AMANAT ADAM – RƏŞAD MƏCİD…

AMANAT ADAM – RƏŞAD MƏCİD…

Rəşad Məcidin (Məcidov Rəşad Müseyib oğlunun) 21 avqust 2023-cü ildə 59 yaşı tamam olur, 60 yaşa bir il qalır, 100 yaşasın…
Rəşad Məcid bu ömürlüyündə qələmli-qələmsiz yazıları ilə fəxarət dolu dəyərli ziyalı kürsüsünə qalxıb…
Təqdimata ehtiyacı olmasa da, yenə də, xatırladaq ki, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdür, bir-birindən maraqlı kitabların, əsərlərin, məqalələrin müəllifidir, oxucular tərəfindən rəğbətlə qarşılanır, sevilir…
Səbəbi? Səbəbi aydındır, halal adamdır, şair Zaur Ustac demiş —
üzü ağ Adamdır!! Mən də deyirəm: Gözü-könlü saf ADAMDIR… Unikal ADAMDIR… Xeyirxah, ağayana, gərəkli ADAMDIR… Vətəndaş mövqeyi olan ADAMDIR… Azərbaycanın ictimai həyatında öz yeri, öz sözü olan ADAMDIR… Qaynar ədəbi mühitin ADAMIDIR!! Ədəbiyyatımızın üzünü ağardan ADAMDIR…
Əziz dostu Aqil Abbas onu belə səciyyələndirir: “Əsas odur ki, atasına layiq oğul, babasına layiq nəvə, dostlarına layiq dostdur.”
Beləsinə el dilində AMANAT ADAMDIR, deyirlər…
Uğur, aramsız xeyirxah fəaliyyət, ətrafına – gözəlliyə məhəbbət, mühitinə, dövlətçilliyə sədaqət onsuz da onun uğurlu fəaliyyət siferasını, mənəvi-əxlaqi intellektini təşkil edir…
Rəşad Məcidə həyatın ən qiymətli ərməğanı olan can sağlığı, uzun ömür arzulayıram…
ALLAH AMANINDA OL, AMANAT ADAM!!

Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.

QURBAN BAYRAMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

            

Bu gün Rəşad Məcidin doğum günüdür! – Təbrik!

AĞ ADAM ŞEİRİ
(Rəşad Məcidin doğum gününə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

Qeyd:
21 avqust dəyərli ziyalımız – yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü – Rəşad Məcidin doğum günüdür. Şad günü münasibəti ilə Rəşad müəllimi təbrik edir, can sağlığı, uzun ömür və bütün fəaliyyətində uğurlar arzulayırıq.
Rəşad müəllimin 59 yaşı tamam olur. Xatırladıram ki,  “60”-la bağlı “Yazarlar”ın xüsusi “Ağ adam” adlı təbrik layihəsi davam edir. Bu layihədə iştirak etmək istəyən hər kəs Rəşad Məcidin həyat və yaradıcılığı barədə olan yazılarını zauryazar@mail.ru e-mail ünvanına göndərə bilərlər. Bütün materiallar 01.08.2022-ci ildən 01.06.2024-cü ilə (əvvəlcədən təyin olumuş vaxt uzadılıb) qədər qəbul ediləcək. Yazılarınızı gözləyirik.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.