Tanınmış yazar Əsmər Hüseyn Xan “Qızıl Qələm” mükafatına layiq görülüb. Yazarlar.az olaraq, laureatı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Əsmər xanım!!!
Səxavət Qarabağlı (Məmmədova) 1977 ci ildə Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. 1993 – cü ildə köçkün düşənədək Ağdam rayonunun Şurabad kəndində yaşayaıb yaratmışdır. Məlum hadisələr nəticəsində dogma evini tərk etməyə məcbur qalanda ta uşaqlıq illərindən yazdığı bütün şeirləri itib. Səxavət xanım bu halı özü belə ifadə edir: “ … Şeirlərim evimizdə qaldı və bu bir körpənin xəyallarının paramparça olması demək idi. 2013 – cü ildə yenidən şeirlər yazmağa başladım… İndi ordumuzun şanlı qələbəsindən sonra daha xoşbəxtəm… Sanki həyatımın Ağdamda qırılıb qalan o hissəsindən gənclik çağlarımdan yaşamağa davam etməyə başlamışam…”
Səxavət QARABAĞLIdan bir neçə şeir:
TEZ GƏL YARIM Ömür viran olmadan, Ürək talan olmadan, Həyat yalan olmadan, Tez gəl həyat çox qısa. * * * Susuz qalan bulağam, Odu sönmüş ocağam, Tikan üstdə qonağam, Tez gəl həyat çox qısa. * * * Gələn yolunmu bağlı? Bu aşiq qəlbi dağlı, Yoruldu Qarabağlı, Tez gəl həyat çox qısa.
KASIB MƏRD OLAR Kasıb süfrəsində halaldı çörək, Süfrəni ürəklə açasan gərək, Halal süfrələrin qonağı mələk, Heç evdə görməsin zaval qonağı. * * * Nə qədər ucalsan hərdən başı əy, Nə kasıbı incit, nə qəlbinə dəy, Olsan da padşah, lap tutaq ki, bəy, Xoş səda ver, çalış xoş al sorağı. * * * Səxavətin nədir axı qəzəbi? İstəmir var dövlət, istəmir dəbi, Kasıb olsa əgər boş qalsa cibi, Şan-şöhrəti onun halal olmağı…
SAF QƏLBIM Saf qəlbim başıma bəla, Bicliyim, fırıldağım yox. Qəzəbim dağlar əridər, Qəlbimin qəzəbindən qorx. * * * Daşacaq səbr kasası, Məzarın olacaq ürək, Oynama gəl saf qəlbimlə, Sındırma, onsuzda kövrək. * * * İntizar dostu bu qadın, Nə qoysun sevginin adın? Haçandır yolda qoyduğun, Gözlərin nurunu aldın…
Şair-publisist Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə birlikdə “Məzəli Hərflər” müsabiqəsindən sonra. (25.05.2017. Şamaxı ş.)Zaur Ustac Arif Hüseynzadə adına 20 N: li tam orta məktəb-liseyin şagirdləri ilə 9 may Qələbə Gününə həsr olunmuş tədbirdə. (08.05.2018. Bakı ş.)
Mən Əliyev Sevindik Nəsib oğlu (Sevindik Nəsiboğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olsam da, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindənəm. 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, hazırda həmin məktəbin 7-ci sinifində oxuyuram, dərs əlaçısı olmuşam. Mən hələ 4-5 yaşlarımdan yazıb-oxumağa başlamış, eyni zamanda kompüteri öyrənərək Vikipediya vasitəsilə ilə Azərbaycanımızın keçmişi, tanınmış şəxsiyyətləri, sərkərdələri, şairləri və sənətkarları barədə məlumat toplamış, elə həmin vaxtlardan kiçik həcmli hekayələr və şeirlər yazmağa başlamışam. Məni həmişə zaman-zaman Azərbaycanımıza qarşı edilən haqsızlıq və ədalətsizliklər, torpaqlarımızın hər hansı yolla işğalı, vətənimizin parçalanması düşündürüb və narahat edib. Ona görə də, yazdığım 400-dən çox şeirin əsas mövzusunu Vətən, torpaq həsrəti, türkçülük, müsəlmançılıq, işğal olunmuş ərazilərimiz, müstəqillik və ərazi bütövlüyü yolunda canını əsirgəmədən fəda etmiş Vətən oğulları və qızları, istiqlal, bu yolda ömrünü şam kimi əritmiş liderlərimiz, şairlərimiz, yazıçılarımız, vətən fədailəri, bayraq sevinci, bir də həmyaşıdlarıma vətən, vətəndaşlıq barədə bildiklərimi çatdırmaq təşkil etmişdir. Şeirlərim hələ 2015-ci ildən “Abşeron təhsili”, “Respublika xəbərləri” qəzetində dərc olunmuş, milli radiomuzun “Navalça” verilişində, milli televiziyanın efirində uşaqlar üçün yayımlanan “Pillə”, “Lider” TV-nin “Çıxış yolu”, “Dünya” TV-nin “Məhəbbət nəğmələri” və “Hər uşaq bir incidir” adlı verilişlərində dəfələrlə şeirlərim səsləndirilmişdir. Respublika Milli Kitabxanasında, Abşeron rayon təhsil şöbəsinin keçirdiyi ictimai tədbirlərdə dəfələrlə çıxışlarım olmuşdur. Əla oxuduğuma, ictimai fəallığıma görə rayon rəhbərliyi və məktəb tərəfindən çoxsaylı tərifnamə və diplomla mükafatlandırılmış, 26 dekabr 2017-ci ildə Azərbaycan Respublikası “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” fəxri diplomu ilə təltif olunmuş, eyni zmanda “Afia.az” informasiya agentliyinin “Sizi tanıyaq” layihəsində uğurlu iştirakıma görə uşaqlar arasıdna “Ən yaxşı yazar”, eləcə də, “İlin şagirdi” diplomlarına layiq görülmüşəm. 2018-ci ildə “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir kitablarım nəşr edilmiş, 2019-cu ildə Respublika Milli Kitabxanasında həmin kitabların təqdimatı keçirilmiş, həmin ildə “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomuna layiq görülmüş, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olmaqla bu qəzetdə çoxsaylı məqalələrim, araşdırmalarım, şeir və hekayələrim dərc edilmişdir. 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir kitablarım nəşr edilmiş, “Ulu Naxçıvanım” adlı kitabımın “Lider TV”-nin “Çıxış yolu” verilişində təqdimatı keçirilmişdir. 5-ci kitabımda işıq üzü görəcək 70-dən çox hekayə, araşdırma və məqalələrim, eləcə də, vətənpərvərlik mövzusunda yazdığım şeirlərim “Kredo” qəzetində dərc edilmiş və çoxsaylı izləyicilərə “Afia.az” informasiya agentliyi vasitəsi ilə çatdırılmışdır. Yuxarıda qeyd olunan mövzularla əlaqədar geniş düşüncələrim var, işğaldan azad edilmiş torpaqlarımız, çiçəklənən Azərbaycanımız naminə yaradıcılığımı uğurla davam etdirməkdəyəm.
Kənan ZƏKA – Bayramov Kənan Əhliman oğlu 2002 – ci ildə Goranboy rayonunun Qaraçinar kəndində anadan olmuşdur. 2008-ci ildə Qaraçinar kənd Tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir . 2020-ci ildə Azərbaycan dillər universitetinin filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) fakültəsinə qəbul olmuşdur . Hal-hazırda 1-ci kurs tələbəsidir. “Yazarlar” jurnalının müstəqil yazarlarından biridir.
Sən olmasaydın, ölərdi mənim son hisslərim … Yaşı quruyardı, kirpiyi tökülərdi, kor olardı, bu gözlərim … Gəlməzdi dünyama baharlar, qışlar inan, heç səmamda uçmazdı da quşlar. Sən olmasaydın, bilməzdim ki, eşq nədir, aşiq kimdir, yuxular ilandır, zəhəri bətərdir … Sən olmasaydın, yıxılardı başıma, bu uçuq dünya . Sökə-sökə, tikə-tikə, ölə-ölə dünya tikərdim mən özümə guya … İndi elə bil ki yoxsan, yoxsanmı, əzizim, daha ? Yaşı qurumur, kirpiyi tökülmür, donub qalıb bu kor olası mirət. Yenə uçmaq istəyir səmamda, qanadı qırıq, ürkək quşlar, Amma heyif ki, yağır göydən daşlar. Bahar da gəlir e, gözümün işığı, sevdiyimiz həmin fəsil, sevdiyimiz həmin hava … Eh, əzizim … Əzizim, mən hara, dünya hara, sən hara … İşdir, birdən alınmaz, baxma, nakam gedərəm . Sən Allah, mən sənsiz ölsəm, məni çoxdan bağışla …
15.03.2021.
BİR AXŞAM…
Bir axşam qoca palıd ağacının altı, Yenə saatın əqrəblərində ilişmişəm. Ən yaxınım yupiter qədər uzağımda, Nə vecinədir axı, nələr çəkmişəm… Ups… Deyəsən şimşək çaxır, düz başımın üstdə Ayaqlarım corabsız, şalvarım dizdən. İslanıb batıram səssiz bir küncdə Axı, batanın yağışdan nə qorxusu… Hey ? Sizinləyəm,gəlin görüm bir-bir çiynimə Yoxlayaq hərənizi, yarışdıraq çəkinizi. Sağımdakı mələk yaman gülümsünür Görən çoxmu qanadıblar dizini. Şişt … Heç kimə heç nə demə, az qalıb Bir gün bitəcək tüfeyli günlər Əlimi uzadıb dınqıldadacam sazımı, Görüm səsini hansınız eşidəcək ? La-la-la … Fikir vermə dilimə, beynimə nəğmə çalır Kürəyimdəki oxlar yaman əcayib Mən çıxartdıqca özü yenidən batır, Elə bil dostlarımın əmanəti deyillər. Hah-hah- hah … Bilirəm, onlar heç nə anlamayacaq Qayığıma təkan verirəm, özü gedir . Dibə batması an məsələsidir, Nə fərqi var? Ruhum ki çoxdan gedib. Mən..Siz…Onlar…Dünya…Aləm… Bir ləzzətə uyub beləcə gedirik, Doğrusu, heç özüm də bilmirəm nə nədir… Yazıram bu hər nəyimdirsə, burda qalsın Bir gün düşüncəmi də oğurlasaz Analiz edərsiz , görən bu dəli nə deyir …