Diz üstə çökməyi bacarma qızım…

Bacarma qızım…

Qızım, gəldiyimiz qoca dünyada
Allahdan özgəsi yetişməz dada
Lap dərdin özündən ağır olsada
Özün öz yükünü dartmağı bacar
Boynunu bükməyi bacarma qızım

Hər qədir bilməzin oduna yanma
Məğrur tut başını, əzilmə, sınma
Ehtiyac önündə aciz dayanma
Gecəni gündüzə qatmağı bacar
Göz yaşı tökməyi bacarma qızım

Səni sarsıtmasın hər acı, ağrı
Şux yaşa, parlasın xainin bağrı
Üz tut yoxuşlara zirvəyə doğru
Dizin qanasada çatmağı bacar
Diz üstə çökməyi bacarma qızım

Savab əməllərin çıx sorağına
Atanın, ananın dön fərağına
Yaxşılıq əkməklə ömür bağına
Hər kəsin könlünə yatmağı bacar
Yamanlıq əkməyi bacarma qızım

Ol təmiz adınla evin dirəyi
Murad eloğlunun budur gərəyi
Dərmanın olsada namərd çörəyi
Nəfsini cilovda tutmağı bacar
Gözünü tikməyi bacarma qızım
Boynunu bükməyi bacarma qızım.

17.12.2022.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir