Ana mövzusunda yaza bilmirəm – Rahim Üçoğlanlı ilə müsahibə

Rahim Üçoğlanlı (Rzayev) – şair.

YASƏMƏN ATƏŞİN RAHİM ÜÇOĞLANLI İLƏ MÜSAHİBƏSİ

1. Rahim Rzayev  (üçoğlanlı) maraqlıdır nədən üç ….

Yasəmən xanım Üçoğlan mənim doğma kəndimin adıdır təxəllüs götürmüşəm .

2. Ilk şeirinizin Mövzusu nə idi xatırlayırsınızmı həmin o, şeiri?

Bəli xatırlayıram ilk şeirimi uşaq vaxtı Şuşada pioner lagerində olanda yazmışdım mövzusu sevgi məhəbbətdən idi uşaq düşüncələrinin məhsulu olsada oxuyanlar bəyənirdi Şerin adı “Şuşada bir qız var adı Pəridir” idi.

3. Hansı Mövzularda daha çox özünüzü şair kimi hiss edirsiniz…sevgi Vətən Ana?

Mən ümumiyyətlə Ana mövzusunda yaza bilmirəm,bircə şeirim var Anama ordada etiraf etmişəm ki sözün qüdrəti çatmır səni vəsf etməyə məndən incimə yaza bilmirəm Vətənpərvərlik mövzusunda da şerlərim çoxdur,ancaq oxucularım məni məhəbbət şairi kimi qəbul edir Məndə bununla razılaşmağa məkumam.

4. İlk Məhəbbətinizə qovuşmusunuz yoxsa nakamlığa sürünüb ilk eşqiniz…

Təbii ki əksər insanlar kimi məndə ilk məhəbbətimə qovuşa bilmədim Məncə buna  ilk məhəbbətdə deməkdə olmaz çünki gənclik uşaqlıq hisslərinin sevgi qarışıq bir təcəllası olur o yaşlarda Elə bilirsən məhəbbətdir amma adi ürək hisslərindən başqa bir şey deyil,sevgi ağılla ruhun vəhdətindən doğan bir varlıqdır.

5. Ilk Məhəbbətinizə qovuşsaydınız ona yazdığınız ilk şeir nə olardı?

Yalnız onu deyə bilərəm ki ilk sevgimə qovuşsaydım mən sonra şeir yaza  bilməzdim Sadəcə bu qədər…
Sadəcə, deyərdim qovuşdum yara,Bu gündən qələmi qoyuram yerə.)

6. Özünüzü şeirlə ifadə edə bilmisinizmi…

Bəli məncə bütün yaradıcı adamlar özlərini sənətləri ilə təsdiq edirlər Məndə öz heykəlimi şeirlərimlə yonmuşam hər sözündə sətrində özüm varam,qəlbim ruhum var Bir çox şeirlərimdə bunu açq ifadə etmişəm.

7. Müasir ədəbiyyat sizi qane edirmi ən son oxuduğunuz nədir??

Hər dövürdə olduğu kimi müasir ədəbiyyatımızda da gözəl yazarlar var Yalnız demək olar ki son dövürlər heç kimi oxumuram,sonuncu oxuduğum roman “Başsız Atlı” olub məncə,arabir vaxtım olanda Ramiz Rövşəni oxuyuram…

8. İstərdinizmi övladlarınız yolunuzu getsin şeir yazsın kitabları olsun Cəmiyyət onları qəbul eləsin tanınsın?

Hər bir atanın arzusudur övladlarını xoşbəxt görsün Övladlarım elədə şeirə ədəbiyyata həvəsli deyil, olsa belə şair olmaqların istəməzdim Çünki indiki zəmanədə çox duyğusal olmaq əlavə dərd gətirir insana Mən çox tanınıb popliyar olmağıda xoşlamıram telekanallardan bir neçə dəfə dəvət almışam çəkilişə getməmişəm Ancaq cəmiyyətdə hörmət qazanmaq üz ağlığıdır,söz əhlinə dəyər verən indi çox azdır İnşallah zaman ələkdən keçirdikcə dəyər verə biləcək insanlar meydana gələcək buna inanıram…

9. Kitab çap elətdirmisiniz elətdirmisinizə seçiminiz hansı nəşiryyat oldu o kitab sizə pul qazandırdı?

Cəmi bir kitabım çap olunub 2004-cü ildə Şərq nəşriyyatında çap olunub Hal hazırda 3 kitabım çap olunmaq üçün hazırdır Maliyyə vəsaiti olmadığından qalır İlk kitabımdan heç bir qazanc əldə etmədim hədiyyə etdim dostlara.

10 . Dostlarınızdan biri sizə bir kitabın xərci mənim boynuma O kitablardan hansını çap elətdirərdiniz…

Fərqi yoxdur hamısı mənim üçün əzizdir,valdeyinin övladların necə sevirsə ayrı seçkilik qoymadan şairdə şeirlərin elə sevir çünki hamısı onun qəlbindən ruhundan gələn hisslərdir..

11. Son olaraq oxucularınıza nə demək istərdiniz ….

Mən öz dəyərli oxucularıma nikbin olmağı arzulayıram,həyat bir imtahandır onu duyğulu yaşamağı töfsiyyə edərdim Yemək üçün yaşamağı yox, yaşamaq üçün yeməyi məsləhət görərdim Poeziya və musiqi ruhun qidasıdır bunlara yaxın olmağı arzu edərdim Çox məmun oldum Yasəmən xanım sizinlə dialoqdan Var olun işinizə uğurlar arzu edirəm.Allah sizi qorusun təşəkkür edirəm diqqətiniz üçün…

Söhbətləşdi: Yasəmən ATƏŞ

YASƏMƏN ATƏŞİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir