Etiket arxivi: Bir köntöy baxış

Qüdrətli ordumun Baş komandanı

Bir qəhramanı

Qüdrətli ordumun Baş komandanı,
Zəfərlə tanıtdı Azərbaycanı!
Həzm elə zəfəri, sən də bil, tanı,
İlham kimi sərkərdə, bir qəhrəmanı!

İgidlər döyüşə əzmlə girişdi,
Düşmənin ürəyi parladı, şişdi.
Bir Mübariz getdi, mini yetişdi,
Əzizlə diz üstə bu şərəfşanı!

Poladın zərbəsi çox bel sındırdı!
O bir işarəydi, qanmaz qandırdı!
Qisası minlərlə canı “yandırdı”
Qalmadı düşməndə, alındı qanı!

Bir də əl uzansa, əllər kəsilər!
Hədyan söylənərsə, dillər kəsilər!
Qanadlar kəsilər, qollar kəsilər,
Səhv salsa “qaymaqla”, “iyli ayranı”!

Zəfəri həzm edə bilməyən naqis,
Səndə insanlıqdan yoxdu heç bir hiss.
Qəlbi çirkab dolu zavallı xəbis,
Ayıl, sonra olma sözün peşmanı!

Millətimin var şərəfi,qüruru!
O bəyənməz sənin kimi şeypuru.
Allah verməyibmi sənə şüuru?!
Tanımırsan nökər ilə sultanı!

Neçə Saleh, iz qoydular Şuşada!
Layiq görüldülər Qəhrəman ada!
Qürurla gəzirlər eldə-obada,
Bilinmir alqışın sanbalı-sanı!

İllər boyu qəm-kədərli görünən,
Həsrət libasını geyib, bürünən,
Əzəl gündən dizin-dizin sürünən,
Səyyadın Vətənə qurbandı canı!

Ata

Yol ölçüb, yetərdin, hay-harayıma,
Gözüm dörd dolanır, tapmıram, Ata!
Xırda bir sətəlcəm bəhanəniydi,
Ta, o, “köhlənimi çapmıram”, Ata!

Məlhəmiydi təkcə quru zəngində,
Hardan alım, indi dərdim səngidə.
Ağrılarım sağalmanı “yengidə”;
Sənli xəyallardan qopmuram ,Ata!

Fitnədən-fəsaddan uzaqlaşıram,
“Bəzən,buza dönüb, sazaqlaşıram.”
İmkan düşən kimi soraqlaşıram,
Qoyduğun cığırdan sapmıram, Ata!

İnsanlıq elmində ağaydın, ağa,
Səndən incimədi nə böyük, çağa.
“Gülüstan bağımı” gömüb torpağa,
Ömür sarayıma “yapmıram, “Ata!

Saf əməlin gur bulaqdı, çağlıyır,
Səyyadı özünə möhkəm bağlayır.
Yoxluğun qəlbimi elə dağlıyır,
Başqa xam xəyala “hopmuram”, Ata!

Anamla “söhbət”

Deyirdin, qocaldım; – saçlarıma bax –
Dağların başıtək bəyazdı, oğlum!
Onları ağardan güzəran deyil;
Anasızılıq dərdi, “ayazdı”, oğlum!

Gözüm üzünüzdə, eh; – xəyal harda…
Dərdləşir anamla bir dar məzarda.
Ürəyim dağlanır, alışır qorda,
Məni dərdə salan, “o yaz”dı, oğlum?!

Sazımda “Şah” pərdə, avazda “zil”sən,
Könlüm bağçasında qaşdasan; – bil, sən!
Sözümün mənbəyi, mənsəbi sənsən,
Söyləmə yazdığın, dayazdı, oğlum!

Çox erkən tərk etdin, Ana, bizləri,
Solğun qoydun, al yanaqlı üzləri.
“Döndərib, zülmətə, sən, gündüzləri,
Demədin, bu nə kef, nə sazdı, oğlum”?!

Qəlbim bir ləyəndi, “yox”luğun, dəlib!
Bir gözüm ağlayıb, birisi gülüb!
Soruş; – aradabir yuxuma gəlib,
Səyyad, qələm, məndən nə yazdı, oğlum?!

Gələydim

Olaydı təpərim, çıxıb, dağlara,
Doyunca bir nəfəs alıb, gələydim!
Ötənləri çözələyib birbəbir,
Şirin xəyallara dalıb, gələydim!

Tər qönçəni şehli-şehli üzdüyüm,
Gicitkən kolunda dodaq büzdüyüm,
Atalı-analı vaxtı gəzdiyim,
Cığırına, qurban olub, gələydim!

Dirsəklənib “Soyuq bulaq” başına,
Fərq etməyib ömrün “qarlı qışına”,
Nazlı yarın ürəyinin qaşına.
Gilə-gilə, axıb, dolub, gələydim.

Kədər -qüssəm saralaydı, solaydı,
Çəkiləydi, buludlara dolaydı.
Səyyadam, bu röyam gerçək olaydı
Qanad çalıb, lələk yolub, gələydim.

Batmayın

Paxıllıq eşqiylə şeir yazanlar,
İlahi vergini ucuz tutmayın.
Hərbə-zorba gəlib, könül “küsdürüb”,
“Halal misralara, haram qatmayın”.

Sözdən çələng tutun, sərrafı kimi,
Tərpədin qəlblərdə siz, “sarı simi”.
Olun könüllərin loğman, hakimi,
Uyub şeytanlara, iman satmayın.

Etdiyiniz rəqabəti pak edin,
Yolunuzu ləngərli yox; – düz gedin!
“Söz”ü, xırdalayın, ələyin, didin,
Çevirin zinətə, “külə, atmayın”.

Ola bilər; – camalınız gözəldi,
Bəzən, yazdığınız, zaydı, xəzəldi.
İnsanlıq hər şeydən, bilin, əfzəldi,
Şan-şöhrətin, kölgəsində yatmayın.

Səyyad da çox gördü, “gəlib-gedəni”;
Bir tikə yem üçün boğaz güdəni.
Qeybətləşib, alçaltmayın kimsəni,
Babal yığıb, siz günaha batmayın.


Gözəl bahar

Təbiət xalısın sərib yenə də,
Nə gözəl bəzəyib çölü-çəməni.
Ötüşüb bülbüllər, nazını çəkir,
Qoxlayıb nərgizi, tər yasəməni.

Günəş öz nurunu yayıb çöllərə,
Ruh verir, sazaqdan donmuş güllərə.
Şirin ,zümzümələr axıb dillərə,
Şövq ilə tərpədir, dodaq, çənəni.

Dağların qoynuna köç edir ellər,
Qurulur alaçıq, dörd yanı güllər.
Nərilti qoparıb çaylarda sellər,
Dağıdır ətrafda bəndi-bərəni.

Güllər əvəzləyir kif xəzəlliyi,
Hərənin öz ətri, öz özəlliyi.
Səyyad seyr etdikcə bu gözəlliyi,
Xəyalı dolanır Ulu Göyçəni.

Daşına

Keçmiş xatirələr unudulmayıb,
Möhürlənib, ürəyimin başına!
Çözələyib bir-bir xatırladıqca,
Dəm verirəm gözlərimin yaşına.

Çalışdım deməyim kədərdən qəmdən,
Bir az zilə çıxım, ayrılıb bəmdən.
Xəyal əl çəkmədi nazlı həmdəmdən,
Boylandıqca, kipriyinə, qaşına.

Gözəl illərimi bəm üstələdi,
Bükələyib dərdə-qəmə bələdi.
Səyyad nalə çəkdi, yandı, mələdi,
Söykənib dildarın məzar daşına.

Xəyal

Xəyal yenə qanadların,
Sərib ötən illərimə.
Gözlərimdən “su çiləyir”,
Öləzimiş güllərimə.

Dolaşır ulduzda,ayda.
Eh, arzular sonsuz sayda.
Mən bu tayda, o, o tayda,
“Layla” deyir ellərimə.

Haray salır dağa-daşa,
Cığır dolaşa-dolaşa.
Baxmır axıtdığım yaşa,
Diz döydüyüm əllərimə.

Bilmir, Səyyad çəkir nələr!
Vətən,deyə qalıb mələr!
Kif bağlamış düşüncələr,
Qıfıl vurdu dillərimə.

Bağışla, ürəyim

Səni çox yüklədim, əzizləmədim,
Bağışla, ürəyim, bağışla məni.
Nə qədər məşəqqət, zillət, yaşatdım,
Bağışla, ürəyim, bağışla məni.

Dəymədin xətrimə, dözdün, dinmədin!
Rəzil olub, alçalmadın sinmədin!
Qürurundan zərrə qədər enmədin,
Bağışla ürəyim, bağışla məni!

İztirab çəkdirdim, hey “əzə-əzə”!
Səhvimə göz yumdun, vurmadın üzə.
Zülmətini çevirmədim gündüzə,
Bağışla, ürəyim, bağışla məni!

Çor deyənə söylətdim can, bilmədim!
Sızladın, acını heç vaxt bölmədim!
Sənə doğru bir addım da gəlmədim,
Bağışla, ürəyim, bağışla məni!

Abırı-isməti vermədin yelə,
“Ahəstə dolandın,qalxmadın zilə.”
Səyyadın zülmünə dözürsən hələ,
Bağışla, ürəyim, bağışla məni!

Yıxdın da, getdin

Qələm qaşlı ay camallı dilbərim,
Ulduz kimi nə tez axdın da, getdin?!
Hər bir kipriyini oxa döndərib,
Qəlbimin başına taxdın da, getdin.

Ömür bostanımın gülü-gülşəni,
Laləsi, nərgizi, qaymaq süsəni.
Həyatla başbaşa qoyub sən məni,
Canımı odlara yaxdın da, getdin.

Göynək qoyub ürəyimin başını,
Durdurmayıb gözlərimin yaşını,
Endirib başıma möhnət daşını,
Gülüm, ildırımtək çaxdın da, getdin.

Səyyadın qurduğu xəyallarını,
Boylan səmalardan gör hallarını.
Ömür karvanımın düz yollarını,
Uçurub, dağıdıb, yıxdın da, getdin.

Səni

Qələm qaşlı, ay camallı nazənin,
Nə gözəl yaradıb, Yaradan, səni.
Gözləri piyalə, kiprikləri ox,
Axı, mən tanıdım haradan səni?!

İnsaf elə, yarma bağrım başını,
Tez-tez üzə vurma dostun yaşını.
Çevir “güllü yaza ömrün qışını”,
Mən ki, seçməmişəm sıradan səni.

Ömrümə bəzəksən, onu biləsən!
Canım da qurbandı, əgər diləsən!
Səyyadın qəlbinə qurdun “tələ”, sən,
Silə bilərəmmi oradan səni.

Anlaşılmış

Kimsəyə özümü sevdirəmmədim,
Bal-şəkər sözlərim çor anlaşılmış.
Can dedim, üstümə leşkər yeridi,
Dünyamı qatdılar, sanki, xaşılmış.

Yalançı, fitnəkar, üzəgülənin,
Kələk gəlib tikəsini bölənin,
Tamah üçün xala-xətir gələnin,
Yoluna nur saçan işıq yaşılmış.

Bəxti şeş-beş verib şəfəq saçdıran,
Səhərini diri-diri açdıran,
Şirin şirin yuxusunu qaçdıran,
Xor-xor yatışı da mışıl-mışılmış.

Üzünə olmazın söz deyiləndə,
Nəsil-nəcabatı hey söyüləndə
Səyyad yada düşər, iş əyilındə,
Sən demə hörməti aşıb-daşılmış!

Oğul

Həyatın dolanbac yolları çoxdu,
Çalış enişindən gen dolan, oğul!
Hörmət sərvətini günbəgün artır,
Boş versən olacaq, bil, talan, oğul!

Tamah salma nə dövlətə, nə vara,
Ona qul olanlar düşür azara.
Sadiqlik göstərsən əhdə, ilqara,
Olarsan qəlblərdə ucalan,oğul!

Haramlıq girovlu gözlər doyulmaz!
Sahibi bihuşdu, “yatar”, ayılmaz!
El içində saya düşməz, sayılmaz,
Şeytan fitnəsinə qul olan,oğil!

Vaxtını keçirmə bihudə, veyil,
Gərəksiz vərdişə yönəltmə meyil.
Dünyada heç bir şey əvəzsiz deyil,
Yıxılana olma, əl çalan, oğul!

Sərraf ol, yaxşını yamana qatma!
İmanı yandırıb, günaha batma!
Səyyadın sözlərin quyuya atma,
Bir düz baltalayar min yalan, oğul!


Qəlbimi

Zamanmı kövrəldib, yoxsa ki, həyat?!
Əsən yel də sızıldadır qəlbimi.
Körpə uşaqdan da betər olmuşam,
“Xəfif meh də inildədir hər simi.”

Üzülürəm hər bir köntöy baxışa,
Elə bil ki, ləkə düşür naxışa.
Gözümdə leysanlar durub axışa,
Gözləyir usdufca məqamı, çəmi.

Dillənmir sazımın nə zili, bəmi.
Susdurdu dəyişən ömür yöntəmi.
Səyyad anlamır ki, laxladıb “himi”,
Hanı ata-ana, könül həmdəmi?!

Ömür-gün yoldaşım İlhamə xanıma

Bir el gözəlinə ruhumu verdim,
İllərlə yaşatdı, qıymadı solsun.
Ətəyinə batman dərdimi sərdim,
Yaymadı aləmə eldə car olsun.

Qəlbi əsir etdi özünə məni,
Oldu ürəyimin şəhri-gülşəni.
Dağıtdı başımdan dumanı, çəni,
Qoymadı “bostanım viranə qalsın”.

Bəzən anlaşmadıq, küsdük-barışdıq,
Sözlərlə atışıb, biraz yarışdıq.
Qırğın törətmədik, nə də qırışdıq,
Çoxları çalışdı ixtilaf salsın.

Ürəyindən ürəyimə yol saldı!
Qopardı qəlbimi, kökündən, aldı!
Əbədi yurd salıb orada qaldı,
İmkan vermədi ki, qubarla dolsun.

Pərdəli dolandıq, pərdəli gəzdik,
Hərdən incisək də, tezcə də çözdük.
Qara tikanları kökündən üzdük,
Ki, onun yerini çəmənzar alsın.

Şeriyyat bağçama ətir çiləyib,
Hər kəlməmi əzizləyib, “bələyib,”
Səyyadın yoluna uğur diləyib,
Aman vermədi ki, dərd zəfər çalsın.

Bəri

Gündə min don geyir kefim-əhvalım,
Tərk edib sən məni gedəndən bəri.
Ürəkdən sevinib-gülmür də, gülüm,
“Kədər addım-addım güdəndən” bəri.

Ruh evimin qoruyucu mələyi!
Şaxtalı könlümün qaynar bələyi!
Göz yaşıma döndü xəyal diləyi,
Fələk can evimi “didəndən” bəri.

Fətvanı bilmədim kim göndəribdi!?
Üstümə batmanla kül əndəribdi!
Qələm də Səyyaddan üz döndəribdi,
Yoxluğun pərişan edəndən bəri.


Qardaş

(Səyyad Həsənoğlu)

Qəriblik kövrəldib incə qəlbimi,
Bir baxışdan məni anlayan qardaş.
Qəbuldu hər sözün, bil, incimərəm,
Haqlı iradlarla danlayan qardaş.

Bu qərib diyarda kimim var mənim?!
Dağılmır başımdan dumanım, çənim.
Mənə ürək sözlərini deyənim,
Xiffətimi “əzib sonlayan” qardaş.

Elə köklənmişəm qüssəyə, qəmə,
Kədər “pərçimləşib” göynək sinəmə!
Hanı”şah pərdəmi verməyən bəmə,”
Sözüm “şərbətləyib, ballayan, qardaş?!

Ayırd eləmirəm gecə-gündüzü,
Dərd edib çəkirəm hər köntöy sözü.
Sözümün sərrafı, qəlbimin gözü,
Bəzək-düzək verib “donlayan” qardaş.

Qırğıtək şığıyan qeylü-qalıma,
Ürək-dirək verib müşkül halıma,
Yerini göstərib nadan zalıma,
Axtarıb hər yerdə “yanlayan” qardaş.

Şövq ilə Səyyada açıb qucağın,
Ağırlayıb yurdunun künc-bucağın.
Körükləyib qələmimin “ocağın”,
Misramı, bəndimi “şan”layan qardaş.

Gülsün

Qəm arzu etmirəm, heç bir ürəyə,
Sevinci bol olsun, şadlanıb gülsün!
Xiffət yaşamasın, məyus olmasın,
Fərəhdən süzülən göz yaşı silsin!

Vaxtsız saralmasın, vaxtsız solmasın!
Ah-nalə çəkməsin, naçar qalmasın!
Ömürünü kədər, qəm, “əsir” almasın,
Cənnəti burada yaşasın, görsün!

Tamarzı qalmasın xoşbəxt “payına”!
Günəş doğsun hər gününə, ayına!
Bərəkət ələnsin “ömür sayına,”
Səyyadın diləyi belədir; – bilsin!

Vaxtıdır

Elə usanmışam,elə bezmişəm,
Tərk edib dünyadan köçməyim gəlir.
Tükənmişəm qəlbi daşlar əlindən,
Əcəl şərbətini içməyim gəlir.

Sızlayır könlümün incə telləri,
Saralır, soluxur qönçə gülləri.
Yaşıyıram boşboşuna illəri,
İki yoldan birin seçməyim gəlir.

Bir səs pıçıldayıb söyləyir, Səyyad
Qəlbin parçalanıb, olmamış bərbad,
Söhbəti nə çevir, nə də ki, uzat,
Vidalaş, kəfənin biçməyim gəlir!

Çatıb

Toxunma qəlbimin “sarı sim”inə.
Bilməzsən,orada, eh, nələr yatıb.
Sıldırım yol keçib, eniş-yoxuşlu,
İllərlə gecəsin-qündüzə qatıb.

Erkən düşüb qərib-qürbət ellərə,
Sinə gərdi çox amansız “yellərə.”
Nələr dözdü zəqqutumlu dillərə,
Batmanla “tikanlı sözlərə batıb”.

Əpriyib ələndi ömrümün badı,
Daha yapışmayır calağı, çatı.
İstəyirsən qurban eylə Səyyadı,
Dolandır başına, ta vaxtı çatıb.

Ana yanğısı

(Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş “MAXE” Mətləb Zamanovun anası;-əmim qızı Gülpəri xanımın timsalıda bütün şəhid analarına xitabən)

Bir igid balasın itirmiş Ana,
İndi baş daşından ayrıla bilmir.
Gözləri buluddan nəm çəkib sanki,
Elə hey ələyir, qurutmur, silmir.

Bala məhəbbəti qəlbini didir,
Gecə-gündüzü yox,xəyal yol gedir.
Ayrılıq ananı yaman incidir,
Küsüb dünyasından, danışmır, gülmür.

Unudub özünü, ilin ayını!
Xatırlamır xoş vaxtının sayını!
Taledən yazılan bu dərd payını,
Ana özü çəkir, kimsəylə bölmür.

Bəyaz saçlarını öpürəm, bacı!
Bilirəm, bu dərdin yoxdu əlacı.
Səyyadın qüruru, başının tacı,
Şəhidlər qəlblərdə yaşayır, ölmür.

Gününüz aydın

Ay əziz qardaşlar, ana-bacılar,
Sabahlarınız aydın, gününüz aydın!
Erkəndən oyanıb dua edənlər,
İbadətiniz aydın, dininiz aydın!

Hazırlaşıb səfər üstə çıxanlar,
Boyun büküb eyvanlardan baxanlar,
Gözlərindən nur çeşməsi axanlar,
Keçəniniz aydın, yeniniz aydın!

Gecə-gündüz gözü yaşla dolanlar,
Dərdi-qəmi, sıxıntısı olanlar,
İntizardan boynu bükük qalanlar,
Xiffətiniz aydın, ününüz aydın!

Nahar edib, pürrəngi çay içənlər,
Dincəlməyə yaylalara köçənlər,
Ömrün yeni zamanına keçənlər,
İlləriniz aydın, sininiz aydın!

Vətən keçiyində mətin qalanlar,
Qürur ilə ürəklərə dolanlar,
Peşəsində yeni rütbə alanlar,
Vəzifəniz aydın, çininiz aydın!

Yurdumu düşməndən azad edənlər,
Düşmən bağrın parçalayıb, “didənlər,”
Bütövlüyə addım-addım gedənlər,
Cığırınız aydın, iziniz aydın!

Eldən-elə qardaşlığa “yol quran,”
Tikanlı kolları tapdayıb, qıran,
Vətən deyə nərə çəkib hayqıran,
Harayınız aydın, səsiniz aydın.

Səyyada ruh verən ününüz aydın!
Bu bayram əhvallı gününüz aydın!
Vətəni yaşadan diliniz aydın!
Milyonlarınız aydın, mininiz aydın!
Açılan səhərlər, gününüz aydın!

Qayıtdı

Bu gecə yuxuda xəyalım yenə,
Yurdumu dolanıb, ağlar qayıtdı.
Görüb, qəmə batıb, alışlb-yanıb,
Çəkib sinəsinə zoğlar, qayıtdı.

Nə illah elədim, susdu, dinmədi!
Məni suçlu bildi, göydən enmədi!
Küsüb, aralandı, geri dönmədi,
İmdad diləyirmiş bağlar,qayıtdı.

Hayandan-hayana enib çox küskün,
Söylədi yurd-yuvan qalıbdı miskin.
Hayqırıb bozardı, üstümə kəskin,
Dedi; – üz döndərib, dağlar, qayıtdı.

Gördü sızıldayır qəlbimin simi!
Laxlayıb Səyyadın ömrünün himi!
İtib dünyasının nizamı, çəmi,
Əriyib köksündə yağlar, qayıtdı.

Məni

A dostlar körpədən kövrək olmuşam,
Yanakı bir baxış, öldürür məni…
Elə nazilibdi qəlbimin simi,
Az qalıb, dünyadan sildirir, məni.

Umduğum yerlərdən “xəncər” alıram,
Dərd eliyib ürəyimə salıram.
Məəttələm; – axı necə qalıram?!
Belə bir düşüncə “güldürür”,məni.

Sinəmdə bilinməz çox neştərim var,
Qoymur ki, gül açsın yenidən “bahar”.
Səyyad sızıldayıb eləyir zinhar,
Son, özün anladıb, bildirir, məni.

Mən

Soruşdun sərvətim; – yaxşı qulaq as,
Sidq ilə sığındım Sübhanıma, mən.
Hər nə verdi qail olub, barışdım.
MaşAllah söylədim, hər anıma, mən.

Tamarzı qalmayıb heç bir nemətə,
Üstünlük vermədim zərə-zinətə.
Acgözlük etməyib min naz-nemətə,
Boylandım kisədə imkanıma, mən.

Qədərə nə yazdı, şükür dilədim!
Qəmli vaxt da oldu, leysan ələdim!
Tamahımı ifçin-ifçin bələdim,
Qoymadım qor salsın, vicdanıma, mən.

Var dövlət dediyin, təmiz, pak addı,
Çoxları bil ona, tamarzı, yaddı.
Ona qul olanın halı bərbaddı,
“Söykəndim”, Süleyman sultanıma mən.

Artıqsa,ətrafa yön tutsan,gözəl!
Haqqın dərgahına ucalar min əl!
Gödəni hər şeydən tutdunsa əzəl,
Nə deyə bilərəm, sən xanıma, mən.

Bir Ona bəllidi, qəlbi Səyyadın.
Üstün bildim O-nun müqəddəs adın.
Bəzən itirsəm də ağzımın dadın,
Yaymadım heç yerdə, heç yanıma, mən.


Bir qəhramanı

Qüdrətli ordumun Baş komandanı,
Zəfərlə tanıtdı Azərbaycanı!
Həzm elə zəfəri, sən də bil,tanı,
İlham kimi sərkərdə, bir qəhrəmanı!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

İgidlər döyüşə əzmlə girişdi,
Düşmənin ürəyi parladı, şişdi.
Bir Mübariz getdi, mini yetişdi,
Əzizlə diz üstə bu şərəfşanı!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

Poladın zərbəsi çox bel sındırdı!
O bir işarəydi, qanmaz qandırdı!
Qisası minlərlə canı “yandırdı”
Qalmadı düşməndə, alındı qanı!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

Bir də əl uzansa, əllər kəsilər!
Hədyan söylənərsə, dillər kəsilər!
Qanadlar kəsilər, qollar kəsilər,
Səhv salsa “qaymaqla”, “iyli ayranı”!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

Zəfəri həzm edə bilməyən naqis,
Səndə insanlıqdan yoxdu heç bir hiss.
Qəlbi çirkab dolu zavallı xəbis,
Ayıl, sonra olma sözün peşmanı!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

Millətimin var şərəfi, qüruru!
O bəyənməz sənin kimi şeypuru.
Allah verməyibmi sənə şüuru?!
Tanımırsan nökər ilə sultanı!
İlhamtək sərkərdə, qərəman hanı?!

Neçə Saleh iz qoydular Şuşada!
Layiq görüldülər Qəhrəman ada!
Qürurla gəzirlər eldə-obada,
Bilinmir alqışın sanbalı-sanı!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

İllər boyu qəm-kədərli görünən,
Həsrət libasını geyib,bürünən,
Əzəl gündən dizin-dizin sürünən,
Səyyadın Vətənə qurbandı canı!
İlhamtək sərkərdə, qəhrəman hanı?!

Müəllif:  Səyyad Əhmədli (Göyçəli)

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

AYBƏNİZ HƏŞİMOVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Atakişiyeva Həcəin yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Sevirəm
Səninlə bir yola gedə bilmərik,
Öz dünyam var,orda bir can sevirəm.
Kəc baxmaram bir kimsənin malına,
Gözü bağlı ötməyi yan,sevirəm.

Dəyişmirəm zaman-zaman ,,gülləri,”
Çox naşıyam,bilməm fəndi-felləri,
Yalquzaqtək dolaşıram çölləri,
Sən saraylar,mən biyaban sevirəm.

Qeyrət,namus, pul-parayla ölçülməz,
Ucalanlar ad qoruyar,kiçilməz,
Namərdlərin körpüsündən keçilməz,
İsbat edib bunu zaman,sevirəm.

Ağlına qar yağsın, yaşından utan,
Mənliyini ,,şana-şöhrətə” satan,
Halal ,,mayasına” haramlıq qatan,
Qoysunlar belinə palan,sevirəm.

Şümür gözü əymə sola,gah, sağa,
Xain olma əyləşdiyin budağa,
Zəhrimar dilinə ola qadağa,
Çıxa yara,bata tikan,sevirəm.

Səyyadam dolandım təmiz adıyla,
Xoş davrandım həm qohumla,yadıyla,
Dostluq edib fəqirlərin ,,oduyla”,
,,Alışmağı”,bil ki, yaman sevirəm.


Gedirəm
Şəhərin çiskini qorxulu deyil,
Göyçənin həsrəti üzdü,gedirəm.
Tamarzı qalmışam buz bulaqlara,
İçdiyim su lildi,duzdu,gedirəm.

Bir xəyalmış o dağlarda səkdiyim,
Bənd-bərədə at nalını tökdüyüm,
Neçə-neçə qollar əyib bükdüyüm…,
Şəhər məni ,,əydi,büzdü”,gedirəm.

Öyrəndik nə’rəni dağlar selindən,
Şikar saldırmağı qartal əlindən,
Sonalar çıxardıq ayna gölündən,
Sanki,nağıl, ya boş sözdü,…gedirəm.

Yox!
Yaşa boylanıb, qoca demirəm ,
Hələ onu həzm eləyib ,,yemirəm”,
Sanırdım ki, sarsılmazam,dəmirəm,
Demə əyən nəzər, gözdü,gedirəm.

Səyyad şəkk eləmir dediyi sözə,
Allahın lənəti gəlsin bəd gözə.
Bir vaxt deyirdim ki,çataram yüzə,
Erkən dedim yetdim ,,yüzə,” gedirəm.


Vətəndə – vətənsiz
Elə kövrəlmişəm,bir himə bəndəm,
Axıtmağa, gözlərimin yaşını.
Vətəndə, vətənsiz;-çəkilməz dərddi…,
Yuxumda öpürəm torpaq- daşını.

Çox üz-üzə qaldım yaxşı-yamanla,
Ümidlər bəsləyib keçən zamanla,
Ötürdüm ömürdən böyük gümanla,
Neçə-neçə baharını, qışını.

Allahdan dilə sən qovuşdurmağı,
Qoyma xəzan olsun könül yarpağı,
Az axıt göz yaşı, deməynən ağı,
Səyyad,dik tutarsan sən də başını.


Bilin
Mənim öz dünyam var,öz aləmim var,
Orda paxıllığa yer yoxdu bilin.
İnsanlıq deyilən sadə məkandı,
Qapısı açıqdı hər vaxtı,bilin.

Ora girən məyus olmaz, üzülməz,
Çöhrəsində peşmançılıq sezilməz,
Güvənlidi,usanılmaz,bezilməz,
Qəlbi qaralara yay-oxdu,bilin.

Leysan olar,buludlardan axılar,
Şimşək olub atəş kimi çaxılar,
Sevincə sevinər,qəmə sıxılar,
Saxtakar əməldən uzaxdı, bilin.

Səyyad sərvət üçün zarımaz,sınmaz,
Şükr edər payına,olanı danmaz,
Kələfli işlərdən anlamaz, qanmaz,
Şər-böhtan əməldən qaçaxdı,bilin.


Düşdü
Elə qəribsədim,elə darıxdım,
Göyçəmiz yadıma düşdü,nə düşdü.
O zərli kəndimin tamarzısıyam,
Yandı bağrım başı,bişdi,nə bişdi.

Dilim qabar oldu dad diləməkdən,
Usandım xatirə il “bələməkdən”,
Yadıma düşdükcə sel ələməkdən,
Kor oldu gözlərim,şişdi,nə şişdi.

Allahdan ümidin üzməyib Səyyad,
Ünü ərşə qalxsa,etsə də fəryad.
Qınamasın qohum,qınamasın yad,
Günü qəm-qüssəylə keşdi,nə keşdi.
[08.04 11:53] Səyyad G: ~Gülür ~
Yenə bahar gəlir ana yurduma,
Çəmən gülür,çiçək gülür,gül gülür.
Günəş öz nurunu yayır dağlara,
Sellər aşıb daşır,güzən, çöl gülür.

Bozarmış meşələr geyir tər libas,
Bülbüllər güllərə edir iltimas,
İnsanlar sevinir,quraraq təmas,
Hər kəs bayramlaşır,dodaq,dil gülür.

Səyyad təbrik edir misralarında,
Səadət diləyir dualarında.
Gözəl havaların sədalarında,
Qız gəlin oynayır,incə bel gülür.


Odunda yanım
Sən bir şəm ol,mən pərvanə,
Alışdır, odunda yanım.
Ürəyindən hərarət ver,
Bəlkə dinclik tapa canım.

Hər bir kəlmən məlhəmimdi,
Həm zilimdi,həm bəmimdi,
Bu günümdə həmdəmimdi,
Qoymur dərd-qəmdən talanım.

Səyyadın müştaqdı gülə,
Bənzərsən şeyda bülbülə!
Qurban olum şirin dilə,
Qıyma yansın din-imanım.
Məni ,,atəşə”salanım.


Amandı
Ömrümə yazılan ay ömür payım.
İnciyib qaş-qabaq salma, amandı.
Himə bənddi, patlamağa çalışan,
Ürəyimi nişan alma, amandı.

O xəznədə bil, xüsusi payın var,
Deyiləm vəfasız, ya da biilqar.
Dünyada hamının bir gedişi var,
Bulud kimi belə dolma, amandı

Anam yoxdu ağı deyib ağlasın,
Qızım yoxdu ürəkləri dağlasın,
Ata deyə qəlbi qübar bağlasın,
Bu,həyatdı,məyus olma, amandı.

Ruhum dolanacaq,başının üstə,
Gülər gözlüm, şirindil, boyubəstə,
Ara-sıra sızlayanda ahəstə,
Dərd əlində əsir qalma, amandı.

Hər gələn nəfsini tökdü də getdi,
Könül taxt-tacımı viranə etdi,
Səyyad,ta, ömrünün sona yetdi,
Xiffət edib, gülüm,solma, amandı.


Kimi
Mənə bir sevgi ver,başına dönüm,
Daşıyım mən onu məzara kimi.
Qoruyan mələyim olsun həyatda,
Məhv etsin bədliyi…, azara kimi.

O sevgi səs salsın bütün düyaya,
Sorağı yayılsın ulduza, aya.
Bütün dərdlərimi döndərib ,,suya,”
Qoparsın sinəmdən bir yara kimi.

Səyyadı yandırıb kül eləsin,kül,
Səsinə səs versin hər şeyda bülbül.
Qaşları bir kaman,saçları sünbül,
Məlhəm ol dərdimə bir çara kimi.
[08.04 11:53] Səyyad G: ~ Eh, paxıllıq,paxıllıq~…

Əmması olmasa hər deyilənin,
Dünyada gözəllik aşıb-daşardı.
Paxıllıq qəlblərə yol tapmasaydı,
İnsanlar şad-xürrəm ömür yaşardı.

Özün üstün bilən xamdı,naşıdı,
Düşünsün ki,Süleyman nə ,,daşıdı”?!
Abır,ismət,insanlığın ,,başı”dı,
Dədələr beləcə el dolaşardı.

Şeytan ara qatıb nifaq salmasa,
Ət-dırnaq arası girən olmasa,
Dərd əlindən saralmasa,solmasa,
Səyyad da ürəkdən nəğmə qoşardı.

Məzar başında ,,söhbət”

Uzat əllərini qoy sinəm üstə,
Məlhəm olub dərdlərimi kiritsin.
İllərdi ki,göynək olmuş yaramı,
Misqal-misqal,gilə-gilə çürütsün.

Gözləmirdim bu sevdanın sonunu,
Fələyin varıymış özcə qanunu!
Buza dönmüş sevdamızın donunu,
De, kim nəfəs versin,de,kim əritsin?!

Səyyad nələr çəkir,yoxdu xəbərin,
Əsiri olubdu qəmin-kədərin!
Üstünə şığıyan külli-ləşkərin,
Hansın dayandırsın,hansın,,yeritsin”.


Çəkdilər başa
Öz-özümə düşündümkü, yaşadım,
Sən demə ömrümü vermişəm boşa.
İnanıb hər sözə, ürək qoyan mən,
Məclisdə gədanı çəkdilər başa.

Fənd-felim olmadı gəlmədim kələk!,
Duymadım qarşımda şeytan,ya mələk!,
Üyünüb ələndim hey ələk,ələk,
Sirdaş sandıqlarım etdi tamaşa.

Səyyad,çabalamaq gecdi, biləsən,
Duymadınmı tez alışar tələsən?!
Məkirli işlərdə xamsan hələ sən,
Barış dərdlərinlə, yaşa baş-başa.

Müəllif: Səyyad Əhmədli (Göyçəli)

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Dəli könül
Dəli könül nə atlanıb, düşürsən,
Tale sənə nə veribdi barış, get.
Qədərin,qismətin nə isə götür,
Çalış doğru yolçulara qarış ,get.

İnsanı ucaldan namusdu,ardı,
Əfsanə seylərdi, puldu, ya vardı
Çəkmə çox xiffətin, o, bir azardı,
Şükr elə, bəsindi qəpik-quruş , get.

Arxaya boylanıb alışma, yanma,
Namərdin yanında əyilmə, sınma,
Səni tərk edəni düşünmə ,anma,
Fələklə əbəsdi, bil ki, yarış, get.

Var-dövlət fanidi,boşdu, bil onu
Aqillər cox yaxşı bilirlər bunu,
Beşcə arşın ağdı həyatın sonu,
Arxanca gələnə ver ismarış, get.

Səyyad, bu işlərdə gəl olma naşı
Varmadın fərqinə, öturdün yaşı
Əgər ki, istəsən ağrımaz başı,
Uzaqlaş bu işdən, qarış- qarış , get.

      

Gələk

Ay aran gözəli gedək mənimlə,
Ulu Göyçəmizi dolanıb gələk.
Bənzəri olmayan dağlarımızda,
Bitən gül-çiçəyə bulanıb gələk.

Qoyaq izimizi hər bərəsində,
Uyuyaq qartalın qıylı səsində,
Üç daşlar, Yelli yurd,Şıx dərəsində,
Buzlu bulaqlarda sulanıb gələk.

Uşaq vaxtı bir az kənar gəzdiyim,
Qorxa-qorxa yarpağını üzdüyüm,
İncidəndə hərdən dodaq büzdüyüm,
Gicitkən kolunda dalanıb gələk.

Səyyadın saralmış-solmuş kəndinin,
Yağı tapdağında qalmış kəndinin,
Dilinin əzbəri olmuş kəndinin,
Birlikdə oduna qalanıb gələk.

         

Anadı

Bu dünyaya,gələn gündən, biləsən,
Həyatında, xanimanın, Anadı.
Aldığın nəfəsdi,gözünün nuru,
Çox sevdiyin şirin canın,Anadı.

Qüssədən, kədərdən sozalsan da sən,
Dilində əzbərdi,qocalsan da sən,
Hansı zirvələrə ucalsan da sən,
Şan-şöhrətin,adın-sanın ,Anadı.

Qaşqabaq sallayıb, olma acıdil,
Məhşərdə yanarsan, onu yəqin bil,
Rəftarın xoş olsun,qucaqla, de-gül,
Dost-tanışın, dördbiryanın, Anadı.

Məndən şeir uman ,a özbək qardaş,
Qulaq as, söyləyim,heç qalma çaş-baş,
Namus da,qeyrət də…həm də ki, sirdaş,
And içdiyin saf vicdanın ,Anadı.

Kəlməsi,hikmətdi, əməl et, Səyyad,
Onun göstərdiyi yolla get, Səyyad,
Peyğəmbər (s)söylədi,sırğa et,Səyyad,
Həm cənnətin, din-imanın, Anadı.

 

Sən bir şəmsən

Sən bir şəmsən, mən pərvanə,
Hey başına dolanaram,
Aşkar, gizli, atəşinə,
Alışaram, qalanaram.

Sən çiçək ol, mən də bağban,
Sığal çəkim ləçəyinə,
Xoş ətirin məlhəm olsun,
Bağbanının ürəyinə.

Bəd nəzərdən uzaq olub,
Biz yaşayaq ömrümüzü,
Kədər-qüssədən aralı,
Şən keçirək günümüzü.

lhamımı səndən alıb,
Cəh-cəh vurum bülbül kimi,
Aləmə bəyan eləyim,
Sənə olan saf eşqimi.

Boş verək hər deyilənə,
Sanki küləklər aparmış
Desinlər Səyyadın qəlbin,
Cananı kökdən qoparmış.

        

Yazım

Şeir istəyirsən məndən a dostum,
Kədərdənmi yazım, dəmdənmi yazım
Sazım köklənibdi qəmin üstünə,
Dindirim zildənmi, bəmdənmi , yazım.

Şuxluq kənar gəzir xanimanımdan,
Hansı xoş günümdən,bir xoş anımdan,
Əlimi üzdüyüm sağlam canımdan,
Saçıma tökülən dəndənmi yazım.

Özünü yalançı bəy seçənlərdən,
Süfrəmdə əyləşib yan keçənlərdən,
Sərəfə söyləyib, mey içənlərdən,
Yalançı dostlardan, səndənmi yazım.

Dəyməsin xətrinə Səyyadın sözü,
Qalmayıb heç kimin varında gözü,
Söz verə bilmirəm,söyləyim düzü,
Qabında kif tutmuş dəmdənmi yazım.

      

Heyif

Bacarasan yaşamağı,gözəldi,
Hər şeyi dərd edib çəkənə heyif.
Ömür karvanını vaxtsız, vədəsiz,
Tərk edib dünyadan köçənə, heyif.

Biganə ol, unut dünya qəmini,
Möhkəm saxla həyatının himini,
Sızıldadıb ömrün sarı simini,
Gözündən leysanlar tökənə, heyif.

Allahdan doğru yol dilə sən Səyyad,
Onun dərgahında köləsən Səyyad,
Var-dövlət fanidir,biləsən Səyyad,
Altundan saraylar tikənə, heyif.

Müəllif: Səyyad Əhmədli (Göyçəli)

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru