YADİGAR TƏVƏKGÜL – ŞEİRLƏR

Yadigar TƏVƏKGÜL – müəllim, şair.

HƏSRƏT OÇAĞI
Yandırmışam həsrətimin ocağın,
Gözünə bir hicran daşı qoymuşam.
Yağışı qorxudub göz yaşlarımla,
Buludları pərən salıb qovmuşam.
* * *
Ürəyimin buz bağlayan yerindən,
Bir tikə ət qoparmışam didmişəm.
Qovurmuşam od üstündə eşqimi,
Sənin üçün aş qarası etmişəm.
* * *
Məzə acan şərab da var süfrəmdə,
Buz badəni düz qəlbimə bükmüşəm.
Bir sərcəni öldürmüşəm səninçün,
Göz yaşını şərabına tökmüşəm.
* * *
Ürəyində neçə tufan qopsada,
Bir qəh-qəhə boğazımda qəhərdi .
Mənim üçün həyat eşqin badəsi,
Dünya özü qəlbim boyda şəhərdi.

VAXTINDA
De hardan alım mən o dəli eşqi,
Sevgi məhəbbətin kasıb vaxtında.
Mənin qismətimə düşən sevdanı,
Fələk edam edib, asıb vaxtında.
* * *
Fələk barışmadı əzəldən mənlə,
Oynadı saçımda boylanan dənlə,
Ömür yollarıma ələnən çənlə ,
Fələyin kor yeli əsib vaxtında .
* * *
Qismətim əzəldən məni sevmədi,
Dərdimi ağrımı görə bilmədi,
Həsrətdən savayı heç nə vermədi,
Eşqimi bağrına basıb vaxtında.
* * *
Nə bəxtdən yaradım, nə də həyatdan,
Keçdi ömür yolum alovdan-oddan,
Görünür ilk gündən çıxarıb yaddan,
Allah əlacımı kəsib vaxtında.

FƏRYAD
Bu yalqız həsrətim fəryad qoparıb,
Titrəmə salıbdı canıma mənim.
Elə bir xəstəlik heç kimdə yoxdur,
Axı hardan düşüb qanıma mənim.
* * *
Damarımda yalquzaqtək dolanıb,
Ulayır içimdə sükutu pozur.
Xatirəmi dolaq kimi dolayır,
Bəzən də içimdə yolunu azır.
* * *
Hərdən elə nalə çəkir qəfildən,
Özüm də özümdən hürküb qaçıram.
Bəzən külək olub səfil gəzirəm,
Bəzən yer üzündən qəfil uçuram.
* * *
Yenə baş qaldırıb bayquş həsrətim,
Eyləyir qəlbimi hey oyum oyum.
Nə qədər özüylə can aparmayıb,
Aparım yanına yağ çorək qoyum.

Müəllif: Yadigar TƏVƏKGÜL


YADİGAR TƏVƏKGÜLÜN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR ƏRMUĞAN – ŞEİR YAZANDA

Zaur ƏRMUĞAN – şair.

ŞEİR YAZANDA
Yazam,
yamac ətirli.
Payızam,
yağışları çətirli.
Yayam.
Qışam.
Belə yaranmışam.
Dörd fəsli yaşayıram bir anda,
şeir yazanda.
3 may 2019

İŞIQ DA, ZÜLMƏT DƏ…
Vaxtın da quş kimi qanadları var,
Güzəştə getməyən iradları var.
Zamanın qəribə təzadları var,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Talelər bir quru tükdən asılı,
Çiyninə aldığı yükdən asılı,
Pöhrələr rişədən, kökdən asılı,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Yalanı, gerçəyi özəyindədir,
Nəyi var, nəyi yox, öz əlindədir,
Kainat bir cəzbin üzərindədir,
İşıq da, zülmət də əkiz doğulub.
* * *
Dünyanın sirrini bilməyib kimsə,
Ha tut bu dünyanı, ağla, gülümsə.
Əzəli yaranış, sonu ölümsə,
İşıq da, zülmət də əkiz doğulub.
Payız, 2016

VAXTI YOXDUR
Yer fırlanır, göy fırlanır,
Dünya, başın gicəlibdir.
Bu sərsəri karuseldə
İnsanlıq da kiçilibdir.
* * *
Çox çıxmışıq cızıqdan biz,
Sonu nədir qurğumuzun?
Vallah, bizə baş qoşmağa
Vaxtı yoxdur Tanrımızın!
18 avqust 2018

HAQQA QƏBİR QAZDIRANLAR
Çox göz yumub yalanlara
Düzü düzdən azdıranlar.
Meydan verər talanlara
Pisi yaxşı yazdıranlar.
* * *
Fəndgir dinər ikibaşlı,
Əlsiz qalar gözü yaşlı.
Bilməz neylər başı daşlı,
Yazıq yuxu yozduranlar.
* * *
Haqqın özü hesab çəkər,
Haqq ucalar, nahaq çökər.
Ərmuğan, bil, boyun bükər
Haqqa qəbir qazdıranlar.
10 mart 2018

DE SÖZÜNÜ
Büdrəsən də, qalx ayağa,
Vurma yerə tez dizini.
Dünya budur, həyat belə,
İpəyindən seç bezini.
* * *
Biçiləni biçir dünya,
İçiləni içir dünya,
Keçilməzi keçir dünya,
Kim doyurdar, kim, gözünü?!
* * *
Sinəni heç oyma nahaq,
Ürəyinə qıyma nahaq.
Vədəsinə uyma nahaq,
Çox bozardıb tərs üzünü.
* * *
Dərd ümmandır, dərd dəryadır,
Dərdsiz dünya nə dünyadır?!
Barsız ömür boş səhradır,
Əməlində gör özünü.
* * *
Pay gözləmə boğçasından,
Vəfa umma axçasından,
Pisi ayır yaxşısından,
Əyrisindən seç düzünü.
* * *
Sual sorğu, nida cavab,
Talelərin işi xarab.
Bir gün varsa orda hesab,
Doğru yolda tap izini.
* * *
Dünya bizdən bac alıbdır,
Demə daha qocalıbdır.
Qocaldıqca ucalıbdır,
Gəz dağını, gəz düzünü.
* * *
Zaur, dünya baş aldadır,
Verdiyini geri alır,
Sonda tək bir məzar qalır,
Vaxt var, yaşa, de sözünü.
3 fevral 2018

VARMI
Oradan buraya gəldik,
Ərsəyə-araya gəldik.
Haradan hayana gəldik,
Bu halda can tabı varmı?
* * *
Beş günü qaradır yerin,
Hər yeri yaradır yerin.
Gəlmişəm, buradır yerim,
Daha bir əzabı varmı?
* * *
Dəryaya qərq olub dürrü,
Gizlinə bürünüb sirri.
Ha dolan bu küllü-ərzi,
Suala cavabı varmı?
* * *
Vaxtımız ələkdən keçir,
Qəbrimiz bələkdən keçir,
İşimiz mələkdən keçir,
Yenə bir hesabı varmı?
* * *
Əzəldən sonraya yol var,
Adəmdən Tanrıya yol var,
Dünyadan dünyaya yol var,
Günah var, savabı varmı?
10 mart 2018

ALLAH, BURDAN DEVİR MƏNİ
Hər ahım bir anı üzür,
Nəfəs-nəfəs əriyirəm.
Dərddən təzə dərd doğulur,
Dərdi dərdə dirəyirəm.
* * *
Didilirəm didim-didim,
Uduluram udum-udum.
Can yormuşam addım-addım,
Günlərimi sürüyürəm.
* * *
Dərd məhbəsdir, qəlb əsiri,
Bitməz vaxtın kəm-kəsiri.
Neyləyir dərd mən yesiri?!
Ayaq üstə çürüyürəm.
* * *
Soruşmayın, bu nə haldır?
Bu nə vaydır, nə məlaldır?
Könlüm dolu, dilim laldır,
Kilidlənib kiriyirəm.
* * *
Dərd bezdirib daha canı,
Dərdi məndən qovan hanı?
Ahlarımla bu dünyanı
Mən özümə bürüyürəm.
* * *
Həyat, ölüm… yollar haça!
Dərd çıxarmı, görən, puça?!
Dərd çölündən qaça-qaça,
Dərd içinə yeriyirəm.
* * *
Dərdmi belə sevir məni?!
Dərd acgözdür, yeyir məni!
Allah, burdan devir məni,
Bax, yoluna yüyürürəm.
16 yanvar 2018

DARLIQ
Ayaqlarım ilişib
Yer kürəsi tələsinə.
Təpiklərimlə döyəcləyirəm
divarlarını dünyanın.
Nə qaça bilirəm,
Nə uça bilirəm
bu darlıqdan.
30 yanvar 2018

YAŞAYASAN BU YAYI
Söyüd çətirli,
Çiyələk ətirli,
Tut qoxulu,
Oyaq-oyaq, yuxulu-yuxulu
yay gəlir
köhnə taxta məhəccərli,
yaşıl sarmaşıqlı eyvana.
Oturasan yay kölgəsində
Dərdi bir yolluq olmayan kimi,
Könlü qəhər-qəhər dolmayan kimi.
Üzügülər,
Gözügülər
arzuların da
dünyayla şirin-şirin zarafatlaşa
çin çiçəklər
işıq pəncərəsindən
budaq-budaq,
yarpaq-yarpaq
daşa-daşa.
Nə bir tələsi, qurğusu,
Nə əzabları,
Nə də can yoran sual-sorğusu
ola həyatın.
Ömür kimi, gün kimi dola həyatın.
Yaşayasan bu yayı.
11 iyun 2018

BİLMİRƏM
Ömür
var-gəl edir vaxtın qapısı ağzında.
Qapıdan içəridə bir həyat,
çölündə ayrısı.
Nəyi nəyə bağlayıb,
nəyi nədən ayırır
bu tale?!
Olanına, olmazına
Olummu, olmayımmı qane?
Bilmirəm!..
17 mart 2018

LÖVHƏ
Ağaclar köksü göy uca dağ kimi,
Bəyaz çiçəklər də ağ göyərçindir.
Çör-çöplü yuvalar lap yumağ kimi,
Gülən tumurcuğun yuxusu çindir.
* * *
Qızılı göldürmü qızıl lalələr?!
Yel-yel ləpələnir yamac boyunca.
Qol-boyun sarınıb tifil nanələr,
Küləklər uğunur könlü doyunca.
* * *
Quşlar yığnaq qurub bir dar koğuşda,
Hər damcı yeddi göy qatından gəlir.
Əynini isladıb bu yaz yağışda,
Qoxusu daşından, otudan gəlir.
* * *
Qalxıb dan yerindən yol gəlir bahar,
Gözündə durulur bulud dolu su.
Titrək nəfəsini bu torpaq duyar,
Ilıq təbəssümü günəş dolusu.
11 mart 2018

YAĞIŞ DAMCILARI
Yenə yağış yağır, damcı-damcı zər,
Yenə yağış yağır, damcı təzə-tər.
Buludlar alnından axır axın tər,
Sellənib bir çılğın təşnəyə dönür.
* * *
Damcılar buludun odu, közüdür,
Damcılar səmanın gülən gözüdür,
Damcılar yağışın elə özüdür,
Sədası şipşirin nəğməyə dönür.
* * *
Damcılar dupduru saf çeşmə kimi,
Damcılar ətirli gül, qönçə kimi,
Damcılar naz satır bir işvə kimi,
Elə cilvələnir, qəmzəyə dönür.
* * *
Damcılar toxunub, ilmə-ilmədir,
Damcılar söz-sözdür, kəlmə-kəlmədir.
Damcılar boy atır, pöhrə-pöhrədir,
Çətiri ucada zirvəyə dönür.
* * *
Su damır, bir bulud çatından gəlir,
Yer üstə göylərin altından gəlir,
Səmanın yeddinci qatından gəlir,
Gəlir, xoş gəlişi müjdəyə dönür.
* * *
Damcılar, damcılar, ləçək damcılar,
Hərəsi bir arzu, dilək damcılar.
Göz yaşlarınımı mələk damcılar?!
Könüldə bir ülvi səcdəyə dönür.
* * *
Damcılar yağışın öz yaraşığı,
Paklıq mehrabında bir eşq işığı.
Torpağın göylərlə qəlb barışığı
Dinir dua-dua, qibləyə dönür.
11 sentyabr 2019

ƏBƏDİ BAHAR
Bir zülmət içindən çıxıb günəşə,
Özümlə gətirdim dünyama səni.
Telinə taxdığım bircə bənövşə
Əbədi bağladı yazına məni.
22 avqust 2018

ÖZÜNÜ MƏNDƏN QOPARMA
Dilinə sözün yasağın,
Qəlbinə kilid dodağın,
Çəkilib əlin, ayağın,
Bu yolun nədir niyyəti?
* * *
Aç mənə o lal sirrini,
O zəhər, o bal sirrini.
Bəxtə ver vüsal sirrini,
Dur öldür diri həsrəti.
* * *
Göyümdən danı aparma,
Sevdiyim anı aparma.
Özünü məndən qoparma,
Bu tale Tanrı qisməti.
10 mart 2018

İSTƏMİRƏM
Mən ağladıqca
Sən də süzülürsən gözlərimdən.
İçim dolu sən imiş.
Qorxuram,
ayaqlarınla getdiyin kimi,
göz yaşlarınla da tərk edəsən könlümü
damcı-damcı.
Daha ağlamaq istəmirəm.
Qəlbimi
sənsizliyə bağlamaq istəmirəm.
21 iyul 2018

SEVGİDƏN ÖTRÜ
Həsrətə sevginin işığı düşdü,
Ümidin ovcunda gəldin könlümə.
Yollar ayrıcında sükut görüşdü,
Bir anın özü də ömürmüş demə.
* * *
Tutub əlimizdən apardı bizi,
Bu tale karvanı azmaya barı.
Öpdük döngə-döngə məhəlləmizi,
Qaçdıq küçəmizdən dünyaya sarı.
* * *
Kəsdik nəfəsini bəd şübhələrin,
Çıxdıq dar içindən genişə yol-yol.
Uymadıq felinə çox “bəlkə”lərin,
Keçdik ay altından günəşə yol-yol
Əbədi qalacaq sevgidən ötrü.
Avqust, 2018

Müəllif: Zaur ƏRMUĞAN

ZAUR ƏRMUĞANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN RƏŞAD MƏCİDİN AD GÜNÜDÜR!

Rəşad MƏCİD – Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru

Bu gün gözəl insan, əsl ziyalı, qələmsiz yazan ağayana qələm adamı, Qurban müəllimin təbirincə desək “gənclərin hamisi” Rəşad Məcidin doğum günüdür. Ad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür, bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Rəşad müəllim!!!

>>>>> Rəşad MƏCİD >>>>>525.az

RƏŞAD MƏCİDİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSMƏR HÜSEYN XAN SƏMA MUĞANNANIN TƏQDİMATINDA

Söz:Əsmər HÜSEYN XAN

Səsləndirdi: Səma MUĞANNA

ƏSMƏR HÜSEYN XANIN DİGƏR YAZILARI


SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Kəmalə Abiyeva ilə səmimi söhbət

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Kəmaləa Abiyeva ilə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

Bu dəfə SƏMİMİ SÖHBƏT”in qonağı tanınmış pedaqoq, şair, publisist KƏMALƏ ABİYEVAdır.

“Səmimi söhbət” yenə sizinlədir. Qonağımın xüsusi təqdimata ehtiyacı olmasa da deyim ki, bu maraqlı insan tanınmış şair, bir çox mahnıların söz dünyasını yaradan Kəmalə Abiyevadır.
Kamalə Aydın qızı Abiyeva Astarada dünyaya gəlib. Bakıya köçəndə 4 yaşı olub. Birinci sinfə Bakıdakı 14 nömrəli məktəbdə başlayıb. Yasamal rayon 52 nömrəli məktəbin məzunudu.Məktəbi fərqlənmə ilə bitirib. İndiki APU-nin fizika fakultəsində təhsil alıb. Pedaqoq, publisist,şair, AYB-nin üzvüdür.
Kəmalə xanım, səmimi söhbətin ənənəvi ilk sualını yəqin ki, bilirsiniz. Kəmalə Abiyeva kimdir?
Özünə məsuliyyətlə, özünə və başqalarına hörmətlə yanaşan, həqiqəti qoruyan, ədaləti sevən biridi- İnsandı. Xalqını sevən vətəndaşdı.
Mənə elə gəlir ki, siz təbiətcə çox sakit adamsınız. Sizi özünüzdən nə çıxara bilər?
Sakit olmuşam. Sinif, tələbə yoldaşlarım həmişə belə deyib ”çox səbrli, təmkinlisən.Qonum-qonşu “sakit” deyib. İş yoldaşlarım “ tamam fərqlisiz, sizin kimi olmaq çətindi ”, məzunlarım “sizin kimi kimsə ola bilməz, idealsız” və s. deyirlər. Başqalarının münasibətini görəndə nöqsansız kimi görünürəm. Çoxu üçün ciddi adamam. Boşuna vaxt keçirməyi sevmirəm. Belələrinə heyrət edirəm. Haqsızlıq, yalan özümdən çıxara bilər.
Demək siz də dünyaya yalan dünya deyirsiniz? Ümumiyyətlə yalan nədir?
Girir ömrümüzə rahatca yalan,yalanla doludur böyür-başımız.
Yalandı həmişə bizimlə olan, elə həqiqətdi axtardığımız,- belə demişəm.

Həyat boyu özümüzü aldadırıq, aldanırıq böyük mənada.
Yalan mənim üçün bağışlanmazdır. Bəzən kimisə qıra biləcək həqiqəti gizlətmək üçün yalan danışırıq. Bir də var yalançılar-ən qorxulu adamlar. Başqalarının həyatına yalanla soxulan, öz həyatını yalanlarla yaşayan…Hətta öz yalanını sənə qəbul etdirmək istəyənlər də var.
Siz dünyanı nağıl bilməyi təklif etmisiniz. “Bu dünyanı nağıl bilək”. Bu şeirinizi də, ona bəstələnmiş musiqini də çox sevirəm. Dünyanı nağıl bilsək yaşamaq asan olardı, yoxsa…?
Nağıllar təsadüf deyil ki. Sadəcə dünyanı nağıl bilmək hissi dəyişir.Nağıllar gerçəkliyi göstərir: gözəlliyi əsir alan təpəgözlər, divlər, mərdlərin qarşısını kəsən əjdahalar, xeyirin gözünü çıxaran namərdlər. Nağıllardakı kimi həmişə qələbə olmur sonda. Kaş “bu dünyanı nağıl bilək”. Çoxdan yazdığım “Mənə nağıl danış” şeirim var:
Mənə nağıl danış, inanım sənə
qorxmayım, ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
bilim qurtaracaq dünyanı şərdən…
Mənə nağıl danış, ay ana, de ki,
ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
nə qədər qorxulu olsa da belə….
Gözəlliyin, xeyirin, ədalətin qalib olduğu yerdə yaşamaq asan olar.

Sizin şeirləriniz sanki insanın ruhuna sığal çəkir. Bu sizin həyat tərzinizdir, yoxsa yalnız yazılarınız bu qədər xəfifdir?
Belədirsə, xoş halıma. Məncə həyat tərzimdir. Qarşılıqlı münasibətdə, ünsiyyətdə ehtiyatlı davranıram. Kimisə sındırmaq, duyğularına toxunmaq mənlik deyil. Kimsənin şəxsiyyətinə toxunacaq, qəlbini yaralayacaq hərəkət etmərəm, sevmədiyim olsa belə.
Məncə siz bağışlamağı bacarırsınız Bağışlamaq asandır?
Bağışlayanam. Yadlardan inciyəndə unuduram. Yaxın, doğma bildiklərimi bağışlayıram. Hətta irad tutanlar olur ki, kinin yoxdu, hər şeyi bağışlayırsan. Daha doğrusu susuram, güzəştə gedirəm. O qədər susuram ki, arada nəsə deyəndə, inciyirlər. Öyrəşməyiblər. Həmişə asan deyil. Özün inciyirsən. Sevgim daha güclüdü, bağışlayır.
Şeirlərinizdə ayrılıq o qədər gözəl səslənir ki, hərdən düşümürəm, bəlkə heç vüsala ehtiyac yoxdur Siz necə düşünürsünüz?
“Əgər sevə bilmirsənsə, ayrılıq daha gözəldi. Sevilmədiyindən getmək özü də bir gözəllikdir”-deyirəm. Belə deyil? Alınmadısa, alınmadı. Həmişə ah-zar etmək nəyə gərək? Orda da təmkinliyəm yəni. Hər gördüyündə”səhv etməmişəm”düşündüyün birinin vüsalına ehtiyac var. O yoxdusa-yoxdu demək ki.
Nə gözəl müdrük cavab verdiniz. Məncə bu cavab bir dərsdir. Eləsə deyin, siz həyatı nə rəngdə görürsünüz?
İstənilən rəngdə. Məncə həyat ağ rəngdədi. Fizikada öyrənirik ki, ağ rəng mürəkkəbdi. 7 rəngə bölünür. Göyqurşağı, spektr deyirik. Hansı cisim hansı rəngi qaytarırsa, o rəngdə görünür. Qara bütün rəngləri udur. Təki bundan uzaq olaq. İşığı udmayaq.
Dostluğa,sevgiyə çox etibarlı olan Kəmalə xanım heç dostdan, yaxınlardan zərbə alıbmı?
Nə deyim, haqlısız. Etibarlıyam. Həyat göstərir ki, daha çox, incidildiyi zaman belə susan, güzəştə gedən daha çox zərbə alır. Mən də almışam. Yad biri, tanış, qonşu nə zərbə vurar ki? Bu incitməz. Güvəndiyin, illərlə birlikdə olduğunun, doğma bildiyinin zərbəsi ağır olar. Çox təəssüf ki, bağışlamağım bəzən ağrı yaşadır. Vaxtında deyilməyən söz, həqiqət mənasını itirir.
Zaman ötür, hər şey dəyişir və siz deyirsiniz ki, bir də o yağışdan yağmayacaq ki… Ötən günlərdən nəyi qaytarmaq istəyərdiniz?
Zaman ötür, hər şey dəyişir həqiqətən. Kimi müdrikləşir, kimi cılızlaşır. O yağış bir də yağmır.
Həyatımda çox şeyi dəyişərdim. Uşaqlığımı, gəncliyimi qaytarmaq istərdim təbiiki. Zaman və sağlamlıq əvəzsizdir. Kimə və nəyə sərf etdiyinə diqqət etməlisən ki, təəssüfün az olsun.

“Bağışlama məni” deyirsiniz. Niyə? Axı hamı bağışla deyir.
Bağışlama deməyi də bacarmalısan. Özün elədiyin yanlışa “bağışlama” deməlisən. Hələ bir özün özünü bağışla, gör bacarırsan? “Özün günahkarsan” da demişəm…
Bəli. Onu da demisiniz və bu şeir mahniya çevrildikdə ürəkləri , ruhları titrədib. Məncə bu mahnını sevməyən yoxdur. Bəs özünüz necə, onu sevirsinizmi?
Əlbəttə sevirəm. O mahnıdan sonra onlarla qadın zəng vurub, minlərlə qadın özünü görüb.Təəssüf ki, qadınlarımız bunu yaşayır, amma mahnı möhtəşəmdi. Cəsarətli mahnı deyirlər sözlərin yaşantıları ifadəsinə görə. Musiqini, şeiri çox sevirəm.
Sizcə qadın üçün xoşbəxtlik nədir?
Tək qadın üçün yox, insan üçün rahatlıq xoşbəxtlikdir. Ən çox özümüzlə danışırıq. Elədiklərimiz narahatlıq yaratmırsa, yanındakının səni anladığından əminsənsə, gördüyün işdən razısansa, kaşkilər yoxdusa və s. rahatsan, yəni xoşbəxtsən.
Sizi hamı sevir. Çünki siz ürəkdən sevməyi bacarırsınız Hamınımı? İnsanlarda nəyi daha çox dəyərləndirirsiniz?
Nə deyim? Özündən razılıq kimi alınır. Amma siz də belə düşünürsüz. Az ünsiyyətdə olduğum adamların belə o qədər sevgisini, sayğısını görürəm ki. Sevildiyini yaşamaq duyğusu möhtəşəmdi. İstedadlı cavan şairimiz Elçin Məmmədov status paylaşmışdı ki, yer üzündə o boyda sevgi tapasan ki, bu adamın haqq etdiyi sevgini verə biləsən. Bilirsiz, çox xoşdu. Əslində mən insanları sevirəm. Və sevgi dolu insanları dəyərləndirirəm. Təkrar alınır, amma münasibətlərdə həqiqi sevgi varsa, sən cılızlaşa bilmirsən. Adam var ki, 10, 20 il öncə deyilən sözü unutmur, həmişə xoşagəlməz nəsə tapır. Onların sevgisi olmur. Sevdiyiklərindən vaz keçmək asan deyil. Bunu yaxınlarım bilir, bəziləri bundan sui-istifadə də edir. Təəssüf edirsən… Münasibətlərdə dürüst, sabit, sevginin, sayğının dəyərini bilənlər dəyərlidir. Bacarmırsa, heç olmasın, onu itirmək istəməsən belə.
Siz yaxşını, gözəlliyi görüb dəyərləndirə bilirsiniz.Niyə hamı bunu bacarmır? Paxılıq adətən kimə məxsus olur?
Hamı bacarmır. Həqiqi sevgi hissi yoxdu onlarda, sadəcə onlara elə gəlir. Sevgi olsa, yaxşıya yaxşı deyə bilərlər. Bilirsiz, görürsən, yaxın adamdı, yanında sənə diqqət göstərəndə, qısqanclıq yaranır, əsəbləşir… Paxıllıq özünəgüvənsizlikdən yaranır, belələri həmişə “mən,mən” deyir, əslində boşdular. İnsan daxilən o qədər zəngin olmalıdır ki, cılız duyğular yaşamasın.
Siz müəllimsiniz. Maraqlıdır ki, məhz sizin yazdığınız şeirə bəstələnmiş mahnı məktəblilərin məzun himninə çevrilib. Üç insanın Kəmalə Abiyeva, Aygün Səmədzadə və Lalə Məmmədovanın əməyinin məhsulu olan bu gözəl mahnı necə yaranıb?
Şeir özündənrazı, amma həyatı alınmayan məktəb yoldaşımı görəndən sonra yarandı. Şagird olanda hamının necə xoşbəxt, qayğısız olduğunu düşündüm. Çox təsirləndim. Aygün xanım “mahnı yazıram” deyəndə, “kədərlidir” dedim. “Gör necə mahnı olacaq, artıq müsiqini eşidirəm” dedi. Aygün xanımın yaratdıqları bir-birindən gözəldi. Bu mahnı ilk səslənmədən məşhur oldu. Son illərdə ilk dəfə səslənməklə bu qədər uğur qazanan mahnı olmayıb.
Xatirələrlə yaşayırsınız yoxsa arzularla?
Hamı kimi – xatirələr, arzularla.
Şəhid analarıyla görüşəndə hansı hissləri yaşayırsınız?
Şəhidlərdən yazıram. Ailələrlə əlaqə yaratmalı oluram. Qələbəni illərlə gözləmişik. İtgilər olacağını bilirdik. Amma çox ağırdı. Analar bir yana, atalar var ki, göz yaşına, üzündəki ağırlığa dözmək olmur. Düzü təsəlli verə bilmirəm. Hamımızın təsəllisi Qələbədir- Vətənin bütövlüyüdür.
Sizinlə ilk dəfə belə səmimi söhbət edirəm. Yormadım ki sizi?
Sevilməyimdən söz açdınız. Hər kəs bunu deməzdi. Özünüz də sevimlisiz. Maraqlı, yaradıcı insansız. Pandemiyanın həyatımızı sıxdığı bir zamanda darıxmağa qoymursuz. Bu da sevgidir. Sevgi dolu insanlar riyakarlıqdan uzaq olur-səmimi olur. Onlardan yorulmaq olmur. Əksinə rahatlıq tapırsan.
Təşəkkür edirəm, Kəmalə xanım, ən çox sevdiyiniz şeirinizi mənə və “Səmimi söhbət”in oxucularına hədiyyə edərmisiniz?
Nağıllardan danışdıq. Bu duyğuyla yazdığım şeir olsun.
Nələri anlatdı bizə nağıllar,
bildik ki, həmişə bağlı qapı var.
Bağlı qapıları açmaq istəsək,
açıq qapıları bağlayaq gərək.
Bir az da aldatdı bizi nağıllar,
Ağ atlı oğlanlar gəlib çıxmadı.
Xeyirxah pərilər görünmədi heç,
Yetimin üzünə kimsə baxmadı.
Anladıb aldatdı bizi nağıllar
divlər, təpəgözlər öləcək deyə.
Bir az da ağlatdı bizi nağıllar
göylərdən üç alma düşəcək deyə.

Bu gözəl insanla söhbətdən zövq aldım. Bu zövqü siz də yaşaya bildinizsə demək söhbətimiz alınıb. Bizimlə bərabər olduğunuz üçün hər birinizə təşəkkür edir və yenidən görüşmək arzusuyla ayrılıram. Təki ömür möhlət versin…

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏMALƏ ABİYEVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NÜBÜVƏT VƏ   İMAMƏT

Zaur USTAC – şair-publisist.

Zaur Ustacın “Əliş və Anna” kitabından Aşura günü münasibəti ilə müəllifin eyni adlı poemasından bir neçə maraqlı parçanı sizlərə təqdim edirik:

(Zaur Ustac “Əliş və Anna” poemasından parçalar)

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

                                 TÖVHİD

Uca Yaradanın tək olduğuna,

Nə badə qəlbində şübhə oyana.

Çün, əgər olsaydı xilaf qeyrisi,

Bunu anlayardı mütləq birisi.

Günəşin saatı, ayın saatı,

Çox dəqiq döndərir, tüm kainatı.

Elə qurulub ki, nizam məhvəri,

Gecəylə gündüzün səhv düşməz yeri.

Zərrədən ən böyük ulduza qədər,

Bir “ol”- a bağlısa, onda nə kədər…

Həmd olsun Allaha, tanırıq onu,

Hər kəlmə başında anırıq onu.

Təkdir ehtiyacsız, biz ona bağlı,

Bunca dərk eyləyər, insanın ağlı…

                                      ƏDL

Şükür Yaradanın ədalətinə,

O Adil Allahın mərhəmətinə.

Elə bölüşdürüb, elə paylayıb,

Hamı qismətindən çox razı qalıb.

Duyuram içini şübhə gəmirir,

Xəyalın hardasa narazı gəzir.

Gəl, tamam  səmimi olaq bu ara,

Ağlından razıdır hər bir avara.

Ağlı elə bölüb, verib Yaradan,

Heç kim öz ağlından deyil bədgüman.

İlahi hikmətin qüdrətinə  bax,

Ağıldan kəmlər də deyilmiş axmaq.

Arif işarədən anlar hikməti,

Heç kim bu xüsusda yeməz möhnəti…

                                      NÜBÜVƏT

Salam olsun Sənə, ey “Haqqın səsi”,

Cəlal sahibinin seçkin bəndəsi.

Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,

Bütün kainatın son əfəndisi.

Haqqın yer üzünə müjdəsi, andı,

Haqqın yer üzündə qoşa qanadı.

Salam olsun Sənə, kitab sahibi.

Salam olsun, Sənə sonuncu nəbi.

“Qurani –Kərimi”  bizə gətirən,

Haqqın kəlamını bizə yetirən,

Xatəmül-Ənbiya hökm edibdi Haqq,

Höküm sahibinə məxsus höküm, haqq.

Salam yer üzünün işığı, nuru,

Ey höküm sahibi, bu nuru qoru.

                                     İMAMƏT

Nübüvət odundan nur alan işıq,

Atadan, babadan belə duymuşuq.

Rəsulun dizinin dibindən çıxan,

Çeşmədir heç kimə gəlməyib ziyan…

Nümunə olubdur cümlə cahana,

Əlbəttə, aiddir arif olana.

İmamət cığırdır Haqqa aparır,

Əlbət, qaynağını Haqqımdan alır.

Dəmiri dəmirçi oğlu bilən tək,

Bu elmi ən doğru yoldan öyrənək…

İstəməm bu yolda çaşqınlıq ola,

İncəcik bir fidan nahaqdan sola.

Elmin şəhərinin təkdir qapısı,

Bu işin belədir təməl, yapısı…

Salam olsun Sənə ey Əhli-beyt,

Allahım bu yolu daha rəvan et…

                                      MƏAD     

Müəllim verdiyi dərsi soran tək,

Əlbəttə, imtahan günü gələcək.

Sanma, kainatın yoxdu sahibi,

Boşuna gəlməyib bu qədər nəbi…

Hələki dəvət var, açıqdır qapın,

Dərk eylə dünyanı, Allaha tapın.

Həqiqi elmdən bir damla dadan,

Heç zaman dönməyib, bu doğru yoldan.

Bu yolun mənsəbi, elə mənbəyi,

Burda kəsilibdir elmin göbəyi…

Haqq ilə batilin mayası eyni,

İkiyə bölünmüş bir yolun sonu…

Qəzavü-qədəri qılma bəhanə,

Faili-muxtar tək gəldin cəhanə…

                                      NAMAZ

Namaz fərz əməldir,  bizə faydalı,

Dəstəmaz vacibdir, mütləq olmalı.

Namaz bənzədilib evmizdə çaya,

Gərəkdir beş kərə girək bu suya…

Ruhumuz arınsın, pak olsun bədən,

Təkbirdə əlləri asmayaq göydən.

Qüsulu, abdəsti, tam əməlləri,

Mat qoyub dünyada  tüm alimləri.

Heç nə əksik deyil, yox bircə artıq,

Namazdan həyatın dərsin alırıq.

İmkan et, xərcləmə boşa zamanı,

Həyat elə zaman, zamanın anı.

Çalış ki, ötürmə bircə azanı.

Ac qoyma nə ruhu, nə də əzanı…

                                           ORUC

Oruc bir əmrdir,  Haqqu – Təaladan

İnsanı qoruyar, min cür bəladan.

Elə ki, yetişdi Şahi – Ramazan,

Gərəkdir nəfsini duşaqlayasan…

Cismini, ruhunu səfərbər eylə,

 Ağzını, gözünü pəhrizkar eylə…

Dilindən çıxmasın fitnə, ya küfür,

Çevrəni sarısın xoş niyyət, zikir…

                                      ZƏKAT

Əgər istəyirsən ruzi – bərəkət,

Gərəkdir vaxtında verilə zəkat..

Bilirəm, burada qaçdı dodağın,

Düşündün ki, şair çıxartdı ağın…

Ancaq, tam səmimi, gəl, mənə inan,

Kimsəyə fayda yox zəkatsız maldan…

Sən verdin, vermədin çıxacaq o mal,

ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL…

                                         XÜMS

Zəkatla malını qoruyan  insan,

Xümslə canını qorumalısan.

Zəkat mala paklıq gətirdiyi tək,

Xüms də canını hifz eyləyəcək…

Sonra loğman, təbib gəzməsin deyə,

LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ…

                                        HƏCC

Haçansa  ibrətə  duysan  ehtiyac,

İlahi əmr var – yolun olsun hac…

Dünyanın mərkəzin ziyarət eylə,

Könül sarayını imarət eylə.

Zəm-zəm çeşməsində yuyulsun üzün,

MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN…

                                        CİHAD

Cihad bizimlədir dandan qüruba,

Çoxunun dilində bitibdi  “toba”.

Yaradan dərs verər insan oğluna,

Min rəhmət diləyək Ağaoğluna…

Ruhu neçə kərə olub qonağı,

Edim, etməyimlə dolub  otağı…

Bu bir nümunədi, hamımız belə,

Cihad qadağadır, nəfsə, dilə…

Cihad eşidən tək, qavğa düşünən,

CİHADDA  ÖZÜNLƏ  DÖYÜŞMƏLİSƏN…

                                    ƏMR-BƏ-MƏRUF

Şükür Yaradana, Sən hikmətə bax,

Xeyir əməllərə daim tut çıraq.

Vacib buyurulub hər müsəlmana,

Gərəkdir xeyirə vəsilə ola.

Yaxşılıq əlindən gəlmirsə əgər,

Pislik də eləmə, başına gələr…

Fəqət, bu vacibdir, gərək biləsən,

Xeyirə çağırıb, dəvət edəsən.

Bu vacib əməldir, gərəkdir bilək,

Xeyirə çağıraq, xeyir öyrədək…

                                NƏHY-ƏZ-MÜNKƏR

Vicdanın yerini əzada gəzən,

Haqqa inananın ümidin üzən,

Bu vacib əməli unutma heç vaxt,

Əbədi deyildir, heç bir tacü – taxt…

Özünü müsəlman tanıdan kəsin,

Gərəkdir yanında pislik olmasın.

Pis işdən çəkinsin, həm çəkindirsin,

Bunu bilən yoxsa, qoy belə bilsin…

Yoldan ötəni də qoruyun şərdən,

Özünüz haqda da düşünün hərdən…

                                      TƏVƏLLİ

Allahın dostları dostun olmalı,

İlk əvvəl Allahın dostların tanı.

Cəlal sahibinə şərik qoşmayan,

Nəbiyə, İmama şəksiz inanan,

Müslimi  müslimin qardaşı bilən,

Mübarək İslamın yoluyla gedən…

Oturub –durduğun olsa bu şəxslər,

Kimsəyə toxunmaz səndən bir xətər.

Çevrəndə dostların dinsə elmdən,

Hər dəm dürr tökülsə  əgər dilindən,

Nə xoş halımıza, bəxtəvərik biz,

Allahın dostların dost seçərik biz…

                                         TƏBƏRRİ

Cəlal sahibinə şərik qoşanlar,

Onun dostlarına pis yanaşanlar,

Əndazəni pozub, həddin aşanlar,

Yersiz  körüklənib, coşub daşanlar,

Belə adamlardan uzaq dolan, gəz,

Hədsizdən kimsəyə bir xeyir gəlməz…

Bu Haqqın əmridir, qarşı gəlmərik,

Allahın düşmənin düşmən bilərik…

                                      MÜNACAT

Şükürdən güc alıb sözüm, söhbətim,

Səndən gizli deyil, şəksiz niyyətim.

Qəlblərdə olanı görüb, bilənsən,

Kimə nə lazımdı onu verənsən.

Yazar, ancaq yazar demişəm hər dəm,

Əgər söz sahibi eyləsə hərdəm.

Qələmə and içən uca Yaradan,

Münacata çıxıb bu qələmtutan…

Əllərim göydədir, dilim duada,

Dua eyləyirəm qohuma, yada…

Şamaxı torpağı qədimdən qədim,

Xaqanisi mənim, Nəsimi mənim…

Başqa bir dühanı gəzirəm burda,

Tarixin kələfin çözürəm burda…

Üstündə durduğum bu köhnə körpü,

Yüz  illər  əvvələ  atacaq  törpü…

Yazda da gəlmişəm, qışda da bura,

İçimdə bir ocaq möhtacdır qora.

Hər şey çin-çin durub ruhun rəfində,

Kəlmələr sıraya durub dilimdə…

Bir türlü “Bismillah” edə bilmirəm,

Yeddi yüz əqdəmə gedə bilmirəm…

Ruhuma qanad ver Adil Allahım,

Bir kərə o günə gedim qayıdım…

Bu köhnə körpünün daşı danışsın,

Otların qurusu, yaşı danışsın.

Düz yeddi əsrdir şahidlik edən,

Bu körpü bir namə versin himindən…

Ey bütün gizlindən agah Allahım,

Dağları, daşları yandırıb ahım.

Xeyirə yozulu  nişan ver mənə,

Şübhəsiz bəllidir hamısı Sənə…

Nə, harda, kimindir tək bilən Sənsən…

Kimə nə lazımdır onu verənsən…

                                  ÜSULİ-İLTİMAS

Səndən istəmirəm nə şöhrət, nə şan.

Səndən istəmirəm beş günlük ad-san.

Var dövlət, saraylar deyil şakərim,

Öz əlim, ayağım olsun nökərim…

Niyətim bəllidir, istəyim dəqiq,

Ustac heç istəməz nə altun, əqiq…

Mustafa oğlunun istəyi təkdir,

Zaurun arzusu dəqiqdir, yekdir…

Nurundan ruhuma çilə bir mərrə,

İynənin yıldızı olsun pəncərə.

Zərindən zərrəcik düşsün qəlbimə,

Aydınlıq, fərahlıq versin əqlimə.

Ərmək istəyirəm, həmin günlərə,

Varmaq istəyirəm, uzaq dünlərə…

Elmin qapıların üzümüzə aç,

O güllü bağçandan bir az ətir saç.

Ruhumuz məst olsun, olsa da anlıq,

Dili tərk etməsin bir an şükranlıq…

Zaur Ustac “Əliş və Anna” poemasından bir neçə parça



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Aqillər yurdunun pir övladıyam!

Zaur Ustacın şeiri.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru




DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM – ZAUR USTAC YAZIR

DƏSTƏGÜLDƏ GÖRDÜKLƏRİM

(…əsgər gündəliyindən sətirlər…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun böyük Allaha! Daha bir vəsilə ilə sizlərlə görüşmək qismət oldu. Ötən günlərdə  televiziya kanallarının birindən ötəri olaraq “Dəstəgül” kəlməsini eşitməyim və son günlər baş verən hadisələr bu yazının yaranmasına, sonucda görüşümüzə səbəb oldu.

“Dəstəgül”lə bağlı eşitdiyim cümlə tam olaraq belə idi:- “…onun son döyüş yeri Dəstəgül olub…”  Dəstəgül, Dəstəgül… Dəstəgül sözün əsl mənasında neçə-neçə igid -ər oğullarımızın son döyüş yeri, son mənzili, son ünvanı olub və uzun illərdir bu belə qalmaqdadır. . .  Məlumunuz olsun  ki, son günlər  hələ I Qarabağ müharibəsində itkin düşmüş və o vaxt  tanınmadığı üçün  “Naməlum” adı ilə dəfn olunmuş döyüşçülərimizin siyahısının bir daha dəqiqləşdirilməsi, “naməlum”ların tanınması yolunda mühüm işlər görülür. Mənim qulaq müsafiri olduğum söhbət də məhz bu məsələ ilə bağlı idi. 

Dəstəgül (40°19′14″ şm. e. 46°41′29″ ş. u.) istər 2016 –cı il Aprel döyüşləri, istərsə də II Qarbağ – Vətən müharibəsi zamanı adı daha çox hallanan Çaylı, Talış, Suqovuşan  istiqamətində, onlardan sonra Təpəkəndə  deyil, Gülüstan, Ballıqaya – Murova tərəf, yəni Suqovuşandan sonra çayqırağı getdikdə sağ (Goranboy) tərəfdə sıx meşə örtüklü dağlıq ərazidə yerləşmiş kiçik bir yaşayış məntəqəsidir. Daha çox yaylaq yerinə oxşayır. Buna baxmayaraq bir neçə qəbirdən ibarət olan qəbirstanlığı da var. Evlər əsasən “finski” dediyimiz taxta evlərdən ibarətdir. (Bəlkə də bu məlumatlar artıq keçmiş zamanda qəbul edilməlidir.) Tale elə gətirib ki, bu yerləri  həm yayda (iyul 1993), həm də qışın oğlan çağında (fevral 1994) ziyarət etmək mənə qismət olub. 1994-cü ilin fevral ayında bu kiçik yaşayış məntəqəsini (Dəstəgül və ya Dəstəgir) kəşfiyyatçılardan təhvil alıb, motoatıcı bölmələr gələnə qədər qoruyub  saxlamış bölmənin tərkibində qulluq etmişəm. Olduqca keşməkeşli həyatımın bu hissəsinin  müəyyən məqamları yaradıcılığımda həm nəsrdə, həm də nəzmdə özünü zaman-zaman göstərib və yəqin ki, hələ çox göstərəcək. Məsələn elə bu yazı…

Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimov haqqında olan (son günlərdə bədxahlar tərəfindən məqaləsi vikipediyadan silinmiş) “Oriyentir Ulduzu” kitabından bir hissəni sizlərə təqdim edib, sonra söhbətimizə davam etmək istəyirəm: – “Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu dağlara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər.”

Sonra yenə Mübarizə həsr olunmuş “Şəhid haqqı” adlı bir şeirdə;

Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,

İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,

Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,

Bu qədər bivec ata, ya da ki, qardaş olmaz…

Vallah, atam-qardaşım bundan vacib iş olmaz…

* * *

Hər şeyi yükləmişik, Lazım bəyin belinə,

Zalım oğlu zalım da qüvvət verib dilinə,

Heç kimsə razı olmaz, bir quş səkə gülünə,

Bəs bu dağlarda yatan gül balalar kimindi?!

Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!

* * *

Dəstəklərə yazılı, neçə-neçə adımız,

Qundaqlara qazılı, sezilməyən ay-ulduz,

Nişan durub, gözləyir; birdən düşər yolumuz,

Gəlin, o nişanların gözün yolda qoymayaq…

Bu işi, bu gün görək, sabaha saxlamayaq…

* * *

Bu işin bir yolu var, göstəribdi Mübariz!

Torpaq bizim Vətənsə,  düşməlidi izimiz.

Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.

Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!

Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!

* * *

Dəli bilirlər bizi, doğruldaq adımızı,

Dost özün göstərəcək, tanıyaq yadımızı,

İllərdir su vermişik, püskürək odumuzu,

Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!

Mübariz gedən yolu, getməliyik hamımız!!!

03.08.2019. Bakı.

Daha sonra isə ümumilikdə bütün məzarsız şəhidlərimizə ithaf etdiyim “Müqəddəslər” şeirində;

MÜQƏDDƏSLƏR

(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)

Səngəri məzarı olan qardaşım,

Hələ də bilinmir əhvalın sənin…

Dəfndən Məada Bərzəx deyirlər,

Məchuldur durumun, məqamın sənin…

* * *

Silahın pas tutub, daha heç atmaz,

Dəbilqən gəzsə də, çəkmən köç etməz,

Kəmər yox olsa da, toqqan heç itməz,

Qumquman olubdu kimliyin sənin…

* * *

Üç rəngli bayrağım süsləyən dağlar,

Hər zirvə minlərlə şəhidi ağlar,

Bənövşə çiçəyi qəlbimi dağlar,

Dağların ağ qarı kəfənin sənin…

* * *

Zaur buz bulaqdan içəmməz daha,

Bənövşə müqəddəs, dərəmməz daha,

Ağ qarı tapdayıb, gəzəmməz daha,

Bu yurdun nəyi var, ünvanın sənin…

09.05.2021. – Bakı.

Dəstəgüldə gördüklərim zaman-zaman özünü xatırlatmış, müxtəlif təzahürlər  şəklində biruzə verərək, kağız üzərinə köçmüşdür. Bütün bunlardan əlavə həmin dövrdə  baş verənlər “Bir parça taxta və ya ağ mələfə səfası” əsərində ətraflı öz əksini tapıb.

Yuxarıda təqdim etdiyim nümunələrin yaranmasında əsas bir epizodun rolu olub ki, o da bugünkü vəziyyətlə səsləşdiyinə görə bu yazını yazmağı özümə borc bildim. Deməli, necə deyərlər quşbaşı qar yağa-yağa gecədən xeyli keçmiş  təyin olunmuş yerə  çatıb mövqeyi kəşfiyyatçılardan təhvil aldıq. Komandir hamını düzüb postları, kimin harada duracağını, istirahət növbəsinin harada dincələcəyini, postda dayanma müddətini elan etdikdən sonra hamı təyin olunmuş yerlərə getdi. Mən istirahət edən heyətə düşmüşdüm. Tez istirahət edən növbə üçün təyin olunmuş evə (Kiçik girişdən və iki pəncərəli bir otaqdan ibarət olan taxta ev idi, pəncərələr Goranboy tərəfə, sıldırım dərəyə baxırdı.) daxil olduq. Pəncərələri özümüzlə  gətirdiyimiz odeyallarla tutduq. Bir odun sobası tapıb qurduq və turbanın başına  vedrə keçirdik ki, yananda qığılcımlar çıxmasın. Seçdiyimiz ev dağın düşmən tərəfindən görünməyən sıldırım yamacında yerləşməsinə rəğmən bildiyimiz bütün maskalanmak və gizlilik tələblərinə riayət etməyə çalışırdıq. Artıq zaman olaraq, gecədən xeyli  keçsə də hər yan dümağappaq qar olduğuna və qara buludluq olmadığına görə görünüş demək olar ki, gündüz kimi idi. İstirahət otağı  tam hazır idi. Hətta çaydan da qaynadıb, həm posta gedənlər, həm də postdan gələnlər üçün isti şirin su hazırlamışdıq. Biz elə posta çıxmağa hazırlaşırdıq ki, uşaqlardan (əsgər R.E.-ni) birini halı pisləşmiş vəziyyətdə içəri gətirdilər. Nə baş verdiyi ilə marqalandıqda məlum oldu ki,  əsgər  digər post -növbə yoldaşları ilə təyin olunduqları  səngəri qardan təmizləyən zaman lapatkası nəyəsə ilişir və bu da lapatkanı qaldıranda gördüyü mənzərədən sarsılır… Halı pisləşir… Səngəri  təmizləyən əsgərin lapatkası bizdən əvvəl o mövqedə olub, şəhid olmuş digər Azərbaycan əsgərinin kəmərinə ilişibmiş. Lapatkanı qaldıran zaman isə bədən ortadan bükülmüş vəziyyətdə yuxarı qalxmışdı. O vaxtlar, bizim əsgərlərə verilən yaşıl rəngli, ay ulduzlu aliminium toqqa və dəriəvəzedicidən olan qəhvəyi kəmər aydın bilinirdi. Bundan əlavə bayraqlı “bakinski” forma və çəkmələr də bizim əsgər olduğunu təsdiqləyirdi…

Biz əvəz olunana  qədər itkisiz-filansız  nizam-intizamla, bütün qayda-qanunlara əməl edərək (Hələ bu müddətdə xüsusi tapşırıqla bir-neçə dəfə kəşfiyyata ketmək, bundan əlavə bənövşələri dərdiyim – maraqlıdır ki, fevral ayında buzun içində bənövşələr açmışdı – bulağa suya getmək, ərzaq gətirməyə gedən uşaqların  (əsgərlərin) qarşısına çıxmaq üçün aşağı düşmək kimi tapşırıqları da yerinə yetirirdik) sağ-salamat demək olar ki, Dəstəgüldə əməllibaşlı dincəldik. Vaxtı çatanda gəlib bizi əvəz etdilər…

GÜNDƏLİKDƏN SƏTİRLƏR:

08.02.1994 – axşam saat 11-də(23:00) komandir məni postdan çağırtdırdı. 6 nəfərlə Təpəkəndə kəşfiyyata getdik. Tapşırığı yerinə yetirib,( 09.02. 1994) səhər saat 4 –də Dəstəgülə qayıtdıq.

Biz əvəz olunduqdan  3-4 gün sonra (bu hadisənin öz obyektiv və subyektiv səbəbləri olub) qəfil hücumla demək olar ki, bir-iki yaralı olaraq min-bir müsibətlə qurtulan və qaçanlardan başqa  bizi əvəz edən bölmənin bütün şəxsi heyətinin hamısını öldürmüşdülər…

Deməli, təkcə bu balaca (heç  yanda adı, xəritələrdə izi-tozu olmayan) Dəstəgüldə həm ikinci dəfə biz alana qədər  90-cı illərdə şəhid olmuş əsgərlərimizin, həm də 1994-cü ilin fevral ayında qısa bir müddət ərzində bizdə olan vaxt şəhid olanlarla birlikdə xeyli şəhidimizin nəşi qalmaqdadır…

Görün indi nə qədər belə Dəstəgüllər var…

Xidmət müddətimdə sözün əsl mənasında başıma gəlməyən iş qalmasa da Dəstəgül mənim də yaddaşıma xüsusi olaraq yazılıb.  Gözümün önündən getməyən altında  gizlətdikləri  məlum olan qarla dolu səngərlər  və  bir də istədiyim zaman baxıb, toxuna bildiyim, hətta yeri gələndə söhbət etdiyim gündəliklərin vərəqlərinə qopub itmək qorxusu ilə bərk-bərk yapışmış  1994 – cü ilin fevral ayında Dəstəgüldə Gülüstan, Ballıqaya istiqamətində dərədəki bulqdan  qarın- buzun içindən  yığdığım bənövşələrin qurusu  mənim üçün istənilən zaman astral səyahətlə reallıq arasında mövcud olan bir dünya qurur. Həmişə bir istək olub, qəlbimin dərinliyində. Bir gün mütləq qışın oğlan çağında dincəldiyim bu səfalı məkanı may ayının sonlarında görmək, əsrlərdir şəhidlərimizn qanını ilə qidalanıb, Babəkin azadlıq sancağı kimi zühur edən alqırmızı lalərdən dərib, igid-ər oğullarımızın məzarı olmuş səngərlərin üzərinə sərmək, dərədə hüzünlü bir səslə zümzümə edən “Bənövşəli bulağ”a baş çəkmək istəmişəm. İnanıram ki, bütün digər arzularım kimi bu istəyim də vaxtı gələndə gerçəkləşəcək!

Allah bütün məzarlı və məzarsız şəhidlərimizə rəhmət eləsin. Siz də sona qədər həmsöhbət olduğunuz üçün çox sağ olun.

Müəllif: Zaur Ustac,

“Yazarlar” jurnalının baş redaktoru,

Şair – publisist.

16.08.2021. – Bakı.

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əyalətdən gələn oğlan – Qismət Tağıyev

Qismət TAĞIYEV – yazar.

Əyalətdən gələn oğlan

               I hissə

Elvira İvanovna  eyvanda oturub uzun müştüyə keçirilmiş siqaretini tüstülədə-tüstülədə dənizə tamaşa  edirdi. Hava günəşli olsa da zəif xəzri küləyi vardı. Dalğalar  lap uzaqlarda əmələ gəlir bir-birinin ardınca gəlib sahilə çırpılırdı. Suda olan quşlar  dalğalar yaxınlaşdıqca   qarşılamağa hazırlaşırmışlar kimi  onlarla birlikdə yuxarı qalxıb  aşağı düşürdülər və elə bil bundan sevinirdilər. Sahildə  gəzişən adamlar, aşağıda Neftçilər prospekti ilə şütüyən  maşınlar  4-cü mərtəbədən  çox kicik görünürdü. Elvira İvanovna  siqaret çəkməyə lap çoxdan başlamışdı. Əri öləndən sonra evdə tək darıxdığından birini  yandırıb çəkmiş və xoşuna gəldiyindən  davam etdirmişdi. İndi də bu  pis vərdişdən yaxasını qurtara bilmirdi. Qadınlar üçün xüsusi sifarişlə hazırlanmış belə bahalı siqaretlərə harada rast  gəlsə bir neçə blok alıb ehtiyyat evdə saxlayardı. Elvira İvanova siqaretini bayaqdan çəkib qurtarsa da evə keçmirdi. Evdə  qızı Anna yeni dostu Raufla  oturub çay içirdi  və Elvira İvanovnanın ondan  xoşu gəlmədiyindən  çıxıb burada oturmuşdu. Ev böyük idi. İstəsə otaqların  birində uzanıb dincələ bilərdi. Ancaq eyvanın qapısı böyük otağa açıldığından  istəmirdi  Raufla rastlaşsın. Eyvanın qapısı açıldı. Anna idi:

–Ana biz getdik.

Elvira İvanovna otağa keçdi. Qapını örtmədi. Bununla  otaqda olan abı –havanı dəyişmək istəyirdi. Otaq çox böyük idi. Elvira İvanovna öz qonaqlarını burda qəbul edərdi. Qonaqlar yalnız istirahət günləri olardı. Əslində Elvira İvanovna Bakıda az olurdu. Onun bütün həyatı qastrollarda keçmişdi. Ortada böyük masa, yanında  yumşaq kreslolar. Burda kimlər olmurdu. Məhşur siyasətçilər, dramaturqlar, rejissor və sseanaristlər, rəssamlar, artistlər, modolyerlər onun sevilən qonaqlarından idilər. Qonaqlar əvvəlcədən onlara göndərilmiş dəvətnaməyə görə  yığışırdi. Biz o vaxtlar, keçən əsrin 60-cı illərində elə bilirdik Sovetlər birliyində  kübar cəmiyyət, kübar ailə yoxdu. Amma sən demə  varmış. Elvira İvanovnanın ailəsi belə kübar ailələrdən biri idi. Ev  müzeyə oxşayırdı. Hər tərəfdə Elvira İvanovnanın müxtəlif olkələrdən aldığı, habelə ona  bağışlanmış hədiyyələr qoyulmuşdu. Bu otaqdan əlavə üç otaq da var idi. Onlardan biri Elvira İvanovnanın iş otağı, digər ikisi isə yataq otağı  olub, birində qızı Anna yatırdı. Onun iş otağı da zəngin idi. Divar boyu düzülmüş  rəflər müxtəlif dillərdə yazımış kitablarla dolu idi.

Elvira İvanovna Kuznetsova balerina idi. Onu bura Bakıya mərhum əri  Andrey Andreyiviç Puqaç gətirmişdi. Andrey Andreyeviç Azərbaycan  neft akademissiyasında dərs deyirdi. Gənc yaşlarında Moskvada  aspiranturada  oxuyanda   tez –tez Boyük Teatra  gedərdi. Boyük Teatrda   Pyotr İliç Çaykovskinin Sonalar gölü baleti  tamaşaya qoyulmuşdu. Ümumiyyətlə  o illərdə  Rus baleti çox irəli getmişdi. Çaykovskinin yazdığı Sonalar gölü, Yatmış gözəl əsərləri dünyanın məşhur şəhərləri, Moskvada, Sankt-Peterburqda, Münhendə, Milanda, Parisdə, Nyu-Yorkda dəfələrlə tamaşya qoyulmuşdu. Dünya balet sənətinə çoxlu yeniliklər gətirmiş Anna Pavlova, Maya Plisetskaya, Qalina Ulanovanın uğurlu çıxışları tamaşaçılar  tərəfindən rəğbətlə qarşılanırdı. Ölən Qu quşu səhnəsi daha heyran edici idi. Həzin müsiqi sədaları altında Maya Plisetskaya barmaqlarının ucunda fırlanır, əlləri ilə qanad çalıb havaya qalxmaq istəyir, lakin onun qüvvəsi getdikcə tükənir, əvvəlcə bir qanadı, sonra o biri hərəkətdən düşür və Qu quşu ölür. Zal bir anlığa sakit qalır.Hamı birdən ayağa qalxıb uzun sürən, davamlı alqışlar edir. Belə səhnələrin birində Andrey kənarda dayanmış Elviranı görür və aşiq olur. Tanışlıq uğurlu alınır. Evlənirlər. Andrey aspiranturanı qurtarıb evə qayıdanda  onu da özü ilə Bakıya gətirir. Böyük sənət məktəbi  keçmiş və balerina üçün lazım olan  bütün  göstəricilər  onda vardı. Boyu 1.58 metr, çəkisi 57 kiloqram idi. Sifətinin və gözlərinin köməyi ilə qorxunu, həyacanı və yaxud sevinci nümayiş etdirə bilirdi. Elvira İvanovnanın əsl istedadı  Opera  və Balet teatrında üzə çıxır. İndi baş rolları ona tapşırırdılar. 1961-ci ildə azərbaycanlı  gənc bəstəkar  Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında  yazdığı Məhəbbət əfsanəsi baleti tamaşaya qoyulur. Elvira İvanovna da özünü bu əsərdə sınaqdan keçirir  və onun ifası uğurlu alınır. Elə bu əsərlə də dünyanı gəzir. Məşhurlaşır. Vətən və xalq qarşısındakı xidmətlərinə görə ona SSRİ xalq  artisti fəxri adı verilir. Bir çox dövlət mükafatlarına layiq görülür. Ölkə rəhbəri elə o vaxtlar   bu evi ona bağışlayır. Andrey  Andreyeviç ondan geri qalmır. Əvvəlcə  namizədlik  dissertiyasını yazır , vəzifəsi  böyüyürür, doktorluğa hazırlaşır. Dənizdə yeni neft yataqları axtarışı ekpedisiyyalarında iştirak edir. Belə səfərlərin birində isə bərk xəstələnir və bir daha ayağa qalxa  bilmir. Bir neçə ay ağır xəstə yatandan sonra vəfat edir. Yeni  qazılan quyunun üstündə olan Andrey Andreyeviçin qrupunu qəfil başlayan tufan yaxalayır. Bir anda temperatur 10-15 aşağı düşür. Onları xilas etməyə gələn kater nə qədər çalışsa da quyuya yaxınlaşa bilmir. Tufan getdigcə şiddətlənir. Artıq dalğalar  estakadanın  üstündən aşırdı. Belə güclü dalğaların biri onu estakadanın üstündən götürüb atır. Suya  düşən Andrey Andreyeviç özünü itirməyib  estakdaya çatıb bir az yuxarı qalxıb kəmərlə  özünü möhkəm bağayıb sonu gözləyir. Onları  bir sutka sonra xilas edirlər. Cəmi 4 nəfər sağ qalmışdı. Gənc, bədəni möhkəm olan cavanlar sağ qalsa da  Andreyey Andreyeviç  ölümdən qaça bilmədi. Əvvəllər  onların yaşayış şəraiti  yaxşı olmadığından övlad məsələsini sonraya saxlayırdılar. Qızları Anna da bu yeni evdə dünyaya gəldi və Andrey Andreyeviç vəfat edəndə Annanın cəmi beş yaşı vardı.

Elvira İvanova çox varlı yaşayırdı. Aldığı dövlət mükafatları, ən yüksək əmək haqqı , yüzlərcə pərəstişkarının verdiyi bahalı hədiyyələr ona imkan verirdi ki, özünə lazımı şərait yaratsın. Onun  bağ evinin qiyməti  o dövr üçün istisna olan  100 min manatlarla dəyəri vardı. Qara QAZ-24 uzaqdan nəzərə çarpırdı. İndi ayrı zəmanədir. Qızı Annanın 25 yaşı  var. Xanımlar arasında dəbdə olan ağrəngli  X6 BMV-si var. Maşını Anna özü sürür.

Sovetlər birliyi  dağılanda Elvira İvanovna Bakını tərk etmədi. Andrey Andreyeviçdən sonra çoxlu elçiləri olsa da ərə getmədi. Tək darıxmamaq   üçün onlarca pərəstişkarı arasından Eldar  Həsən oğlu Qaraşovu  özünə həmsöhbət seçmişdi. Elvira İvanovna ona Eldar Qasanoviç deyə müraciət edirdi.

Eldar Qasanoviç  çox savadlı, mədəni, həm də varlı adam idi. Kiyevdə Beynəlxalq Münasibətlər Unverstetinin beynəlxalq hüquq  fakültəsinin bakalavr pilləsini, London Kral  universtetinin vergi hüququ fakültəsinin magistr pilləsini, Bakı idarəetmə Akademiyyasının  dinləyicisi olmuş, rus və ingilis dillərində sərbəst  danışa bilirdi. Uzun müddət İqtiasadi İnkişaf, Vergi nazirliklərində yüksək vəzifələrdə işləyəndən sonra istefaya çıxıb özünəməxsus çoxlu sayda mağazalar şəbəkəsini idarə edirdi. Onun mağazalarında  qızıl məmulatları, topdan satış tütün və ərzaq  malları, ayaqqabılar satılırdı. Bundan əlavə meyvə tərəvəz anbarı vardı. Daşınan,daşınmayan əmlakları milyonlarla manat dəyərində idi. Bakıda  oturub dünyanın ən böyük şəhərlərində birjalardakı qiymətlərdən vaxtında xəbər tuta bilirdi. Elvira İvanovna və qızı Anna  ilə  Parisdə tanış olmuşdu. Bax onda Elvira İvanova:

–Yox Eldar Qasanoviç Paris  bir-birini sevən gənclər üçündür.

Anna Andreyevna hələ tələbə idi. Mockva  Tibb universtetində oxuyurdu. Gələcəyin cərrahı olacaqdı.Bu tanışlıq sonralar dostluğa çevrildi.

Eldar Qasanoviç əvvəllər evli olmuşdur. Onun da ailəsinə bədbəxtlik üz vermiş,  keçən əsrin 20-ci illərində məşhur  milyonçu Murtuza Muxtarovun başına gələnlər  bu ailədə təkrarlanmışdır. Evləndiyi qadının səhlənkarlığı ucundan qızı eyvandan yıxılmış, oğlunu isə  küçədə avtomobil vurmuşdur. Bu hadisədən sonra Eldar Qasanoviç  pencəyini götürüb evdən çıxıb getmişdi.

Anna Moskvada təhsilini başa vurduqdan sonra Bakıya qayıtmışdı. Anası köhnə əlaqələrini işə salaraq onu Akademik M.Qasımov adına Respublika Klinikasının Cərrahiyyə  şöbəsinə işə  düzəltdi. Bu  şöbədə   adlı sanlı həkimlər, dossent və professorları işləyəyirdi. Bax  elə o vaxt  orada işləyən Raufu görüb  ona vuruldu. İlahi bu oğlan necə  də yaraşıqlı idi. Hündür, yaraşıqlı,üz-gözündən təmkinlik yağan  bu oğlan həm savadlı, həmdə bacarıqlı cərrah idi. Anna həyatında çox oğlanlarla rastlaşmışdı. Rauf onun gördüklərinə oxşamırdı. Üzləri, dərilərı sarışın,üstü xırda xallı  bu oğlanların sifəti,gözləri heç nə ifadə etmirdi. Raufda  isə tamamilə başqa cür idi. İri qara gözlərin baxışı altında tab gətirmək çətindi. Ona vurulan təkcə Anna deyildi. Annanın onun haqqında dediklərini   tez çatdırdılar. Ayrı-ayrı şöbədə işləyirdilər. Rauf də onunla maraqlandı. Aradüzəldənlər  sürətlə fəaliyyətə başlamışdılar.Hər ikisi haqqında məlumatlar toplanıb bir-birinə ötürdülər. Raufun 33 yaşı  olsa da hələ subay idi. Elə Annanın da  heç kimi yoxdu. Universitetdə, Bakıda bir neçə oğlanla tanış olsa da onların içərisində eləsi yox idi ki, ona adaxlı olsun. Raufun da evlənmək   vaxtı idi. Ancaq istəmirdi onun xanımı həkim olsun. Onun vaxtı olmadığından eləsi ilə evlənmək istəyirdi gələcək ev işlərinin  xeyli hissəsini xanımının öhdəsinə düşsün.

Rauf yaxşı qazanırdı. Dövlət klinikası olduğundan  bura müraciət edənlər çox olurdu. Bəzən gün ərzində 2-3 xəstəni operasiya edirdi. Rauf özü heç vaxt  xəstələrdən pul istəməzdi. Doğrudu xəstələri  özü müayinə edib, özü təyinat yazardı. Xəstə operasiyaya hazır ediləndən sonra, o xalatını geyinib  əməliyyat otağına düşər, sakitcə əməliyyatı edib iş otağına qayıdardı və yarım saatdan sonra qızlardan biri gətirib ona pul verərdi.

Rauf Göytəpə   rayonun  üçüncü sovxozundan idi. Orta məktəbi əla qiymətlərlə bitirib atasının məsləhəti ilə sənədlərini  Azərbaycan Tibb institunun müalicə -profilaktika  fakültəsinə   verdi. Dörd il ümumi  müalicə oxuyandan sonra  ixtisas seçimi cərrahlıq  oldu. Atası uzun illər boyu ücüncü sovxozun direktoru işləmişdi. Özünün və övladlarının yaxşı yaşaması üçün əlindən gələni əsirgəməmişdi. Sovxozda  yaxşı evi vardı. Bakıdan 3 otaqlı ev ala bilmişdi. Uşaqların hamısı burada oxuyanda  bu evdə qalırdı. Onlar hamısı  təhsil alandan  sonra  yenidən rayona qayıtmışdılar. Axırıncı Rauf Tibb universtetini əla qiymətlərlələ bitirdiyindən  onu  universetdə saxlayıb  cərrahiyə korpusunda iş verdilər.  İşə düzələndən sonra bu evdə yaşayırdı. Evi yaxşıca təmir etdirib, bütün  mebelini özü almışdı.

İndi onun  evi, işi, hətta maşını da vardı. Qalırdı  bir məsələ. Evlənmək. Yaxşı bir qız tapıb onunla ailə qurmaq. İşin ən çətini də elə bu idi. Rauf heç özü də bilmirdi yaxşı qız deyəndə nəyi nəzərdə tutur. Yaxşı qız deyəndə bəzən seçilən, sayılan kişilərin qızı nəzərdə tutulur, gələcəkdə oğlana arxa olsun. Bəzən də işi, savadı olan qızlara deyirlər ki, belə qızların yaxşı olmasını haradan biləsən. Gərək o qızla tanış olub aylarla bir yerdə olasan xasiyyətini.xarekterini biləsən. Ona da hansı azərbaycanlı qızı razı olar. Raufun  belə şeylərə  nə vaxtı, nə həvəsi var. Onun o yaşı deyildi ki, küçədə, parkda əlində gül dəstəsi görüşə getsin və ya gözləsin.

Nahayət onlar görüşüb tanış oldular. Saat 5-ə az qalmışdı. Bu vaxtlar  xəstəxanada sakitlik  olur. Rauf kabinetində  oturub səhərdən gətirilən qəzet –jurnallara baxırdı. Bunların içərisində Səhiyyə nazirliyinin qəzeti və tibbə aid jurnallar da vardı. Kabinetin qapısı açıqdı. Bununla belə  qapını kimsə döyürdü. Başını qaldırıb gələnlərə diqqətlə baxdı və Annanı tanıdı. Yanında bir  də qız vardı. Anna rusca:

–Doktor gəlmək olar. Rauf  tez ayağa qalxıb onları qarşıladı.

—Ooo! Nə gözəl təsadüf. Əlbəttə olar. Buyurun keçin. Onlar Raufla  görüşdülər. Rauf qarşıda qoyulmuş  iki  stulu bir az geri çəkərək

–Bax burda  əyləşin. Anna sağ tərəfdə, qız isə keçib sol tərəfdə oturdu. Rauf öz yerinə  keçib yanındakı düyməni basdı. Tezliklə otağa bir qız gəldi. Rauf:

–Mənim qonaqlarım gəlib. Yaxşı bir  çay gətirin. Rauf hər iki qıza diqqətlə baxırdı. Anna  həkimlərin geyindiyi iş paltarında idi. Boyu elə də hündür deyildi. Bir metr 60 santimetr olardı. Palet firmasının qadınların saçlarını rəngləmək üçün buraxdığı reklam fotolardakı qızlara oxşayırdı. Yaraşıqlı bədəni, ipək kimi sarışın saçları ortadan ayrılaraq çiyinlərə, sinəsinin üstünə tökülmüşdü. Mavi gözlərində sevinc vardı. İki qaşının arasından başlayan düz xətlə aşağı enərək  kəsilirdi. Burnunu ucu iti deyil, yumru  idi. Dodaqlarında şəhvət vardı. O birisi qız da gözəldi. Azərbaycanlı olması  o saat nəzərə çarpırdı. Anna rəfiqəsinə baxıb gülümsəyərək:

–Nazik görürsən  bu necə gözəldir.

–Hə Anna  doktor doğrudan da gözəl oğlandır –deyib bərkdən güldü. Rauf eşitdiklərindən utanıb qızardı. Çayı gətirmişdilər. Rauf  içərisi əla şokolad, peçenye ilə dolu vazanı onların qarşısına qoydu.

–Buyurun çay için. Annanın Nazik adlandırdığı qız:

–Doktor Annanın xəstələrinin birində balaca problem yaranıb. İstəyirik o  xəstəyə baş  çəkib  məsləhət verəsiniz.

–Məmnuniyyətlə. Sizin xəstəyə nə vaxt baxmaq lazımdır.

–Əgər mümkünsə elə indi. Biz qorxuruq sonra gec olar. Annanın işlədiyi korpus binanın cənub tərəfind idi. Ora getmək üçün  mütləq həyətə düşüb, dövrə vurub binaya daxil olmaq olardı. Anna ağır əməliyyatlara girmirdi. Deyirdi hələ ona hazır deyiləm. Çay içiləndən sonra hər üçü yığışıb xəstəyə baxmaq üçün  liftlə həyətə düşdülər. Rauf hündür adam idi. Liftdə adam çox olduğundan qızların ikisi də ona sıxılmışdı. Qızların başı  onun burnuna toxunurdu. Saçlardan       qopan xoş duyğu onu gicəlləndirirdi. Amma bu cəmi bir dəqiqə çəkdi. Qapı açıldı. Onlar həyətdən keçib xəstənin yanında oldular. Xəstə yaşlı kişi idi. Rauf ona salam verib:

–Necəsən cavan oğlan-deyə soruşdu. Həkimin sözlərinə yanındakılar elə xəstənin özü də güldü.

–Yaranı göstər görüm. Kişi köynəyini yuxarı çəkdi. Qarının sağ tərəfində aşağı hissəndə  uzun kəsilmiş yara səliqə tikilmişdi. Yalnız qadınlar belə tikiş vura bilərdi. Yaranın ətrafı qızarmış, sapların 1-2-nin yanı ağ kimi görünürdü. Bu iltihab idi. Amma qorxulu deyildi. Rauf əli ilə yaradan kənar yerləri də yoxlayıb xəstəyə  bir neçə sual verəndən sonra:

–İşlər yaxşıdır dost –deyib  palatadan çıxdılar. Gəlib  Annanın kabinetinə  çatanda  Nazik:

–Anna mənlik işin yoxdursa   getdim.

–Doktor köməyə görə sağ olun. Uğurlar.

–Siz də sağ olun. Amma onun nəyə uğurlar arzulamasını başa düşmədi. Anna onu kabinetinə dəvət elədi. Annanın göstərdiyi stolda oturub kağız qələm istədi. Xəstənin yarası üçün bir iynə, bir də  gündə iki dəfə yaraya sürtmək üşun  quruducu maz yazdı. Sonra  üzünü  Annaya tutub:

Hə Anna xanım belə -belə işlər. Bəlkə tanış olaq. Ayağa qalxıb

–Rauf Mamedoviç Quluzadə. Anna  da ayağa qalxıb:

–Anna Andreyevna Puqaç-deyə  cavab verdi. Qızların onun otağına gəlişindən indiyə kimi  danışıqları hamısı rusca olmuşdu. Rauf ruscanı yaxşı başa düşürdü. Səsi gözəl və rəvan olmasına baxmayaraq danışmağı yaxşı alınmırdı. Aksenti bilinirdi. Özgəsi olsaydı onun danışığına gülməyi tutardı. Amma Anna ciddi adam idi. O gülmədi. Anna yaxşı bilirdi   rus dili çox mürəkkəbdir.  Onun öyrənilməsinə uzun illər lazımdır. Onlar xeyli oturub söhbət etdilər. Hər ikisi özləri, valideynləri, yaşayışları haqqında məlumat verdilər. Hətta telofon mübadiləsi də etdilər. Rauf  evdə nahar etmirdi. Axşamlar isə hərdən dostları ilə və yaxud tək restoranların birində şam edərdi. Şənbə bazar günləri isə hərdən şəhərdən kənar dənizə  yaxın istirahət  mərkəzlərinin  birinə gedib dincələrdi. Rauf özünə yaxşı baxırdı. Hələ orta məktəbdə oxuyanda idmana olan həvəsini  davam etdirirdi. Universtet illərində boks qrupuna yazılıb məşğul olması  indi də hiss olunurdu. Səhərlər durub stadiona gedir, orada bir neçə dəfə dövrə vurandan sonra  qayıdıb yaxşıca yuyunardı.

Görüş üçün ilk təklif Raufdan gəldi. Anna  etiraz etmədi. Axşam saat doqquzda  Anna  ağ BMV ilə onu evinin yanından götürdü. Rauf görüşə xüsusi zövq ilə hazırlaşmışdı. Bahalı mixəyi rəngli mil-mil kostyum, azca mavi rəngli köynək, cəhrayı qalstuk ona yaraşırdı. Hökümət evi yaxınlığında Abşeron mehmanxanasına daxil olanda  oturanların hamısı dönüb onlara baxırdı. Anna uzun qırmızı bahalı parcadan tikilmiş don geyinmişdi. Qolları, çiyinləri açıq idi. İki nazik lentvarı parça çiynindən aşaraq arxada bir qədər enlənsə də yenə açıq qalan yer   çox idi. Rauf baxışların altında sıxılsa da öz-özünə

–Əşi nə olsun. Məni burda kimdi tanıyan. İşçilərdən biri dərhal onlara yaxınlaşdı.

–Buyurun keçin. Siz  yer   sifariş etmisiniz. Rauf  burada birinci dəfə olduğundan dərhal cavab  verə bilmədi. Anna rusca  bildirdi,

–Bəli və stolun nömrəsini dedi.

–Anna necə  Siz azərbaycanca bilirsiniz.

—Əlbəttə bilirəm.Azərbaycanlı deyiləm. Mən burda doğulmuşam. Onları  butun bina boyu şüşə olan pəncərənin qarşısındakı stolun yanına apardılar. Onları müşaiyyət edən oğlan stolun sol təfindəki yumşaq stulu azca   geri çəkib  Annanı, sonra isə keçib Raufu əyləşdirdi. Rauf  stolun üstündə düzülmüş qablara, qədəhlərə, cəngəl, bıçaqlara nəzər yetirəndən sonra  ətrafa baxdı. İçəridə adamlar çox olsa da  hələ boş  yerlər xeyl qalmışdı. Elə stollar vardı ətrafında kişi, qadın və uşaqlar oturub hansı dildəsə danışırdılar. Burada avropalı, asiyalı,afrikalı da vardı. Stola  sol qolunun üstündə dəsmal, əlində bloknot, qələm tutmuş xüsusi geyimdə olan ofisiant yaxınlaşdı. Uzun yaraşıqlı qız həm də gözəl idi. Yubkası qısa olduğundan yoğun, düz qılçaları  göz oxşayırdı. Bayaqdan menyuya baxan Anna ona sifarişini dedi. Özüdə ingiliscə. Rauf Annaya təəcüblə baxırdı. Qız gedəndən sonra, özünü saxlaya bilməyib:

–Anna o sizi başa düşdü. Anna onun sadəlövhlüyünə gülümsəyib

–Əlbətə Rauf. Onlar bura işə düzələnə qədər, neçə  yoxlamadan keçirlər. Elələri var ali təhsilli mütəxəssisdirlər. Yeməyi gətirib verdilər. İlahi  bunlar nə idi. Düzdü Rauf bunların bəzilərini tanıyırdı. Ancaq boşqablarda başqa tərzdə yerləşdirilmişdi. Əllərində ağ əlcək olan bir oğlan gəlib ortada qoyulmuş  şüşəni açıb Annanın, onun iri qədəhinin yarısına qədər şərab süzüb çıxıb getdi. Qız isə gözləyirdi.

–Bəs bu qız niyə burda dayanıb.

–O gözləyir ki,biz badələrimizi içəndən sonra yenidən süzsün.

–Ona deyin  burdan getsin. Mən əsəbləşirəm. Sizə sözümü deyə bilmirəm. Anna başı ilə qıza  işarə elədi, gedə bilərsiniz.

–Rauf siz onun xətrinə dəydiniz. Bizim  söhbətimizin ona dəxli yoxdur. O iş başındadır vəzifəsini yerinə yetirir. Evimizdə xidmətçi var. İstirahət günlərində anamın qonaqları olur. Çay süfrəsi arxasında hər cür söhbətlər olur. Xidmətçi söhbətləri eşitsə də onun ixtiyarı  yoxdu  hər hansı bir söz desin.

Rauf savadlı adam idi. Dünyagörüşü də pis deyildi.Atası imkanlı olduğundan Sovetlər birliyi dövründə məşhur sanatoriyalarda Socidə, Yaltada, Kislovodckda olmuşdular. Moskvanı gəzmişdilər. Bununla belə Anna ilə tanış olandan hiss elədi onunla  özü arasında yerlə  göy qədər fərq var. O Annaya baxırdı. Anna nə edirdisə onu təkrarlayırdı. Restoran tam dolmuşdu. Orkestr  bir-birnin  ardınca lirik musiqilər ifa edirdi. Bir anlığa musiqi kəsildi. Elan edildi gecənin açılışı münasibətilə restoranın rəqs qrupu dəvət edilir. Axşam paltarları geyinmiş  rəqs qrupu əvvəlcə tanqodan başladı, sonra  lombadaya, yunan rəqsi sirtaki və ləzginka oynadılar. Salona şən əhval rühuyyə doldu. Rəqs qurtaranda hamı gürultulu alqışlarla onları yola saldı. Raufun da kefi əmməli-başlı açıldı. Tez şərab butulkasını götürüb Annanın, özünün badələrini doldub elə azərbaycanca

—Götür vuraq. Səhv etdiyini tez anladı və üzr istədi.

–Bağışlayın Anna. Harada olduğumu bir anlığa unutdum. Anna yenə gülümsəyib onun dediyinə əməl etdi. Şərab Raufun çox xoşuna gəlmişdi.

–Anna bu nə şərabıdır. Anna şərabın adını dedi.

–Bunların eləsi olur 100 ildən çox yaşı olur. Kiminsə sifarişi ilə orkestr Vals çaldı. Oturanlardan bir neçəsi qalxıb rəqs etməyə başladı. Anna Raufa

–Bu Mosartın 40-cı sinfoniyasıdır. Rauf  yavaş-yavaş əsəbiləşirdi. Ona görə yox burda idi. Özünə acığı tutmuşdu. Burda olmaq gözəldi. Amma  niyə indi. Axı neçə illərdi Bakıda yaşayır. Anna deyir mənim anam məhşur balerinadır. Ancaq onu tanımıram. Bu neçə il ərzində  nəinki baletə baxmağa, heç teatra da getməmişdir.

–Onların stoluna bir nəfər yaxınlaşdı.Raufdan icazə istəyib xanımını rəqsə dəvət etmək istəyirdi.

–Anna o   nə istəyir.

–Məni rəqsə dəvət edir. Fransızdır. İcazə verirsən.

–Əlbəttə.

Anna gözəl rəqs edirdi. Amma onu qısqanclıq da boğurdu. Anna onun tanışı idi. Rauf hələ barmağının ucu ilə ona toxunmamışdı. Amma bu yad kişi əli ilə Annanın belindən tutub özünə sıxıb rəqs edirdi. Anna rəqs edib gəldi. Rauf bir badə də süzüb içdi. Anna az içirdi. Heç gətirilən yeməkdən o qədər yeməmişdi. Saat 12-yə qalırdı. Getmək vaxtı idi. Hesabı vermək istədilər. Bayakı qız gəlib gəlib hesabı dedi.

–200 manat

–Neçə. Biz neylədiki, 200 manat istəyir.

–Bura belədir. Rauf cibindən pul çıxardıb hesabı verdi. Anna  maşını Raufun evinin yanında saxlayanda artıq saat birə işləyirdi. Rauf maşından düşdü.

–Anna bu gecə mənim  xoşuma gəldi. Sizdən çox xahiş edirəm mənim müəlliməm olun. Məni böyük həyata  daxil olmağıma kömək edin. Anna yaxınlaşıb yavaça üzündən öpdü.

—Söz verirəm Sizə yaxşı  müəllimə  olacam. İndi gecəniz xeyrə qalsın. Maşına oturub  yüngülcə əl edərək çıxıb getdi.

Ertəsi  gün Anna axşamkı görüşün necə təsir bağışlamasını öyrənmək üçün Raufun yanına gəldi. Rauf onun gəlişinə sevindi. Yanında heç kim yox idi.

—Hə Anna xoş gəlmisiniz. Amma axşam yaman gözəl görünürdünüz. Paltarınız lap əla idi. Balaca  zərif Anna əsl mələk idi.

–Bəs necə. Axı mən balerina qızıyam. Mən anama oxşamışam. O da mənim kimi bam-balaca xanımdır.8 yaşım olanda məni də xereoqrafiya məktəbinə qoymaq istəyirdilər.5-6 ay davam edəndən sonra daha məşqlərə getmədim. Çətin idi. Amma bəzi  nöqtələr yadımda qalıb. Ayağa durub ayağının birini qaldırıb barmağının ucunda yüngülcə fırlandı. Nazik yay donunun  ətəyi yavaş –yavaş  yuxarı  qalxırdı və Annanın bütün gözzəlliyi  onun qarşısında idi. Cəmi bir iki saniyə  çəkən bu görüntü sonralar da bütün ömrü boyu Raufun yadında qaldı.

–Buna   pa-de-de  deyirlər.

–Yaxşı  axşam orkestr musiqiyə başlayanda siz dediniz bu Mosartın 40-cı sinfoniyasıdır. Bunu haradan bilirsiniz.

–Əvvala Rauf mən təklif edirəm bundan sonra artıq bir-birimizi tanıdığımızdan siz sözündən, sənə keçək. İkincisi bildirirəm  bizim ailə savadlı və imkanlı olduğundan mən musiqi təhsilini də almışam. Əsasən fortopianino sinfində oxumuşam. Yuxarı  siniflərdə  bizə klassik musuqidən də dərs keçirdilər. Dünya  musiqisinin dahiləri olanlar, Mosart, Ştraus, Şopen, Bax, Çaykovski və başqalarının əsərlərini dəfələrlə ifa etmişik.

–Anna  sən həm gözəl, həm dahisən. Mən sənə valeh olmuşam. Səndən bir xahişim əgər mümkünsə vaxtaşırı  belə gecələrdən yenə təşkil edək. Anna:

–Baş üstə- ayağa qalxdı.Yaxınlaşıb yenə Raufun  üzündən öpüb:

 –Sən yaxşı oğlansan   -deyib çıxıb getdi.

Onların ilk görüşündən iki aydan cox vaxt keçmişdi. Bu iki ay ərzində Raufla Anna xanım istirahət günlərinin hamısında müxtəlif restoranlarda oldular. Sevgi ocağı alovlanmışdı. İş yerində olan bu roman bütün xəstəxanaya yaılmışdı. Anna elə tələbkar deyildi. Rauf isə elə bil yatmışdı indi oyanırdı. Onun qarşısında yeni aləm açılmışdı. Yenicə daxil olduğu bu aləmin dərinliklərinə baş vurduqca ayrı-ayrı adamlarla tanış olurdu. Onlar elə belə  adamlar deyildi. Siyasətçilər, aktyorlar, rejissorlar, jurnalistlər. Sən demə   onlar Raufla birlikdə bu şəhərdə yaşayırmışlar. Amma Rauf  onları görmürmüş, hiss etmirmiş.

Annanın  anası Elvira İvanovna ilə problemi  yaranmışdı. Axşam idi. Böyük otaqda Anna televizora baxırdı. Elvira İvanovna oxuduğu kitabı kənara qoyaraq eynəyini çıxarıb:

—Anna son günlər axşamlar evdə olmursan. Evə gec gəlirsən. Nə olub.

Anna anasının sualından bir qədər duruxdu. İstəmirdi Raufla görüşdüyünü anası bilsin. Raufla münasibəti hələ aydınlaşmamışdı.

–Ana  axşamlar dostlarımla gəzməyə çıxırıq. Burda nə var. Mən artıq uşaq deyiləm.

–Qulaq as Anna.Düzdür sən əvvəllər hərdən evdə olmurdun. Amma indi demək olar hər həftə evdə olmursan. Özüdə hər dəfə evdən çıxana kimi  xüsusi hazırlaşırsan.Geyimlərin dəyişir. Mən anayam. Ana ürəyi hiss edir ki, qızımın həyatında dəyişiklik var. Anna fürsəti əldən vermədi.

–Düz tapmısan ana .İki ay  olar bir oğlanla tanış olmuşam. O cərrahdır. 33 yaşı var. Mən işləyən xəstəxanada cərrahiyyə şöbəsindədir. Adı Raufdur. Evi, maşını  var. Subaydır.

–Burdan, Bakıdandı?.

–Yox əyalətdəndir. Amma burda çoxdan yaşayır. İnstitutu qurtarandan sonra işə başlayıb.

–Qızım  bura qədər dediklərin çox gözəldir. Amma əyalətdən olması mənim heç xoşuma gəlmədi. Bilirsən  qızım əyalətdən olanlar bir az  kobud və üzlü olurlar. Dünyagörüşləri dar olur.

–Ana səhvin var. Rauf çox savadlı və mədəni adamdır. Dünyagörüşü də  pis deyil.

–Yaxşı sən deyən olsun. Mən xəbərdarlığımı elədim. Ehtiyyatlı ol. Bununla da ana bala arasında olan söhbət sona yetdi.

Bu arada Annadan qəribə təklif gəldi.

–Rauf bir neçə aydır tanışıq elə hər dəfə gurultulu bahalı restoranlarda otururuq. İstəyirəm məni bir dəfə də  elə kafeyə aparasan orda adamlar çox olsun. Biz də onlarla bir yerdə yeyib içib şənlənək.

–Anna sən  nə danışırsan.O kafelərdə hər cür adamlar olur. Alma satan, kartof satan, sürücülər, fəhlələr gündüz minbir əziyyətlə qazandıqları beş-on manatı axşamlar gəlib belə kafedə oturub  o ki, var yeyib içirlər. Ağızlarına gələni deyirlər.

–Olsun də. Bizə nə dəxli var.

Şənbə günü axşam avtovağzal tərəfdə belə bir kafedə oldular. Mərasim paltarı geyinməsələr də paltarları ən son dəbdə olan geyimlərdi. Təzəliyi, səliqəsi uzaqdan bilinirdi. Oturanlar   dönüb onlara baxırdı. İçəridə göz-gözü görmürdü. Papiros tüstüsü mətbəxdən gələn tüstüyə qarışmışdı. Hər stolun ətrafında 4-5 adam oturmuşdu. Demək olar bütün stollarda araq vardı. Onlar ayaq  üstə qalmışdılar. Nəhəyət onlara üzü tüklü, xalatı əllərini silməkdən qapqara olmuş bir oğlan yanaşdı.

–Sizə nə lazımdır.

–Bir az oturub istirahət eləmək istəyirik.

–Bu saat. Gedib  barın( ona bəzən büfet də deyirlər) yanından  stol, stul gətirib birtəhər yer düzəltdi. Hələ üstəlik  güya hörmət əlaməti olaraq stolun üstünə  müşəbbə saldı.Stol düzəldilənə qədər Rauf ətrafa baxırdı. Salonda qadınlar elə çox deyildi. 2 stol aralıda üç cavan oğlanla oturmuş qadın tez –tez Raufa baxıb yoldaşlarına nəsə deyirdi. lap yaxındakı stolda bir oğlan  boş araq şüşəsini əlində tutub o biri yoldaşına

–Ay oğraş  dünən iki klentimi aparmısan.Heç olmasa bir araq al içək. Onsuz bütün gecəni burdayıq.

–Ə ağzına gələni danışma .Yanımızda adam  var ayıbdır.Əlində araq şüşəsi olan dönüb Raufa  ,yanındakı xanıma baxdı.

–Qardaş bağışla görmədim. Bu ….. oğlu  söz verir, amma eləmir. Bunun ….. lənət. Oturdular və Rauf oğlandan

–Yeməyə nəyiniz  var –soruşdu.

–Dana  basdırması, kefli beçə, kəlləpaça, mal ətindən sous, tikə, lülə. Annaya souc sözü tanış gəldi.

Raufa rusca

–Qoy sous vesinlər.

–Sous verin. İçməyə şüşə sirab və ya narzan  verin. Bax bu stola mənim hesabıma  bir dənə bahalı araq  verərsən.

Yeməyi gətirdilər. Yanında da düz boşqabda   şoraba .

Rauf   çəngəli götürüb sousa baxdı. Deyəsən tanrının burdan xəbəri yoxdu. Sousun suyu qapqara, içərisində  kartof heç bir həndəsi fiqura oxşamırdı. Çəngəllə əti yoxladı. Hər tərəfi qara olan tikə ətin  içərisi qıpqırmızı idi. Yayın günündə verilmiş şorabanın iyi  yayılırdi. Oğlan azca ləngisə də arağı gətirib deyilən stola verdi. Oturanlar  təəcübləndilər. Araq bahalı idi. Yəqin yaxınlıqdakı mağazadan alınmışdı. Həmin  kişi tez arağı qaldırıb

–Bu nədir ə Kamil bunu kim deyib. Kamil Raufu göstərdi. Rauf ona işarə  ilə

–Qonaq olun– dedi. Kişi

Sağ  ol qardaş. Allah əvəzini versin. Barın yanında quraşdırılmış maqnitofon bayaqdan Sona bülbülləri oxuyurdu. Növbəti musiqi Yanıq Kərəmi  oldu. Salonda əməlli başlı canlanma oldu. Oturanlanlardan bir neçəsi  durub oynamağa başladı. İnsafən çox gözəl oynayırdılar. Yerdəkilər əlləri ilə çəpik çalaraq onları alqışlayırdılar. Bu arada üç cavan oğlanla  oturmuş  qız ayağa qalxıb  oynaya-oynaya Raufun yanına gəldi. Qadının saçı qıvrım və qısa idi. Saçın bir hissəsi sarı, qırmızı, sonra  göy rənglə boyanmışdı. Makiaj edilmiş üzü  ağ, gözlərinin ətrafı, qaşı qara idi. Hündür dolu qadın idi. Hündür ,həddindən artıq kök  olan bu qadın qısa yubka, kofta geydiyindən  əllərini qaldırıb oynayanda yoğun budları, qarnı, kürəyi açıq qalırdı.

–Salam Raufcan, necəsən. Rauf ona baxdısa tanımadı.

–Mənəm də Tükəzban. Rauf nə qədər fikirləşdisə yenə tapa bilmədi.

–Xanım xahiş edirım çıxın gedin. Mən sizi tanımıram. Görürsən  yanımda xanım var. Tükəzban hirsləndi. Utanmadan  hündürdən

–Necə tanımırsan. 5 il bundan qabaq mən sizin şöbədə medsestra işləyirdim. Onda tanıyırdın indi tanımırsan.

Raufun yadına  xəstəxanada  işlədiyi ilk illər düşdü. Onda bu qız da onların şöbəsində işləyirdi. Adına Tükəz deyirdilər. Azca dolu, hündür, yaraşıqlı, xoş təbəssümlü, mehriban qız idi. Raufun da onunla sevgi romanı olmuşdu. Bir neçə dəfə evinə aparmışdı. Sonra bazarda işləyən bir kişiyə ərə getdi. Kişi onu işdən çıxarmışdı. İndi  Raufun gördüyü qadın tamamilə başqa qadın idi. Bununla belə  Rauf yenə  özünü  ələ alıb yavaşca

–Xanım  gedin burdan. Amma qadın getmirdi. Ələrini bədənini oynadaraq

–Rauf mən gözləyirəm. Deyəsən sərxoş idi. Raufü rəqsə dəvət edirdi. Bu dəfə Rauf əmməlli başlı hirsləndi.Ayağa qalxıb  qadının qolundan tutub

–Rədd ol burdan. Tükəzban belə təhqir olacağını gözləmirdi. Dönüb ağlaya-ağlaya dostlarının yanına getdi. Dostları  artıq ayağa durub ikisi irəlidə, o birisi arxada  Raufa tərəf gəlirdi.

–Rauf Annaya nəyi  isə izah edirdi.

 Onlar gəlib Raufa çatıb

–Cavan oğlan  sən bizim xanımı incitdin, indi biz elə edərik sənin də xanımın ağlayar. Heç bir dəqiqə keçməmiş onlardan ikisi  aldıqları zərbələrdən yerdə çabalayırdı. Rauf onların birinin qarnından, o birisinin çənəsindən yumruqla vurmuşdu. Qonşu stollarda olanlar ayağa qalxmışdı. Üçüncü dost  bıçaq çıxarmışdı. Raufun araq göndərdiyi stoldakı oğlanlardan biri  Raufa

–Dayan  qardaş, burdan belə mənlikdir. Əlində bıçaq olan oğlan üstünə gələn nəhəng adamı görəndə əvvəlcə geri addımladı, sonra isə dönüb qaçdı. Nəhəng adam yerdəkilərə yüngül təpik vurub

-Ə durun zibilinizi də götürüb rədd olun burdan. Daha 10 dəqiqə keçdi. Salon sakitləşmişdi. Rauf dilxor idi. Stolun üstündəkilər necə gətirilmişdisə eləcə qalmışdı. Annaya:

— Bəlkə gedək.

–Gedək.

Durub gedəndə  əlini cibinə salıb   stolun üstünə pul qoydu. Pul  stolun üstündəkilərin dəyərindən 2-3 dəfə çox idi. Həmin nahəng  oğlan onları maşına qədər ötürdü. Sonralar  Raufla Anna  bu axşamı  hərdən yadlarına   salıb gülürdülər.

Görüşlər davam edirdi. Artıq üç ay idi görüşürdülər. İstirahət günlərinin birində Anna  anasından icazə alıb onu evlərinə dəvət elədi və Rauf   burada  kiçik səhvə yol  verdi. Elvira İvanovna onu səmimi qarşıladı. Raufun gətirdiyi  gül dəstəsini  sol əlinə alıb sağ əlini Raufa tərəf uzadanda Rauf Elvira İvanovnanın əlini öpmək əvəzinə  sevindiyindən iki əlli Elvira İvanovnanın əlini tutub yüngülcə yellədi. Elvira İvanovna pərt olsa da, oğlanın gözəlliyi də diqqətindən yayınmadı. Evdə başqa qonaqlar da vardı. Rauf onlarla da görüşdü. Hamısı yaşlı idi. Qonaqlar  belə gözəl adaxlı üçün Annanı təbrik edirdi.Rauf utandığından qızarmışdı.Raufla Annaya da şərab süzdülər.Hamı rusca danışırdı. Onu yaxşıca tanımaq istəyənlər suallar verirdilər. Rauf verilən suallara qısaca cavab verirdi.  Söhbətlər çox maraqlı idi. Ayrı-ayrı siyasətçilərin, deputatların həyatından, teatrdan, kinodan ,aktyorlardan, qoyulacaq tamaşalardan danışılırdı. Rauf darıxmağa başlayırdı. Arada olan rəsmiyyət, etiket qaydaları onu sıxırdı. O cavan idi. İçərisində olan  sevgi onu  dəli eləmişdi. Anna ilə tək qalmaq istəyirdi. Anna onu başa düşürdü.

Annanı o biri otağa çağırıb 

–Anna mən burda darıxıram. Olar biz çıxıb gedək.  Anna

–Gedək Rauf. Burda  bizlik bir şey yoxdur. Anna qayıdıb anasının  qulağına nəsə pıçıldayandan sonra aşağı düşüb restoranların birində  əməlli başlı şənlik etdilər. Ən çox evdəkiləri parodiya edib gülürdülər. Nə qədər oturduqları yadlarına gəlmirdi. Gecədən xeyli keçmişdi.

Ağ  BMV yerindən sürətlə tərpəndi. Anna çox içməmişdi. Amma yaman dalğındı. Rauf dərin fikrə getmişdi. Hər ikisi susurdu. Gecə yarısı olduğundn  gediş gəliş azalmışdı. Daha bir saat kecdi. Anna mağazaların birinin yanında saxlayıb  bir paket  nə isə aldı.  Gəlib oturub paketin  içəsindən iki büküm Lays çıxardıb birini  Raufa verdi. O birisini özü açıb  yanındakı sandıqçanın üstünə qoydu. Onlar aeroportun yaxınlığında idi. Bayaqdan səbrlə dözən Rauf  özünü saxlaya  bilmədi.

–Anna biz hara gedirik.

–Burda Mərdəkanda bizim bağ evimiz var. İstəyirəm bugünku şənliyimiz   yarımçıq qalmasın. 20 dəqiqədən sonra onlar qəsəbənin içərisindən keçib dəniz tərəfdən  bir darvazanın qarşısında dayandılar. Uzun  zəngdən sonra  kiçik qapını  cavan oğlan açdı. Annanın  görüb darvazanı açdı.  Maşın həyətə  girəndən sonra  çıxıb getdi. Rauf yenə  sual verdi.

—Anna bu oğlan kimdir.

–Qaravulçudur. Həm də bağbandır. Ailəlidir. Onlar həyətdəki  evdə yaşayırlar. Rayondan gəliblər. Bura onlar üçün sərfəlidir. Ev kirayəsi vermirlər. Üstəlik yaxınlıqda bağlarda işləyə bilirlər. Onlar olmasa  bu evi bir günün içərisində dağıdarlar. Anna keçib  evin işıqlarını yandırdı. Hər yan işığa qərq oldu. Birmərtəbəli kürsülü evin gözəlliyi, əzəməti indi bilinirdi. Evə keçdilər. Anna soyunmadan Raufu evlə tanış edirdi. Enli dəhlizin bir tərəfində  sanitar qovşaq, digər tərəfində  mətbəx,oradan istirahət otağına daxil oldular. Istirahət otağından yataq otaqlarına qapılar vardı.

–Bax bura anamın, bu isə mənim otağımdır. Hər şey əla düzəldilmişdi. Hər yanda səliqə, təmizlik  vardı. Yenidən Raufu  öz otağına aparıb 

— Burda  gözlə. Çıxıb əlində  göy rəngli xalat gətirdi.

–Bu anamın ən böyük xalatıdır, bilmirəm əyninə olacaq. Paltarını dəyiş. Xalatı verəndə göz-gözə gəldilər. Getmək istəyəndə Rauf onu saxladı və bütün gücü  ilə Annanı  ağuşuna alıb dodaqlarını Annanın dodaqlarına  sıxdı. Anna heç bir müqavimət göstərmirdi. Bu əsl  sevgi idi. Romeo öz Cülyettasını tapmışdı. Rauf onu qucağına alıb başını sinəsinə sıxıb bir neçə dövrə vurandan sonra yerə qoyub

–Mənim gözəl Annam. Anna  tamamilə sevinc içində idi.

–Hamam hazırdır. Əvvəlcə sən yuyun.

Rauf  gülməli olmuşdu. Xalat  onun bədəninə   çox kiçik idi. O yuyunub gələnə kimi Anna paltarını dıyişmiş, həmdə stolun üstündə kiçik süfrə açmışdı. Annanın xalatı ağ rəngdə idi. Elə bil qu quşu idi. On dəqiqədən sonra o da yuyunub gəlib Raufun yanında oturdu. Kiçik süfrə səliqə ilə düzəldilmişdi. Anna:

–Bu gün sənə özüm qulluq edəcəm-deyib stolun üstündə olan viski şüşəsini  açıb əvvəl özünün qədəhini, sonra isə Raufun qədəhini doldurdu.

Rauf  viski şüşəsini  Annanın əlindən alıb üzərindəki etiketi oxumaq istədisə heç nə alınmadı.

–Bu viski  uzun müddətdir bizdədir. O vaxtlar Mərkəzi  Komitədə işləyən bir nəfər anama hədiyyə verib. Onların işlədiyi binada mağaza varmış. Bu mağazada dünyanın hər yerindən gətirilmiş defisit mallar həmişə olurmuş. Əsl şotland viskisidir. Qədəhlərini yüngülcə bir-birinə vurub icdilər. Sonra stolun üstündəki fıstıq  tumundan, qovrulmuş fındıqdan, qöz ləpəsindən, sarı qara kişmişdən həyəyə  bir neçəsini yedilər. Rauf ayağa  durub Annanın  saçlarımı ələri ilə qarışdırıb  üzünü onun üzünə sıxıb ayağa qaldırdı və qucağına alıb otağa apardı.

Onlar  yuxudan oyananda saat 11 idi.Əvvəlcə Rauf, sonra isə Anna geyinib həyətə düşdülər. Yayın ortası olmasına baxmayaraq  hava xoş və sərin idi. Onların yanına bir it qaçıb gəldi. Bu gözəl alman ovçarkası idi. Anna onu görən kimi:

–Hə xoş gördük mənim ağıllı qəşəng qızım. Anna onu öpüb başını sığalladı. İt sevindiyindən qaçıb bir neçə dəfə dövrə vurandan sonra  yenidən Annanın yanına gəlib  çöməldi və iki dəfə hürdü.

–Hə başa düşdüm. Cibindən şokolad çıxarıb  itə verdi. İt şokaladı yeyib getdi. Rauf çox da böyük olmayan  həyəti başdan başa gəzdi.Hər tərəf gül çiçəklə bəzənmişdi. O bu güllərin heç birisini tanımırdı. Güllərin arasındakı qazon sanki yaşıl xalı idi. Rauf fikrə getmişdi. Burda hər şey gözəl idi. Burda adam rahat olur. Bizim imkanımız pis deyil. Rayonda seçilən, sayılan beş-on nəfərdən biriyik. Niyə bizdə belə şərait yoxdur. Neçə illər ölkənin ən gözəl sanatoriyalarında olmuşuq. Evin içərisinin dizaynı, bölgüsü, stol, stullar, mebellər, işlənən, işlənməyən qablar hamısı fərqli idi. Bizim yaşayışımızla bunların yaşayışı arasında yer-göy qədər fərq var.

Annanın yanına  bağabaxanlar gəlmişdi. Rauf gəlib onlarla görüşdü. Anna

–Bunlar mən gələndə sevinirlər. Anam gələndə aləm bir –birinə qarışır.

-Niyə bu qurumuş çiçəyi dəyişməmişiniz. Ağaçlar budanmayıb.

Onlara həyətdə   düzəldilmiş  istirahət köşkündə samovar çayı verdilər. Köşk  17 yaşlı Mariya Krillovna ilə  Dubrovskini görüşdükləri köşkə oxşayırdı. Anna evdəki süfrədə  viskidən əlavə nə varsa  hamısını daşıyıb gətirmişdi. Rauf  yenə gördüklərinə təəccüb etdi. Anna  evdəkiləri süfrəyə dəvət eləmədi. Hər kəs öz yerini bilməlidir.

Anna evə qayıdıb  hər tərəfi qaydaya salıb, işıqları söndürüb qapını bağladı. Bağabaxan oğlan onlara yaxınlaşdı. Anna:

–Süfrədəkilər  sizindir. Sağ olun.

Yolu əla düzəltmişdilər. Bu yerlər Bakının rayonları adlanır. Əvvəlcə Xəzər, sonra Suraxanı, Sabunçu rayonlarınından keçib şəhərə çatırsan. Necə də doğma, əzəmətli adlardır. Onlar şəhərə  çatanda  saat iki olardı. Şəhər istidən od tutub yanırdı. Anna Raufu evinin yanında düşürəndən sonra  evlərinə getdi.

Elvira İvanovna evdə yox idi. Yəqin harasa qonaq gedib. Ümumiyyətlə Elvira İvanovna  indinin özündə də var gücü ilə işləyir. Bakı Ali Xoreoqrafiya Məktəbində dərs deyir. Teatrda yeni tamaşalar hazırlayır.

Anna yaman yorulmuşdu. Evə çatan kimi  paltarlarını soyunub soyuq duş qəbul edib yatmaq istəyirdi. Cavan, möhkəm bədənli, qafqazlı Rauf ona səhərə kimi yatmağa  imkan verməmişdi. Anna qadın idi. Bu nə vaxt olmuşdu yadına gəlmirdi. Lap çoxdan hələ 9-sinifdə oxuyanda  bir dəfə sinif yoldaşının ad günündə  möhkəm içibmiş. Onunla birlikdə ad günündə olan  bir gənc sərxoş Annanı evlərinə aparıb işləri korlamışdı. Universtet illərində  Anna hamiləlikdən və xəstəliklərdən qorxduğu üçün həmişə  özünü qoruyurdu.Onun pərəstişkarları həmişə olurdu. Amma  nə qədər 18—22 yaşı vardı elə bir ciddi adaxlıya rast gəlmədi. Sonra isə özü istəyirdi bir müddət azad olsun. Həyatda  yaşamağın ləzzətini duysun. Ərə  getmək üçün hələ vaxtı vardı. Anası  onu  həyata yaxşı hazırlamışdı.Onun  maddi təminatı da yaxşı idi. Şəhərin ən yaxşı yerində evləri, işi vardı. Raufla münasibətlərində  elə bir aydınlıq olmasa da  ona dəlicəsinə vurulmuşdı. Raufun gözütoxluğu, sadəliyi  xoşuna gəlirdi.

Annadan fərqli olaraq  Rauf  yatmağa tələsmirdi. Dünən gecəki  nağıllar aləminə qayıtmışdı. Şəhrizad axşamdan başladığı nağılı səhərə yaxın qurtarmış Şəhriyarı yatmağa qoymamışdır. Rauf indiki həyatından razı idi. Anna onun bağlanmış gözlərini bu dünyaya açmışdı. Özü özlüyündə indiyə kimi rast gəldiyi qadınlarla Annanı müqaisə elədi. Yox onlar hamısı kobud, üzlü  və tələbkar idilər. Onun Annası isə zərif, saf və hərtərəfli xanım idi. O məni sevir. Bundan sonra mən özümü  daha yaxşı aparmalıyam. Annanın qəlbinə toxunmaq olmaz. Mələk kimi təmiz olsa da qürurludur. Tələbkar deyil, lap elə tələbkar olsa da  mənim aylıq qazancım qarşısında xərclədiklərim qəpik-quruşdur.

İyul ayı idi. Rayonda bu aya qora bişən ay deyirlər. Qora üzümün xırda yaşıl formasına deyilir. İyul ayında isti o qədər güclü olur, onun təsirində qora tez böyüyüb yetişir. Axşam Rauf  ata-anası ilə xeyli danışdı. Hamısı yaxşı olduğundan  xəbər verirdilər. Onlar havaların bərk isti olduğundan şikəyətləndi. Böyük qardaşı  lap irəli gedib

-Rauf sən ağıllı adamsan. Lap yaxşı eləyib başını götürüb kənddən getmisən. Vallah işləməkdən  canımız çıxır. Qazancımız nədir. Onu da vaxtlı vaxtında alıcı tapsaq. Ordan yığıb elə sahədə dəyər –dəyməzinə satırıq. Əkəndən çox alan qazanır. Onlar iri sahibkarlardır. Özlərinin soyuducu anbarları var. Biz burda  atamgilin evini təmir edirik. İstəyirik  bu payız səni evləndirək. Rauf  da qardaşının dediklərini zarafat sayaraq  o da zarafatla

–Mən hazır. Onun pulu çox idi . İşlədiyi bu müddət ərzində  100 mindən çox pul topalaya  bilmişdi. Ağ rəngli TAYOTA Lanq –qruzeri vardı.

İş həftəsinin birinci günü başlamışdı. Bu vaxtlar xəstəxanada  bir az seyrəklik olur. Təsadüfi qəzaları  nəzərə alınmasa  yayın istisində gəlib  burda müalicə olunmaq çox çətin olur. Həm xəstələr, həmdə xəstə sahibləri üçün şərait olmadığından  əziyyət çəkirlər. Rauf axşamkı gecənin sehrini  yada saldıqca əhvalı yaxşılaşırdı. Ağlına bir fikir gəlmişdi. Qısa  müddətli məzuniyyət götürüb   sərin yerlərdəki ailəvi istirahət mərkəzlərinin birində dincəlmək olardı. İşin axırına yaxın zəng edib Annanı yanına dəvət elədi. Şöbədə onların sevgi romanını hamı bildiyindən  Anna Raufun kabinetinə daxil olanda  durub çıxırlar. Sevgililər öpüşüb görüşdülər.

—Necəsən Anna

–Yaxşıyam Rauf.

–Anna mən istəyirəm işdən çıxıb həmişə yanında olum.

–Niyə ki.səni elə yanımdasan

–Yox elə  yox, bax belə səni həmişə qucaqlaya bilim, öpə bilim. Anna  mənim  yeni bir ideyam var. Gəl hər ikimiz qısamüddətli məzuniyyət  götürüb  15 günlüyə Qubada, Xaçmazda, İsmayıllıda, Qəbələdə və yaxud Qaxın İlisu kəndindəki ailəvi istirahət mərkəzlərinin birində dincələk. Elə Elvira Ivanovnanı da  özümüzlə aparaq. Anna  Raufun sadəlöhlüyünə bərkdən güldü.

–Nəyə gülürsən.

–Rauf görünür sən mənim anamı yaxşı tanımırsan. Mənim anam məşhur adamdır. Sovet balet teatrına böyük töhfələr vermiş bu xanım Azərbaycan  və SSRİ Dövlət mükafatları laureatıdır. SSRİ  xalq artistidir. İndi özün  fikirləş. Belə məhşur bir xanım  sadə adamlar arasında necə sərbəst dincələ bilər. Doğrudur bizim istirahət mərkəzləri  oralardan daha gözəldir. Bununla belə  hələ çox işlər görülməlidir Avropa standartlarına  uyğun gəlsin. Narahat olma. Yəqin Eldar Qasanoviç bir şey fikirləşib. Sənin təklifinə gəldikdə  sabah  bir söz deyərəm.

Axşam  ana- bala arasında möhkəm mübahisə düşdü.

–Qulaq Anna. Birlikdə istirahətə getməyinizə etiraz etmirəm. Sən mənim yeganə övladımsan. Yeganə  övlad isə eqoist, təkəbbürlü  və ərköyün olur. Daha uşaq deyilsən. Mən bilmək istəyirəm Raufla sənin münasibətin necədir.

–Raufla mən dostuq. Bir –birimizi sevirik. Hələlik  belə davam edir. Ola bilsin bir neçə aydan sonra evlənəcəyik.

–Axı kimdi bu Rauf. Onun haqqında nə bilirsən.

–Bilirəm ana. Rauf rayondandır. Atası, anası, iki bacısı, bir qardaşı var. Dərnəgül tərəfdə üçotaqlı evi var. Maşını var. Savadlı, bacarıqlı  cərrahdır.

–Bunlar hamısı yaxşıdır. Amma  mən görürəm sən bəzi şeyləri yaxşı bilmirsən. Mən 30 ildən çoxdur azərbaycanlılarla  birlikdə bu şəhərdə yaşayıram. O millət ilə bizim millətin  adət-ənənələri arasında çox fərq var.

Birincisi  bizdən fərqli olaraq  azərbaycanlı  uşaqları  ata –anaya çox bağlı olur, özləri hər hansı işə başlayanda sərbəst qərar verə bilmir. Bizdə isə isə bu tamamilə başqa cürdür. Əgər indi mən sənə etiraz edib, yox Anna Raufla getmə, sən Raufu sevdiyindən

-Ana mən 18 yaşında qız deyiləm. Özüm bilərəm getmək olar ya yox. Bir az dərinə getsəm, baş götürüb bu evdən gedəcəksən. Sən də, mən də səhv etdiyimizi bilsək də bunu adi qarşılayacağıq.

–İkincisi  sən qadınsan. Raufdan əvvəl həyatında bir neçə kişi olub. Azərbaycanlı ailəri  isə öz övladlarının qadınla yox, qızla evlənməyinə üstünlük verirlər. Ondan əlavə sən azərbaycanlı qadını deyil rus qadınınısan. Məsələ burada lap çətinləşir. Sənin arzun  1000-2000  ailədən birində reallaşır. Dediyim odur ehtiyyatlı ol. Anna:

–Ana mənim sevdiyim Rauf elə o 2000 ailədən biridir. Bununla da  ana bala arasında olan söhbət qurtardı.

İcazə alınması, hazırlıqlar tam bir həftə  vaxt apardı. Məsələ burasındadir  sevgililərin heç biri  indiyə kimi adları çəkilən bu rayonlarda olmamışdılar.İstirahət  qərarını dəyişib səyahətlə əvəz elədilər.Marşrutda gəzməli ,görməli yerlərin sayının çox olmasını nəzərə alaraq  15 yox 20 günlük icazə almışdılar. Marşurutu belə müəyyənlədirdilər.

Quba, Xaçmaz, Qusar zonası –5 gün

İsmayıllı, Qəbələ zonası          –5 gün

Şəki, Qax, Zaqatala, Balakən  zonası-5 gün . Qalan günləri  bir  zonadan o birisinə gediş üçün nəzərdə tutmuşdular. Turizm şirkətlərinin  birində olub Səyahətin marşurutunu, tarixini bildirib ən yaxşı otellərdə iki nəfərlik yer  sifariş edib əvvəlcədən pulunu ödədilər. Raufun qəti etirazına baxmayaraq ödənişlərin yarısının pulunu Anna verdi.

–Anna axı yaxşı deyil. Sən mənimlə gedirsən.

–Burda nəvar ki, Rauf. Anam mənə  pul verib. Elə özümün  də xeyli var.

  Raufun maşınına bələdçi monitoru quraşdırıldı. Nəhayət iyulun onunda Bakıdan çıxdılar. Anna

–Rauf indi sən Ərəb şeyxi Tarixə, mən isə ingilis qızı Saraya oxşayıram. Doğrudur onlar daha məhşur yerlərə, Parisə, Londaona, Nuyu-Yorka, Mayamiyə gedirlər. Amma eybi yoxdur. Vaxt gələr biz də o yerlərə səyahət edərik.

Sevgililər tam 20 gün yaxşıca səyahət edib Bakıya qayıtdılar. Hər ikisi sevinc icində idilər. Səyahətin gündəliyinə uyğun olaraq əvvəlcə  Qubada Ahu ailəvi istirahət mərkəzində yerləşib, bələdçilərin köməkliyi ilə gəzməli –görməli yerlərin  hamısında oldular. Ən maraqlısı Qubadan 57 km məsafədə yerləşın Xınalıq kəndinə  çəkilmiş yolun  mənzərəsi idi. Tez-tez dayanıb  bu mənzərələri daha yaxından müşahidə etmək adama ləzzət edirdi. Hər ikisinin telefonu dayanmadan  şəkil çəkirdi. Xaçmazda dəniz kənarı çimərlikdə olmağa üstünlük verdilər. Qusarda isə yenə maşınla gedib Qusar Yay, Qış oyunları kompleksində olub  kanatla hərəkət edə-edə ətrafı bolluca seyr etdilər. İsmayıllıda, Qəbələdə  olmaq da  xoş idi. Azərbacanın qədim sənətkarlıq mərkəzləri olan Lahıc, Baskal kəndlərini gəzib   xatirə olaraq sənətkarların düzəltdiyi  hədiyyələrdən aldılar. Qəbələdə Qafqaz otelində yerləşib atla dağ cığırları ilə gəzintiyə çıxdılar. Qaxda İlisu kəndini gəzdilər. Şəkidə Xan sarayına, karvansaraya tamaşa edib, Zaqatalaya, Balakənə qədər gedib çıxdılar. Gündüzlər uzun gəzintidən sonra, axşamlar otellərdə yaxşıca dincəlirdilər. Maraqlı, xoşlarına gələn yerlərdə  o qədər şəkillər çəklmişdilər qərara aldılar, iki albom düzəldib bir-birinə  hədiyyə etsinlər.

Avqustun birində  işə başladılar. 20 gün bir yerdə olmaları onları  daha yaxınlaşdırmışdı. Hər ikisi iş gününü başa çatmasını səbirsizliklə gözləyirdi. Elvira İvanona evdə yox idi. Eldar Qasanoviç  onu özü ilə Fransanın cənubuna Marsel şəhərinin yaxınlındakı  portoğal bağları ilə məşhur olan kurortların birinə aparmışdı. Saatlarla dəniz sahilində oturan Elvira İvanovna buralarda özünü sərbəst hiss edirdi. 50-dən  yuxarı yaşı olmasına hələ gümrah  və gözəlliyini qoruyub saxlaya bilmişdi.

Şəhərdə olanlar belədir.İstədikləri vaxt  məzuniyyət götürüb səyahətə gedə bilirlər. Rayonda, kənddə isə bu məsələ çətindir. Aprel may aylarında səpin başlayana qədər gərək torpaq şumlana,sonra səpin başlayır. Ona qədər  ot biçimi başlayır. Əvvəlcə birinci, arpa, buğda biçimi, ikinci, üçüncü biçim, üzüm yığımı, pambıq yığımı,  taxıl əkiləcək yerlərin şumlanması il qurtarırdı. Ona rayondakı adamların istirahətə getməsi həmişə alınmır.

 İndi Rauf  demək olar hər gün Annanın yanında olurdu. Axşamlar  restoranların birində  dostlarla nahar edəndən sonra  hərdən Anna onu evə dəvət edirdi. Belə yaşayış  Raufun xoşuna gəlirdi. O qayğısız yaşayırdı. Özünü xöşbəxt sayırdı.Bir məsələ onu narahat edirdi. Son günlər ətrafında çoxlu dedi-qodu əmələ gəlmişdi. Onların hərəkəti kimlərinsə xoşuna gəlmirdi. Bu belə davam edə bilməzdi.

Bir dəfə Annanı götürüb Moskva univermağına apardı. Xahiş elədi ona yaxşı bir nişan üzüyü   seçməyə kömək etsin. Güya Raufun dostu  öz nişanlısına almaq istəyir. Anna ona kömək elədi. Briliyantla işlənmiş sadə, lakin bahalı nişan üzüyünü seçib barmağına  taxıb Raufa göstərdi.

–Çox gözəldir Anna. Elə bil sənin əllərin üçün  yaradılıb. Anna üzüyü çıxarıb qaytardı. Üzünə kədər çökmüşdü.

Rauf çibindən pul çıxarıb beh verdi, üzüyü hələlik satmasınlar. Dostu ilə gəlib alacaqlar. Bir neçə gün sonra Rauf  univermağa gedib pulunu ödəyib üzüyü götürdü.

İlk görüşlərindən 6 aydan çox vaxt keçmişdi. Sentyabrın əvvələrində Elvira İvanovna ilə Eldar Qasanoviç istirahətdən qayıdıb gəlmişdilər. Teatr mövsümü başladığından bu gunlərdə dərs deməklə yanaşı Elvira İvanovna  yeni  tamaşaların hazırlanmasında  yaxından iştirak edirdi. Bunların eləsi vardı o baş rolları ifa edəcəkdi. Teatr Bakıda bir neçə tamaşa verəndən sonra uzunmüddətli qastrol səfərlərinə yollanacaqdı.

Rauf uzun araşdırmalardan sonra özlüyündə qəti qərara gəlmişdi Anna ilə evlənsin. Anna onu yeni yaşayış tərzinə öyrətmişdi. Onu  başa düşürdü.Fədakar,qayğıkeş  olmaqla  yanaşı  çox sevimli idi. Üzüyü iş otağındakı seyfdə saxlayırdı. Boş vaxtlarında hərdən üzüyü cıxardıb xeyli tamaşa edərdi. Həmin anlarda xəyalı çox uzaqlara gedib çıxırdı. Münasib bir vaxt axtarırdı, üzüyü  Annaya təqdim edib öz qərarını bildirsin. Raufun  Bakıda yaşayan Cəfər adında həmyerlisi vardı. İnşaat Mühəndisləri   Universtetində  dərs deyirdi. Hələ tələbəlik  illərindən bir-birini tanıyirdılar. İndinin özündə də köhnə dostluq davam edirdi. Ailəlidir. Dostların evə aid mühüm bir işi olanda bir-biri ilə məsləhətləşərdilər.

–Şənbə günü  axşam Cəfər də mənimlə restorana gedər, Annaya deyərəm o da rəfiqələrindən birini dəvət edər. Elə orada  Cəfərin, rəfiqəsinin şahidliyi ilə üzüyü Annaya təqdim edib sözümü deyərəm.

Şənbə günü axşam 10-da  məşhur restoranların birində salonun uzaq küncündə stol sifariş etdilər. Anna rəfiqəsin də gətirmişdi. Qısa tanışlıqdan sonra əyləşib sifarişləri verdilər. Şampan badələri süzüləndən sonra Rauf icazə alıb badəsini götürüb ayağa qalxdı

–Hörmətli Marya xanım, əziz dostum və qardaşım Cəfər!  6 aydan çoxdur, Anna xanımla mən dəfələrlə  belə axşamları bir yedə olmuşuq. Amma bu axşam  xüsusi axşamdır. Bu axşam neçə həftə  öncə özlüyümdə qəbul etdiyim qərarı  sizin şahidliyinizlə dünyalar qədər sevdiyim Annaya   bildirmək istəyirəm. Anna mənim tapıntımdır. Anna  mənim gözlərimi yeni dünyaya açmışdır. O məni XV əsrdən XXI əsrə gətirmişdir. Anna xanım zəhmət olmasa ayağa qalxın. Sonra onun əllərindən tutub

–Mənim sevimli, zərif  Annam. İstəyirəm bu gündən mənim xanımım olasan.Təklif  Anna üçün, elə yerdə qalanlar üçün də   gözlənilməz olmuşdu. Hamısı bir neçə dəqiqəliyə susub qalmışdı.

Birinci alqış Mariyadan gəldi.

–Anna təbrik edirəm. Razı ol Rauf yaxşı oğlandır. Cəfər  əvvəlcə eşitdiyindən duruxsa da son zamanlar internetdə, teleseriyyallarda belə şeyləri çöx gördüyündən  ayağa qalxıb o da

–Anna mən  də sizi təbrik edirəm. Razı olun. Rauf mənim yaxın dostumdur.O doğrudan da yaxşı oğlandır. Anna başını aşağı salmışdı. Eşitdikləri ona xəyal kimi gəlirdi. Rauf Annanın başını əlləri arasına alıb yuxarı qaldırdı. Anna ağlayıyırdı. Bu sevinc yaşları idi. Rauf:

–Anna  dediklərimə razısan. Annanın  üzünə təbəssüm gəldi. Başı ilə hə işarəsini verdi. Bərkdən eşidilən sevinc səslərinə salonda oturanların hamısı dönüb baxdı. Rauf əlini cibinə salıb Annanın  bəyəndiyi  üzüyü  Annanın  barmağına taxdı. Yenə sevinc səsləri bütün salona yayıldı. Badələri toqquşdurub içdilər. Elə həmin an bir tərəfdən Mariya, digər tərəfdən Cəfər  əllərini stola döyərək:

–Öpüşsünlər, öpüşsünlər  -deyə səsləndilər. Uzun və davamlı öpüş bir dəqiqə çəkdi. Hamı sevinc içində idi. Anna tez –tez üzüyünə baxırdı. Onun daxilində nə isə dəyişiklik olmuşdu. Elə bil həmişəki şən, şıltaq Anna deyildi. Hamı Raufun bu hərəkətinə  əhsən deyirdi. Məclis o qədər səmimi, rəvan gedirdi ,vaxtın nə vaxt gəlib getdiyi bilinmirdi. Artıq saat birə işləyirdi. Ancaq heç kim bu gözəl məclisdən ayrılmaq istəmirdi. Heç vaxt evə belə gec getməyən Cəfər narahat deyildi. Arvad uşağı Bakının istisindən qaçıb  rayona getmışdilər. Bu ara Anna ayağa qalxıb badəsini götürüb

–Dostlar Raufun təklifi  Sizin kimi  mənim üçün də gözlənilməz oldu. Ondan belə təklif alacağımı  gözləyirdim. Çünki Rauf məni sevdiyi kimi mən də onu sevirəm. Biz bir-birimizi yaxşı öyrənmişik. Rauf məni, sizi  sevindirən kimi mən də istəyirəm.  Sizə şad xəbər verəm.

–Mən hamiləyəm. Bədənimdə olan Raufun körpəsi iki aylıqdır. Yenidən sevinc qışqırtıları salona yayıldı. Hamıdan çox  sevinən Raufdu. O dəfələrlə Annanı qucaqlayıb üz gözündən öpürdü. Mariya ilə Cəfər bu böyük məhəbbətin əsl şahidi oldular.

Mariyanı Cəfər evlərinə  apardı. Yolda aldıqları təsuratları  yenidən bölüşürdülər. Rauf Annanı evlərinin qarşısına gətirəndə saat üçün yarısı idi.

Ertəsi gün  nahar  vaxtı ana bala  çay içə-içə söhbət edirdilər. Anna

–Ana  axşam biz Raufla nişanlandıq. Sonra axşam olanları əvvəldən axıra kimi anasına söylədi. Elvira İvanovna  bu xəbəri sakit qarşıladı.

–Qızım səni təbrik edirəm. Xöşbəxt olasınız. Bununla belə sənə  bir neçə sözü deməyə özümə borc bilirəm. Siz əsl russayağı nişanlanmısınız. Deyirsən cəmi dörd nəfər idiniz. Sənə demişdim axı .Mən  50 ildir azərbaycanlılarla bir yerdə yaşayıram. Çoxlu sayda rəfiqələrim, dostlarım var. Ad günlərinə, nişanlarına , toylarına məni də dəvət edirlər. Onlarda nişan  mərasimi  də elə toy kimi keçirilir. Hər iki tərəfdən qohumlar yığışıb böyük sevinclə nişanlamanı qeyd  edirlər. Nədənsə mənim bu işdən  xoşum gəlmədi.

—Ana sənə bir xəbərim də vardır. Onun üzündə təlaş vardı.

—O nə xəbərdir.

–Ana mən hamiləyəm. Bax xəbəri Elvira İvanovna  sevinclə qarşıladı.

–Nə dedin qızım. Hamiləsən. Axır ki, qızım məni başa düşdün. Elə sən də, mən də artıq yaşlaşmışıq. Bax indidən deyirəm mənim nəvəm balerina olacaq.

–Ay ana sən nə bilirsən  mənim qızım olacaq.

–Bizim nəslin tarixi çox qədimdir. Bu nəsildə oğlan uşağı nadir hallarda anadan olur. İndi qızım sizin bir məsələniz qalır. Bu eşitdiklərimi rəsmiləşdirmək. Toyu  haçan etmək istəyirsiniz.

–Ana hamilə olduğumu  Raufa axşam demişəm. Yəqin bir tədbir görər.

Elvira İvanovnadan fərqli olaraq  Raufun  işi bir qədər çətinləşdi. Nahardan sonra idi. Kabinetdə oturub nə edəcəyini fikirləşirdi. Deməli Anna hamilədir. Özünün dediyinə görə iki aylıqdır. Təcili bir aya  və yaxud ən uzağı iki aya toy eləmək lazımdır. Yoxsa kollektiv arasında biabır olarıq. Rauf öz qərarında qəti idi. O Annanı sevirdi. Çox götür-qoydan sonra

–Mənim seçimimdə elə bir səhv yoxdur. Bura böyük şəhərdir  və hər kəsin problemi özü üçündür. Bacı, qardaşlarım cavandır,  özləri də ziyalı ailəsində böyüyüblər məni başa düşərlər. Atam, anam hər il sanatoriyalarda olanda çoxlu rus ailələri ilə tanış olub, bir yerdə  istirahət ediblər. Bir dəfə olsun onlardan gileylənməyib. Qaldı toy məsələsinə. Mənim kifayət qədər pulum var. Toy eləməyə gücüm çatar. Beş on gün keçsin  valideynlərimə deyərəm  yoluna qoyarlar.

Müəllifdən

Uzun həyat təcrübəmdə bəzi  məsələlər var, mən özüm də bilmirəm  bu necə olur. Birdə görürsən evdə, işdə və yaxud sağlamlığımda  bir problemim olu , özümü narahat hiss edirəm. Elə bu vaxt  əvvəllər anam, indi isə bacılarım, qızlarım məndən yüz kilometrlərlə uzaqda olmalarına baxmayaraq səhər tezdən zəng edirlər. Anam oğul, bacılarım qardaş, qızlarım ata deyib

–Bəs bu gecə yaman narahat yatmışıq , necəsən, salamatçılıqdır. Mən öz vəziyyətimi izah edib

–Narahat olmayın  ötüb gedər-deyə onları sakitləşdirirdim.

İndi Raufun da başına belə  bir iş gəldi.Təkbaşına bu işləri həll edə bilmədiyindən keçən həftə çox dilxor idi. Növbəti iş həftəsinin birinci günü  səhər saat səkkizdə  ona zəng gəldi. Rauf telofondakı nömrəni tanıdı. Böyük bacısı idi.
Tez düyməni basıb telofonu  açdı.

–Alo .Qardaş salam sabahın xeyir. Necəsən Rauf. İşin, gücün canın, başın necədir. Bu arvad tezdəndən məni çağırıb qoymur işimizi görək, bəs Raufa zəng elə gör necədir. Yaman narahatam. Ürəyim az qalır yerindən çıxa.

–Yaxşıyam bacı. İşlərim də qaydasındadır.

–Olsun, olsun. Rauf bəlkə bir iki günlüyə buralara gələsən. Evimizi təmir elətdirib qurtarmışıq. Atam istəyir  yeni ilə qədər səni evləndirsin. Üstəlik sənə qız tapmışıq. Yadına düşür 1 nömrəli  sovxozun direktoru  Babayev  Kazım. İndi o da atam kimi iş adamıdır. Onun kiçik qızi Nurcan Gəncə Pedaqoji Universtetini bu il qurtarıb. Yanmış  elə gözəldir. Yüz faiz bilirəm xoşuna gələcək. Qıza da bəzi  mesajlar demişik. Atam deyir Raufu  çağırın  qoy bir söz desin.

–Bacı sən nə  danışırsan. Nə qız ,nə evlənmək. Bu kişi də deyəsən lap xarab olub. Əvvəlki direktorluğu yadında qalıb. Elə bilir evlənmək də əmrlə, qərarladı. Mən də onun  işçisiyəm. Əmr verdi qurtardı. Bilirsən bacı sənə bir söz deyəcəm. Diqqərlə qulaq as. Mən nə kəndə gələnəm. Nə də o qıza baxacam. Burada özümə rus qızı tapmışam. Mənimlə bir xəstəxanada işləyir. O da mənim kimi həkimdir. Bir həftə olar nişanlanmışıq. Toyun  vaxtını  dəqiqləşdirib Sizə xəbər edəcəm. Beş-on nəfər biz tərəfdən, bir o qədər də qız tərəfdən   və dostlarım  restoranların birində yəğışıb toy edəcəyik. Bununla da mənim evlənməyim başa çatacaq.

–Deməli Rauf səni tora salıblar. Yazıq arvad elə buna görə də narahatmış. Sağ ol qardaş. Amma bizi el içində  yaman xar elədin.

Daha iki gün keçdi. Gündüz saat üç idi. Rauf oturub  xəstələrin anketlərini yazırdı. Qapı döyüldü və içəri üç nəfər girdi. Rauf lap məəttəl qaldı.Gələnlər atası, anası və böyük bacısı idi. Rauf tələsik ayağa qalxıb onları qarşıladı. Anası, bacısı onun qucaqlayıb üz gözündən öpsədə, atası onun əlini kənara itələyib keçib otaqda olan divan, kreslolarının birində oturdu. Rauf onları diqqətlə nəzərdən  keçirdi. Hər üçü zövqlə geyinmişdi. Ana bacısı başlarına nazik enli şərf bağlamışdı. Atasından başqa üzlərindən səmimilik, doğmalıq yağırdı. Heç bir makiajdan, rəngdən istifadə etməmişdilər. Elə təbii idilər. Birinci Rauf başladı.

–Xeyir ola, niyə belə xəbərsiz yığışıb gəlmisiniz. Atası:

–Gəlmişik sənin gözəlçənlə tanış olaq. Demirsən nişanlanmışıq. Mən axşam eşitmişəm. Mən həmişə uşaqlarım içərisində ən ağılısı səni hesab eləmişəm.Amma deyəsən səhv etmişəm. Sən demə ən axmağı sən imişsən.

–Ata səndən xahiş edirəm bir az yavaş danış, Bura xəstəxanadır. Mənim iş yerimdir. Bir az o tərəfdə  ağır xəstələr yatır.

–Cəhənnəmə olsun sənin iş yerin. İş yerinə hörmət edən o qələti eləməz.

–Ata gəlmisiniz yaxşı eləmisiniz. Alin bu açarlarları. Gedin evə . Mən də işlərimi qurtarıb bir azdan gələrəm. Axşam  restoranların  birinə gedərik. Annanı ora dəvət edərik. Əməlli başlı tanış olarsınız. Restoran ,Anna adlarını eşidən Məmməd kişini od götürdü.

-Ə heç utanırsan  indi də ağbirçək ananı, xalxın arvadı bacını restorana aparıb qarşılarına da bir şampan qoyacaqsan. Niyə xaraban yoxdur. Biz heç hara getməyəcəyik. Deyirmişsən səninlə bir yerdə  işləyir. Zəng  elə gəlsin  tanış olaq. Bəlkə doğrudan   da gözəldir. Rauf Annada heç bir noqsan olmadığını bildiyindən  Annaya zəng etdi.

–Anna zəhmət olmasa beş –on dəqiqəliyə yanıma gəl. Anna gəlincə Rauf nə qədər çalışdısa söhbət alınmadı.Sadəcə Anna haqqında anasına bir neçə söz deyə bildi.

–Ana  məsələ təkcə  Annanın xarici gözəlliyində deyil. O yaxşı insandır. Qayğıkeşdir. Biz bir –birimizi  çox sevirik. Ata səni xəbərdar edirəm Anna azərbaycanca  yaxşı bilir.

Anna  gəlib Raufun otağına girəndə üzündə  sevinc vardı. Amma içəridə  olanları görəndə  bir az tutuldu. Hamiləlik  az da olsa hiss olunurdu. Gözlərində, sifətində dalğınlıq vardı. Yorğun  görünürdü. Üstəlik  iş paltarı onun bir az yaşlı olmasını da gizlədə bilmirdi. 29  il az yaş deyil .  Rauf Annanın yanına gəlib  rusca

–Anna   atam, anam  və bacımdır. Gəliblər səni görüb tanış olsunlar. Annanın yenidən  üzünə sevinc gəldi. O da rusca

–Doğrudan. Nə yaxşı. Xoş gəliblər. Oturanlardan Məmməd kişidən başqa  Annanın dediklərini başa düşmədiyindən hər hansı cavab gəlmədi. Rauf ana, bacısına Anna dediklərini tərcümə elədi.

–Ana, Anna Sizi salamlayır, deyir xoş gəmisiniz. Bacısı  durub Annanı qucaqlayıb üzündən öpdü. Anası qalxmaq istəyirdi, amma Məmməd kişinin hirsli   baxışlarını görəndə qorxusundan yerində oturdu. Məmməd kişi bomba kimi partladı

–Hə hörmətli, adlı-sanlı doktor budur sənin tutduğun iş. İndi  biz neyləməlik. Evimizin içində  tərcüməçi tutmalıyıq  bu gözəlçə ilə danışa bilək. Mən bunları yaxşı tanıyıram. Sovetin dövründə bütün sanatoriyalarda olmuşam. Bir dınqıltı olan kimi tanıdılar, tanımadılar durub düşəcəklər ortaya. Birisi də gəlib ikiəlli yapışacaq belindən, başını qoyacaq  gözəlçənin çiyninə, dodaqları yavaşça qulaqlarına nəsə pıçıdayacaq. Ə  sən nətəhər kişisən. Bax onda utanıb, ölmüyəcəksən. Sənin heç qeyrətin, namusun yoxdur. 

Məmməd  kişi ayağa qalxdı.

–Evin  açarını ver. Bu sən, bu da  -əli ilə Anna  göstərib

–Bu da……..gözəlçən. Biz getdik. Məmməd  kişi nə özünə, nə Annaya yaraşmayan ağır söz demişdi. Rauf  atasına

–Ata ayıbdır. Onlar çıxıb getdilər. İş otağında ikisi qaldı. Anna  eşitdiklərindən şoka  düşmüşdü. Yavaş—yavaş halı pisləşirdi. Otağa bir iki qadın girdi. Anna  sakitcə dayanan  Raufa   yaxınlaşıb sağ əli  ilə onun üzünə  möhkəm bir sillə vurdu.

–Anam məni xəbərdər etmişdi. Siz doğrudanda kobudsunuz—deyib  barmağındakı üzüyü çıxarıb stolun üstünə qoyub  getdi.

Rauf onun arxasınca  koridora cıxıb

–Anna. Anna deyə çağırdısa xeyri olmadı. Koridor adamla dolu idi. Bərkdən danışan Məmməd kişinin səsi bütün koridor boyu yayılmışdı. Hətta ayaqüstə gəzə bilən xəstələr palatadan çıxıb  tamaşa edirdi. Rauf biabır olmuşdu. Daha burda qala bilməzdi. Paltarını geyinib aşağı düşdü. O qədər fikirli idi  ki, öz maşını da yadına  düşmədi. Qapının yanındakı   taksilərin birinə oturub

– Sür- dedi. Sürücü təcrübəli idi. O da maşını işə salıb şəhərdə xeyli hərləndi. Bilirdi müştərisi fikirlidi. Yarım saat keçmişdi.

–Hə qardaş indi deyə bilərsiniz hara gedirsiniz. Şoferin səsinə fikirdən ayılıb yadına düşdü ki,  maşındadır. Hara gedəcəyini özü də bilmirdi.

—Dəniz kənarına sür. Bir az tək qalmaq istəyirəm. Sürücü onu gətirib Şıx cimərliyinin yanında  düşürdü. Rauf onun  pulunu verdi.

–Qardaş nə olub. Bəlkə bir kömək lazımdır. Mən hazır.

–Yox ,Yox lazım deyil.Narahat olmayın bir balaca əsəbləşmişəm.

Rauf dəniz kənarında bir saat boş –boşuna o tərəf bu tərəfə  gəzəndən sonra  bir az sakitləşdi. Yavaş –yavaş gəlib   böyük mağistral  yolun kənarında olan kafelərin birində su içmək  istədi. İçəri daxil olanda  buranın əla düzəldilmiş bar olduğunu gördü. Amma  fikrini dəyişib  barın qarşısındakı hündür oturacaqda oturub  bir stəkan  kokteyli konyak  içdi. İçki ona yaxşı təsir etdiyindən  əlavə birini  içib  oradan birbaşa öz evinə gəldi. Həyətdə maşınını görməyəndə, sonra yuxarı qalxıb əlini cibinə salıb açarları tapmayanda,   indi yadına düşdü işə maşınla gedib, açarları da atasına verib. Qapını döyüb  içəri girəndə ana bacısının  hərəyə bir yastıq qoyub elə quruca xalçanın üstünə uzandıqlarını, atasının isə onun çarpayısında yatdığını gördü. Onlar onu görən kimi tez ayağa qalxıb  qucaqlayıb öpdülər. Keçib böyük otaqda oturdular. Bacısı gedib rayondan gətirdikləri bağlamanı açıb  bir iki şirniyyat tapıb gətirdi. Anası:

–Rauf  sən allah atana acığın tutmasın. O da, məndə, elə hamımız istəyirik sənin gələcəyin yaxşı olsun. Bax bayaqdan gəlmişi. Biz bu evdə  bir stəkan çay tapmamışıq  içək və yaxud soyuducuda bir tikə yemək yoxdur, yeyəsən. Çörək qabında çörək, çaynikdə çay kiflənib. Qab – qaşıq, soyunduğun paltarlar aylarla yuyulmur.

-Neyniyim ee. İndiyə kimi qız tapmırdım. İndi tapdığımı da  sağ olun yaman bəyəndiniz.

-Ay bala  o da valideyndi. İstəyir  sən yaxşı olasan. Sənə yaxşı yerdən  qız bəyənmişik. Əsilli, nəsilli ailədirlər.

–Artıq gecdir ana. Bir neçə aydan sonra bizim qızımız dünyaya gələcək. Bayaqdan  səsə oyanan və gəlib qapının yanında durub onların söhbətinə qulaq asan Məmməd kişi içəri girib. Onu görən kimi üçü də ayağa qalxdı.

-Nə dedin. Qızın olacaq. Ay maşallah. Afərin oğlum. Sonra  əllərini göyə qaldırıb

–Hardasan ay Allah. Niyə məni öldürmüsən. Mənim kiçik oğlum yüz illərlə davam edən  nəslimizə yenilik gətirib. Toysuz, filansız, şəriyyətin, hökümətin qanuni kağızı olmadan dünyaya uşaq gətirirlər. Yaxşı sənə bir məsləhət verim. Bir qələtdir eləmisən. Hələlik onu özünə məşüqə elə. 5-10 min pul verərsən. Bir az vaxt keçsin  sonra çıxıb gələrsən səni rayonda özüm   evləndirəcəm.

Rauf atasından  bu sözləri eşidəndə  dəli oldu. Ayaqlarını yerə vurub.

Ata! Daha bəsdir. Sən   bu gün iki dəfə mənim sevgilimi təhqir etmisən. Biri xəstəxanada  Annanı ….. adlandırdın. İkincisi  burda onu məşüqə deyə təhqir etdin. Sənin beş –on  hektar torpağın  var deyin elə bilirsən  varlısan. Ay yazıq. Annanın sürdüyü  ağ BMV-nin qiyməti 100 mindən çoxdur. Evləri dəniz kənarındakı binaların birindədir. 2-3 milyon manatdır. Hələ Mərdəkandakı bağ evlərini demirəm. Anası Elvira İvanovna  SSRİ xalq artistidir. Dövlət mukafatları alıb. Bəs siz kimsiniz. Çıxın gedin burdan. Daha Sizin mən adda oğlunuz yoxdur. Siz mənim arzularımı  ürəyimdə qoydunuz. Məni məhv etdiniz. Bir iki  günə işlərimi  qurtarıb evin açarını da 20  yanvar dairəsindən taksi ilə yollayacağam. Əlvida .

Məmməd kişi  oğlunun sözündən alındı, amma özünü o yerə  qoymadı.

–Deməli bizi qovursan. Yaxşı eliyirsən bala. Amma mən  də elə belə kişi deyiləm aaa. Bundan sonra mənim də sən adda oğlum yoxdur.

–Dedim ki ,çıxın gedin burdan. 10 dəqiqədən sonra o evdə tək oturmuşdu. Başı bərk ağrıyırdı. Dərman atmaq istədi. Evdə yox  yox idi. Soyuducuya baxdı. Burda yarımçıq viski vardı. Götürüb elə birbaşa şüşədən nə varsa hamısını içdi.

Onu yuxudan telofon zəngi oyatdı. Şöbə müdiri idi.

-Alo Rauf mənəm Şahlar həkim. İşə niyə  gəlməmisən. Burda səni gözləyənlər, xəstələrin var. Rauf səhv etmişdi. İşə getməyəcəyi qərarını  dünən dənizin sahilində tək olduğu vaxt qət etmişdi. Amma gərək iş yerinə xəbər edəydi. İndi  yalandan özünü xəstə kimi göstərərək 

–Doktor bir balaca nasazlamışam. Günortadan sonra yanınızda  olacam.

Rauf  bundan sonra nə edəcəyini artıq müəyyənləşdirmişdi. İşdən çıxıb Moskvaya gedəcəkdi. Tələbə yoldaşlarından  biri orada işləyirdi. Yaxşı münasibətləri vardı. İşdən çıxması, xarici pasport almağı, maşınını satmağı azı on gün çəkəcəkdi.

Günortadan sonra  onu birinci xəstəxananın qapıçısı Sadıq kişi qarşıladı.

–Ay bala hardasan bu maşına görə  bütün gecəni yatmamışam. Rauf cibindən pul çıxarıb kişiyə yaxşıca hörmət elədi.

–Yadımdan çıxıb Sadıq kişi elə bilmişəm maşını evdə qoyub gəlmişəm. Sonra  Şahlar həkimlə görüşüb  işdən çıxmaq haqqında qəti qərarını və dünən ata-anasının gəlib iş yerində  onu, Annanı təhqir etmələrini  söylədi. Şahlar həkimim  onların romanından xəbəri vardı.

–Rauf biz səni  tanıyırıq. Sən yaxşı həkim olmaqla  gözəl insansan. Qərarın da düzgündür. Mən də olsam belə edərdim. Dünənki hadisədən sonra burda qalıb işləməyin yaxşı olmaz. Yəqin xəbərin yoxdur. Anna sənin yanından çıxandan  öz şöbələrində üçüncü mərtəbədə  halı pisləşir. Huşunu itirib yıxılır. Haraya gələn Elvira İvanovna  məşhur klinikaların birinə aparır. Deyirlə indi bir az yaxşıdır. İndi belə edərsən. Baş həkimin adına işdən çıxmağın haqqında ərizə  yazarsan. Xəstələrin sağalana qədər  işə elə belə  gəlib gedərsən. Yeni xəstələr qəbul etməzsən.

Rauf Annanın iş yerinə çıxıb onun necə xəstələnməsini  və haraya  aparıldığını öyrəndi. Annanın yatdığı xəstəxanada  onun kimliyini soruşdular. Rauf olduğunu  bilən kimi 

–Sizə Anna Andreyevna ilə görüşməyə icazə verilmir. Bu Elvira  İvanovnanın  xahişi ilə baş həkimin tapşırığıdır.

Raufun işlərinin qurtarmağı  on gündən çox oldu. Ona qədər Rauf tələbə yoldaşı  və dostu Rəşad həkimlə danışdı. Rəşad həkim onun təklifini sevinclə qarşıladı. Amma məsləhət gördü  iş yerində özü haqqında  xasiyyətnamə gətirsin .Ona köməyi dəyər.

Raufun əlində xeyli  pulu vardı. Maşınını da yaxşı qiymətə satmışdı. Heç bir  il işləməsə də  yaşayışına bu pul bəs edərdi. Pullardan ilkin ehtiyacı üçün bir az götürüb qalanını Moskva banklarının birinin hesabına köçürüb  bank kartı aldı. Bircə məsələ onu  narahat edirdi. Anna ilə görüşə bilməməsi.

 Getməmişdən əvvəl evdə oturub Annaya məktub yazdı. Məktub çox uzun idi. Rauf Anna ilə tanışlığını yada salır, onu möhkəm sevdiyini və bu sevgini heç vaxt unutmayacağını yazdı. Məktub  belə  qurtarırdı

–Əzizim Anna. Mən bu şəhərdən baş götürüb gedirəm. Ancaq səndən bircə xahişim var. Bu elə vəsiyyətnamədir. Qızımızın adını Sabina, soy adını isə Quluzadə yazdırarsan. Əlvida. Səni dünyalar qədər sevən Quluzadə Rauf. Sonra tarix qoydu:

                     02 oktyabr 1998-ci il.

Sabah  saat üçdə  Moskvaya uçacaqdı. Ertəsi gün o  səfərə  tam hazır idi. Səhər tezdən evdən əşyalarını  götürüb birdəfəlik çıxdı. Taksi çağırdı. Onun iki işi vardı. Biri  20 yanvar  dairəsinə  gedib rayonlarına gedən taksilərdən birini tapıb  evin açarını göndərəcəkdi. İkincisi isə Annanın  iş yerinə gedib Annaya  yazdığı  məktubu etibar etdiyi qıza verəcəkdi, Anna işə qayıdanda ona versin. Taksi gəlib çıxdı.Sürücü Raufun  xoşuna gəldi. Açarı ,məktubu verəndən  sonra  Rauf

-Qardaş bu gün Moskvaya  uşuram. Səndən bir  xahişim var .Təyyarə  saat üçdə uçaçaq. Saat ikidə aeroportda olmalıyıq. Hələ vaxtımız var. Kim bilir mənim  yolum birdə bura düşəcək ya yox.Həyatımın 10  ildən çox hissəsi burda keçib. Deyirəm bir vida gəzintisi edək. Şəhərin ən gözəl yerlərini birlikdə fırlanaq. Elə edərsən nahar da edərik. Əvvəlcə tanış olaq.

–Rauf

–İlkin. İlkin  gəzintiyə  Bibiheybət  məscidindən başladı. Yol boyu  görduyü   köhnə və təzə binalar memarlıq cəhətdən möhtəşəm idi. Bibiheybət məscidi, Bayraq meydanı, Kristina konsert  arenası, İdman kompleksi, Könnə İnturist, Funikulyor, Neft şirkəti, H.Əliyev fondu, Qız qalası, Hacınskinin binası, Yen İnturist, Hökümət evi, Abşeron mehmanxanasI, Koroğlu körpüsü, D\yol körpüsü, H.Əlyev Mərkəzi,Qaqarin körpüsü, Yeni Neft şirkətİ, Kopoğlu dairəsi, Olimpiya kompleksi hamısı gözəlidi.

Vaxta az qalırdı.  Kafelərin birində nahar etdilər. Elə burada  İlkinin bütün etirazlarına baxmayaraq  pulunu artıqlaması ilə ödədi. Təyyarə saat üçdə havaya qalxdı və bu uçuşdan nə az, nə çox  düz 20 il keçdi.

…ardı var…

Müəllif: Qismət TAĞIYEV

QİSMƏT TAĞIYEVİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru