ASİF MƏRZİLİ

Asif MƏRZİLİ

Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.

HƏYATI
Asif Mərzili 9 yanvar 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub. 1977-ci ildə Mərzili kənd оrta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasının mühəndis-iqtisad fakultəsinin axşam şöbəsinə qəbul оlunub. 1979-1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasını bitirb. 1984-cü ildə Nеft Kimya Sənayеsi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin еdilib, 1989-cu ildə nazirliyin “Böyük kimya uğrunda” çоxtirajlı qəzеtinin baş rеdaktоru təyin еdilib. 1982-1988-ci illər ərzində Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsinin ştatdankənar əməkdaşı оlub. 1990-cı ildə Azərbaycan Nazirlər Sоvеtinin оrqanı “Rеspublika” qəzеtinə köçürmə yоlu ilə müxbir təyin оlunub. 1991-ci ildə köçürmə yоlu ilə Milli Məclisin оrqanı “Həyat” (indiki “Azərbaycan”) qəzеtinə parlamеnt müxbiri təyin еdilib. 1992-ci ildə “Ədalət” qəzеtinə baş rеdaktоrun 1 müavini təyin оlunub. 1993-cü ildən həm də “Təzadlar” qəzеtinin baş rеdaktоrudur.

1991-ci ildə Məşhəd tоrpağını ziyarət еdib.

İki övladı var.

ƏSƏRLƏRİ
“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!” (2011), “Təzadlar”(2013)kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur.

MÜKAFATLARI
Çоxsaylı publisistik və araşdırma yazıları KIV-lər arasında kеçirilən yazı müsabiqələrin qalibi оlub, dəfələrlə diplоm və pul mükafatlarının sahibi оlub, rəhbərlik еtdiyi qəzеt Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Azərbaycanda müasir siyasi afоrizm yaradıcılığının müəllifi sayılır və hazırda siyasi afоrizmlərdən ibarət kitabı nəşrə hazırlanır.
Bir çоx hеkayələrin müəllifidir.
Rəhbərlik еtdiyi qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb.


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mina Rəşid – MƏNİM ADIM İPƏKDİ

İPƏK MƏCİD

MƏNİM ADIM İPƏKDİ
Mənim adım İpəkdi,
Dörd yaşım var, bilirəm.
Babamla parka gedib
Quşları yemləyirəm.
* * *
Mən şəkil də çəkirəm,
Şahmat da oynayıram.
Babam Rəşad Məcidi
Mən şahmatda uduram.
* * *
Həkim olacağam mən
Sağlam olsun uşaqlar.
Müharibə olmasın
Ağlamasın uşaqlar!

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN DİGƏR YAZILARI



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD MÜKAFATLANDIRILIB

Yazarlar jurnalının redaksiya heyətinin üzvü və digər mühüm işlərdə daim dəyərli tövsiyələri ilə gənc yazarlara dəstək olan Təranə Məmməd “İlin yazarı” nominasiyasında beynəlxalq mükafata layiq görülüb. Təranə xanım təəssüratlarını oxucuları ilə belə bölüşüb:

“Qonşu Gürcüstanda təşkil olunmuş “İveriya” beynəlxalq ədəbiyyat və incəsənət festivalına dəvət almışdım. Müəyyən səbəblərdən həmin festivalda “onlayn” iştirak etməli oldum.
Bu yaxınlarda aldığım “İveriya” mükafatı çox gözlənilməz və sevindirici oldu.
Müsabiqəyə 4 kiçik hekayə göndərmişdim. Müsabiqənin təşkilatçısının dediyinə görə hekayələr münsüflər heyəti tərəfindən bəyənilib.
Festival-müsabiqənin təşkilatçılarına və şəxsən Nuqzar – petre Çeaberaşviliyə təşəkkür edirəm.”

Biz də “Yazarlar” olaraq, Təranə xanımın uğurna öz uğurumuz kimi sevinir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Təranə xanım!



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru