1973 – CÜ İLİN MƏZUNLARI

1973 – CÜ İLİN MƏZUNLARI

(Sentyabr xatirələri)

22 iyul 2023 — cü ildə Ağdam rayonu X.Məmmədov adına Mərzili kənd orta məktəbinin1973 — cü il məzunları görüş keçirdilər.Görüş Goranboy rayonu Yuxarı Ağcakənd kəndinin ərazisindəki «Gülüstan» ailəvi istirahət mərkəzində baş tutdu. 

         Bir tərəfi sərt dağlar, bir tərəfi də yaşıl meşə olan bu yer çox mənzərəlidi.Dərə ilə axan kiçik çayın zümzüməsi buraya gələnlərin ruhun oxşayır.Təbiətin gözəlliyi hamını valeh edib.Havanın sərinliyi buraya gələnlərdə xoş ovqat yaradıb.

         Görüşü giriş sözü ilə Məmməd Mərzili açdı.O, görüşə gələnləri salamlayandan sonra məzunlar Qarabağ şəhidlərinin, dünyasın dəyişən müəllimlərin, sinif yoldaşlarının xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.  

         Söz sinif nümayəndəsi olmuş Kərəm Haqverdiyevə verildi.Kərəm görüşdə iştirak edən A.Faxrəddini, B.Babanı, B.Həsə-ni, C.Vəlini, M.İbadı, Q.Tapdıq müəllimi, APU — nun müəllimi, mətbəəsinin müdiri H.Hüseyn müəllimi, Ş.Ramizi, M.Sərdarı, H.Məcidi, Ş.Ələmşadı, Ş.Rizvanı, M.Nizami müəllimi salamlayıb gəldiklərinə sevindiyini bildirdi.Aramızdan əbədi köçən sinif yoldaşlarımız — I Qarabağ müharibəsinin şəhidi Əliyev Tahiri, Əliyev Baxşeyşi, Hüseynov Məzahiri, Quliyev Valehi, Süleyma-nov Həşimi (İsa), Salahi Yaqubu, Babayev Eldənizi, Abbasov Muradxanı və başqalarını yada saldı.Onlardan xatirələr danışıb hamını kövrəltdi.

        Hüseyn müəllim bizə ilk dərs deyən Miriş və Şiraslan müəllimləri xatırladı.Onların bizi necə səbrlə öyrətdiklərindən söz açdı.Hər kəs o günləri yadına saldı.Onların zəhmətləri yüksək dəyərləndirildi.Bu gün nəyə nail olmuşuqsa onların əməyi sayəsindədi.Bizi döyməkləri, acılamaqları bizdən ötəriymiş — dedi.

        İbad Böyükxanlı 50 illiyə, müəllimlərə həsr etdiyi şeirlərini söylədi.Onunla bərabər Nizami müəllim də öz şeirlərini səs-ləndirdi. Görüşə müsiqi bəzəyi verən aşıq Qoşqar və dostu şairləri sazla müşayiət etdilər.Bütün bu görüşü isə operator Rəşad Rzayev lentə köçürürdü.

        Tapdıq müəllimlə Faxrəddin dünyasın dəyişən Muradxan və Eldənizin məcaralarını, duzlu — məzəli atmacalarını yada saldılar.Xatirələr muncuq kimi bir — birinin ardınca düzüldü.Hərəsinin öz yeri vardı.
        Vaxtilə İncəsənət universitetində oxumuş Məcid sazın sədaları altında muğamlarımızdan, xalq mahnılarından parçalar oxudu.Tələbə uoldaşı Səxavət Məmmədovu xatırladı.

        Məzunlardan Baba, Ələmşad, Sərdar, Vəli, Rizvan, Ramiz və Həsən yaddaşlarında qalmış uşaqlıq xatirələrindən da-nışdılar.Ən çox dəcəlliklər yada düşdü.Qayğısız günlərimizlə baş — başa qalıb böyüdük.

        Sonda X.Məmmədov adına Mərzili kənd orta məktəbinin 1973 — cü il məzunlarına 50 illik yubiley münasibəti ilə Həsənin hazırlatdığı tort kəsildi.Ondan sonra xatirə şəkilləri çəkildi.     

   

MƏNBƏ:MƏMMƏD MƏRZİLİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu: – Diqqət!

Ölkədə fəxri adlara, orden və medallara layiq olan yüzlərlə sənətkar var…

Deyəndə ki, bu dünyada haqq-ədalət axtaranlar DÜNYAnı hələ də olduğu kimi tanımayanlardır, sözümü qəribliyə salırlar. Ay qardaş, haqq da, ədalət də Habillə Qabilin dövründən bu dünyadan küsüb gediblər, yalnız adları qalıb…

Fəxri adlar, orden və medallarla təltif olunanların siyahisini ölkə rəhbərinə kim təqdim edir, bilmirəm. Amma onu bilirəm ki, həmin adam heç də insaflı iş görmür. Bir də görürsən ki, birinə 50 yaşında xalq artisti, 60 yaşında “Şöhrət” ordeni, 65 yaşında Prezidentin fərdi təqaüdünü, 70 yaşında “Şərəf” ordeni, 75 yaşında isə “İstiqlal” ordeni verirlər. Sual olunur, bu adamın 60 yaşından sonra xalq qarşısında heç bir əlahiddə xidməti olmayıbsa niyə bu mükafatları ona verirsiniz? Belə çıxır ki, həmin adam 100 il yaşayacaqsa hər beş ildən bir ona orden vermək lazımdır? O, çox yaşadıqca ölkənin bütün ordenlərini bir-bir almalıdır? Qardaş, hər bir cinayətin bir cəzası olduğu kimi, hər bir xidmətin də bir mükafatı olmalıdır. Belə getsə- birinə hamısı, digərlərinəsə heç nə- prinsipi Azərbaycanda uzun illər davam edəcək…

Ölkədə orden və medallara, fəxri adlara layiq olan yüzlərlə adam var, fəqət xidmətləri hələ də mükafatlandırılmayıb. Konkret bir neçə faktı göstərmək istəyirəm. Məgər cənab prezidentə həmin mükafatlandırma təqdimatlarını təqdim edən adam Kəmalə Abıyevanın gözəl şair olduğundan və sözlərinə bəstələnən mahnıların necə sevildiyindən xəbəri yoxdumu? Və ya şair Şahin Musaoğlunun vətənpərvərlik mövzusunda yazıb bəstələdiyi mahnıları heç eşitməyibmi? Şəmstan Əlizamanlının gitara ilə döyüşə çağıran ecazkar səsini dinləməyibmi? İllərlə milli musiqimizə xidmət edən professor Abbasqulu Nəcəfzadənin varlığından xəbərsizdirmi? Və s..

Bəli, yüzlərlə xidməti olan belə sənətkarlar bu işə məsul olan insanın ucbatından hələ də heç bir dövlət mükafatına layiq görülməyiblər…

…Siz Allah, ordenlərin hamısını bir sənətkara yox, xalq qarşısında xidməti olan hər bir sənətkara heç olmasa birini verin. Fəxri adları xalqın sevmədiyi adamlara verib dəyərdən salmayın…

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

ELÇİN HÜSEYNBƏYLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac. Şuşa!

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Süleyman Abdulla. Şeir.

QƏRİB SÖZÜN ŞEİRİ

Sözün qəribliyə düşdüyü yerdi vətən,
işlərin cəncələ…
Adamı sevgisindən çəkirlər dara,
torpağı zorla qoparırlar ayağının altından…
Əlin göydən üzülür,
ayağın yerdən.
Çox çətindir havadan asılı qalmaq
havasızlıq içində…
Bir külək titrəyişinə tamarzısa nəfəsin…
Ciyərlərin pörşələnir bir qətrə su üçün,
bir dəniz dalğalanarkən ümidlərinin qürubunda.
Batmış gəmidir həyat gözlərində,
dünya,- sahibi ölmüş köhnə qayıq…
Hər gecə yarasalar uçuşar
damı qaçmış balıqçı daxmasının pərdilərində…
Yaşamaq istərsən əl-qol atıb
udquna-udquna uçqununda arzularının…
Adam təkcə suda batmır ki, dostum,
boğulmur ki, təkcə dəryaların sükutunda.
Bunun səhra fırtınası var,
dağ uçqunu,
daş yağması…
Fərqi yoxdur hansıdır qismətə düşən,
batmaqdısa son
dəyməz əllərinlə tutmağa göy üzünü…
Axtarmağa dəyməz başını döyəcəyin daşı,
özü tapacaq zamanında…
Oysa ki,
ən asan həll olunan
daş-baş məsələsidir sağlığında,
ölərkən baş-daş məsələsi…
Susdum,
sözün qəribliyə düşdüyü yerdir
dərdi bizim, özü bizim olmayan…

21.08.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Əlibala Hacızadə- 88

Əlibala Hacızadə- 88

Deyirdi ki;- ”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”

Qəribə adam idi. Sanki bu qəribəlik taleyinə yazılmışdı. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür, yazıb yaradırdı…

“Hələ uzun illər bundan əvvəl demişdim ki, mən ədəbiyyatımızın ögey balasıyam. O zaman mənim bacarığımdan istifadə olunmayıb. Uzun müddət adım qara siyahıda olub. Mənim stolum, mənim səngərimdir. Elə adamam ki, çağırılan yerə ərinmirəm, çağırılmayan yerdə görünmürəm. İndi-indi tədbirlərə dəvət eləyirlər. İnanın ki, üçüncü kursu bitirənə kimi Bakı kimi küləkli şəhərdə pencəkdə oxumuşam. Aldığım təqaüdün yarısını ev kirayəsinə ödəmişəm.”- söyləyirdi.

O, Azərbaycan ədəbiyyatı tarixində ən çox tirajla çap olunan müəlliflərdən biri olub. Bir vaxtlar elə bir ev tapılmazdı ki, onun “İtgin gəlin” kitabı həmin ailədə olmasın. Söhbət 1935-ci il, avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olan yazıçı Əlibala Hacızadədən gedir…

Deyirdi ki;- “Ədəbiyyat aləmi müqəddəs bir aləmdir və əbədiyyət adlı bir dünyaya uzanan bir çox yolların ən gözəli, şirini və əzablısıdı. Mən ömrümün böyük bir hissəsini burada – müqəddəs saydığım bu dünyanın içində yaşamışam. Onun paklğını, müqəddəsliyini bildiyim üçün, o aləmin qapısı ağzında ayaqqabılarımı təmizləyib içəri girmişəm, bilmişəm ki, o saf, şəffaf dəniz kimi, natəmiz şeyləri qəbul etmir, silkinib-çırpınıb gec-tez sahilə atır…”

Bəli, Əlibala Hacızadə bu fani dünyada belə bir ömür yaşayıb. Əməlləri ilə Allahın nə qədər xoşuna gəldiyi isə axirətdə məlum olacaq. Deyirlər ki, bu dünyada Allaha inamınla, imanınla yaşayanları, o dünyada mükafat gözləyir…

Yaşasaydı avqustun 28-i 88 yaşı tamam olacaqdı. On dörd il bundan öncə Allahın ölüm mələyi Əzrailə qoşulub əbədi dünyaya getdi. O dünyada sorğu-sualı asan, son mənzili rahat olsun!

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

ELÇİN HÜSEYNBƏYLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TORPAĞI VƏTƏN EDƏN OĞULLAR

XALQININ  QƏHRƏMANI

  Milli  Qəhrəman  Mustafayev Ermənistan-Azərbaycan müharibəsinn

   1992-ci ilə olan dövrünün əslində salnaməsini yaratmışdır!

Çingiz Mustafayev torpağı Vətən edən  oğullardan idi!

Xatirəsinin dərin hörmətlə anırıq!

              Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.  O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. 

  Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi  sarsıntıya məruz qaldı. O, göstərdi dünyaya erməni hikkəsi nə!Məkri nə, hiyləsi nə!Soyqırım necə olur.Millətin körpəsinin qətli nə!Fərman verənlər verdi Çingizin də qətlinə!Özü çəkib öz qətlini, insanlara göstərdi ,O!Olan insan məkri nə!İnsanlığa düşmən olan,Milləti naməlum olan, O caninin məkri nə!

1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Şükürlər olsun Qarabağ torpağı işğaldan azad oldu !Vətən oğlu gözün aydın deyə bildik  . 44 günlük müharibənin Qələbə ilə başa çatması üçün şəhid və qazi olan oğullar sənində intiqamını aldıla.Ruhunu təbrik edə bildik. Sənin zirvədə qərar tutan nigaran ruhunu  məmnun edə bildik.

Torpaqlarımızı düşməndən azad edərik o zaman Qarabağda sənin əbədiyyətə

  qovuşduğun,  mübarək qanının axdığı o yerdə hörmətlə dayanıb,  sevinc göz 

yaşları içində deyə bildik:

 -Gözünaydın Vətən oğlu, biz  yurdumuzu  yağılardan azad etdik!

 Lacının azad olunması ad gününə hədiyyədir.

   Xocalı Faciyəsi haqqında yazımı Çingiz Müstafayə ithaf etmişəm.(1992-ci il). Hər il onun doğum və şəhadətə qovuşduğu günlər respublika mətbuatında müntəzəm olarq yazılarım çap olunub. Biz nə yazsaq, nə etsək onun göstərdiyi rəşadəti olduğu kimi işıqlandıra bilmərik.

   “Xocalı Faciyəsi, Soyqirimlar Zirvəsi” yazımda  Çingiz Müstafayevə həsr olunmuş misralarla  Xalqının Qəhrəmanı Ruhun Şad Olsun deyirəm!!!

        MİLLİ QƏHRƏMAN

(Çingiz Mustafayevə ithaf olunur)

Hamı kimi yaşayırdı, təminatlı insan idi!

İnsanların sağlamlığın qoruyan bir həkim idi!

Öz rühüna hakim idi!

O, sevirdi İnsanları, Vətənini, Elini…

Elin qürur yerini!

Qarabağda baş verən dəhşətli faciələr

Dözülməz etdi onu, od içinə atdı onu.

Bir əsgərə döndü, O!

Çağırışsız, filansız könüllü cəbhələrə getdi, O!

Əlində yox silahı, kameraydı onun olan silahı,

Bir də ki, vicdan səsi!

Harda çətin məqamdı, Çingiz orda olardı,

Haqsızlığa dözməyib, o necə hayqıraradı,

Bəzən də eləcə yalvarardı:

– “Atıb getməyin eli, tarix sizi bağışlamaz!

Mən qalıram yanınızda, çəkəcəyəm onları,

Mənim gücüm buna çatır” – deyirdi!

Xocalıda baş verən faciəni çəkən Çingiz hönkürürdü,

Qarğıyırdı bu vəhşəti, qırıblar necə bizi,

Qanına qəltan ediblər körpəmizi!

Meyitləri bax, yan-yana çatıblar,

Dünyadan xəbərsiz olan körpələr

Sakit-sakit, quzu kimi yatıblar!

Vicdanı yatan kəslər, alçaq, xəbis, nacinslər

Qorxdular, səksəndilər Çingiz açanda sirləri!

O söylədi dünyaya faciəni:

-Xocalı qurban getdi!

Arxasında alay durmuş erməni hikkəsinə!

O, göstərdi dünyaya erməni hikkəsi nə!

Məkri nə, hiyləsi nə!

Soyqırım necə olur.

Millətin körpəsinin qətli nə!

Fərman verənlər verdi Çingizin də qətlinə!

Özü çəkib öz qətlini, insanlara göstərdi ,O!

Olan insan məkri nə!

İnsanlığa düşmən olan,

Milləti naməlum olan,

 O caninin məkri nə!

Şəhid olub O yaratdı insanların qəlbində

İnsanlıq heykəlini!

Şəhid tək əbədiləşdi!

İnsan tək  heykəlləşdi!

Cavan getdi, O tərk etdi bizləri!

Tarixlərdə yaşadacaq şəhid olan kəsləri!!!

DAHA AĞIR FACİƏ!

Boğ körpəni, öz əlinlə boğ körpəni,

Kəs səsini körpənin!

Hamı durub gözləyir, susub durub gözləyir!

Körpəni boğsun Ana, səsini kəssin Ana!

Yazığı gəlir Ona, naçar qalıbdır Ana!

Çıxış yolun arayır, qarğıyır yeri-göyü!

Ürəyində yalvarır Allahına!

Əlac qalıb Allahına!

Üzülməmiş dənəsi, xilas olur körpəsi!

Meyidləri çəkən zaman tapıb Çingiz əmisi!

Balan yaşayır deyib!

Gözlərindən yaş süzülən Ana deyir:

– O, Çingizin qızıdı, Ana ona borcludur!

Bütün millət, xalq özü də!

Bəli, Çingizə borcludur!

O, söyləyib həqiqəti, O açıbdır cinayəti.

Sübut edib O faktların diliylə!

Kameranın gözü ilə, dediyini necə deyib diliylə:

– Allah, qırıblar bizi, kəsiblər nəslimizi, kökümüzü!

Dünyaya çatdırmasaq faciəmizi!

Tarix bağışlamaz bizi!

Minnətdarıq hamılıqla Çingizə!

Faciəni o çatdırıb elimizə!

Soyqırımlar zirvəsidir Xocalı faciəsi!

Dünyaya çatdırılsın soyqırımlar zirvəsi!

Xocalı faciəsi! Xocalı faciəsi!

Nəfsimizi öldürək, düşmənin başın əzək!

Azad edək əsir olan torpaqları!

Əldə olan qadınları, qızları!

Yurd yerini, gor yerini gəlin azad eyləyək!

Gorsuz, kəfənsiz ölənləri dəfn edək!

Namussuzluq ləkəsini üstümüzdən biz silək!(1992.Z.V)

   Azərbaycanın hər bir vətəndaşı səfərbər oldu!Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları!  Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın,şəhidlərimizin  ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır,müqəddəsdir.Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq! Qürurluyuq  Torpağı Vətən edən oğulların cərgəsində  Çingiz Müstafayev də var! Ruhun Şad olsun Xalqının Qəhrəmanı ! Yeni yaşın mübarək!

Ehtiramla: Zülfiyyə VƏLİYEVA   

    ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru