“PALİTRA”NIN YAY SOVQATI

“PALİTRA”NIN YAY SOVQATI
(Peportaj)

Avqust ayının sonuncu bazar günü (2708.2023) “Palitra” Ədəbi Klubu mingəçevirli yazarlara növbəti dəfə qucaq açır. Hamıdan qabaq AYB Mingəçevir bölməsinə qədəm qoyan şair Namiq Zaman bölmə rəhbərinin “müşaviri” Rəşid Rəsulovun armudu stəkanda qarşısına qoyulan ətirli kəkotu çayı ilə “mükafatlandırılır”. Az sonra yazarlardan Bəsti Bərdəli, Mehman Rəsulov, Məmməd Mərzili, Ağabala Salahlı, Mahir Musa, Dağbəyi Elbəyi, Eyyub Cabbaroğlu…yazarların yaxın dostu, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı da gəlib çıxırlar. Tanınmış şair Elşən Əzimin gəlişi isə bu dəfə hamı tərəfindən təbəssümlə qarşılanır. Bölmə rəhbəri onun çöhrəsindəki dağ adamlarına məxsus qızartıya işarə ilə: “Bilirdim Kəlbəcərdə,-ata yurdundasan, səfərin necə keçdi, dağlar səni tanıdımı?”-deyib onun əlini sıxır. Namiq Zaman zarafatından qalmır: “Kəlbəcər dağlarının ab-havası Elşən müəllimin çöhrəsindən hiss olunur. Sağ əlin başımıza, yurd vüsalı köçkün yazarlarımızın hamısına qismət olsun! Dağlardan kəkotu, İstisudan bulaq suyu gətirməyə macalın olmasa da, yəqin ki bir həftəlik dən ürəyi dolu gəlmisən!..”
Bölmə rəhbəri kitab rəfinin aşağı cərgəsindəki bir kağız bükülüsündən əntiq bir külqabı və alışqan çıxarıb Elşən Əzimə təqdim edir: “Əsil dosta bağışlanası hədiyyədir. Ancaq mənim kimi siqareti-siqaretin oduna calama ha… Hərdən canına yazığın da gəlsin!..

Söz məclisi başlar-başlamaz hüquqşünas-şair Bəhman Gülövşəli, onun ardınca cavan yazarlarımızdan ikisi,- Elçin Məhərrəmli və Nicat Hunalp da gəlib öz yerlərini tuturlar. Bölmə rəhbəri, yazarlara söz verməzdən qabaq növbəti ayda keçirilməsi nəzərdə tutulan bir sıra işlər barədə məlumat verir: “Şəhər İcra Hakimiyyəti başçısının vəd etdiyi kimi, İnşallah, sentyabr ayının sonuncu ongünlüyündə “Heydər Əliyev-100”-devizi ilə cari ilin aprel ayında keçirilmiş iki nominasiyalı müsabiqənin qalibləri mükafatlandırılacaq, elə bu istəklə də poeziya gecəsi düzənlənəcəkdir. Unudulmaz şair dostumuz Fəxrəddin Əzizin xatirəsinə həsr ediləcək sözlü-nəğməli gecənin keçirilməsini də nəzərdə tutmuşuq. Ola bilsin ki arada mənim bu yaxınlarda işıq üzü görmüş “Ömür muncuq düzümüdür” və “Hər çəməndən bir çiçək” (uşaqlar üçün) adlı kitablarımın təqdimat mərasiminə də qatılacaqsınız…
Həmkarlarının təbirincə desək, yazarların “böyük Qağası”nın məlumat xarakterli çıxışından sonra yazarlar növbə ilə şeirlərini oxuyurlar. Əvvəlcə Bəsti Bərdəli üç yeni şeiri ilə həmişə olduğu kimi hamını məftun etməyi bacarır.
Bəsti xanımın bikef olduğunu hiss edən bölmə rəhbəri onun könlünü almağı unutmur: “Bilirik, əvvəlki telefonun taksi maşınlarının birində qalsa da, o namərd sürücü kimdisə, onu yerli-dibli danıb. Yaramaz səni xeyli xərcə salsa da, keyfini pozma, ancaq bundan sonra diqqətli ol ki bir də nəyinisə salıb itirməyəsən. Keçmiş olsun, Bəsti abla!..
Növbə gənc şair-dramaturq, yerli teatrda ədəbi hissə müdiri işləyən Elçin Məhərrəmliyə çatanda, bölmə rəhbəri deyir: “Dostlar, gəlin cavan yazar dostumuzu birlikdə təbrik edək. Elçin bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Elçin, üzvlük vəsinqən üstündədirsə, onu nümayiş etdir və sonra şeirlərini oxu!” Elçin deyilən kimi də edir və həmkarlarının xeyir-dualarını məmnunluq hissiylə dinləyir və elə bu ovqatla da şeirlərini oxuyur.
Yazarlardan Ağabala Salahlı, Bəhman Gülövşəli, Məmməd Mərzili, Bəhman Gülövşəli, Namiq Zaman, Mahir Musa, Dağbəyi Elbəyi, Nicat Hunalp, Elşən Əzim də oxuduqları şeirləri ilə məclisə çeşidli ab-hava, əlvan poetik notlar qatırlar. Uzun illər boyu partiya və icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışan, hal-hazırda isə şəhər Əmək Veteranları Şurasında əmək fəaliyyətini davan etdirən, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı, Mingəçevir Dövlət Unuversitetinin dosenti Mehman Rəsulov və veteran müəllim Rəşid Rəsulov oxunmuş yazılara münasibət bildirir, bölmənin səmərəli fəaliyyəti naminə təkliflərini söyləyir və yazarlara uğurlar arzulayırlar. “Palitra”nın söz məclisi bölmə rəhbəri İsmayıl İmanzadənin qiraətində səslənən iki yeni şeiri ilə sonuclanır. Əvvəllər olduğu kimi bu dəfə də yazarlar özləri demişkən Mingəçevirdəki söz məbədini sevinc hissi ilə tərk edirlər.

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MİNGƏÇEVİR BÖLMƏSİ

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

     

“YAZARLAR”JURNALININ SENTYABR – 2023 N:09 (33)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

YAZARLAR”JURNALININ SENTYABR – 2023 N:09 (33)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB PDF: yazarlar-33

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA. DÖYÜŞÇÜ ƏSGƏRLƏRİN ŞEİRİ.

DÖYÜŞÇÜ ƏSGƏRLƏRİN ŞEİRİ

Başqa cür olur sülh dövrünün əsgərləri…
Üst-başları təmiz,
geyimləri ağ boyunluqlu,
uniformaları ütülü.
Nizamlıdır hərbi yerişləri,
həmahəngdir addım səsləri…
“Düzlən” əmrinə ox tək düzlənərlər,
“Fərəqət” deyəndə dayanarlar mil kimi…
İşıq saçar epolitləri,
par-par parıldayar poqonları…
Şaxtaçı fanarları kimi işıldayar kokardaları…
…Amma,
döyüşçü çıxmaz əsgər geyimlilərin bəzilərindən…
Bu səbəbdən
döyüşçü əzəməti olmaz duruşlarında.
Təlim poliqonu bir başqa,
döyüş meydanı bir…
Elə bir fərq var ki,
döyüşçü ilə əsgər arasında…
Yalnız yaylım atəşlərinin istisində anlatmaq olur,
izah etmək minaların partlayışında…
Bir başqadır dolu kimi yağan güllələrin çapovulu,
tir hədəflərini aramla nişan almaq deyil bu…
Hər saniyə ölümlə rəqs etməkdir döyüş
tüstülənən tank qüllələrinin fonunda…
Döyüşçü olmağın söyüş söyməyi var
düşmən səngərinə düşən mərmilərin ardınca,
baxıb şaqqanaq çəkməyi
göyə sovrulan istehkam qurğularının uçuşuna…
Bunun bombardmançı qaldırmağı,
qırıcı endirməyi var, ey əsgər…
Bir “HÜÜ-CCUM” əmrinə min can fəda etmək
səngər-səngər böyüdükcə VƏ-TƏN…
Yer üzünün ən gözəl qışqırığıdır,
həm də ən vəhşicəsinə “QƏ-LƏ-BƏ” hayqırtısı…
Ən bəhərli yaz əkinidir torpağa BAYRAQ əkmək,
Əlbət, bir payız VƏTƏN yetişəcək bol-bol!
Biz müharibə əsgərləriyik, səngər döyüşçüləri…
Fərarini söyməyimiz var,
düşməni döyməyimiz var,
igidləri öyməyimiz var!
Amma…
Başqa cür olur sülh dövrünün əsgərləri, komutan,
üstü-başı təmiz, intizamlı…
Darıxdım “Əsgər, düzlən”,
daha sonra ” Marş” əmri üçün…
Dünyaya sülh gərəkdir, hər yerə, hər kəsə…
Elə bizə də!

