Süleyman Abdulla. Şeir.

QƏRİB SÖZÜN ŞEİRİ

Sözün qəribliyə düşdüyü yerdi vətən,
işlərin cəncələ…
Adamı sevgisindən çəkirlər dara,
torpağı zorla qoparırlar ayağının altından…
Əlin göydən üzülür,
ayağın yerdən.
Çox çətindir havadan asılı qalmaq
havasızlıq içində…
Bir külək titrəyişinə tamarzısa nəfəsin…
Ciyərlərin pörşələnir bir qətrə su üçün,
bir dəniz dalğalanarkən ümidlərinin qürubunda.
Batmış gəmidir həyat gözlərində,
dünya,- sahibi ölmüş köhnə qayıq…
Hər gecə yarasalar uçuşar
damı qaçmış balıqçı daxmasının pərdilərində…
Yaşamaq istərsən əl-qol atıb
udquna-udquna uçqununda arzularının…
Adam təkcə suda batmır ki, dostum,
boğulmur ki, təkcə dəryaların sükutunda.
Bunun səhra fırtınası var,
dağ uçqunu,
daş yağması…
Fərqi yoxdur hansıdır qismətə düşən,
batmaqdısa son
dəyməz əllərinlə tutmağa göy üzünü…
Axtarmağa dəyməz başını döyəcəyin daşı,
özü tapacaq zamanında…
Oysa ki,
ən asan həll olunan
daş-baş məsələsidir sağlığında,
ölərkən baş-daş məsələsi…
Susdum,
sözün qəribliyə düşdüyü yerdir
dərdi bizim, özü bizim olmayan…

21.08.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir