BİLMƏSƏM Yazın lәzzәtini duymazdı könlüm, Qışın şaxtasında dona bilmәsәm. Üzümә gülmәzdi bağlar, bağçalar, Hәr gülü bir nazlı sona bilmәsәm. * * * Arzum, ağlar qalmış ömürә dönәr, Varlığım pas atmış dәmirә dönәr. Gözüm bir qaralmış kömürә dönәr, Vaxtında alışıb yana bilmәsәm. * * * Bir atım duz ilә, bir loxma çörәk Mәnә ömrüm boyu gәrәkdir, gәrәk. Qara daş olardı sinәmdә ürәk, Daşların dilini qana bilmәsәm. * * * Mәn hansı hәvәslә seyrә dalardım, Kimin ürәyindә ocaq qalardım, Analı olsam da, yetim qalardım, Bütün anaları ana bilmәsәm!
HƏR GÜN NƏFDİR Altmış üçdən nəf hesablar kişilər, On səkkizdən başlamışam saymağa… Kaldan, şitdən daim uzaq durmuşam, Meylim olub özün tutmuş qaymağa… * * * Zənbur kimi çiçək-çiçək gəzmişəm, Gül üzəndə, tər qönçəsin üzmüşəm, Qürbət elin cəfasına dözmüşəm, Bir arzum var, kaş dönəydim oymağa… * * * Ustac xoşlar, kəsə etsin söhbəti, Çalış boşa yeməyəsən möhnəti, Dadımlıqdı bu dünyanın neməti, Macal verməz heç kimsəyə doymağa… 15.05.2020. Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.