Natiq Qasımov – Bayraqdar.

📆 1992-ci ildə Ağdamın Pirlər kəndində 5 gün kilsədə qalıb ermənilərlə təkbaşına döyüşən, sonda Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olan Natiq Qasımov !

🇦🇿 Onun məşhur şəklini yəqin ki, çoxları görüb. Əlində bayrağımızla iki erməninin əhatəsində gedir.

📸 Bu fotonu italyan fotoqraf Enriko Sarsini çəkib.

➡️ Natiq Əsgərana aparılır və orada dindirilir. Dindirilmə səhnəsindən də fotolar var.

🎥 Britaniyalı rejissor və senari müəllifi Karan Sinq N.Qasımovun həyatından bəhs edən sənədli film çəkib.

❗️ Rejissor filmdə Natiqi dindirən şəxsin Xocalı qatili Vitali Balasanyan olduğunu üzə çıxarıb. V.Balasanyan isə bu faktı təkzib edib.

🎞 “Oğul” adlanan film youtubda var. Mütləq baxın.

Natiqin sonrakı taleyi naməlumdur. Kimisi yandırıldığını, kimisi güllələndiyini, kimisi də daha ağır işgəncələrlə öldürüldüyünü deyir. Ailəsi isə hələ də onun sağ olduğuna inanır.

Mənbə: Qılman İman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir