CEYHUN MƏMMƏDOV HAQQINDA

Ceyhun Məmmədov – Siyasətçi.

Ceyhun MƏMMƏDOV — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru.

Həyatı
Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.

Təhsili

  • 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır.
  • 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır.
  • 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Peşə fəaliyyəti

  • 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi.
  • 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır.
  • 2002–2012-cı illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin “Dövlət və Din” ictimai fikir toplusunun redaktoru olmuşdur.
  • 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır.
  • 2013–2014-cü illərdə [[Şərqşünaslıq İnstitutu|AMEA-nın Şərqşünaslıq institutu]]nda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur.
  • 2015-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
  • 2017–ci ildən Azərbaycan Dillər Universitetində müəllim kimi çalışır.
  • 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunda müəllim kimi çalışır.

Elmi fəaliyyəti

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dissertant olmuşdur. Fəlsəfə doktoru dissertasiyasını AMEA-da Dinşünaslıq ixtisası üzrə “Şəmsəddin əs-Səxavi və onun “Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri” mövzusunda müdafiə etmişdir.

Elmi məqalələri

  • Azərbaycanda dini dözümlülük ənənələrinin bərqərar olmasında Heydər Əliyevin rolu, “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər”, Beynəlxalq Konfrans, 3–4 aprel 2007-ci il
  • Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış, “Dövlət və din” jurnalı, [[Bakı]], 2008 (may)
  • Azərbaycanda toleranrlıq, “Dövlət və din jurnalı”, Bakı, 2006 (noyabr)
  • İslamda məzhəblərin yaranması, “Dövlət və din jurnalı”, Bakı, 2010 (mart-aprel)
  • Dini maarifləndirmənin aparılmasında informasiya texnologiyalarının rolu, “Dövlət və din jurnalı”, Bakı, 2010 (iyul-avqust)
  • İnsan həyatında vaxtın dəyəri, “Dövlət və din” jurnalı, Bakı, 2009 (fevral)
  • İslam və insan sağlamlığı, “Dövlət və din” jurnalı, Bakı, 2007 (mart)
  • İslamda vəqf, “Dövlət və din jurnalı”, Bakı, 2007 (iyul)
  • Məhəmməd əs-Səxavinin yaradıcılığı, “Elmi axtarışlar” jurnalı, Bakı, 2004
  • Məhəmməd əs-Səxavinin suffə əhli haqqında, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
  • İslamda ilk təlim və təhsil ocağı, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
  • Qurani-Kərim suffə əhli haqqında, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
  • Suffə əhlinə peyğəmbər qayğısı, “Dövlət və din” jurnalı, Bakı, 2009 (iyul-avqust)
  • “Azərbaycanda dövlət-din münasibətləri” “Dövlət və din jurnalı”, Bakı,2007 (mart)
  • “Azərbaycan Respublikasında din və etiqad azadlığı”, “Dövlət idarəçiliyi və təcrübə” jurnalı, Bakı, 2016
  • “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (mart)
  • “Dini ekstremizmin qarşısının alınması: mövcud vəziyyət və təhdidlər”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (oktyabr)
  • “Azərbaycanda tolerantlıq: tarix və müasirlik”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (dekabr)
  • “Sovet hakimiyyəti illərində Azərbaycan SSR-də dövlət-din münasibətləri (1920–1927-ci illər) “Dövlət və din” jurnalı, Bakı, 2017 (aprel)
  • “Azərbaycanda din təhsili”, “Din araşdırmaları” jurnalı, Bakı, 2018 (dekabr)

Rektor təyin edilməsi

  • Azərbaycan İlahiyyat İnstitutu 2018-ci il Fevral|fevral ayının 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla isə Ceyhun Məmmədov bu insitituta rektor təyin olunmuşdur.
  • Milli Məclis Deputatı seçildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əlitevin 9 mart tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunmuşdur.

Təltiflər

  • Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı]] ilə təltif edilmişdir.
  • Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli K-1826 nömrəli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilmişdir.

YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

2 thoughts on “CEYHUN MƏMMƏDOV HAQQINDA”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir