ZAUR USTAC – “BB” KİTAB

ZAUR USTAC – “BB” HEKAYƏLƏR

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Müəllif: Zaur Ustac

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALİK DƏNİZSEVƏR – BİR NEÇƏ SÖZ…

ALİK DƏNİZSEVƏRİN YAZILARI

1. Sevinci dad dərdi yaşa, bu ömrün enişi sevinc yoxuşu
dərddir. Qaçma dərddən dərdi özünə dost bil, onda
sonradan gələn sevincin dadını daddıqca unutmayacaqsan.
Dərdlə üz-üzə dur, qorxma sevinclə aran da məsafə saxla,
Sevinc bir günün dadı, dərdsə bir ömrün ortağıdır.

2. Sən sev qarşılıq belə gözləmdən sev, dəli-divanəliyə
ehtiyac yoxdur. Sadəcə ona qarşı bəslədiyin duyğuların
bir adı olsun. Onu sevirəm, arzuların əl çatmazlığında,
Məsafələrin uzaqlığında sən sev düşünmə o, sevginin
Qarşılığı olsun. Sevgilərin ən gözəli, qarşılıq belə gözləmədən sevməkdir.

3. Allahın, bəxş etdiyi ömrü yaşa ömrün enişi bir başqa
incidər insanı, sevinci bir başqa qorxma, yürü addımla
Qoy adınla tanısınlar səni, ömür dediyin nədir? Bu paydan
hamıya bir dəfə verilir. Çalış haramdan qaç haqqa tapın,
Ömür bir var, bir yox arasındadır.

4. Böyütmə dərdi gözündə, səni incidər küsmə ağladar səni
ayrılma dərdə bir addım da yaxınlaş, qulağına pıçılda varlığın mənə güc verir. Yıxılsam belə ayağa qalxmağı,
sən öyrətdin mənə. Dur yürü qarşına qoyduğun məqsədlərinə doğru, dərdi doğman say hamı çıxar gedər.
O, yenə də səni yalnız buraxmaz incitsə də, ağlatsa da,
Səni qoyub getməz.

Müəllif: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yaşa, Şuşa! –  ANAR

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür! Doğum günü münasibəti ilə Anar müəllimi təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Bu xoş gündə, Şuşa ili”ndə sevimli yazarımızın Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması münasibətiylə yazdığı “Yaşa, Şuşa! şeirini (525.az) oxucularımıza təqdim edirik:

YAŞA, ŞUŞA

Otuz illik həsrətimiz
Qırx dörd gündə çatdı başa,
Azad edildi Qarabağ
Azad oldu gözəl Şuşa,
Doğma vətənin qoynunda
Şuşa, sonsuzadək yaşa!

Cıdır düzü, Qırx pilləkan,
“Ərim gəldi” bir tamaşa,
Natəvanlı, Üzeyirli,
Nəvvablı, Bülbüllü Şuşa,
Xarı-bülbül güllü Şuşa!

Bulaqların buztək soyuq,
Yazı, yayı sərin Şuşa,
Dağların ucadan uca,
Dərələrin dərin, Şuşa.

Düşmənə ismarış etdik:
Dinc yolla rədd olub getsin.
Çağırdıq sülhə, barışa.
Hikkəsindən, lovğalıqdan
Sözümüzü eşitmədi,
İş qaldı hərbə, savaşa.
Şəhid verdik, zəfər çaldıq,
Sahib çıxdıq yurdumuzun
torpağında hər qarışa,
“Sən bu gün azadsan, Şuşa!”

Məscidlərin ucalıbdır
Minarələr qoşa-qoşa,
Öz dininlə, öz dilinlə,
öz xalqınla azad yaşa.

Cıdır düzümüzdə yenə
Köhlənlər çıxsın yarışa,
Yenə muğamlar səslənsin
hər tərəfdə, doğma Şuşa.
Daşaltı da fərəhlənsin,
axıb getsin köpüklənib
sevincindən daşa-daşa,
Canımızsan, gözümüzsən,
özümüzsən, əziz Şuşa.

Pənahəli xan dövründən
Düşmənlərin hər həmləsi,
hər hiyləsi
axırda çıxıbdır boşa,
sən bunu bilirsən, Şuşa.

