliyin içində Tavan-tavan, divar -divar. Dinşəyirəm sükutu, Qulağım sakitlikdən, Baxışlarım heyrətdən asılır. Bayırda yel əsir deyəsən, yarpaqlar yerini dəyişir budaqda . Yavaş-yavaş işıq keçir pəncərəmdən, Dünya gərnəşib oyanır yuxudan, Bu da Dan!
Yollar ağır, cığırlar dik, sıldırım çətin, Qaya-qaya igidlərin tək adı – MƏTİN! Şəhid düşən ərənliyin, məğrur qeyrətin pak ruhunu ziyarətdir Şuşaya getmək!
Demə vətən Şirin imiş, Fərhadmış insan, Lap ölsə də haqq yolundan dönməz qəhrəman! Qayaları al qan ilə yazılı dastan, tükənməyən fəxarətdir Şuşaya getmək!
Hər qarışı qədim tarix, müqəddəs yaddaş, Dərələri dərin fikir, yamacı sirdaş! Qovuşuqdu qanı qana, qan çəkir, qardaş, Qəlb qızdıran hərarətdi Şuşaya getmək!
Xarıbülbül sevdasına tutuşmaqdımı? Saf havayla, nur yağışla qatışmaqdımı? Yaradanın dərgahına yetişməkdimi, Ya cənnətə səyahətdi Şuşaya getmək?
Bəs kosmosun qədəri üçün necə bir nəzəriyyə lazımdır? İlk dönəmlərdəki qalaktikaların varlığı nəyə işarət etməkdədir? Yaradılış və yox oluş ssenarisi necə izah olunmalı?
Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratması da məhz bu səbəbdən olmaqdadır. İzah üçün gərəkli olan Böyük partlama nəzəriyyəsini Astrobios ilə əvəzləməkdir. Partlayış əvəzinə dağılım fikri önə çıxmalıdır.
I Hissə
Qara maddə, Qara enerji və kainat təkümülünün izahı
Kosmosun izahı üçün insanlığın lap başlanğıcından etibarən müxtəlif fikirlər söylənmiş, zamanın yaşamış alimləri bir çox nəzəriyyələr yaratmışlar. Lakin, dövr-dövr bəzi alimlər özlərindən əvvəlki nəzəriyyələrdəki yanlışlara diqqət çəkmiş və yeni, fərqli tərzdə öz nəzəriyyə fikirlərini irəli sürmüşlər. İsaak Nyutonun mövcud olan və 200 ilə yaxın öz gücünü saxlayan fikrinin yanlışlığını isbat edən Albert E. kosmosa özünün nəzəriyyə düşüncəsini tətbiq edərək yeni bilgi axınının öncüsü olmuşdur. Bu günə qədər Albert E. düşüncəsi öz doğruluğunu saxlamaqda idi, ta ki kosmosa buraxılan yeni James Webb teleskopundan məlumatlar gələnədək.
James Webb teleskopunun göndərdiyi məlumatlara əsasən Edvin Habbl tərəfindən müşahidələr nəticəsində irəli sürülən Big-Bang partlayış nəzəriyyəsinin yanlışlığı səhnə önünə çıxmışdır. Big-Bang nəzəriyyəsinə əsasən kainatın yaradılışı sonsuz sıxlığa sahib olan sıfır həcmin partlaması ilə olmuşdur. Nəzəriyyəyə əsasən kainatın ilk dönəmlərində indiki super qalaktikaların mövcudluğu mümkünsüz sayılmaqdadır. Lakin, James Webb teleskopu isə həmin ilk dönəmlərdə olan super qalaktikaların varlığını müşahidə etmiş və Yerə bu barədə məlumat göndərmişdir. Əldə olunmuş bu bilgilər açıq-açıq Böyük Partlama nəzəriyyəsinin yanlışlığını gözlər önünə qoymaqdadır.
Kosmosun yaradılışını və yaradılış öncəsi yaratım təcilinin haradan gəlməsini izah etmək üçün ilk olaraq ən təməllərə enməli və analiz etməliyik. Maddənin tərkibinin atomdan, atomun təməlinin Proton, Neytron və Elektron zərrəciklərindən, Protonun (və ya Neytron) tərkibinin isə Kvark adlı daha təməl zərrəciklərə və onlar arası Qlüon rabitələrinə dayandığını və sonunda Kvarkların isə Sim adı verilən ən təmələ gəldiyini artıq bilirik. Simlər daima titrəyən enerji sahələridir. Bəs simlər ən təməldirmi? Görünüşə görə xeyr, çünki ən təməl olsaydı, bütün yaradılış izah olunmuş olardı.
Bəs ən təməl amil nədir? Bu barədə bir çox fikirlər var, lakin ən doğrusunu söyləmək üçün ən təmələ, yəni enerjinin var olduğu sahələrə enmək lazımdır. Bəli, enerji belə nədənsə var olur və onun da təməl mənbəyi vardır.
Enerji titrəşən sahələrdən ibarətdir. Bu titrəşim halı iki sahə arasında gedən bilgi transferi nəticəsində olmaqdadır. Enerji onu yaradan sahələr arasında getməkdə olan bilgi transferinin məhsuludur. Sahələr arasında titrəşimin ola bilməsindən ötrü, gərək sahələr qüvvə cəhətdən bir-birilərinə əks xassəli olsunlar. (Sahələr dedikdə bizim kainat ölçüsündən kənarda, üst ölçü fəzadan söz edilməkdədir). Düşünsək, fəzada maddə yaradılışı müsbət və mənfi qütblərin mütəşəkkil birliyi nəticəsində var olmaqdadır. Bunu ətraflı anlamaq üçün maddənin təməli olan atomu analiz edə bilərik.
Atom mərkəzi, yəni nüvəsi müsbət yüklü, nüvə ətrafında var olan elektron buludu isə mənfi yüklü olması ilə bilinməkdədir. Atom məhz bu əks qütblülük sayəsində varlığını saxlamaqdadır. Bilinməkdə olan bilgiyə əsasən, yüksək kütləli cisimlər cazibəsi səbəbindən öz ətraf fazalarında yer alan özlərindən kiçik kütləli cisimləri özlərinə cəzb etməkdədir. Cazibə qüvvəsinin izahı fərqli tərz olunmalıdır. Çünki, bu izah sistemi düzgün açıqlamır. Böyük Partlama nəzəriyyəsini bilinən qravitasiya anlayışı bir çox cavabsız suallar qarşısında qoymaqdadır. Qəribə hal isə burasındadır ki, cavabsız suallara cavab axtara bilmək üçün heç kim qravitasiya anlayışına düzəliş etməməkdədir. Sanki, qravitasiya tanrıdır, ona toxunmaq olmaz…
Fəqət, bu halı düzəltməli və qravitasiya anlayışına düzgün izahat verərək kosmosun cavabsız suallarını izah etmək lazımdır. İndiki qravitasiya anlayışının kosmosu qoyduğu cavabsız suallardan ən önəmlisi kainat fəzasının genişlənməsidir. Əgər indiki dövrdə kainatda olan Qara enerji adı verilən genişlənmə qüvvəsi meqa-gücdəki cazibə sahəli qalaktikaları bir-birindən uzaqlaşdıra bilməkdədirsə, o zaman bu halı kainatın ilk anlarına tətbiq etsək, mükəmməl paradoks yaranır. Paradoks halı ondan ibarətdir ki, indiki cazibə qüvvələrini üstələyən fəzanın genişlənmə qüvvəsi, kainatın ilk anlarında indiki gücünə nisbətdə milyard qat çox olması gərəklidir. Belə olduğu təqdirdə, bəs atom quruluşu necə var olmuşdur? Çünki, belə olduğu halda kainatın ilk anlarında Qara enerji hər şeyi dəf etməli və atom zərrələrinin bir araya gəlməsinə şərait yaratmamalı idi. Hal-hazırda buradayıqsa, bəs bu yaranma halı necə baş vermişdir?
Kainat haqqında bildiklərimizin və istinad edərək aparılan hesabatların böyük hissəsinin yanlış olma kimi yüksək ehtimalı vardır. Kosmosda var olan bir çox amilin düzgün izahı, yaradılışın ilk anlarının strukturunun doğru izahından asılıdır. İlk anlara, yəni maddənin ən təməli olan sahələrə qayıdaq. Fəzanı tamam fərqli tərz ələ alaraq başdan formalaşdıraq, sonra isə bilgilərin doğruluğunu, yəni reallıqla uyğun olub-olmamasını analiz edək.
Mövzunun Astrobios izahı
Kosmosda təkamül prosesi üçün bilgi transferinə ehtiyac vardır. Enerji də məhz bu transferin nəticəsidir. Fəza müsbət və mənfi sahələrdən təşkil olunmuş meqa-sistemdir. (Söhbət üst fəza ölçüsündən getməkdədir). Sahələrin hər birinin özünə xas olan xassələri vardır.
Müsbət sahə özündən sahə enerjisi verməyə, mənfi sahə isə özünə sahə enerjisi qəbul etməyə meyillidir. Sahə enerjisi maddə enerjisinin ibtidai halıdır. (Maddə enerjisi artıq bizim kainat ölçüsünə xasdır). Sahələr ayrılıqda heç bir özəl əhəmiyyətə sahib olmamaqdadırlar. Sahələr birlikdə olduqda, onlar arasında gedən bilgi transferi nəticəsində sahə enerjisi maddə enerjisinə çevrilməkdədir. Faza daxilində müsbət sahə öz sahə enerjisini mənfi sahəyə doğru ötürməkdə, mənfi sahə isə ona yönələn sahə enerjini qəbul etməkdədir. Bu aldı-verdi tarazlığı nəticəsində müsbət sahə azlığa, mənfi sahə isə çoxluğa doğru irəliləyərək xassə cəhətdən bir-biriləri ilə yerlərini dəyişməkdədirlər. Sahələri elektrik mənbəyinin müsbət və mənfi fazaları kimi düşünməliyik, çünki məhz elədir. Müsbət və mənfi sahələrin birləşərək qapanması nəticəsində sahə enerjisinin bir sahədən digərinə axması maddə enerjisinə çevrilməyinə səbəbiyyət yaradır. Sahə enerjisini müsbət sahə yaydıqda və mənfi sahə qəbul etdikdə sahələr arasında elektrik mənbəyində olduğu kimi dalğalanma, yəni enerji axması halı baş verir və beləcə, maddə zərrəcikləri formalaşır. Sahələrin bir-birilə olan əlaqəsi onların kəsişməsi ilə mümkündür.
Mikro-dünya çəhətdən:
İlk öncə sahələri mikro-kainat ilə, yəni atomik səviyyə ilə uyğunluğunu analiz edək. Atom mərkəzi müsbət nüvədən və ətrafı isə mənfi elektron buludundan ibarətdir. Atom mərkəzinin müsbət sahənin mənfi sahə ilə kəsişmə zonası olaraq qəbul edək. Müsbət sahə mərkəzdə yerləşərək özünün sahə enerjisini ətrafında olan mənfi sahəyə ötürməkdədir. Mənfi sahə isə öz növbəsində ötürülən sahə enerjisini qəbul edir. Nüvə ətrafındakı elektron bulududa məhz mənfi sahənin müsbət sahədən gələn sahə enerjisini qəbul etməsi nəticəsində var olmaqdadır. Elektronlar maddə enerjisinin yarandığı mikro-zərrəciklərdir. Mənfi yüklü olmaqları isə mənfi sahəyə daha çox meyilli olan zonada yerləşdiklərinə görədir. Mənfi sahənin varlığı atomların bir-birilə toqquşmaması halını da rahatca izah etməkdədir. Elektronlar bilinən bilgiyə əsasən mənfi yüklü olduqları üçün bir-birindən uzaqlaşmaqdadır. Realda hər şey vahiddir, ayrı deyildir. Elektron buludu müsbət sahənin mənfi sahəyə nüfuz edərək sahə enerjisini yayması ilə yaranmaqdadır. Mənfi sahə bilgi transferinin qəbulu prosesində baş verən sahələr təkamülü sayəsində artmaqda və nəticədə də genişlənmə meyilli olmaqdadır. Müsbət sahənin mənfi sahə ilə kəsişmə zonalarında atom nüvələri var olmaqdadır. Sahə enerjisini yaymaq prosesi nəticəsində mənfi sahənin balansı yüksələrək getdikcə müsbətləşmək yönündə davam etməkdədir. Mənfi sahədə yerləşən elektron buludları mənfi sahənin enerji qəbulu məntəqələri kimidir.
Prosesin gedişatında mənfi sahə qəbul etdiyi sahə enerjisi ilə özünü yüksəltməkdə və tədricən müsbət sahəyə çevrilməkdədir. Müsbətləşmə bir necə atomun elektron buludlarının mərkəzi fazasında daha çox olmaqdadır. Bu hal müsbət sahənin hansı ki, sahə enerjisi azalaraq mənfiləşmək meyilli olduğu həmin zonada olmaqdadır. Yəni, mənfi sahənin hansı ki, mərkəzi fazası daha çox müsbətə meyil etməkdə idi, həmin zonanın kəsişməsi ehtimalı olan müsbət sahənin eyni ünvanlı mənfiləşmə meyilli olan zonası ilə əlaqəsi yaranır. Elektrik cərəyanı kimi fazalar birləşir və əks tərəfdə yenidən maddə yaradılışı olur. Beləcə, kainat fəzasında mikro-ölçüdə yaradılış davam etməkdədir.
Makro-dünya çəhətdən:
İkinci olaraq, sahələr bilgisini makro-dünyaya uyğun olaraq analiz edək. Bu zaman qarşımızda milyardlarca ulduz sahibləri qalaktikalar və onlar arasındakı meqa boşluqlar dayanmaqdadır. Qalaktikların müşahidəsi zamanı onlar sahib olmalı olduqlarından daha çox kütləyə sahib olmaları təsirini verməkdədirlər. Qalaktikalardakı əlavə kütlə təsirinə Qara maddə adı verilib. Və qalaktikaları bir-birindən uzaqlaşdıran Qara enerjimiz var. Bu sistemi doğru anlamaq üçün sahələri qalaktikalara tətbiq etmək lazımdır. Atom sistemində olduğu kimi qalaktikalar sistemidə müsbət sahənin mənfi sahə ilə kəsişməsi nəticəsində var olmaqdadır. Eyni sistem üzrədir və hətta bir-birinin gedişatıdır. Qalaktikaları meqa-atomlar olaraq düşündükdə daha aydın izah olunur.
Qalaktikalar arası fəza mənfi sahədir və qalaktikalar isə müsbət sahənin mənfi sahəyə nüfuzu nəticəsində var olmaqdadır. Müsbət sahə mənfi sahəyə nüfuz edərək ona, mənfi sahəyə sahə enerjisi yaymaqda və mənfi sahədə həmin verilən enerjini qəbul etməkdədir. Bu gedişatda makro-dünyanın elemetləri kimi ulduz və planet sistemləri yaranmaqdadır. Kainatın qalaktikalar arası fəzasının genişlənməsinə səbəb isə mənfi sahənin mikro-ölçüdə olduğu kimi, burada da bir qrup qalaktikaların ümumi mərkəzi zonasında müsbətləşməsi ilə həmin zonanın müsbət sahənin eyni (mənfiləşmiş) zonası ilə əlaqəsinin yaranmasına görə baş verməkdədir. Yaranmış əlaqə nəticəsində fəzanın əks yöndə də qalaktikalar sistemi var olmaqdadır.
Lakin, son suala, yəni qalaktikalar arası genişlənməyə tam cavab verilmədi. Buna tam cavabı verə bilmək üçün təkamülün gedişatında bilgi artımının nəyin sayəsində olmasını aşkarlamaq gərəklidir. Sahələr sistemi mikro və makro dünyaları izah etdi, lakin kainatdakı genişlənməni izah edə bilmədi. Demək ki, ən təməl sahələr belə deyil. Əgər ən təməl olsaydı, izah edə bilmədiyi amil olmamalı idi.
Bilgi transferi zamanı bilgi artımını izah edə bilmək üçün, sahələrin özlərinin hansı təməldən yaranmasını açıqlamaq gərəklidir. Sahələr izah olunduğu kimi bir-birilə enerji transferləri edərək yaradılışı formalaşmaqdadır. Belə bir sual verək: Nə üçün müsbət sahə özündən enerji vermək yönündə, mənfi sahə isə özünə enerji cəlb etmə yönündə davam edir?Fikir verilərsə, müsbət sahə azalmaq istəməkdə, mənfi sahə isə artmaq yönündə davam etmək meylindədir. Bunun səbəbi, ancaq Neytrallıq ola bilər.
Neytral fəza:
Müsbət və mənfi sahələrin hər ikisi neytrallığın dağılması sayəsində yaranmış iki əks yönlü sahələrdir. Fəza hər şeydən öncə neytrallıq hakimiyyəti altında olmaqdadır. Əvvəl yoxluq olmaq məcburiyyətindədir. Zamanın yaşamış filosoflarından biri olan Aristotel isə təbiətdə boşluğun yaşaya bilməməsinə diqqət çəkərək neytrallığa işarə etmişdir. Çünki, taməmilə boşluq halı neytrallıq halıdır. Və Aristotel öz fikrini belə ifadə etmişdir: “Təbiət boşluğa dözmür”.
İlk olaraq neytrallıq var idi, amma davamsız olması səbəbindən dağılıma məruz qalaraq müsbət və mənfi sahələrə ayrıldı. Prosesin davamı az öncə izah etdiyim ki, müsbət və mənfi sahənin qarşılıqlı təsirləri ilə davam etməkdədir. Fəqət kiçik bir əlavə olmalıdır.
Neytral sahə hər zaman var olmaqda və təkamülə artımlar etməkdədir. Nəzəriyyənin adının “Astrobios” olmasının səbəbi də məhz buna görədir. Kainat eynilə hüceyrə kimi artım, çoxalma sayəsində davam etməkdədir. Bu prosesi Astrobios nəzəriyyəsi izah edərək mikro-dünya ilə makro-dünyanı birləşdirən nəzəriyyə olmalıdır. Çünki, hər iki dünyanı eyni düşüncə tərzi izah etmiş oldu. Mən isə Məhəmməd olaraq Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsini hazır edərək, bu yolda təməli atmış sayılıram.
Kainat Böyük Partlama nəzəriyyəsi ilə deyil, Astrobios nəzəriyyəsi ilə var olmaqdadır. Bu səbəbdəndir ki, James Webb teleskopu bilinən yaradılışın ilk dönəmlərinə dair görüntülərdə də qalaktikaların indiki inkişaf səviyyəsinə aid olan görüntülərini aşkarlamışdır. Yaradılış Astrobios nəzəriyyəsinə əsasən neytrallıq dağılımı və sahələrin qarşılıqlı təsiri nəticəsində var olmuşdur. Qeyd edilməli əsas məqam var ki, yaradılış partlayış ilə deyil, dağılım ilə olmuşdur. Neytrallıq dağılımı ilə yaranmışdır.
Vacib qeyd: Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə Məhəmməd Kərimov adına alınmış müəllif hüququ da vardır.
(Mövzunun Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi ilə izahı)
Həyatımız boyunca yaxşı və pis olmaq şərti ilə daima hadisələrlə qarşı-qarşıya oluruq. Bir mövzuya dair marağımız olur və bəzilərimiz həmin mövzunu özümüzə məqsəd seçirik. Ona sahib olmaq, dünyada mühüm işlər başara bilmək niyyətinə sahib oluruq. Bəs uğur əldə etmək üçün nəyi tam olaraq anlamalıyıq? Hüceyrə fəzada olan enerji tezlikləri həcmlərinin son tamamlayıcı versiyasıdır, yəni hər bir qarşılaşdığımız hadisənin və ya toxunduğumuz cismin tamamlayıcı versiyasının hüceyrəmizdə olma səbəbi, həmin hadisə və cisimləri hiss etməyimizə səbəb yaradır. Bu tamamlayıcı amil hüceyrə daxili proteinlərdir. Onlar, sanki siqnal qəbulediciləridir. Əgər bir amilin siqnal qəbuledicisi hüceyrə daxilində yoxdursa, o zaman hüceyrə tipli varlıq olaraq bizlər, o amilin fərqinə varmayacayıq. Hər şey tezliklər ölçüsündə var olmaqdadır. Hər bir amilin müəyyən tezlik ölçüsü vardır ki, əgər tezlik ölçüləri hüceyrə daxilində tanınmırsa, onu anlayacaq olan siqnal proteini yoxdursa, demək həmin tezlik ölçüsünə sahib amil hiss olunmayacaqdır. Bu bilgilərdən uğur yolunda necə istifadə edilməlidir? Düşüncələrimiz özlərinə məxsus elektrik cərəyanına, yəni tezlik ölçüsünə sahibdir. Hər bir düşüncə fəzaya yayılan yeni bir tezlik ölçüsü deməkdir. Bu yoldan istifadə edərək tərs mühəndislik taktikası ilə həyatımızı istədiyimiz yönə dəyişə, uğur əldə edə bilərik. Əgər ətraf fəzada olan tezlik ölçülərinin hüceyrəmiz daxilindəki tamamlayıcılarına əsasən varlığımızı formalaşdırırıqsa, o zaman düşüncənin də tezlik ölçüsünə sahib olma xüsusiyyətindən istifadə edərək həyatımızı qura bilərik. Sahib olmaq istədiyimiz məqsədimizə artıq çatmağımızı düşünərək və ya onu arzulayaraq fəzada həmin tezlik ölçüsünü yaratmış oluruq və bu dəfə həmin tezlik ölçüsü hüceyrəmizdə formalaşaraq fəzaya yayılacaqdır. Beləliklə də fəzaya yayılan tezlik ölçüsü özünəməxsus digər tezlik ölçüləri ilə hüceyrəmizə yönələcəkdir, yəni bunu bir kanal olaraq düşünə bilərik. Normalda hüceyrə özündə olan tamamlayıcı vasitəsilə kanaldan istifadə edərək fəzada olan tezlik ölçülərini özünə çəkir, onları hiss edir. Bu dəfə isə hüceyrə daxilində müəyyən tezlik ölçüsü yaradaraq fəzaya göndərir və həmin tezlik ölçüsü özünəməxsus amillərlə tamamlanır. Və hüceyrəmizdə uzatdığımız kanal vasitəsilə də bütün o mövzuda olan amillər bizə, hüceyrəmizin hiss edə biləcəyi mövqelərə gəlir, yəni hər zaman sevgi, sevinc, gözəllik, uğur haqqında düşünməliyik. Uğurumuzu, istədiyimiz başarı mövzusunu xəyal etməli və ona artıq sahib olduğumuzu duymalıyıq. Çalışaraq, əlimizin altında olan amillərdən istifadə edərək məqsədimiz uğrunda işlər görməliyik. Çalışdıqca, əlimizin altında olanlarla nələrsə etməyə çalışdıqca, əlimizin çatdığı, edə biləcəyimiz daha çox şeyin bizə gəldiyinin şahidi olacaqsız. Bu hüceyrəmizdən enerji tezlik ölçüsü yaradaraq göndərməyimiz və həmin tezlik ölçüsünün də özünə xas olan digər amillərlə birləşməsi və yaranan kanal vasitəsilə lazım olanların bizə gətirilməsinə görə olmaqdadır.
Vacib qeyd :
Astrobios fərziyyə və fəlsəfəsi Məhəmməd Kərimov adına “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə alınmış müəllif hüququ da vardır.
Tanınmış yazıçı Pərvanə Bayramqızının “Siz harda yaşayırsınız?” adlı kitabı çap olunub.
Iyirmi hekayəni əhatə edən kitabın nəşr ünvanı “Füyuzat”dır.
Cəmiyyətin ictimai-sosial həyatına həssaslıqla yanaşan müəllif indiyədək saysız-hesabsız publisist mətnlər, hekayə, gündəmlə səsləşən esselər, resenziyalar yazıb.
Dil məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrin hər biri kitablarına daxil edilib.
Müəllifin çap olunan ilk kitabı “Qəlbimin istəkləri”dir. Yalnız şeirlərdən ibarət olan kitab 2008-ci ildə çapdan çıxıb.
Vətən, yurd, el-oba sevgisi, müharibənin fəlakətləri, fərdi yaşantılar, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı” kitabından sonra pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı işıq üzü görüb.
Yazıçı dördüncü – “Bir də gördüm…” kitabını atasının xatirəsinə həsr edib.
Bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər” bu ilin mart ayında ərsəyə gəlib.
İnsanları düşündürən, narahat edən mövzularda P.Bayramqızının sosial şəbəkələrdə yazdığı statuslar izləyicilər tərəfindən maraqla qarşılandığından bir çox deyimləri dillər əzbəri olub. Yazıçı mənən zəngin-yoxsul fərdlərin daxili aləmini, onların sosial həyatdakı davranışlarını, bir-birinə münasibətlərini xırda detallaradək təsvir etməyi bacarır.
Digər kitablarından fərqli olaraq “Siz harda yaşayırsınız?” kitabında yalnız hekayələr yer alıb. Əksəriyyəti müəllifin yaradıcılığının ilk mərhələsində qələmə alınan nəsr nümunələrinin mövzusu müxtəlifdir. Eyni zamanda son aylarda sayt, qəzet və jurnallarda dərc edilmiş yeni hekayələrin də sıralandığı kitab sayca altıncıdır.
“Dağıntılar altındakı sevinc” hekayəsində Azərbaycan qadınının son nəfəsində də həyasını qoruduğu məqam təsvir edilib. “Pul kisəsi”, “İnsanlığın hekayəsi” müharibənin insanların həyatında buraxdığı xatirələri, əməlləri obrazların hissləri, rəftarları vasitəsilə göstərir. “Ağ divarda qara yazılar…”, “Yazılmayacaq hekayə” sevgi mövzusundadır. “Uzaq səfər – yaxın yol” hekayəsində ağbirçəyin el-obasına bağlılığı bədii boyasız təsvir edilir. “İki qadın” fərqli həyat tərzi yaşayan qadınların daxili nitqindən, “Uçurum”sa cavan nəsillə yaşlı nəslin həyata baxışından bəhs edir.
Oxucuların illərdir maraqla oxuduğu “Yeddi sual” hekayəsi də kitaba daxil edilib. Digər hekayələrin mövzusu ilə tanış olmaq və “Siz harda yaşayırsınız?” sualının kimə ünvanlandığını bilmək istəyənlər üçün kitab oxucuların ixtiyarına verilir.
Yaxın zamanlarda yaşadığım hadisə bir daha sübut etdi ki, insana ən ağır zərbəni elə özü vurur. Bəlkə də, həyat özümüzü özümüzdən qorumaq üçün bizə müəyyən vaxt çərçivəsində verilən bir meydandır. Özümüz özümüzdən qorxmalıyıqmı? Bir az dodaqları qaçıran sualdı, deyilmi!? Amma ciddiliyinə varanda, əlbəttə, qorxmalıyıq. Ömrümüz boyu “gah dağın zirvəsində oluruq, gah dərədə..” Məgər dağı çıxan və o dağdan guppultu ilə yıxılan özümüz deyilik? Bir az nağılvari üslubu daha da sadələşdirək. “Dağın zirvəsi” dedikdə beynimizdən səmərəli istifadə edib nailiyyətlər əldə etməyimiz əsas götürülür. Zirvədən eniş isə səhv addımlarımız- nəfsin qulu olmaq, ətrafdakıları düzgün seçməmək, dost adı ilə tanıdığımız “fəlakətə ömrümüzü qonaq etmək” nəzərdə tutulur. Təkrar- təkrar eyni səhvləri etmək faciənin ikinci adıdır. Axmaqlar eyni şeyləri edib fərqli nəticə əldə etməyi gözləyənlərdir. (A. Enşteyn) Razıyam, bəzən axmaq obrazı da oynayırıq bu həyat kitabımızda… Bu rolu oynamağı da yenə özümüz seçirik. Söylədiyim kimi bu yaxınlarda maraqlı və məni dərindən düşündürən bir hadisə ilə qarşılaşdım.
İş təklifi ilə bağlı görüşüm vardı. Məlum oldu ki, savadlı, həm də yazar bir xanımla da görüşülüb ikimizdən biri seçiləcək. Təbii ki, seçim etmək hər kəsin hüququdur və layiq olan seçilməlidir. Anladım ki, bir çox namizədlərdən iki nəfər iddialı olduğu üçün son mərhələyə qalıb. İşin əsas maraqlı tərəfi bu idi ki, seçim turları müxtəlif yerlərdə və ayrı- ayrı şəxslər tərəfindən keçirilmişdir.
Sözün açığı söyləyim ki, imtahanlarda, müsabiqələrdə hər zaman az da olsa, həyəcanım olur və düşünürəm ki, olmalıdı da. Bu məsuliyyətli olmağın göstəricisidir. O rəqib haqqında düşündüm və yazar olmağı daha çox marağıma səbəb oldu. Dayana bilməyib o yazar xanımın adını soruşdum. Onun ismini eşidəndə ” dəli gülmək” yaxamı buraxmadı. Qarşımdakı xanım, əlbəttə, ciddixarakterli birinin ani “dəli” gülüşünə təəccüblənəcəkdi. Bax yenə günahkar özüm idim. Çünki müsahibələrin birinə yaradıcı adımla, birinə isə rəsmi sənəddəki adımla qatılmışdım. Bəli, nəticədə hər ikisi mən idim. O zaman anladım ki, elə özümüz özümüzə həm dostuq, həm rəqibik, həm düşmənik. Amma bu dəfə özümlə bir az öyündüm, çünki yaxşı mənada özümdən- rəqibimdən qorxmuşdum. Hələ o rəqibimə təşəkkür borcluyam bu yazı üçün.
Nemət işlədiyi zaman hər iş günündə elə qəribə xasiyyətli zəhlətökən adamlarla üzləşirdi ki, evinə dönəndə yol boyu düşünürdü: “Görəsən, bunların çənəsinin inkişafına mane olmayıb, təfəkkürünü uşaqlığında bloklayan hansı fövqəlqüvvədir?” Bəzən qarşısına elə tiplər çıxırdı ki, etdiyini azyaşlı uşaqlar eləsəydi, əhəmiyyət verməzdi. Uşaqlığın şıltaqlığı kimi qəbul edərdi, zövq alardı. Yaşından, aldığı təhsildən, tutduğu vəsifədən asılı olmayaraq, özünü uşaq kimi aparanlarla ünsiyyətdə olanda bir atalar sözünü xatırlayardı: “Ağıl yaşda deyil, başdadır”.
Dördüncü sinifdə oxuyanda ibtidai sinif müəlliməsi Asiyə müəllimə bir dərs saatının yarıdan çoxunu təkəbbürdən və təfəkkürdən danışardı. Təkəbbürlü olmağın heç kimə başucalığı gətirmədiyini, insanın cəmiyyət arasındakı nifuzunu əngəllədiyini ətraflı izah edərdi. Təfəkkürün isə yüksək insani keyfiyyət kimi öndə gedən müsbət əlamət olduğundan daha çox danışardı. Sonda bir bayatı da söylərdi:
Təkəbbür gendən gələr,
Təfəkkür eldən gələr.
İnsana gələn bəla
Təkəbüründən gələr.
O vaxt müəlliməyə sual vermişdi:
-Təfəkkürlü olmaq üçün nə etməliyik?
-Yaxşı oxumalısınız. Çoxlu bədii ədəbiyyat mütaliə etməlisiniz.
Atası da, anası da kitab həvəsskarı idi. Oxumağı öyrəndiyi vaxtdan ona uşaq kitabları alıb gətirərdilər. O da həvəslə kitabları oxuyardı. Onun oxuduğu dövrdə məktəblilərin hamısı klassik, müasir dövrün şair və yazıçılarını tanıyırdılar, kitablarını həvəslə oxuyurdılar. Onun həmyaşıdları arasında klassik və çağdaş şair və yazıçıların əsərlərini oxumayan az olardı. İndi onun məzunu olduğu məktəbdə şagirdlər arasında sorğu keçirilərsə, görəsən, onun oxuduğu kitabları oxuyanlar tapılardımı? Dünyanın bir çox çox ölkəsində məşhur olan Cingiz Abdulayevin və başqa müasir yazıçıların kitablarını oxuyan varmı? Genindən qaynaqlanan təkəbbürlü gənclik bədii əsərlər oxusaydılar, tanış olduğu obrazlar ilə təmasda olar, nəticə çıxarardılar. Bizim idealımız olan qəhrəmanlar qəlbimizdə indi də yaşayır.
Sözqanmazlar bəzən Neməti o dərəcədə bezdirirdilər ki, valideynlərin övladarının əsgərlik xidmətinin bitəcəyi günü gözlədikləri kimi, o da təqaüdə çıxacağı günləri hesablayırdı.
Nəhayət, səbrsizliklə gözlədiyi an yetişdı. Təqaüdə çıxdığı ilk gün həmişəki kimi sübh tezdən oyanıb, yeməyini yeyib işə tələsmədi. İstirahət günlərində olduğu kimi gec oyandı. Qalxıb geyindi, telefonunu götürüb “Fasebook”dakı bəyəndiyi paylaşımlara münasibətini bildirdi. Xoşuna gələnlərə rəy yazdı. Sonra “YouTube”dəkı yeni xəbərləri nəzərdən keçirdi. Onu oyatmamaq üçün mətbəxdə ehtiyatla qəlyanaltı hazırlayan yoldaşı Xavər onun oyaq olduğunu bilib səsləndi:
-Mən işə getməli olduğum üçün tez oyanmağa məcburam. Sənin ki, tələsən yerin yoxdur. Niyə oyandın?
-Elə bilirsən refleks qanununu pozmaq asandır?
Nemət yuyunub mətbəxə keçdi.
-Həmişə qapını bağlayıb, birlikdə işə gedərdik. İşdən səndən tez döndüyümə görə açar məndə olardı.Bu gün ilk dəfə evdən açarsız çıxacam.Tək-tənha darıxmayacaqsan?
Nemət gülümsədi:
-Mən uşaq olanda, kəndimizdə tək-tük evlərdən yola bir-iki uşaq çıxardı. Dörd uşaqlı ailə azuşaqlı sayılardı. İndi isə üç övladlı ailə çoxuşaqlı sayılır. Biz də valideynlərimiz kimi altı-yeddi uşaq böyütsəydik, heç olmasa biri daha yaxşı dolanışıq ücün xaricə üz tutmazdı. Biz də bu yaşımızda tək qalmazdıq.
Xavər içində qovrulan dərdini ört-basdır edib, ərinə ürək-dirək verdi:
-Harda olur olsunlar, fərq eləməz, təki canları sağ olsun.
-Bizim canımız sağ olmur axı. Nəvələrimlə “Vhatsapp”da görüntülü danışanda, bir-birini itələyib özünü qabağa verib, – baba, necəsən? – deyib halımı soruşandan sonra, günlərlə özümə gəlmirəm.
-Tələsmə! Üç aydan sonra mənim də şələ-şüləmi belimə yükləyib göndərəcəklər təqaüdə. Qoymaram səni darıxmağa.
-On uşağımız da olsa, mənə qalan sən olacaqsan.
-Mən də belə düşünürəm. – Xavər “off” eləyib dərindən köks ötürdü.
Yoldaşı işə gedəndən sonra tək qalan Nemət televizoru işə saldı. Baxılacaq bir veriliş tapmadığından söndürüb həyətə düşdü. Qış vaxtı olduğundan dirrikdə görəcək bir iş olmadığından, evə girib əynini dəyişib yola çıxdı. Kiminlə vaxt keçirəcəyini götür-qoy elədi. Evlərindən beş-altı yüz addım yuxarıda yaşayan Natiqgilə getməyə qərar verdi. O da təzəlikcə təqaüdə çıxmışdı, həm sinif, həm də əsgərlik yoldaşı idi. Bir az getmişdi, evlərinin qabağında, darvazanın yanında taxtadan düsəldilmiş oturacaqda oturub siqaret çəkən qohumu Malik onu görüb ayağa qalxdı.
-Qonşu, nə əcəb işə getməmisən? – deyib, qabağına gəlib onunla görüşdü.
Qonşu, qohum olsalar da, lağlağı danışığına görə onların aralarında isti münasıbət yox idi.
-Bu gündən təqaüddəyəm. Evdə görəcək iş tapmadım. Darıxdığıma görə Natiqgilə getməyi qərara aldım.
-Getmə! Evdə tapmayacaqan.Bir az əvvəl maşınıyla aşağı ötdü.
Nemət heyfsilənib geri dönəndə Malik dilləndi:
-A qonşu, evdə tək nə edəcəksən? Yenə darıxacaqsan. Əvvəllər yaxşı nərd oynayardın. Keçək evə, özümüzü sınayaq.
Nemət bir az düşündü. Öyrəşmədiyi tənhalıqdan bezəcəyini bildiyindən qonşunun təklifini qəbul elədi.
-O vaxtkı kimi uduzsan, cığallıq etməyəcəksən ki?
-Ağlın o vaxtlara getməsin. İndi bunu icad edəni axtarıram.
Onlar həyətə daxil olanda evin xanımı Narınc Neməti görüb sevindi:
-Nə xoş təsadüf, a Nemət, gün hardan doğdu ki, qapımızı açdın?
Nemət deməyə söz fikirləşincə Narınc sevincək halda onun qabağına gedib, görüşdü.
-A səni xoş gəlib, səfalar gətirdin. Necəsən?
-Sağ ol. Sən necəsən?
-Yaxşıyam. Çoxdandlr Xavəri görmürəm.Tovludurmu?
-Onu tovsuz olmağa qoyarammı heç.
-Bax, Malik, qonşundan nümunə götür. Qonşu, dunəndən danışdırmırdım bu Maliki. Nə olmuşdusa, birdən başımın ağrısı tutmuşdu, dözə bilməyib zarıyırdım. Halıma acımaq əvəzınə gör nə arzulayırdı. Deyirdi: “A arvad, sən ağrıyınca, mən ağrıyım. Mən ölüncə, sən öl”.
Malik qəhqəhə çəkərək güldü.
-Qonşu, görürsən də. Mən bunun ağrısına şərik çıxıram. Mən ölsəm, dəli olub dağlara düşəcəyindən narahat oluram. Yenə qədrimi bilmir. Bu qanmazı başa sala bilmirəm ki, ay arvad, ağrımaqdan ölmək yaxşıdır. Heç ölünün zarıdığını görübsənmi? Tapdala, tikə-tikə doğrasan da vecinə alarmı? Onsuz da hər birimiz bir gün, bir il, beş il, on il sonra, vaxtı bəlli olmayan bir məqamda öləcəyik. Ruh ki, cismimizdən ayrıldı, artıq nə sızlayacaq, nə də zarıyacağıq. Bu dünyanın ağrı-acısından, dərd-sərindən qurtulacağıq.
Nemət özündən bir neçə yaş böyük olan Malikin xasiyyətinə bələd idi. Şit, irəli-geri danışdığına görə ondan xoşu gəlməzdi. Şit zarafatını həzm etməyib üstünə cumduğu anlar da olub. O danışdıqca həm onun, həm də digər həmyaşıdlarının indiki davranışını analiz edirdi. Aralarında eləsi var ki, xasiyyəti müsbətə doğru dəyişib, tam başqa bir adama çevrilib. Eləsi də var ki, o vaxtı ilə müqayisə edəndə, tam əksini görür. Malik kimi necə vardı, o cür də qalanlar da var. Deyirlər: mühit adamı dəyişdirir. Görünür mühitin Malik kimiləri dəyişdirməyə gücü çatmayıb.
Nemət Narıncın üzünə baxanda hiss elədi ki, ondan həya etdiyinə görə dilində düyünlənən cavablar içində çalxalanır. Onun necə səbirli-təmkinli, mədəni insan olduğunu gördü və dəyərləndirdi. Bəzi tanıdıqlarını göz önünə gətirib, müqayisə elədi. Onların hansısa biri Narıncın yerində olsaydı, qarşısındakı padşah da olsa dözməzdi. Aləmi bir-birinə qatıb, qarışdırardı. İndiki dövrdə bir acı sözdən hiddətlənib, öz əliylə özünə xəsarət yetirib, ərini polisə yönləndirib, özü isə məhkəməyə üz tutan “cəsur” qadınlarla onu müqayisə elədi. Bu, onların heç birindən əskik deyildi. Nə qədər üstün olması isə göz qabağındadır. Belə üstün cəhətinə görə qohum-qonşular onun xətrini çox istəyirlər. Onun yerində bir başqası olsaydı, Malikin dəvətini qəbul eləməzdi.
-Malik, qonşumuzun sənin mülahızənə ehtiyacı yoxdur. Xoruzun göz verib işıq vermədiyi beçəni kəs, yolub təmizləyim. Siz də keçin evə.
Narınc üzünü Nemətə tutub sözünə davam etdi:
-Qonşu, qohumunun irəli-geri danışığına fikir vermə.
-Narahat olma. Bunu, cücəliyindən tanıyıram. Həm qonşudur, həm də qohum. Necə olmasından asılı olmayaraq, yola verməliyik.
-Verməlisiniz də. Nəslimizdə məndən ürəyiaçıq, xeyrə-şərə yarıyan biri varmı? Düz olduğuma, hər kəsin səhvini üzünə dediyimə görə bəzi qanmazların məndən xoşu gəlmir. Pisəmsə də, yaxşıyamsa da, buyam. Allah məni belə yaradıb. Qurbanı olduğum məni saxlayır. Hər istəyimi də yerinə yetirir.
-Allahın hansısa üstün cəhətinə görə səni dəyərləndirəcəyinə şübhə etsəm də, eşqindən dəli-divanə olduğun Fatmanın nişanını qaytartdırıb, qismətinə Narıncı yetirdiyi faktdır. Burda deyə bilərsən ki, Allah məni böyük xəta-bəladan xilas elədi. İfritə Fatma fağır Nazimin başına elə oyunlar açdı ki, onun yerində sən olsaydın, ömrün türmədə keçərdi. Yazığı hələ də yabıya döndərib minib sürür.
-Nazimini kişimi sayırsan? Mən Fatmanı Qırat kimi minib sürərdim. Məndən qızıl boyunbağı tələb elədi. Dedim, mən it yox, arvad alıram. Zəncirə gərək varmı? Onun cavabı dünyanı başıma dar elədi. Üzümə bozarıb, dişini qıcadı:
-Mən də itə yox, kişiyə ərə getmək istəyirəm. Boyunbağı al! Kişiliyini təsdiqlə. Yoxsa…
-Nə qədər ki, təpiyimin altına salıb qol-qabırğanı qırmamışam, “yoxsa”nı da qoltuğuna vur, itil gözümdən! – dedim. Gördüm yerindən tərpənmir. Duruşundan hiss elədim ki, iliyimi qaynadacaq kəsərli söz axtarışındadır. Özümü yol verə biləcəyim xətadan qorumaq üçün üzümü döndərib ondan uzaqlaşdım. Çox istəyən azdan da olar, deyirlər. O da çox istədi, azdan da oldu. Arada Narınc qazandı.
Nemət çolpanın kəslməsinə əngəl ola bilmədi. Malik hinə dən atıb çolpanı tutub kəsdikdən sonra umu-küsüsünü bildirdi:
-Son dəfə qapımızı açdığın tarixi unutmuşam. Olsaydı bu şərəfə qoç kəsərdim. Mən işimi gördüm. Qalanı arvadlıqdır. Gəl, keçək içəri. Köhnə haqq-hesabı çürüdək. Bu dəfə zərləri stəkanda çalxalayıb atacağıq.
İçəri keçdilər. Malik nərdi gərirdi. Daşları düzdü. Oynamağa başladılar. Bu dəfə də Malikinki gətirmədi. Oynadıqları üç oyunda mars olduğu üçün kefi pozulmuşdu.
-Qonşu, sən nəsə bir əməl işlədirsən. Heç kəsə uduzmadığım halda, necə oldu ki, məni dalbadal mars edirsən? – deyib ayağa qalxdı. Gedib mətbəxdən armudu stəkan gətirdı. Zərləri stəkana salıb, qarışdırıb Nemətə uzatdı. – Artıq məni uda bilməzsən.
Nemət stəkanı çalxalayıb:
-Ya Allah, – deyib zərləri nərd taxtasının içinə atdı.
Malik yan-yana düşən şeş qoşanı görəndə özündən çıxdı:
-Səni andıra qalasan, ay stəkan. Məni yağışdan çıxardıb, yağmura saldın. Qonşu, özündə çay içməyi sevmirəm deyə, bu stəkan məndən heyfini alır. Gəl əlnən ataq.
Nemət gülümsəyib zərləri iki ovcunun arasına alıb, qarışdırıb atdı. Bu dəfə gözlərini deşən beş qoşanı görəndə, Malikin gözləri kəlləsinə şıxdı. Hirslənib daşları qarışdırıb, nərdin qutusunu bağlayıb gileyləndi:
-Bu gün mənimki gətirmir də. Səhər gözümü açdım, arvaddan söz soruşuram, cavab vermir. Nədi-nədi dünən onun könlünü almaq üçün, həmişə etdiyim zarafatdan eləmişəm. Gör nə günə qalmışam ki, öz arvadım sözümü götürmür.
-Arvadım yox, həyat yoldaşım. Nə qədər çalışsan da, zamanı geriyə döndərə bilməzsən.
-Başa düşdüm səni. Babalarımız arvad alırdı. Nənələrimiz də kişiyə gedirdi. Biz isə evlənirik. Bu kənddə məndən başqa arvadına arvad deyən yoxdur. Narıncın bir dəfə də olsun mənə kişi deyə müraciət etdiyinin şahidi olmamışam. O gün xalası qızı ilə teleonda danışırdı. Bu ona deyir: “Yoldaşımla məsləhət edib, sənə zəng edərəm”. Danışıb qurtarandan sonra deyirəm: “Azz, kişimlə desən dilin quruyar?” Bu isə gülümsəyib, dedi:
-Mən keçmişə dönə bilmərəm.
Deyirəm:
-Gəl Türk seriallarındakı kimi bir-birimizə “aşqım” – deyək. Axı biz bir millət, iki dövlətik.
Deyir:
-Burası Azərbaycandır.
-Qonşu, görürsən də günümü? Kəbinli arvadımı mənə kişi dedizdirə bilmirəm.
Narınc mətbəxtdən səslənir:
-Malik, gəlin, yemək hazırdır.
– Eşitdin? “A kişi” desəydi dünya dağılardı?
Onlar mətbəxə keçdilər. Narınc zəngin süfrə açmışdı. Sanki uzun müddət görmədiyi bir doğması onlara gəlmişdi.
-A qonşu, özünə bu nə əziyyətdir verirsən. Mənə də xəcalət. Mən ki, uzaq yol qət eləməmişəm. Mənə bir fincan çayın, bir də gülərüzlu görsənməyin kifayətdir. Düz demirəm, Malik? – deyib Nemət üzünü ona tərəf döndərdı.
Malik masanın baş tərəfini göstərib, Nemətin sualını cavablandırdı:
-Qonşu, düz demirsən. Keç otur. Nəyi düz demədiyinə aydınlıq gətirim. Mənim evimin çardağından alov qalxarsa, ayaqyalın dadımıza yetişəcəyinə şübhə etmirəm. Üst-başın hisə bulaşacaq, əlin, üzün yanacaq, canını oda yaxacaqsan ki, gözlənilməz bəladan az zərərlə qurtulaq. Allah eləməsın, şikəst də ola bilərsən, hətta… təxmin etdiyim bu “hətta”nı səsləndirməyə dilim gəlməz, hər şey baş verə bilər. Bakıda, xaricdə yaşayan dogma qardaşlarım var. Bilirəm ki, laqeyd qalmayacaqlar. Özlərini yetirsələr də, ancaq dərdimə şərik olacaqlar. Nə üst-başları bulaşacaq, nə xəsarət alacaqlar. Edəcəkləri maddi yardım da, sənin zəhmətinin damlasını belə ödəməyəcək. Nə olsun ki, sən uzaqdan gəlməmisən? Bir neçə addımlığımızda yaşasan da uzun illərdir qapımızı açıb, bir dəfə də olsun… “a qonşu, nə var, nə yox?” – deməmisən. Mən pis də ola bilərəm, yaxşı da. Bu yurdu sata da bilərəm, dəyişdirə də. İstəsəm gedib dünyanın o başında da yaşayaram. Tutaq ki, adımı, soyadımı yenilədim. Babalarımızın əmi uşağı, bir baba-nənənın nəvələri olduğunu dəyişdirmək mümkündürmü? Qonşunun yaxın-uzağı, yadı-doğması ola bilər. Qohumluğun isə yaxını, uzağı olmamalıdır. Çox adamlar gətirmişəm evimə. Arvadım heç birini sənin kimi qarşılamayıb. İndi sənin yerində başqa adam olsaydı, onun yadına çolpa düşərdimi, səhərdən yer süpürən qaşqabağı açılardımı? Görürsən? Sən bu evdə arzuolumaz adam deyilsən. Atalarımız bir-birinə qarşı çox mehriban olublar. Hansının ocağında qazan qaynasa, bir-birini haraylayıblar. Biz isə ancaq yolda-izdə rastlaşandan-rastlaşana salamlaşırıq. Sən məndən savadlısan, ictimaiyyət arasında çalışmısan. Mənim öz boşbaşımla sənə ağıl verməyə haqqım yoxdur. Dediklərimi “dəlidən doğru xəbər” kimi qəbul elə. Papağını qabağına qoy, yaxşı-yaxşı düşün. Qaçılmaz reallıqdır ki, hansımız qabağa düşsək, nəşimiz qəbristanlığa çatınca, nərdivanın bir tərəfi çiynimizdə olacaq. Onu da etiraf edim ki, maraqla dinlədiyin, hiss edirdim ki, anlaşılıqla qəbul etdiyin bu uzun məruzəm öz təxəllüyümün məhsulu deyil. Əvvəli rəhmətlik qaynanamın, sonu isə bizdən fərqli olaraq tez-tez bir araya gələn, saatlarla söhbətləşən, dərdləşən böyüklərimizin fikridir. Hazırda biz o böyüklərin yerini tutmuşuq. O vaxtlar uşaqlarımızın üzünü yaydan-yaya, nəvələrimizi tətilindən-tətilə görürük. Onda da biz böyüklər bir araya gəlmirdik. Söhbətləşib, dərdləşmirdik. Bir yerə toplaşsaq da, danışsaq da, müasür uşaqlar bizə qulaq asacaqlarmı? Əllərində telefon, fikri-zikri “tiktok”da. Dünyanın baş-ayağı ovuclarında. Məsləhətlərimiz, iradlarımız qulaqlarından yayınıb, havaya sovrulacaq. Əcdadlarımızın böyüklərimizə, böyüklərimizin bizə ötürdükləri ibrət bunların yaddaşına həkk olunmayacaq. İndiki nəsil qərb intellektinə kökləniblər, Avropalaşıblar. O Avropaya ki, bir zamanlar mənimsədikləri Asiya mədəniyyətini modernləşdirib gerı, Asiyaya sırıyırlar.
Nemət Malikin dedikləri ilə tam razı idi. Onlara gələn böyüklər də stola əyləşən kimi ortaya çay gəlincə, telefonlarını çıxardıb “vayfay”ın kodunu soruşurlar. Malikin dediyi kimi, doğrudan da, onların ataları bir-birinə qarşı çox mehriban olublar. Onda indiki kimi hərənin cibində telefon yox idi. İnsanlar vacib ismarıclarını bir-birinə ya özləri gedib çatdırırdılar, ya da, rastlarına çıxan həmin istiqamətə gedənlərlə. Dəfələrlə olub ki, evlərinə qonaq gələndə, sobada qazan qaynayanda, Malikin ata-anasını dəvət etməyə onu göndərərdilər.
-Ağız! Neçə dəfə sənə demişəm ki, mən məzə üçün çay içmirəm. Eşşəyi qandırmaq, səni qandırmaqdan asanmış. Bir də bu təkrar olsa, stəkan başında qırılacaq.
Qonaq qarşısında təhqir olunması Narıncın kefinə soğan doğrasa da, qonağın gəldiyinə peşman olacağından ehtiyatlanıb, hirsini içində boğdu, dillənmədən stəkanı dəyişdirib, gətirdi. Stəkanın ağzına qədər dolduğunu görən Malik yenə özündən çıxdı:
-Azz! Bu nədir? Dolamısan məni? Çay süzəndə dodaq yeri qoymurlar?
Narınc Nemətə görə hirsini içində boğsa da, artıq o, Malikin dəvətini qəbul edib onlara gəldiyinə peşman olmuşdu. Qohumunun həyat yoldaşını heç bir səbəb olmadan bu cür aşağılaması onu sarsıtsa da, etirazını bildirib, aradan çıxa bilmədi. Ona görə ki, belə olsaydı, o, heç nədən yaranan yersiz münaqişənin katalizatoru olardı. Davranışının qonşusu tərəfindən xoş qarşılanmadığını hiss edən Malik neqativ hərəkətinə haqq qazandırmağa çalışdı:
-Qonşu, bağışla. Öpkəmi cilovlaya bilmədim. Bu arvad tayfasının cilovunu boş buraxmaq olmur. Nə qədər desən də öz bildiklərini çalırlar. Sən Allah, incimə.
-Mənim inciyib-inciməməyim nəyi dəyişəcək? Gözlər gördüyünü görüb. Qulaqlar eşitdiyini eşidib. Beyin də bu həssas üzvülərin ötürdüyü informasiyanı yaddaşa köçürüb. İndi sənə desəm ki, niyə belə etdin? Gərək belə etməyəydin! Heç nə dəyişməyəcək. Çox üstünə gedib, bezdirsəm, dözməyib deyəcəksən ki, etmişəm, əcəb eləmişəm. Haqsız olsan da, özünü haqlı sanacaqsansa, olub-keçən şeyi qabartmağım nəyi dəyişdirəcək? Mən indi aranızda baş verən yersiz, səbəbsiz münaqişəni səngitmək üçün tək mənim yox, bütün qonşuların, qohumların xətrini istədiyi Narınca ərklə deyə bilərəm, – indiyədək dözmüsən, indən sonra da dözməyə məhkumsan. Ona görə ki, siz həyat verdiyiniz uşaqlarınızın, nəvələrinizin cazibə qüvvəsinin daxilindəsiniz.
-Qonşu, heç səndən gözləməzdim. Sənin qohumun mənəmmi, arvadımdımı? Sənin də, digər qohumlarımın da məndən çox bu özgə qızının xətrini istəməyiniz nə dərəcədə düzgündür?
-Dediyin bu “özgə” qızı nəslimizin gəlinidir. Nəslimizin nümayəndələrinin anası, nənəsidir. Elin hörmətini də xoş, gözəl xasiyyəti, şirin diliylə qazanıb. Bəs sənin bundan fərəhlənmək əvəzinə, qıcıqlanmağın nə dərəcədə düzgündür?
-Görürəm ki, heç biriniz məni anlayacaq səviyyədə deyilsiniz. Dediklərinlə razılaşmasam da, bu dəfə susmalıyam. Uzun müddətdən sonra qapımı açan həm qohumumu, həm də qonşumu özümdən incik sala bilmərəm. Vaxt gələr, mənim haqlı olduğumu dərk edərsən.
Narınc Nemətin dediklərindən məmnun olsa da, ərini qıcıqlandırmamaq üçün məntiqli izahına görə təşəkkür etməyi sonraya saxladı. Nemətin söhbətindən sonra dərk elədi ki, əgər o bu cür hallarda ərinə baş qoşsaydı, özündən çıxıb kəllə-kələyə gəlsəydi, el arasında bu cür hörmət qazanmazdı.
Nahar süfrəsini yığışdırdıqdan sonra Narinc Nemətdən soruşdu:
-Qonşu, bəs Xavər təqaüdə nə vaxt çıxacaq?
-Bir neçə ay qalıb. İşimi davam etməyə istəyib-istəmədiyimi məndən soruşmadılar. Yaşım bitən kimi sorğu-sualsız dəhlədilər.
-Nə yaxşı eləməyiblərmi? Arvaddan bezəndə yola çıxıb saatlarla oturardım. Bir köpək oğlu gəlib yanımda oturmurdu ki, söhbət edək. Vaxt keçirək.
Malıkin nəyə eyham vurduğunu anlayan Nemət ürəyində dedi: “Bu ağız ki, səndə var, çətin bir də mənimlə həmsöhbət olarsan”. Nəyə görə qonşulardan heç birinin onun yanında oturub söhbət etməməsinin səbəbini açıqlamaq istəyirdi ki, Narınc onu qabaqladı:
– Görünür həndəvərimizdə səndən başqa arvadından bezən yoxdur.
Nemət Malikin üzünə baxanda gördü ki, onun gözləri parıldayır, yenə Narıncı əqrəb kimi sancacaq, özünü qabağa verdi:
-A Narınc, ağzımdan qopartdın ki, mən də eynən bunu deyəcəkdim.
Təkləndiyini həzm edə bilməyən Malik yenə də coşdu:
-Bu nə işdir, ay Allah! Hamı həmrəy, dilbir olub düşüblər üstümə. Layiq olmadığım ifadələri bir-birinin ağzından alıb, döşəyirlər üzümə.
-Burda emosiyanı qaynadacaq ifadə işlədildimi? – Nemət Maliki sakitləşdirməyə çalışdı.
-Görmürəmmi? Danışığınızdan belə çıxır ki, bu obanın ən pis kişisi mənəm.
-Səni pısləyən oldumu? Şəxsən mən yoldaşımı evdə tək qoyub, gəlib sənin yanında vaxtımı keçirmərəm. Mənim kimi də digərləri.
-Açıq de də! Məndən başqa hamınız arvad qulusunuz. Kimin necə olmağı məni maraqlandırmır. Nə qədər ki, nəfəsim gəlir, arvad mənim qulum olacaq. Çünki kişiyəm. Görürəm bu mövzunun urvası çox su apara bilər. Gəlin diski dəyişək. Vacib məsələləri qoyub, boş şeylərin həllinə vaxtımızı sərf etməyək. Artıq biz yetmişin astanasındayıq. Bu ona işarə verir ki, əcəlin finişinə yaxınlaşırıq. İndi bizim elə vaxtımızdır ki, fikrimizi, zikrimizi bu dünyadan ayırıb, axirətə kökləməliyik. Allahsız quruluş dağıldı. Müstəqil dünyəvi quruluş yaradıldı. Kəndimizdə məscid açıldı. Bir müddət namaza gəlsən də, sonra dayandın. Niyə bu vacib əməldən yayındın? Sənin kimi yaşlılar məscidə ayaq basmırsa, gəncləri qınamağa haqqımız varmı? Sabah cümə namazına gedəndə xəbər eləyimmi?
Nemət səhərdən ilişdiyi, gah müdrikləşən, gah da sərsəmləşən qonşusundan gözləmədiyi suala nə cavab verəcəyini bilmədi. Bir müddət düşündükdən sonra ağlına elə bir fikir gəldi ki, az qala adi bir təsadüf nəticəsində yeni fiziki qanun kəşf edən Arximed kimi “evrika!” (tapdım!) deyə bağıra-bağıra kəndin küçələrini dolaşacaqdı. O, tələbəlik illərində, işlədiyi müddətdə, həm də dost-tanışları arasında elə tiplərlə ünsiyyətdə olmuşdu ki, bunların cilddən-cildə girmələrinə məəttəl qalmışdı. Maliklə onları müqayisə elədi. Tanıdığı eyni xarakterli bu tiplərin aralarında heç bir qohumluq əlaqəsi olmasa da, əməllərinin, davranışlarının, niyyətlərinin üst-üstə düşməsi onu heyrətə gətirirdi. Bu tip insanların böyu, çəkisi, rəngi müxtəlif olsa da, sifətlərinin quruluşu bir-birinə bənzəyir. Onlar qısa müddətdə elə məharətlə obrazdan obraza girirlər ki, məşhur aktyorlar da məharətlərinə heyran qalarlar.
Malikin dediyi kimi məscid açılarkən bir müddət heç bir cümə namazını ötürmürdü. Bir gün həmişə yanaşı namaz qıldığı Natiqlə Aydını yanında görmədi. Rastlaşan vaxt səbəbini soruşanda Natiq demişdi:
-Məscid açılanda sevinmişdim. Düşünürdüm ki, bu müqəddəs Allahın evinə imanlı, mömin, günahsız, saf bəndələr toplaşacaq. Namaza başladığım müddətdə, yan-yörəmdə bir nəfər də olsun müqəddəs ocağa ayaq basmağa layiq saf Allah bəndəsi görmədim. Elə düşük adamlar gözümə dəydi ki, namaz qıldığım müddətdə fikrimi toplayıb ibadətimi yerli-yerində icra edə bilmədim. Ancaq Allana suallar ünvanlayırdım: “Ya Rəbbim! Mən toy məclisində, iclasda, tədbirdə iştirak etmiş olsaydım, ətrafımda gördüyüm bəzi ləyaqətsiz, bədəməl-bədniyyət dələduzların iştirakını adi hal kimi qəbul edərdim. Olmazmı ki, bu müqəddəs məkana qədəm basanları ələkdən, heç olmasa xəlbirdən keçirib, qəbul edəsən? Deyirlər, “məscidin qapısı açıqdır deyə, itin abrına nə gəlib?” Mən orda abırsız adamlar görürəmsə, onlara, “sən hara, bura hara?” – deyə bilmirəmsə, laqeydlyimə görə də balansıma günah yüklənirsə, ən yaxşısı, öz evimdə günorta namazı qılmaqla kifayətlənmək daha məqsədəuyğun deyilmi?
O vaxt Nemət Natiqin fikrinə qarşı çıxmışdı. Onu qandırmağa çalışmışdı ki, məscid də, kilsə də Allaha ibadət ocağıdır. Hər bir insanoğlunun necə biri olmasına baxmayaraq, ora gəlib ibadət etməsi vacibdir. Nə qədər cəhd etsə də, Natiqi fikrindən döndərə bilməmişdi. O, özünün haqlı olduğunu sübut etməyə cəhd eləmişdi:
-Evdə, bağ-bağçada etdiyim ibadətin Allahı bir başqasıdırmı? Öz evimdə sidqi ürəkdən tək olan Allaha etdiyim duam qəbul olunmayacaqmı? Məsciddə gördüklərimin çoxu öz evlərində namaz qılmır. Görünüş xatirinə ancaq cümə namazında edilən duaları Rəbbimiz qəbul edərmi? Elə adamlar tanıyıram ki, namaz qılmırlar. Amma o dərəcədə safdılar ki, bir çox namaz qılanları adlayıb, birbaşa cənnətə gedəcəklərinə şübhə etmirəm.
O gün Malik Nemətə hər ikisinin yaxşı tanıdığı, namaz qılmayanları misal çəkdi. Onları cümə günləri məscidə gəlib, özlərini ibadətkar kimi nümayiş etdirən, kənarda isə min bir hoqqadan çıxan nadürüstlərlə müqayisə elədi. Onun, “Hər şeyi görən Allahın dərgahında bəndəsinin əməlimi vacibdir, yoxsa ibadətimi?” – sualını Nemət cavablandıra bilmədi.
Çox keçmədi Nemət abrını pərdələyib, məscidə soxulan bir-neçə səviyyəsizin yersiz atmacalarını həzm edə bilməyib, cümə namazlarına qoşulmadı. Natiq kimi o da günorta namazı qılmaqla kifayətləndi.
İndi Malik yox, normal xarakterli bir Allah bəndəsi olsaydı sualına düşünmədən “hə”deyərdi. Çünki o, camaat namazının fəzilətini anlayırdı. Davranışının, danışığının, amalının başı-ayağı bilinməyən ünsürlərin sərbəst girib-çıxdığı yer cənnətməkan da olsa, o, imkan daxilində belə yerlərdən uzaq dururdı.
Onun çox düşündüyünu görən Malik yenə soruşdu:
-Nə çox düşünəsi oldun? Sabah səni gözləyimmi?
– Yox! Çox düşündüm. Götur-qoy elədim. Bir qərara gələ bilmədim.
– Başa düşmədim. Dünyada bundan vacib işmi var?
-Var. Elə vacib işlər var ki, cümə namazı arxa plana keçir.
-Sən nə danışırsan, a qohum? Axı namaz dinin dirəyidir.
-Dinin dirəyi namaz olsa da, qayəsi saflıqdır. Təəssüf ki, məscidin qapısı açıqdır deyə, abır-həya yaddan çıxır. Kim gəldi, özünü içəri soxur.
-Mən bilən məscidə dəstəmazsız gələn olmur.
-Dəstəmaz dəridəki kiri təmizləyir. İnsanın daxili aləmini isə əməlisalehlik saflaşdırır.
-Səncə, kimlər məscidə girməməlidir?
Az qala Nemət deyəcəkdi, birinci sən. Özünü yığışdırdı. Qohumunun, qonşusunun öz evində, həyat yoldaşının yanında yox, başqa yerdə olsaydı, saflığın, necə adamların məscidə ayaq basmağa layiq olduğunu izah edərdi. İndi o, qonşusunun sualını elə cavablandırmalıydı ki, nə şiş yansın, nə də kabab.
-Malik, mən ilahiyyatçı deyiləm. Müqəddəs “Quran”ımızın Türkcə tərcüməsini və bir neçə dini kitab oxumuşam. Gəldiyim qənaətimə görə, tandığım məscidə gedənlərin çoxunun cənnətə qovuşmaq şansı sıfıra bərabərdir.
-Demək istəyirsən ki, heç bir namazımı ötürmədiyim halda, mənim də cənnətə qovuşmaq şansım sıfıra bərabərdir?
-Mənim dediklərim heç nəyi həll eləmir, heç nəyi də dəyişmir. Danışmağa nə var ki? Hər kəs gördüyünü, eşitdiyini, oxuduğunu istədiyi kimi yozub söyləyə bilər. Sən soruşdun. Mən də oxuduğum kitablardan qavradığım təəssüratımı bildirdim.
-Kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini Allah bilər. Mənim isə cənnətə gedəcəyim dəqiqdir. Allah gündəlik namaz qılan məni qoyub, məscidin qapısını açmayan Cəfəri cənnətə qəbul etməyəcək ki?
Nemət Cəfəri yaxşı tanıyirdı. Həmyaşıd idilər. Orta məktəbdə sinif yoldaşı olmuşdular. Sakit təbiətliydi, qapalıydı, heç kəsə qaynayıb-qarışmazdı. Uşaqlıq illərində də, indi də, qapısını açdığı yeganə adam özü idi. Heç kəslə six dostluq münasibəti olmasa da, ciddi, tərbiyəli, saf olduğuna görə kənd arasında hörmət qazanmışdı. Onun namaz qılıb-qılmadığından xəbərsizdi. Amma acı diliylə heç kəsin cüzi də olsa qəlbini qırdığının şahidi olmadığı bu adamın sorğu-sualsız cənnətə gedəcəyinə şübhə etmirdi. O, bu gercəyi Malikə açıqlamadı. Bilirdi ki, qəbul etməyəcək. Təəssüf hissilə onu süzdü və ürəyində dedi: “Malik, qalan ömrünü gecə-gündüz məsciddə keçirsən də, sənə cənnətdə yer olmıyacaq”.
***
Xavər heç vaxt işdən şıxanda evə belə tələsməmişdi. Çatan kimi ərindən soruşdu:
-İlk azad gününü necə keçirdin?
Nemət yoldaşına baxıb gülümsündü. Gözlədiyi cavabın ləngidiyindən hiss elədi ki, günü heç də xoş keçməyib.
-Niyə yola-izə çıxmadın? Azdırmı bu kənddə ərklə qapısını döyəcək dost-tanışın?
-Çıxmışdım. Bir qapını açmışdım. Yaxşı da qarşılanmışdım.
-Kimin qapısını açmışdın?
-Açmamışdım, açmışdılar. Yola çıxdım. Natiqgilə getmək istəyirdim. Malikgilin evinin qabağından keçəndə darvazalarının yanındakı taxta oturacaqda oturan əmizadəmiz qalxıb qabağıma gəldi. Hal-xəbər aldı. Evə dəvət elədi…
Xavər nə baş verdiyini təxmin etdiyindən onun sözünü kəsdi:
-Narınc səni görüb sevindi. Yaxşı süfrə açdı. Malik əvvəlcə müdriklərə məxsus söhbətə başladı. Səni heyrətə gətirdi. Çox keçmədi lağlağıya keçdi. Əsl simasını nümayiş elədi. Sən də bundan məyus oldun.
Yoldaşının baş verənləri sanki kənardan izləyirmiş kimi sadalaması Neməti çaşdırdı:
-Sən bunu kimdən öyrəndin?
-Heç kimdən. Hər ikisini yaxşı tanıyıram.
Nemət yoldaşının səmimiliyinə şübhə etmədiyinə görə, artıq heç nə soruşmadı.
-Narıncın halına acıdım, – deyib, köks ötürdü.
-Bütün kənd onun halına acıyır. O isə taleyindən gileylənmir. Bir dəfə də olsun ərindən şikayətləndiyini eşitməmişəm. Bir dəfə Qönçə ona deyəndə ki, mən sənin yerində olsaydım… Narınc gülə-gülə onun sözünü kəsmişdi, – ölmüşəmmi ki, yerimdə olasan. Qönçə gözləmədyi cavabdan pərt olmuşdu. Narıncın onu səhv anladığını zənn etdiyindən şübhələnib dillənmişdi, – a qonşu, bilirsən ki, səni çox istəyirəm. Yenə Narınc gülərək, – məni istə, amma başımın tacına söz demə! Necə olmasına baxmayaraq, o, mənim balalarımın atasıdır, – demişdi.
İllərini birgə keçirmiş, aralarında cüzi də olsa ixtilaf yaranmayan ər-arvad bir-birinə baxdılar. Ortaya dərin sükut çökdü. Əslində buna süküt demək olmazdı. Dil sussa da, gözlər danışırdı. Onlar bir-birini anlayırdılar. Gözlər bəzi yeri səhv düşənlər kimi bir-birinə: “sənə rast gəldiyim günə daş düşəydi” mesajını ötürmürdü. “Nə yaxşı ki, taleyimiz bizi birləşdirdi” – deyə şükranlıq edirdi.
Özünün ixtiyarında olan qəzeti, jurnalı zəif, məzmunsuz yazan cızma-qaraçıların imzalarının tanınması üçün işlətməkləri azmış kimi üstəlik ədəbi orqanlardakı tanışlarının səlahiyyətindən də bu məqsədlə istifadə edirlər. Ədalətsiz əməlindən xəbərsiz olduğu yetmir, bir yandan da sosial şəbəkələr vasitəsilə şeirlərini, mətnlərini paylaşıb məşhurlaşan istedadlıları tənqid edirlər. Adam, sən istedad yox, baş əymək tələb edirsən, kimlə şəxsi münasibətin varsa, onu tanıtdırırsan, heç olmasa əl çək günahı yaxşı yazmaq olanlar bacardıqları formada yazdıqlarını ictimaiyyətə çatdırsınlar. Təbliğatını apardıqlarınızdan yaxşı yazanların qazancları həqiqi oxuculardır, bunun da adını kütlə qoyursunuz. Jurnalınızda şəklini, imzasını gözə soxduqlarınızın “yaradıcılığını” tədqiqatçılar təhlil edib kitaba salırlar da, bu yazıq yetimlərə niyə imkan vermirsiniz? Sizə yaltaqlanmalı, yalvarmalıdırlar ki, yazılarını dərc edəsiniz? Onlar öz işləri ilə məşğuldur, siz də öz işinizlə — xətir-hörmətə, tapşırığa, pula-filana görə imza tanıtmaqla məşğul olun. Mümkün olsaydı Marka tapşırardınız ki, onların şeirlərini “blokla”.
Yaxşıya pis desələr, pisə yaxşı desələr, Bunu görcək qəzəblənib, yaxşılar da pis olmaq istəsələr…
Əli Kərim
Bünövrəsi: “Mərdi qova-qova namərd etmək…”
Müasir forması: Zəif yazan müsabiqədə qalib çıxarılır, həyalını itələyib arxaya atırlar, savada qiymət verilmir, titulu əsas götürürlər.
Adamı pisliyə həvəsləndirməyin yollarını yaxşı bilirlər.