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Feyruz Muradov. Oğru qadın.

Oğru qadın

  Anam yaşlı qadındır.Köhnə şəhərdəki ata-baba evimizdə qalır.Mən isə təzə şəhərdəki hökümət evində qalıram.Hərdən gedib anamın yanında iki-üç gün qalıram ki, çox darıxmasın.Amma həmişə buna imkanım olmur.Öz qayğılarım da var.Öz qayğı  və problemlərimə də vaxt ayırmalıyam.Ona görə də bəzən iki-üç gün gedib anama dəyə bilmirəm.Anam narazı qalır.Təkliyə o qədər davamı yoxdur anamın.Uzun illər doğum evində qapıçı işləyib, daim adam arasında olub.İndi isə təqaüdə çıxdığı səbəbindən evdə oturmalı olub.Mən olmayanda evdə tək qalır.Sıxıntı keçirir.Yaş da öz sözünü deyib.Daha əvvəlki sağlamlığı da qalmayıb.

  Qonşuluğumuzda yaşayan Çiçək ( ad şərtidir) adlı  bir gəlin anama qayğı göstərməyə başlamışdı.Bunu görəndə xeyli sevinmişdim.Həmişə anamı evlərinə dəvət edirdi.Bildirirdi ki, o da təkdir ,darıxır.Qaynanası təzə rəhmətə gedib.Anam gəlib olarda otursun ,bir stəkan çay içsin,söhbət etsinlər.Anam hərdən gedirdi Çiçəkgilə.Hərdən də getişinə ara verirdi. Tez-tez qonşu evinə getməyə üzü gəlmirdi.Çiçək də buna görə onu qınayırdı.O özü də ara-sıra anama baş çəkməyə gəlirdi.Bəzən o gələndə mən də evdə olurdum.Çiçəyin anama hansı dərmanı, nə vaxt , nə qədər içmək lazım olmasını izah edib, öyrədirdi.Amma onun sözlərində nə isə bir etinasızlıq, baxışlarında bir laqeydlik var idi.Lakin anamın yanına heç kim gəlmədiyinə görə onun bu gizli etinasızlığına göz yumurdum.

 Bir dəfə yolda mənimlə rastlaşan Çiçək bildirdi ki, narahat qalmayım ,mən olmaynda o anama baxacaq.Əslində bir qədər təəccübli idi onun belə deməsi.Onu anama baxmasını mən  deməmişdim.Baxacam deməsi bir qədər böyük çıxırdı.Həm də süni .Axı o anamın yanına gəlməklə nə isə böyük ,ağır bir iş görmürdü.Sanki Çiçək bizi idarə etməyə başlayır, öz xırda qulluq göstərməsini böyük bir iş kimi qələmə verməyə çalışırdı..Buna baxmayaraq mən hərdən özümü saxlaya bilməyib, anamın mənə qarşı çox tələbkar olduğundan Çiçəyə gileylənirdim.O isə “-qoca arvaddı , nə edəsən”- deyirdi.

  Çiçək anamın yanına gələndə onun hansı dərmanlər aldığı,nə qədər pul verməsi ilə də maraqlanırdı.Hərdən zarafatla anama deyirdi ki, “öləndə səni mən yuyacam”.Sanki anam bir müştəri gözü ilə baxırdı.Mən anama tapşırmağı lazım bildim ki, o Çiçəklə bir qədər ehtiyatlı olsun.Söz düşəndə Çiçəyin nəzərinə çatdırırdım ki, anamın ölməyinə hələ çox qalıb və o hələ tələsməısin.

 Hərdən anam pulu olmadığını bildirirdi.deyirdi ki, pulum qurtarmışdı gedir qonşu Kamıldən 30 manat borc götürdüm ki, təqaüd alana qədər çatsın.Mən bundan təəccüblənirdim.Axı anam nə almıçdı ki, pulları yoxa çıxmışdı.Şübhələnirdim ki, bəlkə anam pulunu kiməsə verib.Aldadıb pulunu əlindən alıblar.Anam and aman edirdi ki, heç kəsə pul verməyib.Çiçək isə bunu eşidəndə sakitcə deyirdi  ki, –“ pul harda olacaq ki, yəqin anam pulunu harasa qoyub və qoyduğu yeri un udub.Pul harad olsa  burad olacaq”-

 Bu cür anamın pulsuz qalması ardıcıl olaraq təkrarlanmağa başlamışdı.Mən pulun harada olmasını  soruşanda anam deyirdi ki, pulunu xərcləyib.Amma nəyə xərcləyib soruşanda  tutatlı bir cavab gəlmirdi.Bilirdim ki, anam nəyisə məndən gizlədir.Nəhayət bir gün anam ötən ay 400 manat pulunun evdən oğurlandığını etiraf etdi.Şörək pulu qalmadfığından gedib Çiçəkdən 30 manat borc rul almışdı.O pulunun  oğurlanmasında  qonşumuz İlhamdan şübhələnirdi.Çoxdan idi İlhamla aralarında narazılıq var idi.Güman edirdi ki, İlham  qapımızın açarından bir nüsxə çıxartdırıb və xəlvəti evə daxil olaraq pulları oğurlayır.Mən  anama  bildirdim ki, bu İlhamın işi ola bilməz.İlham işləyirdi və kifayət qədər də pulu var idi. Anamın pulunu oğurlamaq onun nəyinə lazım idi? Evimizə gəlib- gedən adamları bir -bir gözümün önündən keçirdim.Bu vaxt Çiçək yadıma düşdü.Onun qapı açıq olanda gözlənilmədən gəlməsi.Etinasız baxışları,saymazyana hərəkətlərini xatırlayarkən şübhələrim baş qaldırmağa başladı.Anam qonşumuz İlhamdan şübhələnirdi, mən isə qayğıkeş, canıyanan obrazı yaratmış Çiçəkdən şübhələnirdim.

  Sonuncu dəfə anamı tərk edib, evimizdən çıxanda tapşırdım ki, Çiçəkdən göz olsun.Onun hər bir hərəkətini izləsin.Anam təzəcə təqaüd almışdı.Tutulmadığını görən oğru şirniklənmişdi.O götürdüyü pulları xərclədikdən sonra yenidən ova gələcəkdi.Buna əmin idim. Onun şikarı isə anam idi.

  Bir gündən sonra geri qayıtdım.Anam evdə yox idi.Harasa  getmişdi.Qaz yanmırdı.Elə bildim umumi olaraq qaz sönüb.Qonşulardan soruşdum.Onların qazı gəlirdi.Küçəyə çıxdım ki, qaz xəttımızin açıq olub-olmadığını yoxlayım.Kim isə qaz xəttini dibdən bağlamışdı.Yəqin ki , kim isə anamı bütün günü qazsız qoymuşdu.Bilirlər ki. Anam belə işlərdən baş aça bilmir.Mən qaz təttimizi açıb həyətə gəlmək istəyəndə gördüm ki, küçənin o başından qızı ilə gələn Çiçək məni səsləyir.Dayanıb onu gözlədim.Tələsik mənə yaxınlaşıb anamdan şikayətlənməyə başladı.

–Daha ananıza baxmayacağam.(Guya ki, anama nə isə böyük bir iş görmüşdü.)Mən ona öz anam kimi baxırdım.O isə mənə deyir ki, pulumu sən oğurlamışam.Yaxşı deyil , camaat eşidər,birdən inanarlar .Onda mən nə edəcəm?

 Mən onu dinlədim və dedim:

–Ay Çiçək anam pulu itəndə elə mənə də deyir ki, pulimi sən götürmüsən.Bu onun xasiyyətidir.Mən ona nə deyim?

-Hər halda tapşırın.Deməsin ki, pulunu mən oğurlamışam.Siz desəz eşidər.

Evə gəldim.Qaz gəlirdi. Yemək hazırladım.Bir azdan anam da gəldi.O gec gəldiyimi görüb dalımca yollanmışdı.Anam üçün də yemək qoydum.Onun üzündə bir neçə aydan bəri görmədiyim bir sakitlik və rahatlıq var idi.O diqqətlə ,sakit-sakit mənə baxıb , soruşdu:

–Çiçək sənə nə deyilrdi?

_Çiçək bildirdi ki,sən pulunun onun  oğurladığını deyirsən.Yaxşı deyil.Sənə tapşırım ki , belə deməyəsən .O pul oğurlamayıb.Yəqin sən özün pulunu evdə  harasa qoymusan,yadından çıxıb.Odur ki, səhfən Çiçəyi  ittiham edirsən.

 Anam fikrə getdi.Sonra asta-asta dedi:

–Oğru tapıldı, bala.Oğru Çiçək özüdür.Bu qədər vaxtda pullarımı oğurlayan o imiş.Özünü canıyanan , qayğıkeş göstərməklə şübhəni özündən uzaqlaşdırırmış.

Hadisə belə olmuşdu.Mən gedəndən sonra Çiçək anamın təqaüd aldığını bilərək onun yanına gəlib.Nə kömək lazım olması ilə maraqlanıb.Əslindəsə məqsədi bu dəfə da anamın pullarını oğurlayıb qaçmaq idi.Anamın ayağına yod çəkib.Deyib uzansın,dincəlsin.Özü isə içəri evə girib.Guya evi təmizləyirmiş.Bir az sonra çıxıb və tələsik getmək istəyiub.Mənim sözlərim anamın yadına düşüb.Anam Çiçəyin qəfil getməyindən şübhələnib.Mən ona tapşırmışdım –“Çiçəyə göz qoy” Anam da Çiçək çıxan kimi tez içəri evə keçib.Pulu gizlətdiyi yeri yoxlayıb.Pul yerində yox idi.Bu anamın bir aylıq təqaüdü idi.Çörək pulu idi.Gözünü dikdiyi çörək pulu idi.Onu da Çiçək hər dəfə gəlib xəlvəti oğurlayıb xərcləyirdi.Bu dəfə də belə etmişdi.Anam isə pulsuz qalırdı,ondan-bundan borc alırdı.Utandığından pulun oğurlanmasını mənə bildirmirdi.Çünkü mən ona hər dəfə tapşırırdım ki, Çiçək etibarlı adama oxşamır.O isə mənim sözümə məhəl qoymurdu.

 Pulun yerində olmadığını görən anam tələsik,qışqıra-qışqıra Çiçəyin dalınca qaçır.Qapının ağzında onu yaxalayır.Qışqıra-qışqıra pulları verməsini tələb edir.Çiçək pulların onda olmamasını desədə anam əl çəkmir.Onun yaxasını-başını axtarır.Anam 300 manat pulunu Çiçəyin sinəsinin altından çıxarır.Onu həyətdən çıxararaq, bir də bu evə gəlməməsini tapşırır.İndi anam daha rahat olub.Çünkü kömək etmək adı ilə, bizim əzab-əziyyətimizə səbəb olan insanları  qovmaqla həyatımızı xilas etmiş oluruq.

 

Müəllif: Feyruz MURADOV

FEYRUZ MURADOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru