
DAĞA
Ətəyində çiskin, duman sürünür,
Nə gözəl yaraşır çən bizim dağa.
Döşündə gül-çiçək, zirvəsində qar,
Nə gözəl yaraşır dən bizim dağa.
Bir yan çöl-çəməndi, bir yan sıldırım,
Buluddan zirvəyə düşür ildırım,
Yağışı sevdiyim, dolusu yarım,
Nə gözəl yaraşır nəm bizim dağa.
Rahilə, dağlara tez-tez gedəsən,
Bülbültək oxuyub zildən ötəsən.
Bir toylu düyünlü şənlik edəsən,
Nə gözəl yaraşır şən bizim dağa.
Müəllif: Rahilə QARALOVA
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru