Quyruq doğdu – 2023

Avqustun 5 -i quyruq doğan və yaxud da ki quyruq donan gecədir.
Xalqımızın soy-kökünə bağlı olan adət-ənənələrimiz vardır.
Öz adət-ənənələri,milli-mənəvi dəyərləri ilə dünyada tanınan xalqımız hər zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutub.
Bəli ,əzizlərim,gözümüzü açıb yumduq 2023 -cü ilin 8-ci ayını da inşallah geridə qoyuruq.
Xalqımızın bütün adət-ənənələri haqqında rəhmətlik babam Babakişidən və dədəm (atam) Ağaxandan çox eşitmişdim.Onlar deyərdilər ki,quyruq doğduqdan sonra yaylaqdakı mal-heyvan üzü arana tərəf yatarlar .Və bununla da, artıq maldarlar havaların soyuduğunu, yaylaqdan enməyin vaxtının gəlib çatdığını bilərdilər.
“Qora bişirən ay ” 15 iyuldan 15 avqustadək davam edir və bu ayın içində yəni avqust ayının 5-i “Quyruq donan” gecə sayılır. Avqustun 15 i quyruq doğdunun son gecəsi sayılır.Quyruq doğduqdan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur, otların üzərinə şeh düşür.
Bir sözlə payızın gəlişindən xəbər verən “Quyruq doğan” gecə üzü payıza doğru getdiyimiz üçün qışa tədarük görməyimizi bir daha bizə xatırlar.
Özünüz də görəcəksiniz ki, bu gecədən etibarən axşamlar artıq şeh düşəcək.
Minillərin sınağından keçən gecəmiz öz mübarək qədəmlərilə yurdumuza-yuvamıza əminamanlıq,ruzi-bərəkət gətirsin.

Müəllif: Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PREZİDENT MÜKAFATINA LAYİQ GÖRÜLƏN ZİYALILARIMIZI TANIYAQ!

PREZİDENT MÜKAFATINA LAYİQ GÖRÜLƏN ZİYALILARIMIZI TANIYAQ!

Bu gün hamımızın sevimlisi, elimizin vətənpərvər qızı, yazıçı-jurnalist SONA XANIM ABBASƏLİ QIZI İSMAYILOVA Prezident Mükafatına layiq görülüb. Sevənləri adından Sona xanımı təbrik edirəm! Uzun, sağlam, xoş, mənalı ömür, işlərindən müvəffəqiyyətlər arzulayıram! Sona xanım elə insanlardandır ki, onunla görüşəndə, danışanda özünü doğma kəndimizdə hiss edirəm. O getdiyi yerlərdə, iştirak etdiyi bütün tədbirlərdə, konfranslardada, xarici ölkələrdə kəndimizi, elimizi, obamızı layiqincə təmsil edir və fəxrlə Göyçəli, Ardanışlı, Azərbaycanlı olduğunu deyir! Yazdığı şerlərin əksəriyyətində də bu duyğunu hiss edirsən. TƏBRİKLƏR GÖYÇƏMİZİN SONASI! UĞURLARIN DAHA DA BOL OLSUN!
İsmayılova Sona Abbasəli qızı

İsmayılova Sona Abbasəli qızı 20 dekabrda Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Orta məktəbi də orada bitirmiş və ailə həyatı qurmuşdur. Erməni daşnaklarının mənfu siyasəti və havadarlarının köməyi ilə ailəsi ilə birlikdə deportasiya olunmuş və Bakıda məskunlaşmışdır. Bakıya ARDNŞ-də işə düzəlmiş və eyni zamanda BDU-nin jurnalistika fakültəsini bitirmişdir. O dövrdən də “Vətən işığı” qəzetində baş redaktor vəzifəsində çalışmışdır. Sonralar “Şərqin səsi”, “Elm və təhsil”, “Sərbəst düşüncə”, “Azad hüquqşünas” və s.qəzetlərdə məsul vəzifələrdə çalışmışdır. 27 yaşlarından iri həcmli məqalələrlə dövlət qəzetlərində dərc olunur.
“Fədakar ana”, “Acı həyat” ilk nəsir kitabları çap olunmuşdur. 420 adda kitabların redaktorudur. Ədəbiyyatı orta məktəbdə sinif müəllimi rəhmətlik Abduyev Vəli müəllim sevdirmişdisə, zamanında tanınmış xalq şairi Nəbi Xəzri isə qələminin necə ürəyə yatan olduğunu görmüş və iki kitabın ön sözünü yazmışdır. Sona xanım Abbasəliqızı özünü şeirdə də sınamışdır və artıq 4 şeir, 4 povest, 2 hekayə, 2 tarixi roman və bir uşaq şeirləri kitablarının müəllifidir. “Sözün xaqanı” tarixi romanı müəllifə şöhrət gətirmişdir və Türkiyədə ilin ən yaxşı romanı adına layiq görülmüşdür, “OSCAR” mükafatı təqdim olunmuşdur. Bu kitabın təqdimatı Bakı şəhəri ilə bərabər respublikamızın rayonlarında, Türkiyədə, Gürcüstan respublikasında, da keçirilmişdir.
Yazıçı-şairənin kitabları Türkiyədə, Cənubi Azəbaycanda türk və fars dillərinə tərcümə olunmuş və Türkiyədə dövlət kitabxanalarına verilmişdir.
Sona Abbasəliqızı Aərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, İrak Türkmən Yazıçılar Birliyinin üzvü seçilmişdir. İstedadlı jurnalist, yazıçı-şairə Sona xanım Türkiyə “Kaya haber” ajansının Azərbaycan təmsilçisi, ASKEF (Avrasiya Sanat Kültür ve Edebiyyat Federesyonu) təşkilatının Azərbaycan və Asiya başkanıdır. Bu qədər işlərə baxmayaraq Sona xanım kitablarını yazmağa davam edir. Bu yaxınlarda müəllifin yeni bir romanı işıq üzü görəcəkdir. Sona Abbasəliqızının yazdığı şerlərə Türkiyədə, Azərbaycanda və Özbəkistanda mahnılar bəstələnib.
Müəllifin bu günə kimi çap olunan kitablarını işlədiyi SOCAR şirkəti maliyyələşdirib. Türkiyə və Azərbaycan Dövlətləri və müxtəlif təşkilatlar tərəfindən çoxlu sayda mükafatlara: medallara, diplomlara, tərifnamələrə, sertifikatlara və s. layiq görülmüşdür. SOCAR şirkəti 60 illik yubileyinə görə “İşıqlı arzular toplusu” adlı kitabını çap etdirmişdir, 60 illik yubileyini və kitablarının təqdimatını respublikamızla bərabər SOCAR-ın Gürcüstan bölməsində, Gürcüstan Yazıçılar Birliyində və Mirzə Fətəli Axundov ev muzeyində keçirilməsinə kömək etmişdir və xüsusilə də pul mükafatı və ödül təqdim etmişlər.
Tanınmış bəstəkar və müğənnilər Sona xanımın şeirlərinə müraciət edirlər, aşıqlar onun şerlərinə mahnılar oxuyurlar.
Müəllif haqqında Türkiyədən dr.professor Kərəm Karabulut, dr.professor Malik Bülbül, Azərbaycandan filologiya elmlər doktoru professor Nadir Məmmədli, Xalq şairi, yazıçı Nəriman Həsənzadə, Əməkdar jurnalist, 50 kitabın müəllifi, yazıçı -şair mərhum Eldar İsmayıl , mərhum yazıçı Cavad Cavadlı və başqaları yazıçı-şairə Sona Abbasıliqızınin yaradıcılığı haqqında öz ürək sözlərini demiş, kitablarının ön sözlərini yazmışlar.
İki övladı, 5 nəvəsi var. Övladları ali təhsillidirlər. Qızı Samirə Həziyeva Arif qızı müəllimə, oğlu Samir Abdullayev Arif oğlu isə Neft şirkətinin nümunəvi əməkdaşıdır.
Sona xanıma uğurlar arzu edirik.
Hörmətlə: Əli Vəliyev