SƏNGƏR
(Lələtəpə şəhidlərinin xatirəsinə)
Ana namusudur,bacı isməti.
Boynuna biçilib ərən xisləti
Bu ulu millətin uca qisməti,
Haqqın ən müqəddəs yeridir SƏNGƏR!
* * *
Ocagı alışıb Babək közündən,
Bir cınqı yayınmaz qırğı gözündən.
Vətən kəlməsindən,Vətən sözündən
Güc alan möcüzə,sehrdir SƏNGƏR!
* * *
Müqəddəs olçüdür,müqəddəs mizan,
Varlığı düşmənin varlığın pozan,
Vətəni şəfqətlə bağrına basan ,
Isti bir qucaqdır,mehrdir,SƏNGƏR!
* * *
Üçrəngli bayrağı dalğalandıran,
Düşmənin bağrını yaxıb-yandıran
Göyçəli Sonanı ilhamlandıran,
Bir döyüş himnidir,şeirdir SƏNGƏR!
Müəllif: Sona Abbasəliqızı
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Uğurlu olsun
ORDUMUZ
Yarandığin ilk gündən,
Oldun düşmən qorxusu.
Səninlə fəxr edirik ,
Azərbaycan ordusu.
…
Canından əziz sevir,
Vətəni evladları.
Gözbəbəyi qartalın,
Pərvazlı qanadları.
Səninlə fəxr edirik,
Azərbaycan ordusu.
…
Mübarizlər olmusuz,
Sülhə dayaq olmusuz,
Siz xilaskar olmusuz,
Azərbaycan ordusu.
…
Yarandığı ilk gündən,
Olub düşmən qorxusu.
Şöhrətimiz şanımız,
Azərbaycan ordusu!
MÜƏLLİF: SEVDA İBRAHİMLİ. 2.04.2018.