İbrahim xan nəslinin
faciəli taleyini
“Qarabağnamələr” diliylə
bizə danışa-danışa
günümüzə gəldin, Şuşa

Dolayları aşa-aşa,
Bir gün sivri yamaclarla
Qaya dırmaşa-dırmaşa,
Düşmənlərlə əlbəyaxa,
Mərdcə vuruşa-vuruşa,
Ölüm-dirim məqamında
bəxtlə dalaşa-dalaşa
neçə əsgər qazi oldu,
neçə cavan şəhid oldu
qocalıb dolmadan yaşa
Sənin yolunda şəhərim,
Şəhərlər şəhəri Şuşa

Getsin o günlər gəlməsin,
Yağı özün qalib bildi,
Araq içib gəldi cuşa,
Cıdır düzündə rəqs etdi
Sevincindən coşa-coşa,
Əl qol atdı çaşa-çaşa
Boş-boşuna danışdı hey
Dili topuq çala-çala,
Dili dolaşa-dolaşa.
Belə səfeh əbləhlərə
Ürəyində güldün, Şuşa

Zəfər çalan ordumuz da,
Haqlı vətən davasından
Dəmir yumruqtək birləşib,
Qalib çıxan yurdumuz da
Layiqdir min-min alqışa.
Mətanət qalası Şuşa,
Həmişə, hər vaxt, hər zaman
Qeyrətin qalası Şuşa

“Qarabağ bizimdir” deyən,
İradəsiylə, əzmiylə
Sözünü yerə yetirən,
Cəsur Prezidentim, yaşa!

Əbədi var olsun Şuşa,
azad Şuşa, abad Şuşa,
gözüm Şuşa, bizim Şuşa!
Yaşa, yaşa, yaşa, yaşa! 

9 may 2021

İlkin mənbə: 525.az

Müəllif: ANAR

ANARIN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ayxan Hüseynli – Yeni şeirlər…

Ayxan HÜSEYNLİ

Bağışla məni…

Unutmuşam adını, baxışlarını

Unutmuşam səninlə,

                               yaşananları

İnan daha hiss etmirəm,

                                varlığını

Unutmuşam artıq,

                                olub keçəni,

Daha sevmirəm səni,

                                 bağışla məni…

De hardan başladıq,

                                  harada bitdi.

Nələri yaşadıq,

                               nələrçün gecdi.

Tək sevgi bizə uzaq,

                               bizə yad idi.

Qaytarmaq olmaz,

                            bəhanəsiz gedəni,

Daha sevmirəm səni,

                             bağışla məni…

Bəlkə də günəşin batışıdır,

                                        bu gediş…

Bəlkə də sənsizliyin naxışıdır,

                                         bu gediş…

Yorğun fikirlərin yatışıdır,

                                         bu gediş…

Sənin hisslərinin satışıdır,

                                         bu gediş…

Mən ki, tanımadım

                                     məni sevəni,

Daha sevmirəm səni,

                                    bağışla məni…

Məndən bir məktub yaz sənə

Məndən bir məktub yaz sənə,

Yalan olmasın içində,

                    həqiqətlə onu bəzə.

Elə məktub yaz ki, sənə

Dediyimi düşüncəndə böyüdəsən,

Sonra …

         hərf-hərf ağ vərəqə köçürəsən,

Hisslərimi hisslərinlə qarışdırıb,

                         cümlələrə ötürəsən.

Unutma ki, mən yazıram bunu sənə,

Amma …

         Yazan əllər səninkidir,

         O fikirlər düşüncələr səninkidir.

Məndən bir məktub yaz sənə,

Oxuyanda inam olsun,

                               səndən mənə

məni özündə hiss elə,

Onda doğru yazılacaq,

            yazılan bütün kəlmələr.

Demək, heç fərq etməyəcək,

Məktub necə yazılıbdır.

Məndən sənə, səndən mənə

Əsas odur, yazılıbdır

                bir sevginin xatirinə.  

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Doktorant.

AYXAN HÜSEYNLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva – QARABAĞIN DÖYÜNƏN QƏLBİ, MƏDƏNİYYƏT MƏRKƏZİ ŞUŞA!

“Əziz Şuşa, sən azadsan! Şuşa bizimdir!Qarabağ bizimdir!  Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir.2022-ci il Azərbaycan Respublikasında “Şuşa ilı” elan olunmuşdur!  Şüşa Qarabağın baş taçı,  müqəddəs ruhlar evi! Qələbəmizdir:-Vətən, İnsan, yurd sevgimiz! Şəhid olan, qazi olan oğullara hörmət və ehtiramımız sonzusuzdur!!!

              Bakıdan 373 kilometr məsafədə, dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən mineral bulaqları (Turşsu və Şirlan) olan  Şuşa cənnət məkan olmaqla bərabər, həm də strateji əhəmiyyətli alınmaz qalamız. Tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlib. 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.Yerli sakinlər xanın şərəfinə yeni şəhəri Pənahabad adlandıblar. Şəhər şiş qayaların əhatəsində yerləşdiyinə görə əvvəlcə onu “Şişə”, sonra “Şuşa” adlandırıblar.  Şuşa bulaqlarının suyu  duru və şəffaf olub ki, yerli sakinlər onu şüşə ilə müqayisə ediblər. Pənahəli xanın ölümündən sonra taxta öz dövrünün böyük dövlət xadimlərindən biri sayılan İbrahimxəlil xan (1763-1866) çıxıb. Onun hakimiyyəti illərində Qarabağ xanlığı qüdrətinin çiçəklənmə dövrünü yaşayıb. Pənahəli xan da, İbrahimxəlil xan da Şuşanı qədim və orta əsrlər memarlığının ən gözəl ənənələrinə uyğun inşa ediblər. Şəhər əvvəlcə 17 məhəlləyə bölünüb: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli. Hər məhəllənin öz hamamı, məscidi və bulağı vardı. Şuşanın 300 tarixi abidəsi, o cümlədən respublika və dünya miqyaslı 23 abidəsi, 550 qədim yaşayış binası, 870 metr uzunluğunda bərpa edilmiş qala divarı olub. Bu abidələrin çoxu XVIII-XIX əsrlərə aiddir. Burada hər bir ev, hər bir küçə, əzəmətli qala divarları, məscidlər, uca minarələr keçmişimizin salnaməsi idi.

         XIX əsrdə şəhərin qərb hissəsindəki dağlıq ərazidə daha 12 məhəllə salınıb və bununla da şəhərin siması tam formalaşıb. Şəhərin cənub hissəsində yüksək üfüqi düzənlik Cıdır düzü yerləşir. Rusiya hökmranlığının ilk dövrlərində Şuşa Qarabağın paytaxtı kimi öz əhəmiyyətini qoruyub saxlayırdı. Güclü Qarabağ xanlığı Rusiyanın ürəyincə deyildi. Çar məmurları onu zəiflətmək üçün məkrli plan qurur,  səfil erməniləri Qarabağa, xüsusən, Şuşaya  köçürürlər.

      Şuşanı haqlı olaraq Qarabağın ən dilbər guşəsi sayırdılar. Onun hər parçası, hər daşı bir tarix idi. Onun gözəlliyi və nəcibliyi hər kəsi heyran qoyurdu. Şuşa Azərbaycanın muğam beşiyi, milli musiqi, poeziya mədəniyyətinin qədim abidəsidir.

    Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri Şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar.  Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının, musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdı. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılıblar. Azərbaycan musiqisinin beşiyi Qarabağ bizimdir!

          Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”. 

         XVIII əsrin görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqif Şuşada yaşayıb və yaradıb. Onun poeziyası Azərbaycan ədəbiyyatının və musiqisinin inkişafına böyük təsir göstərib. Şuşa üç dəfə ermənilərin məkrlik planlarının qurbanı olmuşdur. 1905-1907-ci illərdə şəhər işğal edilərək yandırılmış, 1920-ci ildə onun böyük hissəsi dağıdılmışdır. 1992-ci ilin mayında isə tamamilə işğal edilmişdir. 289 kvadrat kilometr ərazidə yerləşən Şuşanın işğalı zamanı 480 dinc sakin öldürülmüş, 600 adam yaralanmış, o cümlədən 150 nəfər əlil olmuş, habelə 552 uşaq yetim qalmışdır, 68 mülki şəxs girov götürülmüş və ya itkin düşmüşdür, 25 mindən çox adam məcburi köçkünə çevrilmişdir. Şəhərin yüzlərlə tarixi abidəsi təhqirlərə məruz qalmışdır. Düşmən hətta Azərbaycan musiqisinin və ədəbiyyatının korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün və Natəvanın xatirəsinə hörmət qoymamış, onların güllə ilə deşik-deşik edilmiş abidələri sonralar Bakıya gətirilmiş və hazırda “Güllələnmiş heykəllər” adı ilə Milli İncəsənət Muzeyinin bağında saxlanılır. Şuşa torpağının yetişdirdiyi məşhur insanlar ona böyük şöhrət qazandırıblar. Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmiş bir diyar heç vaxt başqa xalqa məxsus olmasa mümkünsüz…Yadellilərin bu şəhəri özününküləşdirmək arzusu heç vaxt gerçəkləşməyəcək. Düşmən Şuşanı fəth etməyə, onu diz çökdürməyə, əl altından kəndlərin və yaşayış məntəqələrinin tarixi adlarını dəyişdirməyə nə qədər çalışsa da, heç vaxt onun ruhunu qıra bilməyib. Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, qeyrətimizin, milli kimliyimizin simvolu Şuşanın, Şuşa qalasının işğaldan azad olunması xəbəri o qədər möhtəşəm, o qədər şanlı, o qədər qürurlu bir xəbərdir ki, dünya dillərinin bütün söz və ifadələri, bədii təsvir vasitələri, metaforalar, təşbehlər bu hissi, bu duyğunu ifadə etməyə acizdir. Bu xəbərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı izaholunmaz ovqat o qədər böyük, o qədər möcüzəvi və eyni zamanda qutsaldır ki, bütün bunları yazıya almaq, vərəqlərə köçürmək ya mümkün deyil, ya da olduqca çətindir. Gözün aydın olsun, əzəmətli Şuşa Qalası, daha da gur çağla, İsa bulağı! Lalələrin, nərgizlərin bir daha solmasın, Cıdır düzü, həsrətdən, xiffətdən boynun bükülməsin, daim üzün gülsün, Xarı bülbül, qonaqların aşıb-daşsın, Karvansaray, duaların qəbul olunsun, Gövhər Ağa məscidi!

        Ruhun şad olsun, Pənahəli xan Cavanşir, tikdirdiyin Şuşa qalasında üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ruhun şad olsun, Xan qızı Natəvan, Şuşaya çəkdirdiyin “Xan qızı bulağı” bundan sonra daha gur axacaq. Ruhun şaddır, Molla Pənah Vaqif, Şuşada qoşduğun gözləlləmələr daha şövqlə səslənəcək dilimizdə bundan sonra. Ruhun şaddır, Üzeyir bəy, “Koroğlu” üverturası Şuşanın əzəmətli zirvələri, quşqonmaz qayaları ilə baş-başa, səs-səsə verib daha zəmətli səslənəcək bundan sonra.Ruhun şaddır, Xan əmi, Şuşanın dağları daha dumanlı deyil… Ruhun şaddır, Qasım bəy Zakir, Mir Mövsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Cabbar Qaryağdıoğlu, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Bülbül, Lətif Kərimov, Niyazi, Rəşid Behbudov, Şirin Mirzəyev, Ramiz Qəmbərov…Ruhun şad olsun, Şuşa Azərbaycanın ən əziz və ən böyük tarixi olan bir guşəsidir”. Şuşanın ən uca zirvəsində “Şəhidlər Məqbərəsi “ində onların əziz xatirəsinə heykəlləri ucaldılacaq !!!

                  “Şuşasız bizim işimiz yarımçıq qalar” – deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım! 2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin – Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz! Xalqımız bilirdi ki o gün uzaqda deyil. Dorğudan da uzaqda deyilmiş o möhtəşəm gün! Qələbəni qorumaq, yurd yerini bərpa etmək ,daha möhkəm YUMRUQ olmaq gərəkdir!

Zəfər yolu ,Haqqın yoludur!!!
Vətən sevdalı oğulların yoludur!!!
Yadda saxla,unutma əldə olan Qələbə,
Varlığını,mərdliyini, Kimliyini təsdiq etdin!!!
Candan əzizdir Vətən!!!
Vətəndaş mövqeyini təsdiq etdin!!!
Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!!!
Sözümüzün var kəsəri!!!
Dünya nizamına imza atırlq!!!
Azərbaycan Türkiyə modeli yaradırıq!
* * *
Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!!
Dünya üçün Böyük İpək Yoludur!!!
Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!!
Qrabağin hər güşəsində bayrağimiz!
Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ!
Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
Tarix yazan Ali baş komandanimiz!
Şəhidlər ölməz, Vətən bölünməz!
Qarabağda dalğalanan bayraq!
Heç zaman enməz!
* * *
Şuşada dalğalanır Bayrağımız!
Ağır texnikasız , bir nəfəsə,
Şuşani azad edibdir Ordumuz!
Şuşa azad edildi, bəyan eylədi,
ALİ BAŞ KOMANDANIMİZ!
Bütöv Azərbaycan gözlərin aydın !
Şusada Dalğalanır Bayrağımız! (Z.V)

Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra Azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Dünya durduqca var ol, Məmləkətim! Şuşamızın işğaldan azad olunmasının sevinci, həyəcanı içimizdədir. Hər birimiz bu möhtəşəm günü bir möcuzə kimi yaşayır, hamı bu möcüzəni bizə yaşatdığı üçün cənab Prezidentimizə, Ali Baş Komandanımıza, Şəhid və qazilərimizə, müzəffər ordumuza minnətdarıq. Haqq, ədalət əvvəl-axır öz yerini tapır…8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu… Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi. Azərbaycanda “Qarabağın döyünən ürəyi”, “musiqi və incəsənət beşiyi” və “Sən tarixin özüsən, Azərbaycanın gözüsən” Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiridi.

Gözün aydın Azərbaycan Dünyası!
Yeni Era Türk Erası!
Bir millət,iki dövlət bir oldu!
Dünya tarixində nizam yaransın!
Azərbaycan-Tükrkümə modeli nümünə olsun!
Uğurlar olsun deyək!!!
* * *
Şəhid oğulların Qələbəsidir!
Güclü lider, Güclü ordu,
Xalqin birliyinin Qələbəsidir!!!
Qürürludur Qarabağlı Azərbaycan!!!
Şuşalı,Ağdamlı,Laçınlı,Kəlbəcərli,
Füzuli,Cəbrayıl ,Zəngilan,Qubadlı,Xocavənd,
Xankənd,Xocalı,Hadrut, Ağdərə,
Zəngəzurlu, Göyçə göllü Azərbaycan !
Dünyanın İpək Yoludur Azərbaycan!
Al qumaşın zirvələrdə dalğalanır!
Ağri dağda Qoşa bayraq dalğalanır!
Xari bülbülü ətir saçir!
Şükürlər olsun Allah!
Birliyimiz daim olsun nar kimi!
Nar içində oian dənələr kimi!
Düşmənə qalib gəlməyin yoluda məlum:
-Birliyimiz, Əqidəmiz ,Vətən, İnsan sevgimiz!!! (Z.V)

     Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.Ziyqiymət torpağımız, əzəli, əbədi yerimiz Vətənimiz! Amalımız ,istəyimiz güclü Dövlət,güclü Ordu,güclü xalqın birliyi ilə Qorunaq!,Səhvlərə yol verməyək,düşmən hiyləsinə qalib gəlmək üçün bir olaq,yumquq olaq!!!Dünya nizamına imza atılsın!!!Türk Dünyası ailəsində möhtəşəm Azərbaycan dövlətinin uğurlarina hər kəs öz töhfəsini versin!Gələcək nəsillər rahat və firavan olsun!!! Qalib ölkənin,güclü,sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurlanaq!!!

    Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb gücünə güvənmək, bir yumruquq olmaq gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz!!! Qədrini bilmək,uğuruna imza atmaq hər bir kəsin namus işidir!  Dünya dəyişir.Haqq işi uğrunda can verən Oğullar var! Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq!

      Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!! Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların gös­tərdikləri rəşadətlərlə qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir!   Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 28 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq

      AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR! Eşit Dünya, Qarabağ Azərbaycandır!   Bunu  Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz,Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir .Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir!   Şuşa Qarabağın açarıdır.  Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz!   Birliyimiz Ən Parlaq Qələbəmiz! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması,insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

Müəllif: Zülfiyyə VƏLİYEVA

ADPU-nin ETM

Elmi işcisi.Əməkdar müəllim.

Akademik M.Mehdizadə mükafatı laureatı

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru